Microsoft Word esasss doc


partlayar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#39720
1   2   3
Kubra


partlayar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 85). 
BAĞINCAQ – atın dırnağından yuxarı qatlanan yer, ayağın 
bəndi.  –  Atlar baxdı ki, nə göydə Allahı tanıyan var, nə də yan-
yörədəki Əzrayıla göz qoyan var  –  dırnaqlarıyla torpağı eşib 
fınxırdılar, bağıncaqlarını didişdirib kişnədilər  (İ.İsmayılov. 
Əzrayıl. Ulduz, 1989, №1, səh. 15).  –  Səmənd acığından ba-
ğıncaqlarını dişləyirdi (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, 
№4, səh. 77). 
BAĞLANACAQ  –  bağlama, boxça. – Tələskənliklə kişiyə bir 
cüt alt paltarı, yüngül yemək və buna bənzər şey yığıb balaca bir 


 
 
24
bağlanacaq düzəltdi  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 11). 
BAĞRIM-BADAŞ  – canbirqəlb, yaxın, dilbir, dost. –  Zalışın 
arvadı ilə Mürşüdov son vaxtlar bağrım-badaş olmuşdular  
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 105). 
BALAĞBUYNUZ  – yanaqlara doğru uzanmış, burulmuş, ça-
mış buynuzlarına bənzəyən uzun, gur bığ.  –  Qoçəli Bayramə-
linin boy-buxununa, balağbuynuz bığlarına göz qoyub, sayğaca 
vurub soruşdu  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jur-
nalı, 1988, №3, səh. 23). 
BALBAGÜLÜ  – əmənköməci.  –  Hamıdan qabaq o balbagülü 
əkib gətirmişdi  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, 
səh. 59). 
BALDIRĞANLIQ  –  baldırğan bitkisinin çox olduğu yer.  –  
Ürəyinin işığı gözünə düşən Məhəmməd qəddini düzəldib, be-
şaçılanının lüləsini baldırğanlığın qurtaracağındakı qayalığa 
sarı çevirdi  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, 
№4, səh. 37). 
BAMBILI –  gic, dəli, axmaq .  –  Düşmüşəm bambılı 
kimi ortalığa, nə var, nə var mən qəbirsannığı qoruyuram  
(Ə.Əmirov Tapanca. Ulduz, 1988, №8, səh. 18).  –  Axı, kimiydi 
deyən başını götürüb get, bu yaşına qədər bambılı kimi gəz  
(S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh.74). 
BARXANA // BƏRXANA  –  əşya, yük. –  Taksidən barxana-
sını daşıyıb, rahatlanandan sonra pəncərədən şəhərə baxa-baxa 
qalmışdı  (E.Əlləzoğlu. Balıq günü. Ulduz, 1988, №3, səh. 45).  
–  O da yəqin bunu başa düşüb, söz-söhbətsiz bərxanasını yığış-
dırıb  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 5). 
BARI  –  hasar.  –  Hündür daş barılar ucalırdı (F.Qoca. Kələ-
fin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 26).  – Bağçada barının 
üstündə bircə dənə də qarğa qalmadı  (İ.Məlikzadə. Qırmızı ya-
ğış. Azərb. jurnalı, 1987, №1, səh. 6). 
BARINMAQ I – istifadə etmək, yararlanmaq, faydalanmaq, 
bəhrələnmək.  – Uşaqlar da bu qoyub gedəcəkləri yer-yurddan 


 
 
25
daha çox barınmaq, doymaq istəyirdilər  (Z.Bayramlı. Qız Pəri-
nin oğlu. Azərb. jurnalı, 1992, №7-8, səh. 98). 
BARINMAQ II  –  sevinmək, məmnun olmaq.  –  Aynisə əvvəl-
cə fikrə getdi, ayağı sayalı xəbərdən barındı  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 27). 
BARIŞ  –  ahəng.  –  Bir barış duyurdum bu yerişindən  (Ş.Hə-
sənoğlu.Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 63). 
◊ BASARATI BAĞLANMAQ I –  bəxti, yolu, taleyi bağlı ol-
maq.  – Basarat bağlananda hər tərəfdən bağlanır  (Ə.Mustafa-
yev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 48).  –  
Bəxt paylananda basaratım bağlanıb  (S.Nəzirova. Ümid uldu-
zu. Ulduz, 1990, №12, səh. 46). 
◊ BASARATI BAĞLANMAQ II  –  özünü itirmək, dili-ağzı 
bağlanmaq, nitqi tutulmaq.  – Bu yaşında basaratı bağlanmış 
kişinin heç nəylə maraqlanmadığına, adicə çin, rütbə nədi, on-
ları da bilmədiyinə acığı tutdu  (Ə.Həsənov. Bağ evi. Ulduz, 
1988, №6, səh. 10). 
BAŞAX  – biçin zamanı yerə tökülən sünbül. – Qoy yoncadan, 
başaxdan yesin, kefi kökəlsin  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 77). 
BAŞARIŞIQ  –  bacarıq, hünər. – Başarışığım yoxdu, Allah mə-
ni belə yaradıb  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 
16). 
□ BAŞI QAL İÇİNDƏ OLMAQ  – başı problemlərə qarışmaq, 
işi həddindən artıq olmaq. –  Di get, qəbula yazılan çoxdu, onsuz 
da başım səhərdən qal içindədi  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 50). 
◊ BAŞILOVLU ÇIXMAQ  – tez-tələsik, həyəcanlı halda 
çıxmaq. –  Evdən başılovlu çıxdım  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 24). 
◊ BAŞINDAN ƏKMƏK  –  başından eləmək, rədd etmək, 
özündən uzaqlaşdırmaq.  –   Onu başından əkmək üçün bir xeyli 
düşünüb daşındı  (E.Əlləzoğlu. Balıq günü. Ulduz, 1988, №3, 
səh. 39). 


 
 
26
◊ BAŞŞAQ BAĞLAMAQ  – biçin zamanı yerə tökülən 
sünbülü toplayıb öz kökü ilə dəstə bağlamaq.  –  Tökülən 
sünbülləri yığıb başşaq bağlayardıq  (Ə.Əzimzadə. Arandan 
gələn adam. Ulduz, 1988, №3, səh. 22). 
BAYQANNI  –  bais, səbəbkar, günahkar.  –  Allah eləməmiş 
başına burda bir iş gəlsə, bayqannı mən ollam  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 61). 
BAYQIMIŞ  –  dəli kimi, ozunu itirmiş halda, cox həyəcanlı 
vəziyyətdə, səksəkəli halda. – Sübhün gözləri açılar-açılmaz 
nənəmin “Tanrının qələmi sınaydı, mənə belə gün yazan yerdə”  
– deyintisinə yuxudan oyanıb, bayqımış halda yamaqdan 
simasızlaşmış şalvarımı əynimə keçirib küçəyə qaçmışdım  
(İ.Ərnəfəs. Qaçış. Azərb. jurnalı, 1989, №1, səh. 103). 
BAZARBAŞI  – meydan.  –  Onda əyilib bazarbaşından iri bir 
əlləmə qapdı  (S. Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 55). 
◊ BAZ ATMAQ  –  ora-bura qacışmaq, tullanıb-düşmək, atılıb-
düşmək, qaçışmaq, qaçmaq. –  Yanlarındakı qara, sarı, qumral 
quzular isə baz ataraq körpə uşaq kimi dəcəllik edir, ipə-sapa 
yatmırdılar  (Ə.Səmədli. Gecikmiş bahar. Ulduz, 1990, №10, 
səh. 14). 
BAZBURUT  – görkəm, cüssə, boy-buxun. – Onlar da bazbu-
rutuma baxıb, yəqin ki, elə belə də düşünürdülər  (Ş.Həsənoğlu. 
Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 59). 
BAZI  – təpə, dik, hündür yer. – Sür, qorxma, bura bazıdı, bazı-
da xəndək olmur  (M.Məmmədov. Bir gün. Ulduz, 1989, №5, 
səh. 23). 
BECİD  – tez, sürətli. – Sən demə dedi-qodudan becid, şayiədən 
iti, qeybətdən sürətli heç nə yox imiş!  (E.Quliyev. Kölgəsiz 
adam. Ulduz, 1989, №6, səh. 9).  – Başı ilə Teymur Şirin oğluna 
işarə edib, becid həyətdən çıxdı  (H.İbrahimov. Qu quşları ölən-
də oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 120). 
BEDAHAT  –  çox, hədsiz dərəcədə, ara vermədən. – O qədər 
çərənləyirsən ki, gecə yorğan-döşəyə girəndə görürsən çənən 


 
 
27
bedahat ağrıyır, elə bil çənəni çəkiclə əziblər (İ.Məlikzadə. Qır-
mızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 38). 
BEDASIL   –  nanəcib, naxələf. – Uşaqları da bedasıl çıxdılar  
(E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 124). 
BEKARACA  – hiss olunar-olunmaz dərəcədə, azacıq, bir qə-
dər. – Alt dodağı da bekaraca qaçdı  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 83). 
BEKAR-BEHDİN  –  işsiz, avara. – Tavad yazıq hardan biləy-
di ki, Məmi günlərlə bekar-behdin qalacaq (İ.Məlikzadə. Qır-
mızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 40). 
BELƏNÇİ  –  belə.  – Aparıb, nəyimi əlimdən alacaqsan, ney-
niyəcəksən ki, belənçi böyələklənibsən?  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 36). 
BEŞAÇILAN – tüfəng növü.  –  Ürəyinin işığı gözünə düşən 
Məhəmməd qəddini düzəldib, beşaçılanının lüləsini baldırğanlı-
ğın qurtaracağındakı qayalığa sarı çevirdi  (A.Mustafazadə. 
Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 37). 
BEYQAFIL  –  qəfildən. –  Beyqafıl onu Moskvaya çağırdılar  
(S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 12). 
BƏHMƏDAN  –  elə. – Sonra da başlayırlar böyrüm belə oldu, 
böyrəyim bəhmədan oldu  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 51). 
BƏKLƏMƏK  –  gözləmək. –  Xəlilin gəlməyini gözləmiş, 
cəzanın onun iştirakıyla yeridilməyini bəkləmişdilər  (S.Əhmə-
dov.Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41). 
BƏQQƏ   – süd sağmaq üçün saxsı qab. – Çəmənim açıq pən-
cərədən aynabəndin küncünə yığılan bəqqələri, çağlaları həyətə 
tullayırdı  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-10, 
səh. 77). 
BƏLƏN  – aşırım.  –  Onun dağ-aran arası həmişə oyaq olan 
qorxusu yaxın bələnləri çoxdan aşmışdı  (A. Mustafazadə. Qara-
çuxa nağılı. Ulduz, 1987, №4, səh. 34). –  Yatır, mürgüləyir yol-
lar, bələnlər  (Ə.Cəfərli. Bu payız. Ulduz, 1990, №4, səh. 52). 


 
 
28
◊ BƏLGƏ QOYMAQ  –  nişanlamaq. –  Qızın barmağına 
üzükdən-zaddan bir şey gətirib taxsın, bəlgə qoysun  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 11). 
BƏLİM  – küləş.  –  Mirzə Qafar ağ köynəkdə, başında həsir 
şlyapa, ayaqlarında şişburun qondara, əlində kənəf bəlimindən 
toxunmuş zənbil  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 50). 
BƏLLƏMƏK I  –  gözaltı eləmək, seçmək, müəyyənləşdirmək, 
müəyyən etmək. –  Kişilər qadınlara, qadınlar kişilərə göz qo-
yur, ürəklərində onlardan hansını rəqsə dəvət edəcəklərini 
bəlləyirdilər  (T.Hüseynov. Qartal müqəvvası. Azərb. jurnalı, 
1990, №1, səh. 57).  –  Elə-belə adətimdi, hara köçsək əvvəlcə 
pianinonun yerini bəlləyirəm  (S.Nəzirova. Ümid ulduzu.Ulduz, 
1990, №12, səh. 46).  
BƏLLƏMƏK II  – bilmək, öyrənmək. –  Bəyəm insana öz 
borcunu bəlləməyə zərrə qədər ixtiyar yoxdu?  (S.Nəzirova. 
Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 64). 
BƏNƏVİŞ  –  qarabəniz.  –  Bunlar burada yeməkdə, o da 
orada bayaq üz-gözünün urvasını yumağa çıxmış bənəviş gəlinlə 
köməkləşmədə  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 19). 
BƏRXANA  –  bax: barxana. – O da yəqin bunu başa düşüb, 
söz-söhbətsiz bərxanasını yığışdırıb  (S.Budaqlı. Fevral. Ulduz, 
1987, №4, səh. 5). 
BƏRKİNMƏK I  –  dil tökmək, xahiş etmək, yalvarıb-yaxar-
maq, əl çəkməmək, inad etmək, israr etmək. – Əlbəttə, özümü 
naza qoyacağam, onlar bir az da bərkinəcəklər  (S. Azəri. Son-
suzluq. Azərb. jurnalı, 1990, №11, səh. 26).  – Məhəmmədəli bir 
az da bərkindi (Ə.Rüstəmov. Qoca ovçu. Ulduz, 1988, №5, səh. 40). 
□ BIDIR-BIDIR ETMƏK –  çənə çalmaq, dili dolaşa-dolaşa, 
pəltək kimi danışmaq.  –  Orada kürəyinə üç iynə vuracaqlar, 
başlayacaqsan bıdır-bıdır etməyə  (C.Kəlayev. Dəhşət. Ulduz, 
1990, №7, səh. 78). 


 
 
29
BIQDIRMAQ   – bezdirmək, boğaza yığmaq. –  Həyat boğur, 
əzir, bıqdırır adamı  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jur-
nalı, 1991, №1, səh. 73). 
 
BIRQITMAQ  –  çəkmək, dartmaq, burmaq, firlatmaq.  –  
Domrul müəllimin beyni qıjıldadı, Təhməz Təhməzovun qolun-
dan yapışıb elə bırqıtdı ki, az qaldı kişi salondakıların üstünə 
yıxılsın  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 21). 
BİCAR VAXTI –  şər qarışan vaxt.  –  Bicar vaxtı nə çaya get-
mək, nə paltar yumaq olar  (A.Mənsurzadə. Verən əl kasad ol-
maz. Ulduz, 1990, №8, səh. 53). 
BİCƏNGƏ   – kələkbaz, hiyləgər, bic.  –  Amma bəs bu qədər 
adam baxa-baxa, o yandan Qoçəlinin bicəngə mexanizatorları 
dən yemiş çəpiş təki qıcıdaraq güddükləri yerdə, Gülmalı baba, 
əlbəttə, elmdən ötrü, həkimdən yana olduqca dəyərli sanılan bir 
tapşırığı necə, haraya dolanıb yoluna qoysun?  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 33). 
BİJİLƏYƏ-BİJİLƏYƏ  –  heyvanları çağırmaq üçün istifadə 
olunan söz  (biyi-biji).  –  Oğlan bijiləyə-bijiləyə onu tutub adam 
kimicə qulağından yapışdı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh.149). 
BİKİR  –  birlikdə, bir yerdə.  –  Hamısı bikir qırxılanda yaxşıdı  
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 57). 
BİLAN   –  yenicə düymələnmiş pomidor.  –  Pomidor kolla-
rının bilanlarına baxa-baxa gedib ayaqlıqda qonşusuyla arala-
rına çəkilmiş məftildən toxunmuş çəpərə söykənəkli toxanın 
yanında dayandı  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 
1990,  №9, səh. 9). 
BİLDİR  – keçən il.  –  İnsanlardan bildir, inişil dərdikləri 
almanın ətri süzülürdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 44). 
BİLMƏRRƏ  –  heç vaxt, heç bir vəchlə, heç bir zaman, öm-
ründə.  –  Ikincisi, Nazlı o qədər zərif və incə bir candı ki, Pəğib 
kimi bir qırışmalın onun üstdə cəzalandırıldığını Gər Xəlil 


 
 
30
birmərrə şəninə sığışdırmazdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 40). 
BİNASIL   –  faydasız, səmərəsiz, işə yaramayan .  –  
Seç, ayır adamı ayıq baş ilə; Aldanma sısqayan hər binasıla  
(Ç.Əlioğlu. Oğlum Ormana yazdığım ikinci şeir. Azərb. jurnalı, 
1992, №1-2, səh. 6). 
BİNAV –  baxımsız,  kimsəsiz, adamsız.  –  Binavlar atılıb daşı, 
dirəyi;Yerində bir ovuc torpaq, iz qalıb  (H.Arif. Az qalıb. 
Azərb. jurnalı, 1992, №11-12, səh. 72). 
BİNƏ –  çadır.  –  Sətirlərin arasında binənin oymaları və o 
oymaların arasında Zərnigar əlində süpürgə dayanmışdı  (Y.  
(Gülməmmədov). Yol kənarında. Ulduz, 1989, №9, səh. 39).  
BİNƏDƏN  –  əvvəldən, əzəldən. – Çünki binədən əkinlə-
dirriklə əmrağıydı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 
25). 
BİNƏM I  –  uyğun, münasib, görə.  –  İndiki az-çox hörmətini 
də, özünə binəm vəzifəni də itirəcəksən  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 67). 
BİNƏM II  –  yetərincə, kifayət qədər.  – İçindəki gürzənin 
onların hamısına binəm zəhəri çatmışdı  (V.Nəsib. Ceyrançöldə 
qara bayram. Azərb. jurnalı, 1988, №12, səh. 123). 
BİNƏVADAN  – bax: binədən. – Qiyas kişi arıların dilini yaxşı 
bilirdi, binəvadan dədə-babası arı saxlamışdı  (B.Göyüş. Mum. 
Ulduz, 1991, №6, səh. 33). 
BİR ÇƏTƏN  – bir bölük, çox, böyük. – Bəy, qoyma məni 
öldürsünlər, bir çətən külfətim var  (A.Abdulla. Batmanqılınc. 
Ulduz, 1988, №1, səh. 13).  –  Neyləsin, bir çətən ailəsi var Nov-
ruzun  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 53). 
BİR ÇINQI  –  bir damcı, azacıq.  – Bayaqdan Sayalı arvadın 
sağ qalmağına bir çınqı ümidləri vardı  (Ə.Mustafayev. Novruz-
gülü açılmamış. Azərb. jurnalı, 1987, №7, səh. 19). 


 
 
31
BİRƏTƏ   –  başdan-başa, başdan-ayağa, tamamilə. –  Belə 
birətə qırmızı çiçəklədiyini heç görməmişdim  (Ə.Babayeva. 
Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 23). 
BİR FIRTILIQ  – məc.mənada: çırtma, üfürmə.  –  Bir fırtılıq 
zərbəsi ilə ürəyi gedə biləcək hacıleyləkdən hamı çəkinir  (N.Rə-
sulzadə. Ulduzlar altında. Azərb. jurnalı, 1990, №2, s. 100). 
BİR HOUR  –  bir az, bir müddət. –  Əmi, otu burda bir hour 
gözlə  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 15). 
BİR HOVUR –  bax: bir hour.  – Hamı səni bir hovurdan hoy-
du-hoyduya götürməsə mən adımı dəyişib it qoyacam  (Ə.Əmi-
rov. Tapanca. Ulduz, 1988, №8, səh. 4). 
BİR KAPAL  –  bir dəstə, bir sürü, çoxlu.  –  Bir kapal da nəvə-
nəticəsi var  (M.Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, №4, səh. 7). 
BİR KƏRƏMLİK  –  bir dəfəlik, həmişəlik.  –  Ancaq bir 
kərəmlik rədd edilməmişdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 90). 
BİR QƏNİR –  bir kərə, bir dəfə, bir damcı.  –  Üzünə bir qənir 
baxmaq olmurdu  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 43). 
BİR QIXIM  –  bax: bir çınqı.  –  Allah saaca bir qıxım ağıl 
versəydi, noolardı?  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 19). 
BİR QINNAQ –  bax: bir çınqı.  –  Yatağına axşamdan uzansa 
da, bir qınnaq yata bilməmişdi  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 27). 
BİR QINNƏX –  bax: bir çınqı.  –  Dur bir qınnəx çörək ye, qa-
dan alım  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10, səh. 118). 
BİR QIRNIX  –  bax: bir çınqı.  –  Ürəyin cızıldadı bir qırnıx 
danladıq deyin?  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 
1991, №1, səh. 62). 
BİR QIRNIQ  –  bax: bir çınqı.  –  Çox sağ olun, doxdur, siz ki, 
mənə belə qayğıynan yanaşdız, ürək-dirək verdiz, innən belə bir 


 
 
32
qırnıq da yorulmaram  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 14). 
BİROVUZ I  –  müvəqqəti, bir müddətlik istifadə olunacaq hər 
hansı bir əşya və ya şey.  –  Ancaq Şəki yadına düşəndə, indi na-
ğıla dönmüş xoşbəxt günləri göz qabağına gələndə, özüsə eni-
uzunu bir çərəklik evdə birovuz oturub, tənələrə qulaq asanda 
dözmək iynə ilə gor qazmaqdan çətin olurdu  (Ə.Əmirov. 
Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 120). 
BİROVUZ II  –  bax: bir hour. –  Daha doğrusu, şəhərdə biro-
vuz yuxuladığımı tətillərdə anamgildə kəşf eləmişdim  (S. 
Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 49). 
BİR TİL –   bir az, bir qədər kənar.  –  Onunçun da hamı gedib-
gələn yola deyil, bir til çıxan narahat cığıra düşüb şenliyə 
çıxmaq istədim  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 
1991, №1, səh. 63). 
BİTAĞACI  –  yabanı bitki adı.  –  “Xəlil evi”nin dikin başında 
bir parça həyəti yanıb kül olmuş, yabanı saqqızlıq, bir də bir 
bitağacı kolluqları qalmışdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 87). 
BİTTƏ-BİTTƏ  – bir-bir, bircə-bircə. –  Gərək hamısını bittə-
bittə buna deyəsən?  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 
1988, №12, səh. 17).  – Qadın başına gələnləri bittə-bittə danış-
dı  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 19). 
BOĞMALAMAQ  –  tutub sıxmaq.  –  Vələd çayın isti-soyuq-
luğunu yoxlayırmış kimi stəkanın boğazını boğmaladı  (İ.Məlik-
zadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 12). 
BORDAQ I –  kökəldilmiş, bəslənmiş .  –  Payızdan 
bağlatdırdığı bordaqları nəzərdən keçirdi  (Ə.İnfiloğlu. Qəribə 
taleli qız. Ulduz, 1991, №8, səh. 6).  
BORDAQ II  – 1. heyvanı kökəltmək üçün tövlədə ayrılmış 
xüsusi yer. 2. kökəltmə məntəqəsi. – Bə niyə dəyişmisən belə, 
kökəlmisən, bordaqdaydın?  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 22). 


 
 
33
BOŞLAMAQ –  buraxmaq, azad etmək. –  Teatrda məşqim var, 
indi gecikirəm,  – deyib bizi vaxtından əvvəl boşlayıb getdi  (S. 
Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 50). 
BOŞNAĞ – sərbəst. –  Boşnağam, azadam, şaşqınam, şadam  
(A.Laçınlı. Yetəndə. Ulduz, 1990, №5, səh. 66). 
BOYGÖRÜNCƏKLİYİ   – toydan sonra təzə gəlini görmək 
üçün təşkil edilən mərasim. – Mürşüdovdan qalma “miras”dı, 
ikincisi də səni boygörüncəkliyinə çağırmamışam  (N.Qənbər. 
Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 115). 
BOZARMAQ  – cavab qaytarmaq, sərt danışmaq. –  Sən nə cə-
sarətlə direktora bozarırsan?  (S.Tağızadə. Təqib. Ulduz, 1989, 
№9, səh. 16). 
BOZ AYAMI  – tutqun, dumanlı hava.  –  Allahsız, boz ayamıy-
dı, tanıyammadım  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 
1987, № 4, səh. 32). 
BOZLAMAQ  –  danlamaq, tənbeh etmək, acılamaq. –  Tez elə, 
yubanma, bəxtinə Müslüm doxtur burda yoxdu, görsə ki, bir 
adam içəri boşlamışam, xalatımı çıxarıb bozlayacaq məni  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 17). 
◊ BÖR-BÖR BÖYÜRMƏK  –  bərkdən, ara vermədən, yanıqlı-
yanıqlı böyürmək.  –  Hərdən də dayanıb üzünü ona sitəmlər 
eləmiş bu neybət adama tutaraq elə bör-bör böyürürdü  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 147). 
BÖRK  –  papaq. –  Qoydu qəlibə keçirilmiş sarı, yaşıl furajka-
ların, qara-qıvrım motal papağın, buxara dərisindən tikilmiş 
börkün böyrünə (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 57). 
BÖV  – əqrəb.  –  Bunda deyiblər də kasıbı dəvə üstə böv vurar  
(B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 1989, №3, 
səh. 57). 
BÖYƏLƏKLƏNMƏK   – qızışmaq, özündən çıxmaq, atılıb-
düşmək. – Aparıb, nəyimi əlimdən alacaqsan, neyniyəcəksən ki, 


 
 
34
belənçi böyələklənibsən?  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 36). 
BÖYƏNƏK  –  mozalan. – Elvar bədənimizi sancmaq üçün bö-
yür-başımızda uçan böyənəyi əlinin hərəkəti ilə ilə qovdu  
(E.Əlləzoğlu. İllərin ağırlığı. Ulduz, 1991, №11-12, səh. 68). 
BÖYÜN  –  bu gün. – Dünəndən incisin, böyündə iki olsun  
(Ə.Bağırov. Doğma ocaq. Azərb. jurnalı, 1987, №3, səh. 80). 
BUĞARSAĞ   –  qaramalın buğaya gəldiyi yer.  – Buğarsağa 
yığılıblar it xılı kimi  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 36). 
BU HEYDƏ  – bu vaxt, bu zaman, bu dəm.  –  Elə bu heydə 
aşağılardan, bağların dərin yerindən  bir hay, bağırtı qopdu  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 43). 
BU HEYNDƏ  –  bax: bu heydə.  –  Ancaq bu heyndə açılan 
qəfil güllədən sonra ayın gümüşü sığalı düzün-dünyanın üstün-
dən sanki birdəfəlik çəkilib getdi  (Ə.Bağırov. Köhnə kişi. 
Azərb. jurnalı, 1988, №4,  səh. 23). 
BU HİNDƏ  –  bax: bu heydə.  –  Bu hində o üstü şəkilli kitab 
Səfalı müəllimin gözünün qabağına gəldi  (Ə.Əylisli. Yəmən. 
Azərb. jurnalı, 1991, №9-10, səh. 34). 
BUXARTANA  – bu qədər. – Gündə-gündə buxartana qırılırlar  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 62). 
BULLANMAQ  –  fırlanmaq, hərlənmək, dolanmaq.  –  Mamlı-
matan arvadlar var ha, bəzənib-düzənib, ərlərinin qabağında 
bullanırlar ey, olar kimi biz də deyərdik bacarmırıq  (M.Niyarlı. 
Yola dikilən gözlər. Azərb. jurnalı, 1991, №2, səh. 94). 
BURCUNMAQ – silkələnə-silkələnə,  özünü əzə-büzə getmək, 
əzilib-büzülmək, bədənini sağa-sola oynatmaq .  –  Qaldı pad-
şah və onun başındakı dəstəyə, onların civarına, mətəsinə ən azı 
on addım qalmış, bir də onlardan ən çoxu on addım uzaqlaşmış 
gərək iki kərə gəldikdə və uzaqlaşdıqda burcuna idin  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 25). 


 
 
35
BURUNLAMAQ  –  incitmək, yola verməmək, gözümçıxdıya 
salmaq. –  Ev tapdın dəə kirələməyə  –  deyə məni burunlayır  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, s. 60).  – Yox, 
burunlamalı adamlardan deyildi, odu ki, bu dəfə özü burnundan 
tez dikəldi  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 13). 
BURUNTAXLAMAQ I  –  heyvanın ağzına  (ip və ya kəndir) 
buruntaq taxmaq, buruntaq keçirmək.  –  Ayğır həm burun-
taxlanmış, həm də keçi qılından toxunmuş uzun irişmə ilə 
hörüklənmişdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 24). 
BURUNTAXLAMAQ II  –  məc.mənada: evləndirmək, əl-
ayağını yığmaq.  –  Gördün ki, yox yekə cırır, mənə xəbər elə, 
tez buruntaxlayax köpəy uşağını (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 118). 
BUTARLANA  –  bu cür, bu təhər, belə. –  Mazan dayınızın evi 
qu deyəndə qulaq tutulan düzləmədi ki, a, qurd-quş təpinə, 
ceyran da özünü sürüyüb onlara sala butarlana?  (İ.Qarayev. 
Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 119). 
BÜLƏNMƏK   – sərinmək, bürünmək. – Bəzəklicə bir 
məhrəbaya bülənmişdi termos  (Ş.Həsənoğlu. Qapalı dünyalar. 
Azərb. jurnalı, 1991, №1, s. 58). 
 
 
BÜYƏLƏKLƏNMƏK  – bax: böyələklənmək.  –  Cövdəti də 
pullu görmək istəyirdim, büyələkləndi, ilim-ilim itdi  (A. Qəhrə-
manov. Bulaq suyu. Ulduz, 1988, №5, səh. 9). 
 
 
  


 
 
36
–  C  –  
 
CADA – asfalt yol. – Çəkildilər geri, şaqqıldaq, yun qırıntısı 
döşənmiş cadanın başına çatanda gördülər onu (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 66). 
CAĞ  – ağac və ya dəmirdən düzəldilmiş çəpər.  –  Cağlara 
çəkilmiş hava rəngli rəng təzəydi  (Ə.İnfiloğlu. Qəribə taleli qız. 
Ulduz, 1991, №8, səh. 84).  – Öldür, cağdan bir addım qırağa 
süpürgə vurmazlar  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 
4). 
CALĞA   – calaq olunmuş tut ağacı. – Balaca, yeni evin 
qabağındakı calğaya dırmaşmışdı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 
1988, №6, səh. 11). 
CAMAQ  – ağzın yanları, cəhəng. – Ağbaşovun camaqlarından 
qızmış nər kimi köpük tökülürdü  (N.Qənbər. Boğanaq. Azərb. 
jurnalı, 1991, №11-12, səh. 60). 
CANAZIR   – zəif, xəstə, xəstəhal, tez-tez xəstələnən
–  Bizim bu gədəmiz bir az canazırdı  (N.Qənbər. Başsız meyit. 
Azərb. jurnalı, 1989, №6, səh. 177). 
CAR-CAHAZ  –  avadanlıq.  –  Palaza sərilmiş taxıl hövsənir, 
car-cahazı boşalmış dəyirman kılıfından püskürən buğda unuyla 
qarışıq gəlirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı,1987, №5, səh. 14). 
CARLAMAQ   – tökmək, əndərmək.  – Elə bil Muradxanın 
başına bir qazan qaynar su carladılar  (B.Nəsib. Köhnə hamam 
içində. Azərb. jurnalı, 1987, №6, səh. 34).  – Elə bil başına 
qaynar su carlatdılar  (Ə.Mustafayev. İçindən asılmış adam. 
Ulduz, 1989, №2, səh. 19). 
CARMALAŞMAQ –  toplaşmaq. – Od kisəsindən, dalağından 
lələdağlar əllərində alabəzək fincanlar, ustu zərli dolcalar, 
plasmas stəkanlarla gəlib, carmalaşırdılar (V.Babanlı. Omurluk 
cəza. Azərb. jurnalı, 1991, № 2, s. 41).
 
 


 
 
37
CAY  – toyuğun döş sümüyü ilə oynanılan oyun və ya mərc tut-
maq. – Ərgin isə cayı yaxşı bilirdi  (R.Əliyev. Bütövlənməyən 
borc. Ulduz, 1991, №7, səh. 71). 
CAYDAQ I  –  uzun, hündür .  –  Hə, uzundu axı o, 
caydaqdı  (V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, 
№6, səh. 36).  –  Caydaq adamdı, kürənsayaq bığları dodağının 
iki yanından sallanıb cövcülərini basmışdı  (S.Əhmədov. Gül-
malı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 20).  –  Ha-
mının yerinə cavan, caydaq bir oğlan dindi  (Ə.Mustafayev. 
İxtira. Ulduz, 1989, №2, səh. 10).  –  Aranın hisini-pasını, qara-
matını tökməyə macal tapmayan caydaq çarvadar xeyli yan-
yörəsinə baxıb döyükdü  (A.Mustafazadə. Qaraçuxa nağılı. 
Ulduz, 1987, №4, səh. 34). 
CAYDAQ II  –  kök, canlı.  –  Nənəm özünü içəri dürtməyə 
çalışan caydaq hinduşqanın ayaqlarını döyəcləyirdi  (N.Qənbər. 
Babamın son nağılı. Ulduz, 1988, №12, s. 11). 
CECİM  – yun palaz.  – Üzü bəzək, astarı təzək cecim torbanı 
Ataşın əlindən aldı (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 77).  –  Hər səhər bu nağıl dünyasından 
ayrılır, köhnə cecim parçasından tikilmiş naxışlı çantamı çiy-
nimə salıb, tək-tənha yola düzəlir, vahiməli meşənin ortasından 
keçib, məktəbə gedirdim  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 3).  –  Kənddən gətirdikləri enli cecimə 
bürüdükləri meyidi dar qapıdan çıxartdı  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 15). 
CƏHL  –  mübahisə.  –  Bayaqdan böyüklərin cəhlinə ədəb na-
minə kirimişcə qulaq asan Fərid, deyəsən daha dözə bilmədi  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 37). 
CƏHLƏMƏK  –  ləhləmək.  –  Yoxsa qat qabağına burdan 
Arazqırağına piyada cəhləsinlər  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 65). 
CƏLƏF –  zəif.  –  Səlcuq  –  artıq tanıdığımız arıq, cələf oğlan, 
bir diplomat əlində, iki qovluq qoltuğunda, qapını ehmalca açıb, 
içəri girdi  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 3). 


 
 
38
CƏLƏK-CƏLƏK –  dəstə-dəstə, sürü-sürü.  –  “Qonaq” orada 
qayığın burnunda olan dupduru suyun dibində cələk-cələk balıq-
ları müştəri gözü ilə süzüb, öz təşəkkürünü bildirdi  (N.Qənbər. 
Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 177). 
CƏRCƏNƏK   – paça. –  Hamı cərcənəyindən ayrılıb, xüsusi 
tavalarda qızardılmış cücələrə baxırdı  (Ə.Əmirov. Axirətdən 
qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 111). 
CƏRƏ   – çadır.  –  Əmim arvadı da cərənin altından başını 
çıxarıb, soruşmuşdu  (N.Mirzəxanlı. Axirət dünyası. Azərb. 
jurnalı, 1991, №9-10, səh. 169). 
CƏVƏRƏN  –  balaca səbət.  –  Cəvərəndə yenicə sümükləmiş 
alça görünürdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 54). 
CƏVƏRƏSIZ –  tutmayan.  –  Həə, atasız qız cəvərəsiz calaqdı  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 56). 
CIBRIQ – dərisi soyulmuş.  –  Nə təhər doladısa, kişinin əbrəş 
papağı sivrilib başından düşdü otluğa, qırxıq, cıbrıq mozusu 
açıq qaldı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, s. 24). 
CIBRIQLAMAQ  –  soymaq.  –  Qaməddin öküzün dərisini tə-
zəcə cıbrıqlayıb çıxarmışdı ki, baytar Fərman tək səbir kimi bö-
yürdən çıxdı  (K.Məmmədov. Qan qoxusu. Ulduz, 1991, №3, 
səh. 21). 
CIDIRDA-CIDIRDA   –  qova-qova, çapa-çapa.  –  Gün gü-
nortadan əyiləndə Həsənin oğlu Allahyar atı cıdırda-cıdırda 
böyürdən çıxdı (Q.Əlismayıllı. Yelqıran.Ulduz, 1990, №1, səh. 
11). 
CIĞAN I – oğru, cibgir.  –  Əşşi, cığan Rüstəmin qeyni  (M.Qo-
cayev. Lotoreyama bəxt düşdü. Ulduz, 1990, №12, səh. 88).  –  
Göz-başı qaynayır, lap cığana oxşayır  (Ə.Hacızadə. Dünyanı 
tanı. Azərb. jurnalı, 1989, №3, səh. 74). 
CIĞAN II  – çoxlu, bir xeyli, bir dəstə. –  Dönüb dolayı ötmək 
istəyəndə gördülər xeyr, bağın hər ağacının altından bir səda 
çıxır, hər kol, hər şəvəl arxasında bir cığan uşaq, müəllim topla-


 
 
39
nıb  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 9). 
CIĞNAMAQ I  – tapdalamaq, ayaqlamaq, əzmək. – Fermanın 
qara buğası sığırçı Lal Səlimi cığnayıb, dedilər  (H.Qasımlı. 
Qara buğa. Ulduz, 1988, №1, səh. 55). 
CIĞNAMAQ II –  yemək, çeynəmək.  –  Qışın topu atılandan 
tavət payızın ortalarınacan əmənkömənci, cincilim, unnuca 
cığnamışıq  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, №10, səh. 105). 
CIĞNATMAQ  – tapdatmaq. – Mənliyini, şəxsiyyətini ayaqlar 
altına atıb cığnatsan, onu sonradan düzəltmək müşkül işdir  
(Ş.Süleymanov. Qisas. Ulduz,1988, №4, səh. 20). 
CILFIR  – cılız.  –  Bu nədi, bir cılfır qovaqdı  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, s. 23). 
CILĞI I // ÇILĞI  –  tüklü üzü kənarda qalan motal.  –  
Çılğıdan pendir qurtarmışdı  (H. İbrahimov. Qu quşları öləndə 
oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 129).  – Həm də 
yadına düşdü ki, yaylaqda mamalarının gözündən oğurlanıb, 
cılğıdan pendir oğurlayır, bulağın üstündə fətirlə dürməkləyib, 
ötürürdülər  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, 
səh. 127). 
CILĞI II  – süpürgə.  –  Indi qalxıb, səni at ağzından çıxmış 
cılğıya döndərərəm, küçük!  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, s. 35). 
CINDARAQ  –  bədənli, əndamlı, kök.  –  Bu gödək, cındaraq 
oğlandı, harfa gözlərindən rişxənd yağırdı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41). 
CINQIR  –  səs. –  İçəridə səs-səmir eşidilmirdi, Əbilin cınqırı 
çıxmırdı  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, 
səh. 7). 
CIRMAQ  –  yekə-yekə, başından böyük danışmaq.  –  Gördün 
ki, yox, yekə cırır, mənə xəbər elə tez buruntaxlayax köpəy uşa-
ğını  (İ. Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990 № 
10, s. 118). 


 
 
40
CIRLAMAQ  –  aradan çıxmaq, sivişib qaçmaq.  –  İşiz balaca 
bərkə-boşa düşdü, cırlıyırsız  (H. Zeynaloğlu. Torpağı sanı yaşa. 
Ulduz, 1989, №4, s. 34). 
CIRNAQ  –  dırnaq, cırmaq, pəncə.  –  Biz müftəxoruq, cırnağı-
mız tutan yerdən qopardırıq  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 74). 
CIRNAMAQ  –  əsəbiləşmək, hirslənmək, özündən çıxmaq.  –  
Hə, dayan, o saat cırnama  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. 
jurnalı, 1989, №3, səh. 89). –  Cəfərqulu bəy möhkəm cırnamışdı  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 24). 
CIRNATMAQ  –  bax: cırnamaq.  –  Elə bil cırnatmaq istəyirdi 
məni   (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 18).  –  O göyəzə arvadı cırnatmağın da ayrı ləzzəti var  (E. 
Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 116). 
CIRTDAMAQ – yerindən sözünü demək.  –  Ona görə cırtda-
dı, tezcə özünü göstərdi  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, 
səh. 9). 
CIVILDAMAQ   –  sürətlə o tərəf-bu tərəfə hərəkət etmək. –  
Çer gözlər cıvıldadı  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1988, №3, səh. 11). 
CIY-CIY – ağlına gələni danışan, sayıqlayan, çərənləyən, 
danışıb başı xarab eləyən .  –  O dəlləklik eləyən bala-
caboy, cıy-cıy kişimi?  (V.Nəsib. Ceyrançöldə qara bayram. 
Azərb. jurnalı, 1988, №12, səh. 102). 
CIZDAMAQ  – cızıldamaq, yanmaq. – Ürəyin cızdadı bir qır-
nıx danladıq deyin?  (Ş.Həsənoğlu. Günəş ardınca. Azərb. jur-
nalı, 1991, №5, səh. 62). 
CIZILDAMAQ  –  bax: cızdamaq.  –  Ürəyin nədən cızıldadı?  
(Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 
62). 
◊ CIZZ ELƏYİB YAPIŞMAQ – əl çəkməmək, yaxasından 
yapışıb əl çəkməmək. –  Cız eləyib, yapışdı ki, Bakını tanımıram  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 72). 


 
 
41
CİBİŞDAN  –  cib.  –  Cavan oğlan axşamacan o bir qəpikləri 
yığır, qoyur cibişdanına  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jur-
nalı, 1989, №3, səh. 75). 
CİJİ   – ana. – Bikə xala, cijim, deyib, əlini evə sarı uzatdı  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 4).  – 
Cijinin də ələyi ələnib  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 56).  – Cijim orta məktəbi bitirməyib, arvad 
deyil?  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, s. 25).  
–  Ay ciji gəlmişəm ki, Gülnaz mamamı Tehrana aparam  
(F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 81). 
◊ CİKKƏ ÇƏKMƏK  –  ucadan qışqırmaq, bağırmaq. –  
Özümdən asılı olmadan cikkə çəkdim  (N.Qənbər. Babamın son 
nağılı. Ulduz, 1988, №12, səh. 17).  – Anası cikkə çəkdi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 11). 
CİQAN  –  bax: cığan I.  –  O xınabaş neyləsin ki, ciqanın biri 
üstünə papiros tullayır  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, s. 70). 
CİLBƏLƏŞMƏK   –  sözləşmək, ağızlaşmaq.  –  Qardaşımın 
arvadıyla arvadı olacaq qız cilbələşib, boğuşdular  (R.Tağızadə. 
Sivilizasiya. Azərb. jurnalı, 1991, №11-12, səh. 56). 
CİLƏF   –  bax: cələf. –  Ciləf uşaqsan bir şey fikirləşərik  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 56). 
CİMCİMƏLİ   –  xırda naxışlı
.  –  Leninqradda 
rəssamlıq təhsilini başa vurmuş balası qırmızı diplomu, şəvə 
saqqalı və anasına aldığı güllü şal, cimciməli donla qayıtmışdı  
(V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh.10).  
CİMİLDƏŞMƏK  –  giçişmək.  –  Təpəsinin ortası cimildəşən-
də Nəsib durub qapını var gücü ilə çəkdi  (İ.Məlikzadə. Dolaşa-
ların Novruz bayramı. Azərb. jurnalı, 1988, №5, səh. 49). 
◊ CİNBATA ÇƏKİLMƏK  –  yox olmaq, görünməmək.  –  
Oğlan cavab vermək əvəzinə gülümsünürdü, gözləri qıyılıb, cin-
bata çəkilirdi  (E.Əlləzoğlu. Şülləbaş Həmid. Azərb. jurnalı, 
1992, №11-12, səh. 129). 


 
 
42
CİNLƏTMƏK   – əsəbiləşdirmək, özündən çıxartmaq, hirslən-
dirmək, əsəbləri ilə oynamaq. – İstəyirdim uşaqların yanına qa-
yıdam, diyircək sürə-sürə doğruçul maşın səsi çıxaram, dükana 
gedəm havalı Fatmanı cinlədəm  (E.Əlləzoğlu. Gününüz kösöyə 
dönsün. Azərb. jurnalı, 1990, №2, səh. 137). 
CİRƏ  –  norma.  –  Qoyun-davarın bütün qış ərzində, ildə nə 
yeyib, nə sınıracağını, nə kövşəyib, nə sağılacağını qramınacan 
sayğaca vurub, hər bir təsərrüfatın, hər bir birliyin illik yem 
cirəsini qoymuşdular ortaya  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 25). 
CİVAR – yaxınlıq, ətraf.  –  Qaldı padşah və onun başındakı 
dəstəyə, o da belə idi: onların civarına, mətəsinə ən azı on 
addım qalmış, bir də onlardan ən çoxu on addım uzaqlaşmış 
gərək iki kərə –  gəldikdə və uzaqlaşdıqda –  burcuna idin  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 25). 
CİVİR  –  söyüdəoxşar ağacın şivləri.  –  Civirdən olan darvaza 
dağılırdı  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 91). 
CİVİRTDƏK  –  cəld.  –  Yorğun, qayğılı gözlərini bu arıq, 
civirtdək uşağın aydın, işıqlı, həyat dolu gözlərinə dikdi  (Ə.Hə-
sənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 21). 
CİYƏ –  kəndir.  –  Və çox keçmədən suyun axarında, kiçik 
qayığın burnuna ilişdirilən ciyənin ucunda  qəribə, saytallı ba-
lıqlar çələkləndi  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, 
№6, səh. 177). 
CİYİ  –  bax: ciji. –  Ağlama, ciyi, ağlama  (Ə.Əmirov. 
Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 123). 
CİYİL  –  bataqlıqda və torflu sahələrdə bitən ot.  –  O biri 
taydakı göz oxşayan əkindən fərqli olaraq bəri tayı ciyilli, kol-
kosluq içindən nəhəng ağaclar göyərən cəngəllik basmışdı  
(Ə.Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12, səh. 24). 
COCUMAQ –  üstünə gəlmək, hücum etmək, coşmaq.  –  
Sayalı arvad qoltuğundakı bir bağ otu onun qabağına qoyub 


 
 
43
qayıtmaq istədi, kəl cocudu  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 18). 
COMALAĞ  –  tayfa, nəsil. – Doğrudanmı Tahirli comalağın-
da Səbinə gəlin ola bilər?  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 
1991, №11-12, səh. 119). 
COMALIQ –  izdiham, yığın.  –  Bu binanın qabağındakı 
maşın comalığını ağıla gətirmək olmazdı  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 24). 
CORMALAŞMAQ   –  toplaşmaq, yığışmaq.  –  Ev sahibləri 
böyük çaşqınlıq və təşviş içində qızla oğlanın dövrəsinə cor-
malaşdılar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 56). – Tapdıq məclisdə görünəndə özlərini arxalı 
sanarlar, başına cormalaşarlar  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 54). 
COVLANLAMAQ   –  şahə qaldırmaq, dolandırmaq, hərlən-
dirmək. –  İstəyirdi ki, atını gödəkcə kəsdirdiyi yal-yalmanını 
çiynində yellədə-yellədə bazaraşağı-bazaryuxarı covlanlasın 
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 84). 
COYĞA –  bax: comalaq.  –  Bizim nəsilə-coyğaya dədə-baba-
dan “Mürşüdlülər” deyiblər (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, s. 37). 
CÖVCÜ  –  bax: camaq.  –  Caydaq adamdı, kürənsayaq bığları 
dodağının iki yanından sallanıb cövcülərini basmışdı  (S.Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 20). 
CUANƏZƏN  –  qadın, gəlin. – Arvadı gözəl olmasa da, abır-
hayada, insanlıqda haqqı olan bir cuanəzən idi  (Ə.Əmirov. 
Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 126). 
CUMCULUQ   – tamamilə, başdan-ayağa. – Təpədən dırnağa 
cumculuq un-urfa ətri saçaraq, xirtdəkdən topuğa suyunuz 
süzülə-süzülə gəlirik  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 10). 
□ CUMCULUQ OLMAQ  –  tamamilə, başdan ayağa qədər 
nəyəsə batmaq, nəyəsə bulaşmaq, islanmaq.  –  Yəqin ki, cum-


 
 
44
culuq olub  (Ə.Bağırov. Gözmuncuğu. Ulduz, 1988,  №7, səh. 
22). 
CUMUX   –  döyüşkən, döyüşə, hücuma hazır olan, döyüşdən 
çəkinməyən, qorxusuz .  –  Qaya idim, mum oldum; 
Yekələrə yem oldum; Balacada cumuxdum; Gör axırda kim 
oldum  (A.Laçınlı. Qarabağda qalam var. Ulduz, 1990, №5, səh. 
67). 
CUNA –  tənzif.  –  Başını Xına inəyin, Mərcan inəyin mərək 
qarnına dayayıb, cuna altda zümzümə edən anamın yaz havalı 
oxşamasına da doldu sazaq  (Ə.Əzimzadə Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 2). 
CUR  – tay-tuş, dost-aşna, yoldaş, həmtay. – O da ki, kefi istə-
yəndə, daha doğrusu, curları ilə görüşə bilməyib, ürəyi darıxan- 
da olurdu  (A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh. 
41). 
□ CUR OLMAQ –  dost, yoldaş olmaq. – Ələsgər hələlik 
onlarla cur ola bilməmişdi  (Y.Əhmədov. Qara yelkənli qırmızı 
gəmilər. Ulduz, 1990, №3, səh. 28). 
CURUNBUL   – bax: cumculuq. – Oğlan curunbul su içində 
olan nimdaş paltolu, sətin kepkalı kişinin nə istədiyini kəsdirə 
bilməyib, təəccüblü baxışlarla bir az da yaxınlaşdı  (Ş.Səlim-
xanlı. Mehmanxanada keçən gecə. Azərb. jurnalı, 1992, №9-10, 
səh. 166). 
CUVAR I  –  suya nəzarət edən adam.  – Xankişillərin ‘Xan-
kişigilin’ xoruzları banlayacaq, dərədən cuvar sədası qalxacaq-
dı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 90).   
CUVAR II  – suyun qabnağını kəsmək üşün toplanılan torpaq. – 
Sarovun qabağını kəsmək üçün çəkməmim burnu ilə cuvar 
toplamağa başladım  (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. 
jurnalı, 1989, №1, səh. 34). 
CÜLYƏ  –  gölməçə.  –  Cülyələrin suyu quruduğundan hey-
vanlar Kürdən su içməyə gedib-gəlməkdən yollarda pələsəng idi  
(F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 65). 


 
 
45
CÜNCÜL –  xırda.  –  Cüncül, öləzik gözlərini Mürvətin 
gözlərinin düz içinə zilləyib, irişdi  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 55). 
CÜRCƏNƏKDƏN ÇIXMAQ  – kökəlib dərisinə sığmamaq, 
şişmanlamaq, hədəqəsindən çıxmaq.  –  Bu pərtdəgöz yaramaz 
necə çıxıb cürcənəkdən?  (İ.Məlikzadə. Semiçka Cabbar. Ulduz, 
1988, №5, səh. 28). 
CÜRƏ  –  kiçik saz.  –  Mədəd cürəni çiyninə keçirdi  
(İ.Hüseynov. Əbədiyyət. Azərb. jurnalı, 1988, №10, səh. 42). 
CÜRƏFƏ – cüssə, can-cüssə, can-cəsəd, boy-buxun.  –  Amma 
özünün heç bir adamlıqca cürəfəsi yoxdur  (T.Hüseynov. Yanıq 
Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 46).  –  
Çəkəjəm o cılız cürəfəni məhşər ayağına  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 97). 
CÜRƏFƏSİZ  – cüssəsiz, cansız, arıq, boy-buxunu olmayan. – 
Balacaboy, cürəfəsiz adam idi  (T.Hüseynov. Yanıq Abdullanın 
yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 46). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
46
 –  Ç  –  
 
ÇAĞLA –  dolça.  – Çəmənim açıq pəncərədən aynabəndin 
küncünə yığılan bə
q̇qələri, çağlaları həyətə tullayırdı  (Y.Həsən-
bəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-10, səh. 77). 
ÇAXAL   – ala-bula.  –  Yaylaq itlərinə bənzər, ala biləkli, 
göyümsov, çaxal itdi  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 3). 
ÇAXRAX   – daşlı-kəsəkli, qeyri-məhsuldar yer. – Bütün günü 
heyvanı çaxraxda, çayın kənarında hərləyirlər  (E.Əlləzoğlu. 
Dana əhvalatı. Azərb. jurnalı, 1992, №11-12, səh. 120). 
ÇALI –  qədər. –  Uşax çalı ağlın yoxdur  (S.Nəzirova. Tale 
damğası. Azərb. jurnalı, 1991, №7, səh. 26). 
ÇALQU   – süpürgə. – Ana qapı kürüdü, oğul çalqu çəkdi  
(H.İbrahimov. Qu quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 
1987, №10, səh. 127). 
ÇAPOÇULUĞ  – xəbərçilik, şeytanlıq.  –  Çapoçuluğa durmu-
san, ə, burda?  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. 
Azərb. jurnalı, 1988, №5, səh. 21). 
ÇARQAT  – qırmızı rəngli, üzərində ağ güllər olan pambıq 
parçadan baş örtüyü.  –  Görürdün bir ehtiyatlı, yığımcıl ağbir-
çək, ağsaqqal çuxanın, arxalığın cibindən, çarqatın altından tək 
bir alma çıxartdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 44). 
ÇARPANAQ –  daş parçası.  –  O boyda dünyada bircə adamın 
ağlı kəsməyib ki, əl ata yerdən bir çarpanaq götürə, dilsiz-ağız-
sız qayanın sinəsin oyalaya  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 2).  –  Çarpanaq elə sürüşgəndi, Allahın 
adicə bəndəsi də buradan ayaq qoyub keçməkdən çəkinərdi, gəl 
gör bu kişilər ola  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5,  səh. 10). 
ÇARVADAR   – kənd-kənd gəzib xırda ticarətlə məşğul olan 
adam. – Aranın hisini-pasını, qaramatını tökməyə macal tapma-


 
 
47
yan caydaq çarvadar xeyli yan-yörəsinə baxıb, döyükdü  
(A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 34). 
ÇATAQ  –  haça yer.  –  Ayağının birini qoysun arx içindəki ala 
qayanın belinə, sonra da o birini atlatsın qara qaya parçasının 
çatağına  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5,  səh. 10). 
ÇATAQLAMAQ –  birləşdirmək, çatmaq, çarpazlamaq.  – 
Çataqladığı əllərini hirsindən-hovundan, əsəbini cilovlayıb 
yığıb-yığışdırammadığından narahat-narahat ovub-övkələyirdi, 
ayaq səsinə çöndü, baxdı, Müslümü gördü, ürəyi qut oldu 
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı,1987, №7, 
səh. 9).  –  Müslüm ayaqlarının uyuşuğunu açmaq üçün otluqda 
gəzindi, əllərini belində çataqlayıb qovşuruldu  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, s. 48). 
ÇATAL  – ikibaşlı.  – İndi o, ayağa qalxıb, Rəqibi nəinki sus-
mağa vadar edir, hələ desən, “Laldinməzlə çatal oyun oynayan 
Donma”nı da yadına salırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 24).  
ÇATALAMAQ  – haqqında cürbəcür söz demək.  –  Gözünün 
qabağında dədəsini çatalayırsınız (V.Nəsib. Köhnə hamam için-
də. Azərb. jurnalı, 1987, №6, səh. 38). 
ÇATALLAŞMAQ  –  tutulmaq, boğuq çıxmaq.  –  Səsi də hə-
min yay çatallaşmışdı  (Ə.Əmirli. Meydan. Azərb. jurnalı, 1992, 
№3-4, səh.52). 
◊ ÇATAL VURMAQ  –  boğulmaq, tutulmaq, xırıldamaq aiddir>.  –  Qədim, başına dönüm  –  səsi çatal vurdu  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 21). 
ÇATAŞIQ  – qoşa.  – Aşağıdan, dərənin dibindən çataşıqlı iki 
güllə atıldı  (M.Mirzəyev. Bir payız günü. Ulduz, 1991, №4, 
səh. 13). 
ÇATI –  ip.  –  Odur ki, bu sözün Gər Xəlilin ağzından çıxma-
ğıyla Çarxçıoğlu boz kətan kömləyinin qəzil çatısını əllərində 
sahmanlayıb, gözdən keçirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 41). 


 
 
48
ÇATMA  – çardaq. – Zamın kişi baltasını təzə dikəltdiyi çatma-
ya sancıb, yavaş-yavaş divarın üstünə, oradan da nərdivanla 
yerə endi  (T.Hüseynov. Gecə məhkəməsinin hökmü. Azərb. 
jurnalı, 1988, №5, səh. 65). 
ÇAVIMAQ –  
çalıb-oynamaq.
 – Adamlar qaynaşır, tərəkəmə 
çalıb çavıyırdı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 46). 
ÇAYBASAR  –  çayın sahilində daşqın zamanı suyun altında 
qalmış sahə.  –  Yanlarındanca axan Arazın həkiri, azman diş-
ləri yerin yeddi qatına işləyən kotanların çevirdiyi çaybasar tor-
pağın dərindən qalxan nəfəsi aran istisinə tabsız Qozduları 
apardı huşa  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, № 3, səh. 22). 
◊ ÇAYIRIN ÇƏKMƏK  – cəzasını çəkmək. – Çanınız çıxsın, 
indi gedin, çayırın çəkin  (Z.Bayramlı. Qız Pərinin oğlu. Azərb. 
jurnalı, 1992, №7-8, səh. 102). 
ÇER   –  çəp.  –  Çer gözlər cıvıldadı  (Ə.Əzimzadə. Arandan 
gələn adam. Ulduz, 1988, №3, səh. 11).  –  Sədrim quyruğuna 
dönmuş Çer Vəli də ağlamırdı  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 3). 
ÇEŞMƏLİYİ OLMAMAQ – bir qəpiyi olmamaq.  –  Aişə 
yeri-göyü birləşdirdi ki, özlərinin çeşməliyi yoxdur  (M.Əliyev. 
Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 130). 
ÇET   –  100 qramlıq çəki vahidi <çetvər sözünün qısaldılmış 
forması>.  –  Deyirdi kꞌalxoza bir çet qədər də xeyri yoxdur bun-
narın  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 12). 
ÇEYİLLİK  –  bax: ciyillik.  – İsmayıl susdu və qanrılıb çiyni 
üstdən geriyə, uzaq, sərt otlu çeyillikdən o yandakı böyük dağ 
kəndinə baxdı (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, 
№4, səh. 33). 
ÇƏÇİTMƏK   – sürəti azaltmaq, dayandırmaq.  –  Onlara 
çatmamış motosikleti çəçitdi  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 
1992, №11-12, s. 117). 


 
 
49
ÇƏHLİM  – dağ döşündə qoyun sürüsünün saldığı cığır, iz, yol.  
– Şərurun çəhlimləri, yolları qar altında yox olmuşdu (A.Şəruri. 
Yüz ilin yolu. Ulduz, 1990, №9, səh. 14).  – Çəhlimləri qalır 
hələ; Yurd yeri qaralır hələ  (İ.İsmayılzadə. Yurd yeri. Ulduz, 
1989, №2, səh. 30). 
◊ ÇƏKƏŞƏ QALMAQ  – tarıma çəkilmək, gərginləşmək. –  
Fatmanın canındakı soyuqluq yox olur, çəkəşə qalmış əsəbləri 
yumşalır, analaşırdı ana  (M.Bəkirli. Günah. Ulduz, 1990, №3, 
səh. 7). 
ÇƏKİL –  cır tut ağacı.  –  Bilmirdi nə götürsün, nə bəsləsin, 
toxumu kimdən alsın, neçə qutu alsın, tut, çəkil bağları kimin 
əlinə keçir?  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5,  səh. 58). 
ÇƏLƏKLƏNMƏK – toplanmaq, yığılmaq, yığışmaq.  –  Və 
çox keçmədən suyun axarında, kiçik qayığın burnuna ilişdirilən 
ciyənin ucunda  qəribə, saytal balıqlar çələkləndi  (N.Qənbər. 
Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 177). 
ÇƏLİMSİZ  – zəif, cansız, sısqa, həddindən artıq arıq
–  Çəlimsiz Nurlanəni darıxıb, sıxılmağa qoymamaq üçün 
bilmirəm neyləyim  (N.Mirzəxanov. Təmiz hava. Azərb. jurnalı, 
1987, №9, səh. 115). 
ÇƏLLƏMƏYƏ QAÇMAQ – sərbəst olmağa, avaralanmağa 
qaçmaq, veyillənməyə getmək.  –  Pişiklər yiyəsizliyə, çəlləməyə 
qaçmadılar  (İ.Qarayev. Bir kəndin uşağları. Azərb. jurnalı, 
1990, №10, səh. 99). 
ÇƏLLƏŞMƏK   – çalışmaq, əlləşmək. – İşlə, çəlləş, çabala, 
keçməyəndə keçmir də  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, 
№11-12, səh. 110). 
ÇƏM I  – yan, yaxınlıq, tərəf. – Mən müəllimənin çəmində 
gedərdim  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 
1989, №11, səh. 52). 
ÇƏM II  –  üsul, qayda, gedişat. – Arifə tanışdır dünyanın çəmi  
(Ç.Əlioğlu. Əlimə düşsəydi sevgi allahı.Azərb. jurnalı, 1989, 
№9, səh. 45). 


 
 
50
ÇƏMBƏR I  –  arabanın qolunu boyunduruğa birləşdirən qayış 
və ya zəncir.  –  Sənin verdiyin o pulun üstünə bir qədər də qo-
yub, ertəsi gün araba təkəri bağlatdım, təzə çəmbər saldırdım  
(Ə.Mustafayev. İçindən asılmış adam. Ulduz, 1989, №2, səh. 
17). 
ÇƏMBƏR II –  yançaq.  –  Göbələk təki şişib qarımış cəm-
bərində iki adam rahatca otura bilərdi  (S.Nəzirova. Tale dam-
ğası. Azərb. jurnalı, 1991, №7, səh. 18). 
ÇƏMBƏRLƏNDİRƏ-ÇƏMBƏRLƏNDİRƏ – dairə şəklində 
buzə-buzə. – Bayaqkı gədənin ekiztayı dodaqlarını 
çəmbərləndirə-çəmbərləndirə dedi  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 94). 
□ ÇƏM-XƏM ELƏMƏK – narazılıq etmək, etiraz etmək, o 
yan-bu yan eləmək, naz eləmək. – Zakir çox çəm-xəm elədi  
(A.Babayev. Zəlzələ. Azərb. jurnalı, 1988, №1, səh. 100).  –  O 
hər dəfə çəm-xəm elədikcə oğlu yenidən həmin mətləb üstünə 
qayıdır, dönə-dönə təkrar edirdi ki, indi sənin “ver yeyim, ört 
yatım” vədəndir  (Ə.Bağırov. Doğma ocaq. Azərb. jurnalı, 1987, 
№3, səh. 78). 
ÇƏMKİRMƏK  – qızışıb özündən çıxmaq, dartınıb fınxırmaq, 
acıqla fınxırmaq, ipğ-sapa yatmamaq . –  Gördüm 
çəmkirir, çəkdim qayışı  (Ş.Bağırov. Görünməz qəza. Ulduz, 
1987, № 2, səh. 6). 
ÇƏMLƏMƏK –  istiqaməti düzgün nişan alıb atmaq, ustalıqla 
nişan almaq.  –  Çəmləyib çomağı endirdi  (S.Aran. Təmizlik 
kağızı. Ulduz, 1991, №9-10, səh. 87). 
ÇƏNBƏR I  –  motalın ağzına dairəvi şəkildə tikilən çubuq.  –  
Çobanlar yəni birdən ikiyə belə şey eşitmişdilər ki, a, motalının 
ağzını bərk bağlayaydı, eyməsinə çənbər vuraydı, bağlamasına 
çilik salaydı?  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, №10, səh. 28). 
ÇƏNBƏR II  –  kənar, ətraf, yan.  –  Xanverdi kabinetə keçdi, 
çənbəri tərdən ləkə-ləkə olmuş həsir şlyapasını çıxarıb əlində 


 
 
51
tutdu  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 46). 
ÇƏNÇƏNƏLİK  –  çənlik, dumanlıq. –  Elə çənçənəlik idi ki, 
ən yaxın evlərin işığı da tül pərdə arxasındakı kimi zəif-zəif 
közərirdi (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 
36). 
◊ ÇƏNƏSİNİN ÇÜYÜ ÇIXMAQ  –  çənəsi yorulmaq, əngi 
ağrımaq.  –  Axmaq padşahın nağılını danışmaqdan çənəmin 
çüyü çıxıb  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. 
jurnalı, 1988, №5, səh. 33).  
◊ ÇƏNƏSİNİN ÇÜYÜNÜ ÇIXARMAQ  –  çənəsini, əngini 
əzmək, ağız-burnunu əzişdirmək.  –  Beləsini çəkib, çənəsinin 
çüyünü çıxartmaq da azdır  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 96). 
ÇƏNGƏ  –  ovuc tutduğu qədər.  –  Kəhildəyir, höggüldəyir, bi-
çib bağlayır, çəngədən pəncəyə, pəncədən dərzə, dərzdən bafaya 
keçirdi (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 86). 
ÇƏP –  avar.  –  Çəpi götürdü, ucunu gölün yosunlu, otlu-ələfli 
dibinə dayayıb özünü düzəltdi  (S.Azəri. Sonsuzluq. Azərb. 
jurnalı, 1990, №11, səh. 8). 
ÇƏPƏRƏ  – tövlədə qoyun-quzu və ya buzov üçün düzəldilmiş 
yer. – Birini qapalaq yerinə, o birilərini də çəpərə yerinə düzə-
sən  (B.Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, №5, səh. 63). 
ÇƏPLƏMƏK  – dönmək, səmtini dəyişmək, yolunu dəyişmək. 
– Uşaqları görüb, cəld özünü dərəyə çəplədi  (M.Mirzəyev. Bir 
payız günü. Ulduz, 1991, №4, səh. 13). 
ÇƏR   – at xəstəliyi. –  Kimin atı qaysar olsa, kimin atına çər 
dəysə, kimin atının gözü naxına gətirsə, keçöy olsa, sürərdi 
birbaşa Həsənin yanına  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, 
№ 1, səh. 11). 
ÇƏRÇİ –  xırdavat satan . – Kənd küçələrini çərçilərin 
səsi başına götürmüşdü  (Ə.Səmədli. Gecikmiş bahar. Ulduz, 
1990, №10, səh.14). 


 
 
52
ÇƏRƏK –  qədim ölçü və çəki vahidi, arşının ¼ -i, təqribən 18 
sm.  –  Ancaq Şəki yadına düşəndə, indi nağıla dönmüş xoşbəxt 
günləri göz qabağına gələndə, özüsə eni-uzunu bir çərəklik evdə 
birovuz oturub, tənələrə qulaq asanda dözmək iynə ilə gor 
qazmaqdan çətin olurdu  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. 
Azərb. jurnalı, 1989, №4, səh. 120). 
ÇƏRƏSKƏ  – çubuqdan düzəldilmiş, hörülmüş qapı.  –  Çərəs-
kəni açıb, atı bayıra çıxartdı  (B.Göyüş. Mum. Ulduz, 1991, 
№6, səh. 33). 
ÇƏRHƏYA   – həyasız, abırsız. – İndi nooldu, ay çərhəyalar, 
niyə gəlmirsiniz?  (A.Abdulla. Günəşə at çapan uşaq. Azərb. jur-
nalı, 1989, №2, səh. 79). 
ÇƏRLƏMƏK // ÇƏRRƏMƏK –  vərəmləmək. – Div də çərlə-
yib ölənə qədər bu quyunu qaş-daşla doldursun  (A. Qəhrəma-
nov. Bulaq suyu. Ulduz, 1988, №5, səh. 7).  – Çərrədi, ay oğul, 
çərrədi öldü  (A.Abdulla. Günəşə at çapan uşaq. Azərb. jurnalı, 
1989, №2, səh. 80). 
ÇƏRLƏTMƏK   – boğaza yığmaq, cana doydurmaq, cana 
gətirmək, bezdirmək, vərəmlətmək, xəstəliyə salmaq. – Guya o 
öz pozğunluğu ilə cavan arvadını haçansa çərlədib öldürmüşdü  
(V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 
40). 
ÇƏRMƏK  –  yarıq, dovşandodaq.  –  Üst dodağı çərmək oldu-
ğundan, mırıq dişləri açıq qalırdı (B.Bayramov. Üzlü-astarlı 
günlər. Azərb. jurnalı, 1989, №11, səh. 4). 
ÇƏRTMƏK –  sancmaq, söz atmaq. – Dedi və katibi bir də 
çərtdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 
16). 
ÇƏTƏN I  –  qarğı.  – Parlaq may günəşinin şüaları çətənin 
aralarından içəri süzülüb, alaçığı əlvan rəngə boyamışdı 
 
(Ə.Babayeva. Anadil ağlayırdı. Azərb. jurnalı, 1986, №4, səh. 
66).  –  Üzümü çətən anbara tərəf çevirəndə sədirin gəldiyini 
gördüm  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 


 
 
53
səh. 16).  –  “Yox” dedi, çətən kipriklərini yuxarı qaldırdı  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 38). 
ÇƏTƏN II  – böyük, bir sürü, bir bölük.  –  Neyləsin, bir çətən 
ailəsi var Novruzun  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 53).  –  Bəy, qoyma məni öldürsünlər, bir 
çətən külfətim var  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, 
səh. 13). 
ÇƏTƏNƏQURSAQ  –  hövsələsiz.  –  Hə, dayan, o saat cırna-
ma, çətənəqursaq olma  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jur-
nalı, 1989, №3, səh. 89). 
ÇIXDANC  – yararsız, vecsiz, kara gəlməyən, işə yaramayan, 
xeyirsiz.  – Mənim bir bacım var  – dedi  –  bacılıqdan çıxdanc  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 20). 
ÇIRAĞ  – nökər. – Birinci arabanı Mehdi evinin çırağı sürürdü  
(F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 66). 
ÇIRNOV  –  şırnaq, şlanq.  –  Bu o vaxtdı ki, İskəndərin oğlu 
qızlarla su maşınının çırnovu altında çimməkdəydi  (M.Süley-
manlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 30). 
CIRTDAMAQ – qalxmaq, irəli çıxmaq. –  Ona görə cırtdadı, 
tezcə özünü göstərdi  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 
9). 
ÇIRTDAQ  –  qığılcım, qor.  –  Kiçik bir od parçası  –  çırtdaq 
yana-yana, qığılcım səpə-səpə dırnağından təpəsinəcən bütün 
içini yandıra-yandıra, doğraya-doğraya gəzişir  (R.Ulusel. 
Arazboyu. Ulduz, 1989, №5, səh. 3). 
ÇIRTQANA   –  yabanı bitki adı. – Elvar şalvarını soyunub, 
çırtqana koluna sərdi  (E.Əlləzoğlu. İllərin ağırlığı. Ulduz, 
1991, №11-12, səh. 68). 
ÇITIQMAQ – eşitdirmək, sözarası çatdırmaq, işarə eləmək. – 
İkinci kirayənişin arada vaxt tapıb, ev sahibəsinin qeybətini qır-
mış, çıtıqmışdı ki, qışda otağı isitməyə heç nə olmayacaq, vaxt 
ikən başının çarəsini qıl  (E.Əlləzoğlu. Balıq günü. Ulduz,  
1988, №3, səh. 44). 


 
 
54
ÇİÇİKLƏŞMƏK  –  itələşmək.   –  Arxa-arxaya dayanıb qoşa 
təpəyə qalxışır, şappa-şap, guppa-gup çiçikləşirdilər   (V.Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 
ÇİDARLAMAQ  – məc. mənada: evləndirmək, ayağını bağla-
maq.  –  Düzünə qalsa, gərək sənin özünü orada çidarlayaydılar  
(V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 25). 
ÇİLƏKƏLƏNMƏK  – yığılıb qalmaq. –  Ani olan qəhərlənmə-
dən boğazında söz çiləkələnmişdi  (N.Qənbər. Boğanaq. Azərb. 
jurnalı, 1991, №11-12, səh. 93). 
ÇİLƏKƏN   –  axar suyun qabağını kəsən  çör-çöp, yığıntı. –  
Tezliklə çayın ortasında bir neçə çiləkən əmələ gəldi  (Əlabbas. 
Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 147). 
□ ÇİLƏKƏN OLMAQ – əngəl, mane olmaq, əl-ayağa dolaş-
maq.  –  Məhəbbətinə maneçilik törədəcək, arada çiləkən olacaq 
heç bir səbəb yox idi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 61). 
◊ ÇİLİK SALMAQ  – düyün vurmaq.  –  Çobanlar yəni birdən 
ikiyə belə şey eşitmişdilər ki, a, motalının ağzını bərk bağlayay-
dı, eyməsinə çənbər vuraydı, bağlamasına çilik salaydı?  (İ.Qa-
rayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 28). 
ÇİM  –  otla qarışıq torpaq.  –  Mazan çayırlı çimi kəsib, götür-
düyü yerə elə yatırtdı ki, özləri gəyən gecədə çömbəlib lap ya-
xından baxanda, qalxıb göz yetirəndə də az qaldılar inansınlar 
ki, orda heç nə yoxdur  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 101). –  Aşpaz İmaməlinin əlaltısı Sə-
fərəli tülküdurmazdan bir neçə qazanı arxın qırağına çıxarıb, 
başlamışdı çimlə, ot-ələflə sürtüb, içəridən-çöldən işıldadıb, 
ağartmağa  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1989, №5, səh. 61). 
ÇİMDİNƏ-ÇİMDİNƏ – çimdik-çimdik.  –  Çimdinə-çimdinə 
hey söz yığıram  (T.Talıblı. Dünyanın düz vaxtı. Azərb. jurnalı, 
1991, №1, səh.118 ). 
ÇİMİLDƏMƏK –  titrəmək, səyrimək, əsmək. –  Paşa onun 
hər sözünə “bəli, elədi”, “nə olar”dedi, amma dodağının çimil-


 
 
55
dəməyini gizlədəmmədi  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, s. 50).  –  Kündəsifətin üzünün bir 
tərəfi çimildədi  (V.Babanlı, Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 37). 
□ ÇİMİR ETMƏK  – azacıq yatmaq, mürgüləmək. – Uzan-
mışdı, yatmırdı, səhərə yaxın bir-iki saat çimir edəcəkdi 
 
(E.Əlləzoğlu. Balıq günü. Ulduz, 1988, №3, səh. 45). 
ÇİMRƏNMƏK  –  iyrənmək, çiyrinmək, çimçəşmək, ikrah et-
mək. –  Hələ sevməmək bir yana, üstəlik də çimrənirsən məndən  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 13). 
ÇİN  –  oraq.  –  Çini sancdı kəmərinə (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 78). 
ÇİNTƏLƏMƏK  –  düzüb-qoşmaq.  –  Vaxtından qabaq söz 
çintələmə, atam-anam  (A. Mustafazadə. Qaraçuxa nağılı. 
Ulduz, 1987, №4, səh. 31). 
ÇİRİŞLƏTMƏK  –  kirləndirmək, çirkləndirmək. –  Bəhanələri 
də bu oldu ki, əliyizdə əridib, əridib üst-başınızı çirişlədəcəysiz  
(Ə.Mustafayev. İçindən asılmış adam.  Ulduz, 1989, №2, səh. 
17). 
ÇİRTMƏ  –  ucu nizə kimi kəsilib itilənmiş taxta, metal, qamış 
və s.  –  Yumruqlar açılanda, çirtmələr böyür-başına, qarnına 
nıxçananda onların ayağına döşənib yalvarmışdı  (S.Tağızadə. 
Təqib. Ulduz, 1989, №9, səh. 24). 
ÇİSƏK  – narın yağış.  –  Çisək dəydikcə, yuyunduqca almalar 
yavaş-yavaş yırğalanırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 50). 
ÇİTƏMƏK I  – başdansovdu tikmək. – Əvəzində qırmızı çit 
parçadan ağacın başına çitənmiş baydaq gəlirdi  (N.Qənbər. 
Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 99). 
ÇİTƏNMƏK II –  səpilmək. – Axşamdan göyün üzünə çitənmiş 
ulduzdan əsər-əlamət görmədi  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 56). 


 
 
56
ÇİTMƏ   – ləçək, yaylıq. – Nərgiz başına bağladığı çitmənin 
ucu ilə gözlərinin yaşını sildi  (R.İmanov. Bəyaz dünya. Ulduz, 
1990, №2, səh. 11). 
ÇİVZƏ   –  sızanaq.  – Sonra onun gözləri uzun, sısqa 
bədənimdə, çivzəli üzümdə, çiyni sallaq pencəyimdə, yorğun-
arğın baxan gözlərimdə gəzir  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 
1991, №4, səh. 83). 
ÇİYƏ I – çiy südün üzü. – Xalis qatı çiyəni xatırladırdı  
(Q.Xəlilov. İsfahan halvası. Ulduz, 1990, №1, səh. 23). 
ÇİYƏ II  – maşınla emal olunan yağ.  –  Çiyəsi bir yana, altının 
gömgöy südü bir yana  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 
1991, №11-12, səh. 84). 
ÇODAR –  qoyun alverçisi.  –  İş-güc adamı, tərəkəmə-
çodardılar  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 17). 
◊ ÇORTUNA GETMƏK  – fikrə getmək, düşüncəyə dalmaq. – 
İnqilab da İsabalanın sözünün çortuna getmişdi  (A.Babayev. 
Zəlzələ. Azərb. jurnalı, 1988, №1, səh. 117). 
ÇOVUMAQ I –  qaçmaq, vurnuxmaq. –  Adamlar ora-bura 
çovudular  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 53). 
ÇOVUMAQ II –  uçmaq, ötüb keçmək.  –  Daş suya baş vurub 
süzdü, güllə təki çovuyub çırpıldı düz Hatəmxanın dayandığı 
qapı dirəyinə  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5,  səh. 11).  
ÇOVUSTAN  –  anbar, lazımsız əşyaların qoyulduğu yer və ya 
ev.  –  Rəğib evdən çıxanda çovustandan kərənti götürmüşdü  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 67).  –  O vaxtdan bəri anası bel tiri qırılmış köhnə çovus-
tan evlərə oxşayırdı  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, 
səh. 15). 
ÇOVUYURMAQ  –  bax: çovumaq I.  –  İtiyi itmiş adam kimi 
ora-bura çovuyurma  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 
1989, №3, səh. 87). 


 
 
57
ÇÖKSÜMƏK –  çökmək.  – Üçüncü gün yerimdən qalxıb, gö-
rəndə ki, qatı bir duman çöksüyüb, sevindim  (Ş.Həsənoğlu. Qa-
palı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 63). 
ÇÖLMƏK  –  xörək bişirmək üçün saxsı qab.  –  Dolmalığı 
dolmalıq, pitiliyi pitilik ayırıb, axşamdan hər birini qazana 
yığır, çölməyə doldurur, obaşdan gəlib biş-düşə əl qatırdılar  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 94). 
ÇÖMBƏLMƏK –  çöməlmək, əyilmək. –  Mazan çayırlı çili 
kəsib, götürdüyü yerə elə yatırtdı ki, özləri gəyən gecədə 
çömbəlib lap yaxından baxanda, qalxıb göz yetirəndə də az 
qaldılar inansınlar ki, orda heç nə yoxdur  (İ.Qarayev. Bir 
kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 101). 
◊ ÇÖPÜKDƏN ÇIXMAQ –  məc. mənada: yumurtadan yeni 
çıxmaq, din vurmaq.  –  Sən hələ dünənin uşağısan çöpükdən 
indi-indi çıxırsan  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 96). 
ÇÖPÜKLƏMƏK  –  çirklənməkdən, tikanların ilişib keyfiy-
yətini itirməkdən tükü tökülmək.  –  İt arıqlayıb, tükünü töküb, 
çopükləyib, dəyişilib, tamam ayrı itə oxşayırdı  (M.Süleymanlı. 
Səs. Azərb. jurnalı, 1988, №2, səh. 50). 
◊ ÇÖŞGÜLÜN SALMAQ  –  köçünü salmaq, yerini rahatla-
maq, oturmaq, lövbərini salmaq.  –  Darvazadan içəri girən kimi 
babamın yanında çoşgülün salardı  (N.Qənbər. Babamın son na-
ğılı. Ulduz, 1988, №12, səh. 14). 
ÇÖYSÜMƏK  – bax: çöksümək.  – Duman dərələrə çöysüyüb, 
baba  (X.Qayıblı. Ömür. Ulduz, 1990, №12, səh. 14). 
ÇÖZƏLƏNMƏK   –  açılmaq, açılıb tökülmək, faş olmaq.  –  
Sanki nəfəsini içinə çəkib, çözələnəcək əhvalatı dinləməyə ha-
zırlaşırdı  (A.Abdullayev. Ocaq sönmür. Ulduz, 1988, №2, səh. 
36).  – Susmuşam, fikrimsə çözələnibdir; Nifrətim içimdə özələnib-
dir  (M.Misir. Şəhidlər. Azərb. jurnalı, 1991, №1, səh. 18). 


 
 
58
ÇÖZƏNMƏK –  bax: çözələnmək.  –  Yenə xısın-xısın söz-hə-
kət çözənirdi (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-
12, səh. 106). 
ÇUXA  –  kişilər üçün milli geyim. – Görürdün bir ehtiyatlı, 
yığımcıl ağbirçək, ağsaqqal çuxanın, arxalığın cibindən, 
çarqatın altından tək bir alma çıxartdı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun.1987, №5, səh. 44). 
ÇULQU  –  bax: çalqu. – Handan-hana qayıdıb əlini yaxaladı 
və çulqusunu, vedrəsini götürdü  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 56). 
ÇUVALAĞIZ  –  yekəağız. – Yaltaq Əlinin çuvalağız oğlu 
Bəhmən qapını kəsdirmişdi, təşər-təşər bizə baxırdı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 24). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
59
 –  D  –  
 
DABAX – qoyunların və malların ayağında olan xəstəlik.  –  
Guya heyvanlarda dabax xəstəliyi var  (F.Eyvazlı. Bir kisə qızıl. 
Ulduz, 1991, №3, səh. 65). 
DABANQIRMA   –  sürətlə, daban-dabana.  –  Xalam taxtası 
azalmış çit tumanının ətəyini dəstələyib arxamca dabanqırma 
qaçırdı  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 23). 
DABANLANMAQ – birinin üstünə ayaq almaq, hücuma 
keçmək, üstünə getmək.  –  Veysəlovun ayağı yer aldı, şairin 
üstünə dabanlandı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 87). 
DADAŞ   –  qardaş. – Sənin intiqamını almaq dadaşına borc 
olsun  (T.Hüseynov. Qartal müqəvvası. Azərb. jurnalı, 1990, 
№1, səh. 109). 
DAĞAL  –  ədəbaz.  –  Bir də gördüm ki, dağalın gədəsi özünü 
qara-qarıxıq yetirdi  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, 
səh. 86). 
DAĞAL-DAĞAL –  dalğa-dalğa.  –  Başının dağal-dağal bu-
rulan tükü boynuna tərəf dartılmışdı  (İ.İsmayılov. Ocaq daşı. 
Ulduz, 1991, №4, səh. 74). 
DAĞALLANMAQ –  yekə-yekə danışmaq.  –  Sən demə hava-
yı kişinin qarasına dağallanırammış  (S.Nəzirova. Ümid ulduzu. 
Ulduz, 1990, №12, səh. 64). 
DAĞALMAQ  – inadlaşmaq.  –  Qansız əsrlərdən tarix dağ 
aldı; Əcaib, dedilər tarix dağaldı  (Q.Əcaib. Qar adlandı tez. 
Azərb. jurnalı, 1991, №4, səh. 154). 
DAĞAVAR  –  dağətəyi.  –  Sərin, ətirli dağavar bağlarından 
dərilmiş, ləl-cəvahir təki dövrəsinə işıq salan səbəti beləcə 
qoyub, aralanmaq kişilikdən sayılmazdı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 79).  – Onların 
sayasına dağavar qəsəbənin saf axşam havasından dərib, bütün 
günü təpəsinə döymüş axşam bürküsünü canından çıxarırdı  (S. 


 
 
60
Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 
27). 
DAĞDAĞ   – talvar. – Aparın qızıl üzüm dağdağının altına, 
gəlirəm  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 38). 
DAXAL  –  daxma.  –  Onun qızılgüllü həyətini, çiy kərpicdən 
tikilmiş daxalını, üstü kəndin yarımqazma evlərinkindən yaxşı 
örtülmüş uzun pəyəni dağıtdı, yerlə yeksan etdi  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, səh. 23). 
DAQ̇QA  –  qaragül dərisindən papaq.  –  Xurmayı daq̇qa pa-
paq, məst, məstin üstündən tasmalı yarma çarıq geyinib, Cavad-
oğluyla dağ-daşa yatan Cəvahirin qəlbində qadınlıq hissini oya-
dan bu yamyaşıl otlar, quşların çöl boyu yayılan cəh-cəhəsi idi  
(Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 129). 
DALANDAR  – süpürgəçi. –  O, institutda oxuyan vaxt dalan-
darlıq edən Əsmə adlı bir qadının evində qalmışdı  (M.Əliyev. 
Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 122). 
◊ DALDEYA ÇƏKMƏK  –  gizli, kimsənin olmadığı yerə 
aparmaq.  –  Cavanlar bir-iki dəfə yığılıb onunla danışmaq üçün 
daldeya çəkmişdilər  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 
24). 
◊ DAMAĞINA DƏYMƏK –  xətrinə dəymək, incimək. –  Ana-
mın soyuq rəftarı deyəsən mühasibin damağına dəydi  (Ə.Əzim-
zadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 5). 
DAMALTI – odun, çırpı, yeşik və s. yığmaq üçün üstü örtülü, 
yanları açıq yer.  – Bir qışın odununu bir gündə doğrayıb 
damaltıda xaraya düzən Çəmənimi “Pirbulağı”na nə adla yola 
salaydım?  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-
10, səh. 73). 
DAMBAT   –  lovğa, ədəbaz, özünü çəkən, təkəbbürlü, iddialı, 
özünü başqalarından yüksək tutan .  –  Elə bu xasiyyə-
tinə görə də camaat adının qabağından bir “dambat” sözü as-
mışdı  (V.Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11, səh. 18). 


 
 
61
◊ DAMBATLANA-DAMBATLANA GƏZMƏK –  özünü çə-
kə-çəkə, lovğa-lovğa, təkəbbürlə gəzmək. – Fasilədə dam-
batlana-dambatlana gəzirəm  (Ç.Ələkbərzadə. Mənim birinci 
sevgim. Ulduz, 1991, №2, səh. 38). 
DAMLAMAQ  –  həbs etmək. –  Gözləyirsən ki, sənnən üzr 
istəsin, yoxsa köhnə işini də yoxlatdırıb, səni damlasın?  (S.Sə-
xavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 12). 
□ DANABOYUN ELƏMƏK  –  birinin boynunu əyib, qanır-
maq.  –  Rəğibi tutdular, qabaqlarına qatıb Yarəhmədli bağları-
nın ayağına apardılar, danaboyun eləyib, üzüm dağdağından 
asdılar  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı,1987, 
№5, səh. 41). 
DANICAQ  –  töhmət, məzəmmət.  –  Çoxuna danıcaq gəlirdi 
bu  (Ə.İnfiloğlu. Qəribə taleli qız. Ulduz, 1991, №8, səh. 81). 
DANQAZ  – ədabaz. – Bir danqaz Qulubala var bizim tərəfdə  
(A.Babayev. Zəlzələ. Azərb. jurnalı, 1988, №1, səh. 104). 
DARABA  –  taxta.  –  Beş-on addımlıqdakı daraba darvazaya 
çathaçatda qızlar az qala özlərindən gedəcəkdilər  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 37). 
DARAQÇIN – xoruz. –  Xalamın yan-yörəsində dənlənməyə 
öyrənmiş telli daraqçın apaydın döşəmədə peyda oldu  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 14). 
DARAQLAMAQ   – yaddaşını varaqlamaq, yadına salmaq, 
xatırlamaq. – Yaddaşını daraqlayıb, o zəngulələri növlərə və 
ahənglərə böldü   (M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, 
səh. 117). 
DARAM   – tarım, kip. – Hə, qoçaqlar, çadırı daram tutun  
(R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, səh. 9).  –  Çantası 
sınırına enmiş, şalvarının qalifesi yellənən, daram sırıqlı gey-
miş, göy gözləri bicliklə dolu, gödərək, bütün sümükləri dəbə-
rişən oğlan  –  kənd sovetini katibi  –  icazə-filan soruşmadan 
otağın ortasına addımladı  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 38). 


 
 
62
DARGÖZLÜK  –  dardüşüncəlik, düşüncəsizlik, dar dünyagö-
rüşlülük.  –  Başını yerə dikib, yalnız təsərrüfat qayğılarına 
qapanıb qalmaq da dargözlükdü  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 26). 
◊ DARĞA-DARĞA DANIŞMAQ  –  əda ilə, böyük-böyük 
danışmaq.  –  Kəs səsini, hələ mənə darğa-darğa toyundan da-
nışır  (Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 6). 
DARIMAQ   – toplamaq, yığmaq. – Düyünü əliynən məc-
məyinin bir kənarına darıyıb, qulaq kəsildi  (N.Qənbər. Baba-
mın son nağılı. Ulduz, 1988, №12, səh. 11). 
DARINMAQ –  paxıllıq etmək, qibtə etmək, həsəd aparmaq. –  
Özü ucala bilmədiyinə görə başqasının ucalmasına darınır 
(S.Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, səh. 28). 
◊ DARIŞ GƏLMƏK  – özünü döymək.  –  Ümü arvad özünə 
darış gəlib, kövrəldi  (H. Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 
1989, №4, s. 33). 
□ DARQURSAQLIQ ETMƏK  –  hövsələsizlik, kəmhöv-
sələlik, səbirsizlik etmək. – Darqursaqlıq edib, müstəqilliyə, sər-
bəstliyə tələsməməliyəm  (A.Abdullayev. Geriyə qayıdan iz. 
Azərb. jurnalı, 1987, №12, səh. 59).  –  Bəziləri darqursaqlıq 
edib yuxarı təşkilatlara müraciət etsələr belə,  özünü itirmə  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 42). 
DAR VAXTI  –  axşama yaxın, hava qaralmağa başlayanda, şər 
vaxtı.  –  Və axırda da axşamın dar vaxtı xəbər çatdırırdı ki, Gü-
lü beşaçılanını qayaya çırpıb, oxam-oxam eləyib, özü də üzü 
üstə torpağa düşüb ağlayır  (A.Mustafazadə. Qaraçuxa nağılı. 
Ulduz, 1987, №4, səh. 37). 
DAŞIRQAMAQ  –  daşlıqda çox gəzmək nəticəsində axsamaq.  
–  İki günün biri gözə gələn mal gah süddən kəsilir,  gah tez-tez 
azarlayaraq yatıb tövlədə qalır, bunlar da olmayanda qaşır-
qayıb günlərlə naxıra getmirdi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 128). 


 
 
63
DAŞLANMAQ  –  çıxmaq, axmaq, getmək.  –  Ev yiyəsinin fıs-
qırtdığı tüstü ora sürünür, oradan da eşiyə daşlanırdı  (İ.Qara-
yev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 115). 
DAVRA   –  qazan.  –  Davranın qarasını qaytarıb, sürtürlər 
mən bədbəxtin üzünə  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. 
jurnalı, 1989, №11, səh. 50). 
DAY –  daha. – Day təqvimdə yazılmamışdı ki, heyvanlar adamı  
–  özü də uzaq yerdə olan adamı  –  gözləyən bədbəxtlikdən xə-
bər verə bilirlər  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 6). 
DAYCANI   –  dayı arvadı.  –  Bir gün daycanım məni qadın 
bərbərxanasına apardı  (Ə.Bağırov. Gözmuncuğu. Ulduz, 1988, 
№7, səh. 14).  –  Və bir gün Tərlan daycanı o günəbaxanı tava-
da qovuranda Səfalının günəbaxan payı hamınınkından çox ola-
caqdı  (Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, səh. 17). 
DAYIR   – yaxşı, düz. – Özünün dediyi kimi dünyanın dayır 
vaxtındakı kimi qara qıvrım saçaqlı, təptəzə papaq qoymuşdu  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 20). 
DAZIYA-DAZIYA –  yanlarını basa-basa sürətlə getmək. – 
K'olxoz sədri Kamandar  –  o boyda gövdənin yiyəsi  –  Əhədin 
dalıycan dazıya-dazıya gedir, qabağında mil kimi dayanır  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 6). 
DEHƏDEH  – söz-söhbət, deyingənlik. –  Bunun üçün də evləri 
dehədehlidir  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, 
s. 126). 
DEMİ –  qəlyan.  –  Demisini tüstülədə-tüstülədə çaylağa 
baxırdı   (Ə.Mustafayev. Novruzgülü açılmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 50). 
DEVİKMƏK  –  donub qalmaq, təəccüb qalmaq, çaşıb qalmaq, 
özünü itirmək.  –  Qədim devikdi  (Ə.Əmirov. Tapanca. Ulduz, 
1988, №8, səh. 15). 


 
 
64
DƏBBƏ I  –  yekəxana.  –  Qəribə idi, bu dəbbə, iddihamlı 
sözlərdən Mürvət qətiyyən cırnamadı  (V.Babanlı. Omürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 95). 
DƏBBƏ II –  özündən razı. – Dəbbə gözlərinin biri iri, biri 
balaca idi  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 
8). 
DƏBBƏLƏMƏK I  –  inkar etmək, rədd etmək, heçə vurmaq. –  
Bir-bir nəsillərindəki başıpapaqlıları sadalayıb, Nağı da onları 
bir-bir dəbbələməsindən, hərədə bir ayıb tapmasından İsrafil 
birdən-birə ayılan kimi oldu  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. 
jurnalı, 1987, №9, səh. 125). 
DƏBBƏLƏMƏK II  – cığallıq etmək, sözündən qaçmaq. –  
Dəbbələməklə iş aşmaz  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 86). 
DƏBƏRƏ  –  sırtıq, üzlü, həyasız. – Sonra dəbərə baxışının tük 
salan zəhmiylə Alməmmədin üz-gözünü övkələdi (H.Zeynaloğlu. 
Torpağı sanı yaşa.Ulduz, 1989, №4, səh. 25). 
DƏBƏRİŞMƏK  – tərpənmək, dingildəmək, oynamaq. –  Çan-
tası sınırına enmiş, şalvarının qalifesi yellənən, daram sırıqlı 
geymiş, göy gözləri bicliklə dolu, gödərək, bütün sümükləri də-
bərişən oğlan  –  kənd sovetinin katibi  –  icazə-filan soruşma-
dan otağın ortasına addımladı  (B.Bayramov. Üzlü-astarlı 
günlər. Azərb. jurnalı, 1989, №11, səh. 38). 
DƏBƏRMƏK – tərpənmək.  –  Maşın yerindən dəbərdi  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 30).  – Urcah olduğu qara-qorxunun ovsunundan dəbərə 
bilmədi  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, 
səh. 15). 
DƏBƏRTMƏK I – tərpətmək.  – Tez maşını yerindən dəbərdib, 
sürəti artırdı  (A.Şəruri.Yüz ilin yolu. Ulduz, 1990, №9, səh. 
18).  – Buxsayı bə dəbərtmədilərmi, ay oğul?  (Ə.Mustafayev. 
İçindən asılmış adam. Ulduz, 1989, №2, səh. 15).  – Bə söz yox-
du niyə məni mahmızlayırsınız, niyə məni dəbərdirsiniz? 
 
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 6). – Necəsən, qo-


 
 
65
hum?  –  deyib, məni dəbərtdi  (B.Bayramov. Üzlü-astarlı gün-
lər. Azərb. jurnalı, 1989, №11, səh. 49).  –  Görür yekə kisələri 
kəndirə bələyib o baş, bu başından salbehlə dəbərdiblər  (S.Nə-
zirova. Ümid ulduzu. Ulduz, 1990,  №12, səh. 61). 
DƏBƏRTMƏK II –  sinəsini irəli vermək, köksünü qabartmaq. 
–  Sinənizi dəbərdə-dəbərdə gəzməyin  (S.Nəzirova. Tale dam-
gası. Azərb. jurnalı, 1991, №7, səh. 20). 
DƏC –  toxunulmamış, əl dəyilməmiş. – Bu ağnağazdır, dolu 
çuval hələ dəc durur  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, 
səh. 38). 
◊ DƏC TOPLAMAQ – bir yerə yığmaq.  –  Eldar kimsəni 
yayınmağa qoymadı, dəc topladı  (S.Aran. Təmislik kağızı. 
Ulduz, 1991, №9-10, səh. 92). 
DƏFƏDARAQ  –  təmtəraq, büsat. –  Xeyir ola, ay arvad, 
səhərin bu alatoranında bu nə dəfədaraqdır qurmusan?  
(Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 8). 
DƏHLƏMƏK   – dürtmələmək.  –  Əşi, dur tərpən sahəyə!  – 
deyib, Xuduş Gülmalı kişini dəhlədi  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 39). 
DƏHLƏNMƏK I – atın sürətlə getməsi üçün böyürlərinə 
təpiklə vurmaq.  –  Kefnən nəflənənlər “dəh”nən dəhlənərlər  
(İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurmalı, 1990, №10, səh. 
116). 
DƏHMƏRLƏMƏK I  – tərpətmək. – Atını dəhmərlədi  
(F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 4). 
DƏHMƏRLƏMƏK II  –  tələsdirmək.  – Gül ağzını 
qorxusundan sarısını udmuş kisəçiyə və onu dəhmərrəmək 
istəyən sabiq arvadına tərəf açmışdı  (V.Nəsib. Ceyrançöldə 
qara bayram. Azərb. jurnalı, 1988, №12, səh. 102). 
DƏHMƏRLƏMƏK III – nişan alıb vurmaq. –  Tüfəngi hərlədi 
ki, ceyranı əsl keşikçi kimi dəhmərləsin  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb jurnalı, 1990, №10, səh. 111). 


 
 
66
DƏHMƏRLƏMƏK VI –  dümsükləmək.  –  Gülgəz Qoçunun 
gül kimi sifətinə bir də baxıb, onu çiynindən dəhmərlədi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, № 8, səh. 24). 
DƏHMƏRLƏMƏK V  – narahat etmək. – İş o yerə çatdı ki, 
balalar, yuxarı sinifdə oxuyan böyük uşaqlar evə çatacaq 
doqqazdan, darvazadan analarını dəhmərləyib, çağırmadılar  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 16). 
DƏHMƏRLƏMƏK VI  – tezcə, tez-tələsik sürüb aparmaq.  –  
Kaş çoban Musa sürünü dəhmərləyib, tezcə uzaqlaşaydı  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 27). 
DƏHNƏ  – çaydan arxa su buraxılan yer, mənsəb.  – Yuxarıdan 
dəhnənin iki yanından da iki irmaq coşub üzüaşağı şığıyırdı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 10).  –  Dəhnə ağzından uçurlanan, novdan şoruldayan 
suyun hamısını bağlamışdı bir arxa  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 10). 
DƏLƏMƏ –  yenicə maya tutmuş pendir.  –  Baharda  –  döl 
vədəsində Mürsələ suluq tutardı, dələmə kəsərdi, kətəməz 
bişirərdi  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, 
səh. 166). 
□ DƏLƏMURD ELƏMƏK  –  gizlin-gizlin, kimsənin xəbəri 
olmadan nədənsə istifadə etmək.  –  Bazar günləri də özüm 
dələmurd eləyirəm  (B.Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, № 
5, s. 70). 
DƏLİ ŞÜYÜD –  yabanı bitki.  – Ot, çayır, əlli mikin çiçək, dəli 
şüyüd, hacıqabıq, quzuqulaq, yemlikdən belə, hamısı baş açıb, 
kərənti havasınca qalxmışdı  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı,1988, №3, səh. 50). 
DƏLMƏK  –  dəlik.  –  Bir dərədə yeddi təpə; Hər təpədə yeddi 
dəlmək  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 74). 


 
 
67
DƏM   –  vaxt, çağ.  –  Elat camaatının arana səpələndiyi, 
köçəriliklə vidalaşdığı dəmlər də yadında idi  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, № 1, səh. 18). 
◊ DƏMBƏRÇƏK TUTMAQ  –  özünü təkəbbürlü, ədalı, ağa-
yana aparmaq.  –  Həmin göyərtini də həyətdən küçəyə ayaq qo-
yan kimi özünü dəmbərçək tutan arıq-quru ərilə bərabər dişlə-
dırnaqla əkib-becərirdi  (V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, 
№11, səh. 12). 
DƏMDƏMƏKİ  –  hərdəmxəyal.  –  Bəlkə də bunlar yenə 
Fazilin öz vasvalığının, dəmdəməkiliyinin bəlasıdı ki, gecə-
gündüz çözələnib onda beyin-baş qoymamışdı  (Ə.Həsənov. Bağ 
evi. Ulduz, 1988, №6, s. 25). 
DƏMGİLLİGÖZ  – bədnəzər. – Allah vursun sənin pis nəfsini, 
dəmgilligöz  (M.Bəkirli. Qarğa. Azərb. jurnalı, 1991, №9-10, 
səh. 108). 
DƏMYƏ – su verilmədən yetişdirilən əkin.  –  Xəlbir çıxarın-
dan, dənəvər dəmyə arpasından yeyib, at kimi kişnəyən sarı sə-
mənd xoruzla da qurtarmaq olardı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 13). 
DƏNG –  yük.  –  Bu bir karlı dəvənin dəngiylə udulmasından 
da fərəhliydi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 60). 
DƏNİTLƏMƏK  –  qulaq asmaq, dinləmək.  –  Gözün ayağının 
altında olsa da, hər tükün bir antenna olub, dar dalanın üçüncü 
mərtəbəsində də baş verənləri dənitləyirsən  (S.Nəzirova. Ümid 
ulduzu. Ulduz, 1990, №12, səh. 49).  –  Gah da qulaq verib, 
dənitləyirdi  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı,  1991, 
№7, səh. 27). 
DƏNZƏRMƏK   – yetişməyə başlamaq. – Yenicə dənzərən 
meyvələr xal-xal olub, çürümüşdü  (B.Bərdəli. Bürkü. Azərb. 
jurnalı, 1991, №5, səh. 56). 
DƏRDİŞ –  “dərdin alım”, “qadan alım” kimi müraciət forması.  
–  Bürkü səni çoxmu karıxdırıb, dərdiş?  (V.Babanlıı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 26). 


 
 
68
DƏRƏBƏYLİK –  özbaşınalıq, yiyəsizlik. –  Var!  – dedi  –  
özü də çoxdu, ölkə dərəbəylik deyil ha  (S.Səxavət. Qızıl teşt. 
Ulduz, 1987, №7, s. 12). 
DƏRMƏK – nəfəs almaq, udmaq.  –  Onların sayasına dağavar 
qəsəbənin saf axşam havasından dərib, bütün günü təpəsinə 
döymüş axşam bürküsünü canından çıxarırdı  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, s. 27). 
DƏSTƏRCƏ  –  əl dəyirmanı, kirkirə. – Kim buğdadan, arpa-
dan, darıdan nə tapırsa, ya dəstərcədə çəkir, ya da səhəri aparıb 
dəyirmanda ağnavaz eləyib, qayıdırdı  (H.İbrahimov. Qu quşları 
öləndə oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 129). 
DƏSTƏRXAN  –  süfrə.  –  Kəndimizin biçinçiləri vəri başa vu-
rub, günortaya qayıdanda dəstərxanı belə açardılar  (Ə.Əzim-
zadə. Cehiz. Ulduz, 1990, №5, səh. 7). 
DƏSTİRİ  –  kimi, təkin. – Qaraxallı qız içəri addadı, şirin dili 
qapılara açar oldu, getdi nənəsini tapdı, onu huş aparmışdı, do-
daqlarında bir damcı qan duruş gətirməmişdi, ölü dəstiri uzan-
mışdı, amma nəfəsi üstündə idi  (Ə.Mustafayev. Novruzgülü aç-
mamış. Azərb. jurnalı, 1987, №7, səh. 18).  – Bir az bəridə neçə 
yerdə kömür dəstiri qapqara çaylaq qumu tığlanmışdı  (Ə.Mus-
tafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 
18). 
DƏSTOVUZ  –  sübut, dəlil. – Qara əlcəkli sol əlini bir az tə-
şəxxüslə, bir az qürurla göz qabağında dəstovuz kimi tovlaya-
tovlaya ötkəm danışırdı  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 53). 
DƏVƏND  –  yekəpər, bədəncə kobud. – Görək bu başıbatmışı 
o dəvənd oğluna bir təhər eliyə bilirikmi?  (Z.Ağbabalı. Səbrlə 
başlanan gün. Ulduz, 1990, №9, səh. 7). 
DƏYƏ  –   qarğıdan və digər materiallardan düzəldilmiş koma, 
kiçik alaçıq.  –  Əzəl-əzəl hardasa qoca bir qarının xəstə yatdığı 
alaçığa düşdü, oradan bir gədik uzaqlıqdakı irili-xırdalı 
dəyələrə keçdi  (A.Mustafazadə. Qaraçuxa. Ulduz, 1987, №4, 
səh. 35). 


 
 
69
DƏYİNTİLİ  – incik, narazı. – Yox, Cəmşid kişi o sarıdan də-
yintiliydi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 45). 
DIBIR  –  ikiillik erkək keçi.  –  Gözünün qabağına məğrur bir 
dıbır gəldi  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3, 
səh. 50). 
DIĞ-DIĞ  –  deyingənlik, deyinti. – Bir neçə günlüyə əlinizdən, 
səs-küyünüzdən, dığ-dığınızdan canım qurtarar  (Şahmar. 
Qoyungöz. Ulduz, 1988, №8, səh. 33).  – Düz yeddi il idi dözür-
dü onun dığ-dığına  (T.Hüseynov. Qartal müqəvvası. Azərb. 
jurnalı, 1990, №1, səh. 81). 
◊ DIĞIR-DIĞIR GƏZMƏK  –  dik-dik, təkəbbürlə, özünü 
çəkərək gəzmək.  –  Qardaşı dığır-dığır gəzəndə lap əsəbiləşirdi  
(S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 5). 
DIMIR-DIMIR –  yumru-yumru.  –  Hərf nöqtə-nöqtə, dımır-
dımır idi  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. 
jurnalı, 1988, №5, səh. 48). 
DIQANTLAMAQ  –  gözlərini bir nöqtəyə zilləmək.  –  Daim 
səksəkəliydi, az danışar, nəyisə dıqantlamaqdan yorulmazdı  (Ə. 
Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12, səh. 26).  
DINBIZLAMAQ   – yumruqlamaq. – Yeri düşəndə qardaşı 
Hümbəti dınbızlayar, yeri düşəndə də əl-ayağını yuyardı 
 
(M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 120). 
□ DIRRAHAN OLMAQ  – ölmək, o dünyalıq olmaq. – Əyə, 
bu dırrahan olub ki  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 69). 
DIRTMALAMAX –  cırmaqlamaq, yırymaq.  –  Bax, burda  da 
birinci iki misra babatdı, qulaq dırtmalamır  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 86). 
DIŞARI   – çöl, bayır, kənar, xaric. – Biri kəm üçlüyün başçısı 
Gər Xəlilə bir salam göndərdi ki, “kefingəldi” nişanəsini dışarı-
dan bundan artıq güdmək insafdan sayılmazdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 80). 


 
 
70
DİDƏLƏMÇƏNGƏ  – dilli-dilavər, həyasız.  –  İncimə, sənin o 
didələmçəngə qaynanandan xoşum gəlmir  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 19). 
DİLARƏMÇƏNGİ –  bax: didələmçəngə. – Bəs o dilarəm-
çəngi Səmayəni, qaynun qızını nöş demirsən?  (Ə.Cəfərzadə. 
Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, №7-8, səh. 88). 
◊  DİLOTU YEMƏK  –  dil boğaza qoymamaq, ara vermədən 
danışmaq, dil-dil ötmək.  –  Südəcər doğulmuş üç qayışbaldır 
oğlu və bir dilotu yemiş qızı vardı  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 26). 
DİNAZ   –  qınaq, inciklik.  –  Yollar məni öz başına dolayır; 
Dağlar gendən dinazını yollayır  (T.Talıblı. Yuxularda yurd. 
Azərb. jurnalı, 1991, №1, səh.120 ).  –  Kəsik-kəsik, bir az da 
dinazla danışırdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 
1987, №4, səh. 33). 
◊ DİNDİRİŞƏ TUTMAQ  –  sorğu-suala tutmaq.  – Dindirişə 
tutub, əclaf məni  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, 
səh. 28). 
DİNG –  çəltik döyən qurğu.  –  Ding qoyub, çəltik döydü  
(M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 120). 
DİNGİŞ – yelbeyin.  –  Astanada səliqə ilə geyinmiş, yüngül 
hərəkətli, dingiş bir oğlan göründü  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 3). 
DİNŞƏMƏK  –  dinləmək, qulaq asmaq. – Kaş o qız özü gəlib, 
çıxaydı, bir qulaq verib, dinşəyəydi (Ş.Həsənoğlu. Günəş 
ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 60).  – Bir sən də dinşə  
–  dedi  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 27).  
–  Hələ də o qəribə konserti dinşəyirlər  (S.Nəzirova. Ümid 
ulduzu. Ulduz, 1990, №12, səh. 60).  – Bir az dinşədi  (S.Azəri. 
Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, səh. 9). 
DİRƏDÖYMƏ – oyun adı.  – Elə yaşıdları ilə güləşmələrdə, 
dirədöymə oyunlarında onun basılmazlığı da atasının cüssəli 
görkəmindən, mehriban,  həm də zabitəli səsindən güc alırdı  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 20). 


 
 
71
DİRƏNMƏK –   əl çəkməmək, təkid etmək, israr etmək.  –  
Ələmin dirəndiyini görəndə Əhəd inandı ki, onu bura dartıb 
gətirən səbəb ciddi səbəbdir  (İ.Məlikzadə. Qırmızı yağış. 
Azərb. jurnalı, 1987, №1, səh. 15). 
DİRƏŞMƏK  – bax: dirənmək. – Yoxsa tərsliyi tutub, dirəşəcək  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 78). 
◊  DİRİNGİ VURMAQ  –  oynamaq. – Əlləri torpağa 
çatmayıb, havada diringi vurdu  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 42). 
DİRİT  – saat, dəqiqə .  –  Əgər 
indi oynanan oyundan bir neçə dirit sonra gələsi “Yurdyesir” 
başlanmış olsaydı, Gər Xəlil “Padşah oyunu”nun ən dəyərli 
bəxşeyişini Hatəmxana halal bilərdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı. 1987, №5, səh. 72). 
DİŞAR –  gizlin. – Hər işin eldən dişardı  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 4). 
DİŞARI –  bax: dışarı. – O isə iki gün idi ki, mehmanxanadan 
dişarı çıxmırdı  (A.Abdulla. Günəşə at çapan uşaq. Azərb. 
jurnalı, 1989, №2, səh. 67). 
DİŞƏNMİŞ – dişə ilə diş-diş, oyuq-oyuq, kələ-kötür hala 
salınmış. – Hatəmxanın üstündə dəyirmanındakı iki dəyirmi 
dişənmiş daş: siqlətlə dayanan alt daş, onun üstündə, novdan 
pərləri döşənən suyun  – selin gücünə fırlanan üst daş təki bir 
ağırlıq da vardı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 66). 
DİTMƏ    –      umac.    –    “Mənə bir qab şorpadan, ditmədən, 
hoppadan, bılamacdan bişireydiz” demədi  (Ə.Cəfərzadə. 
Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, №7-8, səh.78 ). 
DİTTƏLƏMƏK  –  didişdirmək, didmək. –  Deyəcəyi sözü elə 
bil yeməyin içində axtarırdı, yeməyi çəngəllə dittələyirdi  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10,  səh. 43). 


 
 
72
□ DOĞANAQ OLMAQ –  qarmaq kimi əyilmək.  –  Qəddi 
büküldü,  oldu doğanaq  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 7). 
DOQ̇QAZ –  həyət. –  Mazan doq̇qaza girəndə uşaqları cin yığ-
nağı kimi başına uyuşdular  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 102);  – İş o yerə çatdı ki, 
balalar, yuxarı sinifdə oxuyan böyük uşaqlar evə çatacaq 
do
q̇qazdan, darvazadan analarını dəhmərləyib, çağırmadılar  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 16). 
◊ DOL ÇƏKMƏK  –  ağac, taxta və ya mal gönündən hazırlan-
mış qab  (vedrə, tuluq) ilə quyudan, kəhrizdən su çəkmək.  –  
Qəşəng bağ suvarsın, arx atlasın, kəhriz lağımlarını təmizləyib, 
dol çəksin  – bunları bacarırdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 125).  –  Elə ki, gördü bir 
ucu Bəndalı kişinin dəmiri, poladı yumşaldan əllərinin 
kəramətindən qıfılbənd təki onun topuqlarını buxovlamış sicimin 
o biri ucunu atdılar  dağdağının üstünə, Çarxçıoğlu quyudan 
dol çəkirmiş təki sicimi dartdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 42). 
DOMUŞMAQ I –  ayaqları qatlayıb yarı oturu vəziyyət almaq, 
çöməlib oturmaq.  –  Aşağıya doğru domuşub, zoqquldayan sağ 
qolunu döşünə sıxdı  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, 
№8, səh. 9). 
DOMUŞMAQ II –  büzüşüb oturmaq.  –  Zöhrə qarı da keçib 
müəllimə tərəfdə domuşdu  (V.Babanlı. Ömürlük cəza, Azərb. 
jurnalı, 1991, №2, səh. 80). 
DOMUŞA-DOMUŞA – büzüşə-büzüşə.  –  Yoxsa kişi ağzına su 
alıb nimdərin üstündə domuşa-domuşa oturacaqdı  (S.Nəzirova. 
Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 25). 
DON  –  paltar.  –  Donun yalnız əcərini geyinən gün nədənsə 
sıxıldı  (M.Oruc. Namərd körpüsü. Azərb. jurnalı, 1991,  №6, 
səh. 17). 


 
 
73
◊ DOV GƏLMƏK  –  üstün gəlmək.  –  Yarımçıq dov gəlir bü-
töv, tamına  (Ç.Əlioğlu. Dünyanın. Azərb. jurnalı, 1989, №9, 
səh. 46).  –  Səncə camaat qoşuna dov gələ bilər?  (İ.Məlikzadə. 
Qırmızı şeytan. Azərb. jurnalı, 1992, №9-10, səh. 33). 
DÖLƏK  – cins. –  Qarışığı yoxdur, dölək itdir  (M.Süleymanlı. 
Səs. Azərb. jurnalı, 1988, №2, səh. 46). 
DÖNƏRGƏ  – bəxt, tale, qismət. – Yoxsa dönərgəm dönər, bü-
tün Çalmalıda görk olaram  (B.Göyüş. Mum. Ulduz, 1991, №6, 
səh. 33). 
DÖNƏRGƏLƏNMƏK  –  uğursuz gəlmək, taleyi, bəxti dön-
mək.  –  Büsbütün “kefingəldi” ovqatında başlanmış bir səhərin 
ilk dərsi, ilk saatı dönərgələnmişdi  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı,1987, №5, səh. 85). 
DÖNÜM  – dəfə, kərə. – İbrahim, dedi, balı bir dönümə yeyər  
(E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 111). 
DÖRDƏLƏMƏ  –  dördayaq (həm əl, həm də ayaqla) getmək. 
–  Əllərində çin çöməlib, çöməltmə “Tərəkəmə” oynayan Çarx-
çıoğlu kimi, eləcə iməkləyir, dördələmə gedirdilər  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 86). 
◊ DÖR-DÖR DÖYÜŞMƏK  –  qorxmadan, qəhrəmancasına 
döyüşmək, vuruşmaq.  – Özü də bu dəqiqə qızılbaşlarla dör-dör 
döyüşür  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 24). 
DÖŞDƏMƏK –  bir şeyin qarşısını sinəsi ilə almaq, sinə 
gərmək.  –  Əgər gündüz olsaydı Manaf ərinməyib evin damına 
çıxar, suyu döşdəyib, tökərdi yerə  (B.Bağırov. Uzaq günlərin 
damcıları. Azərb. jurnalı, 1989, №3, səh. 138). 
DÖŞƏMƏK I –  vurmaq, döyəcləmək. – Bacısı payanı götürüb 
düşdü kilimin canına, bayaqkından da bərk  döşəməyə başladı  
(S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 11). 
DÖŞƏMƏK II – basıb doyunca yemək.  –  Bir qabı təpələtdirif 
gətirtdilər, çəkil tikələrdən döşədim  (İ. Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 106). 
DÖŞƏMƏK III – demək, söyləmək. – Nə bilirdim döşədim 
cəmdəyinə  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 4). 


 
 
74
DÖŞƏNMƏK   – arxasınca, dalınca düşmək. –  Qurdlar da 
onların arxasınca döşəndilər  (F.Eyvazlı. Düyünlü günlər. 
Ulduz, 1989, №8, səh. 3). 
DÖŞÜMƏK I  – bax: döşəmək III. – Ağzım qızışıb, elə 
döşüyürəm  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, № 10, 
səh. 41). 
DÖŞÜMƏK II  –  içmək, vurmaq.  –  Sənin kimilərin kəllə sü-
müyündən özümə şərab badəsi düzəltdirəcəm, dünyanın sağlığı-
na döşüyəcəm  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, s. 16). 
DÖŞÜRMƏK  –  toplamaq, yığmaq. – Ağa, ağlını başına döşür  
(F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 8).  –  Bəs 
niyə onda əlinə keçənlərdən xurcuna döşürüb atlarını yəhərlə-
mirsən?  (V.Nəsib. Addan ada. Azərb. jurnalı, 1992, №11-12, 
səh. 13). 
◊ DÖV GƏLMƏK – bax: dov gəlmək. – Kəndlilər bu qansız 
quldur dəstəsilə vuruşurdularsa da, onlara döv gələ bilmirdilər  
(F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 8). 
◊ DÖYÜKƏ-DÖYÜKƏ QALMAQ  –  bax: devikmək.  –  Cöv-
dət döyükə-döyükə qalmışdı  (A.Qəhrəmanov. Bulaq suyu. Ul-
duz, 1988, №5, s. 10).  –  Səttar inanmadı ki, oğlan onu çağırır, 
qaldı döyükə-döyükə  (İ.Məlikzadə. Toy mövsümü. Ulduz, 1988, 
№5, səh. 32). 
DÖYÜKMƏK  –  bax: devikmək.  –  Döyükmüş gözlərini bəyə 
zillədi  (E.Əhədov. Qanlı dərə. Ulduz, 1988, №7, səh. 2).  –  Kişi 
döyükdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 60). 
DUNUĞMAQ  –  keyləşmək, hərəkətsiz olmaq, donub qalmaq. 
–  Mənim başıma xeyir, elə dunuğdum ki, unamıram bu oğlan 
mənim sənədlərimdən niyə əl çəkmir  (N.Qənbər. Başsız meyit. 
Azərb. jurnalı, 1989, №6, səh. 179). 
DUNUX  –  key.  –  Axı yazıq Dunux Məti cəmi üççə sinifi qurt-
arıb  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 2). 
DURUM  –  hal, vəziyyət.  –  Səhər-səhər dəyirmanda baş tutan 
naharda keçmiş bəy-xanın, yıxılmış padşahın görmədiyi bin-


 
 
75
bərəkət, durum varmış  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 15). 
DURUŞ GƏTİRMƏMƏK –  qalmamaq.  –  Qaraxallı qız içəri 
addadı, şirin dili qapılara açar oldu, getdi nənəsini tapdı, onu 
huş aparmışdı, dodaqlarında bir damcı qan duruş gətirməmişdi, 
ölü dəstiri uzanmışdı, amma nəfəsi üstündə idi  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 18) 
DUYUXMAQ  –  hiss etmək, başa düşmək, şübhələnmək, şüb-
həyə düşmək.  –  O bu duyğusunu elə sezdirdi ki, Xəlil padşah 
da duyuxdu  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 19). 
DUZ GÜNÜ  –  bazar ertəsi.  –  Bazarbaşında duz günü başla-
yıb, qızışmağa üz qoymuş oyuna sayılan, istəkli yoldaşların 
qoşulmağı, zira onların elə olan sevgisi, qaynayıb-qarışmaq-
dısa, bunun başlıca baisi Gər Xəlildi  (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 30). 
DÜBARƏ  – yenidən, təzədən, ikinci dəfə.  –  Balakişi Balayev 
elə bil qırx günün yuxusundan dübarə ayıldı (T.Qəhrəmanov. 
Qulbeçə. Ulduz, 1988, №9, səh. 23). 
DÜBÜR   –  bax: dıbır.  –  Dədəsi Dübür Əlinin də qiymətini 
üstünə qoyur  (A.Qəhrəmanov. Bulaq suyu. Ulduz, 1988, №5, 
səh. 8). 
DÜDƏMƏ  – gic, səfeh.  –  Düdəmə ol, bəxtin olsun, buna de-
yiblər  (Y.Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, № 2, səh. 32).  
–  Sağ ol, düdəmə  (N.Rəsulzadə. Bəd xəbər. Ulduz, 1988, №2, 
s.11). 
DÜDƏRĞAYI – mənasız, gərəksiz.  –  Hətta bundan belə bir 
düdərğayı fəlsəfi nəticə də çıxartdı ki, guya bu dünyada hər şey 
öz yerindədir  (Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, 
səh. 14). 
DÜDÜLƏMƏK   – toyuq-cücəni, ev quşlarını çağırmaq. –  
İçində dən olan teşti götürüb, toyuqları düdüləməyə başladı  
(M.Məmmədov. Su cürdəkləri. Ulduz, 1989, №5, səh. 28). 


 
 
76
DÜKÇƏ – cəhrənin iyindən çıxarılmış ip.  –  Biri dükçəni 
aparıb hananın yanına qoyur, o biri əlçim verirdi  (Ə.Cəfərzadə. 
Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, №7-8, səh. 86). 
DÜMBƏK  – büzdümdən yuxarı hissə. – Dümbəki az qala iki 
kürəyi arasındakı künkürünə birləşən mamaça qarı həyətə daxil 
olub, yan-yörəyə göz gəzdirdi  (Y.Həsənbəy. Adi suyun şəfası. 
Ulduz, 1991, №9-10, səh. 74). 
DÜMƏLƏNMƏK I  –  məşğul olmaq, başını qarışdırmaq.  –  
Ulaq da ağacların altında pöhrələnən otlarla dümələnirdi  
(R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, səh. 17). 
DÜMƏLƏNMƏK II  –  işləmək, vaxtını keçirmək.  – Ömrü 
uzunu onun-bunun qapısında dümələnən Əhəd, bu gün öz həyə-
tində kəhildəyirdi (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 
1989, №4, səh. 15).  –  Uşaqların gimrikləri k'olxoz işində 
əllərindən gələndən yapışıb, dümələnirdilər  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 20).  –  
Axşama qədər evdə-eşikdə dümələnir  (N.Qənbər. Babamın son 
nağılı. Ulduz, 1988, №12, səh. 33). 
DÜMLƏMƏK   – birnəfəsə içmək.  –  Yüz qram da konyak 
dümləyərək, işə yollandı  (T.Nüsrətoğlu. Başdaşı. Ulduz, 1991, 
№6, səh. 31). 
DÜPPƏLƏNDÜZ  –  düzünə, dümdüz, olduğu kimi.  –  Onla-
rın içində həyatı düppələndüz yazanlar və buna görə başı ağrı-
yanlar var, arvad  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 
1989, №3, səh. 88). 
DÜRƏK  –  tənbəl.  –  Axırı olacaq dürək  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 46). 
DÜRMƏKLƏMƏK  – dürmək düzəltmək.  –  Həm də yadına 
düşdü ki, yaylaqda mamalarının gözündən oğurlanıb, cılğıdan 
pendir oğurlayır, bulağın üstündə fətirlə dürməkləyib, 
ötürürdülər  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, 
səh. 127). 


 
 
77
DÜRÜKLƏMƏK   –  toplamaq, bükmək.  –  Dürükləyib yer 
üzündən uzaqlaşdıracaq ki, təmizliyinə xələl gətirməyək  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 30). 
DÜTÜLƏMƏK  –  bax: düdüləmək.  –  İçində dən olan teşti 
götürüb toyuqları dütüləməyə başladı  (M.Məmmədov. Su 
cürdəkləri. Ulduz, 1989, №5, səh. 26). 
DÜYÇƏ  –  düyünçə, kiçik bağlama. –  Ismayil heybədəki düy-
çəni tapıb, açdı  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, 
səh. 15). 
DÜYDÜRMƏK  –  düyünləmək. –  İşin quyruğunu onsuz da 
düydürmüşəm  (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, 
№4, səh. 25). 
◊ DÜY VURMAQ  –  car çəkmək, xəbər yaymaq.  –  Arvadı, 
uşaqları bütün kəndə düy vurmuşdular  (S.Səxavət. Sanatoriya. 
Azərb. jurnalı, 1989, №3, səh. 57). 
 
 
 
 
 
 
 
 
 
 


 
 
78
 –  E  –  
 
ELAT – köçəri, xalq, el. – Oyunun gerisinin hər yerdə, hər kəs 
tərəfindən düzgün aparılmadığından şərtlər kəsildi, çaparlar 
göndərildi, yerlərdə elata çatdırıldı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 30). 
ELCARI   – hamılıqla, birlikdə. –  Sabah elcarı and içəcəyik 
(E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 1990, 
№2, səh. 143). 
ELTİ   – qayın arvadı. – Anam eltisinə deyirdi ki, yumurtanı 
birinci Əsgər götürüb, sonra mənimki  (R.Əhmədov. Təndir 
başında. Ulduz, 1988, №4, səh. 40).  –  Eltisi uşaq üstündə 
ölmüşdü  (Ə.Cəfərzadə. Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, 
№7-8, səh. 88). 
ENDİRMƏMƏK –  saymamaq, ucuz tutmaq, iltifat göstərmə-
mək.  –  Ələkbər müəllim, yeznən nə vaxtdan sizləri endirməyib 
başqa qapıya düşür?  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 69). 
ERKƏC  –  sürünün qabağını çəkən yaşlı erkək keçi.  –  Sarı-
saqqal erkəc qoşa buynuzlarını dik tutub, qabaq ayaqlarını yerə 
döyə-döyə bir-iki dəfə mıqqıldadı (T.Hüseynov. Yanıq Ab-
dullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 47). 
EŞGİRMƏK  –  gəyirmək.  –  Toxları eşgirər, acları yeməz; 
Həris əllərdədir camı dünyanın  (Ç.Əlioğlu. Dünyanın. Azərb. 
jurnalı, 1989, №9, səh. 46). 
EŞMƏ –  evdə hazırlanmış tütün.  –  Cəmşid kişi eşmə eşdi  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 13). 
EYDİRƏ-EYDİRƏ  – inəyi sağmazdan əvvəl onun əmcəklərini 
südlə dolsun deyə, iki barmaqla sıxmaq və ya balasını azca 
əmizdirmək.  –  Ona elə gəlirdi ki, yenə eydirə-eydirə inək sağır  
(V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh.14). 
EYMƏ   –  keçi, qoyun dərisindən pendir, şor, qatıq yığmaq 
üçün qab.  – Çobanlar yəni birdən ikiyə belə şey eşitmişdilər ki, 


 
 
79
a, motalının ağzını bərk bağlayaydı, eyməsinə çənbər vuraydı, 
bağlamasına çilik salaydı?  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 98).  –  Gör dolu nehrəni, dolu 
eyməni; Bir bax badyalara, a yağa-yağa (N.Saraclı. Ayaq-
ayağa. Ulduz, 1991, №11-12, səh. 96). 
EYMƏNƏ-EYMƏNƏ  –  qorxa-qorxa, xoflu-xoflu, vahiməylə.  
–  Ziyad uşaqla tənləşdi, eymənə-eymənə ona yaxınlaşdı, qəfil su 
uşağı batırdı, elə bil qəsdinə durub onu xilaskarından gizləmək 
istədi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 21).  –  Əlini eymənə-eymənə soyuq suya saldı  
(S.Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, səh. 13).  –  Sa-
vad arvad vaysınırmış kimi, başını yellədi, ağlamsınan bir gör-
kəm aldı, yan-yörəsinə eymənə-eymənə baxdı  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, № 7, səh. 23). 
EYMƏNMƏK  – qorxmaq, xoflanmaq, vahimələnmək. – Nə isə 
o qaraltılardan eyməndim  (M.Qocayev. Lotoreyama bəxt düş-
dü. Ulduz, 1990, №12, səh. 90).  – Mürvət eyməndi  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 54).  – Fənər 
sönən kimi hamı eymənən kimi oldu  (E.Quliyev. Kölgəsiz adam. 
Ulduz, 1989, №6, səh. 12).  – Səsini çıxarmağa da eyməndi  
(M.Bəkirli. Günah, Ulduz, 1990, №3, səh. 4).  – Amma bu dəfə 
tabutdan eymənmədi  (E.Əlləzoğlu. Ölü yay. Ulduz, 1988, №3, 
səh. 40).  – İlanın qorxusundanmı, ya da köhnə qəbristanlığın 
çopur başdaşılarının boz üzündən eyməndiklərindənmi, nədənsə 
adamlar ölənləri, bəridə, qəbristanlığın qapısının ağzında 
basdırırdılar  (E. Əlləzoğlu. Ölü yay. Ulduz, 1988, №3, səh. 
44).  – Qayıb ayaq saxlayıb onunla baxışdı, baxışını tez-tələsik, 
faraş çəkmək istədi, bacarmadı, eyməndi  (Ə.Mustafayev. İçindən 
asılmış adam. Ulduz, 1989, №2, səh. 12).  –  Siçandan, zambır 
arısından-zaddan eymənib qiyyə çəkəndə mütəəssir olub, həzz 
alırlar  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 61). 
EYNƏ  –  eyin, xoş əhval-ruhiyyə. – Anlamışdılar ki, buradaca 
idman oyununu qurtarıb, gümrah ruh, açıq eynə ilə siniflərə 
qaçmazdan qabaq başdakı gərlərin yaxınlığında dayanıb, 


 
 
80
onların buraxılmağını gözləyən direktoru dinləməlidirlər  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 70).  – O da razı qalıb gülümsəmişdisə də, bu söhbətdən 
sonra bir neçə vaxt eynəsi açılmamışdı  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 23). 
EYNƏN –  eynilə, lap. – Kənddəki cavan-cuvanlarda Vələdə 
oxşamaq üçün eynən onunku kimi bığ saxlayırdılar  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 13). 
EYZƏN  – həmişə, hər zaman, hər vaxt. – Ey gidi dünya, eyzən 
ağıllısının üzünə gülüb, dəlisinə “özün gül” buyurub    (H. 
Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 22). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
81
 –  Ə  –  
 
ƏBRƏŞ  –  qarışıq rəngli.  –  Nə təhər doladısa, kişinin əbrəş 
papağı sivrilib başından düşdü otluğa, qırxıq, cıbrıq mozusu 
açıq qaldı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 24).  –  Ayaqlarında qalın yun corab, örtülü qa-
loş, başında aşınmış əbrəş papaq vardı  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 20). 
ƏBRİŞİM  – akasiya.  –  Kəndin yaraşığı onun göylərə ucalan 
dümsüz şüy əbrişimlərindədir  (M.Mirzəyev. Quzunun ahı. 
Ulduz, 1991, №4, səh. 7). 
ƏCƏRİ   – təzə, yeni. –  Donun yalnız əcərini geyinən gün 
nədənsə sıxıldı  (M.Oruc. Namərd körpüsü. Azərb. jurnalı, 1991,  
№6, səh. 17). 
ƏCVƏL I – zay, kara gəlməyən.  – İndi o ucu-bucağı dönməyən 
sürüdən bir topa əcvəl davar-duvar qalıb  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 103). 
ƏCVƏL II –  cılız, zəif. –  Orda zırpı qonaq deyirsən, heç 
əcvəli də olmayıb  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 
1989, №6, səh. 114). 
ƏCVƏL III  –  babat, yaxşı, münasib.  –  K'alxozda da ayrı elə 
əcvəl iş yoxdur  (T.Hüseynov. Gecə məhkəməsinin hökmü. 
Azərb. jurnalı, 1988, №5, səh. 66).  
ƏDİMLİ  – övlad deyilən, övlad adlanan, yeganə, tək.  –  Qız 
ədimli vurum-tutum budu, bu da belə çöp kimi  (Ş.Həsənoğlu. 
Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 56). 
ƏFƏLLƏMƏK –  hərlənmək, dolanmaq. – Mənim ətrafımda 
əfəllərdi  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 
98). 
ƏFİL - ƏFİL YANMAQ – bərq vuraraq  yanmaq, parıldamaq.  
–  Elə birdən ulduzları əfil-əfil yanan konyak şüşələrinə baxıb, 
əlini cibinə salanda dərd götürdü Fərəci  (Ə.Bağırov. Gəlin 
ayaqqabısı. Ulduz, 1987, №3, s. 11).  –  Ancaq aynabəndə 


 
 
82
tutulmuş pərdələr təzə idi, gülləri əfil-əfil yanırdı  (Ə.İnfiloğlu. 
Qəribə taleli qız. Ulduz, 1991, №8, səh. 84). 
ƏHTƏC –  alət.  –  Bir ev əhtəci kimi formasına da sakit baxa 
bilmirdi  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 
53). 
ƏKBƏ  – cəsarət, hünər.  –  Sənin baban boyca balaca idi, am-
ma əkbəsi böyük idi (M.Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, 
№4, səh. 7). 
ƏKƏ  – yaşlı, dünyagörmüş, təcrübəli . – Əkə arvadlar 
kimi hərdən Umudun işini bəyənməyib, öyüd-nəsihət verə-verə 
işin çəmini özü bildiyi tərzdə gördürməyə çalışırdı  (Z.Ağbabalı. 
Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 5). 
ƏKƏC-ƏKƏC  –  böyük-böyük, yekə-yekə, yaşlısayağı. – 
Əkəc-əkəc danışırdı  (M.Niyarlı. Qara örpək. Ulduz, 1990, № 
11, səh. 66). 
ƏKİLMƏK   – aradan çıxmaq, qaçıb getmək. – İki kəlmə söz 
deyib, əkildi, getdi  (A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, № 
8, səh. 40). 
 
ƏKMƏK   – rədd etmək, başından eləmək, uzaqlaşdırmaq. –  
Onu əkmək üçün bir xeyli düşünüb, daşındı  (E.Əlləzoğlu. Keçə-
lin darğanın qızına olan məhəbbəti və başına gələn qeyri-adi ma-
cəralar. Ulduz, 1988, №3, səh. 39). 
ƏLÇİM  –  əl boyda, ovuc içi qədər, məc. mənada: bir addım-
lıq.  –  Bir əlçim yoldur, bir baş çəksəm, yaxşı olar  (M.Əliyev. 
Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 118). 
ƏLƏF –  ot, yem. – Haram ələf malı qışdan çıxarmaz    (S.El-
canlı. Sükutun sonu. Ulduz, 1990, №4, səh. 26). 
ƏLƏNGƏ –  heyvanlarda olan ən böyük sümük.  –  Bu ələn-
gəyə, meyidgözə nişanlanmısan? (V.Nəsib. Ceyrançöldə qara 
bayram. Azərb. jurnalı, 1988, №12, səh. 119). 
ƏLƏYƏZ  –  kəvərəoxşar yabanı yeməli bitki.  –  Axşama lap 
az qalanda onun qarşısını əl-ətəyini əvəlik, qınnığan və göy sa-
çaqlı ələyəzin bürüdüyü böyük bir dağ kəsdi  (Əlabbas. Güdaz. 
Azərb. jurnalı, 1992, №7-8, səh.154). 


 
 
83
◊ ƏLHƏMİ ÇAŞMAQ  –  karıxmaq, özünü itirmək.  – Qula-
məlinin təəccüblü baxışlarından əlhəmi çaşdı  (Ş.Səlimxanlı. 
Mehmanxanada keçən gecə. Azərb. jurnalı, 1992, №9-10, səh. 
166). 
ƏLİN QILINCI  –  əlin çeçələ barmaqdan ovuca tərəf olan 
hissəsi.  –  Əlinin qılıncı ilə alnının-üzünün tərini sivirdi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 9). 
ƏLİN TİLİ  –  bax: əlin qılıncı.  –  Göz yaşlarını əlinin tili ilə 
sildi  (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, 
№1, səh. 35). 
ƏLQAPAQ  –  nöqsan.  –  Kəmisiyə-zad gəlsə, bizim böyüklərin 
ötən illərdəki əlqapaqlarının izini-tozunu tapa bilməyəcəklər  
(İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 
99). 
□ ƏLQAP ELƏMƏK – bir işi tez-tələsik eləmək, bir işi tez 
bitirmək.  – O, bu əhvalla da evinə tələsdi ki, əynini dəyişsin, 
əlqap eləyib, ağzına bir tikə çörək alsın  (Ə.Mustafayev. Nov-
ruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 17). 
ƏLQARP –  vacib, tələsik. – Elə əlqarp deyil, ə, halalja haq-
qannəsim olajax  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jur-
nalı,1990, №10, səh. 100). 
ƏLLƏMƏ  – yekə, iri daş.  –  Hiss edirdi ki, göydən başına bir 
əlləmə, bir bəla enir və bu yükün ağırlığı onu basıb, 
yapıqdırmışdı   (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, 
№12, s. 17).  – Onda atam əyilib bazarbaşından iri bir əlləmə 
qapdı   (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 55). 
ƏLLƏM-QƏLLƏM   – cəncəl, haramzada, nadürüst,  qeyri-
ciddi, sözünün üstündə durmayan, fırıldaq. – Hümmət kişi 
Nağını əlləm-qəlləm adam hesab eləyir, onun haramını 
halalından, doğrusunu əyrisindən ayıra bilmirdi  (E.Əlləzoğlu. 
Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 126). 
□ ƏLTƏMƏN OLMAQ  – görüşmək.  –  Salam verib, əltəmən 
olduq  (Ç.Ələkbərzadə. Gecə quşları.Ulduz, 1989, №7, səh. 44). 


 
 
84
ƏLÜSTÜCƏ –  o dəqiqə, həmin dəqiqə, bir anda, tez, cəld. –  
Əlüstücə əsl gəlin aya
q̇qabısına oxşayan ayaq̇qabını, mixəyi 
donu geyib, neçə ildən bəri bu evdə ilk dəfə lap qız uşaqları kimi 
ninay çalıb oynaya-oynaya otağı dörd dolandı  (Ə.Bağırov. 
Gəlin ayaqqabısı. Ulduz, 1987, №3, səh. 17). 
ƏMƏLƏ –  qohum. – İmaməli kişi, əmələsi Səfərəli qonaqların 
qabağındakı qabları boşalıb-boşalmadan götürürdülər  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 18). 
ƏMRAĞ –  həvəskar, bağlı.  –  Çünki binədən əkinlə-dirriklə 
əmrağıydı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 25). 
ƏNDƏR-BƏLA  – bəla, müsibət, oyun, hoqqa. – Sonra maşına 
basıb, aparıb, başına “qanunla” min əndər-bəla gətirirsə və 
belə-belə şeylərdən çıxardığı çörəklə altı baş ailə saxlayırsa, 
onda heç saxlamasa yaxşıdır  (Qabil. Ömür həbləri. Azərb. 
jurnalı, 1988, №11, səh. 34). 
ƏNDİKƏ-ƏNDİKƏ  –  qorx-qorxa.  –  Qız oğlan olan otağa 
əndikə-əndikə girdi  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 7). 
ƏNDİKMƏK I – təngnəfəs olmaq, nəfəsi daralmaq, havası çat-
mamaq.  –  Körpə suda boğulurmuş kimi əvvəl əndikdi (M.Bə-
kirli. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10, səh. 104). 
ƏNDİKMƏK II  –  diksinmək, səksənmək.  – Suyu ovuclayıb 
sinəsinə, kürəklərinə atdıqca əndikirdi  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh.  98). 
ƏNDRƏBADİ –  yöndəmsiz.  –  Adına “Yer kürəsi” deyilən bu 
əndrəbadi teatr səhnəsində “Ölüm, ya olum”  –  deyə-deyə 
başına-gözünə döyən Hamletin düşük hərəkətlərinə baxırdı  
(Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, səh. 14). 
◊ ƏNGƏ VERMƏK  – çox danışmaq, naqqallamaq, çənə döy-
mək, çərənləmək. –  Hə, yaman əngə verdim səninlə  (N.Rəsul-
zadə. Ulduzlar altında. Azərb. jurnalı, 1990, №2, səh. 73).  – 
Əngə verib nə danışırdılar-danışaydılar, təki o bulaqüstü söh-
bətə qayıtmayaydılar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 68). 


 
 
85
ƏNİK   – küçük, it balası.  –  Qıllı ənik yerindən tərpəndi  
(Q.Xəlilov. Yasaq olunmuş yerlər. Ulduz, 1990, №1, səh. 17). 
ƏNTƏR  –  meymun, çirkin, çəlimsiz. – Bu əntər məni boynuna 
götürə bilər?  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 57). 
ƏPRİMƏK –  ərp tutmaq, üzərini çöküntü tutmaq. –  Həmin 
milis idi, əprimiş qızıl dişləri işığı tutmuşdu  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, səh. 21). 
ƏRDƏMİ ÇATMAMAQ  – hövsələsi, səbri çatmamaq, həvəsi 
gəlməmək, kirdarı olmamaq. –  Həsənağa istədi lampaları 
dəyişsin, ərdəmi çatmadı  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 
1987, № 10, səh. 71). 
ƏRDO  – qorxunc görünüşlü, qulyabanı.  –  Mən  Fatmanın əri-
ni ağzından qan daman, iri, nataraz, yöndəmsiz ərdo kimi təsəv-
vür edirdim  (E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. 
Azərb.jurnalı, 1990, №2, səh. 135). 
ƏRƏSEY  – Rusiya. –  Ərəseyin o qarlı çölləri hardan oldu mə-
nim vətənim?  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları.  Azərb. 
jurnalı, 1991, №4, səh. 84). 
□ ƏRƏSƏT OLMAQ  –  çox yorulmaq, lap əldən düşmək. –  
Ay, Xatın, sən böyün ərəsət oldun  (H.Zeynaloğlu. Torpağı sanı 
yaşa. Ulduz, 1989, №4, səh. 32). 
ƏRGƏK-ƏRGƏK  – ədalı-ədalı, böyük-böyük.  –  Yöndəmin-
dən, ərgək-ərgək danışmağından o dəqiqə hiss olunurdu ki, kənd 
uşağıdır  (B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 
1989, №3, səh. 143). 
ƏRGƏNSİFƏT   –  üzü sızanaqlı.  –  Enlikürək, ərgənsifət, 
“yojik” vurulmuş saçı, əzələli qulac qolları, göyümsov gözünün 
inam, güc dolu baxışı, ruhlandırıcı görünüşü bir-birinin ardınca 
önsıra, sinif-sinif düzülmüş müəllimlər hər sinfin başında olmaq 
şərtiylə, bütün idman kütləsini sevindirir, hələ komanda veril-
məzdən yerlərindəcə atılıb-düşürdülər (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 68). 


 
 
86
ƏRİNMƏK   – tənbəllik etmək. – Əgər gündüz olsaydı Manaf 
ərinməyib evin damına çıxar, suyu döşdəyib, tökərdi yerə  
(B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 1989, №3, 
səh. 138).  –  Bu axşam vaxtı məktəbə qayıtmağa ərinirəm  
(Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, 
səh. 10). 
ƏRİNTİLƏMƏK  – ərimiş hala gəlmək, yumşalmaq, ərgin hala 
gəlmək, ərginləşmək. – İstidən ərintiləmiş asfalt yolun düz 
ortasında dayanmışdı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 48). 
ƏRQANUN  – orqan .  –  Qol çəkmir ərqanunda 
çalınan musiqini elə bil kağıza möhürləyirdi  (S.Nəzirova. Ümid 
ulduzu. Ulduz, 1990, №12, səh. 64). 
ƏRSİTMƏK –  böyütmək, ərsəyə çatdırmaq, boya-başa çatdır-
maq. –  Bu yetimləri ərsitmək, ayağa qaldırmaq üçün atası ikin-
ci dəfə evlənmişdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 47). 
ƏSƏLƏNMƏK  –  əsmək, titrəmək. – Heç Ağqızın da halı 
özündə deyildi, qıçları əsələnib, yıxılmaq üzrəydi  (Ş.Həsənoğlu. 
Günəş ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 88).   
 
ƏSƏN  –  ehsan.  –  El ölüsünü yerdə qoymaz, əsənimə tökməyə 
bir-iki davar tapılar  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 
1987, № 4, səh. 33). 
ƏSƏRRƏNMƏK  –  beyni dumanlanmaq, təsirlənmək.  –  Key-
ləşmiş, istidən əsərrənmiş adamlara baxanda mənə elə gəlirdi 
ki, bu bürküdən dərimiz, ətimiz, içalatımız, hətta duyğularımız 
belə əriyib, öz keyfiyyətini itirir  (E.Əlləzoğlu. Ölü yay. Ulduz, 
1988, №3, səh. 42). 
◊ ƏSRİK  – hərarət. –  Zəmidən əsrik qalxır  (S.Əhmədov. Gül-
malı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 51). 
ƏSVƏL   – vacib, mühim, əsas. – Yezid sənsən ki, camaatın 
qanından çəkilən qızılları külfətindən əsvəl bilirsən  (V.Nəsib. 
Bir atımlıq barıt. Ulduz, 1987, №10, səh. 14).  – Bilmirəm başı 


 
 
87
üçün dediklərimlə razılaşacaqmı, amma bunlar əsvəl şeylərdi  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 64). 
ƏVDİMƏK –  tökülmüş dənli bitkiləri yerdən yığmaq, təmizlə-
mək.  –  Kimisi dərd daşımaqdan, ot çalmaqdan, sünbül əvdi-
məkdən, həşən döyməkdən yanıb kösövə dönmüşdü  (Ə.Əzimza-
də. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 18). 
◊ ƏVƏDƏK DÜŞMƏK –  yıxılmaq, arxası üstə düşmək, bat-
maq, çökmək.  –  Nə deyəcək yoldaş Dəmirov k'olxoz əvədək dü-
şəndən sonra  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 21). 
◊ ƏVƏDƏYƏ DÜŞMƏK  –  qırılmaq, düşüb ölmək.  –  Mazan, 
qoyun-quzu əvədəyə düşəcək, bıçağa zornan gələcək  (İ.Qara-
yev. Bir kəndin uşaqları. Azərb. jurnalı,1990, №10, s. 95). 
ƏYƏ   – sahib.  –  Aparıb satacaq o simic kanı, üç manat pul 
əyəsi olacaq  (Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, 
səh. 31). 
ƏYDƏŞ-ÜYDƏŞ  –  əyri-üyrü, kobud.  –  Əydəş-üydəş dodaq-
larının ucunda irişə-irişə onu qabaqladı  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 54). 
ƏYGƏMLİ –  əyri.  –  Amma o gündən kişi ehtiyatını bəri baş-
dan götürüb heyvanın iri və əygəmli buynuzlarını yoğun kəndirə 
saldı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 130). 
ƏZGİNİŞ  –  cəncəl, qarışıq iş.  –  Ümumiyyətlə əzginiş işləri 
xoşlamayan Əvəz  bəy dodaqaltı deyinirdi  (Elçin. Ölüm hökmü. 
Azərb. jurnalı, 1989, №6, səh. 49). 
ƏZVAY  –  bacarıqsız, cəsarətsiz. – Ayıbdı da, mənim kimi bir 
kişinin oğlu belə əzvay bir şey olsun (F.Qoca. Kələfin ucu. 
Azərb. jurnalı, 1987, №10, s. 75). 
ƏZVAYIŞ –  vəziyyət, yaşayış, dolanacaq.  – Qoy öz tökülmüş-
ləriynən baxsın bizim əzvayışımıza  (İ.Qarayev. Bir kəndin uşaq-
ları. Azərb. jurnalı, 1990, №10, səh. 119). 
 
 
 
 


 
 
88
 –  F  –  
 
FARAŞ  –  tez, sürətlə. – Qayıb ayaq saxlayıb onunla baxışdı, 
baxışını tez-tələsik, faraş çəkmək istədi, bacarmadı, eyməndi  
(Ə.Mustafayev. İçindən asılmış adam. Ulduz, 1989, №2, səh. 
12). 
FASIQ –  hiyləgər, bic, yaman, fəndgir, çoxbilmiş .  –  
Bu fasığın nəyi var?  (Ə.Əmirov. Axitrətdən qabaq gəzinti. 
Azərb. jurnalı, 1989, №4, səh. 19).  – Dərhal fasıq onun üstünə 
atıldı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 141). 
FASIQLIĞ   – hiyləgərlik, biclik, yamanlıq, çoxbilmişlik.  –  
Tahirli fikirləşdi ki, bu da fasıqlığın bir nişanəsidir  (N.Qənbər. 
Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 103). 
FƏHMƏN – anlayaraq, başa düşərək, dərk edərək.  –  Elə-belə, 
ağlıma gəldi fəhmən deyirəm  (Ə.Mustafayev. Novruzgülü 
açmamış Azərb. jurnalı, 1987, №7, səh. 28). 
FƏRMƏŞ  –  yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək 
məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr 
enində, iki metr uzunluğunda bəzəkli xalça.
   –  O, fərməşdən 
çıxardığı tuman-köynəyi əlində tutub, çırpırdı ki,  üstündə çör-
çöp qalmasın  (M.Oruc. Namərd körpüsü. Azərb. jurnalı, 1991, 
№6, səh. 5).  – Boş sandıq, qırış basmış fərməş, məlul-müşkül 
dayanmış samovar  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1988, №3, səh. 20). 
FƏRRAŞ –  oyunda cəzanı yerinə yetirən .  –  “Padşah 
oyunu”nda dəyişməz fərraşdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 38). 
◊ FIR BAĞLAMAQ – kir, çirk tutmaq, qartmaq bağlamaq.  –  
Fır bağlamış peysərini camaata çevirib, həyətin o başına tərəf 
getdi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 3). 
FIRILDAMAQ   –  acıq etmək, küsmək, küsüb getmək. – 
Fırıldayıb həmin dəqiqə şəhər avtobusuna minib yola düşdüm  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 64). 


 
 
89
□ FIRR ELƏMƏK –  bax: fırıldamaq.  –  Həmişə belə olurdu, 
anası bir az kəskin hərəkət eləyəndə atası demiş firr eləyəndə nə 
olacağını qabaqcadan hiss eləyirdi (Ə.Əmirov.Tapanca. Ulduz, 
1988, №8, səh. 12). 
FIZILLIQ –  qalın kolluq.  –  Fındıq kollarının bir-birinə 
sarmaşıb sıxlaşdığı fızıllıqda oturub dizlərini qucaqladı  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 26). 
FİRNİ –  düyü unundan süddə bişirilmiş sıyıq. –  Mən axşama 
onlara firni, şüyüdplov tədarükündəyəm  (Ə.Hacızadə. Dünyanı 
tanı. Azərb. jurnalı, 1989, №4, səh. 80). 
FİRONLUĞ –  ərköyünlük etmək, ürəyi istədiyi kimi hərəkət 
etmək, davranmaq, hökm eləmək. –  Elə biləcey qanmazam, ba-
şa düşmürəm ki, onun hesabınadır fironluğum  (T.Qəhrəmanov. 
Qulbeçə. Ulduz, 1988, №9, səh. 12). 
□ FOT OLMAQ –  təpik altında qalmaq təpik altinda  getmək.  
–  Bilirdilər ki, axtarışda ən çox buralar fot olunur  (İ.Qarayev. 
Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 101). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
90
 –  G  –  
 
GAB – qaramalı boynundan bağlamaq üçün yarımdairəvi ağac.  
–  O vaxtacan sahibi necə o biri mallar, eləcə də onu gabla bağ-
layırdı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 130). 
GAP – söhbət. – Neçə namərd birdən döyür qapımı; Bu vuruş-
mu, yoxsa ağız gapımı?  (M.Misir. Şəhidlər. Azərb. jurnalı, 
1991, №1, səh. 18). 
□ GAP ELƏMƏK  – söhbət eləmək, danışmaq. – Elə biz də 
üçük, yığışaq gap eləyək  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 23). 
GAHGİR –  sabit fikri olmayan, fikrini tez-tez dəyişən, dəyiş-
kən . – Belə gahgir adam görməmişəm  (S.Nəzirova. 
Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 54). 
GAHGİRLİK   – qeyri-sabitlik, dəyişkənlik. – Maşın maşındı, 
görürsən onda da belə gahgirlik olur  (Ş.Həsənoğlu. Qapalı 
dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 71). 
 
 
GAVAHIN – yeri şumlamaq üçünxışın ucuna keçirilən ucu 
nazik, iti dəmir.  –  Mürşid kişi öküz gönü çarıqları çıxarıb, hər 
biri bir gavahın ağırlıqda çəkmə geymişdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 54). 
GAVIR KEÇİSİ – tutmaq mümkün olmayan keçi.  –  Onu 
gavır keçisi kimi hərləyirdi  (S.Səxavət. Sanatoriya. Azərb. jur-
nalı, 1989, №3, səh. 24). 
GENİTMƏK –  uzaqlaşdırmaq, uzaq tutmaq, başından eləmək, 
rədd eləmək. – Onu nə fəndlə olur-olsun gözündən genitməyə 
çalışırdı  (E.Əlləzoğlu. Şülləbaş Həmid. Azərb.jurnalı, 1992, 
№11-12, səh. 126).  – Mikayıl ağanıngözümü səni genitmişdi?  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 67).  –  
Hara genitmisən, get gətir  (V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 
1987, №10, səh. 18).  
GEYSƏVƏ  –  bax: qaysava.  –  Axmaq köpək geysəvədən pay umar 
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 77). 


 
 
91
GEYŞİYƏ-GEYŞİYƏ –  qaşıya-qaşıya.  –  Sabahı isə bütün 
günü uçuqlamış yerləri geyşiyə-geyşiyə qalırdıq  (E.Əlləzoğlu. 
Ölü yay. Ulduz, 1988, №3, səh. 43). 
GƏDƏ –  oğlan, oğul. –  Bizim bu gədəmiz bir az canazırdı  
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 178). 
GƏLİK  –  yetişməmiş qovun və ya qarpız. –  Yoxsa sən 
gəliyinəcən dəliyib bostanın xırmanını çıxart?  (S.Nəzirova. 
Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 26). 
GƏM  –  yüyən.  –  Yuxarı Kəhrizə çatanda atların canında hal 
qalmamışdı, cilovun gəmini dartışdırmaq istəyirdilər  (İ.İsmayı-
lov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 14). 
GƏMRİŞMƏK I – oynaşmaq.  –  Üstünə gecənin qaranlığını 
atmış adamın gözləri yuvasında gəmrişirdi  (H.Zeynaloğlu. Tor-
pağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 21).  – Gəmrişir, hoppanı-
şır, şıllaqlaşırdılar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 24). 
GƏNƏŞMƏK  –  məsləhətləşmək, demək, bildirmək. – İlqara 
gənəşmədən onun iş məsələsini həll etdim  (Ş.Süleymanov. Qi-
sas. Ulduz,1988, №4, səh. 18).  –  Camaata gənəş, görün 
razıdırlarsa, o da pis namizəd deyil  (Ə.Mustafayev. Novruzgü-
lü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 12).  – Canıyanan-
lıqla:“Mənə niyə gənəşir?” demişdi  (Ə.Həsənov. Bağ evi. 
Ulduz, 1988, №6, səh. 18).  – Onların bir iş tutmamışdan qabaq 
arvadlarına söz gənəşməklərini götürə bilməsə də, yollarını göz-
ləyir, sözlərini tuturdu  (E.Əlləzoğlu. Yeddi çinar. Ulduz, 1981, 
№11-12, səh. 66). 
GƏR –  iri, yekə cır tut ağacı.  –  Gün əyiləndə “padşah-
məmləkət” çaylağın o tayında təpəsi pöhrələmiş qoca gərlərin 
altında görünüb, bu tayı bələdlədi  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 16). –  Yoxsa əgər qom-
qom soğan padşah və onun əlaltılarının gözünə yüngül 
görünsə,oradaca Gər Xəlilin əmriylə qomları açıb yenidən 
artıq-artıq bağlayar, qiyməti də bircə qomun qiymətinə 


 
 
92
endirilərdi   (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 54). 
GƏRLƏŞMƏK –  qalınlaşmaq, kobudlaşmaq. – Yekələrin gər-
ləşən səsini eşidəndə, onların bığ yerlərinin qaralmağına ba-
xanda bir də kişilənirdi  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 103). 
GƏRLİK – gərginlik.  –  Şofer onun sinəsini bu dəfə bərk 
sıxçaladı, sıxcalayanda həm qovşuruldu, həm də sinəsini xırıltılı 
bir gərlik tutdu  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, №10, səh. 114). 
GƏRMƏ – yandırılmaq üçün tapdanıb, qurudulmuş mal peyini, 
təzək.  –  Qaçaq Kərəmin adamlarından birini tövləsində gərmə 
dalında gizlətdiyi şeytançı barmağı ilə lazımi yerlərə çatanda 
İsmayıl köməyinə gəlmişdi  (V.Nəsib. Addan ada. Azərb. jurnalı, 
1992, №11-12, səh. 12).  – Onu çəpərin dal üzündə, basma 
yerində gərmə kəsən görüb, ucadan soruşdu ki, bəs deyirdin 
“Qanın batdı!”  (Ə.Bağırov. Muştuluq. Azərb. jurnalı, 1987, 
№3, səh.74). 
◊ GƏRMƏ BAĞLAMAQ – qatı çirk, kir tutmaq.  –  Bığları 
kirəclədi, lap belə gərmə bağladı  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 49). 
GƏRRAY – arxayın, inamlı, özünə güvənli. – Səsi də həmişəki 
kimi gur-gərray çıxmadı  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 108). 
GƏRŞƏLMƏK –  gərnəşmək.  –  Yör-yöndəm onların gözlərini 
qamaşdırmır!  – deyib gərşəldi  (V.Babanlı. Ömürlük cəza, 
Azərb. jurnalı, 1991, №2, səh. 40).  –  Qeysərli gərşəlib əllərini 
ciblərinə soxdu  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 57). 
GƏVƏLƏMƏK  –  çeynəmədən yemək. – Xoflu baxa-baxa gə-
vəliyirdi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 3). 
GƏVƏN  –  quraqlıq yerlərdə bitən, yapışqanlı  (kitrəli), tikanlı 
yarpaqları olan ot və ya kol-bitki.  –  Gəvənin qurusun yandırır-


 
 
93
lar, yaşından yapışqan alırlar  (Ə. Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, № 3, səh. 15). 
GƏVƏNLİK  –  quraqlıq yerlərdə bitən kol-bitki olduğu yer>.  –  İlıq yaz günəşi çıxdığından güney gəvənliklərin-
də qaqqıldaşan kəkliklərin ürək açan xoş avazı dərəyə düşmüşdü  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 150). 
GƏVƏŞİKLİ  – bükülü, qatılı.  –  Qalxıb, stolun üstündə gəvə-
şikli durmuş pula baxdı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 39). 
GƏVƏZƏ   –  boşboğaz. –  Ya da kəndin gəvəzə arvadlarının 
son aylarda tez-tez uydurduqları “yalan-palanlardan” biridir  
(H.İbrahimov. Qu quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 
1987, №10, səh. 123). 
GƏYƏN I –  aydın.  –  Aylı-ulduzlu gəyən bir gecə düşdü  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 40). 
GƏYƏN II  –  qaranlıq.  –  Mazan çayırlı çimi kəsib, götürdüyü 
yerə elə yatırtdı ki, özləri gəyən gecədə çömbəlib lap yaxından 
baxanda, qalxıb göz yetirəndə də az qaldılar inansınlar ki, orda 
heç nə yoxdur  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, №10, s. 101).  – Arazbarın çayyatağı, toxmacar bağları, 
üzüm-kələsərliklər arasından düşmüş, birbaşa Bakıdan gəlib, 
Naxçıvan ellərinə ötən geniş yolda qovhaqovda maşının banında 
çalxandıqca düşünmüşdü ki, gəyəndə bu kişini necə qarşılaya-
caqlar  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 47). 
GƏYƏNİMƏK  –  aydınlaşmaq, işıqlanmaq.  –  Azacıq gəyəni-
miş gecədə hər nəyi nə təhər görə bilsək, qənimət hesab eləyir-
dik  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, 
№11, səh. 17). 
GIRDIN –  kötüyə bənzəyən, odun kimi yoğun. – Qadın kreslo-
ya əyləşib, naz-qəmzə ilə gırdın baldırlarını bir-birinin üstünə 
aşırdı  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 4). 


 
 
94
GIRD YARI –  tən yarı.  –  Bu səslər gecənin gırd yarısı elə bil 
binanı da yarı böldü  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№ 2, səh. 10). 
GIRVID  –  kök, dolu.  –  Veysəlov əyilib gırvıd qolunu bu çar-
payıdan o çarpayıya uzatdı  (V.Babanlı Ömürlük cəza, Azərb. 
jurnalı, 1991, № 2, səh. 75). 
GİCAVAR  –  tez-tez səmtini dəyişən yaz və ya yay küləyi.  –  
Külək əvvəlcə gicavar əsirdi, sonra papaqaparan başladı  (Əl-
abbas. Güdaz. Azərb.jurnalı, 1992, №7-8, səh. 178). 
GİLİF I  – mağara ağzı, böyük dəlik. – Təyyarənin bir böyrü 
qara gilif kimi açılmışdı  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 6) 
GİLİF II –  çəpərin, hasarın altından keçən böyük arx.  –  Çəpə-
rin su gilifindən yer tapıb qəfildən çıxan quduz dəymiş bir it hey-
bətli səslə hürə-hürə kəlin üstünə hücum çəkəndə siftə o buna 
məhəl qoymadı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, 
səh. 155). 
GİLLƏTMƏK  –  diyirlətmək, içmək. – Özü də deyir ki, içkini 
tərgidib, amma gedib dostları ilə gillədir  (N.Rəsulzadə. Bəd 
xəbər. Ulduz, 1988, №2, səh. 22). 
GİMGƏ  –  kənddə yaşlı adamların yığışıb söhbət etdikləri xü-
susi yer. –  Üz-gözünü tük basmış Məhəmməd gimgədə otururdu  
(Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 115). 
GİMRİK   – iri, böyük. –  Uşaqların gimrikləri k'olxoz işində 
əllərindən gələndən yapışıb, dümələnirdilər  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 20). 
GİRAMİ   –  hörmətli, əziz.  –  Giramı bir kişini, “Yetim 
evi”nin padşahdan üstün müdürünü şərə salıb, öldürən yerdə, 
oranın horasını içmiş ləçərdən nə desən gözləmək olarmış  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, s. 
89). 
GİRD YARI  –  bax: gırd yarı.  –  Gecənin gird yarısı Novruzu 
yuxudan oyatdılar  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 
1987, №9, s. 129). 


 
 
95
◊ GİRİNƏ KEÇMƏK  –  toruna düşmək, əlinə keçmək. məc. 
mənada: zibilinə düşmək.  –  Motalpapaq köpəyoğlunun bir 
salamının girinə keçdim  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 19). 
◊ GİRƏVƏ GƏZMƏK  –  imkan, əlverişli vəziyyət, fürsət 
bəhanə axtarmaq.  – Sədr də elə bil adamı danlamağa girəvə 
gəzirdi  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, 
səh. 39).  
GİRGİD  –  ağrı, sancı.  –  Hə, girgid dolub qarnına, nə istəyir 
bu Tapdıq?   (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jur-
nalı, 1987, №7, səh. 56). 
□ GİR-GİRİNC OLMAQ  –  başını itirmək, əli-qolu bağlı qal-
maq.  –   Heç bir əlaqədar və qeyri-əlaqədar təşkilatdan çəkin-
mədən, heç bir yoldaşdan-filandan çəkinmədən, tüpürməyim 
gələndə “bığla saqqal” arasında gir-girinc olmadan yaşa-
yacağam, alnı açıq, üzü ağ  (Qabil. Ömür həbləri. Azərb. 
jurnalı, 1988, №11, s. 35). 
GİRLƏNMƏK  –  hərlənmək, fırlanmaq, dolanmaq, gəzmək.  –  
O da bunları güdürdü, daldada girlənir, tayı qoyur, xaşanı 
götürürdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh.14). 
GİRT YARI  –  bax: gırd yarı.  –  Gecənin girt yarısınadək 
bircə an da fasilə vermirdi  (V.Babanlı Ömürlük cəza, Azərb. 
jurnalı 1991, №2, səh. 24). 
◊ GİR VERMƏMƏK – fürsət, imkan, əl verməmək. – Amma o 
heç cür gir vermirdi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, 
№7-8, səh. 133). 
GOD  – uzunmüddətli yağışın kəsməsi üçün bəzədilib, qapı-
qapı gəzdirilən güzgü və çömçə.  –  Bundan bir şey aşmayanda, 
godu bəzəyib, obaları gəzirdim  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 18). 
GORDA  –  xəncər şəkilli iri bıçaq, birağızlı əyri qılınc.  –  
Yenicə ovxarlanmış gordanın ucu Ataşın ayaqlarının burnunu 


 
 
96
döydü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 76). 
GÖDƏNDAĞIDAN  –  bağırsaqtökən .  –  Hələ baş 
kəsəni ,gödəndağıdanı demirəm  (Ə.Əmirov. Tapanca. Ulduz, 
1988, №8, səh. 5). 
GÖMƏŞMƏK – donmaq, büzüşmək. –  Hanı kənddən kəndə 
gedən cığır, iz? Çəməndə göməşib, bənövşə, nərgiz  (H.Arif. Az 
qalıb. Azərb. jurnalı, 1992, №11-12, səh. 72). 
GÖRK I  –  göstərmə, nümayiş etdirmə, görünüş, məc. mənada: 
bəzək.  –  Mən kitabları görk üçün yığanlardan deyiləm  (V.Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 32).  
GÖRK II  –  dərs olma, nümunə olma. –  Ər-arvad sədaqəti 
görk üçündür  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jur-
nalı, 1989, №1, səh. 144). 
□ GÖRK ELƏMƏK I –  aşkara çıxarmaq, əyan eləmək, faş 
eləmək. – Allah özü belə kəmfürsətlərin cəzasını verir, görk 
eləyir  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10, səh. 118). 
□ GÖRK ELƏMƏK II –  cəza, əzab, dərs vermək, əziyyət çək-
dirmək.  –  Ay gözəgörünməz, neynədim, nə günah işlətdim ki, 
mənə görk eləyirsən?  (M.Bəkirli. Hal. Ulduz, 1990, №3, səh. 
12). 
GÖRKƏZMƏLİK –  görünməmiş, qəribə şey.  –  Deyirdilər 
“Az, hökümətin Zöhrəyə bir dönəmlik  verdiyi beş-altı yüznən, 
aylıq kəsəmətnən belə görkəzməlik eləmək olmaz”  (İ.Qarayev. 
Bir kəndin uşaqları. Azərb jurnalı, 1990, №10, səh. 103). 
□ GÖRK OLMAQ  – barmaqla göstərilmək, biabır olmaq. – 
Yoxsa dönərgəm dönər, bütün Çalmalıda görk olaram  
(B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 33). 
GÖYCƏ –  alçanın bir növü.  – Uşaqlarla vaqonların böyrüncə 
gəzişə-gəzişə stəkan-stəkan göycə, saplağı sapla çubuğa 
bağlanmış gilənar və gilas xırıd eləyirdilər (Ə.Bağırov. Göz-
muncuğu. Ulduz, 1988, №7, səh. 19). 


 
 
97
GÖYƏZƏ   –  xəsis.  –  O göyəzə arvadı cırnatmağın da ayrı 
ləzzəti var  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, 
səh. 116). 
GÖY KƏTƏSİ  –  göy qutabı. – Bizim tərəflərdə yaxşı göy kə-
təsi olur  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 
1989, №11, səh. 11). 
GÖYŞƏN  –  kövşən. –  İkisi öz əmələsi, ikisindən biri Çarxçı-
oğlu, onu gedib göyşəndən gətirmişdilər  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 40). 
GÖZƏ – çəmənlik, otluq.  –  Gözədəki bulaq səmtdən donqul-
dana-donquldana gələn naxırçı böyürtüsü seyrəngaha düşmüş 
heyvanın yanına çatıb ayaq saxladı  (Əlabbas. Güdaz. Azərb. 
jurnalı, 1992, №7-8, səh. 146). 
GÖZƏK  –  bağ, ip.  – Bu səhər Mirzə Qafar müəlim döş-daba-
nı ağır, üstündə bir şələ gözək çatılmış qara qondara geymişdi  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 64). 
GÖZÜQIPIQ  –  qorxaq. – Ələsgərdən muğayat ol, gözüqıpıq 
böyüməsin  (V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh. 
10). 
GUMULDANMAQ –  səs salmaq.  –  Tək bircə dəfə nimdaş 
xalçadan da nimdaş bir qarı sal daşa yaxınlaşdı, köhnə xalçaya 
bir xeyli baxdı, başını buladı, uca dağlara söykənmiş dərin dərə-
lər kimi gumuldandı  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, 
səh. 14). 
GÜDÜL   – kəsik.  –  Sonra da cibindən bir güdül karandaş 
çıxarardı  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh. 85). 
GÜLMƏŞƏKƏR –  əziz, əziz-xələf, şirin-şəkər. – Hanı bəs sə-
nin gülməşəkərin?  –  dedi  (A. Qəhrəmanov. Bulaq suyu. 
Ulduz, 1988, №5, səh. 8). 
GÜMƏŞDİRMƏK –  işdən soyutmaq, işdən qoymaq.  – 
Qorxaqlar dünyada hələ qan deyir; Ağıl güməşdirir, əl güməşdi-


 
 
98
rir  (T.Talıblı. Dünyanın düz vaxtı. Azərb. jurnalı, 1991, №1, 
səh. 119). 
GÜMƏŞMƏK   –  bax: göməşmək.  –  Əl-ayağı güməşmişdi  
(E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 112). 
GÜMÜLDƏNMƏK – pıçıltı, mızıltı, yavaş səs ilə zümzümə et-
mək.  –  Əlləri iş görən anam içində hansı bayatınısa deyib, gü-
müldənir  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 34). 
GÜNEY  –  cənub. – Qaraman övladı Əhmədli obasının yal-ya-
macına düşür, bulaq başından, güney-quzeh yamaclardan ot-
ələf, bir-bitki toplayır, dərman düzəldir, aşqar çəkir  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 52). 
GÜRŞAD I  – işıqlı, geniş. – Ayrı korpuslardan da bu korpus 
yaxşıdır, gürşaddır  (M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, 
№8, səh. 116). 
GÜRŞAD II  – gur, möhkəm. –  Çatdiğin rütbəni, qazandığın 
vəzifəni onların adına bağla, səsin gürşad axsın  
(T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, səh. 5). 
GÜRŞAD III  – yağış, leysan. – Gürşadini tök, tanrı!  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 10) 
GÜVƏN –  hörgüc.  –  Gözləyirdi görsün haçan qonaqlardan 
biri, yaxud bir neçəsi belinə dırmaşacaq, sinəcək kürəyinə, bərk-
bərk güvənindən yapışacaq  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, 
№5, səh.4). 
GÜYÜM  –  mis səhəng.  –  Anam evin küncündəki güyümün 
suyunu başqa qaba boşaltdı  (R.Əhmədov. Təndir başında. 
Ulduz, 1988, №4, səh. 42). 
GÜZDƏK – payız otu, payızda göyərən ot.  –  Güzdək otları 
ayaqlayıb, talanı bir dəfə dövrə vurdu  (M.Mirzəyev. Bir payız 
günü. Ulduz, 1991, №4, səh. 12). 
 
 


 
 
99
–  H – 
 
HACIQABIQ  –  yabanı bitki adı.  –  Ot, çayır, əlli mikin çiçək, 
dəli şüyüd, hacıqabıq, quzuqulaq, yemlikdən belə, hamısı baş 
açıb, kərənti havasınca qalxmışdı  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, № 3, səh. 50). 
HACIQAUF  – bax: hacıqabıq. – Üsgüylü, hacıqauflu düzlərin 
içində quzu kimi çöllərə səpələnən kollara uzaqdan dayanıb 
baxdım  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 85). 
HADAĞA  – oturduğu yer, məkan, məxsus olan yer.  –  Bazar-
başindan birbaşa yön tutdu “padşah” hadağasına  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 32).  
HADAĞA  –  ölçü, hədd, əhatə dairəsi.  –  Doğrudur, maşında 
ratsiya ilə çağırmış, yüz kilometr hadağasında hər bir təh-
kimçinin, təsərrüfat başçısının neylədiyi, nə iş gördüyündən so-
raq tutmuşdu (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 62). 
◊ HADAĞASIZLIQ TÖRƏTMƏK  –  nizam-intizamı, qayda-
qanunu pozmaq.  –  Bazarbaşında hadağasızlıq töpədən Rəğibin 
qolundan Cəmşid yapışdı  (S.Əhmədov.Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 2). 
◊ HAXÇIX KİMİ GƏZMƏK –  açıq-saçıq geyinib gəzmək, 
abır-həya gözləməmək.  –  Başı-gözü açıq, haxçıx kimi gəzir  
(E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 128). 
HALI  –  xəbərdar.  –  Bir ondan halıydı ki, indi kənddə ağzına 
yiyəlik etməyə gücü çatan da, çatmayan da əmisindən danışırdı  
(E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 126). 
◊ HALIĞ-BALIĞ VURMAQ  –  bərq vurmaq.  –  Odlar yurdu 
paytaxtının halığ-balığ vuran reklamlarına nəzər fırladı  
(R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, səh. 4). 
◊ HALIT EVINDƏN ÇIXARTMAQ  –  haldan çıxartmaq, 
əsəbiləşdirmək, hirsləndirmək, özündən çıxarmaq.  –  Dəəsən 
sabah-sabah məni halıt evindən çıxartmasan köpün yatmayajax  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 3). 


 
 
100
HAQQƏNNƏSİM   –  insafla.  –  Elə əlqarp deyil, ə, halalja 
haqqannəsim olajax  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, № 10, səh. 100). 
◊ HAL – şeytan, çin, əcinnə.  –  Heybələr, çantalar o kökdə idi 
ki, elə bil hamısının içini hal aparmış, qalmışdılar qarnı belinə 
yapışmış  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 69). 
HALLAHALLA  –  qarışıqlıq, hay-küy.  –  Kənddə bir halla-
halla vardı ki, gəl görəsən  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 138). 
HAMAVAR  – harın –  Yolları quyruğa hamavarların 
“Harın adamların yolu sonuna qədər düz gedir” mənasında işlən-
mişdir”  (A.Murovdağlı. Canavar gözünün işığı. Ulduz, 1990, 
№12, səh. 20). 
HAMPA I – yoldaş.  –  Xeyr, Nəbiyev nə mənim düşmənimdir, 
nə də dostum, hampadır mənimlə  (A.Mənsurzadə. Verən əl ka-
sad olmaz. Ulduz, 1990, №8, səh. 65). 
HAMPA II  –  sirdaş, yaxın dost.  –  Ayrılmaz, seçilməz fəqət 
hampadan  (A.Həsənli. Tülkü. Azərb. jurnalı, 1990, №11, səh. 
134). 
HANCARI  – necə. nə cür. – Hancarı, görmürsənmi iş qayırır?  
(Ş.Bağırov. Görünməz qəza. Ulduz, 1987, №2, səh. 29). 
HAPHAPLAMAQ  –  xarab olmaq, xarabı çıxmaq, zayı çıx-
maq, xərifləmək.  – Qocalıb dayın, haphaplıyıb  (Ə.Əylisli. 
Yəmən. Azərb. jurnalı, 1991, №9, səh. 30). 
◊ HAPINI YEMƏK  –  məc. mənada: qələt eləmək, səsini kəs-
mək.  –  Ə, hapınızı yeyin, köpəy uşağı, köpəy  (İ.Qarayev. Bir 
kəndin uşaqları. Azərb. jurnalı, 1990, № 10, səh. 93).  – Hapını 
ye dayna  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 21). 
HARASAN-HARASAN   – hövlnak halda, tələm-tələsik, tez-
tez, cəld.  –  Həddindən artıq bar gətirmiş alma ağacına dır-
maşıb, başından yekə almaları harasan-harasan dərib, nimdaş 
zənbilinə doldurmağa başladı (X.Əlifoğlu. Şəkilli kitab. Ulduz, 
1990, №11, səh. 39). 


 
 
101
HARFA I  –  həyasız.  –  Bu gödək, cındaraq oğlandı, harfa 
gözlərindən rişxənd yağırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 41). 
HARFA II –  yava, ağzına gələni danışan, danışığını bilməyən, 
ədəbsiz .  –  Beləsinin payını verəndə deyirlər ki, sədr 
ağızdan harfadı  (I.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 40).  –  Kꞌolxozları, rayonları bir-birinin üstünə 
tığlayıb, onsuz da mürəkkəb olan o idarəetmə mexanizmini bir 
az da pisləşdirən o harfa “Mujik!”di  (Ə.Əzimzadə. Cehiz. 
Ulduz, 1990, №5, səh. 25).  
HARMA  – taxça.  –  Axır əl dizində, papaq harmada  (M.Vəli. 
Ölmüş Kəmərli torpaqlarına ağı. Ulduz, 1991, №11-12, səh. 27). 
HARS PİŞİYİ  –  leopard.  –  Bir söz deyəndə hars pişiyi kimi 
az qalır adamı didələr  (Q.Xəlilov. İsfahan halvası. Ulduz, 1990, 
№1, səh. 19). 
HAVALI  –  əsəbi, hirsli, qəzəbli, hikkəli.  –  Nazxanım da ha-
valı gəlirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 32). 
HAVASAT  –  hava, iqlim, ab-hava.  –  Beş-on gün qal, hava-
satını dəyiş  (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, 
№3, səh. 95). 
HAYXIRLI   –  bağırtı qarışıq.  –  Atların burun-boğazından 
çıxan hayxırlı isti buğ elə bil arabadakıların öz nəfəsiydi  (İ. 
İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh.14 ). 
HAYXIRMAQ  –  həyəcan, təlaş və şikayətlə bərkdən hürmək, 
səslənmək, hay-küy salmaq.  –  Hayxırmaqdan pəksinməz, dil 
çıxarar, quyruq bulayar, daşa da baxmazdı  (Ə.Sahib. Ovçu 
Cəbrayılın tulalalrı. Ulduz, 1990, №12, səh. 25). 
◊ HAYTAYA SALMAQ –  xətaya salmaq.  –  Uyma ötəri qay-
daya; Bel əyilə, qıç taytıya; Salma özünü haytaya; Gözün-
könlün aram olsun  (İ.Tapdıq. Olsun. Azərb. jurnalı, 1992, № 
11-12, səh.76). 


 
 
102
HEL-HEL  – dağdan aşağı daş diyirlətmə. –  Mən ona hel-hel 
də öyrətmişdim  (M.Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, №4, 
səh. 8). 
HELLƏMƏK –  itələmək. –  “K-700” traktorlar, buldozerlər 
gur-gur gurlayır, yekə-yekə ağacları, kör-kötüyü basıb helləyir, 
qaban təki döşləyib qırağa çıxarırdı (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 21). 
HELLƏNMƏK –  yuvarlanmaq.  –  Quşlar gölə yaxınlaşır, 
irəlidən vuran suyun təkanından həsləyir, qırağa hellənirdilər  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 10).  –  Heyvərə buzlar da hellənib getdi  (A.Laçınlı. 
Yetəndə. Ulduz, 1990, №5, səh. 6). 
HERİK ŞUMU  –  payız şumu.  –  Tək əliynən kol qırır, cüt 
əkir, herik şumu qaldırırdı   (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 18). 
HERTİ  – yekəpər, kobud.  –  Qara, herti kişi idi Qara Məmiş 
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 65). 
◊ HEŞƏN DÖYMƏK –  taxıl dərzlərini döymək.  –  Elə indi də 
anasına qoşulub kol qırır, şum altına peyin daşıyır, yayda heşən 
döyürdü  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 8). 
HEYKİRMƏK  – qışqırıb-bağırmaq. –  Nə bilim, ay bala, İbra-
himin heykirməsindən, zəncir çeynəməsindən anlayıram ki, yenə 
qan-qan deyir  (Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 6).  
HEYKİRTİ  –  qışqırtı, bağırtı.  –  Zöhrə onun heykirtisini eşi-
dib tez doqqaza yortdu  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 102). 
HEYVƏRƏ  –  iri, yekə.  –  Heyvərə buzlar da hellənib getdi  
(A.Laçınlı. Yetəndə. Ulduz, 1990, №5, səh. 66). 
HƏDAĞA  – çərçivə, əndazə, ölçü. – Ancaq bu istək hədağasın-
dan çıxanda narahat olurdu, qəlbi üşənirdi  (H.İbrahimov. Qu 
quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 121). 
HƏFRAĞ  –  hərdəmxəyal.  –  Həfrağ arvaddı deyirlər  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 58). 


 
 
103
◊ HƏKDƏN DÜŞMƏK  –  yorulmaq, gücdən, qüvvədən düş-
mək.  –  Bir saat, yarım saat qaçışır, oynayıb, həkdən düşürdü  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 
HƏKƏT I  – söz-söhbət. – Yəqin İmkanzadə ilə xırda-para söz-
həkəti olub  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh. 90).  – Yenə xısın-xısın söz-həkət çözənirdi  (N.Qənbər. 
Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 106).  –  O gün 
Müslümün qəbulu sözsüz-həkətsiz keçəcəkdi  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 49). 
HƏKƏT II  – bəla, yaman.  –  Nə isə, bu darğa həkət darğa idi  
(E.Əlləzoğlu. Keçəlin darğanın qızına olan məhəbbəti və başına 
gələn qeyri-adi macəralar. Ulduz, 1988, №3, səh. 40). 
HƏKİR  –  gurultulu səs.  –  Yanlarındanca axan Arazın həkiri, 
azman dişləri yerin yeddi qatına işləyən kotanların çevirdiyi 
çaybasar torpağın dərindən qalxan nəfəsi aran istisinə tabsız 
Qozduları apardı huşa (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 22). 
◊ HƏKK GƏLMƏK  –  divan tutmaq, toy tutmaq, başına oyun 
açmaq.  –  O dədəyin duzsuz goru haqqı, Şehli, saa bir həkk 
gələrəm ki, Qurban yanında yalan olar (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 40). 
HƏLƏM   –  hələ.  –  Hələm deyirəm mənim maaşımı da al  
(Şahmar. Qəndi sinab. Ulduz, 1988, №8, səh. 40). 
HƏLLƏHUŞ – fırıldaqçı.  –  Bu şoferin həlləhuş adama oxşayır  
(N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1992, №11-12, səh. 72). 
HƏLMƏCÜLMƏ  – qatmaqarışıq.  –  Ələsgər də başının dəs-
təsi ilə öz həlməcülmə havasını çaldı  (E.Əlləzoğlu. Şülləbaş Hə-
mid. Azərb. jurnalı, 1992, №11-12, səh. 134). 
HƏMƏRSİN  –  itburnu.  –  Həmərsin kollarının ardında göz-
dən itdi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 58). 
HƏNCƏR  –  bax: hancarı.  –  Sitəmli günləri geri almaq üçün 
həncər desən qudurmuşluq eləyirlər  (H.Zeynaloğlu. Torpağı 
sanı yaşa. Ulduz, 1989, №4, səh. 18). 


 
 
104
HƏNƏKLƏŞƏ-HƏNƏKLƏŞƏ  –  zarafat-zarafat, zarafatlaşa-
zarafatlaşa.  –  Hənəkləşə-hənəkləşə gəlib yığışdılar obamızın 
üstünə  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 17). 
HƏNİRLƏNMƏK  – canlanmaq, cana gəlmək.  –  Zəif səsi hə-
nirləndi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, № 2, 
səh. 56). 
HƏPRİMƏK  – qocalmaq, qocalıb əldən düşmək.  –  Amma it 
indi lap əldən düşüb, həprimişdi  (E.Əlləzoğlu. İllərin ağırlığı. 
Ulduz, 1991, № 11-12, səh. 69).  –  Qocalığı isə sağaltmaq ol-
mur, özün də həpriyibsən  (E.Əlləzoğlu. Dana əhvalatı. Azərb. 
jurnalı, 1992, №11-12, səh. 123). 
HƏRBƏLƏMƏK  –  hədələmək, hədə-qorxu gəlmək, arxasınca 
alıb-vermək.  –  Dünən eşidəm ki, Xatın xalanın yasında məni 
hərbələyirmiş ki, “Heç eybi yox, görər nə gətirirəm onun başı-
na”  (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 21). 
HƏRDƏ-HÜRDƏ  – boşboğaz, lağlağı, hərzə.  –  Yox, hamınız 
hərdə-hürdə adamlarsız, demərəm  (T.Qəhrəmanov. Qulbeçə. 
Ulduz, 1988, №9, səh. 10). 
HƏRVƏ-HƏRVƏ   – bax: harva-harva.  –  Deyirdim, ola bil-
məz, beyni qızdığından belə hərvə-hərvə  danışır  (H. Zeynal-
oğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 34). 
HƏSDƏMƏK I  – geri çəkilmək, geriləmək, qabağından qaç-
maq, ehtiyatla davranmaq, çəkinmək.  –  Əslində isə Batyanın 
bərkdə əli yox idi, qəti müqavimətə rast gələndə geri həsləyir, 
ancaq elə etməyə çalışırdı ki, heç kəsin bu məğlubiyyətdən xə-
bəri olmasın  (N.Rəsulzadə. Ulduzlar altında. Azərb. jurnalı, 
1990, №2, səh. 100).  –  Şamda dünən lap o leytenant  –  koman-
dir də onun qabağında həsdəyirdi (S. Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 52). 
HƏSDƏMƏK II  –  sakitləşmək.  –  Şairin köpü endi, həsdədi  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 74). 
HƏSLƏMƏK  –  bax: həsdəmək.  –  Quşlar gölə yaxınlaşır, 
irəlidən vuran suyun təkanından həsləyir, qırağa hellənirdilər  


 
 
105
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 10).  –  Sahib geriləyib, həslədi  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 4). 
◊ HƏSPƏNDİNİ ÇƏKMƏK  –  həsrətini çəkmək.  – Elə bil 
uşaq bu sualın həspəndini çəkirdi  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 
1990, №5, səh. 31). 
◊ HƏSVƏNDİNİ ÇƏKMƏK  –  bax: həspəndini çəkmək.  –  
Bütün şəkililər sənin üzünü görməyin həsvəndini çəkirlər   
(Q.Mehdi. Oyun. Azərb. jurnalı, 1991, №11-12, səh. 32). 
HƏŞƏLƏT  – yorğan-döşək, əşya.  –  Razılaşdıq ki, sabah gə-
lib, həşələti yığaram  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jur-
nalı, 1991, №1, səh. 68). 
 
HƏŞƏM   –  qurumuş.  –  Payızdan qalmış xəzəllərin həşəm 
(R.Duyğun. Qovaq qardaş. Azərb. jurnalı, 1991, №1, səh. 123). 
HƏŞƏMLƏMƏK  –  qurumaq.  –  Dəyirmanin torpaq damında 
bitib, neçə gün qabaq oranı laləzara çevirmiş güllər, al çiçəklər 
həşəmləyib, tökülüb getmişdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 72). 
HƏTƏMTAY  –  yoldan ötən, yoldan keçən, yetən.  – Onun atı 
hər hətəmtay adamın sözünü vecinə alan atlardan döyül  
(B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 34). 
HƏTƏRƏN-PƏTƏRƏN   –  mənasız, boş, cəfəngiyat. – Qə-
ribov dinmir, idarə rəisinin hətərən-pətərən sözlərinə zorla qulaq 
asırdı  (A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh. 35). 
HƏVƏ   –  xalça toxumaq üçün istifadə edilən alət.  –  Küncə 
atılmış həvələr insan əlinin hərarətini yenidən duyacaqdı 
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 24). 
HƏVİRLƏŞMƏK  –  oynaşmaq, astadan mırıldanmaq, insanın 
xısınlaşmasına bənzər səs çıxarmaq .  – İntəhası, 
deyəsən, həyətdə it həvirləşirdi  (Ə.Bağırov. Köhnə kişi. Azərb. 
jurnalı, 1988, №4, səh. 22). 
□ HƏZZİYİB OLMAQ  – həzz almaq, ləzzət almaq, feyziyab 
olmaq.  –  Babam onları danışmaqdan həzziyib alardı  (N.Qən-
bər. Babamın son nağılı. Ulduz, 1988, №12, səh. 13). 


 
 
106
HİDRƏ  –  hərzə.  –  Gəlmirəm  –  Qədim hidrə-hidrə dedi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 28).  –  Hirsdən 
titrəyən iri hulqumuna, hidrə gözlərinə baxdı  (Ə.Əmirov. Ta-
panca. Ulduz, 1988, №8, səh. 22). 
HİL   – qadınların boyunlarına bağladıqları romb şəkilli və ya 
yumru dənəcikli qızıl boyunbağı.  –  Əlləri qoyunlarında boy-
boya vermiş gümüş toqqalı, sinəsi hilli qızların, gəlinlərin baxış-
ları yığılmırdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, 
№4, səh. 36). 
HİM  –  bünövrə, əsas, özül, təməl.  –  Arxa divarın diblərinin 
soyuqlar düşəndə himdən nəm çəkməsinə baxmayaraq, tezdən 
otağı gün tuturdu  (T.Nüsrətoğlu. Başdaşı. Ulduz, 1991, №6, 
səh. 109). 
HİM  –  işarə.  –  Alagözün himindən sonra arıq-quru kişi de-
mişdi (V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh. 11). 
□ HİM ELƏMƏK  –  işarə eləmək.  –  Mürvətə him elədi  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 69). 
HİN  –  bax: heyndə.  –  Bu hində o üstü şəkilli kitab Səfalı 
müəllimin gözünün qabağına gəldi  (Ə.Əylisli. Yəmən. Azərb. 
jurnalı, 1991, №9-10, səh. 34). 
HİNT-MİNT  –  tamamilə, eynilə, bütünlüklə.  –  Oğlannarı da 
hint-mint oxşuyub özünə  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 62). 
HİŞLƏMƏK  –  sürmək, səsləmək, qovmaq.  –  Heyvanı hişlə-
yib gətirən, hişləyib aparan çoban-çoluğun qışqırığı bir-birinə 
qarışmışdı (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 48). 
HOQ̇QAR  –  uzun .  –  Ağ kostyumlu hoq̇qar kişi in-
giliscə danışırdı  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 
19). 
◊ HOLAVAR ÇƏKMƏK –  holavar oxunaq, demək.  –   Çu-
buq götürüb, holavar çəkir, cır səsimlə yorğun öküzləri dilə 
tutur, yerin bağrını sökən kotanı dartmağa vadar edirdim  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 18). 


 
 
107
HOLUQLAMAQ  –  sulanmaq.  –  Yarpaqlarin arasında yum-
şalıb holuqlamış dadlı armudlar vardı  (Ə.İnfiloğlu. Qəribə tale-
li qız. Ulduz, 1991, №8, səh. 83). 
HOV I  –  haray, kömək, yardım.  –  Allah birini min eləsin, ya-
man hovumuza yetdi  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları.  
Azərb. jurnalı, 1991, №4, səh. 27). 
HOV II  –  köpünü yatırtmaq, yola gətirmək.  –  Qardaşları bu 
qərara gəldilər ki, Vələdin hovunu almaq üçün onu evləndirsin-
lər (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 
13). 
◊ HOV III  –  kollektiv şəkildə kömək.  –  İş gəlib çıxmalıydı 
dağətəyi biçənəklərdə hova getmiş, iməciliyə qoşulmuş hə-
kimlərə (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 25). 
◊ HOVU ALINMAQ  –  sakitləşmək, hay-küyü azalmaq.  –  
Bazarın hovu alınmışdı, səsi-küyü batmışdı  (İ.Məlikzadə. Toy 
mövsümü. Ulduz, 1988, №5, səh. 31). 
HOVURLANMAQ  – şişmək, köpmək.  –  O biri tərəfdən də 
sanki bədəni hovurlanır, ürəyi qövrlənirdi  (T.Qəhrəmanov. 
Qulbeçə. Ulduz, 1988, №9, səh. 19). 
◊ HOYDU-HOYDUYA GÖTÜRMƏK  – ələ salmaq, lağ et-
mək.  –  Ə, camaat səni hoydu-hoyduya götürər ey!  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, səh. 3).  –  Hamı səni bir hovurdan 
hoydu-hoyduya götürməsə, mən adımı dəyişib,it qoyaram  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 4). 
HOYLAMAQ  –  iltihab etmək.  –  İçində hoylanan yara bir 
vaxt deşilməliydi  (V.Nəsib. Addan ada. Azərb. jurnalı, 1992, № 
11-12, səh. 55). 
HÖLƏKƏ-HÖLƏKƏ  –  acgözlüklə, görməmiş kimi.  – Boz, yo-
luq fərə höləkə-höləkə dənlənib, qarnını doyurmaqda idi  (H.Qa-
sımlı. Gürzalı qohumunu axtarır. Ulduz, 1991, №7, səh. 24). 
HÖLLƏŞƏ-HÖLLƏŞƏ  –  kəllələşə-kəllələşə, döyüşə-döyüşə.  
–  Elə heyləcə kişi ilə hölləşə-hölləşə ora-bura çəkdilər    (H. 
Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 30). 


 
 
108
HÖMƏCAT – xoşa gələn, ürəyə yatan iş.  –  Döşümə yatan hö-
məcatı buraxdırıram  (T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, 
№9, səh. 12). 
◊ HÖRKÜ QIŞQIRMAQ  –  həyəcanla, bağıraraq qışqırmaq.  
–  Hönkürüb, hörkü qışqırır  (A.Murovdağlı. Qışqırır. Ulduz, 
1990, №12, səh. 20). 
◊ HÖVRƏ GƏTİRMƏK  – diriltmək, cana gətirmək, canlan-
dırmaq.  –  Tez də ürəyimi sakitləşdirib, hövrə gətirməyə çalış-
mışam  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, 
№1, səh. 71).   
HÖVSƏNMƏK  –  zibildən, qabıqdan təmizlənmək.  –  Palaza 
sərilmiş taxıl hövsənirdi, car-cahazı boşalmış dəyirman kılıfın-
dan püskürən axar buğda unuyla qarışıq gəlirdi  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 14). 
HÖVÜLLƏNMƏK  –  qorxmaq, dəhşətə gəlmək, vahimələn-
mək.  –  Yoxsa bizi bir xəta hərləyir, ondandırmı öz-özümüzdən 
hövüllənirik?   (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, 
səh. 49). 
◊ HÖYÜRƏ GƏLMƏK  –  buğaya gəlmək.  –  Sonrakı il inək 
heç gözlənilmədən höyürə gəlmədi  (Əlabbas. Güdaz. Azərb. jur-
nalı, 1992, №7-8, səh. 128). 
HÖYÜŞ  –  nəm, yaş.  –  Çətinliklə qazılmış qəbrin üstünü hö-
yüş torpaqla örtürdülər  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ul-
duz, 1987, №4, səh. 31).  –  Ay dayı, inanmırsan gəl bax, bir də-
nə də höyüş odun yoxdur  (R.İmanov. Bəyaz dünya. Ulduz, 
1990, №2, səh. 17).  –  Yerin canına indi-indi höyüş işləyir  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 28).  
–  Onun da üstündə dörd tütün tayı vardı, höyüş olduğuna görə 
götürməmişdilər  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 36).   
HÖYÜŞLƏMƏK  –  yaş, nəm eləmək, islatmaq.  –  Çünki nə 
vaxt ağzından qaçırsa, sənin quru odununu höyüşləyə bilər  
(V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, səh. 17). 


 
 
109
HUYUXMAQ  – hürkmək, qorxmaq.  –  Boğazındakı damarın 
əsəbi-əsəbi qalxıb-enməyindən huyuxmuş kimi əlindəki günəba-
xan çöpünü bir qırağa atıb yeyin, sinirli addımlarla həyətdən 
aralandı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 15). 
HÜDÜLƏMƏK  – tez-tez danışmaq, doğrayıb tökmək, dil bo-
ğaza qoymamaq. – Bunu deyib, birnəfəsə hüdüləməyə başladı  
(A.Abdulllayev. Geriyə qayıdan iz. Azərb. jurnalı, 1987, №12, 
səh 63).  –  Xəlil tərəddüd etdi, bir şey deyə bilmədi, amma Fər-
man hüdüləyib tökdü  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, 
№11-12, səh. 116). 
□ HÜRÖYÜNLÜK ELƏMƏK  – azğınlıq, qudurğanlıq, elə-
mək.  –  Hamı bilirdi ki, əri Hüseyn kişi sağ olduğundan, pislik-
hislik bir-iki mal saxladığına görə belə hüröyünlük eləyir arvad  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 56).   
HÜRSÜMƏK   –  acıqlanmaq, qəzəblənmək, mırıldanmağa 
başlamaq. – Kişinin yaxınlaşdığını görən tazılar daha da hürsü-
dülər  (F.Eyvazlı Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 7).  –  
Qeysərli hürsüdü  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, s. 42).  –  Qara buğa get-gedə hürsüyürdü  (H.Qa-
sımlı. Qara buğa. Ulduz, 1988, №1, səh. 56). 
HÜSÜR PAPAQ  –  qaragül qoyun dərisindən tikilən papaq.  –  
Hüsür papağını başına qoydu  (Ə.Qara. Sonuncu təndir çörəyi. 
Ulduz, 1991, №4, səh. 26). 
HÜŞTÜLÜM  –  ağılsız, yüngül.  –  Amma hüştülümdü, yayğın-
dı  (S. Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 52). 
HÜY  –  hiss, duyğu.  –  Onun da hədəsi-hədyanı, təhqiri, söyü-
şü, qarqışı, hüyü də həmin sözlərin içində gizlənmişdi  (V.Nəsib. 
Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6,  səh. 26). 
 
 
 
 


 
 
110
 –  X  –  
 
◊ XAL SALMAQ –  sükutu pozmaq.  –  Bayaqdan ağzına su 
alıb susan sürücü sükuta xal saldı  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 51). 
XALTA – itin boğazına bağlanan qayış, məc. mənada: qalstuk. 
–  Həbib müəllimin xaltasını gəzdirməyə bir adam axtarmalıyıq  
(A.Qəhrəmanov. Bulaq suyu. Ulduz, 1988, №5, səh. 11). 
XAM  –  əkilməmiş, şumlanmamış, sürülməmiş .  –  Araz-
bar adamı, Qoçəlinin iyidləri xam sökür, əkin yeri açırdılar  
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 21). 
XAMRALI  – xəmirinə maya vurulmuş və sacda bişirilən qalın 
çörək.  –  Mürşüd kişi almanın o üz-bu üzünə baxar, bundansa 
bir şor dürməyi, bir xamralı, üstündə qoz boyda motal pendiri 
umardı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 44). 
◊ XANTAMAH QALMAQ   –  nəfsi gözündə qalmaq.  –  Mür-
vət xantamah qaldı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 53). 
XAPAXAP  –  qəfildən, qəflətən, birdən.  –  O, səkidə xapaxap-
dan müəllimə ilə üz-üzə gəldi  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 90). 
◊ XAPAN QALMAQ –  baxımsız, boş qalmaq.  – Özün də özü-
nü oda-közə vurub ehtiyat hissəsi tapacaqsan, qoymayacaqsan 
maşın xapan qalsın  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, 
№3, səh. 57). 
XARA  – cərgə.  –  Bir qışın odununu bir gündə doğrayıb da-
maltıda xaraya düzən Çəmənimi “Pirbulağı”na nə adla yola 
salaydım?  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-
10, səh. 73). 
XAŞA  – xaral.  –  Evə çatan kimi, sobanın üstündəki çaydan-
dan bir stəkan su içib, yük yerindən böyük bir xaşa çıxartdı  


 
 
111
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları.  Azərb. jurnalı, 1991, 
№4, səh. 58). 
XAŞAL  – yekəqarın, şişman .  –  Olmaya o Xaşal Na-
ğını deyirsən  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, 
səh. 128). 
XATA – çayın puçalı.  –  Dəmlənmiş çay xatasıyla gözümə sar-
ğı qoyub, başıma dolansa da, incikliyim sovuşmadı  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 15). 
XATIM  – quranı bitirmə, quranı başdab-başa oxuyub qurtarma, 
sona çatdırma.  –  Bəxtəvərin qızı, görən bilirmi ki, hal aparan 
zayfa gəlini dardan qurtarmaq on iki xatıma bərabərdir?  
(M.Bəkirli. Hal. Ulduz, 1990, №3, səh. 13). 
XEYLƏK –  xeyli. – Durdu, bir xeylək yerinin içində oturdu  
(Ə.Bağırov. Gəlin ayaqqabısı. Ulduz, 1987, №3, səh. 15). 
□ XƏCİL ELƏMƏK  –  xəcalətli, pərt eləmək, utandırmaq, 
qızartmaq.  –  Onu xəcil eləmək kişiliyə sığarmı heç?  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 43). 
XƏFƏ  –  kəsif iy, qoxu.  –  Növbəm qurtaranacan, böyük-
lərimiz gəlib çıxanacan içərinin xəfəsi çəkilsin  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, s. 64). 
XƏFƏLİ  –  boğanaq, bürkülü, çox isti.  –  Belə durğun, çox xə-
fəli gecəni Mil düzü bəlkə də yaranışından görməmişdi  (V. Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 27). 
XƏKƏ I –  toz.  –  Lalıxlamış qarpız kimi xatirəmin xəkəsinə 
çevrildi  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, 
səh. 14). 
XƏKƏ TUTMAQ – toz tutmaq.  –  Ləçək-turunc da un tozun-
dan xarlayıb xəkə tutmuş, işığı alınmış ulduzcuqlar kimi sallanıb 
durmuşdu  (S.Nəzirova Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 
60). 
XƏLBİR   –  arpanın, buğdanın zibilini təmizləmək üçün alət.  
–  Mahalda qaçaq-quldurun, onların yoldaş-sirdaşının kökü 
kəsilmiş, yağıların ələyi ələnib, xəlbiri göydə fırlanmışdı  


 
 
112
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 86).  
XƏPƏK   –  kəpəkli, tez bişən kartof növü.  –  Xəpək kartofa 
gəlin  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 42). 
XƏRÇƏK  – xımırçək, qığırdaq.  –  Zibilliyin o tərəfində pişiyə 
oxşayan qorxaq iti xoflu-xoflu, qıçları əsə-əsə dana quyruğunun xər-
çəyini gəmirirdi  (R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, səh. 4). 
XƏRİFLƏMƏK  – yolunu azmaq, danışığını, özünü-sözünü 
bilməmək, ağ eləmək, yolunu çaşmaq. –  Səfərəli bəy, deyəsən, 
xərifləyirsən  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 
31). 
XƏŞƏL  –  bax: xaşal.  –  Xəşəl qarnını qabağa verib, ördək 
təki yanlarını basa-basa yeriyən Qədimalının özü də deyə 
bilməzdi ki, uşağı sevindirən nədir  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 
1990, №5, səh. 14). 
XIL  –  sürü. –  Buğarsağa yığılıblar it xılı kimi  (M.Süleymanlı. 
Səs. Azərb. jurnalı, 1988, №2, səh. 36). 
XIXIRTMAQ  –  yatırtmaq .  –  Odur ki, tezliklə nəri 
xıxırdıb, yükü düşürmək, uzaq yol gəlmişdi, gedib İmaməlinin 
aşxanasında çay-çörək yemək istəyirdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 58). 
XIXMAQ –  diz üstə çökmək, oturmaq.  –  Öl desə, ölər o, xıx 
desə xıxar  (V.Cəfərli. Dəvə nifrəti. Ulduz, 1990, №4, səh. 40). 
XIM  –  bax: him. –  Elə bil əlləşib-vuruşub axır ki, çoxdan ar-
zuladığın evin xımını qoyursan  (S.Budaqlı. Fevral. Ulduz, 1987, 
№4, səh. 8).  –  Bütün Ceyrançöl yeməyə buraya gəlmirmi, bir 
halda ki, xımını sən Kazım özün qoymusan?  (V.Nəsib. Addan 
ada. Azərb. jurnalı, 1992, №11-12, səh. 46). 
XIMXIMI  – çoxbilmiş.  –  Kənd ona elə-belə Xımxımı Həsən 
demirdi ki  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, 
səh. 3). 
XIMIC – qurumuş çörək.  –  İnnən belə Gövhər xala “qarnına 
şiş girsin” deyib, ona bir loxma arpa cadı, yaxud qulaq boyda 


 
 
113
xımıc uzatmayacaq  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1988, №3, səh. 6). 
XIR I  – əkin. –  Bir gün isə idarənin yerli komitə sədri və xalq 
nəzarəti gəlib, xıra baxdı  (R.Əliyev. Bütövlənməyən borc. 
Ulduz, 1991, №7, səh. 74). 
XIR II  – cınqıl qarışıq qum.  –  Yorğun, xır yollarda toz qal-
dıra-qaldıra evə tələsəcək  (E.Əlləzoğlu. Yeddi çinar. Ulduz, 
1981, №11-12, səh. 67).  – Elə bil o xır döşənmiş yolla gedirdi  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 140).  –  Nə-
nəm həmişə deyirdi, xır yolda durmayın, uşaqtutan maşın sizi tu-
tub aparar  (E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jur-
nalı, 1990, №2, səh. 135). 
XIRÇA – donuz balası.  –  Qalxıb dedi: Alığını aşırram bu xır-
çanın  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 35). 
XIRXALAŞMAQ  –  boğazlaşmaq, pəncələşmək.  –  Orda xır-
xalaşıb boğuşan heyvanların boğuq zingiltisi, fitəbənzər səslər 
bircə anda bir-birinə qarışdı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 150). 
□ XIRID ELƏMƏK I –  satmaq, satıb bitirmək.  –  Uşaqlar va-
qonların böyrüncə gəzişə-gəzişə stəkan-stəkan göycə, saplağı 
sapla çubuğa bağlanmış gilənar və gilas xırıd eləyirdilər 
 
(Ə.Bağırov. Gözmuncuğu. Ulduz, 1988, №7, səh. 19). 
□ XIRID ELƏMƏK II  –  istifadə etmək, işlətmək.  –  Bu qə-
naətcil adam sözlərini də ehtiyatla xırıd eləyirdi  (V.Nəsib. Bir 
atımlıq barıt. Ulduz, 1987, №10, səh. 11). 
XIRLI  – bax: xır.  –  Orada xırlı, dik yoxuşlardan keçənlərin 
heç barmağının ucu da qanamırdı (A.Mustafazadə. Qaraçuxa 
nağılı. Ulduz, 1987, №4, səh.36). 
XIRSIZ –  qəddar.  –  Elə xırsız, elə əzazildi, bircə adamın on 
ağaclıqda xata çıxardığını bilsə, oradaca ən ağır, amansız 
cəzanı verəcəkdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 24). 
XIRPITMAQ  –  mənimsəmək, yemək.  –  Köpəyoğlu bunu 
deyəndə heç qorxmurdu da, elə bil öz dədə malını xırpıdırdı  


 
 
114
(İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, № 10, səh. 
100). 
XIRPLAMAQ  –  boğazlamaq.  –  Ala gözlü, qəmli baxışlı qız 
yaman xırplamışdı Kamil müəllimi  (Ə.İnfiloğlu. Qəribə taleli 
qız. Ulduz, 1991, №8, səh. 81). 
XIRTATMAQ  – xırçıldatmaq.  –  Get-gedə Kərəmin şücaətinə 
heyran qalan şah boynunu xırtatdı  (F.Eyvazlı. Düyünlü günlər. 
Ulduz, 1989, №8, səh. 31). 
◊ XIRTDIYA-XIRTDIYA QALMAQ –  içində boğula-boğula 
qalmaq, məcbur qalıb səsini çıxara bilməmək, susmağa məcbur 
olmaq.  –  Düşüb bunun cənginə qalıb xırtdıya-xırtdıya  
(Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, 
səh. 116). 
XISBOYUN  –  boynu qısa olan .  –  Qabaqkı xısboyun, 
törə Gülbala deyildi  (N. Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 114). 
XIŞLAMAQ  – əzmək.  –  Elə eləmə ki, durum xışlayım, ya da 
doğrayım səni  (Ş.Süleymanov. Qisas. Ulduz,1988, №4, səh. 
20). 
XİRİK QURDU  –  barama qurdu.  –  Qoyun dediyin xirik qur-
du kimi bir şeydir  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, 
səh. 85).  –  Deyirdin bəs xirik qurdu oyanıb, daraşıb şax tutun 
yarpağına?  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 19). 
XİRNİK  –  barama qurdunun dördüncü yuxusu.  –  Qurt xirnik-
də, çatdırmaq olmur yemini (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh.52). 
XİRTLƏK –  ağacın boynu, aşağı hissəsi.  –  Bizdən ötrü ağaca 
çıxmaq təyyarəyə minmək qədər maraqlı olsa da, xalam heç 
ağacın xirtləyinə çıxmağımıza da razı olmurdu  (S.Nəzirova. 
Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 15). 
XLAM  –  zibil, zay, xarab.  –  Məmişov xlamdı  (S.Səxavət. 
Qızıl teşt. Ulduz, 1987, №7, səh. 22).  –  Xallının xlamlarıydı 


 
 
115
hamısı  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, № 
10, səh. 117). 
◊ XODA SALMAQ  – hərəkətə gətirmək, işə salmaq.  –  Maşını 
xoda salıb, gedirdi  (M.Niyarlı. Yola dikilən gözlər. Azərb. jur-
nalı, 1991, №2, səh. 88). 
XOXUGƏLDİ ELƏMƏK – qorxutmaq, gözünün odunu al-
maq.  –  Məqsədim sənə xoxugəldi eləmək, ya da nağıl danışmaq 
deyil  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 
113). 
XONDU  – daz.  –  Lap əntərə oxşayır, başı xondu keçəl, gözü 
çəpdir  (Ş.Süleymanov. Qisas. Ulduz,1988, №4, səh. 9). 
XONU QARPIZ  – uzunsov qarpız.  –  Bina əvvəlki formasını 
itirib, uzunsov, xonu qarpıza bənzər bir görünüş almışdı 
 
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 106). 
◊ XORNA ÇƏKMƏK  –  xoruldamaq.  –  Az sonra yüngül-
yüngül xorna çəkdi  (H.İbrahimov. Qu quşları öləndə oxuyurlar. 
Azərb. jurnalı, 1987, №10, səh. 136). 
XORTMALANMAQ  –  çalınmış otu topa-topa yığmaq, qot-
manlamaq.  –  Bir nəfər adam at arabasına yazdan biçilib xort-
malanmış ot doldururdu  (C.Kəlayev. Dəhşət. Ulduz, 1990, №7, 
səh. 77). 
◊ XORUZUNU QOLTUĞUNA VERMƏK –  susdurmaq, bia-
bır etmək, yerində oturtmaq. –  Ayə, Tapdıq da burda deyil ki, o 
zəvzəyin xoruzunu qoltuğuna verə (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 54). 
XOSMA –  daxma.  –  Hatəmxan bunumu güdürdü, yoxsa qara-
mat xosmada laldinməz davranmağa elə alışmışdı ki, oyun şərti 
heç onun eyninə gəlmirdi?  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 14). 
XOSUNLAŞMAQ  – xısın-xısın danışmaq, pıçıltı ilə, asta-asta, 
gizlin-gizlin danışmaq. –  Nə xosunlaşırsınız?  (F.Qoca. Kələfin 
ucu. Azərb. jurnalı, 1987, №10, səh. 55). 
□ XOSUNVAY ETMƏK  – öldürmək, o dünyalıq etmək, ara-
dan götürmək. – Asif məni çağırdı ki, Cəmiloğlu Göy Məcidi nö-


 
 
116
şünsə izləyir, o bizi ələ verər, gəl onu xosunvay edək  (Ş.Ba-
ğırov. Görünməz qəza. Ulduz, 1987, №2, səh. 27).  –  Gəncəli 
qonaqlar bir yerə çəkilib xosunlaşırdılar  (V.Nəsib. Cey-
rançöldə qara bayram. Azərb. jurnalı, 1988, №12, səh. 97). 
XOŞU  –  qeyrətsiz, biqeyrət.  – Aya, a qıldıqsız, bu niyə ağroy 
oldu, bu xoşu?  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, 
səh. 23). 
XOTKƏR  –  padşah.  –  Hanı Mələk xanım, gələ bilməzdi, bə-
yəm xotkər qızıdı?  (B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. 
jurnalı, 1989, №3, səh. 145). 
XOTMAN  –  kiçik ot tayası.  –  Balaca xotmanların arası ilə 
gəzən İbrahim onu çağıranda “Bəli” deyirdi  (E.Əlləzoğlu. 
Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 110). 
XOZAN  –  bax: xızan.  –  Bunnarın topunu taxıla çöyürsən ya-
vanca çörəyini görməz o xozannarın  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 103). 
XUBUNCA  –  yaxşıca, əməlli-başlı. –  O da yalvarırdı ki, xu-
bunca əzişdirsin  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1988, №3, səh. 19). 
XUD –  elə, lap. – Xud o adamların acığına mən indi bilirəm 
neyləmək lazımdı  (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, 
№4, səh. 37). 
XUDURU  –  nahaq, əbəs.  –  E, eh, ay pir olmuşdar, xudurudu, 
vallah-billah xudurudu  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, 
№4, səh. 79). 
 
 
 
 
 
 
 


 
 
117
 –  İ  –  
 
İDİLƏŞMƏK  –  mənasız, yersiz mübahisə etmək, höcətləş-
mək.  –  Bir yol anasıynan idiləşəndə Əfruz arvad ona kül eləyib 
demişdi  (Ə.Mustafayev. İçindən asılmış adam. Ulduz, 1989, 
№2, səh. 14). 
İDİM  –  görkəm, təhər-töhür.  –  Divarları nəm qoxulu, yarım-
qaranlıq, idimi ağır otaqcıq birdən-birə onu üşütdü  (V. Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, № 2, səh. 58). 
İDİMSİZ   –  çirkin, mənəviyyatsız, xaraktersiz, eybəcər.  –  
Bilə idilər burada kim nə deyib, idimsiz Rəğib nə sözlər deyib və 
onların arvadları da bu sözləri eşidiblər, qurtardı  (S. Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 23). 
İFÇİN  –  səliqəli.  –  Başında sarımtıl quzu dərisindən papaq, 
ayağında pustal, bəzəkli corab, şalvarın balağı da ifçin dolaqlı 
(F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 66). 
İFÇİN-İFÇİN I –  qat-qat, çin-çin, sıra ilə  –  Üçü də pulları 
səliqəylə, bir qaydada, ifçin-ifçin gecə köynəyinə düzürdülər  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 31). 
İFÇİN-İFÇİN II  –  yaxşı, səliqəli.  – Çətin ki, yumaq ola bu 
kələf ifçin-ifçin  (X.Qayıblı. Dustaq. Ulduz, 1990, №12, səh. 15). 
İFLƏMƏ // İPLƏMƏ –  ağılsız, axmaq, səy, dəli, dəlisov.  –  
Hələ dünən tapşırmışam ki, bu ifləmənin ağzını açmayın  (Ə. 
Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 7).  –  Buludu da bu 
ipləmələr yaxalayıblar  (İ. Məlikzadə. Dolaşaların Novruz 
bayramı. Azərb. jurnalı, 1988, №5, səh. 48). 
◊ İLĞIM-İLĞIM SÖKÜLMƏK  –  yox olub getmək, gözdən 
itmək, miraj kimi yox olmaq.  –  Yer üzünün çiyin-çiyinə dirənən 
dağları, sinəsi batıq dərələri, kol-kos basmış kalafaları 
qaynayan qazan kimiydi, ilğım-ilğım sökülürdü  (İ.İsmayılov. 
Əzrayıl. Ulduz, 1989, №1, səh. 6). 
İLİŞİKSİZ  –  qüsursuz.  –  Bəs bu başı-beyni göy üzü təki 
işıqlı, ilişiksiz qız nədən ötrü belinə bu gün bir gümüş toqqa 


 
 
118
bağlayıb? (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 64). 
İLİNMƏK  –  isinmək.  –  Çünki Qaratelin gözünün yaşı ürə-
yində, ürəyinin dərin-dərin qatlarında hələ təzə-təzə ilinir, ilinib 
hələ təzə-təzə yaş olurdu  (Ə.Bağırov. Köhnə kişi. Azərb. 
jurnalı, 1988, №4, səh. 27). –  Dağ havasından qanın ilinməz, 
qan ilinməyəndə də yuxun gəlməz  (İ.İsmayılov. Əzrayıl, Ulduz, 
1989, №1, s. 22).  –  Lillənib ilinən gölməçələrdəki çömçəquy-
ruqların tərpənişindən hiss olunurdu ki, dərənin bu qolu təzəcə 
quruyub  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 16).  
İLİŞGƏ  –  bağlantı, əlaqə, davam.  –  Mətəni dəyişdikdən 
sonra ikinci mərhələnin nə səpgidə, hansı çalar ilişgələrlə 
getdiyinin üsdündə çox dayanmayacağam  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 31). 
İLİTMƏK  – isitmək. –  Bunun əvəzində mənə bir qız verəydin, 
heç olmasa mən öləndən sonra bu komaya həyan olardı, bir 
qurtum su ilidib, naxoşlayanın boğazına tökərdi  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 8).  
İLLAC  –  güc, taqət.  –  İllacdan salıf məni  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 57). 
İLLƏT   – necə, nə formada. – Bütün bu qlafın içində hansı 
yolla, nə illətləsə yoldan ötən üçlüyü, “padşah” və onun “vəzir-
vəkil”ini qandırdı ki, “bir az qıraqdan keçin”  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 85). 
İLMÜDAM  –  həmişə, hər vaxt.  –  İlmüdam maşında zarıyan 
maqnitafonun səsini qaldırıb, sürətini artırdı  (S.Nəzirova. 
Ümid ulduzu. Ulduz, 1990, № 12, səh. 47). 
İLMZALIM  –  bax: ilmüdam.  –  İlmzalım xəstəxana, polik-
linika qalır mələyə-mələyə  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh.40). 
İMİRİK   – bax: gimrik.  –  Təkcə bu Calal idi aralarında 
imiriyi  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları.  Azərb. 
jurnalı, 1991, №4, səh. 71). 


 
 
119
İMSİLƏMƏK   –  iyləmək, qoxlamaq. –  Yola bələd olan ov 
tulası yarpağı saralmış ağacların arası ilə qaçır, üstünə şeh 
düşmüş xəzəlləri xışıldada-xışıldada dar cığırları dolaşır, 
axşamdan düşən qurd-quş ləpirlərini imsiliyib, Elgücün yanına 
qayıdırdı  (M.Mirzəyev. Bir payız günü. Ulduz, 1991, №4, səh. 
12).  –  O imsilədi, imsilədi, intəhası adam məəttəl qalırdı ki, 
qatardan düşəndən bəri özüylə bərabər Bakının küçələrini dörd 
dolandırdığı nəsə quru qan iyi gələn bu gül kimi on kilo ətin 
təmizliyi onu niyə sevindirib güldürmədi  (Ə.Bağırov. Gəlin 
ayaqqabısı. Ulduz, 1987, №3, səh. 16).  –  Onu imsilədi  
(V.Nəsib. Ceyrançöldə qara bayram. Azərb. jurnalı, 1988, №12, 
səh. 124).  –  Qaban da dayandı, havanı imsiləyib sola  –  
bələdçi ilə Muradın arasındakı qalın kolluğa buruldu  (S.Azəri. 
Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, səh. 21).  –  Şöngüyüb içi 
atlana-atlana kəndi burnuna tutdu, yatağını imsilədi və o dəqiqə 
bildi ki, naxırı yoxdur  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 
1989, №4, səh. 26). 
İMSİLƏYƏ-İMSİLƏYƏ  –  iyləyə-iyləyə.  –  Elə bu zaman 
imsiləyə-imsiləyə ətrafı dolaşan tazıların bir ağızdan hürüşməsi 
eşidildi  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 7). 
İMSİNƏ-İMSINƏ –  nəsə duymuş kimi, iy almış kimi.  –  
Səhər-səhər cuma bazarının ayağında, Gər Xəlilin böyründə 
dayanıb, imsinə-imsinə götürqoy edirdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 48). 
İMSİNMƏK –  iyləmək, qoxlamaq.  –  Lakin əntər sifətiylə 
imsinərdi  (Ə.Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, № 
12, səh. 26). 
İNCƏVARA  – yaxşı ki, xoşbəxtlikdən.  –  İncəvara ulu tanrı 
üzünə baxdı  (T.Nüsrətoğlu. Başdaşı. Ulduz, 1991, №6, səh. 29).  
–  İncəvara yaddaşı oyaq imiş  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 76).  –  İncəvara rayonun başına 
çatanacan bir ins-cinsə rast gəlmədim  (S.Nəzirova. Tale 
damğası. Azərb. jurnalı, 1991, №7, səh. 22). 


 
 
120
İNGƏLMƏK  – arıqlamaq, zəifləmək, incəlmək, zəif düşmək. –  
Bax, yeməsən sən də bibin kimi ingələcəksən (M.Mirzəyev. 
Quzunun ahı. Ulduz, 1991, №4, səh. 7). 
İNMƏK   – azalmaq, enmək.  –  Gündüzkü adam qarsan isti 
inmişdi  (B.Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, №5, səh. 66). 
İNNƏN BELƏ  –  bundan belə, daha.  –  Çox sağ olun, doxtur, 
siz ki, mənə belə qayğıynan yanaşdız, ürək-dirək verdiz, innən 
belə bir qırnıq da yorulmaram  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 14).  – Görəcək 
günlərim innən belədi  (Ç.Əlioğlu. Hələ ki. Azərb. jurnalı, 1989, 
№9, səh. 42). 
İPÇİN-İPÇİN –  bax: ifçin-ifçin.  –  Ədəbiyyatdan başı çıxan 
da, çıxmayan da gözəl-gözəl kitabları alverçilərdən baha 
qiymətlərlə əldə eləyib, yaraşıqlı dolabçalara ipçin-ipçin 
düzürlər  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 32). 
◊ İPDƏ-İMLIQDA DURMAMAQ  –  ipə-sapa yatmamaq.  –  
Tez harınlayıb ipdə-imlıqda durmadığına görə gözdən uzağa 
qoymurdular  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 24). 
İRAQ  –  uzaq.  –  Dilim, ağzın qurusun, iraq-iraq  (F.Qoca. 
Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 26). 
İRAQLAŞMAQ  –  uzaqlaşmaq.  – Siqareti yandırıb, çəkə-çəkə 
onlardan iraqlaşdı  (İ.İbrahimzadə. Son yağış. Ulduz, 1992, № 
7-8, səh. 77). 
◊ İRAZ DANIŞMAQ  –  uğursuz-uğursuz, bəd-bəd danışmaq.  
–  İraz danışma, kişi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh.73). 
İRÇAL   – mürəbbə.  –  Yayda tutu, qışda bəhməzi, irçalı ilə 
doyururdu bu tut ağacı  (B.Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, 
№5, səh. 54). 
İRDƏLƏMƏK I  – xırdalamaq, mahiyyətinə varmaq.  –  Yaxşı 
ki, bu sözü çox irdələməyiblər  (E.Əlləzoğlu. Yeddi çinar. 
Ulduz, 1981, №11-12, səh. 66). 


 
 
121
İRDƏLƏNMƏK II – rəndələnmək.  – Partiyanın köhnə 
qvardiyasından irdələnib, xəlbirdən-ələkdən keçib tütüyə 
qalmışlardan idi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 16). 
İRƏMƏ I  –  təpəlik.  –  Boz, kərtənkələsifət irəmələr başlandı  
(E.Əlləzoğlu. Yeddi çinar. Ulduz, 1981, №11-12, səh. 67). –  
Birdən ağlına batır ki, bu sonuncu vaqon qatardan ayrılıb qalsa, 
bu palçığ düzün, bu qaranlıq irəmənin ortasında onların aqibəti 
necə dəhşətli olar  (Ə.Bağırov. Gəlin ayaqqabısı. Ulduz, 1987, 
№3, səh. 14). 
İRƏMƏ II –  su çıxmayan yer.  – Bəlkə bir yağış diləyəsən 
bizim bu dili eşiyə çıxan irəmələrə  (V.Nəsib. Hərlənbaba. 
Azərb. jurnalı, 1990, №3, səh. 65). 
İRƏMƏ III –  dikdir.  – Ona elə gəldi ki, irəmədədir  (E.Əlləz-
oğlu. Şülləbaş Həmid. Azərb. jurnalı, 1992, №11-12, səh. 127). 
İRƏŞMƏ   –  keçi qılından hörülmüş ip.  –  Ata yaraşan da 
yəhər-yüyəni, irəşmə-qantarğası vardı  (Q.Əlismayıllı. Yelqıran. 
Ulduz, 1990, №1, səh. 12). 
İRƏZƏ   –  cəftə.  –  Əlindəki kilidi qapının irəzələrinə salıb 
çöldən bağladı  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 
18). 
İRİŞMƏ  –  bax: irəşmə.  –  Ayğır həm buruntaxlanmış, həm də 
keçi qılından toxunmuş uzun irişmə ilə hörüklənmişdi 
 
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 
İRİŞMƏK I –  şit-şit, yersiz gülümsəmək. – Əlişov irişdi  
(A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh. 36).  – 
Cüncül, öləzik gözlərini Mürvətin gözlərinin düz içinə zilləyib, 
irişdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 
55).  – Əydəş-üydəş dodaqlarının ucunda irişə-irişə onu qa-
baqladı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 54). 
İRİŞMƏK II  –  dodağı qaçmaq, gülümsəmək.  –  Bibim irişdi  
(M.Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, №4, səh. 8) 


 
 
122
İRMAQ   –  çay. –  Ey yaradıb, fəqət yaşada bilmədiyi 
bəndələrinə “cənnətdə ayaqları altında irmaqlar axan” məkan 
vəd edən rəhmdil  (T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, 
səh. 27).  – Yuxarıdan dəhnənin iki yanından da iki irmaq coşub 
üzüaşağı şığıyırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 10). –  Sonra o balaca, cızqa bir irmağa 
rast oldu  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 
144). 
İRMƏK   – mal-qara üçün kəpək yem. –  Yetim böyük irmək 
vedrəsini götürüb yemxanaya getdi  (R.Əliyev. Bütövlənməyən 
borc. Ulduz, 1991, №7, səh. 90). 
İRPƏNMƏK  – ürpəşmək, diksinmək, qorxmaq.  –  Açarlardan 
irpəndi  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 
16). 
İRPİNMƏK  – bax: irpənmək.  –  Yanındakının Taleh olduğunu 
təsəvvür edəndə irpindi  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 
1987, №10, səh. 25). 
İRSİZ  –  həyasız, sırtıq, utanmaz, üzsüz.  –  Bu irsiz köpəyoğlu 
məni başdan çıxartdı  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 
1991, №11-12, səh. 64). –  Bu irsizi bura elə bilərsən mən 
gətirmişəm  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, № 12, 
səh. 25). 
 İRSİZ-İRSİZ –  utanmaz-utanmaz, həyasız-həyasız.  –  Güdə 
bir adam Mürvəti təklikdə yaxalayıb, irsiz-irsiz soruşdu  (V. 
Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 92). 
İRTMƏK – büzdüm.  –  Sıpa irtməyi qopardandı e  (S.Səxavət. 
Sanatoriya. Azərb. jurnalı, 1989, №3, səh. 19). 
İRTMƏKLƏNMİŞ  – özündən razı.  – Mürvət irtməklənmiş 
katib köməkçisinə dərin məzəmmətlə baxdı  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, № 2, səh. 79). 
İRTMƏKLİ  – qulplu. – Əynində yaxası tikmə naxışlı ağ 
köynək, ayağında qara qondara, burnunun üstündə zəncir 
irtməkli pensne vardı (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 9).  


 
 
123
İSBATLI  –  abırlı, səliqəli, layiqli, gözəgəlim. –  Əcaib 
hərflərlə üstünə neon lampalarla “Karvansara” yazılmış bu 
fəaliyyət göstərən qədimi binanın isə vur-tut iki-üç otağı isbatlı 
idi  (A.Dadaşov. Bir vedrə şorba. Ulduz, 1990, №10, səh. 8). 
İSFAHA-İSFAHA   – arxayın-arxayın, yavaş-yavaş, tələs-
mədən, səliqə ilə.  –  Isfaha-isfaha beşaçılanını doldurub, bütün 
boyu ilə qayalıqdan yuxarı dikəldi  (A.Mustafazadə. Qaraçuxa 
nağılı. Ulduz, 1987, №4, səh. 37). 
İSMARÇI   – sifarişçi. – Həm də ismarçılar səbirsizliklə 
gözləyirdi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 60). 
İSMARICI – sifariş. – Xallı Məcidin ismarıcı gecikdi  (A. 
Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 34). 
İSMARICII –  xəbər.  –  Lazım olsa, Qəribə ismarıc yollaram  
(Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, №3, səh. 95).  
–  Özü də ismarıc göndərib ki, kənd ona xoşluqla üç yüz qoyun, 
100 qaramal, əlli at verməlidir  (F.Eyvazlı. Düyünlü günlər. 
Ulduz, 1989, №8, səh. 7). 
İSMARIŞ  –  bax: ismarıc I.  –  İsmarışlarından belə çıxır ki, 
mən uşaqların anasını öyümün ayıbını yanıma salıb kolxozda iş-
lətməliyəm?  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, 
№4, səh. 29). 
İSMARLAMAQ   –  xəbər göndərmək.  –  Gəlsən  ‘gəlsənə’, 
uşaqları ismarlayam?  (C.Kəlayev. Dəhşət.Ulduz, 1990, №7, 
səh. 78). 
İSNİK   – isti, rahat.  –  Mürşüd qağa zəfəranlı plov, reyhanlı 
dolma ətri hopmuş isnik aşxanada canasinər bir nahardan bo-
yun qaçırmazdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 35). 
◊ İSTAHATDAN ÇIXARTMAQ  –  abrını vermək, biabır elə-
mək.  –  Ürəyində Məmini söyüb, istahatdan çıxartdı, sonra da 
qarşısında məlul-məhzun dayanmış qardaşına təpindi  (İ.Məlik-
zadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 6). 
◊ İSTAHATDAN ÇIXMAQ –  işlənməkdən çox köhnəlmək, 
istifadəyə yararsız hala gəlmək.  –  O, şişib tuluqlanan bəbəklə-


 
 
124
rini sildi, istahatdan çıxmış şamaxısını açıb, təzədən bağladı  
(İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 12). 
◊ İSTAHAT QOYMAMAQ  – salamat yer qoymamaq. – Sən 
öl, canında istahat qoymaram  (H.Zeynaloğlu. Torpağı sanı 
yaşa. Ulduz, 1989, №4, səh. 16). 
İSVAHA  –  səliqəli.  –  Çəpərlənmiş kirpikləri isvaha bur-
nunun künclərinə dilim-dilim kölgə salmışdı  (V.Babanlı. Ömür-
lük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 79).  –  Əyriuc kiprikləri 
arasından utancaq-utancaq boylanan badamı gözləri, isvaha 
ağız-burnu, deyərdin qüdrətdən yaradılmışdı  (V. Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 43). 
İŞARMAQ  –  görünməyə, ağarmağa başlamaq.  –  Siftə unmığ 
ağardı, təhnəyə ələnən bərəkət işardı  (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 12). 
◊ İŞİNİ AŞIRMAQ  – bir işi həll etmək, yoluna qoymaq.  –  
Sən çəkil də bir qırağa, sənin işini mən aşıraram   (Ə.Mustafa-
yev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 47). 
İŞTİYAQ  –  arzu, istək.  –  Onun cürbəcür iştiyaqlarını gözü 
önünə gətirirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 76). 
İTOYNADAN  –  zarafatcıl, məzəli. –  Hardaydı bu şəhərin qa-
baqkı baməzə, itoynadan adamları?  (A.Dadaşov. Bir vedrə şor-
ba. Ulduz, 1990, №10, səh. 10). 
İYƏŞMƏK  – bax: idiləşmək.  –  İyəşməyə səbəb yoxdur  (N.Rə-
sulzadə. Ulduzlar altında. Azərb. jurnalı, 1990, №2, səh. 103). 
İYİNDİRMƏK  –  əritmək, arıqlatmaq, zəiflətmək.  –  Bu dərd 
onu iyindirib-iyindirib üzmək üzrəydi  (S.Tağırzadə. Təqib. Ul-
duz, 1989, №9, səh. 2). 
İYLİYİB-ÇUYLAMAQ   – arayıb-axtarmaq, eşib-tapmaq, öy-
rənmək. –  İyliyib-çuyluyub, bu tanrısız haradan bilib, görəsən?  
(N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 90). 
İYNƏLMƏK   –  arıqlayıb çöpə dönmək.  –  Dədəm rəhmətlik o 
vədə danışardı ki,  bir kişinin aman-zaman oğlu, kəllədə bir 


 
 
125
gözü gündən-günə iynəlirmiş, sozalırmış  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 109). 
□ İZAL OLMAQ  – rədd olub, cəhənnəm olub getmək. – İzal 
ol başımızdan sən də vaxt tapdın  (M.Cəfərli. Qəzəb. Azərb. 
jurnalı, 1992, №3-4, səh. 131). 
İZAN   –  düşüncə.  –  Qara buludlardan gələn o toy səsinin 
izanıynan döyüşə-döyüşə gəzirdi  (M.Bəkirli. Hal. Ulduz, 1990, 
№3, səh. 12). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
126
 
 –  K  –  
 
◊ KAF KEÇMƏK  – fikri başqa yerdə olmaq, dalıb getmək, ça-
şıb qalmaq.  –  Aaz, nəə kaf keçmisən, çay qoy  (F.Qoca. Kələfin 
ucu. Azərb. jurnalı, 1987, №10, səh. 107). 
KAĞAN   –  xışın və ya arabanın qolunu boyunduruğa birləş-
dirən qayış.  –  Təzə samılar, kağanlar hazırlandı  (F.Eyvazlı. 
Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 65). 
KAH  –  ağıl, tövlə.  –  Kahların, küzlərin, yataqların üstü tö-
külür  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3, səh. 31).  – Kahı, küzü çöməlib çökmüşdü  (S. Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 50). 
KAHA –  mağara. –  Yarıqaranlıqda nəhəng bir əjdahanı an-
dıran dəniz kaha ağzını açıb, sanki Paveli gəmiqarışıq udmuşdu  
(A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh. 41). 
KAH-KÜZ  –  tövlə-küz.  –  Oranın kah-küzünü düzəltməliyik  
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 31). 
KALAFARLIQ  –  kalafar bitkisinin çox olduğu yer acı, enliyarpaqlı bitki>.  –  Yolunun üstünə çıxan kalafarlıqda 
bir qədər ləngiyib ağzının dadını dəyişdi  (Əlabbas. Güdaz. 
Azərb. jurnalı, 1992, №7-8, səh. 151). 
KALAN I – çoxlu. –  Görürsən ki, birinə hər şey verir: maşın, 
qulluq, kalan pul, gül kimi arvad-uşaq, deyir yaşa özünçün  
(Y.Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, №2, səh. 29). 
KALAN II  – varlı.  –  Bu kalan dünyadır, yalan dünyadır  
(M.Misir. Şəhidlər. Azərb. jurnalı,  1991, №1, səh. 20). 
KALIŞ   – yarpaqları iti, uzun, yumşaqbuğumlu, qamışa oxşar 
bitki.  –  Arxın döşündə boy atan kalışı ləzzətlə həzm-rabedən 
keçirərdi (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh. 85).  –  Şam yeri, səhər-səhər çaybasarın xoş havası ulğun-
kalış ətri, qar-qamış yaşıllığı ovqat açır  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 20). 


 
 
127
KAL-KAL –  maymaq kimi, key-key.  –  Heç nə başa düşmür-
müş kimi şişmiş, pıçalaqlı gözlərini qıyıb, kal-kal ona baxdı  
(Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 15). 
□ KAP ELƏMƏK  –  bax: gap eləmək.  – Sənnən kap eləyir  
(Şahmar. Qoyungöz. Ulduz, 1988, №8, səh. 35). 
KARIXMAQ  – çaşmaq, çaşıb qalmaq, özünü itirmək, nə edə-
cəyini, nə deyəcəyini bilməmək. – Mənəm,  –  dedi  –  amma 
qəfil özü öz səsindən karıxdı  (Yaşar. Yuxusuz qocalar. Azərb. 
jurnalı, 1987, №11, səh. 154). 
KARRI I –  xeyli, çox. –  Maşallah karrı çırpı gətirmisən  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 27). 
KARRIII   –  1.imkanlı, varlı. 2. kara gələn.  – Karrı adamdı  
(S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 12). 
KARSALA –  gic, səfeh.  –  Bəs, əyə, a karsala, sənin kəndində, 
obanda belə bir kişi yaşayır?  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 23).  – Bu karsala heç 
olmasa, qabağa çıxmalı, günün nə gün, şərtin nə şərt olduğunu 
bilməsə də, bir xoşgəldin deməliydi  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 10). 
□ KASAD OLMAQ  – az olmaq, çatışmamaq, kifayət qədər ol-
mamaq. – Su kasad olduğundan növbə uzun çəkirdi  (M.Əliyev. 
Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 127). 
KATTA  – kəndxuda.  –  İndi “kefin kökdü” deyən katta, sağdış 
Cəmşidə padşahın bir əmrini yerinə yetirtdirə bilərdi  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 76). 
KAV DƏYİL – “sayılmayır, hesab edilmir, hesabdan deyil, düz 
deyil” mənasında işlənir. – Gəlməsə, kav dəyil  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 95). 
KEÇÖY  –  təngnəfəs.  –  Kimin atı qaysar olsa, kimin atına çər 
dəysə, kimin atının gözü naxına gətirsə, keçöy olsa, sürərdi bir-
başa Həsənin yanına  (Q.Əlismayıllı. Yelqıran.Ulduz, 1990, 
№1, səh. 11). 


 
 
128
KERTMAN   –  alaq vurmaq, torpağı yumşaltmaq üçün kənd 
təsərrüfatı aləti. –  Yoxsa üzüm bağlarında kertmanmı vurur?  
(İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 75). 
KEYBİR  –  buz.  –  Ayaqları keybir kimi soyuq döşəməyə 
toxundu  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 18). 
◊ KƏF GƏLMƏK  – kələk gəlmək, aldatmaq. –  Ə, əclaf, sənə 
göstərərəm adama kəf gəlmək necə olur  (A.Şəruri. Gecə 
əməliyyatı. Ulduz, 1987, №8, səh. 50).  – Yəni sən bizə kəf 
gəlmə  (Ş.Bağırov. Görünməz qəza. Ulduz, 1987, №2, səh. 8). 
KƏFRƏM  –  yorğan və ya döşəyin mitili.  –  Yastığı çırpıb baş 
tərəfə qoydu, yamaqlı, kəfrəm üzlü yorğanı açdı  (Ə.Əzimzadə. 
Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 5). 
KƏHİLDƏMƏK  –  ağır-ağır nəfəs almaq, çətinliklə nəfəs аl-
mаq, tövşüyürmüş kimi nəfəs almaq. – Ömrü uzunu onun-bunun 
qapısında dümələnən Əhəd bugün öz həyətində kəhildəyirdi 
(H.Zeynaloğlu. Torpağı sanı yaşa.Ulduz, 1989, №4, səh. 15). 
◊ KƏKLİYİ AZMAQ –  iştahası küsmək, yemək istəməmək. –  
Hərdən mədəsi şıltaqlıq eləyirdi, küt sancıları, qarın köplüyü, 
kəklik azmaları vardı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 25). 
KƏLƏ –  buğa.  –  Özü elə indinin özündə də kələ kimidi  (S.Sə-
xavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 12).  – Ə, bə niyə nədi, 
indi kələ tapılır?  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 
47). 
KƏLƏK  –  daşlıq, əkin-biçin sahəsində orağa, dəryaza, sonrakı 
dönəmlərdə isə traktor və kombayna mane olmasın deyə iri daş-
ların bir yerə toplandığı yer.  –  Qatırquyruğu kollarının altın-
dakı kələkdən gələn səsə döndükdə şələquyruq bir tülkünün da-
yanıb ona baxsığını gördü  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 143). 
KƏLƏKLƏMƏK  –  dilə tutmaq, and-aman eləmək. –  Daha 
nə əmanətdir, ha kələklədik, heç birimizə demədi  (İ.Əlfi. Qorxu. 
Ulduz, 1987, №1, səh. 4). 


 
 
129
KƏLƏPIR   –  öz yağında bişirilən ət.  –  Hərdən də özünün 
ürəyin kələpır istəyəcək  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 95). 
KƏLƏSƏRLİK  –  təzə əkilmiş tənəklik.  –  Arazbarın çay-
yatağı, toxmacar bağları, üzüm  –  kələsərliklər arasından düş-
müş, birbaşa Bakıdan gəlib bu yan, Naxçıvan ellərinə ötən geniş 
yolda qovhaqovla maşının banında çalxandıqca düşünmüşdü ki, 
gəyəndə bu kişini necə qarşılayacaqlar  (S.Əhmədov.Gülmalı 
kişinin axırı. Azərb, jurnalı, 1988, №3, səh. 47). 
KƏLÇƏ –  camış balası.  –  Qarnını toy kimi şişirdib fısıltı ilə 
yanı-yanı gələn buğanı görən kimi kəlçələrin hərəsi bir səmtə üz 
tutdu  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 153). 
KƏLFİR   – qoca, kaftar.  –  Kəlfir it durub, tozunu silkdi  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa.Ulduz, 1989, №4, səh. 19). 
KƏLİK I  – daş topası, daş yığını.  –  Qatırquyruğu kollarının 
altındakı kəlikdən gələn səsə döndükdə şələquyruq bir tülkünün 
dayanıb ona baxdığını gördü  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 143). 
KƏLİK II  –  dəyməmiş, yetişməmiş, kal qovun-qarpız. –  Yox-
sa sən kəliyinəcən kəliyib botanın xırmanını çıxart?      (S.Nə-
zirova. Tale damğası. Azərb. jurnalı, 1981, №7, səh. 26). 
KƏLLAYI  –  başdakı, kəllədəki.  –  Bu, məktəbin kəllayı otağı, 
direktorun, Səlim müəllimin otağıydı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 92).  –  Kitabxanası 
olan kəllayı otaqda ayaq saxladı  (Ə.Hacızadə. Dünyanı tanı. 
Azərb. jurnalı, 1989, №3, səh. 74).  –  Qara oğlan ikinci 
mərtəbəyə qalxıb kəllayı otağa çəkildi  (S.Səxavət. Qızıl teşt. 
Ulduz, 1987, №7, səh. 11). 
KƏLTƏNLİ  – qalın, kobud.  – Rəğibin nə kəltənli səsi, nə dar-
tınması köməyinə çatmadı (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 33). 
KƏLTƏNLƏŞMƏK –  bərkiyib kəsəyə dönmək.  –  Qozdu 
dəryazçıları yaz yağışlarından sıyılıb kəltənləşmiş torpaq yolla 
bərəyə yönələndə zabit onları yenidən gözdən keçirdi  


 
 
130
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 18). 
KƏMSƏR  –  axmaq.  –  Kəmsər uşağının sözünə, bəhanəsinə 
bax ha...  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, 
səh. 30). 
◊ KƏMSƏR DANIŞMAQ  –  axmaq-axmaq, gic-gic, acı-acı 
danışmaq. – Kəmsər danışma, ə, uşaq-muşaq nədi, ayağa dur  
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 114). 
KƏMSİK –  itin boynuna salınan ip, xalta.  –  Əgər boğazına 
kəmsik salsan, sürüşüb düşər  (S.Səxavət. Sanatoriya. Azərb. 
jurnalı, 1989, №3, səh. 53). 
KƏNƏF –  çətənə.  –  Mirzə Qafar ağ köynəkdə, başında həsir 
şlyapa, ayaqlarında şişburun qondara, əlində kənəf bəlimindən 
toxunmuş zənbil gedirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 50). 
KƏNGİZ   –  kökü yanacaq kimi işlədilən bitki. – Örüşlərdə 
bitən qarağan, ətirşah, yovşan, kəngiz və sirkən kimi otlar xəzan 
vurmuş kimi yanıb-yaxılmışdı (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 
1991, №3, səh. 65). 
KƏPİRLİK – gilli yer olur>.  –  Elə bu minvalla da kənarındakı iri daşların üstünə çıl-
paq uşaqların uzandığı dumduru gölün yanından keçib göy kə-
pirlikdəki bulağa çatdı (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, 
№7-8, səh.149). 
KƏRDİ  –  lək.  –  Qış ötməmişdən ləklər, kərdilər düzəltdi, 
indidən manşırladı  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, səh. 106). 
KƏRDİ-KÜLƏN  – lək, göyərti əkilən yer.  –  Nasosu işə sala-
raq, quyudan su çəkib, kərdi-küləni suvarmışdı  (H.İbrahimov. 
Qu quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 
118). 
KƏRDİYAR  –  yanaşı, yanyana.  –  Eninə qoyulmuş qırmızı 
örtüklü masanın arxasında cərgə ilə kərdiyar bir kişi, bir qadın 


 
 
131
əyləşmişdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 23). 
KƏRƏM  –  dəfə. – Gər Xəlil çayını içdi, qayqanağı ətirli 
buğda çörəyilə aşırdı, konyakı qurtum-qurtum, iki-üç kərəmə 
qurtardı, üstdən də bir çay içdi (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 39). 
KƏRƏN  – evin üstünə qoyulan tir.  –  Sak Modu düz ortada ar-
xaya qanrılıb, kərənə baxırdı (M.Süleymanlı. Səs. Azərb. jur-
nalı, 1988, №2, səh. 22).  –  Bildi ki, daha kərənin qırılan yeridi  
(V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 
27). 
KƏRƏN-KƏRƏN  –  neçə dəfə, dəfələrcə. –  Özüm öz gözlə-
rimlə kərən-kərən görmüşdüm ki, ilin bu vaxtında bax bu yolun 
sağında-solunda gölməçələrdə, qarasu duracaqlarında, ax-
mazlarda ördək-qaz sürü-sürü üzüşərdi  (B.Bayramov. Üzlü-
astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 58). 
KƏRƏNTİCİ –  dəryaz vuran .  – Qozdu kərənticiləri 
sovxozdan başqa, öz heyvanlarına da bir ağnavaz çalıb 
aparacaqdılar  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 19). 
KƏRƏSKƏ – tövlədə və ya damda quzular üçün düzəldilmiş 
yer.  –  Qamış çəpərli kərəskələrin yırtıq-deşiyi uzaqdan 
görünürdü  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh. 106). 
KƏRMƏ  – bax: gərmə.  –  Evin qarşısında kərmə tüstülənirdi  
(E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 1990, 
№2, səh. 140). 
KƏRMƏÇARX  –  fələyin çarxı.  –  Həyat deyilən bu kərmə-
çarxda nə vaxtdan fırlandığını da unutmusan  (S.Nəzirova. 
Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 63). 
KƏRTDƏŞ  – qabığı çatlaq.  –  Bundan bir az anrıda  bitən qa-
ra kərtdəş gövdəli, alça çiçəyi kimi ağappaq libaslı armud ağa-
cının altında dizə çıxmış yamyaşıl otun içində gizlədib qayıtdı 


 
 
132
evinə (Ə.Mustafayev. İçindən asılmış adam.  Ulduz, 1989, №2, 
səh. 18). 
KƏRVƏ –  haqq, pul.  –  Kərvəsinin hamısını özünə verəcəyəm  
(V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh. 17). 
KƏSƏMƏT  –  təqaüd.  –  Deyirdilər “Azz, hökümətin Zöhrəyə 
bir dönəmlik  verdiyi beş-altı yüznən, aylıq kəsəmətnən belə 
görkəzməlik eləmək olmaz”  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 103). 
KƏTƏ –  göy qutabı.  – Bizim tərəflərdə yaxşı göy kətəsi də olur  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 11). 
KƏTƏMƏZ – yeni doğmuş heyvanın ilk südündən bişirilmiş 
yemək.  –  Baharda  –  döl vədəsində Mürsələ suluq tutardı, də-
ləmə kəsərdi, kətəməz bişirərdi  (N.Qənbər. Başsız meyit. Azərb. 
jurnalı, 1989, №6, səh. 166).  – Dön bax,  –  dedi, yan-yörəmizə, 
yaşamalı dünyadı, dağ mehi, səhər şehi, bulama, kətəməz, 
tecana yığılan kərə yağ, dağların min cür məlhəmi ətirli otlar   –  
dünya görmüş loğmanlar istəyir baş aça sirrindən-sehrindən  
(İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 22). 
KƏTMƏN –  alaq vurmaq, torpağı yumşaltmaq üçün kənd 
təsərrüfatı aləti.  –  Ələm tövlədən çıxanda İnnab çiynində 
kətmən həyətə girdi  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 9). 
KILIF  –  divar və ya hasarın altından keçən su yolu.  –  Palaza 
sərilmiş taxıl hövsənirdi, car-cahazı boşalmış dəyirman kılıfın-
dan püskürən axar buğda unuyla qarışıq gəlirdi  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 14). 
KIRTIZDANMAQ   –  üzü bərkimək, çaylaq daşına dönmək, 
sürtülmək.  –  Üzün o qədər kırtızdanıb ki, vallah-billah, söz də 
kar eləmir   (B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 33). 
KİCİMƏK  –  sataşmaq, öcəşmək.  –  Bu gecə Köçəri ovqatın-
dan özü də baş aça bilmirdi, kiməsə kicimək, cavab qaytarmaq 
üçün bəhanə gəzirdi  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. 
Azərb. jurnalı, 1988, №5, səh. 47). 


 
 
133
KİPKİRMİŞ –  sakitcə, dinməz-söyləməz, sakitcə.  – Kimdənsə 
əmr almış kimi kipkirmiş qırağa çəkildilər  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 91) 
KİRDAR   –  səbir, hösvələ. –  Dünya sanki onun buraya 
yetişəcəyi anda alt-üst olacaq, bir elə zəlzələ-vəlvələ qopacaqdı, 
bu üç kişinin heç birinin tablamağa kirdarı çatmayacaqdı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 37). 
KİRDARSIZ  –  aciz-aciz. – Ağabəy Ağayev kirdarsız baxırdı 
arvadına  (T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, səh. 15). 
KİRİMƏK   – susmaq. –  Danışma, ay anam, danışma, kiri  
(B.Vahabzadə. Nağıl-həyat. Azərb. jurnalı, 1990, №1, səh. 4). 
KİRİMİŞCƏ  –  bax: kipkirmiş.  –  Bayaqdan böyüklərin cəh-
linə ədəb naminə kirimişcə qulaq asan Fərid, deyəsən daha dözə 
bilmədi  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 37). 
□ KİRİNC OLMAQ  –  yorulmaq.  –  Yuliya Barisovnanın 
yaşıl gözləri kirinc olmuşdu  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 
1990, № 12, səh. 51). 
KİRMİŞ-KİRMİŞ –  bax: kipkirmiş.  –  Xeyli susub, kirmiş-
kirmiş dedi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 29). 
KİRMİŞLİK   –  sakitlik, susqunluq. –  Məleykə tərəfdə kir-
mişlikdi  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 7). 
KİR-PASAX  –  çirk, his-pas.  –  Bu sərin arxda İmaməlinin 
şəyirdi, əmələsi Səfərəlinin başmaqlarını çıxarıb, dabanını 
dabanına sürtüb, pəncələrinin qartmağını təmizləməyi də ələlbət  
bir yüngüllləşmə, kir-pasaxdan qurtulub, asudələşmə əlaməti idi  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 68). 
KİRS  –  bərkimiş qar yığını.  –  Uzun dərələrdə uzanan qar 
kirslərinin şaxtası bədənimə dolmuşdu  (Ə.Əzimzadə. Arandan 
gələn adam. Ulduz, 1988, №3, səh. 16). 
KİRTİK-KİRTİK   – az-az, qram-qram.  –  Tay-tay taxılın 
dənlikdən aramla enərək, zırı daşların arasında əzilib, un-urva 


 
 
134
hopmuş əsgi ağızlıqdan kirtik-kirtik ələnməyini görən deməzdi 
ki, bu tərpənişlə çatdırmaq olarmış  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 9). 
KİRZ  – meşin.  –  Tapanca açıldımı, qundaq tappıldadımı, elə 
bil kirz çəkməli əsgər dabanlarını bir-birinə çırpıb, durdu  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 91). 
KOLPANCA –  qollu-budaqlı, şaxəli.  –  Birdən kolpanca bir 
ağac başından havaya millənən bir quş, guya bu meşə dənizi 
içindən quşların bu qarmaqarışıq topalığına atılmış bir sapand 
daşı idi  (Ş.Həsənoğlu. Günəş ardınca. Azərb. jurnalı, 1991, №5, 
səh. 81). 
 
KOM – topa. – Arvadların komundan bir nisgilli arzu qopdu  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 24). 
KOMBAL   – böyük kəkic.  –  Kombal çəkib, Muradın üstünə 
şuğuyanda zootexnik bərəyə qaçırdı  (E.Əlləzoğlu. Dana əh-
valatı. Azərb. jurnalı, 1992, №11-12, səh. 124). 
KOMBUL –  bax: kombal.  –  Kombulu zindana endirəndə zin-
danın bağrı yarılırdı  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. 
jurnalı, 1989, №11, səh. 28). 
KORA   –  mismar.  –  Atı nalladanda kora atın ayağını zə-
dələyibmiş  (E.Əlləzoğlu. Dana əhvalatı. Azərb. jurnalı, 1992, 
№11-12, səh. 123).  –  Mazan gördü Zöhrənin gözləri kəlbətinə 
dönüb, onun bəbəklərindən koraları çəkəcək  (İ.Qarayev. Bir 
kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 97). 
KORŞALMAQ I –  kəsərdən düşmək, kəsəri olmamaq. –  Qo-
hum olanda qanun korşalmalıdı?  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 29). 
KORŞALMAQ II – kütləşmək.  –  Qazmasının ağzı yaman 
korşalıb  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 6). 
KORŞUTMAQ –  məc.mənada: öldürmək.  –  Aclığımızı, su-
suzluğumuzu bir az korşudub, ordan-burdan söhbət eləyə-eləyə 


 
 
135
İncini gözləyərik  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 78). 
KOV DEYİL –  bax: kav dəyil.  –  Yox, kov deyil  (S.Aran. 
Təmizlik kağızı. Ulduz, 1991, №9-10, səh. 93). 
KÖHÜL  –  mağara.  –  Bu mövsümün meyvəsini sənəkdə, kö-
hülün dibində, daha hansı gizlincdə saxlayan adam, əlbəttə, el-
obanın gözündə ən yaranışlı insandı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 44). 
KÖMƏŞDİRMƏK  –  dondurmaq, keyləşdirmək.  –  Amma bu 
zəhrimar qızdırma əl-ayağımı yaman köməşdirib  (F.Eyvazlı. 
Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 15). 
KÖMLƏK –  köynək.  –  Odur ki, bu sözün Gər Xəlilin 
ağzından çıxmağıyla Çarxçıoğlu boz kətan kömləyinin qəzil 
çatını əllərində sahmanlayıb gözdən keçirdi  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41). 
KÖNTÖY – kobud, nahamvar. – Padşah əvəzi Gər Xəlil, vəzir-
vəkil gözlərini su basmış köntöy daşlara dikib baxdılar  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 10). 
KÖRƏMƏZ  –  qatıqla çiysüdün qarışığından düzəldilən 
sərinləşdirici içki. –  Cəbi, heç körəməz içibsənmi?  (A. Qəhrə-
manov. Borc. Ulduz, 1991, №8, səh. 41). 
KÖŞƏ  –  qaytan.  –  Bəlkə heç çarığının bağını açıb-bağlayıb, 
bu dəfə köşələrini bərkidən Mürşüd, nə də eşmənin kötüyünü 
közərdən Cəmşid onun düşündüyünü düşünmürdü  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41).  – 
Çarığımın köşəsini bərkitdim  (N.Qənbər. Babamın son nağılı. 
Ulduz, 1988, №12, səh. 18). 
□ KÖVNƏM-KÖVNƏM OLMAQ –  göynəmək, sız-sız sızla-
maq, mütəəssir olmaq, parça-parça olmaq.  –  Yuxulu, mürgülü, 
yorğun gözlər bir anın içindəcə nəmçidi, xısın-xısın ağladılar, 
onların içində hamıdan çox ürəyi qıyma-qıyma doğranıb, köv-
nəm-kövnəm olan qaraxallı qız idi, qorun-qorun yanırdı  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh.19). 


 
 
136
KÖZƏLƏMƏK  –  tikmək.  –  Çöldən qayıdan kimi ev işlərinə 
girişirdi: tələm-tələsik xörək bişirirdi, cırıq-sökük közələyirdi  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, № 1, səh. 9). 
KUNFAKUN   – yerlə yeksan olmaq, məhv olmaq, dağılmaq, 
alt-üst olmaq, darmadağın olmaq. –  Elə o gün Gəncə yolunda 
da içi sərnişinlə dolu bir avtobus bombadan kunfakun olub  
(N.Mirzəxanlı. Axirət dünyası. Azərb. jurnalı, 1991, №9-10, 
səh. 176). 
KÜDRİ I  –  təpəlik.  –  Otun, yovşanın, yulğunun ətri böyük 
küdri düzə yayılırdı  (Ç.Ələkbərzadə. Gecə quşları. Ulduz, 1989, 
№7, səh. 46). 
KÜDRÜ II  –  quru, su çıxmayan yer.  –  Sonra arxın küdrüsünə 
çıxdı  (A.Qəhrəmanov. Bulaq suyu. Ulduz, 1988, №5, səh. 14). 
KÜHƏN  – hörgüc.  –  Eləcə də iki tay yükü Cəmşid öz qapısına 
çəkdirib, dəvənin kühənindən necə düşürmüşdüsə, insan da 
həmin yük onun öz belindən götürülmüş təki qamətini düzəldib, 
dərindən nəfəs dərir (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 66). 
KÜK – kürt . – Rəğibi orada qoyub, hər üçü bayaq 
buradan keçib gedən Kamıyev dəstəsinin həmrəyliyilə üz 
qoydular qəsəbənin gödərək küçələyriylə aşağı, altında bir elin 
kölgələnəcəyi, kük toyuq təki qol-qanad açıb, balalarını 
ovunduran çinara doğru  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 35). 
KÜLAFİRƏNGİ  – adətən bağlarda qurulan hər tərəfi açıq hün-
dür eyvan. –  Aynurla Sədaqət əyinlərində cins şalvar, qolsuz 
kofta səs-küylə bərkdən gülərək daxil olub, külafirəngiyə çıxırlar 
(İ.Əfəndiyev. Billur sarayda. Azərb. jurnalı, 1987, №8, səh. 69).  
–  Külafirəngidə kişilər nərd oynayırdılar  (M.Niyarlı.Yola 
dikilən gözlər. Azərb. jurnalı, 1991, №2, səh. 94). 
KÜLLƏMƏK  –  yerbəyer etmək, satıb başından eləmək, rədd 
eləmək. –  Qoyunu elə o payız Borçalıda bir yerdən külləmişdi  
(E.Əlləzoğlu. Dana əhvalatı. Azərb. jurnalı, 1992, №11-12, səh. 
119). 


 
 
137
KÜLLƏNMƏK  –  avaralanmaq, boş-boşuna, bekar-bekar, 
avara-avaragəzmək.  –  Otuz il gedib haradasa küllənmişdi  
(S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 3). 
KÜMÇÜ  –  barama qurdu bəsləyən .  –  Bolluca bara-
ma becərən Arazbar kümçülərinin əli-qolu son illərdə soyumuş-
du  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 58).  – Kümçülər hər gün kisə-kisə barama, pambıqçılar 
araba-araba pambıq gətirirdilər bura  (İ.Məlikzadə. Qırmızı 
şeytan. Azərb. jurnalı, 1992, №9-10, səh. 14). 
KÜMƏ  –  koma.  –  Onlarin artıq meydanda olduğunu o, bəlkə 
yamacın başındakı küməsindən görmüş, bələdləmişdi  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 32). 
KÜLƏ PAPAQ  – qıvrım tüklü dəridən tikilmiş papaq.  –  
Əmlik dərisindən özününcə tikdiyi külə papağını başında 
rahatladı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 63). 
KÜNƏ –  küt.  –  Stullarda Cəlal Bilaloviçin özündən qat-qat 
künə görünən, vaxtı ilə bu yerləri tutanların adına ləkə olan 
komissiya üzvləri oturmuşdu  (S.Tağızadə. Təqib. Ulduz, 1989, 
№9, səh. 14). 
KÜNKÜR –  beldə əmələ gələn qoz.  –  Dümbəki az qala iki 
kürəyi arasındakı künkürünə birləşən mamaça qarı həyətə daxil 
olub, yan-yörəyə göz gəzdirdi  (Y.Həsənbəy. Adi suyun şəfası. 
Ulduz, 1991, №9-10, səh. 74). 
KÜPƏLƏMƏK   – iş kəsmək, iş vermək, cəza kəsilmək, 
arxasından dəymək.  –  Beşcə il küpələdilər, getdi  (N.Qənbər. 
Babamın son nağılı. Ulduz, 1988, №12, səh. 27).                                 
KÜRƏ I  –  uzun qulaqlı qoyun.  –  Bu il kürə qoyunun quzusu-
nu damazlıq saxlarıq  (Q.Əlismayıllı. Yelqıran.  Ulduz, 1990, 
№1, səh.13). 
KÜRƏ II –  böyük soba, yer manqalı. –  Imaməli yenicə qalan-
mış kürənin bəri böyründə Səfərəliylə qabaq-qabağa oturmuşdu 
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 35). 


 
 
138
KÜRLÜK  – tərslik, inadkarlıq, qabalıq, kobudluq. – Yumşaq 
görkəmində sərtlik, kürlük yoxdu  (A.Həsənli. Tülkü. Azərb. 
jurnalı, 1990, №11, səh. 134). 
□ KÜRLÜK ETMƏK // KÜRRÜY ELƏMƏK  – şıltaqlıq et-
mək, hay-küy salmaq, nadinclik etmək.  –  Nənəm hələ də kürlük 
edəndə məni onunla yanayırdı  (E.Əlləzoğlu. Gününüz kösöyə 
dönsün. Azərb. jurnalı, 1990, №2, səh. 142).  – Nənəyin kürrü-
yünü eləyir  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12, 
səh. 29). 
KÜRMƏK  – düyün.  –  Əlindəki kəndiri boğazına atıb, kürmək 
bağladı  (Q.Əlismayıllı. Yelqıran.Ulduz, 1990, №1, səh. 13). 
KÜRNƏK   – bir yerə toplaşma, yığışma. –  Bir-birilərindən 
ayrıldılar ki, onları kürnək görüb, şübhəyə düşməsinlər  (T.Hü-
seynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, 
səh. 45) . 
KÜRÜMƏK I  –  başdan eləmək. –  Kənddə yaman işim var, 
istəyirəm başımdan dərhal kürüyüb qayıdım  (S.Azəri. Sonsuz-
luq. Azərb jurnalı, 1990, №11, səh. 35). 
KÜRÜMƏK II  – rədd eləmək, qovmaq, çıxarmaq.  – Sən 
Nəzəri buradan kürümək istəyirsən?  (Ə.Hacızadə. Dünyanı 
tanı. Azərb. jurnalı, 1989, №3, səh. 74). 
KÜSƏNDIRMƏK  –  küsdürmək, incik salmaq. –  Sənin bu 
hövsələsizliyin, doğrusu ki, küsəndirir məni səndən  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 28). 
KÜSƏNMƏK I  – umub-küsmək, kömək gözləmək.  –  İş dara 
düşəndə hamı sənə küsənir  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 
1991, №3, səh. 63). 
KÜSƏNMƏK II  –  narazılıq etmək, şikayətlənmək, gileylən-
mək, giley-güzar etmək.  – Qarı yanıqlı-yanıqlı ah çəkdi, taleyi-
nə küsəndi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 62). 
◊ KÜŞTÜ TUTMAQ  –  güləşmək, qurşaq tutmaq.  –  Kimi 
küştü tutur, kimi rəqs edir  (Balasadıq. Narahat ruhlar. Azərb. 
jurnalı, 1991, №3, səh. 66).  


 
 
139
□ KÜTAH ELƏMƏK  –  qurtarmaq, bitirmək, başa vurmaq.  –  
Istəyirəm müharibə paltarını geyim əynimə, tüfəng alıb əlimə, 
gedim vuruşmağa, kütah eləyək, üzüldü ki, canımız  (N.Mirzə-
xanlı. Axirət dünyası. Azərb. jurnalı, 1991, №9-10, səh. 176). 
◊ KÜTÜ KƏSILMƏK –  söz-söhbəti kəsilmək, sözü-sovu bit-
mək.  –  Axı onların burda qalmağıyla Murtuzun, altdakı qonşu-
nun kütü kəsilmişdi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, 
səh. 25). 
KÜTÜL –  bax: güdül.  –  İndiyə qədər gəzib-dolandığım yerlər 
yalanmış, bir kütül kötüyün üstündə oturub qalmağım gerçək  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1981, №7, səh.33). 
KÜTÜR-KÜTÜR   – çoxlu, yığın-yığın, hədsiz.  –  İnsanların 
özləri kütür-kütür əzraillər düzəldirlər  (M.Bəkirli. Şeytan 
küpəsi. Ulduz, 1990, №3, səh.8). 
KÜYƏN   –  hörgüc.  –  Adətən dəvə küyəni kimi ətli, qabarıq 
boynu indi büzülüb, yumağa dönmüşdü  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 80). 
KÜYÜKMƏK  –  hürkmək.  –  Traktorların, buldozerlərin 
harayından küyüküb, adamların üstünə düşmüşdü  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 21). 
KÜYÜL  –  sürü, dəstə.  –  Axşamdan çırpınıb-çırpınıb, suda da 
qurudakı kimi təngnəfəs olmuş balıq küyülü bir andaca nizama 
düzülüb dənizin dərin qatlarına endilər  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 48). 
KÜYÜLLƏNMƏK  –  sürü halına gəlmək, sürü-sürü toplan-
maq, sürü halında toplanmaq .  –  Mənimki 
küyülləndi, lıxçımdı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 36). 
KÜYÜMƏK  –  qorxmaq, ürkmək.  –  Elə bil o nədənsə küyü-
müşdü  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 143). 
KÜZ –  quzuların salındığı üstü örtülü yer.  –  Kahların, küzlə-
rin, yataqların üstü tökülür  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 31). 


 
 
140
KÜZÇÜ –  əkin yerini hissələrə bölmək üçün şırım açan 
. –  Kahçı, küzçü  – hamı çöməlib çökmüşdü  (S.Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 50). 
KÜZƏM  –  yun.  –  Dəvə karlı dəvə idi, nərdi, köksündən, 
dizlərinin gözündən buruq-buruq küzəm saçaqlanmışdı  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 58). 
KÜZÜ  –  quzu saxlanılan yer.  –  Sən nə bilirsən alaçıq nədi, 
küzü nədi, örüş nədi  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 18). 
 
 
 
 
 


 
 
141
 –  Q  –  
 
QABARMAQ   – cavab, söz qaytarmaq, üzə ağ olmaq. – 
Dəfələrlə istəmişdi ki, o da qabarsın  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 86). 
QABQARMAQ I – yığmaq, qablaşdırmaq. – Tapşırdıqlarını 
qabqardım  (M.Bəkirli. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10, 
səh. 102).  – Əl-ayaq şeyləri xurcunlara qabqarıldı  (F.Eyvazlı. 
Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 65).  –  Özünüz də yığışın, 
tüfəngləri qabqarın, ov bitdi  (S.Azəri. Sonsuzluq. Azərb. 
jurnalı, 1990, №11, səh. 23). 
QABQARMAQ II –  yükləmək.  –  Ömrə löyün-löyün qəm 
qabqarırsan   (T.Nəzərli. Qoca bağbanın xəstəliyi. Azərb. 
jurnalı, 1991, №5, səh. 78). 
QACITMAQ   – dartmaq, qurutmaq.  –  Sonra cəld məktubu 
onun əlindən qaparaq, özünü gülünc bir təşəxxüslə qacıdıb, əla-
və etdi  (N.Hüseynzadə. Şəbinin Günabad sərgüzəşti. Ulduz, 
1990, №1, səh. 28). 
QADAQ   – qıfıl. –  Ağzinin qadağı boş adama oxşayır 
(N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 72). 
◊ QADAQ VURMAQ – qıfıl vurmaq.  –  Elə bil dilimə qadaq 
vurmuşdilar  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 
1989, №11, səh. 58). 
QAFA  –  baş, kəllə.  –  Çağlayan axarın sərini paxırı çıxmış 
qafasını sərinlətdi, beyni ayazıdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, № 5, səh. 21). 
QAĞA  –  qardaş.  –  Qağa, mən traktorçuyam  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 10). 
QAJ  – taxıl və ya pambıq sahələrinə çəkilən kiçik arx.  –  Sağ 
əldəki su qajı və cığır kimi istifadə etdiyi yerinin uzunu boyu 
uzanan çökəklikdə yerin ayağına doğru gedə-gedə siqaret 
yandırdı  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, 
səh. 9). 


 
 
142
QALLACLIQ  – əliaçıqlıq, səxavətlilik, comərdlik.  –  Bu yer-
də hökm verən, qayda qoyan başçının qallaclığı onda görünərdi 
ki, el-obanı birgün büsbütün susqunluq içində saxlamış yasaq-
dan sonra bir şux, könül açan əyləncəyə keçsinlər  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 21). 
□ QAL OLMAQ  –  qalmaq, oturmaq. –  Daş qayaya rast gəl-
diyindən fikrindən daşınıb, evində qal olmuşdu  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 48). 
QALPAN –  yekə.  – Dodaqları aralandı, onun qalpan dişləri 
göründü  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 7). 
QAM –  xam, naşı.  –  A qam, at  –  dedi  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 101). 
QAMARĞALAMAQ   – mühasirəyə almaq, əhatə etmək.  –  
Bizi hər tərəfdən qamarğaladılar (F.Eyvazlı. Düyünlü günlər. 
Ulduz, 1989, №8, səh. 14). 
QAMARLAMAQ  – birdənbirə, qəfildən yaxalamaq, tutmaq, 
götürmək. – Düş bunu qamarla bas maşına  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 40). 
◊ QAMAŞIĞI AÇILMAQ  –  qaş-qabağı, eyni açılmaq.  –  Qarı 
qamaşdı, oğlanın qırımını sonradan başa düşüb, qamaşığı açıldı  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 63). 
QAMAŞMAQ –  üz-gözünü turşutmaq, qaş-qabağını tökmək. – Qarı 
qamaşdı, oğlanın qırımını sonradan başa düşüb, qamaşığı açıldı  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 63). 
QAPALAQ   – qarğı və ya qamışdan hörülmüş qapı.  –  Nə 
bunlardan qoyun ağılına qapalaq çıxar  (B.Bərdəli. Bürkü. 
Azərb. jurnalı, 1991, №5, səh. 63).  – Birini qapalaq yerinə, o 
birilərini də çəpərə yerinə düzərsən  (B.Bərdəli. Bürkü. Azərb. 
jurnalı, 1991, №5, səh. 63). 
QAPSIMAQ  – qapıb götürmək, tez qapmaq. –  Elə belə bazburutlu 
olduğum üçün də qohumlarım tezcə qapsıyıb götürdülər 
(Ş.Həsənoğlu.Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 62). 
QARABADDAX  –  kifir, çirkin, qara-çirkin, neybət.  –  Bu 


 
 
143
qarabaddaq sizdə işləyir?  (Ə.Babayeva. Rəngbərəng adamlar. 
Azərb. jurnalı, 1989, №1, səh. 10). 
QARABAĞINA   – qarasına, əl havasına.  –  Qarabağına tez 
qazı söndürüb, pəncərəni açdım  (R.Tağızadə. Vahid Əsədovun 
ölümü. Ulduz, 1991, №7, səh. 18). 
QARAÇUXA  – bəxt, tale, şans. –  Nə bəndə günahkar, nə də 
ki, xalıq; Yatan qaraçuxam, haqdır ki, yatır  (Z.Qaratorpaq. 
Xəncər. Ulduz, 1989, №1,  səh. 47). 
QARADABAN  –  uğursuz.  –  Ürəyindən belə bir qaradaban 
duyğu keçdisə də, onu açıb ağartmadı  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 36). 
QARAQAPAQ  –  samovarın odunu söndürmək üçün bacasının 
üstünə qoyulan dəmir əşya.  –  Qaraqapağını basıb bu sovxanı 
söndürə bilmirsən  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, 
№9-10, səh. 72). 
QARA-QARIXIQ  –  təngənəfəs, tələsik, qaça-qaça.  –  Bir də 
gördüm ki, dağalın gədəsi özünü qara-qarıxıq yetirdi  (İ.İs-
mayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 86). 
QARALANMAQ – adı qaralanmaq, qara dəftərə düşmək, adı 
haqq-nahaq pisliyə çəkilmək.  –  Sirik səmtdə, o üz Alyanlı 
meşələrində çarpışmada basılmış düşmən sinfin salamat qalmış 
adamları daldalara çəkilib, oradan marıtmağa başladıqda, 
onların sığındığı dağlar, meşələr, hətta su içdikləri bulaqlar, 
kəhrizlər də yağılar məskəni, qaçaq-quldur oylağı təki 
qaralanmışdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 46). 
QARAMAT I  – xəyalət.  – O, deyinti dolu səslə pıqqıldaya-
pıqqıldaya qaramat tək əyləşir  (Şahmar. Qoyungöz. Ulduz, 
1988, №8, səh. 34). 
QARAMAT II  –  qəmli, qüssə, kədər, bədbinlik dolu. – 
Hatəmxan bunumu güdürdü, yoxsa qaramat xosmada laldinməz 
davranmağa elə alışmışdı ki, oyun şərti heç onun eyninə 
gəlmirdi? (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 14).  –  Bu axşam süfrə başında olmayanların 


 
 
144
çoxunu qaramat yuxusundan oyatmışdı  (Ə.Babayeva. 
Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 37). 
◊ QARAMAT ATMAQ  – kül vermək. – Əllərini qoşalayıb 
arxalarınca qaramat atdı  (V.Nəsib. Köhnə hamam içində. 
Azərb. jurnalı, 1987, №6, səh. 38). 
◊ QARAMAT ÇEVIRMƏK –  bax: qaramat atmaq. – Şehli 
kişiyə qaramat çevirdi  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 3). 
QARANOY – dost, yaxın, ən yaxın sirdaş, ən yaxın adam. – 
Qaranoyları hamısı həmin əhvalatı, demək olar ki, acqarına yüz 
dəfə eşitmişdilər  (V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, 
s. 8).  – Domino oynamağa gələn qaranoylara, tezcə xəbər ver-
məyə getdi  (V.Nəsib. Miriş, sağdiş, solduş. Ulduz, 1988, №11, 
səh. 7). 
QARASU   – arxdan və ya artezian quyusundan gələn su.  –  
Özüm öz gözlərimlə kərən-kərən görmüşdüm ki, ilin bu vaxtında 
bax bu yolun sağında-solunda gölməçələrdə, qarasu duracaqla-
rında, axmazlarda ördək-qaz sürü-sürü üzüşərdı  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 58). 
◊ QARA TANIMAQ  –  oxuyub-yazmağı bacarmaq. – Qara 
tanımağa bizi şirnikdirməkdən ötürü belə-belə zadlardan çox 
danışardı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 63). 
□ QARAT OLMAQ  – heç olmaq, talan olmaq. –  Eh, ay qızım, 
mənim ömrüm dava vaxtı qarat olub  (M.Əliyev. Xatirə. Azərb. 
jurnalı, 1987, №8, səh. 117). 
QARĞAŞA I –  ağırlıq, yük, əziyyət.  – Dağların qarğaşasını 
elat, elatın dərd-sərini dağlar çəkirdi  (İ.İsmayılov. Əzrayıl. 
Ulduz, 1989, №1, səh. 21).  –  Evin bütün qarğaşası bu üç bacı-
nın, əzab-əziyyəti nənəmin üstünə düşüb  (N.Qənbər. Babamın 
son nağılı. Ulduz, 1988, №12, səh. 16). 
QARĞAŞA II  –  anarxiya.  – İdman oyunu başlayandan bura-
dək başvermiş, ŞKM-də törənmiş bütün “yüngülləşmə” qar-
ğaşası Gər Xəlilin Mürşüdə və onun sağdışı Cəmşidə büsbütün 


 
 
145
ayandı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 72). 
QARINXORLUQ   – qarınqululuq, acgözlük, görməmişlik. – 
Adamları qonaqpərvər görüb, qarınxorluğa başlamışdıq  
(N.Mirzəxanov. Təmiz hava. Azərb. jurnalı, 1987, №9, səh. 
116). 
◊ QARIN OTARMAQ  –  qarnını onun-bunun qapısında, orda-
burda, onun-bunun hesabına doyurmaq. – Onun-bunun çörəyi ilə 
qarın otarmaq lap adətə çevrilmişdi  (N.Mirzəxanov. Təmiz 
hava. Azərb. jurnalı, 1987, №9, səh. 116) 
QARPINMAQ   –  sülənmək.  –  Türk görəndə tülkü kimi 
qırpınıb; Ac olanda sucağımda qarpınıb  (M.Şükür Məchul. 
Düşübdü. Ulduz, 1991, №3, səh. 31). 
QARPMAQ  –  qapmaq, cəld götürmək. –   Işdi əlinə düşsə, on-
da əsgər o almanı elə qarpır, elə dişinə çəkirdi ki, elə bil bir 
dilsiz-ağızsız ağacın yetirdiyi,  büsbütün qorxusuz tamı dadmır, 
bomba, qumbara yeyirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 45). 
QARTALMAQ   –  bərkimək.  –  Baxdılar ki, onları suya 
gətirən atlar qartalıb taxtaya döndülər  (İ.İsmayılov. Əzrayıl. 
Ulduz, 1989, №1, səh. 15). 
QARTANLIQ –  paya, dayaq.  –  Çürük qaratikan çəpərlərinin 
çürüyən qartanlığı əzik-əzik olub, dağılıb  (İ.İsmayılov. Ocaq 
daşı. Ulduz, 1991, №4, səh. 90). 
QARTDANMAQ   – qaşınmaq.  –  Qızıl inəyin axşam-səhər 
qartdandığı bir parça çala yeri də çox görmüşdülər  (B.Bərdəli. 
Bürkü. Azərb. jurnalı, 1991, №5, səh. 54). 
QAŞBƏND  –  baş örtüyünün altından alına bağlanan ləçək.  –  
Zərifə xanım qaşbəndini açıb, tərini sildi  (Q.Xəlilov. İsfahan 
halvası. Ulduz, 1990, №1, səh. 25). 
◊ QATIXLAŞA DÖNMƏK  –  əzik-üzük olmaq. – Oğlanın üz-
gözü qatıxlaşa dönmüşdü  (N.Rəsulzadə. Ulduzlar altında. 
Azərb. jurnalı, 1990, №2, səh. 75). 


 
 
146
QATIQ EYMƏSI –  keçi, qoyun dərisindən pendir, şor, qatıq 
yığmaq üçün qazırlanmış dəri.  –  Mazan bağı boşaldıqca köpə-
ciyi yavaş-yavaş yatan qıcqırmış qatıq eyməsinə dönəndən sonra 
o kişi onu yenə “bərkə” çəkmişdi  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 124). 
QATMA  –  keçmişdə varlı, vəzifəli şəxslərin və ya hərbçilərin 
bellərinə bağladıqları qızılı və sarı saplarla hörülmüş şərid.  –  
Belinə bir qatma bağlamışdı, qotazları cüt sallanıb yırğalanırdı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh.  32). 
QATMA  –  balaca ot tayası.  –  Kimin bir qatmasına göz dikmiş-
dik biz?  (B.Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, №5, səh. 74). 
QAVLAMA  –  ağzı qapaqlı mis qab.  –  İki dana, iki düyə, bir 
də artıq qurutmaqda olan, gündə bir qavlamadan artıq süd 
verməyən inəyi vardı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 78). 
QAYIM  – möhkəm.  –  Qorxunun tabut mıxları nə qayımmış!  
(R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, səh. 16). 
◊ QAYIM KƏSMƏK – kökündən baltalamaq, kökündən 
vurmaq.  –  Zöhrab asta basıb, qayım kəsdi  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 70). 
QAYIMLAŞMAQ  –  möhkəmlənmək.  –  Ailə təzəcə qayım-
laşdığı vaxtda Gülnarənin heç kəsə bir söz demədən uzaq yola 
çıxması könlünü açmırdı  (Ş.Süleymanov. Qisas. Ulduz,1988, 
№4, səh. 3). 
QAYIŞBALDIR  –  zirək, qocaq.  –  Südəcər doğulmuş üç qa-
yışbaldır oğlu və bir dilotu yemiş qızı vardı  (V.Babanlı. Ömür-
lük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 26). 
QAVSAMAQ   –  çəkib almaq.  –  Nəyi var qavsıyıb alarlar 
əlindən  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 53). 
QAYSAR OLMAQ – soyuqlamaq, ciyərlərinə soyuq dəymək 
.  – Kimin atı qaysar olsa, kimin atına çər dəysə, 
kimin atının gözü naxına gətirsə, keçöy olsa, sürərdi birbaşa 


 
 
147
Həsənin yanına  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, №1, 
səh. 11). 
QAYSAVA – yağda bişirilmiş qaysı və kişmiş.  –  İtin axmaq-
lığıdır, qaysavadan pay umar   (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 48). 
QAZI  –  lovğa, ədalı.  –  Qazı səsin üstündən bir yapışqan səs  
(R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, səh. 11). 
◊ QAZINI ALMAQ  – yerində oturtmaq, dərsini vermək.  –  
Sən öləsən Fantazın qazını elə alıb ki, əməlli-başlı muma döndə-
rib  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 
154). 
QAZMA  –  külüng.  –  Qazmasının ağzı yaman korşalıb  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 6). 
QAZNAĞ  – yarğan.  –  Bəbir hələ evdən çıxanda bu qaznağı 
bəlləmişdi  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. 
jurnalı, 1991, №4, səh. 40). 
QƏBİH  –  səhv, qəbahətli. – Bundan sonra şüurlu və ya yarım-
şüurlu bir halda qəsdən, ya da bəlkə yarımqəsdən bir qəbih iş gö-
rür  (Anar. İztirabın vicdanı. Azərb. jurnalı, 1989, №4, səh. 41). 
QƏDƏH  –  pambıqdan toxunma sadə və ucuz parça, tünd göy 
rəngə boyanmış bez.  – Mürsəl kişi mıxdan asılmış qədəh pen-
cəyinin cibindən bir siqaret çıxarıb, alışdırdı  (A.Dadaşov. Ce-
viz ağacı. Azərb. jurnalı, 1992, №5-6, səh. 132). 
QƏHMƏR  –  arxa, dayaq.  –  Rahatlıqla nəfəs alıb, özünə qəh-
mər tapmış kimi tələsik qonşusuna döndü  (Ə.Həsənov. Bağ evi. 
Ulduz, 1988, №6, səh. 14). 
◊ QƏHMƏRLİK  GÖSTƏRMƏK – qahmar çıxmaq, tərəfində 
olmaq, tərəfini tutmaq, arxa durmaq.  –  Başqa sözlə, o Şura hö-
kumətinin düşmənlərinə qəhmərlik göstərmişdi  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 53). 
QƏQƏNİ I – avam, heç nədən başı çıxmayan . –  
Allahın bir fağır qəqənisi də yeri gələndə pələngə dönərmiş  
(V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, səh. 9). 


 
 
148
QƏQƏNİ II –  kaftar.  –  Ay səni qax kimi qurumuş qoca qəqəni  
(V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 29). 
QƏLBİDƏN – ucadan, yüksəkdən.  –  Nənəm deyərdi ki, 
cavanlıqda qəlbidən bayatı çağırardı  (N.Qənbər. Babamın son 
nağılı. Ulduz, 1988, №12, səh. 11). 
QƏLBİ –  yuxarı. –  Su onun kəmər yerindən qəlbidə dururdu  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 14). 
QƏLBİLƏNMƏK  –  yüksəlmək, ucalmaq, qalxmaq.  –  Kəs 
başımı, qoy ayağının altına, bir baş da qəlbilən  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 12). 
QƏLİB-QANTARĞA  –  yüyən, cilov.  –  Onda bu papaq sər-
gisi, buxara dəriləri, qəlib-qantarğa pis kökə düşəcək  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 57). 
□ QƏLİYƏTLİK ELƏMƏK  – qulaq asmaq, dinləmək, əməl 
eləmək. –  Sən ki, böyük deyənə qəliyətlik eləmirsən, səninlə da-
nışmağa dəyməz  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, 
№12, səh. 25). 
□ QƏMİŞ OLMAQ  – mane olmaq.  –  Başlamaz, inşallah, ya-
ponlar qəmiş olmasa  (Y.Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, 
№2, səh. 28). 
QƏNBƏR I  –  sadiqlik.  –  Bu atın qənbəri haqqı, mən mərdi-
mazar adam deyiləm  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, 
№1, səh. 13). 
QƏNBƏR II  –  çay daşı.  – Bir-birinin ardınca ona sataşanla-
rın, yanından şütüyüb arabada keçənlərin meyitlərini qənbər 
döşənmiş yerə sərirdi  (N.Rəsulzadə. Ulduzlar altında. Azərb. 
jurnalı, 1990, №2, səh. 69).  – Elə bil ki, məhəllədəki dalanların, 
evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qən-
bərlər bir-birinə xəbər verirdi  (Elçin. Ölüm hökmü. Azərb. jur-
nalı, 1989, №6, səh. 12). 
QƏNBƏRLİK  –  çay daşı döşənmiş yer. –  Şəhərin enişli-yo-
xuşlu, dolanbaç küçələrindəki qənbərliklərə asfalt basılmışdı  
(A.Dadaşov. Bir vedrə şorba. Ulduz, 1990, №10, səh. 10). 


 
 
149
QƏNSƏ   – məhəllə.  –  Bir dəfə elə bu vaxtlar nəyəsə aşağı 
qənsələrə enmişdi  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 
1990, №9, səh. 9). 
QƏNŞƏR  –  qarşı, qabaq, ön. –  Ayaq saxlayıb, qənşərimdə da-
yandı (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, 
səh. 59).  – Çingiz yaxınlaşıb “Semiçka Cabbarın” qənşərində 
çöməldi  (İ.Məlikzadə. Semiçka Cabbar. Ulduz, 1988, №5, səh. 
30).  –  Vələd özündən böyük qardaşıyla qabaq-qənşər oturub, 
gözlərini dikmişdi onun ağzına  (İ.Məlikzadə. Qırmızı yağış. 
Azərb. jurnalı, 1987, №1, səh. 10). 
QƏRƏL  – qədər, hədd.  –  Çayın da, elə suyun da öz qərəli var 
(N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12, səh. 13). 
QƏRƏM –  bax: ilmüdam.  –  Qağacığazının dərdi olsun, 
dedim, sənin kimi bacının ürəyinə ki, yaxşılıqlarına qərəm kor 
oldun   (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 
19). 
QƏRSƏK   – qozun dəydikcə yarılıb
 
tökülən üst qabığı. – 
Ağacın üst hissələrindəki cevizin qərsəyi çatlamışdı   
(T.Mahmud. Uzaqda dağlar görünür. Azərb. jurnalı, 1989, №12, 
səh. 31). 
QƏRTMƏKLƏNMƏK  –  sərtləşmək, daşlaşmaq, bərkimək.  –  
Amma hər dəhşəti görüb, ürəkləri qərtməklənmiş bu adamlar 
uşaq kimi köyrəlirdi  (Anar. İztirabın vicdanı. Azərb. jurnalı, 
1989, №4, səh. 31). 
QƏŞMƏRLƏNMƏK – lovğa-lovğa, əda ilə oturmaq, yerinə sa-
hib çıxmaq, yerini tutmaq.  – Ayə, bir hələ de görüm sən haranın 
dığasısan ki, keçib özgənin yerində qəşmərrənmisən (V.Nəsib. 
Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 71). 
QƏŞMƏRRİ GƏZMƏK – lovğa-lovğa gəzmək, özünü təlxək 
kimi aparmaq, ədəbazlıq etmək.  – Mənim çox şey yadıma gəlir-
di, ilk siqaretin dadı, qonşu kəndə kinoya getməyimiz, “qəşmər-
ri” gəzməyimiz  (E.Əlləzoğlu. İllərin ağırlığı. Ulduz, 1991, 
№11-12, səh. 69). 


 
 
150
QƏTDƏNMİŞ   – yonulmuş. –  Hətta səbrlə qətdənmiş rəngli 
karandaşlara belə sonuncu dəfə baxırmış kimi tez-tez köksünü 
ötürürdü  (A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh.35). 
QƏTƏCƏR  –  təzə, təptəzə, geyilməmiş, istifadə olunmamış.  
–  Bir anlıq özünü qətəcər libasında gördü  (Ə.Hacızadə. 
Dünyanı tanı. Azərb. jurnalı, 1989, № 3, səh. 70). 
QƏYYUR  – qeyrətli, el dərdi çəkən.  –  İstəməzsən ki, mənim 
bu qəyyur qoşunlarım sənin qarabağlılarını qılıncdan keçirsin-
lər  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh.23). 
QƏZİL –  keçi tükü.  –  Odur ki, bu sözün Gər Xəlilin ağzından 
çıxmağıyla Çarxçıoğlu boz kətan kömləyinin qəzil çatını 
əllərində sahmanlayıb gözdən keçirdi  (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41).  –  Bu işi Ha-
təmxan özü də görə bilərdi, qatır gücü vardı, dizini tayın altına 
verib, basıb aşırardı qəzil çuvalı dəni tükənmiş dənniyə  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 13). 
QICANMAQ   – vurmaq üçün əlinmi qaldırmaq, vurmaq 
istəmək. –  Bilirdi ki, qıcanacaq, ancaq vurmayacaq  (F.Qoca. 
Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 24).  –  Bir də gör-
düm ki, bacımın əlində çəngəl, mənimkində bıçaq qapının ağzın-
da qıcanıb durmuşuq  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, 
№12, səh. 49). 
QIFŞIMAQ –  turşumaq.  –  Bu tər iyi bir az qıfşımış olsa da, 
uşağa xoş gəldi  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 
11). 
QIJOV  – çayın sürətlə axan yeri.  –  Qızılı rəngli söyüd kökləri 
suyun qıjov yerində gah üzə çıxır, gah da dərində yox olurdu  
(E.Əlləzoğlu. İllərin ağırlığı. Ulduz, 1991, №11-12, səh. 68). 
QILDIQSIZ  – dinsiz, məzhəbsiz.  –  Aya, a qıldıqsız, bu niyə 
ağroy oldu, bu xoşu?  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№1, səh. 23).  –  Bu nədir, ay qıldıqsız?  (T.Hüseynov. Qartal 
müqəvvası. Azərb. jurnalı, 1990, №1, səh. 112). 


 
 
151
QILIQLAMAQ  –  söz almaq üçün qılığına girmək.  –  O 
gələnədək Cəmşid Xəlili qılıqladı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 58). 
◊ QIL YAZMAQ  –  hədəfdən yan keçmək, sovuşmaq.  – 
Qılınc qıl yazdı  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, 
səh. 9). 
QIMCIRLAMAQ  – atmaq, tullamaq.  –  Odur ki, hərəsini bir 
tərfə qımcırlayıb, özümü dağlara verdim  (V.Nəsib. Addan ada. 
Azərb. jurnalı, 1992, №11-12, səh. 21).  –  Bu butulkaların hərə-
sini bir yana qımcırlayın  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh.71).  – Qabağını kəsib, döşündən itələmək istəyən 
Səfiyyə arvadı yana qımcırladı  (V.Nəsib. Köhnə hamam içində. 
Azərb. jurnalı, 1987, № 6, səh.21). 
QIMIR  –  hirs, hikkə.  –  Çox vaxt da ürəyindəki qımırı dilinə 
gətirirdi  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 9). 
QIMZANMAQ I –  istəmək.  –  Qımzandı ki, Namazalının 
qarasınca söyə  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990,  №1, 
səh. 12). 
QIMZANMAQ II – durmaq, qalxmaq, tərpənmək.  –  Daş olub 
kötüyün üstünə yapbanmış qonaqsa yerindən qımzanmadı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 5).  – 
Əvvəl-əvvəl çarpayıdan qımzanıb tərpənə bilmədi  (N.Qənbər. 
Boğanaq. Azərb.jurnalı, 1991, №11-12, səh. 116). 
QIPIX  –  əyri.  –  Qoçəli onun saqqalsız üzünə, elə bu şişəyincə 
buynuzu təki qıpıx, sallaq bığına göz qoydu  (S.Əhmədov Gül-
malı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 63). 
QIPPIĞAN –  qırxbuğum.  –  Axşama lap az qalanda onun qar-
şısını, əl-ətəyini əvəlik, qıppığan və göy saçaqlı ələyəzin bürü-
düyü böyük bir dağ kəsdi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 154). 
QIRCAŞMAQ  –  büzüşmək. –  Kündə sifəti yastılaşıb, qırcaşdı  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 85). 
QIRCIL  – daş.  –  Bənövşələr qırcıl altda can verir  (B.Fərman. 
Sevincim-əzabım. Azərb. jurnalı, 1991,  №11-12, səh. 29). 


 
 
152
QIRIM I –  görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr.  –  
Onda bu dəfəki kimi qırımı sərt deyildi  (Ə.Mustafayev. İçindən 
asılmış adam. Ulduz, 1989, №2, s. 12).  –  Qurban kişinin qırı-
mını görüb indicə çıxdığı kolluğa tərəf gerilədi  (Ə.Əmirov. Ta-
panca. Ulduz, 1988, № 8, səh. 9). 
QIRIM II –  fikir, məqsəd.  –  Fərhad gördü ki, yox, qırımım 
ayrıdı   (Anar. Ürəyim ağrıyır. Azərb. jurnalı, 1989, № 4, səh. 
25).  –  Fikirləşdi, qırımını görüb özünə yığılar, uşaqlıq elədiyini 
qanar  (S.Budaqlı. Fevral. Ulduz, 1987, № 4, səh. 5). 
QIRIMLI –  layiqli, görkəmli. –  Donluğundan mənə qırımlı bir 
şal alarsan  (V.Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11, səh. 21). 
QIRILDATMAQ  – boş-boş danışmaq. –  Ona nə deyirsən ki, 
Fərhad özü də bunnarnan bunnar kimi qırıldadırdı  (Anar. 
Ürəyim ağrıyır. Azərb. jurnalı, 1989, №4, səh. 23). 
QIRIŞMAL   –  zarafat xarakteri daşıyan, “fırıldaqçı” mənası 
ifadə edir.  –  Ikincisi, Nazlı o qədər zərif və incə bir candı ki, 
Pəğib kimi bir qırışmalın onun üstdə cəzalandırıldığını Gər 
Xəlil birmərrə şəninə sığışdırmazdı (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 40).  –  Ay, qırışmal, əmini 
tamam yaddan çıxartmısan  (Ş.Süleymanov.  Qisas. Ulduz, 
1988, №4, səh. 18). 
QIRMA  – nazik qozası.  –  Onun əvəzinə çırthaçırtla yanan 
palıd qırmaları danışırdı  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 23). 
QIRMA YAĞIŞ –  iri, qırma şəklində olan yağış.  –  Burada 
çiskin olanda orda şək-şübhəsiz qırma yağışdı  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh.8). 
QIRPINMAQ  –  özünü yığışdırmaq, çəkinmək.  –  Türk görən-
də tülkü kimi qırpınıb; Ac olanda sucağımda qarpınıb  (M.Şükür 
Məchul. Düşübdü. Ulduz, 1991, №3, səh. 31). 
QIRTADAN –  diz-dizə.  –  Hər oğulun işi deyildi ha, heç nə 
soruşmayıb qırtadan əyləşə o kişiylə üzbəüz  (V.Nəsib. Bir atım-
lıq barıt. Ulduz, 1987, №10, səh. 8). 


 
 
153
QIRTDIRNAQ  –  simic, xəsis, qıymaz. – Qırtdırnaq olma, ə  
(İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. jurnalı, 1988, 
№5, səh. 52). 
QIRTMAQ  –  oturmaq.  –  Gör necə də ədəb-ərkanla qırtıb ey  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 17). 
QIR VERMƏK  – nazlanmaq, naz eləmək, naz satmaq.  – İt qı-
zı da hamıya qır verir  (E.Əlləzoğlu. Dana əhvalatı. Azərb. 
jurnalı, 1992, №11-12, səh. 124). 
QISIRQANMAQ   – xəsislik etmək, qıymamaq, çox görmək, 
heyifsilənmək, heyfi gəlmək, müzayiqə etmək.  –  O evə niyə qısır-
qandın axı?  (Şahmar. Qəndi sinab. Ulduz, 1988, №8, səh. 44). 
QISQILAMAQ   –  hədə-qoru gəlmək, məcbur etmək, divara 
dirəmək.  –  Alt-üst mülkün bir otağında qısqılayıb, hər şeyi, bü-
tün havadar və simsarların  adını dedirdincə, ola bilsin, Cəm-
şidin adı qaralana idi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 34). 
QIY  –  gözün ucu, yan tərəfi.  –  Əlini uzadıb gözlərinin qıyını 
sığadı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 
32). 
QIYXIRMAQ   – bərkdən qışqırmaq, qıy vurmaq, qiyyə çək-
mək.  –  Cəbi bu qatmaqarışıq yuxunun içində, qan-tərə batmış 
sifətini, başını yorğanin altında gizlətməyə çalışaraq, hələ də 
qıyxırırdı   (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, 
səh. 119).  –  Üzünü katibə tutub qıyxırırdı  (N.Qənbər. Boğa-
naq. Azərb. jurnalı, 1991, №11-12, səh. 64). 
□ QIYI OLMAMAQ –  ağzında söz saxlamamaq, ağzının qıfılı 
olmamaq, ağzı yırtıq olmaq.  –  Qıza pul haqqında heç nə demə-
yin, ağzının qıyı yoxdur  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 
1991, №9-10, səh. 74). 
QIYNAQLI  –  dırnaqlı, caynaqlı.  –  Lulux qıynaqlı əllərini 
göydə oynatdı  (Q.Mehdi. Oyun. Azərb. jurnalı, 1991, № 11-12, 
səh. 34). 


 
 
154
QIZIRĞALANMAMAQ I –  xəsislik etməmək.  – Heç nəyə 
qızırğalanmadan yaşaya bilərdi  (S.Budaqlı. Fevral. Ulduz, 
1987, №4, səh. 9). 
QIZIRĞALANMAMAQ II –  heyfi gəlməmək, müzayiqə 
etməmək.  –  Qıymatınnan da qızırğalanma  (T.Hüseynov. Gecə 
məhkəməsinin hökmü. Azərb. jurnalı, 1988, №5, səh. 66). 
QIZIRQANMAQ I – əsirgəmək, xəsislik etmək. –  İndi isə bir 
sualıma cavab ver: Hansı valideyn imkanı ola-ola uşağına qızır-
qanar?  (N.Rəsulzadə. Bəd xəbər. Ulduz, 1988, №2, səh. 22). 
QIZIRQANMAQ II  –  qısqanmaq.  – Bir ara ürəyimdə atama 
da qızırqandım  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, 
s. 63). 
QİJƏNMƏK  –  bax: qıcanmaq.  –  Qijənib vurmayanlara ox-
şardı  (Ə.Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12, 
səh. 27). 
QOBU  –  dərə.  –  Qobudan, qadan alım  (S.Səxavət. Qızıl teşt. 
Ulduz, 1987, №7, səh. 21). 
QOCUNMAYA DÜŞMƏK  –  sakit otura bilməmək, yerində 
qurcalanmaq. məc. mənada: qarın ağrısına düşmək, qaşınmaya 
düşmək.  –  Qocunmaya düşüb yerlərində dingildəyənlərə, ağız 
marçıldadanlara gözlərini bərəltdi  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 92). 
QODUQLUQ –  həbsxana. – Əlacı olsaydı məni çoxdan sox-
muşdu qoduqluğa  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, 
səh.12). 
QOLATMALAMAQ   –  çapalamaq, əl-qol atmaq. –  Salah 
qaçmaq üçün qolatmalayıb, əlini sahildəki söyüdün budağına 
yetirsə də, sudan çıxmağa imkan tapmadı  (T.Hüseynov. Yanıq 
Abdullanın yuxuları.  Azərb. jurnalı, 1991, №4, səh. 64). 
QOLAYCA  –  yüngülcə, yüngülvari.  –  Qarı təzəcə əriyib, üzü 
bir qolayca qaysaq bağlamış torpaqda heyvan ağzı üstə yerə 
gəldi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 132). 


 
 
155
QOMARĞALAMAQ   – mühasirəyə almaq, ətrafını sarmaq, 
əhatə etmək.  –  Onu qomarğalayan tazılar əl çəkmədi  (F.Ey-
vazlı Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 4). 
QOMARLAMAQ   – bax: qomarğalamaq.  –  Qomarlasaq, 
bəlkə diri tuta bilək  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 49).   
QOM-QOM  –  dəstə-dəstə.  – Yoxsa əgər qom-qom soğan 
padşah və onun əlaltılarının gözünə yüngül görünsə, oradaca 
Gər Xəlilin əmriylə qomları açıb yenidən artıq-artıq bağlayar, 
qiyməti də bircə qomun qiymətinə endirilərdi  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 72). 
QONDARA  – dabanı hündür ayaqqabı.  – Bu səhər Mirzə Qa-
far müəlim döş-dabanı ağır, üstündə bir şələ gözək çatılmış qara 
qondara geymişdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 64). 
QONUŞMAQ  – əlaqə saxlamaq.  –  Sədr, buğaltr-kassir gün-
düzlər adam göndərmək yoluyla qonuşurdular  (Z.Bayramlı. Qız 
Pərinin oğlu. Azərb. jurnalı, 1992, №7-8, səh. 102). 
QORXANA-QORXANA   –  qorxa-qorxa, ehtiyatla. – Qurd-
yaxa ayağa qalxıb, qorxana-qorxana qıza baxdı  (Ş.Həsənoğlu. 
Günəş ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 88).   
QOVAN –  arı yuvası, arı pətəyi.  –  Ondan altı-yeddi addım o 
yana Əlosman durmuşdu üzü qovana tərəf  (Ə.Bağırov. Köhnə 
kişi. Azərb. jurnalı, 1988, №4, səh. 43). 
QOVŞURULMAQ I – qıvrılmaq.  –  Şofer onun sinəsini bu də-
fə bərk sıxçaladı, sıxcalayanda həm qovşuruldu, həm də sinəsini 
xırıltılı bir gərlik tutdu  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. 
jurnalı, 1990, №10, s. 114).  –  O, çaşbaş halda yerində qov-
şurulanda, Dilşad əsəbi halda yerindən dik atılıb, qapıya doğru 
getdi  (C.Kəlayev. Dəhşət. Ulduz, 1990, №7, səh. 63).  
QOVŞURULMAQ II –  gərnəşmək. –  Müslüm ayaqlarının 
uyuşuğunu açmaq üçün otluqda gəzindi, əllərini belində çataq-
layıb qovşuruldu  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 53). 


 
 
156
QOVŞURULMAQ III  – qıvrıla-qıvrıla qalmaq, narahat olmaq.  
–  Dilxorçuluqdan bərk qovşuruldu  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 53). 
QOVUZ  – arpa və ya buğda qabığı, dənli bitkilərin qabığı.  –  
Qar yumşaq  –  elə bil buğda qovuzuydu  (A.Kamal. Sürəkçi. 
Ulduz, 1989, №1, səh. 36). 
QOVZAMAQ  –  qaldırmaq, etmək. –  Umudun atasıyla in-
qilab qovzamışdı  (A.Abbas. Günəşə at çapan uşaq. Azərb. jur-
nalı, 1989, №2, səh. 75). 
QOVZANMAQ  –  özünü çəkmək, dartmaq, lovğalanmaq.  –  
Bunların qarşısında qovzanıb, qollarını ata-ata, burcuna-burcu-
na ötüb keçdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, № 5, səh. 25). 
QOZANAQ  –  şirniyyat növüdür, yumru formada içi ballı olur.  
–  Dini-imanı yanıldan ballı qozanaqları gül suyu ilə ətirlənmiş 
çayla ötürdükcə xalamın qonaq gedəndən sonra bizimlə dalaşa-
cağını da unudurdu  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 25) 
QOZ QARAMASI – yetişməmiş yaşıl qoz.  –  Gilas deyil, az 
qala hərə bir qoz qaramasıydı  (S.Nəzirova. Tale damğası. 
Azərb. jurnalı, 1991, №7, səh. 12). 
QOZLA –  araba və fayton kimi miniklərdə sürücü oturan yer.  
–  Mehdiqulu kişi çətinliklə qozladan düşüb:  –  Ya Allah  –  dedi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh.18). 
QOZLANMAQ   –  lovğalanmaq, özünü göstərmək, qürrələn-
mək, öyünmək. – Biri sənin kimi çox qozlanırdı  (N.Rəsulzadə. 
Ulduzlar altında. Azərb. jurnalı, 1990, №2, səh. 102). 
QUQ̇QU  –  adətən özünə yuva tikməyib, özgə quşların yuva-
sında yumurtlayan, boz, çil-çil, uzunquyruq meşə quşu.  –  Niyə
 
quq̇qu kimi tək qalırdın burda?  (Ə.Həsənov. Bağ evi. Ulduz, 
1988, №6, səh. 13). 
QULABAN  –  artırma.  –  Qağa, qulabanda bir nabələd adam 
var, səni soruşur (B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. 
jurnalı, 1989, №3, səh. 145). 


 
 
157
QULMAN  –  idbar, cirkin, qorxunc.  –  Çuçelanın qulman sifə-
tini gözünün altınadək tük basmışdı  (Ə.Sahib. Ovçu Cəbrayılın 
tulaları. Ulduz, 1990, №12, səh. 27). 
QUNUC  – büzdüm.  –  Öküzü öldürüb, qunucunda bıçaq sın-
dırmazlar   (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 13). 
QURAQSAMAQ –  susuzluqdan quruyub yanmaq.  –  Quraq-
samış bir arbana misilli kişi idi  (S.Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 47). 
QURAMA I – yalan, quraşdırma. – Qabağıma çıxmamağun-
dan, adamlaruvun canfəşanlığından duydum quramovu  
(T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, səh. 9). 
QURAMA II  –  düzəltmə, qayırma, taxma. – Sən öl ağzıyın 
üstünə bir şapalaq çallam, o qurama dişlərin şimişka torbana 
tökülər  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 21). 
QURQURU   – uzun quyruqlu göyərçin.  –  Turac, qırqovul, 
qurquru sübh nəğmələri oxuyurdu  (Ş.İdrisov. Cavadoğlu. 
Azərb. jurnalı, 1992, №1-2, səh. 131). 
QURUMBOŞ  –  əliboş, boş əllə.  –  Qurumboş üstlərinə get-
məyəcəkdim ki...  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 21). 
QUŞQUN I  –  məc. mənada: paqon.  –  Quşqunundakı ulduzu 
çıxarıblar?  (V.Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11, səh. 6). 
QUŞQUN II –  daşdan tikilmiş çoban dəyəsi.  –  Ayə, sənin bu 
quşqunundan elə kəndin bütün qoruqları ovuc içi kimi görünür  
(V.Nəsib. Hərlənbaba. Azərb.jurnalı, 1990, №3, səh. 68). 
◊ QUTA GƏLMƏK  – cana gəlmək, cana doymaq, zəhləsini 
tökmək.  –  Dedi ki, bu inəyi ya sat, ya da kəs, alışma eylə, 
mələrtisinin əlindən qulağımız quta gəldi  (H.Qasımlı. Gürzalı 
qohumunu axtarır. Ulduz, 1991, №7, səh. 26). 
□ QUT OLMAQ I –  rahat olmaq, rahatlanmaq, yerinə gəlmək. 
–  Çataqladığı əllərini hirsindən-hovundan, əsəbini cilovlayıb 


 
 
158
yığıb-yığışdırammadığından narahat-narahat ovub-övkələyirdi, 
ayaq səsinə çöndü, baxdı, Müslümü gördü, ürəyi qut oldu  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 9). 
□ QUT OLMAQ II –  qüc, qüvvət olmaq. – Deyərdik evə çata-
na qədər ürəyimizdə qut olsun  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 25).  –  Onu iç, ürəyinə qut olsun  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 69). 
◊ QUVA VERMƏK –  ağız-ağıza vermək.  – Nə vaxtdan idi ki, 
kəndin itləri heç belə quva verib hürüşməmişdilər  (Ə.Bağırov. 
Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 23). 
QUYRUĞDOĞAN  –  avqust ayının əvvəli. –  Quyruqdoğan-
dan bəri QəlbininQayasız keçən günlərinin sayı çoxalmışdı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 17) 
QUYULAMAQ –  basdırmaq.  –  Mənim meyidimi gətirib öz 
dədə-baba torpağımda quyulayarsan  (Ə.Bağırov. Doğma ocaq. 
Azərb. jurnalı, 1987, №3, səh. 76). 
QUZEH  –  şimal.  –   Qaraman övladı Əhmədli obasının yal-
yamacına düşür, bulaq başından, güney-quzeh yamaclarından 
ot-ələf, bir-bitki toplayır, dərman düzəldir, aşqar çəkir  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 52). 
QUZULAMAQ  –  dağılmaq, parçalanmaq, ovulub tökülmək. –  
Mal damı quzulayıb tökülür (Q.Əlismayıllı. Yelqıran.Ulduz, 
1990, №1,səh. 10).  – Taxtalar nədi, bizim barımızda kərpic qu-
zuluyub tökülür  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, 
№10, səh. 57). 
QÜDVƏSƏR-QÜDVƏSƏR  – boş-boş, mənasız.  –  Qüdvəsər-
qüdvəsər danışacaq bəxtəvərin qızı  (M.Bəkirli. Hal. Ulduz, 
1990, № 3, səh. 13). 
QÜRREH   – ağıldan kəm, başdan xarab.  –  Ağıldan qürreh 
olub yazıq  (E.Quliyev. Kölgəsiz adam. Ulduz, 1989, №6, səh. 3). 


 
 
159
QÜRƏH – bax: qürreh.  –  Ərkinaz deyirdi ki, oğlan bir az baş-
dan qürəhdi deyəsən  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 119). 
QÜTTƏBBƏR  – dimdik, özündən razı halda.  –  O qalxıb çar-
payıya qüttəbbər əyləşdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 73). 
 
 
 
 
 
 
 
 
 


 
 
160
 –  L  –  
 
LAÇINI UÇMAQ  –  qanı qaralmaq, kefi pozulmaq, əhvalı də-
yişmək.  –  O məni görcək əvvəl adətən tutular, laçını uçar, son-
ra sevələyə-sevələyə başımı sinəsinə sıxıb pıçıldayardı  (Ə.Baba-
yeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 33). 
LAX  –  boş.  –  Əbil işlənə-işlənə ayağına lax olan üzü didik 
ayaqqabısının burnu ilə yeri eşələdi (S.Nəzirova. Tale damğası. 
Azərb. jurnalı, 1991, №7, səh. 14) 
LALA  –  lampanın odluğu.  –  Çirağin lalası titrəyib, qızarırdı  
(İ.Məlikzadə. Qırmızı şeytan. Azərb. jurnalı, 1992, №9-10, səh. 52). 
LALIXLAMAQ – həddindən artıq yetişib korlanmaq.  –  Dör-
dü də yetişib, lalıxlamışdı  (S.Səxavət. Sanatoriya. Azərb. jur-
nalı, 1989, №3, səh. 21).  – Lap lalıxlayıblar  (S.Səxavət. Qızıl 
teşt. Ulduz, 1989, №7, səh. 21).  – Lalıxlamış qarpız xatirəmin 
xəkəsinə çevrildi  (S.Nəzirova.Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 14). 
LALIXDIRMAQ –  əzginləşdirmək, xumarlandırmaq, süstləş-
dirmək.  – Onu peçin istisimi lalıxdırmışdı, yoxsa o günlərdən 
təzəcə çıxıb gəldiyinə görə idi  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, №10, səh. 113). 
LALIQLATMAQ  –  yumşaltmaq, əritmək.  –  Yazın axırı ol-
duğundan dağların döşündə yatan qarı gün lalıqladıb tərpətmiş-
di, sızqarlar birləşib Qumrovçaya tökülən neçə-neçə qol-qanad 
onun sularına gurluq vermişdi  (Ə.Mustafayev. Novruzgülü aç-
mamış. Azərb. jurnalı, 1987, №7, səh. 20).  
LAM-LAM  – səssiz-səssiz, lal-dinməz.  –  Qantarçayın qıra-
ğında olanda çay sakit-sakit, lam-lam axardı  (T.Nüsrətoğlu. 
Qantar. Ulduz, 1991, №6, səh. 28). 
LAPBADANA  – lapdan, birdən, qəfildən, gözlənilmədən. – Ki-
şi gəlib lapbadana qənşərimi kəsir  (H.Zeynaloğlu. Torpağı sanı 
yaşa. Ulduz, 1989, №4, səh. 33). 
LARI XORUZ  –  döyüşkən xoruz.  –  O aldığı zərbədən ları 
xoruz kimi gicəlləndi  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. 


 
 
161
Azərb. jurnalı, 1989, №4, səh. 138).  – Bunun Hatəmxanın ları 
xoruzundan üstünlüyü onda idi ki, elin gözü qabağında, günün 
gün işığında kişnəyirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5,  səh. 15). 
LASLANMAQ  –  əyilmək.  –  Laslanıb oldular bizim tayımız  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 55). 
LASTİK  – astarlıq parça.  – Təzə qara lastikdən köynək, Gəncə 
şevyotundan pencək-şalvar geymişdi  (B.Bayramov. Üzlü-astarlı 
günlər. Azərb. jurnalı, 1989, №11, səh. 20). 
LATAYIR  –  ədəbsiz söz.  –  Ağızlarının qıfılını itirmiş sədə-
rəklərin pərtöy danışıqları, latayır söyünclərini aşkarca, aydın-
ca eşidirdi  (Ə.Mustafayev. İxtira.Ulduz, 1989, №2, səh. 10). 
LAYDUR  –  bort.  –  Sürücü iti maşının üstünə qaldırıb, taxta 
layduruna bağladı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 45). 
LAYIŞ  – böyük mis qazan.  –  Layışdı, qızım-gözüm  (M.Bəkir-
li. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10, səh. 106). 
□ LƏJ DÜŞMƏK  –  düşmən olmaq. –  Deyirəm, o vaxtdan mə-
niynən yəqin ləj düşüb  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 
1989, №6, səh. 157).  –  Demə, Murad, hamısı it kimi ləj düşüb 
səninlə  (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988,  № 4, səh. 
29). 
LƏLƏ I –  ata. –  Lələ, bunnar da mənim ən istəkli, qardaşdan 
artıq dostlarımdı  (S.Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, 
№11, səh. 85).  –  İlqar lələsindən güclü olacaq  (İ.Ərnəfəs. Qa-
çış. Azərb. jurnalı, 1989, №1, səh. 103). 
LƏLƏ II – 1. məsləhətçi. 2. böyük. 3. ağa.  –  Mənim kefimin 
lələsisən?  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. 
jurnalı, 1988, №5, səh. 47). 
LƏLƏDAĞ  –  əziyyət çəkən .  –  Öd kisəsindən, dala-
ğından lələdağlar əllərində alabəzək fincanlar, üstü zərli dol-
çalar, plasmas stəkanlarla gəlib, carmalaşırdılar  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, № 2, s. 41). 


 
 
162
LƏLƏŞ   –  birinin özünü öydüyü, lovğalandığı zaman özünə 
işarə olaraq işlətdiyi söz.  –  Ona görə də səbrin olsun, ay nənə, 
bir də gözünü açıb, görərsən ki, bu yetim lələşin “Volqa” minib  
(A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, № 8, səh. 44). 
LƏLƏ-TƏLƏ  – tez-tələsik, tələsik, tez, cəld. –  Arada Cəmşid 
lələ-tələ ikicə anlığa Gər Xəlildən ayrılıb, cəld özünü verdi onun 
papaqdan tutmuş külahacan düzdüyü dükanın içinə  (S. Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 80). 
LƏLİMƏK  –  yalvarmaq.  –  Məhərrəm üzəngini atının sar-
ğısına möhkəm-möhkəm sıxmışdı, dizinin kündəsi ilə şehli otluq-
da iz aça-aça Məhəmmədə sarı sürünüb beşaçılanını kəmər 
yerindən aşağıda tutmuş Məhəmmədə ləlidi  (A.Mustafazadə. 
Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 31). 
LƏLVƏR –  böyük, yekə, iri. – Komissiyanın ən“parıltılı” üzvü 
Şakir idi ki, ona “ləlvər” təlğəsi uzunluğuna görə verilmişdi  
(S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 8). 
LƏMBƏLƏM  –  ağzına kimi dolu.  –  İki dəryaçaya bir yel də-
yirmanı onca dəqiqəyə su vurar, ləmbələm doldurardı  (Ə.Baba-
yeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 23). 
LƏMBƏ-LƏMBƏ  –  topa-topa, dəstə-dəstə, sürü-sürü.  –  
Ləmbə-ləmbə qazlar qanadlarını dartışdıra-dartışdıra ağız-ağı-
za verib çığırışırdılar  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, 
№4, səh. 90). 
LƏMBƏLİK – kolluq.  –  Birdən bir ins-cins bizi bu böyürtkən  
– qızılca ləmbəliyində görsə, nə olar?  (S.Nəzirova. Tale damğa-
sı. Azərb. jurnalı, 1991, №7, səh. 19). 
LƏPİK I – iri, yekə yastı daş.  –  Yorğan ağır, qara ləpik kimi 
sinəsindən basırdı (M.Bəkirli. Hal. Ulduz, 1990, №3, səh. 10). 
LƏPİK II –  yastı, balaca, dəyirmi daş.  – Arxada böyük dağ-
ların dik, xırlı yoxuşlarında boşuna atılmış güllələrdən sel kimi 
üzüaşağı axan ləpik, hamar, boz daşlar dərələrə tökülürdü  
(A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 37). 
LƏPİK DAŞI  – bax: ləpik  II.  –  Əriyib, ləpik daşına oxşayan 
paltar sabununu əlinə alandan, bu sabunun ürək bulandırıcı 


 
 
163
qoxusu onu vurandan sonra yadına düşdü ki, hardasa bir baş 
ətirli əl-üz sabunu da olmalıdır  (M.Oruc. Namərd körpüsü. 
Azərb. jurnalı, 1991,  №6, səh. 97). 
LƏVİN –  növ, cürbəcür, hər cür. –  Biz tərəfin pencəri də ma-
şallah, neçə ləvin idi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ul-
duz, 1988, №3, səh. 8). 
LƏYMƏK  –  dəymək.  –  Amma əvvəlcə evinə ləyəcəksən  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, № 3, səh. 57). 
LIXÇIM  –  ağzına kimi dolu.  –  Mənimki küyülləndi, lıxçımdı  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 36). 
LIRT   –  sallaq, dərisi boşalıb sallanmış, əzgin, süst.  –  Əlini 
aşağı salanda lırt sifəti titrədi  (Y.Səmədoğlu. Bayatı Şiraz. 
Ulduz, 1987, №2, səh. 34). 
LIRTLIQ   –  ət kimi boşluq, əzginlik.  –  Tələbə ayaqlarının 
altındakı o xalçada bir lırtlıq hiss etdi  (Elçin. Ölüm hökmü. 
Azərb. jurnalı, 1989, №6, səh. 63). 
LİCİM –  biçim, görkəm, təhər-töhür.  –  Şenlik adamından 
fərqli ayağı Gəncəyə, Tiflisə dəymiş, hər licimdə bəndə görmüş 
ağa camaatı az qala dualıq eləmiş məxluqu bir xeyli söhbətə 
tutandan sonra bu yerlərdə yurd salmağa da icazə vermişdi 
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 60). 
LİLİMAR –  ilıq.  –  Bir də başımı lilimar su ilə yumaram  (T. 
Nüsrətoğlu. Başdaşı. Ulduz, 1991, №6, səh. 107). 
LİLPAR  –  su nərgizi, nülufər.  –  Lilparlı, yarpızlı bulaq ba-
şına; Nə bir gəlin gəlir, nə bir qız qalıb  (H.Arif. Az qalıb. 
Azərb. jurnalı, 1992, № 11-12, səh. 72). 
LİM ATMAQ  –  başqa bir söz qatmaq, bəhanə gətirsin.  –  
Hərdəfə istədi araya lim atsın  (S.Elcanlı. Sükutun sonu. Ulduz, 
1990, №4, səh. 16). 
LİMHƏLİM  –  bax: ləmbələm.  – Lakin nə qədər yazsam, 
limhəlim olmuş ürəyimi nə qədər boşaltsam, bir o qədər tez asudə-
ləşər  (Anar. İztirabın vicdanı. Azərb. jurnalı, 1989, №4, səh. 26). 
◊ LO DÜŞMƏK  –  dava-dalaş, hay-küy, qırğın, mərəkə, qır-
ğın-mərəkə düşmək.  –  İstəyirsən heç şeydən evə lo düşsün?  


 
 
164
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 28). 
LOĞALAQLAMAQ   – səhv tələffüz etmək.  – Tez-tez 
işlətdiyi “ilan” sözünü boğazının yoğun yerində loğalaqlayıb 
deyərmiş  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh. 82). 
LOĞALAQLANMAQ   – kəllə-mayallaq olmaq, fırlanmaq.  –  
Bu baxışların təsirindənmi, yoxsa vaxtı olduğundanmı qarnın-
dakı uşaq loğalaqlanıb aşağı endi  (M.Bəkirli. Hal. Ulduz, 
1990, №3, səh.11). 
LOĞALIYA-LOĞALIYA   – bükə-bükə, qatlaya-qatlaya,
 
kəkələyə-kəkələyə.  –  Dilini loğalıya-loğalıya deyincə, onunku 
ona dəyirdi  (Ş.Əliyeva. Yas yerində. Azərb. jurnalı, 1992, №9-
10, səh. 171). 
LOĞAZ –  lağ, məsxərə.  –  Səkinə xanımın günbəgün artan 
nifrinləri, istehzaları və loğazları içərisində əriyib qurtarırdı  
(Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jurnalı,1989, №4, 
səh. 120). 
◊ LOĞAZA QOYMAQ –  ələ salmaq, məsxərəyə qoymaq  –  
Adam loğaza qoymağa fürsət gözləyirlər  (Ə.Mustafayev. Nov-
ruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 56). 
LOLA SIRĞA –  iki kürəcikli sırğa.  –  Lola sırğalar, sünbül 
bilərzik, nişan üzüyü mücrüdən çıxmışdı  (S.Budaqlı. Fevral. 
Ulduz, 1987, №4, səh. 5). 
◊ LOPPAZ-LOPPAZ DANIŞMAQ –  lovğa-lovğa, özünü öyə-
öyə danışmaq.  – Yaxşı loppaz-loppaz danışırlar  (Q.Xəlilov. 
İsfahan halvası. Ulduz, 1990, №1, səh. 19).  – Çayxanalarda 
əlində təsbeh loppaz-loppaz danışırsan  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 107). 
LORHALOR DANIŞMAQ  –  yekə-yekə, kobud-kobud danış-
maq.  –  O lorhalor danışanda qalır adam onu yıxıb yerə, ağ-
zına-ağzına vursun  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 21). 


 
 
165
LORTUMAQ  –  xarab olmaq, korlanmaq, əzginləşmək.  –  
Vaxtı ötmüş yemiş kimi lortuyub gedib  (Ə.Cəfərzadə. Qorxulu 
həqiqət. Azərb. jurnalı, 1992, №7-8, səh. 80). 
LORU  –  ibarəsiz, sadə. – Öz loru çoban dilində bir bəlli əhva-
latı danışardı (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, s. 16). 
LOV  –  hay-küy, mərəkə, qırğın, söz-söhbət.  –  Bu andan   –  
qapının lovla açıldığı andan sənə elə gələcək ki, atan nə eləsə, 
nə danışsa sənin acığına eləyir  (Şahmar. Qoyungöz. Ulduz, 
1988, №8, səh. 34). 
LÖHRƏM  –  yavaş.  –  Löhrəm yerişlə at ayağının tappıltısı 
gəlirdi  (H.Zeynaloğlu. Torpağı sanı yaşa.Ulduz, 1989, №4, səh. 
17). 
LÖYÜN-LÖYÜN  – bax: ləvin.  –  Ömrə löyün-löyün qəm qab-
qarırsan  (T.Nəzərli. Qoca bağbanın xəstəliyi. Azərb. jurnalı, 
1991, №5, səh. 78). 
LÖYÜR-LÖYÜR YANMAQ – alışıb yanmaq, işıq saçmaq.  – 
Haley anasının böyründə oturmuşdu, istidən yanaqları löyür-lö-
yür yanan yekəpər arvadın səsinə gözünü açdı  (M.Süleymanlı. 
Səs. Azərb. jurnalı, 1988, №2, səh. 21). 
LÜPPÜLDƏTMƏK  –  döyəcləmək, tez-tez açıb-yummaq.  –  
Kəndirlə qaçıb gah o tərəfimdən, gah bu tərəfimdən şəvə göz-
lərini lüppüldədirdi  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, 
№12, səh. 60). 
 
 
 
 


 
 
166
 –  M  –  
 
MAC  –  lobya və ya xiyar tağının sarınması üçün onun dibinə 
basdırılan uzun ağac.  –  Nənəm lobyaların dibinə basdırdığı 
maclardan birini əlinə keçirdib onun dalınca götürülmüşdü  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 26). 
◊ MAÇIYIF QALMAQ  –  yerində quruyub qalmaq dan>.  –  Hə, niyə maçıyıf qalıfsan? (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 58). 
MAÇQI  – sürünü qoruyan itlər, çoban iti.  –  Ara-sıra düşən 
qoruq davalarında təklənmiş çobanların umu-küsüsündən, binə-
binə dolaşan itlərin boğuşunda bir sürü caydaq maçqı arasında 
sırtını yerə qoyub, diş ağartmayan yekə, ağzı qara itin 
hikkəsindən qorunmaq üçün bəhanə axtaran adamlar dillərinə 
gələn ilk sözdən fərəhlənirdilər  (A.Mustafazadə. Qaraçuxa 
nağılı, Ulduz, 1987, № 4, səh. 36). 
MADAR  –  tək, yeganə, bircə. – Ona görə də atasının və özü-
nün keçdiyi həyat yolunu madar oğluna həmişə örnək göstərmiş-
di  (A.Qəhrəmanov. Borc. Ulduz, 1991, №8, səh. 23). 
MADDIM-MADDIM  – sakitcə, dinməz-söyləməz. – İkisi də o 
səsdən diksinib, maddım-maddım bir-birinə baxdılar  (Yaşar. 
Yuxusuz qocalar. Azərb. jurnalı, 1987, №11, səh. 157). 
MAFAL   –  imkan, macal.  –  Ağzı açıldı özgəyə mafal verən 
deyil  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 50). 
MAFAR  –  bax: mafal.  – Nə tez, ana, bir mafar ver də  (M. 
Niyarlı. Qara örpək. Ulduz, 1990, №11, səh. 50). 
MAFRAQ I – sınıq-salxaq.  –  Nazli şüşə gözdən çəkilib, özünü 
mafraq qapının ardına verdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 88). 
MAFRAQ II – şikəst, yararsız.  – Mafrağam dayna  (V.Baban-
lı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 60). 


 
 
167
MAĞAR  –  çadır.  –  Burda bir mağar qurulacaq, bir toy vuru-
lacaq, gəl görəsən  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 7). 
MAĞARIC –  xələt, muştuluq.  –  Bir fikirləşin, tapsaaz, mağa-
rıcınız məndə  (Ə.Mustafayev Novruzgülü açmamış. Azərb. jur-
nalı, 1987, №7, səh. 51). 
MAĞDUR – mal, pul.  –  Qol çəkdirir ki, guya bu taxılı, bu 
mağduru alıbsan  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 79). 
MAĞIL I – heç olmasa. – Piyada gəzəndə dosta-tanışa rast 
gəlirsən mağıl (A.Abdulllayev. Geriyə qayıdan iz. Azərb. jur-
nalı, 1987, №12, səh. 49).  –  Mağıl canım qurtarardı  (R.Sə-
məndər. Ada. Azərb. jurnalı, 1989, №6, səh. 139). 
MAĞIL II  –  yaxşı ki.  –  Mağıl yad təbəssüm tez keçirdi əvvəl-
kinə  (R.Tağızadə. Bacımın rəng duyğusu. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 54). 
MAĞILCA  –  əməlli-başlı, yaxşıca. – Qoymadı mağılca otu-
rub, yarımamış ömür-günümə axıracan ağlıyım  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 68). 
MAĞMIN  – yazıq, fağır, aciz, köməksiz. – Bu qəsəbə görün-
düyü kimi mağmın, fağır deyil  (Şahmar. Qəndi sinab. Ulduz, 
1988, №8, səh. 41). 
MAĞMINLIQ  –  yazıqlıq, fağırlıq, acizlik.  –  O da sizin mağ-
mınlığınızdır ki, özünüz görə-görə başınıza döyüb çörəyinizi əli-
nizdən alıllar  (Ə.Bağırov. Gəlin ayaqqabısı. Ulduz, 1987, №3, 
səh. 13). 
MAĞUL  –  bax: mağıl I.  –  Müharibə vaxtı, mağul amerikalı-
lar heç olmasa tısbağa yumurtasının paraşokunu gətirirdilər  
(Elçin. Ölüm hökmü. Azərb. jurnalı, 1989, №6, səh. 23). 
MAHMIZLAMAQ –  dürtmələmək, tərpətmək.  –  Niyə məni 
mahmızlayırsınız, niyə məni dəbərdirsiniz?  (Ə.Əmirov. Tapan-
ca. Ulduz, 1988, №8, səh. 6). 


 
 
168
MALA  – suvaq.  –  Gəzinti yeri on-on iki metrlik malalı hasar-
la hasarlanmış iri meydançada idi  (R.Əliyev. Bütövlənməyən 
borc. Ulduz, 1991, №7, səh. 80). 
MALAZA  – hülqum.  –  Malazası şişmişdi, dilinin üstü ərplə 
örtülü idi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 75).  
– Ağzından bir kəlmə qaçırsan, dilini malazasından çıxardaram  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 23). 
MAMA   – bibi. – İstisudan keçəndə Narınc mamamla rastlaş-
dım (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, 
səh. 56).  – Mamalarımız şükür Allaha çox idilər  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 20).  – İndi 
mamam əli oxlovlu məni gözləyir  (V.Nəsib. Hərlənbaba. Azərb. 
jurnalı, 1990, №3, səh. 66). 
MAMLIMATAN –  nazlı-qəmzəli, ətli-canlı qəşəng qadın, qız.  
–  Belə dünya gözəli, mamlımatan bir şeymiş  (V.Nəsib. Hərlən-
baba. Azərb. jurnalı, 1990, №3, səh. 59). 
MAN   –  eyib, nöqsan, kəsir. –  Ələlxüsus da belə ailələrin 
gəncləri üçün öz dillərini bilmək mandır  (Anar. Ürəyim ağrıyır. 
Azərb. jurnalı, 1989, №4, səh. 22). 
◊ MAN BİLMƏMƏK –  eyib bilməmək, nöqsan saymamaq.  –  
Elə özümüzdə də Quycaq dərəsində, Horovluda dədə-babadan 
onu man bilmirdilər  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 68). 
MANQILDAYA-MANQILDAYA –  böyürə-böyürə, yüksək 
səslə mələyə-mələyə.  –  Qaşqa buğa ayı kimi manqıldaya-man-
qıldaya daşın başına dolanırdı  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 147).  
MANQIRMAQ –  böyürmək, yüksək səslə mələmək. –  Başını 
qovzadıb yanıqlı-yanıqlı manqırdı (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 18). 
MANSIRA   – mühasirə. –  Oradaca vız-vız vızıldaşıb, kitab-
dəftəri, yerdə düzülmüş mürəkkəb qabıları, cürbəcür dəmir, 


 
 
169
taxta qələmlərlə birgə mansıraya almışdılar  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 70). 
MANŞIR   – müqəddəs.  –  Bu saat bu manşır yerdə atayın 
goruna and iç ki, bir də Leylanın adını dilinə gətirməyəcəksən  
(C.Kəlayev. Dəhşət. Ulduz, 1990, №7, səh. 55). 
MANŞIRRAMAQ I – nişanlamaq, gözaltı eləmək.  –  Küdürü-
nü  manşırramışdı  (H. Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 
1989, №4, səh. 17).  – Onu qızı Zəhra üçün manşırramışdı 
(Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, 
səh. 118).  –  Tezcə manşırladı tüstü çıxan yeri  (T.Hüseynov. 
Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 47). 
MANŞIRLAMAQ II –  yerini müəyyənləşdirmək.  –  Qış öt-
məmişdən ləklər, kərdilər düzəltdi, indidən manşırladı  (İ.Qara-
yev. Bir kəndin uşaqları. Azərb. jurnalı,1990, №10, səh. 106). 
MARALAQALAN GÜN  –  əl-ayağın çəkildiyi, adamların sey-
rəldiyi, qüssəli payız  günü.  – Uşaqlar elə o ilin dağların ma-
ralaqalan bir günündə yol-irizin quşlarını uçurda-uçurda, qa-
pıların itlərini daşlaya-daşlaya gəldilər  (Ə.Bağırov. Köhnə 
kişi. Azərb. jurnalı, 1988, №4, səh. 35). 
MARXALI  –  qar uçqunu.  –  Bəzən marxal uçqunlarına düşüb 
batır, o birisi dətüfəngin lüləsini uzadıb, çox çətinliklə özünə tə-
rəf çəkib çıxarırdı  (Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, 
№1-2, səh. 134). 
MARXAL II  – taya.  – Taxıl marxallarının üstündə ot göyə 
qalxır  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 52 ). 
◊ MARIĞA YATMAQ  – güdmək, pusmaq. –  Daxmanın hən-
dəvəri səngimiş, görünür, çəkilib marığa yatmışdılar  (S. Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 89). 
MARITMAĞ – bax: marığa yatmaq.  –  Sirik səmtdə, o üz 
Alyanlı meşələrində çarpışmada basılmış düşmən sinfin salamat 
qalmış adamları daldalara çəkilib, oradan marıtmağa baş-
ladıqda, onların sığındığı dağlar, meşələr, hətta su içdikləri 
bulaqlar, kəhrizlər də yağılar məskəni, qaçaq-quldur oylağı təki 


 
 
170
qaralanmışdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, № 5, səh. 46). 
◊ MATAĞA MİNDİRMƏK  –  məc. mənada: qiymətə mindir-
mək, mərtəbəsini qaldırmaq.  –  Dərs hissə müdiri “zəhmətini” 
yenə matağa mindirdi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 75). 
MATAH  –  qiymətli, nadir tapılan şey, dəyərli. –  Şəlalənin sə-
si matah kimi dolur qulağıma  (M.Misir. Şəhidlər. Azərb. jur-
nalı, 1991, №1, səh. 20). 
MATAX  –  bax: matah. –  Mənə elə gəlir ki, o matax gəlininin 
adına sənədləşdirsək, pis olmaz  (Ş.Süleymanov. Qisas. Ulduz, 
1988, №4, səh. 10).  
MAVRI  –  pişik balası. – Mavrı pişiyin gözü kimi işıldayan tax-
ta çömçəyə, bir də qazanın yan-yörəsinə düzülmüş canlara dikil-
mişdi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 21). 
MAYGÜLÜ  –  əfəl, bacarıqsız, gic, ağıldan kəm.  –  Əh, may-
gülü, mını da bilmirsən?  (Qabil. Ömür həbləri. Azərb. jurnalı, 
1988, № 11, səh. 14). 
MAYIF I –  şikəst. – Əyinli Qızlar xanımın əri qayadan 
aşanda, Hidayəti deyirəm, xatirində varmı, ahıl kişiydi, bir gözü 
də mayıf, onu işıqlı dünyaya sən qaytardın  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 17).  – 
Qulaqdan mayıfsan, nəsən?  (V.Nəsib Bir yaz xəzanı. Ulduz, 
1988, №11, səh. 17). 
MAYIF II  –  başdan xarab, gic, sərsəm, dəli. –  Kəlləsi mayıfdı  
–  dedilər  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 37).  –  Mən beyni püf, başdan mayıf hardan bilim dərs-
mərs nəmənə şeydi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 59). 
◊ MAYIF QOYMAQ  –  şikəst qoymaq, şikəst eləmək.  –  
Odlu kösövü götürüb basasan o çer gözlərinə, qoyasan iki göz-
dən mayıf  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 8). 


 
 
171
MAYMALAMAQ  –  ləngər vurmaq.  –  O maymalayıb, dalı-
dalı yeridi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 65). 
MAYMALAYA-MAYMALAYA –  ləngərləyə-ləngərləyə, 
ləngər vura-vura.  –  Zöhrə qarı içəridə bənd almadı, mayma-
laya-maymalaya bəriyə, qənşərə çıxdı  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 10).  
◊ MAZ GETMƏK  – hər şeyə imkan vermək, güzəştə getmək,  
hər şeyə göz yummaq, hər işini malalamaq.  –  Bu Xəlifəli nə 
yaman maz gedir arvada  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. 
Azərb. jurnalı, 1989, №4, səh. 115). 
◊ MEHRƏ GƏTIRMƏK –  alışdırmaq, isnişdirmək. –  Axırda 
cavan sığırçı nə yollasa onu dilə tuta-tuta, tumarlayıb, mehrə 
gətirdi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 147). 
MERET –  sovxa, miras.  –  Çoxdan, lap çoxdan istəyirdim heç 
olmasa bunu soruşasan ki, doqquz ildi bir meret ayaqqabının 
içindəsən?  (Ə.Bağırov. Gəlin ayaqqabısı. Ulduz, 1987, №3, 
səh. 12). 
◊ MERƏTƏ QALMAQ  –  sovxaya qalmaq, miras qalmaq.  –  
Merətə qalmış bu qapıya dadandımı, daha əl çəkən deyil  (H.Qa-
sımlı. Gürzalı qohumunu axtarır. Ulduz, 1991, №7, səh. 24). 
MEŞƏN  –  qalın, topa.  –  Bir qədər sonra meşən bığlı, yaraqlı-
yasaqlı bir ajan içəri girdi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 
1991, №3, səh. 68). 
MEV –  tənək.  –  Bilsin ki, pulu mev yarpağı kimi dərmirlər  
(Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, səh. 30). 
◊ MEYDAN SULAMAQ  –  hökmranlıq etmək, “mənəm-mə-
nəm” demək.  –  Ceyrançöldə heç kəsdən çəkinməyib meydan 
sulamaq imkanı keçmişdi əlinə  (V.Nəsib. Bir atımlıq barıt. 
Ulduz, 1987, №10, səh. 10). 
MƏHDƏ  – qəbristanlıq.  –  Mal-qaranın dirliyi və ot tayasını 
keçib ayaqlayıb-dağıtmamaları üçün məhdə yolundan düz mal 
damının divarına bitişik balaca taxta qapıya qədər öz yollarının 


 
 
172
qırağına məftildən toxunmuş çəpər çəkilmişdi  (Z.Ağbabalı. 
Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 6). 
MƏHLƏ –  həyət, sahə. – Amma heyvan bu cür sərbəstliyə, 
azadlığa alışmadığından heç yana çıxıb getmir, evin, məhlənin 
həndəvərindəki otlaqlarda dolaşırdı  (V.Sultanlı. Səhər dumanı. 
Ulduz, 1990, №4, səh. 37). 
MƏXLƏS –  qarışıqlıq.  –  Ortaya məxləs düşdü  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 74). 
MƏLƏŞ  –  cavan, hündür.  –  Mələş qovaqlar torpaqdan püs-
kürmüş yaşıl fəvvarələrə bənzəyirdi  (Ə.Mustafayev. Novruzgü-
lü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 53).  – Mələş qovaq-
lar, məcnun söyüdlər, şəbbu çiçəkləri, boynubükük uncigülləri, 
ətri dərman muşmulat kolları bir-birlərini muştuluqlayırdılar  
(Ə.Mustafayev Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 58). 
MƏLYƏT –  dəyər, qiymət, əhəmiyyət.  –  Onların istəyi ilə 
məlyəti bir qəpiyə dəyməyənlər məlyəti qızıldan qiymətli olan-
ların başında oturardı  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, 
səh. 14). 
MƏNGİRLƏMƏK –  mənimsəmək, yiyələnmək.  –  O deyirdi 
ki, cöngəni k'olxozun naxırından məngirləyib yanına salaraq 
apardığı düyə ilə bir yerdə görüblər  (Əlabbas. Güdaz. Azərb. 
jurnalı, 1992, №7-8, səh. 132). 
MƏRƏÇÖYÜD   –  qulançar.  –  Yulğun ağacının dibindən 
mərəçöyüd də toplamışdı  (H.İbrahimov. Qu quşları öləndə oxu-
yurlar. Azərb. jurnalı, 1987, №10, səh. 129). 
MƏRƏK I –  anbar.  –  Hələ ki, qurd ilə doludur mərək  (Ç.Əli-
oğlu. Hələ ki. Azərb. jurnalı, 1989, №9, səh. 44). 
MƏRƏK II –  iri, böyük, şişman.  –  Başını Xına inəyin, Mər-
can inəyin mərək qarnına dayayıb, cuna altda zümzümə edən 
anamın yaz havalı oxşamasına da doldu sazaq  (Ə.Əzimzadə. 
Arandan gələn adam. Ulduz, 1988, № 3, səh. 2). 
MƏRÖVCƏ –  bax: mərəçöyüd.  –  Göbələyin, əmlik quzu 
ətinin, qorda qovrulan mərövcənin kababını, quzu mələməsini, 


 
 
173
toylarda gözü ilə qız yeyən cavanları itirmişəm  (Ə.Əzimzadə. 
Cehiz. Ulduz, 1990, №5, səh. 16). 
MƏTƏ –  toplaşılan yer.  –  Qaldı padşah və onun başındakı 
dəstəyə, o da belə idi: onların civarına, mətəsinə ən azı on ad-
dım qalmış, bir də onlardan ən çoxu on addım uzaqlaşmış gərək 
iki kərə gəldikdə və uzaqlaşdıqda burcuna idin (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 25). 
◊ MƏTƏ QURMAQ – “kiş-kişlər olsun” demək.  – Üstəlik 
qulağını da çəkib, astadan mətə qururdu  (Ə.Əmirov. Axirətdən 
qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 130). 
MƏTƏRİSLƏNMƏK I  –  soyuq və küləkdən daldalanmaq, 
qorunmaq. – Məhəmməd mətərislənmək üçün, mal-heyvan 
bölüyünün qabağını iki təpə arasındakı çökəyə çəkdi  (A. Mus-
tafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 31). 
MƏTƏRİSLƏNMƏK II  –  söykənmək.  – Divara mətərəslən-
dilər  (T.Hüseynov. Qartal müqəvvası. Azərb. jurnalı, 1990, №1, 
səh. 88).  –  Məntəqəyə yaxınlaşanda divara mətərisləndi  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 35). 
□ MƏTƏRİS OLMAQ  – söykənib oturmaq.  –  Gəlib ərinin ya-
nında mətəris oldu  (B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 33). 
MƏYLƏŞ  – şiş.  – Gözünü qan örtmüş halda məyləş papağını 
başında bərkidib, əlini xəncərinə ataraq, uzaqdan ağanın üstünə 
yeridi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 67). 
MƏZƏLƏK  –  mozalan.  –  Xuduş məzələk tutmuş dana kimi 
qırxın mağarının başına dolanır, çayxanaya cumur, yola-izə, 
təpələrə sarı boylanır, əlimyandı arayırdı (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı,1988, №3, səh. 54). 
MƏZƏR  –  önlük.  –  Çörək bükülmüş məzəri, güyümü, səhən-
gi, qazanı atırdılar arabalara  (İ.Məlikzadə. Qırmızı şeytan. 
Azərb. jurnalı, 1992, №9-10, səh. 8).  –  Sinifdə müəllim qaba-
ğında oturanda əllərinizi məzərinizin arasına qoyun  (S.Nəziro-
va. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 20). 


 
 
174
◊ MIRT BAĞLAMAQ  – kir tutmaq, kirlənmək, çirklənmək.  –  
O dəfə baxıram ki, köynəyinin boynu mırt bağlayıb  (V.Nəsib. 
Köhnə hamam içində. Azərb. jurnalı, 1987, № 6, səh. 51). 
MIRTILDANMAQ   –  burnunun altında nə isə demək, yavaş 
səslə nə isə demək, deyinmək.  –  Aya yekə kişisız, adamlığız ol-
sun!  –  deyib, mırtıldandı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 42). 
MIRT MINCIĞI  –  ürəyiyuxa, hər şeydən inciyən, kövrək.  –  
Havaxdan belə mırt mıncığı olmusan?  (Ə.Bağırov. 
Gözmuncuğu. Ulduz, 1988, №7, səh. 16). 
MISMAQ I  –  susmaq. –  Bəylərbəyi mısdı  (F.Eyvazlı. Düyün-
lü günlər. Ulduz, 1989, №8, səh. 30). 
MISMAQ II  –  sakit oturmaq.  –  Qulbeçələr mısıb, bic-bic 
işıldayan gözlərini Veysəlovun kündə sifətinə zilləmişdilər  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, № 2, səh. 69). 
MISMAQ III –  pusmaq, güdmək.  – Deməli, bayaqdan mısıb, 
onlara göz qoyurmuş  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, 
səh. 15). 
◊ MISMIRIĞI YERLƏ GETMƏK  – qaşqabaqlı olmaq, qaş-
qabağı yerlə getmək, qaşqabağı yer süpürmək.  – Görürəm yenə 
nə isə mısmırığı yerlə gedir  (İ.Əfəndiyev. Billur sarayda. Azərb. 
jurnalı, 1987, №8, səh. 71). 
MIZI  –  qaraqabaq, kimsə ilə yola getməyən, qaşqabağı açıl-
mayan, üzü gülməyən, adam sevməyən.  –  Mızının biridir  
(Y.Nəsirli. İki şüşə konyak. Ulduz, 1988, №6, səh. 26). 
◊ MIZ QOYMAQ  –  hər şeyə bir qulp qoymaq, hər şeydən na-
razı qalmaq, mane olmağa, əngəl olmağa çalışmaq.  – Deyəndə 
ki, Gər Xəlil nəinki ömürlük padşah olmağa layiq kişidir, mız 
qoyan tapılır  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 30).  – Deyir kişinin böyük qızı mız qoymasa, 
qaynatam yola gələcək  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, 
№12, səh. 61). 
MİKİN  –  növ, sort, cür. – Ot, çayır, əlli mikin çiçək, dəli şü-
yüd, hacıqabıq, quzuqulaq, yemlikdən belə, hamısı baş açıb, kə-


 
 
175
rənti havasınca qalxmışdı  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 50). 
MİNVAL  – qayda, tərz, üsuı, yol.  –  Ələm hiss elədi ki, bu 
minvalla niyyətini İnnaba anlada bilməyəcək  (İ.Məlikzadə. Qır-
mızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 10). 
MİTİLLƏNMƏK  –  yatmaq, yerinə girmək. – Uşaqlar  –  Mi-
sirlə Temir, körpələr yorulublar, axşamdan mitilləniblər  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 60). 
MOLLAGUNƏ   – dindar, şəriətdən xəbardar olub, ona əməl 
edən, dinə əməl edən, dinə qail olan . –  Mollagunə 
adamların, hətta həyətlərində tərpənişən qocaların, qarıların 
əllərində güclü mil işığı uzağı vuran Çin fənəri parıldayırdı  
(İ.Hüseynov. Əbədiyyət.  Azərb. jurnalı, 1988, №10, səh. 42). 
MOT-MOTU –  deyingənlik. –  Elə sənin hikkən, mot-motundu 
bizi kasıb salan (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-
12, səh. 115). 
MOZU I –  keçəl.  –  Nə təhər doladısa, kişinin əbrəş papağı 
sivrilib başından düşdü otluğa, qırxıq, cıbrıq mozusu açıq qaldı  
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 24). 
MOZU II –  böyük, yumru daş.  – Əyilib yerdən bir mozu gö-
türdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 55). 
MÖHRƏ I – çəpər.  –  Pəncəsi üstə qalxıb, möhrədən boylandı  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, № 10, səh. 45). 
MÖHRƏ II –  palçıq.  –  Çiçəyi yarpağından qabaq açmış 
ağacların möhrə barılardan küçəyə sallanan budaqlarının gün 
altında qız kimicə nazlandığı bu gözəl yaz günündə hardansa elə 
bil tər şamama ətri gəlirdi  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 
1992, №7-8, səh. 55). 
◊ MÖHÜRÜNÜ DÜZMƏK  –  işini qaydaya salmaq, işlərini 
sahmana salmaq.  –  Get qohumlarının möhürünü düz  (Q.Meh-
di. Oyun. Azərb. jurnalı, 1991, №11-12, səh. 32). 


 
 
176
MUÇQURTU  –  it və s. heyvanları çağırmaq üçün çıxarılan 
səs.  –  Pələş muçqurtu həsrətində yanıb qovrulurdu  (Ə.Sahib. 
Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12, səh. 28). 
MUÇUQLAMAQ  –  uçuqlamaq.  –  Ağız-burnu əməlli-başlı 
muçuqlayıbmış, yatağa düşübmüş  (Ə.Mustafayev. İxtira. Ulduz, 
1989, №2, səh. 11). 
MUÇUQLU  –  qoyunun və ya keçinin boğazından sallanan bir 
cüt vəzi.  –  Sağ əliylə sümüyündən yapışdığı boğazı muçuqlu, 
özü ağ, dizlərinin gözü, qaşqası qara, gözləri diri şişə atanla 
sənin birtəhər baxmağınızdan mələyir  (Şahmar. Qoyungöz. Ul-
duz, 1988, №8, səh. 36). 
MUDARSIZLIQ  –  satqınlıq.  –  Mürşüd kişi Cəmşidin mudar-
sızlığını bilirdi, gözü də ondan su içmirdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 51). 
MUĞANLAMAQ  –  keçi qəzilindən düzəldilmiş qar kürüyən 
saplı alətlə təmizləmək, kürümək.  –  Ayrı heç nəyin yox, təkcə 
həyətin o biri başında əllərini nəfəslərilə isidə-isidə qonşu da-
mın qarını növbə ilə muğanlayan uşaqların səsi gəlirdi  (Ə.Ba-
ğırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 18). 
MUMLAMAQ  –  susmaq, sözünü kəsib, durmaq, səsini kəsib 
oturmaq, danışmamaq. – Mən mumlayım deyə Göy Məcid əlini 
ağzına qoydu  (Ş.Bağırov. Görünməz qəza. Ulduz, 1987, №2, 
səh. 17). 
MURAZ   – murad, niyyət, istək, arzu. –  Xudavəndi-aləm hər 
ikinizi murazınıza çatdırsın  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 
1991, №3, səh. 61).  – Murazınız göyərsin, a gəlin, dedi  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 18).  –  Hüseynqulu koxanın bircə murazı var idi, o da gö-
zündə getdi  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, 
səh. 56).  – Oğul,  murazı gözümdə gedirəm  (V.Nəsib. Bir 
atımlıq barıt. Ulduz, 1987, №10, səh. 20). 
MURTABAŞ  –  yumurtabaş.  –  Nədi, a bala, o murtabaşı niyə 
boğursan?   (V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh. 
15). 


 
 
177
MURTDABAŞ –  bax: murtabaş.  –  Taxsır o xınabaşda yox, 
sənin kimi murtdabaşdadı (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 70) 
□ MUŞĞULAT ELƏMƏK  – xırda-xırda, yavaş-yavaş yemək.  
–  Kol-kosun qol-budağından muşğulat eləyəcəklər (R.Səmən-
dərli. Əli kişinin dərdi. Ulduz, 1988, №6, səh. 36). 
MUŞMULAT – ətirli  kol bitkisi.  –  Mələş qovaqlar, məcnun 
söyüdlər, şəbbu çiçəkləri, boynubükük incigülləri, ətri dərman 
muşmulat kolları bir-birlərini muştuluqlayırdılar  (Ə.Mustafa-
yev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 58). 
MUŞQURMAQ   –  bax: mətə qurmaq.  –  Üstəlik qulağını da 
çəkib, astadan muşqururdu  (Ə.Əmirov. Axirətdən qabaq gəzin-
ti. Azərb. jurnalı, 1989, №4, səh. 130). 
MÜCAYİR –  yabanı bitki.  –  Müşgünaz xalanın qəbrindən az-
ca yuxarı, yan-yörəsini sumağı mücayir, yaşıl yosun basmış qa-
yanın üstünə çıxdım  (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. 
jurnalı, 1989, №1, səh. 39). 
□ MÜC OLMAQ   –  donub qalmaq, mat qalmaq, özünü itir-
mək.  –  Təəccübündən müc olmuş kimi handan-hana özünə gə-
lib döyüşə hazırlaşan xoruzlar təki silkələnib, qabardı  (S. Nəzi-
rova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 65). 
MÜRÇÜMLÜ  –  hər hansı bir qabın qapağındakı əl tutmaq 
üçün ucu qotazlı və ya ucuna düymə bağlanmış gödək kəndir 
tutacaq.  –  Ağac qəndqabının mürçümlü qapağını qaldırıb qıra-
ğa qoydu  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10, səh. 115). 
□ MÜRD OLMAQ –  ölüb qalmaq, gəbərmək.  –  Eh, mən get-
dim aşağı, yuxu zalına, bəlkə boş bir yer tapıb mürd oldum  
(S.Elcanlı. Sükutun sonu. Ulduz, 1990, №4, səh. 17). 
MÜSTƏR  –  şikəst, əlil.  –  Neylirəm e, Qulunu, müstər deyiləm 
a...  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3, səh. 19). 
MÜRGÜ ÇİRİŞİ –  məc. mənada: yuxu.  –  Kirpikləri arasına 
mürgü çirişi dolanda böyrü üstə çevrildi  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 


 
 
178
□ MÜSTƏR ELƏMƏK –  şikəst eləmək, çarəsiz buraxmaq, iq-
tidarını əlindən almaq, gücsüz hala salmaq.  –  Deyirdi dağı ye-
rindən oynada bilən igidlərin əl-qolunu dibdən bağlayıblar, müstər 
eləyiblər  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 17). 
□ MÜZAYİQƏ ETMƏMƏK –  əsirgəməmək. – Verilən hər 
bir tapşırığı can-başla, ürəklə yerinə yetirir, işdən kənar şəxsi 
vaxtına da müzayiqə etmirdi  (A.Abdulllayev. Geriyə qayıdan iz. 
Azərb. jurnalı, 1987, №12, səh. 58). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
179
 –  N  –  
 
NABALIQ –  xam, xəbərsiz. – Axı mən uşaq deyiləm, nabalıq 
deyiləm  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3, səh. 
46). 
NACAĞ  – xəstə, naxoş. – Nacağam, ay dədə  (Ə.Mustafayev. 
Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 6). 
NACAĞLAMAQ  –  xəstələnmək, naxoşlamaq. – Deyəsən na-
çağlamışdı (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 
13). 
NAXARTANA   –  nə qədər. – Canbala, bundan sonra müdiri 
naxartana kefin gəlir söy!  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 55). 
◊ NAXINA GƏTİRMƏK – heyvanın gözünün kənarında yum-
ru ət əmələ gəlməsi.  –  Kimin atı qaysar olsa, kimin atına çər 
dəysə, kimin atının gözü naxına gətirsə, keçöy olsa, sürərdi bir-
başa Həsənin yanına  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, 
№1, səh. 11). 
NAQOLAY  –  səhv, düşünülməmiş.  –  Bir naqolay söz söylə-
diyi üstə qəssabxanadanca qatıb qabağına milis aparırdı oraya, 
oradan da gedər-gəlməzə  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb, jurnalı, 1987, №5, səh. 53). 
NAM  –  ad. –  Müslüm həmkarının namını vermədi  (Ə.Musta-
fayev. Novruzgülü açmamış, Azərb. jurnalı, 1987, №7, səh. 22). 
NAMXIDA   –  “maşallah”, “gözə gəlməsin”, “göz dəyməsin” 
mənalarında işlədilən söz.  – Gündə min yol şükür elə, nəyidi, 
namxıda de  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 19). 
◊ NAR  –  çəpərin üfqi taxtası.  – Qonşuya əli çatmadığındanmı 
qabaq ayaqlarını nara qoyub zingildəyir, cavan, körpə pöhrələri 
qırıb dişlərinin arasında çeynəyir, hirsli-hirsli yerə atırdı  
(Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 14). 
NARBƏND –  küknarın bir növü, yuxarı hissəsi nara bənzədiyi 
üçün bu ad verilmişdir. Naxçıvan zonasının bəzi yaşayış mən-


 
 
180
təqələrində nalbənd də deyirlər. Artırılma üsulu yalnız qarağaca 
calaq edilməklə mümkündür.   –  Cəlal üzüyü ona kəndin girəcə-
yindəki tənha narbəndin altında vermişdi  (H.İbrahimov. Qu 
quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 129). 
NATARAZ  –  böyük, yöndəmsiz, yekə. – Müdir ayağa durur, 
nataraz seyfin açıq qalan ağır qapısını çırpır  (N.Mirzəxanov. 
Təmiz hava. Azərb. jurnalı, 1987, №9, səh. 122). 
◊ NAZİK DAMARINDAN TUTMAQ –  birinin zəif cəhətin-
dən istifadə etmək, zəif tərəfini tapmaq. – Gərək həyat profes-
soru olasan, adamların nazik damarından tutmağı bacarasan  
(İ.Əfəndiyev. Billur sarayda. Azərb. jurnalı, 1987, №8, səh. 71). 
NEYBƏT – çirkin, kifir, eybəcər. –  Hərdən də dayanıb üzünü 
ona sitəmlər eləmiş bu neybət adama tutaraq elə bör-bör böyü-
rürdü ki...  (Əlabbas. Güdaz, Azərb. jurnalı, 1992, №7-8, səh. 
147). 
◊ NEYVƏT-NEYVƏT DANIŞMAQ – bəd-bəd, kifir-kifir, xe-
yirsiz-xeyirsiz danışmaq.  –  Sus, ay arvad, neyvət-neyvət danış-
ma  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 34). 
NƏCİM  –  zərif, qəşəng, incə.  – Nəcim çənəsinin ucunda iri 
nöqtəyə bənzəyən bənövşəyi xalı da bu kamil gözəlliyə əlavə 
çalar qatırdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№ 2, səh. 43). 
NƏDAMƏT  –  xeyirxah.  –  Rayon mərkəzindən tutmuş, uzaq 
şəhərlərə qədər yayılmışdı ki, bir nədamət adam peyda olub  
(N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 92). 
◊ NƏF  –  xeyir, fayda, mənfəət.  –  Alqış köpüyünü nəf bilib 
yığır  (Ç.Əlioğlu. Millətin yalançı qəhrəmanları. Azərb. jurnalı, 
1989, №9, səh. 41).  – Xalqın dar günündən nəf umanların; Qis-
məti axır baş yasdır    –   yaraqdır  (Ç.Əlioğlu. Millətin yalançı 
qəhrəmanları. Azərb. jurnalı, 1989, №9, səh. 42). 
NƏFLƏNMƏK –  əziyyətsiz, müftə gəlir əldə etmək.  –  Kef-
nən nəflənənlər “dəh”nən dəhlənərlər  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 116). 


 
 
181
NƏKARA  –  kim, nəçi, hansı cürətin sahibi.  –  Sağsağan nə 
karadır ki, insanın sabahından, gələcəyindən xəbər versin  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 7). 
NƏMÇIMƏK I –  islanmaq, nəmlənmək.  –  Əzələləri nəmçiyib 
yumşaldıqca vəziyyəti yüngülləşmək əvəzinə, daha da ağırlaşdı  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 68). 
NƏMÇİMƏK II  – nəmlənmək, doluxsunmaq. –  Kitabxanaya 
yolu düşəndə ordan hər dəfə nisgilli, gözü nəmçimiş çıxdı  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 48). 
NƏMƏNƏ   – nə. – Az, o Durnadı, nədi, nəmənədi, nə bilim  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 11).  –  
Mən beyni püf, başdan mayıf hardan bilim dərs-mərs nəmənə 
şeydi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 
59). 
NƏMƏNƏCƏ   – hansısa. –  Fikirləşdik, dedilər ki, Arazın 
üstündə nəmənəcə bəyin su dəyirmanı var  (N.Qənbər. Babamın 
son nağılı. Ulduz, 1988, №12, səh. 20). 
NƏMLƏNMƏK   –  doluxsunmaq, gözləri dolmaq.  –  Cinlər 
diyarındakı “sevgilisinin” həsrətilə nəmlənirdi  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalıı, 1987, №1, səh. 6). 
NƏMŞƏRMƏK   –  tərləmək, nəmlənmək, islanmaq.  – Əv-
vəllər onun lap isti günlərdə belə alnının nəmşərdiyini görən ol-
mamışdı  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jur-
nalı, 1991, №4, səh. 34).   
NƏNƏ –  ana.  – Gədə qələt eləyir sən nənəsiynən  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, səh. 3). 
NƏRMƏNDLİ  –  incə.  –  Nazik, nərməndli örtük çarpayının 
üstündə gözəl görünürdü (R.Tağıyev. Qocalığı görən. Ulduz, 
1989, №2, səh. 5). 
NƏTƏR –  necə, nə cür. –  İndi gəl bu leşi təkcənəcə çıxart 
dərənin dibindən görüm nətər çıxarırsan  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 10). 


 
 
182
NƏTƏRİ  –  necə, nə təhər.  –  Naxoşdadığım da nətəri olub?  
(Ə.Bağırov. Muştuluq. Azərb. jurnalı, 1987, №3, səh. 75). 
NƏYDƏRƏMƏTDİK –  tərslik.  –  İnadkarrıxda, nəydərəmət-
dikdə tay-barabarları yoxdu  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh.62). 
NIĞIRTI  –  anlaşılmaz səs.  –  Yuxarı mərtəbədə nığırtı eşidil-
di  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 5). 
NIXÇANMAQ I  –  batmaq, saplanmaq.  –  Yumruqlar açılan-
da, çirtmələr böyür-başına, qarnına nıxçananda onların ayağı-
na döşənib yalvarmışdı  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, 
səh. 24). 
NIXÇANMAQ II –  ağzına qədər doldurulmaq, ağzına kimi ba-
sılmaq. – Anam da yun nıxçanmış kisəni çiyninə almışdı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 20). 
NIXLAMAQ  –  yükləmək, qoymaq, iş vermək. – İndi azı iki il 
nıxlıyajaxlar belinə  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 13). 
NIRX  –  adət-ənənə.  –  İndi Nağının birdən-birə eli-obanı xa-
tırlaması, adətə, nırxa hörmət eləməsi onu bir az çaş-baş saldı  
(E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 124). 
NİMDAŞ  –  bir qədər  geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, 
bir az köhnə. – Tək bircə dəfə nimdaş xalçadan da nimdaş bir 
qarı sal daşa yaxınlaşdı, köhnə xalçaya bir xeyli baxdı, başını 
buladı, uca dağlara söykənmiş dərin dərələr kimi gumuldandı  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 14). 
NİMDƏR   –  balaca döşək, döşəkçə.  –  Yoxsa kişi ağzına su 
alıb nimdərin üstündə domuşa-domuşa oturacaqdı  (S.Nəzirova. 
Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 25). 
◊ NİNAY ÇALMAQ  –  zümzümə etmək, astadan mahnı oxu-
maq, astadan bir rəqs havasını ifadə etmək.  –  Əlüstücə əsil gə-
lin ayaqqabısına oxşayan ayaqqabını, mixəyi donu geyib, neçə 
ildən bəri bu evdə ilk dəfə lap qız uşaqları kimi ninay çalıb oy-
naya-oynaya otağı dörd dolandı  (Ə.Bağırov. Gəlin ayaqqabısı. 
Ulduz, 1987, №3, səh. 17). 


 
 
183
NÖÖSÜN  –  çirkin, iyrənc.  –  İndi onun sir-sifəti daha da nöö-
sün idi, gözləri dombalıb, yerindən çıxmışdı  (N.Qənbər. Baba-
mın son nağılı. Ulduz, 1988, №12, səh. 14). 
NÖYÜS   –  nəfs, istək. – Çatdıra bilmirəm, ay oğul, nəyin 
varsa, onunla kifayətlən, nöysünü öldür (T.Qəhrəmanov. Qul-
beçə. Ulduz, 1988, №9, səh. 27). 
NUFUS // NÜFUS  –  çirkin, bədheybət.  –  Həmişəlik gedirəm, 
ta görmüyəjəm sənin nufus sifətini  (Ə.Əmirov. Tapanca. Ulduz, 
1988, № 8, səh. 26).  –  “Şükür ki, bu nüfus gün qurtardı” dedi  
(Ə.Əmirov. Axirətdən əvvəl gəzinti. Azərb. jurnalı, 1989, №4, 
səh. 129). 
NÜDURƏT   –  nadir, az tapılan.  –  Oradan mənim adıma 
nüdurət bir içki tapıb gətirib  (R.Mövsüm. Saxla öldürərik. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 181). 
NÜYVƏR  – nümunə.  –  Heç Cəlal Bilaloviçin başından Nuh 
əyyamından bəri, nüyvər üçün saç çıxmamışdı  (S.Tağızadə. 
Təqib. Ulduz, 1989, №9, səh. 25). 
 
 
 
 
 
 
 
 
 


 
 
184
 –  O  –  
 
OĞURSAQ I – arıq.  –  Bir oğursaq inəyin südüynən, anasının 
beş-altı toyuğuynan nə vaxta qədər keçinmək olar?  (T.Hüsey-
nov. Qəriblik. Ulduz, 1988, №12, s. 33).  – Axırı xeyrin bir 
oğursaq inəyi var  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 77). 
OĞURSAQ II  –  balası ölmüş.  –  Bazarbaşında bir oğursaq 
qoyun mələdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 50). 
OXAM-OXAM ELƏMƏK  –  parça-parça eləmək, qırmaq. – 
Və axırda da axşamın dar vaxtı xəbər çatdırırdı ki, Gülü beşa-
çılanını qayaya çırpıb, oxam-oxam eləyib, özü də üzü üstə torpa-
ğa düşüb ağlayır  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 
1987, № 4, səh. 37). 
OXARTANA  – o qədər.  – Danışmalı oxartana sözümüz var ki  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 38). 
OXRANA-OXRANA  –  astadan, yavaş səslə kişnəyə-kişnəyə.  
–  At yiyəsinin səsini eşidib, oxrana-oxrana yaxınlaşdı  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 29). 
OXRANIŞMAQ  –  yavaş, alçaq səslə kişnəmək.  –  Və kiş-
nəşə-kişnəşə, oxranışa-oxranışa bir-birini yanlayırdılar  
(V.Babanlı Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 24). 
OLACAQ  –  birinin qaldığı, yaşadığı yer, mənzil, ev.  –  Bəzən 
soyuq kanalda sətəlcəm olub huşunu itirən xəstələri dalında 
daşıyıb olacağına çatdırırmış  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 45). 
OMAXŞIMAQ  –  kövrəlmək.  –  Qarı göydəmirin yalından 
onun çiyninə qoydu, omaxşıdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. 
Ulduz, 1987, №4, səh. 31).  – Anam kimi qollarını açıb gəl; 
Omaxşıyım, mən də tufan eləyim  (İ.İsmayılzadə. Bacım Gülsə-
faya Bakıdan məktub. Ulduz, 1991, №3, səh. 48). 


 
 
185
OMUZ   – çiyin. –  Gözlər hər biri albuxara, saçı kəsilmiş, iri 
qıvrımlarla çiyninə tökülmüş, çiyinlər  –  omuz yumru...  (S. Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 26). 
ORMANLAŞMA  –  təbii yolla ağacların öz-özünə artıb çoxal-
ması.  –  Olub yüz ilin xamı ormannaşıb meşəyə dönüb  (S.Əh-
mədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 34). 
OT-ƏNCƏR –  yabanı yeyilməyən və yeyilən ot. –  Ancaq indi 
həyət bölünəndən sonra torpaq sağırlaşıb, gül-çiçək çəkilib, ot-
əncər quruyub  (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jur-
nalı, 1989, №1, səh. 34). 
OTUXMAQ   – məc. mənada: yeyib-içib harınlamaq, qudur-
maq.  –  Otuxublar, a kişi, zamana uşaqları  (S.Əhmədov. Ya-
saq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, s. 37). 
◊ OVDANINA DÜŞMƏK – yoluna girmək, yoluna düşmək, 
qaydasına düşmək, axarına düşmək, sahmana düşmək. – Ara 
yat-yut olub, iş ovdanına düşəndə qayıdıb gələrsən  (Ə.Bağırov. 
Köhnə kişi. Azərb, jurnalı, 1988, №4, səh. 29). 
OVDUĞ  –  ayran.  –  Yayın ləzzəti  –  camış qatığının ovduğun-
dan, qara qoyunun pendirindən, sərin bardaq suyundan danışa-
gülə yeyib-içiblər  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 
36). 
OVXAM-OVXAM OLMAQ  –  qırılıb tökülmək, ağrımaq.  –  
Bütün bədəni ovxam-ovxam idi  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 89). 
OVXAR   –  kəsər.  –  İtir yavaş-yavaş sözün ovxarı  (Z.Sarı-
torpaq. Xəncər. Ulduz, 1989, №1, səh. 41). 
OVXARLAMAQ I  –  vurub dağıtmaq.  –  Saçımızı küləklərlə, 
ömrümüzü diləklərlə ovxarlayıb daradana  (M.Misir. Şəhidlər. 
Azərb. jurnalı, 1991, №1, səh. 17). 
OVXARLAMAQ II  –  təzələmək, yeniləmək,
 
xırdalamaq. –  
Karvanda ovsar bala; Dərdimi ovxarlama  (M. Misir. Şəhidlər. 
Azərb. jurnalı, 1991, №1, səh. 17). 


 
 
186
OVXARLANMAQ  –  itilənmək, məc.mənada: təzələnmək, ye-
nilənmək. –  Hələ öz səmtimi tapa bilmirəm; Kədərim qəlbimdə 
ovxarlanıbdır  (M.Misir. Şəhidlər. Azərb. jurnalı, 1991, №1, səh 
19).  –  Yenicə ovxarlanmış gordanın ucu Ataşın ayaqlarının 
burnunu döydü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurna-
lı, 1987, №5, səh. 76). 
OVXARLI  –  itilənmiş. iti.  –  Ovxarlı dəhrəni də qoydu yastı-
ğının altına  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 16). 
OVXUR  –  axur. – Örüşdən qayıdan mal-heyvan tox olsa da, 
sağılandan sonra ovxurları dolmalı idi  (B.Bərdəli. Bürkü. 
Azərb. jurnalı, 1991, №5, səh. 59). 
OVQAH-TANQAH  –  mal-mülk, var-dövlət.  –  Azərbaycanın 
iyirmi-otuz şəhərində mülkü, ovqah-tanqahı, məscid-mədrəsəsi 
olmuşdur  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 48). 
OVLUQ  –  oyuq, dəlik, yer. – Sən mənsən ki, bu boyda şəhərdə 
bir ovluq tapmayasan başını daldalamağa?  (İ.Qarayev. Bir 
kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 112). 
OVMAC  –  umac. –  Heç olmasa hədik, ovmac tapılarmı?  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 11). 
◊ OVSANATA DÜŞMƏK –  vaxtı ilə edilən yaxşılığın, kömə-
yin qarşılığını görmək, xətadan, bədbəxt hadisədən qurtulmaq.  
–  Çörəyin ovsanata düşüb  (Ə.Mustafayev. Novruzgülü açma-
mış.  Azərb. jurnalı,1987, №7, səh. 30). 
◊ OVSANATA SALMAQ  –  imkan eləmək, imkan, vaxt tap-
maq.  –  Kartof-soğanacan gəlib görürəm çarpayının altına, 
evin künc-bucağına dürtüb ki, ovsanata salıb qızına aparsın  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 47). 
OVSAR I  – dəvənin balası. –  Karvanda ovsar bala; Dərdimi 
ovxarlama; Qırılar nər karvanı; Yerində ovsar qalar  (M.Misir. 
Şəhidlər. Azərb. jurnalı, 1991, №1, səh. 17). 


 
 
187
OVSAR II  –  dəvənin noxtası.  –  Hərdən başını atıb, ovsarı 
elə dartırdı ki, elə bil kişini atacaqdı göyün üzünə  (S. Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 58). 
OYALAMAQ –  ovmaq.  –  O boyda dünyada bircə adamın 
ağlı kəsməyib ki, əl ata yerdən bir çarpanaq götürə, dilsiz-ağız-
sız qayanın sinəsin oyalaya  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 2). 
OYALANA-OYALANA  –  tələsmədən, yavaş-yavaş, asta-as-
ta, aramla.  –  Oyalana-oyalana perronun yığnağı dağılışmağa 
üz qoydu  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 
1989, №11, səh. 57). 
OYALANMAQ   – yanıb-yaxılmaq.  –  Ürəklərimizdə illərcə 
qor basıb, oyalanan dərdlərimizi söylətməkmi istəyir?    (Ş.Hə-
sənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 77). 
OYCALANMAQ  –  parçalanmaq, tikə-parça olmaq.  –  Ana-
bala eyvanda görünən kimi Sahib ağrıdan ikiqat olmuş qızına 
nəzər saldı, urəyi oycalandı  (Ə.Mustafayev. Novruzgülü açma-
mış.  Azərb. jurnalı,1987,  № 7, səh. 7). 
OYMA  –  oçaq yeri, kürsü  (tərəkəmələrin işlətdiyi sözdür).  –  
Sətirlərin arasında binənin oymaları və o oymaların arasında 
Zərnigar əlində süpürgə dayanmışdı  (Y.  (Gülməmmədov). Yol 
kənarında. Ulduz, 1989, №9, səh. 39).  
OYZAN –  gücsüz.  –  Qibləgahım Qarayazı, döz görüm; Əl 
uzalı, dil də oyzan  –  yaz görüm  (İ.İsmayılzadə. Bacım Gülsə-
faya Bakıdan məktub. Ulduz, 1991, №3, səh. 49). 
 
 
 
 
 
 
 


 
 
188
–  Ö  – 
 
◊ ÖC GƏLMƏK  – üstün gəlmək. –  Sel-seylab hərdən daş 
yığınlarına da öc gəlir  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 44). 
ÖDƏNSİZ  –  cavabsız, əvəzsiz. – Bəs o sayaq, kişiyana, sayğılı 
salamı almamaq, ödənsiz buraxmaq necə?  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 17). 
◊ ÖFKƏSİ TÖKÜLMƏK –  hiddəti, qəzəbi aşıb-daşmaq.  –  
Deyirdim, amma öfkəm tökülürdü  (Ə.Əmirli. Meydan. Azərb. 
jurnalı, 1992, №3-4, səh. 67). 
◊ ÖHD ELƏMƏK  – öhdəsindən gəlmək, gücü çatmaq. –  Heç 
kim onunla öhd eləyə bilmirdi  (İ.Məlikzadə. Qırmızı yağış. 
Azərb. jurnalı, 1987, №1, səh. 13). 
ÖLƏZİK – zəif, sönük.  –  Cüncül, öləzik gözlərini Mürvətin 
gözlərinin düz içinə zilləyib, irişdi  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, s. 55). 
ÖLƏZİMƏK  – ölgünləşmək, zəifləmək, solmaq, sönməkdə ol-
maq. –  Məmməd bəy isə oturmuşdu kötüyün üstə və bığının ucu-
nu çeynəyə-eynəyə baxışlarını zilləmişdi ortalıqdakı öləzimiş 
ocağa  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 8).  – 
Otlar, çiçəklər günəşə boylanmaq istəsələr də susuzluqdan 
öləzimiş və yaprıxmışdılar  (A.Abdulla. Batmanqılınc. Ulduz, 
1988, №1, səh. 20).  – Daha sonra dəyirmançının bucağı, baca 
altda öləziyən ocaq közərdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 12). 
ÖLMƏDİRİL  – zor-bəla ilə, çətiliklə, birtəhər, güc-bəla ilə. – 
Uşaqlar ölmədiril dolanırdılar  (M.Əliyev. Xatirə. Azərb. 
jurnalı, 1987, №8, səh. 119). 
ÖLÜ DƏSTİRİ  –  ölü kimi.  –  Qaraxallı qız içəri addadı, şirin 
dili qapılara açar oldu, getdi, nənəsini tapdı, onu huş aparmışdı, 
dodaqlarında bir damcı qan duruş gətirməmişdi, ölü dəstiri 
uzanmışdı, amma nəfəsi üstündə idi  (Ə.Mustafayev. Novruzgü-
lü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 18). 


 
 
189
ÖLÜŞKƏMƏK  –  ölmək, ölgünləşmək, xarab olmaq.  –  Tük-
ləri yapışıb ölüşkəmişdi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, 
№6, səh. 11). 
ÖRNƏKLƏNMƏK  –  nümunə götürmək. – Özləri də kütlədən 
örnəklənib, günün birinci yarısını dilsiz, qaş-gözlə sovub 
dağılışdılar  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 16). 
ÖYƏC  –  iki-üç illik erkək qoyun.  –  O “xalq düşməni” xalqa 
sürüynən öyəc, qoyun qoyub getmişdi  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 109). 
ÖYƏŞMƏK  –  mübahisə etmək.  –  Beləcə böyüdü, heç kimlə 
didişmədi, öyəşmədi  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 86). 
ÖYNƏ  –  nahar. –  Hər öynəmizi bir qapıda yeyirdik  (A.Ab-
dullayev. Ocaq sönmür. Ulduz, 1988, №2, səh. 35).  – Qalan qə-
pik-quruş bir öynəsinə bəs eləməzdi heç  (İ.Məlikzadə. Toy 
mövsümü. Ulduz, 1988, №5, səh. 31).  – Boş qarınla naharsız, 
öynəsiz nə bəy, nə xan?  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 15).  –  Düz on öynənin çörəyi 
çıxardı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 11). 
ÖYRƏLİ –  bir neçə gün bundan qabaq.  – Axı öyrəli saa bir 
quranlıq söz dedi burda  (Ə.Əmirov. Tapanca, Ulduz, 1988, 
№8, səh. 3). 
◊ ÖYÜNC ELƏMƏK  – öyünmək, fəxr eləmək, lovğalanmaq. 
–  Sonradan qazanılma təbiətləri ilə öyünc eləyirlər  (Ə.Mus-
tafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 
25). 
ÖZƏLƏNMƏK  –  alışmaq, od tutmaq.  –  Susmuşam, fikrimsə, 
çözələnibdir; Nifrətim içimdə özələnibdir  (M.Misir. Şəhidlər. 
Azərb. jurnalı, 1991, №1, səh. 18). 
 


 
 
190
–  P  – 
 
PAÇAL – çatlamış.  –  Alt dodağı paçal nar kimi ortadan 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin