Birbaşa xarici investisiyalar üzrə işlənmiş nəzəriyyələrin icmalı
(cədvəl 1.)
göstərir ki, iki əsas yanaşmadan istifadə edilmişdir [2]:
• transmilli şirkətlərin digər firmala qarşısında rəqabət üstünlüklərini təmin
edən xarakteristikaları müəyyən edən və birbaşa xarici investisiyaların nə
üçün həyata keçirildiyi sualına cavab verən nəzəriyyələr;
• kapitalın beynəlxalq axın istiqamətlərini izah edən nəzəriyyəsi.
Cədvəl 1.
Beynəlxalq investisiya münasibətlərinin nəzəri-konseptual əsasları
Müəllif
BX -nin əsas
stimulları
Nəzəri nəticələr
Müasir tətbiq sahəsi
Makroiqtisadi yanaşma
R.Aliber
Kapital və valyuta
bazarlarının qeyri-
təkmil olması
Sabit valyutaya malik
ölkələrdə firmalar
daha yüksək
kapitallaşmaya
malikdirlər və bunun
da hesabına zəif
valyutaya malik
ölkələrə BX risqi
kompensasiya edilir
Sənayecə inkişaf
etmiş ölkələrdən
inkişaf etməkdə olan
ölkələrə BX axınları
və onların valyuta
məzənnələrinin
dinamikasından asılı
olaraq dəyişməsi
K.Kodzima
Müəyyən resurslara
malik olmadan irəli
gələn müqayisəli
üstünlüklər və
firmaların fəaliyyət
göstərdikləri bazar
strukturunun
xüsusiyyətləri
BX ticarətə əlavədir
və müqayisəli
üstünlükləri
gücləndirir. BX
ticarətə yönələn
(Yaponiya) və
yönəlməyən (ABŞ)
hissələrə bölünür
Yaponiya BX -nin
xüsusiyyətləri
T.Ozava
Yaponiya
iqtisadiyyatının
spesifikası: xarici
bazarlardan güclü
asılılıq, milli istehsal
amillərinin
BX sadalanan
faktorların mənfi
təsirlərini aradan
qaldırmağa imkan
verir
Yaponiya BX -nin
xüsusiyyətləri
17
17
qiymətlərinin artımı,
ölkənin əmtəələrinə
qarşı güclənən
proteksionizm və s.
R.Mandell
Gömrük tariflərinin
səviyyəsi
Kapitalın hərəkəti
idxalın
ə
vəzedilməsinə
yönəlib
dxaləvəzetməsinə
yönəlmiş BX
Mikroiqtisadi yanaşma
T.Horst
Mənfəətin və ixracın
maksimallaşdırılması
Bu iki məqsədin əldə
edilməsi eyni bir
strategiyanın, yəni
BX -nin həyata
keçirilməsini tələb
edir
Tələb üzrə
qiymətlərin elastikliyi
nəzərə alındığı
hallarda
S.Haymer
Portfel investisiyaları
üçün – faiz dərəcələri;
birbaşa investisiyalar
üçün – investisiya
qoyan firmalar üçün
differensiaıllaşmış
məhsullar, masştab
ə
sasında qənaət,
ticarət markası, patent
edilmiş texnologiya,
yüksək menecment
səviyyəsi formalarında
spesifik üstünlüklər
Birbaşa investisiyalar
və beynəlxalq ticarət
bir-birlərini qarşılıqlı
tamamlayan
strategiyalardır ki,
onlar da investorlara
yerli firmalar
tərəfindən rəqabətə
maneə yaratmağa
imkan verir
Firmaların portfel
investisiyaları;
differensiallaşmış və
ş
aquli surətdə inteqrə
olunmuş istehsala
malik firmalar üçün
BX
R.Vernon
L.Uells
Məhsulun həyat dövrü
nəzəriyyəsi: ticarət və
investisiyalar xarici
bazarlardan istifadə
edilmənin vahid
prosesinin
elementləridir (bu
prosesin zamana görə
dəyişməsini nəzərə
almaqla)
BX istehsalı idxal
ölkələrinə köçürməyə
imkan verir ki, bu
zaman da masştab
ə
sasında qənaət
məhsulla nəinki yerli
bazarı təmin etməyə
imkan verir, həm də
məhsulu üçüncü
ölkələrə ixrac
etnməyə şərait yaradır
Yaponiya və Qərbi
Avropa BX -nin
inkişaf etməkdə olan
ölkələrə axını
18
18
S.Hirş
Firmaların spesifik
üstünlükləri (texnoloji
və idarəetmə nou-
hauları, məhsulun
differensiallaşdırılması
imkanları və s.) və
informasiyanın əldə
edilməsinə, sazişlərin
həyata keçirilməsinə,
xaricdə
kommunikasiyanın
təşkil edilməsinə
çəkilən xərclər
Firma BX
strategiyasını seçir:
1) spesifik nou-hauya
və öz ölkəsində və
xaric ölkədə
çəkdiyi satış
xərclərində böyük
fərqə malikdirsə;
2) aşağı istehsal
xərclərinə mailk
olan ölkələrə
Nou-hauya malik olan
firmaların BX -si;
aşağı istehsal
xərclərinə malik
ölkələrə BX
D.Penrouz
O.Uilyamson
K.Errou və b.
Bazarın iqtisadi
institut kimi müstəqil
alıcılar və satıcılar
arasında aktivlərlə,
ə
mtəələrlə və
informasiya ilə
mübadiləni səmərəli
həyata keçirmək
qabiliyyətində
olmamasını aradan
qaldırmağa cəhd
Firmanını danışıqlara
və sazişlərin həyata
keçirilməsinə,
mülkiyyət
hüquqlarının
qorunmasına çəkdiyi
xərclər nə qədər
yüksəkdirsə, alıcının
məlumatlı olmaması
səbəbindən əmtəəyə
görə maksimal
qiymətin alınması
qeyri-mümkündürsə
və s., onda firma BX -
nin həyata
keçirilməsində bir o
qədər aktiv olur
Firmaların bazarın
qeyri-təkmilliyinin
aradan qaldırılmasına
çəkdikləri xərclərin
yüksək olması
hallarında
C.Danninq
Firma BX -ni üç şərtin
olması halında həyata
keçirir:
1) göprünməyən
aktivlərə sahib
olmadan irəli gələn
üstünlüklərə
malikdir;
2) onun üçün
aktivlərdən özünün
istifadə etməsi daha
faydalıdır;
3) birinci iki səbəbin
Ancaq birinci
üstünlüyə malik firma
patent və lisenziyalar
satır; birinci və ikinci
və ya hər üç üstünlüyə
malik firmalar BX
həyata keçirirlər
Qeyd olunan şərtlərə
malik firmaların BX -
si
19
19
mövcud olması
halında firma üçün
xaricdə hər hansı bir
istehsal amilindən
istifadə etməklə
üstünlükləri
reallaşdırmaq
faydalıdır
Iqtisadi ədəbiyyatlarda kapitalın beynəlxalq miqrasiyasını nəzəri cəhətdən
izah edən ən’ənəvi və müasir nəzəriyyələr mövcuddur. Ən’ənəvi adlanan
nəzəriyyələrə əsas e’tibarilə neoklassik, neokeyns və marksist konsepsiyaları,
müasir nəzəriyyələrə isə TMK konsepsiyası, portfel investisiyalar nəzəriyyəsi,
kapital qaçışı nəzəriyyəsi və s. aiddir [2].
Kapital ixracının neoklassik nəzəriyyəsi beynəlxalq ticarətin klassik
nəzəriyyəsi əsasında inkişaf etmişdir. Belə ki, onun əsasını D. Rikardonun
beynəlxalq ticarətin müqayisəli üstünlüklər prinsipi təşkil edir. Bu prinsipə istinad
edərək klassik ingilis iqtisadçısı C.S. Nill XIX əsrdə ilk dəfə olaraq kapitalın
ölkələrarası hərəkəti məsələləri ilə məşğul olmağa başladı. Rikardonun ardınca o,
göstərdi ki, kapital ölkələr arasında gəlirlərinin qeyri-bərabərliyi səbəbindən
hərəkət edir, hansı ki, bə’zi kapital cəhətdən zəngin olan ölkələrdə bu gəlirlərin
enmə meylləri baş verir.
XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis iqtisadcıları, xüsusən də C.A.
Hobson və C.Keyrns. C.B. Seyin istehsal amilləri konsepsiyasını BIM sisteminə və
kapitalın beynəlxalq hərəkəti sferasına da aid etdilər. Keyrns neoklassik nəzəriyyə
üçün beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkətinin alternativliyi haqqında
mühüm bir postulat ifadə etmişdir: müəyyən şərtlər daxilində istehsal amillərinin
miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu nəzəriyyə tərəfdarlarının,
marjinalizmin əsasını qoyan K.Manqer, U.Cevons, E.Bem-Baverka tərəfindən
ə
sası qoyulmuş son səmərəlilik amillərinə maraqları da buradan yaranmışdır.
20
20
Ingilis iqtisadcıları göstərdilər ki, istehsal amilləri BIM sistemində az
mütəhərrikdilər (ölkədaxili mobillik səviyyəsindən fərqli olaraq) və bu səbəbdən
də onların bu münasibətlər sistemində iştirakı çox da böyük deyil.
Neoklassik nəzəriyyə XX-ci əsrin I onilliyində E.Hekşer və B.Olin, R.
Nurkse və K.Iverson tərəfindən təkmilləşdirilmişdir [2]. Belə ki, Hekşer son
fəydalılıq nəzəriyyəsinə əsasən istehsal amilləri qiymətlərinin beynəlxalq
tarazlığının tendensiyasını formalaşdırmışdır. Bu tendensiya özünə həm beynəlxalq
ticarət, həm də istehsal amillərinin beynəlxalq hərəkəti üzərindən yol açır ki, bu
amillərin dəyər və miqdarları müxtəlif ölkələrdə bərabər deyil.
B.Olin isə beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal
amillərinin hərəkəti müxtəlif ölkələrdə onlara olan müxtəlif tələbatlarla bağlıdır:
onlar səmərəliliyi aşağı olan ölkələrdən daha yüksək olan ölkələrə doğru hərəkət
edir. Kapital üçün son səmərəlilik isə əsasən faiz stavkaları ilə müəyyən olunur.
Olin həmçinin kapitalın beynəlxalq hərəkətinə tə’sir edən tamamlayıcı momentləri
də göstərmişdir. Bunlara o, gömrük baryerlərini (əmtəə idxalına mane olur və
xarici kapitalın ölkədaxili bazara girməsinə şərait yaradır), filialların kapital
yatırımları coğrafi diversifikasiyasına can atması, xarici investisiya riskləri və
onların bu əsasda təhlükəsiz və riskli tiplərə ayrılmasını aid etmişdir.
R.Nurkse kapitalın beynəlxalq hərəkətinin müxtəlif modellərini yaratmış və
belə bir nəticəyə gəlmişdir ki, əmtəə eksportu sür’ətlə artan ölkədə əlavə kapitala
tələbat yaranır və ölkə bu kapitalı idxal edir. Nurkse bu mütənasibliyin əksini də
məqbul sayır. K. Iverson neoklassik nəzəriyyəyə yeniliklər gətirərək kapitalın
beynəlxalq hərəkətinin iki səviyyəsini-real və tədiyyə balansının idarə edilməsi
üçün tənzimedici səviyyələri fərqləndirir. O, həmçinin qeyd edirdi ki, kapitalın
müxtəlif tipləri əsasən kapitalın köçürülməsi səbəbindən müxtəlif beynəlxalq
mütəhərrikliyə malikdir. Hər bir ölkənin aktiv kapital ixrac və idxal edə bilməsi də
məhz bu faktla izah olunur.
Neokeyns nəzəriyyəsi-bu nəzəriyyənin tərəfdarları kapitalın hərəkəti ilə
ölkənin tədiyyə balansı arasında olan əlaqəni plana çəkirlər. Keyns özü göstərirdi
21
21
ki, kapitalın hərəkəti tədiyyə balansında tarazlığın pozulması ilə əlaqədardır. Belə
ki, ölkədə əmtəələrin ixracı onların idxalından artıq olduqda kapital ölkədən ixrac
olunur və bu zaman dövlət müdaxiləsi labüddür. R.Harrod özünün «iqtisadi
dinamika» modelində göstərir ki, kapital baxımından zəngin olan bir ölkədə
iqtisadi artım tempi nə qədər aşağı olarsa, həmin ölkədən kapital axını tendensiyası
bir o qədər yüksək olar. E.Domor ölkənin ticarət balansı və məşğulluq səviyyəsini
təhlil edərək göstərirdi ki, ölkənin kapital ixracı onun xaricdəki investisiyalarından
gələn gəlirlə daxili investisiyalardan gələn gəlirin münasibətindən asılıdır.
Ə
gər olkədə investisiyaların həcmi investisiya gəlirlərindən daha çox
artırsa bu zaman ticarət balansı aktivdir. Əks halda ticarət balansı passivdir.
Neokeyns nəzəriyyəsi IEO-in Afrika, Asiya və Latın Amerikası ölkələrinin
inkişafına etdikləri kömək siyasətinin əsasına çevrilmişdir. Çünki bu nəzəriyyəyə
görə IEOÖ-ə kapital ixracı eyni zamanda onun həm ixracatçı ölkələrinin, həm də
idxalçı ölkələrinin iqtisadi aktivliyinə təkan verir. Lakin onu da qeyd etmək
lazımdır ki, IEOÖ-ə kapital axını böyük risk və digər maneələrlə qarşılaşır.
Umumilikdə
goturdukdə
neokeyns
nəzəriyyəsinin
bir
sıra
çatışmamazlıqları mövcuddur. Bu nəzəriyyə də neoklassik nəzəriyyə kimi
makroiqtisadi təhlilə əsaslanaraq fərdi investorların fəaliyyətini nəzərə almır.
Marksist konsepsiya – bu konsepsiyanın banisi K. Marks kapital ixracının
səbəbini onun ölkədə nisbi artıqlığını görür. Nisbi artıq kapital məvhumu altında o,
elə kapital nəzərdə tuturdu ki, bu kapitalın ölkə daxilində istifadəsi gəlir
normasının aşağı düşməsinə səbəb olur. Nisbi artıq kapital üç formada təzahür
edir: mal, istehsal (artıq istehsal gücü və işçi qüvvəsi) və pul formasında. Ölkənin
dünya kapitalizm sisteminə cəlb olunması və ilkin şərtlərin yaranmasının (istehsal
infrastrukturu) ilə kapital ixracı baş verir. XIX əsrin sonunda monopoliyaların
güclənməsi kapital ixracına təkan verdikdə V.I. Lenin bu prosesi kapitalizmin
müasir mərhələsi, onun tipik əlaməti saymışdır.
Yeni marksist nəzəriyyə numayəndələri yuxarıda göstərilənlərlə yanaşı
kapital ixracının daha bir neçə səbəbini göstərmişlər: istehsalın beynəlmilləşməsi,
22
22
inhisarlar arasında rəqabətin güclənməsi, inkişaf templərinin artması (həm IEÖ-in,
həm də IEOÖ-in xarici kapitala tələbatının artmasına səbəb olur).
Muasir TMK nəzəriyyələri: TMK-ların XX əsrin ikinci yarısında
fəaliyyətlərinin sür’ətlə artması nəticəsində onlar iqtisadi nəzəriyyədə əsas diqqət
mərkəzinə keçmişdir. Ilk dövrlərdə TMK-lar ancaq firma nəzəriyyəsi çərçivəsi
daxilində öyrinilirdi, sonralar isə onlar üçün ayrıca müstəqil konsepsiyalar işlənib
hazırlanmağa başlandı ki, onların da əsasında əsasən amerikan iqtisadçılarının
ideyaları üstün mövqe tutur: S.Haymerin birbaşa investisiyaların xaricdə həyata
keçirilməsi baxımından firmaların yerli rəqiblər arasında üstünlüyə malik olma
zəruriliyi nəzəriyyəsi, R.Kouzun iri korparasiya daxilində spesifik bazarın
mövcudluğu və R. Vernonun «əmtəənin həyat dövrü» konsepsiyası (bu
konsepsiyayada o, TMK anlayışını xarici rəqiblərinə «zərbə» vurmağa çalışan milli
inhisar kimi izah edir) [2].
C.Helbreyt hesab edirdi ki, TMK-ların genezisi texnoloji səbəblərlə
şə
rtlənir. Müasir istehsal XIX əsrə nisbətən daha mürəkkəb olduğundan onun
reallaşması və xidmət firmalarından xaricdə mal-xidmət şəbəkəsi yaradılmasını
tələb edir.
Marksist nəzəriyyəyə gorə TMK - istehsal beynəlmilləşməsi prosesində
kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsidir. TMK-ların əsas
xüsusiyyəti - əmtəə və xidmətlərin xaricdə istehsalı, yə’ni birbaşa investisiyaların
mövcudluğudur. Bu səbəbədən də TMK konsepsiyası çərçivəsində bir neçə
birbaşa investisiya modelləri hazırlanmışdır:
1. Inhisarcı üstünlüklər modeli – bu model S.Haymer tərəfindən
hazırlanmış və sonralar Ç.P. Kindleberqer, R.E. Keyvz, Y.C. Conson, R. Lakru
tərəfindən inkişaf etdirilmişdir. Bu modelə görə xarici investor yerli investora
nisbətən daha az əlverişli şəraitdə mövcud olur. O, ölkənin bazarını və
konyunkturunu zəif bilir, geniş əlaqələri yoxdur, əlavə nəqliyyat xərcləri çəkir və
risklə üzləşir. Bu səbəbdən də ona yerli rəqiblərə nisbətən əlavə inhisarçı üstünlük
lazımdır ki, o, daha yüksək gəlir götürə bilsin. Bu gəlir inhisarçı rəqabət (bu
23
23
nəzəriyyə E.Çembellin tərəfindən hazırlanıb) fəaliyyətində mövcud üstünlüklər
hesabına investisiya riskinə görə əldə edilən mükafatdır.
Xarici investor ucun inhisarcı üstünlüklər məfhumuna -yerli əmtəə
bazarlarında qeyri-mükəmməl rəqabət (əmtəə orijinal olduqda), resurslar bazarında
qeyri-mükəmməl rəqabət (xarici firma mükəmməl texnologiyaya, böyük
sahibkarlıq təcrübəsinə malik olduqda), xarici investisiyanın əlverişli dövlət
tənzimlənməsi (xarici kapitala güzəştlər) və s. aiddir.
Inhisarcı üstünlüklər modeli inhisarçı rəqabət nəzəriyyəsinə uyğun olaraq
birbaşa investisiyaların sür’ətli artım tempini – firmanın istehsalının kifayət qədər
gəlirli səviyyədə saxlanılmasının yeni bazarlar sayəsində mümkünlüyü və
ə
mtəələrin ixracında müxtəlif baryerlərin mövcudluğu ilə izah edir.
2. Əmtəənin həyat dovru modeli. Bu model amerika iqtisadcısı R. Verno
tərəfindən firmanın artım nəzəriyyəsi əsasında hazırlanmışdır: yeni əmtəə 4
mərhələdə mövcud olur: Bazara çıxma, satışın artımı, yetkinlik, enmə dövrləri.
Istehsalı yeni təşkil olunmuş firmaya aid əmtəələrin beynəlxalq həyat dövrü isə
fərqlidir: I – yeni əmtəənin inhisarçı istehsalı və ixracı, II xarici rəqib firmalar
tərəfindən analoji məhsulların istehsalı və bazara çıxarılması (ilk olaraq öz daxili
bazarına), III Rəqiblərin üçüncü ölkələrin bazarlarına çıxması və məhsulun pioner
ölkədən eksportunun azalması ( IV – Rəqiblərin pioner-ölkə bazarlarına çıxması).
Beynəlxalq bazarda yeni rəqiblərin meydana cıxması ilə firma yeni
məhsulların istehsalına başlaya bilər. Ixrac təhlükəsi artdıqca firma həmçinin
ə
mtəənin həyat dövrünün uzanması üçün xaricdə onun istehsalını təşkil edə bilər.
Qeyd etmək lazımdır ki, artım və yetkinlik dövründə istehsal xərcləri aşağı düşür
və bununla qiymətlərin enməsi və ixracın artması imkanları, həmçinin xarici
istehsalın təşkili imkanları artır. Əmtəələrin eksportuna nisbətən istehsalın xaricdə
təşkili nisbətən az dəyişən xərclər, gömrük baryerlərinin dəf edilməsi, xarici
kompaniyalara asan rəqabət və s. səbəblərdən daha sərfəlidir.
3. Beynəlmilləşmə modeli. R. Kouzun iri korporasiyalarının daxilində
onun bölmələri arasında olan və korporasiyanın filiallarının rəhbərləri tərəfindən
24
24
idarəedilən daxili bazarların mövcudluğu haqqında nəzəriyyəsinə əsaslanır. Bu
modelin yaradıcıları P. Bakli, M. Kesson, C. Makmanus, C. Danninq və s. hesab
edirdilər ki, formal beynəlxalq əməliyyatların əksər hissəsini iri təsərrüfat-
firmadaxili əməliyyatları təşkil edir.
4. Marksist model. Bu model də butov marksist konsepsiya kimi nisbi artıq
kapital ideyasına əsaslanır.
5. Eklektik model. Birbaşa investisiyaların yuxarıdakı məhdud modelləri C.
Danninqin eklektik modelinin yaranmasına gətirib çıxardı. Bu modelə görə firma 3
ilkin şərtin eyni vaxtda uyğun gəlməsi səbəbindən xaricdə məhsul və xidmət
istehsalına başlayır (birbaşa investisiyalar həyata keçirilir): 1) Firma xarici ölkədə
digər firmalara nisbətən spesifik üstünlüklərə malikdir. 2) Firma üçün bu
üstünlüklərdən yerindəcə istifadə etmək daha sərfəlidir.(beynəlmilləşmə üstünlüyü)
3) Bəzi istehsal resurslarının öz ölkələrdə olduğuna nisbətən daha effektiv istifadə
olunması (yerdəyişmə üstünlüyü).
Muasir dovrdə eklektik model daha cox populyardır.
Portfel investisiyalar nəzəriyyəsi. Portfel investorları xaricdəki əsas üç
moment maraqlandırır: 1) Xarici qiymətli kağızların gəlirlilik səviyyəsi. 2) Bu
sahədə risklərin səviyyəsi. 3) Xarici qiymətli kağızlar hesabına öz qiymətli
kağızlar portfelini diversifikasiya etmək marağı.
Bu 3 aspektin kombinasiyası portfel investisiyaların iqtisadi və siyasi
strukturunun tərəddüdlərinə daha çox meylli olmasını əsaslandırır.
Kapital qacışı nəzəriyyəsi. Digərlərinə nisbətən bu nəzəriyyə daha az
inkişaf edib. D. Kaddinqton kapital qaçışının qısa müddətli kapitalın gizli idxal və
ixracına aid edir. Digər iqtisadçıların fikrincə kapital qaçışı yerli kapital
sahiblərinin kapitalının qeyri əlverişli investisiya iqlimi şəraitində hərəkətidir. Bu
nəzəriyyəyə görə kapital ölkədən həm də ona görə «qaçır» ki, o həm də qeyri-
qanuni yolla əldə edilir.
Kapital ixracının əsas səbəbi və ilkin şərti ölkədə kapital nisbi artıqlılığı,
onun yığımıdır. Və o, sahibkar mənfəəti və ya faiz əldə etmək məqsədilə xaricə
25
25
çıxarılır. Qeyd etmək lazımdır ki, daxili investisiya defisiti zamanı da kapital ixracı
həyata keçirilə bilər. Bu amil hazırki şəraitdə də mövcud olsa da dünya
təsərrüfatının beynəlmilləşməsi və qloballaşması, dövlət və təsərrüfat
subyektlərinin milli və beynəlxalq maraqlarının çulğaması nəticəsində
mürəkkəbləşmişdir.
Dünyada sığorta şirkətlərində, pensiya investisiya və digər fondlarda
akumlyasiya olunmuş, gəlir gətirmək üçün tətbiq sahəsi axtaran külli miqdarda
rezerv kapitalı yaranmışdır. IEÖ-in kapital ixracı XX əsrin II yarısından intensiv
surətdə artır. Onun köməyilə təkrar istehsalın ziddiyyətləri aradan qaldırılır, ixrac
artırılır, nəticədə avadanlıqlara ölkə daxilində tələbat artır, həmçinin xidmət
çoxalır, nəticədə gəlirlərin azalma tendensiyası neytrallaşdırılır, dünya iqtisadiyyatı
problemləri həll olunur.
Dünya təsərrüfatında kapitalın beynəlxalq hərəkətinə bir çox amillər tə’sir
edir: Milli iqtisadiyyatda baş verən proseslər – əsasən istehsalın xüsusi çəkisinin
azalması və xidmət sahələrinin xüsusi çəkisinin artması. Kapital ixracının
yuxarıdakı sürətli artımı fonunda onun beynəlxalq miqrasiyası da sürətlənir.
Dostları ilə paylaş: |