Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
3.3 Dövlət Büdcəsinin idarə edilməsində yeni texnologiyaların tətbiqi 

 

  

Müasir  dünyanın  intensiv  inkişaf  mərhələsinə  daxil  olduğu  XXI  əsrdə 



informasiya-kommunikasiya  texnologiyalarının  ( KT)  geniş  tətbiqi  sosial-iqtisadi 

münasibətlərin təkmilləşməsinə, innovasiya fəaliyyətinin təhsil, səhiyyə, məşğulluq və 

iqtisadiyyat  sahələrində  əhəmiyyətli  dərəcədə  irəliləyişlər  əldə  olunmasına  gətirib 

çıxarmışdır.  KT  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyini  artıraraq,  onun  dünya 

təsərrüfat  sisteminə  inteqrasiya  imkanlarının  yüksəlməsinə,  dövlət  idarəçiliyinin  və 

yerli  idarəetmə  sisteminin  səmərə-  liliyinin  artmasına  zəmin  yaradır.  nformasiya 

texnologiyalarının inkişafı nəticə etibarı ilə cəmiyyəti keyfiyyətcə yeni bir mərhələyə - 

informasiya  cəmiyyətinə  keçidinin  təmin  olunmasına  təkan  verir.  Müasir  qloballaşma 

dövründə  informasiya  cəmiyyətinə  keçid  bu  cəmiyyətə  xas  olan  dövlət  idarəçiliyinin 

formalaşmasını-elektron  hökumətin  yaradılmasını  tələb  edir.  E-hökumət 

KT 

imkanlarına  və  vətəndaş  cəmiyyəti  dəyərlərinə  əsaslanaraq  dövlət  idarəetməsinin 



səmərəliliyini  artırır,  istehlakçılara  bilavasitə  müxtəlif  xidmətlər  göstərir,  dövlət 

orqanlarının fəaliyyəti barədə vətəndaşlara müntəzəm olaraq məlumatlar verir. Müasir 

dünyada  gedən  qloballaşma,  modernləşmə  və  informasiyalaşma  prosesləri  sıx  əlaqəli 

olub,  biri  digərini  şərtləndirir.  Hazırda  informasiya  inqilabı  dövrünü  yaşayan 

Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  XXI  əsrdə  davamlı  iqtisadi 

inkişaf  mərhələsinə  qədəm  qoymuşdur.  Ölkəmizin  iqtisadiyyatının  dünya  təsərrüfat 

sisteminə  daxil  olması  müasir  dövrdə  dövlət  idarəçiliyində  mükəmməl 

texnologiyalardan istifadə edilməsini obyektiv zərurətə çevirir. Siyasi və sosial-iqtisadi 

proseslərin  idarə  olunmasının  Sovet  dövründən  miras  qalmış  üsul  və  vasitələrinin 

cəmiyyətdə ictimai münasibətlərin müasir inkişafı meyilləri ilə uyğun gəlməməsi dövlət 

idarəçiliyində müasir dövrün reallıqlarının nəzərə alınmasını tələb edir. 

Müstəqillik  dövründə  respublikamızda  maliyyə  sistemində  böyük  nailiyyətlər 

qazanılmışdır.   Dövlət  müstəqilliyinin ilk illərində  yaradılmış xəzinədarlıq sistemi  hal-

hazırda  uğurla  inkişaf  edir.    Azərbaycan  Respublikasının  Prezidentinin  04  oktyabr 

1995-ci il tarixli “Azərbaycanda dövlət xəzinədarlığının yaradılması haqqında” Fərmanı 



70 

 

ilə  ölkəmizin malik olduğu maliyyə resurslarından düzgün istifadə edilməsi məqsədilə 



maliyyə  sistemində  xəzinədarlıqın  tətbiqinin  hüquqi  bazası  yaradılmış,  bünövrəsi 

qoyulmuşdur.  Bundan  sonra  ardıcıl  olaraq  müxtəlif   mərhələlərlə  xəzinədarlığın  bütün 

respublikanı  əhatə  etməsi  üçün  məqsədyönlü  fəaliyyətə  başlanıldı.  Fərmanın  icrası 

olaraq  01  yanvar  1997-ci  il  tarixdən  respublikada  Xəzinədarlıq  sisteminin  I  mərhələsi 

tətbiq edildi. Bu mərhələdə maliyyə vəsaitlərinin hərəkəti və uçotu büdcə təşkilatlarının 

malik olduqları bank hesabları ilə yanaşı paralel olaraq xəzinə hesabları vasitəsi ilə də 

aparılırdı. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  16  may  1997-ci  il  tarixli  568  saylı 



“Azərbaycan  Respublikasında  dövlət  xəzinədarlığının  fəaliyyətinin  tənzimlənməsi  

haqqında” Sərəncamına uyğun olaraq Xəzinədarlıq sisteminin II mərhələsi respublikada 

tətbiq  olunmağa  başladı,  zəruri  tədbirlər  həyata  keçirildikdən  sonra  Sərəncamda 

qoyulmuş  vəzifələri  yerinə  yetirmək  məqsədi  ilə   Maliyyə  Nazirliyi  mərhələlərlə 

Xəzinədarlıq sisteminin tətbiq edilməsi 01 iyun 1997- ci il tarixdən  xəzinədarlıq rəsmi 

maliyyə sistemi kimi respublikada başladı və    1997-ci ilin noyabr ayında respublikanın 

bütün  ərazisində  Xəzinədarlığın  II  mərhələsinin  tətbiqi  başa  çatdırıldı.  Bu  mərhələnin 

mahiyyəti  dövlət  maliyyə  vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizmini 

formalaşdırmaq,  bu  vəsaitlərin  birbaşa  son  təyinatına  çatdırılmasını  və  bununla  bağlı 

maliyyə əməliyyatlarının yalnız vahid xəzinə hesabı vasitəsilə aparılmasını təmin etmək 

idi. 

 

 Maliyyə  Nazirliyi  əldə  edilmiş  nailiyyətlərin  daha  da  möhkəmləndirilməsi, 



Xəzinədarlıq  sisteminin  təkmilləşdirilməsi,  məxaric  əməliyyatlarının  fasiləsiz 

maliyyələşdirilməsi,  büdcə  təşkilatlarında  öhdəliklər  əsasında  faktiki  xərclərə  nəzarət 

edilməsini  təmin  etmək  məqsədilə  01  yanvar  1999-cu  il  tarixdən  respublikamızda 

Xəzinədarlıq 

sisteminin 

III 


mərhələsinin 

tətbiqinə  

başladı. 

Respublikamızda yaradılan xəzinədarlıq sistemində büdcənin icrası prosesinin yuxarıda 

qeyd olunan mərhələlərində nəzarət mexanizminin yaradılması həm də büdcə prosesində 

borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə 

etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsini şərtləndirir. 



71 

 

Məhz  qeyd  olunan  məqsədə  çatmaq  üçün  01  avqust  2000-ci  il  tarixdən  xəzinədarlıq 



sisteminin  IV  mərhələsi-  büdcə  təşkilatları  tərəfindən  alınmış  malların  (iş  və 

xidmətlərin) xəzinə uçotunun qurulması tətbiq 

edilmişdir. 

 

nformasiya  Texnologiyaları  sahəsində  ölkəmizdə  aparılan  ardıcıl  və 



məqsədyönlü  siyasətin,  bu  sahədə  əldə  olunan  nəticələrə  uyğun  olaraq  Xəzinədarlıq 

vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın 

artırılması, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə 

daxilolmalarının  daha  səmərəli  istifadə  edilməsinin  təmin  edilməsi,  məlumatların  daha 

operativ  emal  edilməsi  məqsədilə  Xəzinədarlığın  darəedilməsinin  nformasiya 

Sisteminin  yaradılması  layihəsi 

həyata 

keçirilir. 

2006-cı  ildən  isə  Binəqədi,  Xətai,  Gəncə  və  Xaçmaz  Yerli  Xəzinədarlıq  Orqanları 

üzrəəməliyyatlar  X S  vasitəsilə 

həyata 

keçirilir.  

 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi 



məqsədilə Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli 

Fərmanı  ilə  Dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  və  həmin  maliyyə 

ə

məliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları 



qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə 

vəsaitlərinin  vahid  mərkəzdən  idarə  edilməsi,  bu  vəsaitlərin  daxil  olması  və 

məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı 

kimi  fəaliyyət  göstərən  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət 

Xəzinədarlığı 

Agentliyi 

yaradılmışdır.  

 

Yeni  yaradılmış  qurumun  fəaliyyətinin  əsas  ptioritetlərindən  biri  də  göstərilən 



xidmətin  maksimal  dərəcədə  avtomatlaşdırılması  və  elektron  hökumət  çərçivəsində 

digər  dövlət  qurumları  ilə  inteqrasiya  edilməsidir.  X S-in  tətbiqi  Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi  tərəfindən  həyata 

keçirilən  maliyyə  islahatlarının  ən  vacib  tərkib  elementlərindən  biridir  və  burada  ən 

başlıca məqsəd real vaxt rejimində əməliyyatların vahid xəzinə hesabı vasitəsilə icrasını 

təmin etməkdir. 

 

Hal-hazırda Bakı şəhəri üzrə 5 saylı (keçmiş Qaradağ) xəzinədarlıq idarəsi istisna 




72 

 

olmaqla  bütün  xəzinədarlıq  idarələri,  Gəncə,  Xaçmaz  və  Abşeron  Yerli  Xəzinədarlıq 



Orqanları  xəzinə  əməliyyatlarını  real  vaxt  rejimində  həyata  keçirir  və  bu  da  Dövlət 

büdcəsinin  icrasının 

80-85%-ni  təşkil  edir. 

 

Eyni  zamanda,  2011-ci  ilin  iyul  ayından  Bakı  şəhəri  üzrə  bütün  vergi  daxil 



olmalarının  avtomatik  emalı  məqsədilə  Mərkəzi  Bankın  Xırda  Ödənişlər  üzrə 

Hesablaşma Klirinq Sistemi X S-lə inteqrasiya olunmuş, hər iş gününün sonunda bütün 

vergi  daxilolmaları  elektron  şəkildə  qəbul  olunur,  avtomatik  emal  edilərək  Vergilər 

Nazirliyinə  ötürülür.  Yaxın  gələcəkdə  bütün  büdcə  və  büdcədənkənar  daxilolmaların 

avtomatik  emalı nəzərdə 

tutulur. 

 

nformasiya  Sisteminin  tətbiqi  maliyyə  əməliyyatlarının  avtomatlaşdırılmasına, 



risklərin və pul vəsaitlərinin səmərəli idarə olunması ilə yanaşı, həm də şəffaflığın təmin 

olunmasına  və  neqativ  hallara  şərait  yaradan  amillərin  aradan  qaldırılmasına  kömək 

olacaqdır.  X S-in  bütün  respublika  üzrə  yayılmasının  növbəti  ildə  başa  çatdırılması 

nəzərdə tutlmuşdur.     Eyni zamanda,  Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin 

icrası  barədə  məlumatların  beynəlxalq  standartlara  uyğun  emal  olunması  və  təhlili 

sahəsində işləri həyata keçirir. Belə ki, büdcədən ayrılan vəsaitlər üzrə hesabatlar yeni 

təsdiq 

olunmuş 


milli 

hesabat 


standartlarına 

uyğun 


işlənilir.  

 

Ölkənin  maliyyə  resurslarından  düzgün  istifadə  edilməsi  məqsədilə  maliyyə 



sistemində  xəzinədarlığın  tətbiqinin  hüquqi  bazası  yaradılıb.  Dövlət  maliyyə 

vəsaitlərindən  istifadə  olunmasının  səmərəli  mexanizmi  formalaşdırılıb,  bu  vəsaitlərin 

birbaşa  son  təyinatına  çatdırılması  və  bununla  bağlı  maliyyə  əməliyyatlarının  yalnız 

vahid xəzinə hesabı vasitəsilə aparılması təmin edilib.  

Dövlət  büdcəsindən  maliyyələşən  büdcə  təşkilatlarının,  büdcədənkənar  dövlət 

fondlarının və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatların rüblük və 

illik hesabatlarının, habelə illik maliyyə hesabatlarının Dövlət Xəzinədarlığı Agentliyinə 

elektron  sənəd  formasında  göndərilməsi  üçün  Mərkəzləşdirilmiş  hesabat  sisteminin 

elektron  forması  yaradılmışdır.  Hesabatlarının  Maliyyə  Nazirliyinin  rəsmi  internet 

səhifəsi  (

www.maliyye.gov.az

)  vasitəsilə  elektron  sənəd  formasında  qəbul  olunması 

məqsədilə  hazırlanmış  proqram  təşkilatlara  istifadəçi  kodunun  verilməsi  üçün  ilkin 



73 

 

olaraq  müqavilə  imzalanmalıdır.  Təşkilat  tərəfindən  müqavilə  imzalanaraq  Dövlət 



Xəzinədarlığı Agentliyinə məktubla ünvanlanır. Müraciətdə hesabatların elektron sənəd 

formasında  təqdim  olunması  üzrə  məsul  şəxsin  elektron  poçtu  göstərilməlidir.  Dövlət 

Xəzinədarlığı  Agentliyi  öz  tərəfindən  müqaviləni  imzalayaraq  təşkilata  istifadəçi  kodu 

ilə birlikdə həmin sənədin bir nüsxəsini qaytarır.  

Hesabatların  elektron  sənəd  formasında  qəbul  olunması  məqsədilə  hazırlanmış 

proqram təminatında təşkilatların giriş izni üçün isifadəçi girişi mövcuddur. 

Təşkilatların  Mərkəzləşdirilmiş  hesabat  sistemi  interfeysinə  daxil  olan  sahələr 

aşağıdakılardır: 

1. Göndərilənlər 

2. Hesabat göndər 

3. Akt göndər 

4.Hesabat formaları 

5. Əlaqə 

Hesabatlarının elektron sənəd formasında qəbulu üç mərhələli nəzarət mexanizmi 

ilə  həyata  keçirilir  və  hər  növbəti  mərhələyə  keçdikdə  hesabatların  statusunun  rəngi 

dəyişir: 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin