32
Dövlət Büdcəsinin xərclərinin bu dinamikası büdcənin idarə edilməsi ilə bağlıdırş
Gördüyümüz kimi 2013-cü ildə dövlət büdcəsi xərclərinin məbləği 2012-ci ilə
nisbətdə artmış bu da öz təsirini büdcə xərclərinə nəzarəti gücləndirməklə 2014-
cü ildə bu rəqəmin aşağı düşməsinə səbəb olmuşdur. Bütün Dövlət büdcəsi
xərcləri, o cümlədən rayon və büdcədən kənar köçürmələr Vahid XəzinəHesabı
sistemi (VXH) vasitəsilə mərkəzləşdirilmişdir.
2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi ölkənin əsas
makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı
alan təşkilatların büdcə sifarişləri və gözlənilən real büdcə gəlirləri nəzərə
alınmaqla hazırlanmışdır.
Dövlət büdcəsi xərclərinin strukturuna uyğun olaraq cari, əsaslı və dövlət
borcuna xidmətlə bağlı xərclərin optimal hədlərinə nail olunmuş, qarşıda duran
vəzifələrin həlli üçün maliyyə təminatı formalaşdırılmışdır.
Sosial siyasətin davam etdirilməsi, əhalinin, o cümlədən qaçqın və məcburi
köçkünlərin, hərbi qulluqçuların, müharibə əlilləri və şəhid ailələrinin rifahının və
yaşayış səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin müasir
tələblər səviyyəsində qurulması prioritet hədəflər hesab edilməklə, onların
maliyyə təminatı üçün tələb olunan məbləğdə vəsait 2015-ci il dövlət büdcəsinin
xərclərində nəzərə alınmışdır.
Dostları ilə paylaş: