Giriş
MDB regionunda birbaşa xarici investisiyalar və əməkdaşlıq prosesləri
perspektivləri yeni inkişaf təmayülləri ilə xarakterizə olunur.
Müstəqil Dövlətlər Birliyi Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR
rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin
yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. Preambula
və 14 maddədən ibarət sənəd SSR -nin beynəlxalq hüquq və geosiyasi reallığın
subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini,
onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil
Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr
tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova,
Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata
deklarasiyasını imzalamışdır. Deklarasiya SSR -nin ləğv olunaraq, MDB-nin
yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks
etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində
təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul
edilməsi ilə başa çatdırılmışdır.
Dostları ilə paylaş: |