Microsoft Word emirov vuqar doc


I FƏSIL. MDB REGIONU DÖVL



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix02.01.2022
ölçüsü1,46 Mb.
#1039
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
I FƏSIL. MDB REGIONU DÖVLƏTLƏRININ BEYNƏLXALQ IQTISADI 

MÜNASIBƏTLƏRINDƏ INVESTISIYA AMILI 

 

 



1.1.  Birbaşa xarici investisiyaların iqtisadi inkişafda rolu və nəzəri əsasları   

 

 

Birbaşa xarici investisiyalar kapitalın beynəlxalq hərəkəti formaları arasında 

xüsusiyer  tutur.  Əmtəənin  beynəlxalq  hərəkəti  ilə  yanaşı,  tarixi  inkişafda  istehsal 

amilləri,  ilk  növbədə  isə  birbaşa  investisiyalar  formasında  kapitalın  hərəkəti 

meydana gəlmişdir. 

Birbaşa  xarici  investisiyaların  əsas  əlamətlərindən  biri  ondan  ibarətdir  ki, 

onların  əsasında  müəssisələr  arasında  uzunmüddətli  işgüzar  əlaqələr  yaranır, 

investor  vəsaitini  qoyduğu  müəssisədə  qərarların  qəbul  edilməsində  əhəmiyyətli 

rol oynamağa başlayır. 

Birbaşa xarici investisiyaların ixracı və idxalının səbəbləri kifayət qədər 

müxtəlifdir.  Əsas  səbəblər  kimi  kapitalı  maksimum  gəlir  gətirəcək  ölkədə 

yerləşdirməyə,  vergi  ödəmələrinin  səviyyəsinin  azaldılmasına  və  risqlərin 

diversifikasiyasına  göstərilən  səylər  çıxış  edir.  BMT-nin  iqtisadi  qurumlarının 

rəhbərliyi altında keçirilən çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların 

ixracı  və  idxalının  spesifik  səbəbləri  əhəmiyyətli  dərəcədə  üst-üstə  düşür,  lakin 

onların nisbi rolu müxtəlifdir [2]. 

Birbaşa investisiyaların ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar: 

  Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə 



qədər yüksəkdirsə onun birbaşa xarici investisiyalarının həcmi bir o qədər çox olur. 

Ə

ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların həcmi də 



bir o qədər az olacaq. Xaricə birbaşa investisiya ixrac etməklə müəssisələr onlara 

məxsus olan və onların rəqabətli üstünlüyünü təmin edən texnologiya üzərində 

nəzarəti əldə saxlamağa çalışırlar. 



12 

 

 



12

  şçi  qüvvəsinin  ixtisas  səviyyəsində  olan  üstünlük.  xtisas  səviyyəsi  adətən 



işçilərin  əməyinin  ödənilməsinin  orta  səviyyəsi  ilə  ölçülür.  Şirkətdə  əməyin 

ödənilməsi  səviyyəsi  nə  qədər  yüksəkdirsə  (aşağıdırsa),  onun  birbaşa  investisiya 

ixracı bir o qədər çox (az) olacaq . 

  Reklamda  olan  üstünlük.  Bu  üstünlük  beynəlxalq  marketinq  üzrə  toplanmış 



təcrübəni  əks  etdirir.  Şirkətin  satış  həcmində  reklama  çəkilən  xərclərin  payı  nə 

qədər  yüksək  (aşağı)  olarsa,  onun  birbaşa  investisiya  ixracı  bir  o  qədər  çox  (az) 

olar. 



 Miqyas effekti . Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər 



çoxdursa  (azdırsa),  birbaşa  investisiyaların  ixrac  həcmi  də  bir  o  qədər  çox  (az) 

olur.Şirkətlərin əksəriyyəti ölkə xaricinə investisiya qoymazdan əvvəl daxili bazar 

çərçivəsində masştab iqtisadiyyatının imkanlarından tam istifadə edirlər. 

 Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların da 



həcmi çox olur. 

 Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı 



üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa  xarici 

investisiyalarının həcmi də artır. 

 Təbii resurslara çıxışla təmin edilmə. Şirkətin müəyyən təbii resursa ehtiyacı nə 



qədər çox (az) olarsa şirkətin bu resursun olduğu ölkəyə birbaşa investisiyası bir o 

qədər çox (az) olar. 

  Digər  səbəblər:  istehlakçının  bilavasitə  yaxınlığında  müəssisə  yaradılması 



iləəmtəənin  istehlakçıya  çatdırılması  üçün  çəkilən  nəqliyyat  xərclərinin  aşağı 

salınması;  ölkə  ərazisində  müəssisə  yaradılması  ilə  ölkə  tərəfindən  tətbiq  edilən 

idxal maneələrinin aradan qaldırılması. 

Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək olar: 

  Texnoloji  liderlik.  Şirkətin  satış  həcmində  elmi  tədqiqatlara  çəkilən  xərclər  nə 



qədəryüksəkdirsə onun xaricdən birbaşa investisiyalar idxalı bir o qədər çox olur. 

Ə

ksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların idxalı da 




13 

 

 



13

bir  o  qədər  az  olacaq.  Birbaşa  investisiyalar  adətən  ən  yeni  xarici  texnologiyalar 

idxalı ilə əlaqədardır. 

  şçi qüvvəsinin ixtisas səviyyəsi. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə qədər 



yüksəkdirsə  (aşağıdırsa),  onun  birbaşa  investisiya  idxalı  bir  o  qədər  çox  (az) 

olacaq. 


Reklamda olan üstünlük. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı 

nəqədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) 

olar. 


 Miqyas effekti. Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər 

çoxdursa  (azdırsa),  adətən  birbaşa  investisiyaların  idxal  həcmi  də  bir  o  qədər  az 

(çox) olur. 

  Şirkətin  ölçüsü.  Şirkətin  ölçüsü  böyük  olduqca  birbaşa  xarici  investisiyaların 



idxal həcmi də çox olur. 

 Istehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı 



üzrə  təmərküzləşmə  səviyyəsi  yüksək  olduqca  şirkətin  birbaşa  xarici  investisiya 

idxalının həcmi azalır. 

  Kapitala  olan  ehtiyac.  Şirkətin  kapitala  olan  ehtiyacı  nə  qədər  böyük  (kiçik) 



olursa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar. 

 Milli filialların sayı. Şirkət ölkə daxilində nə qədər çox (az) filiala malikdirsə, 



onun investisiya idxalı bir o qədər çoxdur (azdır). 

  stehsal xərcləri. Kapitalı qəbul edən ölkədə istehsal xərcləri nə qədər aşağıdırsa 



(yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çoxdur (azdır). 

  Daxili  əmtəə  bazarının  müdafiə  səviyyəsi.  Kapital  idxalı  əmtəə  idxalının 



alternative  kimi  çıxış  etdiyindən  ölkənin  daxili  əmtəə  bazarının  gömrük  və  digər 

müdafiə səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), birbaşa investisiya idxalı bir 

o qədər çoxdur (azdır). 

 Bazarın ölçüsü. Ölkənin daxili bazarının ölçüsü böyül olduqca investisiya idxalı 



da çox olur. 

 Digər amillər: xarici birbaşa investisiyalar hesabına yaradılan sənayenin 




14 

 

 



14

ixracyönümlülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu. 

Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən amillər 

bir çox hallarda üst-üstə düşür ki, bu da kəsişən investisiyalara gətirib çıxarır.  

Texnoloji liderlik, işçi qüvvəsinin ixtisas səviyyəsi, beynəlxalq marketinqdə 

yığılmış təcrübəni əks etdirən reklamda üstünlük və şirkətin ölçüsü eyni zamanda 

həm ixrac, həm də idxal amilləri kimi çıxış edirlər. Masştab iqtisadiyyatı, istehsalın 

təmərküzləşməsinin  yüksək  dərəcəsi  və  təbii  resurslara  olan  ehtiyac  birbaşa 

investisiyaların  ancaq  ixrac  amilləridir.  Kapitala  olan  ehtiyac,  çoxsaylı  milli 

filiallar,  daha  aşağı  istehsal  xərcləri,  daxili  bazarın  yüksək  müdafiə  səviyyəsi  və 

daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal səbəbləridir. 

Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi 

kimi  satış  bazarının  genişlənməsini,  ucuz  resurslara  çıxış  imkanının  yaranmasını, 

mülkiyyətin əldə edilməsini göstərmək olar. 

Bazarın genişləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların həyata 

keçirilməsini aşağıdakılar şərtləndirir: 

 milli istehsal gücünün olmaması; 



 əmtəələrin nəqliyyat xərclərinin yüksək olması və bunun da onların ixracının 

qeyri-mənfəətli olmasına gətirib çıxarması; 

 idxalatçı-ölkədə ticarət məhdudiyyətləri; 



 miqyas  effektiǁndən istifadəyə can atma; 

 

müştərilərin 



arxasınca 

getməǁ 


(avtomobil 

ş

inlərinin 



istehsalçıları 

avtomobilistehsalçılarının arxasınca hərəkət edirlər); 

 rəqibləri “təqib etmə” getməǁ; 



 yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə edilməsi; 

 müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s. 



Ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici 

investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir: 

xərclərin aşağı salınması məqsədilə istehsalın ölkələrarası rasionallaşdırılması; 



15 

 

 



15

  kapitalı  qəbul  edən  ölkədə  xarici  investisiyaların  dövlət  tərəfindən 



stimullaşdırılması; 

 kapitalı ixrac edən ölkənin özünü strateji resurslara təmin etməyi qarşısına 



məqsəd kimi qoyması. 

Xaricdə mülkiyyətin əldə edilməsi və ya yeni tikintinin həyata keçirilməsi 

aşağıdakılarla izah edilir: 

 ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri;208 



 tanınmış firmanın reputasiyasını, ticarət markasını öz mülkiyyətinə keçirmək 

imkanı (françayzinq müəssisəsinin alınması zamanı); 

 risqlərin, xərclərin aşağı salınması və s. 



Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri 

ilə  əlahiddə  surətdə  deyil,  həmin  səbəblərin  müəyyən  dərəcədə  əlaqəlı  istifadə 

etməklə izah edilir. 

BMT-nin  transmilli  şirkətlər  üzrə  Mərkəzi  xarici  ölkədə  əmtəə  və  xidmət 

istehsalının  təşkil  edilməsi  ilə  birbaşa  kapital  qoyuluşlarının  dörd  əsas  səbəbdən 

baş verdiyini göstərir: 

1)  birbaşa  xarici  investisiyalar  ona  görə  həyata  keçirilir  ki,  bir  sıra  əmtəə  və 

xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin, xüsusilə 

də  xidmətlərin  özünəməxsus  cəhətləri  səbəbindən  qeyri-mümkündür  və  ya  çox 

çətindir; 

2) əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi 

üçün  daha  ucuz  və  səmərəli  üsuldur  (məsələn,  nəqliyyat  xərclərinə  qənaət 

etməklə); 

3)  sahibkar  kapitalını  qəbul  edən  ölkə,  əmtəə  və  xidmətlərin  sonradan  onların 

dünya  bazarlarına  (kapitalı  ixrac  edən  ölkələrin  bazarları  da  daxil  olmaqla) 

çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış edir; 

4) bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olanlar üçün satışdan 

sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da istehsalçının bazarda 

olmasını zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış 



16 

 

 



16

firmasını təşkil etməkdən daha faydalı olur. 




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin