2.2 Dövlət büdcəsinin icrasında Xəzinədarlıq Agentliyinin fəaliyyəti
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyi dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə
ə
məliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə
təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında
dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu
vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti
həyata keçirir.
Agentlik vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün
ə
razisində bilavasitə rayon və şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin
xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə
həyata keçirir.
Bir çox dövlətlərdə ölkənin iqtisadi vəziyyətindən, tarixi və mədəni
amillərdən, iqtisadiyyatın idarəedilməsi məsələləri üçün məsuliyyət daşıyan
qurumun imkan və qabiliyyətindən asılı olaraq xəzinədarlığa büdcə və maliyyənin
idarə edilməsinin ümumi makroiqtisadi siyasət həddində büdcə və vergi
siyasətinin hazırlanması, büdcənin tərtib edilməsi, büdcənin icrası, büdcənin
icrası ilə əlaqədar olan maliyyə əməliyyatları, büdcənin icrası üzrə əməliyyatların
uçotu və maliyyə informasiya sistemi, auditor xidməti kimi əsas funksiyaları
həvalə edilir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata
keçirir:
– hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin
layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin
hazırlanmasında iştirak etmək, büdcənin icrasına dair hesabat sənədlərini
hazırlamaq və dövlət büdcəsinin kassa icrasını həyata keçirmək;
38
– dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı
işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;
– dövlət büdcəsinə bütün daxilolmalar, büdcədənkənar haqlar (ödənişlər),
büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun
gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında
vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları,
dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər
üzrə maliyyə əməliyyatlarını və digər dövlət maliyyə əməliyyatlarını
qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək;
– büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə
alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət
büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək;
– dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş
xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin
edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək;
– müəyyən olunmuş qaydada, lakin dövlət büdcəsinin təsdiq olunmuş
göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə
təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış
mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq;
– ehtiyat fondlarından vəsaitin Azərbaycan Respublikası Prezidentinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təyinatlar üzrə
yönəldilməsini təmin etmək;
– dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric
cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində
maliyyələşməsini həyata keçirmək;
– dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş
maliyyələşmə mənbələrindən istifadə etmək;
39
– dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət
büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə
ə
məliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq;
– dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı
hazırlamaq;
– dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan
vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcədənkənar vəsaitlərin
təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası
prosesində cari nəzarəti həyata keçirmək;
– rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq
strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin
müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitinin hərəkətinin xəzinə
hesablarında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti
həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə, ödəniş üçün əsas olan
təsdiqedici sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti
təmin etmək;
– xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və
aparılmasının icra vəziyyətini yoxlamaq;
– qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyətində elmi-
texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
– Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə
maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona)
xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının dövri
üzləşdirilməsini həyata keçirmək;
– qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirlərini görmək;
40
– rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq
strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə
təmin olunmasına əməli köməklik göstərmək;
– büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab
kitablarında uçota almaq;
– dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin həyata
keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təkliflər vermək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
– mərkəzləşdirilmiş xərclərin kassa icrası prosesində öz səlahiyyətləri daxilində
cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən
xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri sənədləri almaq;
– dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş
xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən
hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq;
– rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq
strukturlarının
və
regional
(zona)
xəzinədarlıq
orqanlarının
xəzinə
ə
məliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün müvafiq qaydada
seçilmiş Agent- Banklarda tranzit hesabları açmaq;
– ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu, habelə
vəsaitin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda
müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə, həmin təşkilatın
maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təkliflər vermək;
– qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-
mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda
aparılan təftiş və yoxlamalarda, habelə bu təşkilatların maliyyə təsərrüfat
fəaliyyətinin təhlilində iştirak etmək;
41
– dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən
maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək
üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
ə
vvəllər verdiyi icazəni geri çağırmaq;
– büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər
təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada,
aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati
təsnifat üzrə hesabatlar almaq;
– fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fıziki
və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan
belə məlumatları (sənədləri) almaq;
Büdcə təşkilatı qabaqcadan Xəzinədarlıq tərəfindən qeydiyyata alınmış
öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə
görə əməliyyatın baş verdiyi ay daxilində “Malların (iş və xidmətlərin) alışı
sənədi”ni hazırlayır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir.
Bundan başqa, göstərilən şərtlərdə istisna hallar da nəzərdə tutulur. Mövcud
reallıqları nəzərə alaraq ilkin mərhələdə malların (iş və xidmətlərin) alışı olmadan
qabaqcadan ödəniş aparıla bilər. Mal alınmasına, iş və xidmət göstərilməsinə dair
tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə qabaqcadan ödəniş halları
nəzərdə tutularsa, bu ödənişlər “Malların (iş və xidmətlərin) alışı sənədi”
hazırlanmadan həyata keçirilir. Qabaqcadan ödənilmiş vəsaitə görə büdcə
təşkilatına təhvil verilən dəyərlilər “Malların (iş və xidmətlərin) alışı sənədi”ndə
xüsusi qrafada göstərilir və Xəzinə Hesab Kitablarına müvafiq qaydada işlənilir.
“Malların (iş və xidmətlərin) alışı sənədi” yoxlanılaraq uçota alınmaq üçün
təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təhvil verilir. Təsdiqedici sənədlər
Xəzinədarlıqda yoxlanılır və “Xəzinədarlıq” ştampı ilə təsdiqlənərək geri
qaytarılır. Bu halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə
yoxlama təşkil edilə bilər. cra olunmamış öhdəlik qalığından çox olmayan
məbləğ və bu qaydaların bütün tələblərinə uyğun hazırlanmış “Malların (iş və
42
xidmətlərin) alışı sənədi” uçotu qəbul edilir və bunun nəticəsində yaranmış
kreditor borcu dövlət borcu hesab olunaraq kassa icrası üçün əsas sayılır. Haqqı
qabaqcadan ödənilmiş mal (iş və xidmətlər) daxil olduqda həmin dəyərlilərin
uçotunun qurulması ilə yanaşı Xəzinə Hesab Kitabında “Qabaqcadan ödəniş”
müvafiq məbləğlərdə azaldılır.
Malların (iş və xidmətlərin) alışının xəzinə uçotu mərhələsinin tətbiq
edilməyə başlanması kassa xərcləri üçün indiyədək istifadə olunan “Sifariş”lərdə
müəyyən dəyişikliklər aparılmasını zəruri edir.
Öhdəlik, alış və kassa xərci mərhələləri bir-birilə nə qədər sıx əlaqədə olsa
belə, onların başvermə, sənədləşdirmə anları müxtəlifdir.
Beləliklə, “Malların (iş və xidmətlərin) alışı sənədi”nin Xəzinədarlıq
tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur.
Birincisi, “Malların (iş və xidmətlərin) alışı sənədi” bundan əvvəl
xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər;
kincisi, “Malların (iş və xidmətlərin) alışı sənədi” malların (iş və
xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər;
Üçüncüsü, “Malların (iş və xidmətlərin) alışı sənədi”nin məbləği həmin an
üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz.
Bu mərhələnin tətbiqi zamanı həmin dövrədək büdcə təşkilatlarının cari ilin
ə
vvəlindən artan yekunla debitor valyutaların (qabaqcadan ödənişlərin) və mal, iş
və xidmətlər üzrə həyata keçirilmiş alışların cəmi məbləğləri ayrı-ayrı maddələri
üzrə XHK-ların müvafiq sütununda göstərilməlidir.
Büdcə təşkilatlarında mal, iş və xidmətlərin dövlət öhdəlikləri çərçivəsində
alışlarının xəzinə uçotunu təşkil etmək üçün xərc Xəzinə Hesab Kitablarında
(XHK) müvafiq dəyişikliklər edilir.
Büdcə Təşkilatları tərəfindən alınan malların (iş və xidmətlərin)
Xəzinədarlıq tərəfindən Xəzinə Hesab Kitablarında uçota alınması prosesi
büdcənin icrası haqqında dövri hesabatlarda öz əksini tapır.
43
Hesabat formalarına əlavə edilmiş “Malların (iş və xidmətlərin) alışı” və
“qabaqcadan ödəniş” sütunlarında büdcə təşkilatları tərəfindən hesabat ayı
ə
rzində alınmış malların (iş və xidmətlərin) və qabaqcadan ödənilmiş vəsaitlərin
büdcə təsnifatı üzrə aylıq dövriyyələri göstərilir.
Malların (iş və xidmətlərin) alışının və qabaqcadan ödənişlərin uçotu, xərc
maddələri üzrə büdcə təşkilatları tərəfindən yaradılmış debitor və kreditor
borclarının müəyyən edilməsinə imkan verir. Xəzinə Hesab Kitabının
“qabaqcadan ödəniş” sütununun artan yekunla dövriyyəsi müvafiq xərc maddəsi
üzrə yaradılmış debitor borcu hesab olunur. XHK-nın “mal alışı” sütununun artan
yekunla məbləğin “debet” sütununda dövriyyənin qabaqcadan ödəniş məbləği
qədər azaldılması hissəsinə olan fərqi, müvafiq xərc maddəsi üzrə yaradılması
kreditor borcunu göstərir.
lin sonunda XHK-lar bağlanaraq yuxarıda göstərilən hesablanmış debitor
və kreditor borcları növbəti keçirilir və yeni açılmış müvafiq XHK-larda “ilin
ə
vvəlinə qalıq” adı ilə ayrıca sətirdə işlənilir. Eyni ilə, sütununda kreditor borcuna
bərabər məbləğlərdə öhdəlik qalıqları yazılır.
|