Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
FƏS L 

3. 

DÖVLƏ

BÜDCƏS N N 

DARƏ 

OLUNMASINDA 

XƏZ NƏDARLIĞIN ROLUNUN ARTIRILMASI  ST QAMƏTLƏR  

 

3.1 Dövlət Büdcəsindən maliyyələşən bütün təşkilatlar üzrə maliyyə 

ə

məliyyatlarının müvafiq uçot qaydalarının təkmilləşdirilməsi 

 

Azərbaycan  Respublikasında  xəzinədarlıq  sisteminin  qurulması  nəticəsində 



büdcə  gəlirlərinin  və  xərclərinin  kassa  icrasının  bütünlüklə  dövlət  xəzinədarlığı 

vasitəsilə  həyata  keçirilməsinə  başlanması  büdcənin  icrası  prosesinin  digər 

mərhələlərində  də,  o  cümlədən,  büdcədən  maliyyələşən  kredit  təşkilatlarında  debitor-

kreditor  borclarının  yaradılması  və  faktiki  xərclərin  aparılması  üzərində  xəzinə 

nəzarətini təmin edə biləcək icra mexanizmlərinin təşkilini mümkün etmişdir.  

Xəzinədarlıq sisteminin 1 mərhələsində uçot işini qurmaq üçün ilkin olaraq bütün 

banklardan rayon, şəhər, qəsəbə büdcələrinin, respublika və yerli büdcə təşkilatlarının, 

respublika  və  yerli  xüsusi  vəsaitlərin  bank  hesablarının  ayın  əvvəlinə  qalıqları  əks 

etdirən çıxarışını almaq lazımdır. 

Rayon, şəhər, qəsəbə, respublika büdcə təşkilatlarının, yerli büdcə təşkilatlarının, 

respublika xüsusi vəsaitlərin və yerli xüsusi vəsaitlərin bank çıxarışındakı qalıqları baş 

kitabın  balansında  göstərilən  təsnifat  qrupları  üzrə  «Agent-Bank»  XHK-nın  balans 

(qalıq) qrafasında qeyd olunur. 

Bundan sonra rayon, şəhər, qəsəbə, kənd büdcələrinin, respublika və yerli xüsusi 

vəsaitlərin qalıqları «Gəlir» XHK-nın balans (qalıq) qrafasında göstərilir. «Gəlir» XHK 

hər  gün  sıfır  balansla  (qalıqla)  bağlandığı  üçün  kitabın  balans  (qalıq)  qrafasındakı 

məbləğ debet qrafasında da qeyd olunur. «Gəlir» XHK-nın debet qrafasında göstərilən 

qalıq  məbləği  rayon,  şəhər,  kənd  büdcələrinin  hər  biri  üçün  ayrıca  nəzərdə  tutulmuş 

«Yerli bölüşdürülməyən» XHK-nın (büdcə kitabı), respublika və yerli xüsusi vəsaitlərin 

hər  biri  üçün  açılmış  «Respublika  xüsusi  vəsait»  və  «Yerli  xüsusi  vəsait»  XHK-nın 

balans (qalıq) qrafasında qeyd olunur. 



53 

 

Respublika  və  yerli  büdcə  təşkilatlarının  bank  çıxarışındakı  qalıqları  hər  bir 



təşkilatın  «Respublika  bölüşdürülən»  (xərc)  XHK  və  «Yerli  bölüşdürülən»  (xərc) 

XHK-nın balans (qalıq) qrafasında göstərilir. 

«Gəlir»  XHK-da  yalnız  rayon,  şəhər,  qəsəbə,  kənd,  respublika  və  yerli  xüsusi 

vəsaitlərin  qalıqları  qeyd  olunur.Xəzinədarlıq  sistemində  büdcə  icrasının  yuxarıda 

göstərilən  mərhələlərində  nəzarət  mexanizmlərinin  yaradılması  həm  də  büdcə 

prosesində  borclanmanın  daha  mükəmməl  idarə  edilməsi,  maliyyə  resurslarından 

səmərəli  istifadə  etməklə  ən  vacib  dövlət  ödənişlərinin  müvəffəqiyyətlə  həyata 

keçirilməsini şərtləndirir. Bu baxımdan hazırkı təlimatla tənzimlənən büdcə təşkilatları 

tərəfindən  alınmış  malların  (iş  və  xidmətlərin)  xəzinə  uçotunun  qurulması  mühüm 

ə

həmiyyət kəsb edir.Məhz alışlar üzərində Xəzinədarlıq tərəfindən qurulan bu cür uçot, 



qəbul  edilmiş  öhdəliklər  çərçivəsində  yaranan  real  borclar  haqqında  vaxtında,  tam 

məlumat əldə etməyə və bu borcların səmərəli idarə edilməsinə şərait yaradır. 

Alışların  Xəzinədarlıqda  uçota  qəbul  edilməsi  büdcə  təşkilatlarına  malların  tam 

çatdırılmasının,  xidmətlərin  göstərilməsinin  və  işlərin  görülüb  başa  çatdırılmasının 

dövlət  tərəfindən  qəbul  edilməsi  deməkdir  və  gələcəkdə  ödəniş  üçün  məcburi  dövlət 

öhdəliyi hesab olunur. 

Büdcənin  bütün  gəlirləri  büdcə  kəsirinin  maliyyələşdirilməsi  mənbələri, 

büdcənin  xərcləri  ,həmçinin  büdcənin  icrası  prosesində  həyata  keçirilən  əməliyyatlar 

vahid  heablar  planına  əsaslanmaqla  büdcə  uçotuna  alınır.  Dövlət  büdcəsinin  bütün 

gəlirləri,  dövlət  büdcəsi  kəsirinin  maliyyələşmə  mənbələrindən  daxilolmalar,  dövlət 

büdcəsinin  xərcləri,  dövlət  büdcəsinin  kəsiri,  dövlət  büdcəsinin  artıqlığı,  həmçinin 

dövlət  büdcəsinin  vəsaitləri  ilə  bütün  əməliyyatlar  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı tərəfindən müvafiq uçot reqistrlərində əks 

etdirilir.  Büdcənin  icra  edilməsi  barədə  hesabat  operativ,  rüblük,  yarımillik  və  illik 

tərtib  edilir.Büdcənin  icrası  haqqında  hesabatın  yığılması,  icmallaşdırılması,  tərtib 

edilməsi  və  təqdim  edilməsi  müvəkkil  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata 

keçirilir.Bödcənin  icra  edilməsi  barədə  hesabatın  vahid  metodologiyasını  Azərbaycan 

Respublikasının  höküməti  müəyyən  edir  və  təsdiq  edir.Azərbaycan  Respublikasının 




54 

 

Perzdenti  və  ya  onun  tapşırığına  əsasən  Azərbaycan  Respublikasının  höküməti  dövlət 



büdcəsinin  icrası  haqqında  rüblük  və  illik  hesabatları  Milli  Məclisə  təqdim  edir.Bu 

Hesabatların  bir  nüsxəsi  Azərbaycan  Respublikasının  Hesablama  Palatasına  təqdim 

edilir. 

Bələdiyyələr  yerli  büdcələrin  icra  edilməsi  barədə  məlumatı  müəyyən  olunmuş 

qaydada  Dövlət  Statistika  komitəsinə  təqdim  edirlər.Dövlət  büdcəsinin  kassa  icrası 

dekabrın 31 – də başa çatır və büdcə öhdəliklərinin limitləri öz qüvvəsini itirir.Dekabrın 

31 – dək Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş büdcə öhdəliklərini 

ödəməlidir.Başa  çatmış  ildə  qəbul  edilmiş  büdcə  öhdəlikləri  üzrə  əməliyyatlar  başa 

çatdırıldıqdan  sonra  dövlət  büdcəsinin  vahid  hesabında  olan  vəsait  qalığı  daxil  olan 

maliyyə  ilinin  dövlət  büdcəsinin  gəlirlərində  vəsait  qalığı  kimi  uçota  alınır.  “  Büdcə 

sistemi  haqqında  ”  Azərbaycan  Respublikası  Qanununun  20  – ci  maddəsində nəzərdə 

tutulduğu  kimi,  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  icrası  barədə  illik 

hesabat və müvafiq qanun lahiyəsi növbəti ilin may ayının 15 – 7 dən gec olmayaraq 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  olunmaq  üçün  Azərbaycan 

Respublikasının  Milli  məclisinə  təqdim  olunur.  Azərbaycan  Respublikasının  Milli 

Məclisi  təqdim  olunmuş  sənədləri  müzakirə  edir  və  müvafiq  hesabat  ili  üzrə  dövlət 

büdcəsinin icrası barədə qanunu təsdiq edir. 

Malların  (iş  və  xidmətlərin)  alışının  xəzinə  uçotunun  əsas  prinsipləri 

aşağıdakəlardan ibarətdir: 

1.  Büdcə  təşkilatları  tərəfindən  malların  (iş  və  xidmətlərin)  alışının  Xəzinədarlıqlarda 

uçotunun  təşkili  mərhələsi  2000-ci  il  1  avqust  tarixdən  Azərbaycan  Respublikasının 

bütün ərazisində həyata keçirilir. 

2.  Xəzinədarlıq  sisteminin  II  mərhələsində  büdcə  vəsaitlərinin  uçotunu  aparmaq 

məqsədilə  yeni  XHK-lar  açılmalıdır.  YXO  və  DXA-lərdə  aparılan  XHK-lar  birlikdə 

Baş  Kitabı  təşkil  edirlər.Bu  kitab  bütün  maliyyə  əməliyyatlarının  nəticələrini  özündə 

ə

ks  etdirir.Xəzinədarlıq  işçilərinin  hamısı,  xüsusilə  XHK-ları  işləyən  xəzinə  işçiləri 



mühasibat yazılarının tam düzgünlüyünü təmin etmək məqsədilə mütəmadi olaraq Plan-

hesablardan istifadə etməlidirlər. 




55 

 

Xəzinədarlıq  idarəetmə  sistemini  həyata  keçirən  xəzinədarlığın  müvafiq  işçiləri 



aşağıdakı əsas prinsiplərin gözlənilməsini təmin etməlidirlər: 

(1)  Xəzinədarlığa  dair  hesabatlar  və  ya  digər  məlumatlar  hazırlanarkən  XHK-dakı 

yazılışlar  əsas  kimi  götürülməlidir.  Məhz  buna  görə  XHK-dakı  yazılışlar  mühüm 

ə

həmiyyət  kəsb  edir.XHK-lar  işlənərkən  xəzinədar  əmin  olmalıdır  ki,  yazılışlar 



təlimatlara  cavab  verir.XHK-larda  təlimata  uyğun  olmayan  yazılışlar  aparan  işçilər 

buraxılan səhvlərə görə inzibati məsuliyyət daşıyırlar. 

(2) Gəlirlərin müxtəlif səviyyəli büdcələr arasında bölünməsi xəzinədarlığın vəzifəsinə 

aid  edilir.  Əvvəllər  bu  mühüm  vəzifəni  banklar  yerinə  yetirirdilər.Vəsaitlərin  düzgün 

bölünməməsinə görə xəzinədarlıq işçiləri ciddi məsuliyyət daşıyırlar. 

(3)  Büdcədənkənar  vəsaitlər  də  xəzinədarlığın  nəzarəti  altında  olur.  Ləğv  olunmuş 

büdcədənkənar  bank  hesablarının  hər  birinin  əvəzinə  xəzinədarlıqda  bir  XHK 

açılır.Beləliklə,  büdcədənkənar  vəsaitlərin  ayrıca  bank  hesablarına  köçürülməsinə 

ehtiyac qalmır.Bütün büdcə və büdcədənkənar daxilolmalar xəzinədarlığa daxil olur və 

müvafiq XHK-da öz əksini tapır.BT büdcədənkənar vəsaitlərin daxil olmasının uçotunu 

aparır.BT  malik  olduğu  depozitlər  haqqında  siyahını  YXO-ya  təqdim  edir  və  onların 

büdcədənkənar  vəsait  olduğunu  əsaslandırır.Hüquqi  cəhətdən  əsaslandırıldıqdan  sonra 

1)  vəsaitin  XHK-ya  depozit  olunmasını  və  2)  «Gəlirlər»  XHK-da  müvafiq  yazılış 

olduğunu  yoxladıqdan  sonra  YXO  XHK  vasitəsilə  vəsaiti  «Gəlirlər»  XHK-dan 

«Büdcədənkənar vəsaitlər» XHK-ya köçürür.Büdcədənkənar vəsaitlərin xərclənməsinə 

xəzinədarlıq  nəzarəti  büdcə  vəsaitlərinə  tətbiq  olunan  qaydada  həyata  keçirir.Əgər 

müvafiq  XHK-da  kredit  qalığı  olmazsa,  xərcin  icrası  YXO  tərəfindən  qadağan 

edilir.Lakin  büdcədənkənar  vəsaitlər  Dövlət  büdcəsinə  daxil  olmadığına  görə  onların 

xərclənməsinə büdcə smetaları üzrə dəqiq nəzarəti həyata keçirmək mümkün olmur. 

Büdcədənkənar  vəsaitlərin  xərclənməsi  zamanı  büdcə  vəsaitləri  üçün  nəzərdə 

tutulan təsnifatdan istifadə edilir. 

(4) XHK-larda kredit qalığının təmin edilməsi YXO rəhbərinin ən əsas vəzifələrindən 

biridir. 



56 

 

(5)  XHK-larda  yazılışlar  aşağıdakı  sənədlər  əsasında  aparılmalıdır:  1)  gündəlik 



ə

məliyyatlar  haqqında  bank  çıxarışları;  2)  Xəzinə  daxilində  vəsaitlərin  köçürülməsi 

haqqında  Xəzinədarlığın  köçürmə  sərəncamı  (XKS);  3)  Xəzinələr  arasında  vəsaitlərin 

köçürülməsi  haqqında  Xəzinəarası  köçürmə  sərəncamı  (XAKS).  XHK-ların  yazılışı 

üçün digər heç bir sənəd istifadə edilməməlidir. 

(6) Qalıqları çıxarılmaqla bütün XHK-lar gündəlik bağlanılmalı və onların əsasında Baş 

Kitabın  cmal Hesabat Balansı tərtib edilməlidir. 

(7) Bütün mühasibat hesabatları yalnız XHK-lar əsasında hazırlanmalıdır. 

(8)  Büdcənin  icrası  və  xərclərə  nəzarət  üçün  əsas  vasitə  xərc  XHK-larıdır.  Xərclər 

üzərində  nəzarətin  səmərəli  təşkilinə  yalnız  xərclər  XHK-nı  düzgün  aparmaqla  nail 

olmaq mümkündür. 

3.  Xəzinə  orqanları  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»nin  düzgün  tərtib 

edilməsinə,  alış  sənədində  göstərilən  məbləğin  qəbul  edilmiş  öhdəlik  limitinə 

uyğunluğunun təmin edilməsinə məsuliyyət daşıyırlar.  

Büdcə  təşkilatları  isə  alınmış  mal-material  dəyərlilərinin,  görülmüş  iş  və  xidmətlərin 

təqdim  edilmiş  ilkin  sənəd  formalarında  göstərildiyi  kimi  və  mövcud  qaydalara  tam 

riayət  etməklə  mədaxil  (qəbul)  olunmasına,  onların  təyinatı  üzrə  istifadə  edilməsinə, 

həmçinin uçotunun və hərəkətinin düzgün qurulmasına birbaşa məsuliyyət daşıyırlar.  

4. Öhdəliklərin qəbulunda olduğu kimi malların (iş və xidmətlərin) alışının uçotu da hər 

bir xərc maddəsi üzrə ayrı-ayrılıqda aparılmalıdır. 

5.  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»nin  hazırlanması  və  Xəzinədarlıq 

tərəfindən uçota alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 

Büdcə  təşkilatı  qabaqcadan  Xəzinədarlıq  tərəfindən  qeydiyyata  alınmış 

öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə görə 

ə

məliyyatın  baş  verdiyi  ay  daxilində  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»ni 



hazırlır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. Bundan başqa, bu 

qaydaların  2  bəndində  göstərilən  şərtlərə  istisna  halları  da  nəzərdə  tutulur.Mövcud 

reallıqları  nəzərə  alaraq  ilkin  mərhələdə  malların  (iş  və  xidmətlərin)  alışı  olmadan 

qabaqcadan  ödəniş  aparıla  bilər.  Mal  alınmasına,  iş  və  xidmət  göstərilməsinə  dair 




57 

 

tərəflər  arasında  bağlanmış  müqavilənin  şərtlərinə  görə  qabaqcadan  ödəniş  halları 



nəzərdə  tutularsa,  bu  ödənişlər  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi" 

hazırlanmadan  həyata  keçirilir.  Qabaqcadan  ödənilmiş  vəsaitə  görə  büdcə  təşkilatına 

təhvil  verilən  dəyərlilər  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»ndə  xüsusi  qrafada 

göstərilir (Əlavə 1) və Xəzinə hesab Kitablarına müvafiq qaydada işlənilir. 

«Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»  yoxlanılaraq  uçota  alınmaq  üçün 

təsdiqedici  sənədlərlə  birlikdə  Xəzinədarlığa  təhvil  verilir.Təsdiqedici  sənədlər 

Xəzinədarlıqda yoxlanılır və «Xəzinədarlıq» ştampı ilə təsdiqlənərək geri qaytarılır.Bu 

halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə yoxlama təşkil edilə 

bilər. cra  olunmamış  öhdəlik  qalığından  çox  olmayan  məbləğ  və  bu  qaydaların  bütün 

tələblərinə  uyğun  hazırlanmış  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»  uçota  qəbul 

edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət borcu hesab olunaraq kassa 

icrası üçün əsas sayılır.Haqqı qabaqcadan ödənilmiş mal (iş və xidmətlər) daxil olduqda 

həmin  dəyərlilərin  uçotunun  qurulması  ilə  yanaşı,  Xəzinə  Hesab  Kitabında 

«Qabaqcadan ödəniş» müvafiq məbləğlərdə azaldılır. 

6.  Malların  (iş  və  xidmətlərin)  alışının  xəzinə  uçotu  mərhələsinin  tətbiq  edilməyə 

başlanması  kassa  xərcləri  üçün  indiyədək  istifadə  olunan  «Sifariş»lərdə  müəyyən 

dəyişikliklər aparılmasını zəruri edir (Əlavə 2). 

7.  Öhdəlik,  alış  və  kassa  xərci  mərhələləri  bir-birilə  nə  qədər  sıx  əlaqədə  olsa  belə, 

onların  baş  vermə  və  sənədləşdirmə  anları  müxtəlifdir.  4  saylı  əlavədə  bu 

ə

məliyyatların hansı ardıcıllıqla baş verməsi geniş qeyd edilir. 



8.  Beləliklə,  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»nin  Xəzinədarlıq  tərəfindən 

qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur: 

 

birincisi,  «Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi»  bundan  əvvəl 



xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər; 

 

ikincisi,  "Malların  (iş  və  xidmətlərin)  alışı  sənədi"  malların  (iş  və 



xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər; 

 

üçüncüsü, «Malların (iş və xidmətlərin) alışı sənədi»nin məbləği həmin an 



üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz. 


58 

 

9.  Bu  mərhələnin  tətbiqi  zamanı  həmin  dövrədək  büdcə  təşkilatlarının  cari  ilin 



ə

vvəlindən  artan  yekunla  debitor  borclarının  (qabaqcadan  ödənişlərin)  və  mal,  iş  və 

xidmətlər üzrə həyata keçirilmiş alışların cəmi məbləğləri ayrı-ayrı xərc maddələri üzrə 

XHK-ların müvafiq sütununda göstərilməlidir. 

Büdcə  təşkilatlarında  mal,  iş  və  xidmətlərin  dövlət  öhdəlikləri  çərçivəsində 

alışlarının  xəzinə  uçotunu  təşkil  etmək  üçün  xərc  Xəzinə  Hesab  Kitablarında  (XHK) 

müvafiq dəyişikliklər edilir. Xərc XHK-larının təkmilləşdirilmiş forması 4 saylı əlavədə 

verilir. 

Büdcə  təşkilatları  tərəfindən  alınan  malların  (iş  və  xidmətlərin)  Xəzinədarlıq 

tərəfindən Xəzinə Hesab Kitablarında uçota alınması prosesi büdcənin icrası haqqında 

dövrü  hesabatlarda  öz  əksini  tapır.Bununla  əlaqədar  olaraq  Xəzinədarlığın  ilkin 

mərhələsində  istifadə  olunan  hesabat  formaları  5  saylı  əlavədə  göstərildiyi  kimi 

dəyişdirilərək təkmilləşdirilir. 

Hesabat  formalarına  əlavə  edilmiş  «Malların  (iş  və  xidmətlərin)  alışı»  və 

«qabaqcadan  ödəniş»  sütunlarında  büdcə  təşkilatları  tərəfindən  hesabat  ayı  ərzində 

alınmış malların (iş və xidmətlərin) və qabaqcadan ödənilmiş vəsaitlərin büdcə təsnifatı 

üzrə aylıq dövriyyələri göstərilir. 

Malların  (iş  və  xidmətlərin)  alışının  və  qabaqcadan  ödənişlərin  uçotu,  xərc 

maddələri  üzrə  büdcə  təşkilatları  tərəfindən  yaradılmış  debitor  və  kreditor  borclarının 

müəyyən  edilməsinə  imkan  verir.Xəzinə  Hesab  Kitabının  «qabaqcadan  ödəniş» 

sütununun  artan  yekunla  dövriyyəsi  müvafiq  xərc  maddəsi  üzrə  yaradılmış  debitor 

borcu  hesab  olunur.  XHK-nın  «mal  alışı»  sütununun  artan  yekunla  məbləğin  «debet» 

sütununda  dövriyyənin  qabaqcadan  ödəniş  məbləği  qədər  azaldılmış  hissəsinə  olan 

fərqi, müvafiq xərc maddəsi üzrə yaradılmış kreditor borcunu göstərir. 

lin  sonunda  XHK-lar  bağlanaraq  yuxarıda  göstərilən  şəkildə  hesablanmış 

debitor  və  kreditor  borcları  növbəti  ilə  keçirilir  və  yeni  açılmış  müvafiq  XHK-larda 

«ilin  əvvəlinə  qalıq»  adı  ilə  ayrıca  sətirdə  işlənilir.Eyni  ilə,  «Öhdəlik»  sütununda 

kreditor borcuna bərabər məbləğlərdə öhdəlik qalıqları yazılır. 




59 

 

Azərbaycan hökumətinin HP-nın auditi və rəyi ilə parlamentə gedən illik büdcə 



icrası  üzrə  hesabat  IPSAS  beynəlxalq  mühasibat  uçotu  standartları  ilə 

uzlaşmır.Mühasibat  uçotu  haqqında  qanunun  4-cü  maddəsi  ‘mühasibat  uçotunun 

tənzimlənməsinə’  aiddir  və  IPSAS-ı  mərkəzi  hökumətin  maliyyə  hesabatlarının 

hazırlanmasında  münasib  standart  olaraq  müəyyən  edir.IPSAS-a  əsaslanan  NASBO 

dövlət  büdcə  təşkilatlarına  tətbiq  olunur.Hazırda  Milli  Məclisə  təqdim  edilən  illik 

maliyyə  hesabatı  mühasibatlıq  sistemində  hazırlanmır,  lakin  sistemdən  götürülmüş 

məlumat  əsasında  Maliyyə  Nazirliyi  tərəfindən  hazırlanır.FARAB   layihəsi 

çərçivəsində  gözlənilən  dəyişiklik  maliyyə  hesabatlarının  mühasibatlıq  sistemindən 

hazırlanması,  o  cümlədən,  icmal  və  vahid  büdcənin,  mühasibatlıq  hesabatlarının  da 

hazırlanmasına şərait yaradacaqdır. 

llik maliyyə hesabatları budcə təsnifatına uyğun olan formatdan istifadə etməklə 

büdcə nöqteyi nəzərindən  hazırlanır.  Onlar  zaman  keçdikcə  ardıcıl  formatdatəqdim 

olunmuşdur.  2004-cü  ilin  mühasibat  üzrə  qanunu  2009-cu  ilin  IPSAS-a  əsaslanan 

NASBO  ilə  müvafiqliyi  tələb edir.Lakin  illik  maliyyə  hesabatları  tam  olaraq  NASBO 

standartına  uyğun  hazırlanmır.FARAB   layihəsi  çərçivəsində  mühasibat  uçotuna  dair 

prosedur  və  sistemlər  yenilənir,  məqsəd  isə  NASBO  tələblərinin  tam  olaraq  həyata 

keçirilməsidir. 

cmal hökumət maliyyə hesabatı illik   olaraq   hazırlanır və  gəlir, xərc, borclar 

və  zəmanətlər    üzrə  məlumatı  əhatə  edir.  Maliyyə  vəsaitlərinin  əksər  mənbələri  illik 

hesabatda əks olunur,  bir  qismi isə digər yerdə əks olunur. 

Ə

məliyyatların nəzarət və uçotunun aparılması  üçün aydın və effektiv qaydalar 



mövcuddur.  Xəzinədarlıq  DXA  daxilində  X S  vasitəsilə  ödənişlərlə  əlaqədar  bütün 

ə

məliyyatlari  həyata  keçirir.Öhdəliklərə  nəzarət  və  vəsaitlərin  idarə  edilməsi  səmərəli 



qarşılıqlı əlaqəyə əsaslanır və daxili maliyyə nəzarəti ilə bağlı irəliləyişlər qaydalara və 

normalara  yüksək  səviyyədə  riayət  olunmasını  təmin  edir.  Daxili  nəzarət    sistemi  

bəzilərinin  zəruri    olmaya    biləcəyi    çoxsaylı    nəzarət    səviyyələrinəəsaslanır.Xidmət 

strukturları,  rayon  və  nazirlik  səviyyəsində,  o  cümlədən  Maliyyə  Nazirliyi  nəzdində 

nəzarət mexanizmləri fəaliyyət göstərir.Eyni nəzarət mexanizmlərinin əksəriyyəti tətbiq 



60 

 

edilir.Bu  əslində  xəzinədarlığın  işini  asanlaşdırır,  çünki  əməliyyatlar  xəzinədarlığa 



ötürülməzdən əvvəl lazımi qaydada yoxlanılır, buna görə də, eyni yoxlanışların bir neçə 

dəfə həyata keçirilməsi təkrarçılığa səbəb olur.Yoxlama dövründə sadələşmiş və təcili 

prosedurlardan sui- istifadə hallarına rast gəlinməmişdir. 

 

 



 

 



61 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin