İzahat vərəqəsi
Fənnin tədrisinə ayrılan saatların miqdarı -48 s.
Əmək mühafizəsi ölkəmizdə fəhlə və qulluqçuların sağlam və
təlükəsiz əmək şəraitinin təmin edilməsi üçün ictimai-iqtisadi,
texniki gigiyenikj və təşkilati tədbirlər sistemindən ibarətdir.
Zəhmətkeşlərin sağlamlığının mühafizəsi, əmək şəraitinin
yüngülləşdirilməsi, peşə
xəstəliklərinin və istehsalat
zədələnmələrinin ləğvi xalqın maddi və mədəni həyat səviyyəsinin
mühüm məsələlərindən biridir.
İnsanın əmək fəaliyyətini öyrənən elmlər silsiləsində əmək
mühafizəsi elmi öz dolğunluğu və genişliyi ilə fərqlənir. Əmək
mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat zərəri və onun
törətdiyi peşə xəstəlikləri ilə məşğuldur.
Əmək gigiyenası əmək mühafizəsi elminin profilaktika fənnidir, o,
iş şəraitinin və istehsalat mühitinin insan orqanizminə təsirinə
öyrənir.
Əməyin mühəndis üsullarla mühafizəsi istehsalatda təhlükəli
zonalarını aşkara çıxarmaq və onlara qarşı mübarizə tədbirləri
görməklə məşğuldur.
Əmək mühafizəsi elmi mühəndisi fənnidir, o, istehsalatda bədbəxt
hadisələri törədən təhlükəli anları aşkara çıxardıb öyrənir, sağlam
4
və təhlükəsiz əmək şəraiti yaratmaqla məşğul olur. Əmək
mühafizəsi elminin məqsədi mövcud texniki prosesləri
araşdırmaqdan, əməyin təhlükəsizliyini təmin edən yeni istehsalat
prosesləri, ağır və zərərli əməliyyatların mexanikləşdirilməsi və s.
Kimi məsələləri öyrənməkdən ibarətdir.
|