AzərbaycanRespublikasıdövlətbüdcəsininxərclərivəonunartımsürəti
Xərclər üzrə büdcənin icrası xərclər siyahısı üzrə nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsinin təmin edilməsi deməkdir və bir neçə mərhələdən ibarətdir
:
1. Büdcə bölgüsünün tərtibi, təsdiqi və büdcə vəsaitlərinin sərəmçılara
çatdırılması. Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli
büdcələrinin icra edilməsini müvəkkil icra orqanları büdcə bölgüsü əsasında
həyata keçirirlər. Büdcə bölgüsü üzrə büdcə vəsaitlərinin baş sərəncamçıları
tərəfindən rüblərə bölünməklə Azərbaycan Respublikası büdcə xassələrinin
funksional və iqtisadi təsnifatına uyğun təsdiq edilmiş büdcə əsasında
0
5000
10000
15000
20000
25000
2010
2011
2012
2013
2014
2015
Столбец1
Ряд 1
34
sərəncamçılar və büdcədən vəsait alanlar üzrə tərtib edilir və büdcənin tərtibinə
məsul olan icra hakimiyyəti orqanına təqdim edilir.
2. Büdcə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi və onun
sərəmcamçılara və büdcə vəsaiti alanlara çatdırılması. Büdcə öhdəliyi – büdcəni
icra edən orqanın büdcə haqqında qanuna və icmal büdcə bölgüsünə uyğun
yaranan , müəyyən edilmiş müddət ərzində müvafiq büdcə vəsaitlərinin
xərclənməsini həyata keçirmək üzrə borcudur. Büdcə öhdəlikləri limiti – büdcəni
icra edən orqanın büdcə haqqında qanuna və icmal büdcə bölgüsünə uyğun
yaranan , müəyyən edilmiş müddət ərzində müvafiq büdcə vəsaitlərinin
xərclənməsini həyata keçirmək üzrə borcudur. Büdcə öhdəlikləri limiti – büdcəni
icra edən orqan tərəfindən sərəmcam – çılar və büdcədən vəsait alanlar üçün üç ay
müddətinə müəyyən edilən və təsdiq edilən büdcə öhdəliklərinin həcmidir.
Büdcə icrası zamanı Xəzinədarlıq öhdəlik və vəsaitlərə nəzarətlə bağlı
məsuliyyət daşıyır. Rayon səviyyəsində xəzinədarlıq orqanları Xəzinədarlığın
tabeliyində olan qurumlar kimi fəaliyyət göstərir və öhdəlikləri və X S-də
ödənişləri həyata keçirirlər.
VXHS-nin möhkəmləndirilməsi və vəsaitlərin idarə etmə funksiyalarının
mərkəzləşdirilməsi sayəsində, Maliyyə Nazirliyi hökumətin maliyyə
ə
məliyyatları barədə etibarlı və vaxtında məlumat hazırlaya bilir. Büdcə Milli
Məclis tərəfindən təsdiq edildikdən sonra, büdcə ayrılması X S-ə yüklənir.
Xəzinə tərəfindən ciddi nəzarətdə olan kifayət qədər büdcə ayrılması olmadıqca,
xərclər həyata keçirilə bilməz. Ödənişlər xəzinədarlıq vasitəsilə mərkəzləşmiş
qaydada və yalnız nəğd vəsait olduqda həyata keçirilir. Yoxlama dövründə
öhdəlik limitindən aşağı vəsait limiti tətbiq edilməmişdir, çünki bütün
öhdəliklərin yerinə yetirilməsi üçün dövlət kifayət qədər nəğd vəsait saxlayır.
Bütün bu qeyd edilənlər son nəticədə, büdcə vəsaitlərinin yalnız xəzinə
hesabları vasitəsilə istifadə olunmasını, dövlət büdcəsində nəzərdə tutulmuş
vəsaitlərin birbaşa son təyinatına çatdırılmasını, dövlət xərclərinin yalnız
xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəliklər çərçivəsində yaranan borcların
35
ödənilməsinə yönəldilməsini, büdcə təşkilatları tərəfindən maliyyə intizamına
ə
məl edilməklə və təsdiq edilmiş xərc smetalarında nəzərdə tutulmuş limitlər
gözlənilməklə vəsaitlərdən məqsədyönlü və təyinatına görə istifadə olunmasına
zəruri nəzarətin həyata keçirilməsini təmin etmişdir.
Xəzinədarlığın büdcə xərclərinin idarə edilməsi prosesindəki funksiyaları
aşağıdakılardan ibarətdir :
- Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və
onların uçotunu təşkil edir ;
- Xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında hesablaşmaların
həyata keçirilməsini Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə
razılaşdırılmış qaydada tənzimləyir ;
- Müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərclərin , o cümlədən məqsədli
büdcə fondlarının xərclərinin icrasını təmin edir.
- Dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və
qarşılıqlı hesablaşmaları həyata keçirir , o cümlədən müvafiq ilin dövlət
büdcəsinə riayət olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən ssuda ( borc ) verir.
- Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıq orqanları arasında hərəkət edən
maliyyə resurslarının və pul vəsaitlərinin dövri üzləşdirilməsini həyata keçirir;
- Dövlət büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına ;
büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin maliyyə orqanları ilə
razılaşdırılmış qaydada təsdiq edilimiş smetaya uyğun istifadəsinə ümumi nəzarət
edir ;
- Büdcə və büdcədənkənar ( o cümlədən məqsədli büdcə fondları ) gəlir və
xərclərin icrasına dair hesabat məlumatlarının müvafiq büdcə təşkilatları ilə dövr
üzləşdirilməsini həyata keçirir ;
- Büdcə və büdcədənkənar ( o cümlədən məqsədli büdcə fondları ) gəlirlərin
tədiyyə növləri kassa icrasının, xərclərin isə büdcə təşkilatları üzrə kassa və
faktiki icrasının uçotuna aparır .
36
- Müəyyən olunmuş qaydada dotasiyaların verilməsini təmin edir;
- Büdcənin icrasında yaranmış gərginliyi aradan qaldırmaq üçün “ Büdcə sistemi
haqqında ”, Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş daxili və
xarici maliyyələşdirilmiş mənbələrindən istifadə edir.
Dövlət Xəinədarlıq Agentliyi Dövlət büdcəsinin kassa və faktiki icrasının uçotuna
aparmaqla Xərclərinin idarə olunmasında birbaşa iştirak edir. Büdcə xərclərinin
kassa icrası üçün xəzinədarlıq tərəfindən Azərbaycan Respublikasının dövlət
büdcə sində n maliyyə ləşə n
təşkilatlar və dövlət xərclərinin həyata keçirilməsini
təmin edən orqanlar qarşısında mövcud qaydalara uyğun olaraq dövlət öhdəlikləri
qəbul edilir, bu öhdəliklər uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri
hesabatlara daxil edilir. Dövlət büdcəsinin hüquqi və fiziki şəxslər qarşısında
yaranan öhdəliklərinin büdcə vəsaiti hesabına təmin edilməsi xəzinədarlığın vahid
hesabından pul vəsaitlərinin köçürülməsi ilə həyata keçirilir və bu dövlət
büdcəsinin xərclərinin kassa icrasını təşkil edir.
Xərclərin kassa icrası müəyyən edilmiş dövr ərzində təmin ediləcək dəyərlərin
haqqının qabaqcadan ödənişi vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər
satınalmanın tərəfləri arasında bağlanmış alqı-satqı müqavilələri ilə
şə
rtləndirilməsi və xəzinədarlıq tərəfindən məqbul sayıldıqdan sonra həyata
keçirilir. Dövlət büdcəsinin xərclərinin kassa icrası üzrə məlumatları bu xərcləri
həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir
və müvafiq qaydada rəsmiləşdirilir.
Bu istiqamətdə nəzarəti daha da gücləndirmək, dövlət vəsaitlərindən
səmərəli və qənaətlə istifadə edilməsi üzərində təsirli cari nəzarəti təmin etmək,
debitor və artırmaq məqsədilə xəzinədarlıq sisteminin kompüterləşdirilməsi,
bütün maliyyə qurumlarını əhatə edən lokal şəbəkələrin yaradılması üçün
Maliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.
|