Microsoft Word esasss doc


partlamışdı (R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, səh



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#39720
1   2   3
Kubra


partlamışdı (R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, səh. 
28). 
◊ PAXIRI ÇIXMAQ – paslanmaq.  –  Çağlayan axırı sərini 
paxırı çıxmış qafasını sərinlətdi, beyni ayazıdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 21). 
PALAX  –  yeni çıxmış, təzə göyərmiş sütül.  –  Baharın palax 
otlarını yeyib qarnımı doyurardım  (Ə.Babayeva. Rəngbərəng 
adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 21). 
◊ PALUN VURMAQ  – ərsinlə xəmiri qarışdırmaq, çevirmək. 
–  Mis teşt qaynayardı, kişilər palun vurardı (Q.Xəlilov. İsfahan 
halvası. Ulduz, 1990, №1, səh. 20). 
PAMPAQ – aciz.  –  Qızılquşdan qorxan pampaq cücələr kimi 
yerə suvaşırlar  (Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, 
№1-2, səh. 135).  – Səndən pampaq ha olmayacaqdım ki...  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 72). 
PAPAQAPARAN –  möhkəm əsən külək, şimal küləyi.  –  Kü-
lək əvvəlcə gicavar əsirdi, sonra papaqaparan başladı  (Əlab-
bas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 178). 
PARDAXLAMAQ –  yolmaq.  –  Cəmşid çolpanı pardaxladı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 12). 
PASAX  –  kir, çirk, his.  –  Bu sərin arxda İmaməlinin şəyirdi, 
əmələsi Səfərəlinin başmaqlarını çıxarıb, dabanını dabanına 
sürtüb, pəncələrinin qartmağını təmizləməyi də əl-əlbət bir yün-
gülləşmə, kir-pasaxdan qurtulub, asudələşmə əlaməti idi  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 68). 
PASNA  –  paya.  –  Ötən payız Yavər tiri, pasnası əyilmiş qarğı 
daxmasının qabağında dayanıb fikrə getmişdi  (İ.Məlikzadə. 
Qırmızı şeytan. Azərb. jurnalı, 1992, №9-10, səh. 54). 


 
 
191
PAZAX   – arıq və yağsız ət.  –  Kötüyün üstünə bir şaqqa ət 
atılmışdı, pazax, qıpqırmızı öküz buduydu (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 95). 
PAZI  – çuğundur. –  Yaxşı şirin pazı var  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 22).  –  Adətən danlanan 
adamların əsəbdən rəngi alınır, ya da sifəti pazı kimi qızarırdı  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, № 
7, səh. 25). 
PEÇƏK  – bükülü, bağlı, qutu.  –  İki soyutma yumurtadır, bir 
peçək də pendir  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 39). 
PENCƏR  – yeyilən yabanı otlar.  –  Pencər qaynadıb, süzmüş-
düm  (M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 130). 
PERİKDIRMƏK  –  yuvasından, evindən eləmək, yuvasından, 
evindən uzaq salmaq, didərgin salmaq.  –  Qızı lap perikdiriblər  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 11). 
◊ PERİK DÜŞMƏK  –  dağılmaq, hərəsi bir tərəfə dağılmaq, 
didərgin düşmək, darmadağın olmaq.  –  Güllə dəydi Salatına; 
Perik düşdü göydə durna  (A.Məmmədli. Bizim ellər yerindədi. 
Ulduz, 1991, №8, səh. 13).  –  Qızımız olanda da evdən beləcə 
perik düşmüşdü  (M.Bəkirli. Günah. Ulduz, 1990, №3, səh. 4).  
–   Oğul əgər ata ocağından perik düşürsə, sabah nəvəni o yur-
da bağlamaq çətindir  (A.Abdulllayev. Ocaq sönmür. Ulduz, 
1988, №2, səh. 33). 
PERİKMƏK I – uçmaq, qanadlanmaq.  –  Qırqovul perikib, bir 
andaca gözdən itdi  (R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, 
səh. 29).  – Kim bilmir ki, o hansı yuvadan perikib  (Ə.Babaye-
va. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 18). 
PERİKMƏK II  –  didərgin düşmək, qaçmaq.  –  “Yuxusu 
perikmiş” pəncərələrdən həyətə tala-tala işıq düşürdü, elə bil 
pərgarla asfaltın üstünə iri-iri ağ lövhələr çəkmişdilər, içini 
əhəngləmişdilər  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 8). 


 
 
192
PEŞIN –  avans.  –  Ancaq orası vardı ki, İmaməli bunu sonra, 
hansı günahınsa bağışlanmağından yana, bir peşin sanar, 
ayağını bir az irəli qoya bilərdi  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 16). 
PEŞQURD  –  taxılın nübarı. –  Peşqurdu gözləyirdik  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 9). 
PEYDAHSIZ   – allahsız.  –  O yox ey, o birisi, ay peydahsız 
(B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 35). 
PƏLƏ I – iri, yekə.  –  Qulağının biri pələ idi, biri sallaq  
(E.Quliyev. Kölgəsiz adam. Ulduz, 1989, №6, səh. 18).  – Kiçik 
bacıma isə yastığa yapışmış pələ qulaqlarım yaman gülməli görün-
müşdü  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 46). 
PƏLƏ II –  buynuzları yana əyilmiş, qulaqları sallaq .  
–  Pələ öküz buynuzları kimi yanlara çıxmış lüləyinin birindən 
sapsarı qaymaq, o birisindən durulub, gömgöy suya dönmüş 
üzsüz süd axır, böyük badyalara tökülürdü  (T.Hüseynov. Yanıq 
Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 26). 
PƏLƏD –  həyət qapısı.  –  Qənirə pələdi keçib, Əfruzla 
görüşdü  (M.Niyarlı. Qara örpək. Ulduz, 1990, №11, səh. 64). 
□ PƏLƏSƏNG OLMAQ  –  əldən düşmək.  –  Cülyələrin suyu 
quruduğundan heyvanlar Kürdən su içməyə gedib-gəlməkdən 
yollarda pələsəng idi  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, 
№3, səh. 65). 
PƏLƏT  – bax: pələd.  –  Maşın Sabirgilin pələti qarşısında da-
yanır  (T.Hüseyn. Sarıqamış. Ulduz, 1988, №12, səh.55). 
PƏLLƏŞƏ-PƏLLƏŞƏ  –  itələşə-itələşə.  –  Ölənlərin ruhu 
Allah adındanmı qorxdular, ya nahaqdan bəlaya ürcah olacaq-
larındanmı, pəlləşə-pəlləşə hərə öz qəbrinin siçan yuvasından 
zülmət dünyaya soxuldu  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, 
№1, səh. 9). 
◊ PƏLXƏŞLİK QATMAQ  – qalmaqal, qarışıqlıq salmaq.  –  
Tutaq ki, İmaməli, Hatəmxan oyunun ilk gedişlərində pəlxəşlik 
qatmışdılar  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 61). 


 
 
193
◊ PƏL VURMAQ  –  mane olmaq, maneçilik törətmək, əngəl 
olmaq.  –  Amma bu işə pəl vura biləcəyi ağlına gəlmirdi  
(T.Hüseynov. Qəriblik. Ulduz, 1988, №12, səh. 35).  –  İşə pəl 
vuran Gümüş mamamdır  (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jur-
nalı, 1987, №9, səh. 128). 
PƏNCƏ –  bir əl tutacaq qədər taxıl, ot və s.  –  Kəhildəyir, 
hökgüldəyir, biçib bağlayır, çəngədən pəncəyə, pəncədən dərzə, 
dərzdən bafaya keçirdi (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 86). 
◊ PƏRƏN-PƏRƏN DÜŞMƏK  – bax: perik düşmək. – Elə bil 
dünəndən bəri beynində qarğabazarı kimi hay-küy salan fikirlər 
birdən-birə pərən-pərən düşmüşdü  (F.Qoca. Kələfin ucu. 
Azərb. jurnalı, 1987, №10, səh. 49). 
PƏRXAŞLIQ  –  bax: pəlxəşlik. –  Deyirlər ki, bir az pərxaşlıq 
olub  (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 
104). 
PƏRMUDA  – əziyyət çəkmədən, korluq çəkməyə imkan ver-
mədən.  –  Zöhrə, Allah canıma dəyməsə, onları pərmuda böyü-
dəjəm  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10, səh. 97). 
PƏRSƏNG I – tarazlıq üçün qoyulan daş.  –  Bir girvəngə çəki 
daşıyla tərəziyə qoyanda pərsəng də lazım olmurdu  (M.Oruc. 
Namərd körpüsü. Azərb. jurnalı, 1991, №6, səh. 10). 
PƏRSƏNG II  – ədalət.  –  Həm də padşahın kütlə arasındakı 
uyuşuq-qovuşuğun pürçüm düyünlərini açan əl, pərsəng timsa-
lıydı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 29). 
◊ PƏRSƏNGİNİ İTİRMƏK –  tarazlığını itirmək.  –  Onsuz da 
Femidanın tərəzisi pərsəngini çoxdan itirib  (Ə.Əzimzadə. 
Cehiz. Ulduz, 1990, №5, səh. 16). 
□ PƏRSƏNG OLMAQ  – yük olmaq.  –  Heç olmasa ömrümü-
zün qalan parasını xudmani, geninə-boluna yaşayaq, heç kəsə 
pərsəng olmayaq  (Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 
16).  


 
 
194
PƏRŞUMLUQ  – şumluq .  –  Gün vurduqca buğla-
nan gözişləməz pərşumluq onu aldadıb öz yanına apardı  (Əlab-
bas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 150). 
PƏRT  –  məyus etmə, incitmə.  –  Çəkilərsən, bu dağlar da 
dincələr; Bu dağların sərt üzünün pərti var  (F.O.Qəribsəs. Dər-
bənd. Ulduz, 1991, №3, səh. 53). 
PƏRTDƏGÖZ   –  dombagöz.  –  Bu pərtdəgöz yaramaz necə 
çıxıb cürcənəkdən?  (İ.Məlikzadə. Semiçka Cabbar. Ulduz, 
1988, №5, səh. 28). 
PƏRTOYLUQ  –  yava ağızlılıq.  – Pərtoyluğa uyuşmayan 
mülayim xasiyyəti vardı  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, 
səh. 3). 
PƏRTÖY  –  yava.  –  Ağızlarının qıfılını itirmiş sədərəklərin 
pərtöy danışıqları, latayır söyünclərini aşkarca, aydınca eşidirdi  
(Ə.Mustafayev. İxtira.Ulduz, 1989, №2, səh. 10). 
PƏRZANA  –  pəhriz xörəyi. – Yunus kişiyə pərzana bişirmək-
dən, pal-paltar yumaqdan başı açılmır  (Ə.Cəfərzadə. Qorxulu 
həqiqət. Azərb. jurnalı, 1992, №7-8, səh. 80). 
PƏS –  məğlub. –  Halal-halal xoşun olsun, mən pəs  (V.Baban-
lı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 53). 
PƏSİNMƏK I  –  çəkinmək.  –  Hələ mən oyağam, heç nədən 
pəsinib eləmə (Ş.Süleymanov. Qisas. Ulduz,1988, №4, səh. 31).  
–  Dilavərin baxışındakı acığı, kini açıq-aydın duyduğuna bax-
mayaraq, pəsinmədi  (İ.İbrahimzadə. Son yağış. Ulduz, 1992, 
№7-8, səh. 75). 
PƏSİNMƏMƏK II  – vecə almamaq, çəkinməmək, qorxma-
maq.  – Ayrılmağa, “Gecən xeyrə qalsın” deməyə iyirmi-iyirmi 
beş addım qalmışdı ki, çəpərin xəndəyindən bir daş atıldı və mə-
nim lap yaxınıma düşdü, qarı sovurdu, pəsinmədik  (B.Bayra-
mov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 60). 
PƏSTAHA  –  oyun, hoqqa.  –  Nə pəstaha çıxartmısan?  
(İ.Məlikzadə. Dolaşaların novruz bayramı. Azərb. jurnalı, 1988, 
№5, səh. 21). 


 
 
195
PƏYƏ –  tövlə.  –  Qızmış kəl qabağındakı bir bağ ota tamsın-
madı, ürəyində dolandırdığı ağ camışın dalınca yollanmaq, onu 
axtarıb tapmaq duyğusu bütün istəkləri üstələdi, pəyənin ağzın-
da teyləndi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jur-
nalı, 1987, №7, səh. 18). 
PƏZƏVƏNG  – yekəpər, zırpı. –  Pəzəvəng cəlladların hərəsi 
bir qoluna girdi  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, 
səh. 14).  –  Gör ha, hər yerdə belə xəstələrə xüsusi qayğı göstə-
rirlər, onların halına acıyırlar, bu pəzəvəng isə...  (İ.Əlfi. 
Qorxu. Ulduz, 1987, №1, səh. 6). 
PIÇALAQLI  –  çirkli .  –  Heç nə başa düşmür-
müş kimi şişmiş, pıçalaqlı gözlərini qıyıb, kal-kal ona baxdı  
(Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 15). 
PIRNIX  –  yapon xurması.  –  Pırnıxın ən yekəsini, ən sarısını 
seçib özünə götürdü  (Y.Əhmədov. Ömürdən bir gün. Ulduz, 
1989, №6,  səh. 46). 
PIRSIMAQ   – yetişəndən sonra boşalıb kiflənmək aiddir>.  –  Almanın bir neçəsi xarab olub çürümüş, qalanların 
yarısı sağlam, yarısı isə pırsımışdı  (E.Əlləzoğlu. Balıq günü. 
Ulduz, 1988, №3, səh. 45). 
PITIRĞAN – kolluq və zibilliklərdə bitən ikiillik, yumru 
şəkildə olan üstü tikanlarla örtülü, dəydiyi şeyə yapışıb 
çıxmayan ot  –  bitki.  –  Yəqin iri qırmızı, saçaqlı-saçaqlı olan 
Ərdo tavan uzunu ennənib, yayılmış iri gözləri ilə oradan 
qardaşıma baxır, pıtırğan dodaqlarını tərpədə-tərpədə onu 
undicə yeyəcəyi ilə hədələyirdi  (E.Əlləzoğlu. Ölü yay. Ulduz, 
1988, №3, səh. 42).  –  Yaxşı açıldın başımdan, ay Süleyman, 
sən də özgə pıtırğansan  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, № 7, səh. 50). 
PİLƏ – ipək.  –  Vəlinin səsi pilə kimi yumşaq çıxdı  (Ə.Əzimza-
də. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 5) 
PİNƏÇİ –  ayaqqabı təmir etməklə məşğul olan . –  
Dəlləkxana ilə üzbəüzdəki pinəçi köşkü də bağlı idi, çayxana da  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 37). 


 
 
196
PİNƏKLƏMƏK   – oturduğu yerdə huşlamaq, yuxu aparmaq, 
mürgüləmək.  –  O oturduğu yerdəcə pinəkləyirdi  (M.Niyarlı. 
Yola dikilən gözlər. Azərb. jurnalı, 1991, №2, səh. 94). 
◊ PİNƏ VERMƏK  –  başlarından sovmaq

–  Gülə-gülə 
bozarıblar, ağlaya-ağlaya pinə veriblər  (İ.İsmayılov. Ocaq 
daşı. Ulduz, 1991, №4, səh. 75). 
PİRAN  –  yabanı bitki adı.  –  Maşın yovşan və piran kollarını 
tapdayaraq bir anda özünü tülküyə yetirdi  (M.Məmmədov. Bir 
gün. Ulduz, 1989, №5, səh. 23). 
PİRQULLUQ   – sözəbaxan, göndərildiyi heç bir işə etiraz et-
məyən, verilən tapşırığı can-başla yerinə yetirən . – 
Uşaqlıqda üzüyola, pirqulluq bir oğlan idi  (R.Əliyev. Bütövlən-
məyən borc. Ulduz, 1991, №7, səh. 76). 
PİSİKDİRMƏK  –  qorxutmaq, vahiməyə salmaq, gözünün 
odunu almaq.  –  Bəhanə gətirirlər ki, məni pisikdirsinlər  
(Y.Nəsirli. İki şüşə konyak. Ulduz, 1988, №6, səh. 26). 
PİSİKMƏK  – qorxmaq, vahiməyə düşmək, çəkinmək. – Bu-
nunla yanaşı, Rəqib daha xitabət kürsülərinə çağırılmadı, kütlə-
vi tədbirlərdən yadırğadı, pisikdi  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 25).  – Dedim ki, el içində 
pisikməyəsiniz  (Ş.Süleymanov. Qisas, Ulduz, 1988, №4, səh. 20). 
PİTRAQ  –  gur, sıx. – Yosmapapaq söyüd yaşıl-yaşıl cığırlara 
döndü, azacıq külək qalxmışdı, bəlkə də heç külək deyil, 
dağlardan baş alıb gələn meh idi, söyüdün pitraq saçını zərif-
zərif titrədirdi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 8). 
PONZADODAQ   –  qalındodaq, dodaqları kobud .  –  
Ponzaqodaq kürən qızla, qarabəniz cılız cavan həkim xaçlı ma-
şının gerisindən bir salaca düşürdülər  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 32). 
POTA  – biryaşar camış balası.  –  Sonra o da məlum olub ki, öz 
potamız imiş  (S.Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, 
səh. 22). 


 
 
197
PÖRŞƏLƏNMƏK –  pörtülmək, qaynar suya salınıb çıxarıl-
maq və ya üstünə qaynaq su tökülmək.  –  Hardasa tamam ac 
adamlar arxa cəbhə deyilən qaynar qazanın içində pörşələnir-
dilər  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, 
№11, səh. 14).  – Otu-ələfi başına götürən dərələr bürkünün 
əlindən pörşələnirdi  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, 
səh. 6). 
PÖRŞƏLTMƏK   –  bax: pörşələnmək.  –  İllərdən bəri kim-
sənin qəlbində göyərtdiyi, ailəsində sevincə, şadlığa çevrilmiş 
bir arzunun, istəyin üstünə qaynar su çarlayıb yaşıl-yaşıl yar-
paqları pörşəltmək asanmı işdi?  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 40). 
PUÇ  –  peç, soba. – Puçun qırağına bir döşəkçə sal, bir hovur 
gözümün acısını alım  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 25). 
◊ PUÇUN BURMAQ –  ağzını yummaq. – Deyirdilər əsas 
“irəykomdu, “irəykom istəsə, Əlinin qəzəb oğlu Əbülfəzil Abbas 
haqqı, “prakulun” puçun elə burar, doğmaca dədəsinin də gü-
nahı varsa, basar qoduqluğa  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 18). 
PUSQUL  –  əyri, kəc.  –  Belə “dəyyuslara” pusqul baxan bir 
cüt parıltı “yeri görək” dedi  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. 
Ulduz, 1989, №4, səh. 22). 
PUSTAL   – çust.  –  Başında sarımtıl quzu dərisindən papaq, 
ayağında pustal, bəzəkli corab, şalvarın balağı da ifçin dolaqlı 
(F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 66). 
PÜF-PÜFLƏ – hörmətlə, nəzakətlə, bəh-bəhlə. –  Xoş gəlibsən, 
dedilər, püf-püflə yuxarı başa keçirdilər  (E.Əlləzoğlu. Ağsaq-
qal. Azərb. jurnalı, 1987, №9, səh. 126). 
PÜLƏMƏK  –  üfləmək.  –  Rəğib nə ki, nəfəsi var, pülüyüb, 
əlini bir yolla qaldırıb, ağzındakı his-pas basmış yaylığı tüpürdü 
yerə  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, № 
5, səh. 42).  


 
 
198
PÜRÇÜM   –  nöqsan.  –  Həm də padşahın kütlə arasındakı 
uyuşuq-qovuşuğunun pürçüm düyünlərini açan əl, pərsəng tim-
salıydı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 29). 
PÜRFƏK  –  tez, cəld.  –  Qara poyuz yanımızdan pürfək keçdi  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 4). 
PÜRSÜKLÜ  –  qəliz, çəlpəşik qarmaqarışıq.  –  Ancaq məsələ-
nin belə bir pürsüklü tərəfi də vardı  (Ə.Əylisli. Yəmən. Azərb. 
jurnalı, 1991, №9-10, səh. 36). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
199
 –  R –  
 
RAHLAMAQ  – rahatlamaq. – Deyirəm yol yoldaşlarım yerlə-
rini rahlasınlar  (N.Mirzəxanov. Təmiz hava. Azərb. jurnalı, 
1987, №9, səh. 110). 
□ RƏCƏZXANLIQ ELƏMƏK  –  goplamaq, özündən demək.  
–  Vaxtilə başına gələnlər haqqında ağızdolusu danışıb, rəcəz-
xanlıq eləyən bu adamın hap-gopuna qulaq asmaq nədənsə 
həmişə xoş idi  (Ələbbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, 
səh. 146). 
◊ RƏĞBƏTƏ SALMAQ –  abra salmaq, hörmətə mindirmək, 
vəziyyətini yaxşılaşdırmaq, düzəltmək. –  K'alxoz onu əzəlkin-
dən də yaxşı rəğbətə salıb  (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb jurnalı, 1990, №10, səh. 99). 
RƏNC  –  zəhmət, əziyyət.  –  Havaya sovrulur elimin rənci; 
Qocaya döndərdin cahılı, gənci  (B.Vahabzadə. Pambıq. Ulduz, 
1991, №11-12, səh. 14). 
RƏNCBƏR  – muzdlu kəndli işçi.  – Yoxsul kəndçi, biyara-töv-
cüyə can qoyub, qabıqdan çıxmış rəncbər bəy-xan buğdasına, 
buğda çörəyinə heç tamah salmaz, gözünün ucuyla baxmazdı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 48). 
□ RƏNCİDƏ OLMAQ  –  incimək, narazı qalmaq, özünü nara-
hat hiss etmək. –  Üstünə işıq saldığından sürücüdən rəncidə 
olub, ürəyində onu topa tutan Müslüm maşının qırmızı qurşağını 
görməyincə biləmmədi ki, bu, onun dalınca gələn təcili yardım 
maşınıdır, yoxsa sadəcə yolla ötüb keçirdi  (Ə.Mustafayev. Nov-
ruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 8). 
RUBƏRU –  üzbəüz, üz-üzə, qarşı-qarşıya, qabaq-qənşər. –  
Məhrəm adamla rubəru söhbət xoşdu  (T.Qəhrəmanov. Qulbeçə. 
Ulduz, 1988, №9, səh. 13). 
 


 
 
200
 –  S  –  
 
SABILCA –  İçində ət və s. qızartmaq üçün uzundəstəli mis və 
s. metaldan qab, dəstəli tava.  – Heyif deyil balığı sabılcada qı-
zardıb yeyəsən  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, 
№3, səh. 19). 
◊  SAFA ÇIXARMAQ  – təmizə çıxarmaq, müdafiə etmək.  –  
Camal özünü safa çıxarmağa çalışdı  (M.Əliyev. Xatirə. Azərb. 
jurnalı, 1987, №8, səh. 119). 
SAFILCA   – bax: sabılca.  –  Qəfil xəbərdən Əsmətin bədəni 
uçundu və əlində tutduğu safılcanı yerə saldı  (B.Göyüş. Mum. 
Ulduz, 1991, №6, səh. 35). 
SAFLI  –  su içmək üçün qab. –  Pəri arvad bir saflı soyuq su 
gətirib, Cəvahirə vermək istəyəndə eynəkli kişi ona acıqlandı  
(M.Bəkirli. Hal. Ulduz, 1990, №3, səh. 13). 
SAĞAR  –  sağılan mal-qara. –  Amma bu birlik – kollektiv 
təsərrüfat yarandığı bu yaxın günlərdən kişinin heyvanatdan 
sidqi sivrilmiş, qapıdakı sağarın verdiyi nemət elə bil dad-tam-
dan düşmüşdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 35). 
SAĞIR   – yetim.  –  Rəis gözünü sağırların malına dikib bə-
gəm?!  (N.Hüseynzadə. Şəbinin Günabad sərgüzəşti. Ulduz, 
1990, №1, səh. 27). 
SAĞIRLAŞMAQ  –  yetimləşmək, kimsəsizləşmək.  –  Ancaq 
indi həyət bölünəndən sonra torpaq sağırlaşıb, gül-çiçək çəkilib, 
ot-əncər quruyub  (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. 
jurnalı, 1989, №1, səh. 94). 
SALBEH  –  çubuq, ağacdan meyvəni salmaq, heyvanları qov-
maq və s. üçün istifadə olunan ağac parçası
.  –  Görür yekə kisə-
ləri kəndirə bələyib, o baş-bu başından salbehlə dəbərdiblər  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 61). 
SALBEY  –  bax: salbeh.  –  Hər yetən atır salbeyin; Bəxtimi 
yatıb dünyanın?  (Ə.İncəli. Dünyanın. Ulduz, 1990, №5, səh. 
96). 


 
 
201
SALIŞDIRMAQ  – aralarını vurmaq, bir-birindən incik salmaq, 
düşmən etmək, bir-birinin üzərinə salmaq. –  Ömür boyu məni 
lənətləsinlər ki, öz vəsiyyətimlə onları salışdırmışam  (N.Rəsul-
zadə. Bəd xəbər. Ulduz, 1988, №2, səh. 22). 
SALLAMALIQ  –  evin çardağına vurulmaq üçün maili düzü-
lən ağac.  –  Sallamalıq, pərdi, tir, dirək lazımdır  (S. Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 30). 
SALLAŞMAK  – asılmaq, sallanmaq, yapışmaq.  – İkinci və ya 
üçüncü sinfə gedən Allahyar qolumdan sallaşdı  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 35). 
SALMANC  – təhnə.  –  Əhmədin salmancından qorxub, yüyür-
mədim   (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, 
№1, səh. 86).   
 
SALMANCA   – yeməli yabanı bitki.  –  Bir neçə dəfə Şikar 
kövşəninə gedib, su arxlarının kənarlarından şomu, salmanca 
yığıb gətirmişdi  (H.İbrahimov. Qu quşları öləndə oxuyurlar. 
Azərb. jurnalı, 1987, №10, səh. 129). 
SALVEY –  bax: salbey.  – Taleyin əlləri-ayaqları salveyə ox-
şayır  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 25). 
SAMBANA-SAMBANA  –  ağır-ağır, ləngərli-ləngərli, yanları-
nı basa-basa.  –  Cüməyev dənliyi dolmuş qaz sayağı sambana-
sambana irəli gəldi  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 76). 
SAMBANMAQ  – əyilmək, ağırlığını salmaq.  –  O kişi stolun 
künclərini buraxmadan Mazana sarı daha bərk sambanmışdı  (İ. 
Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №
10, səh. 
125). 
SAMI  –  boyunduruğun hər iki ucundakı qoşa deşiklərə salınan 
nazik ağac.  –  Təzə samılar, kağanlar hazırlandı  (F.Eyvazlı. 
Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 65).  – Onun sol qolu çiy-
nindən samı kimi sallanırdı  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, 
№8, səh. 25). 
SANANMAQ  –  sayılmaq. – Kəhriz o qədər duru, göyçəkdi ki, 
qızın barmaqları axarın içindəki qırmızı, ağ çınqıllar təki birər-


 
 
202
birər sananırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 36). 
SANILI  –  sayılmış.  –  Böyük bir sürünü sanılı qoz təkin Çal-
bayır yaylağına çatdıracaq  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. 
jurnalı, 1987, №1, səh. 3). 
◊ SAPINDIRA BILMƏMƏK –  özünü saxlamaya bilməmək. –  
Ayrılanda qıza məsləhət verməkdən özümü sapındıra bilmədim  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 11). 
SAPITMA I –  ağılsız, axmaq.  –  Məmili gördü ki, Şahbala 
gerçəkləyir, onun sapıtma hərəkətlərindən çox inciyir  (R.Möv-
süm. Saxla öldürərik. Azərb. jurnalı, 1991, №11-12, səh. 181). 
SAPITMA II  –  şapalaq, çırtma.  – Amma Cəlal Bilaloviçin 
için-için qaynayan içi, at çibinini qorxutdu, o kişinin beyninin 
ortasına bir sapıtma vurub ötdü  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 25). 
◊ SAPITMA VERMƏK  –  boş vədlərlə, şirin dillə aldadaraq 
yola vermək, aldadıb aradan çıxmaq, aradan çıxmaq, kələk, hiy-
lə işlətmək, yalan söyləmək.  –  Oranın borcluluğu bu-
ranınkınnan deyil, sapıtma verəsən  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 97). 
◊ SAPPA VURMAQ  –  qayda-qanun pozuntusuna yol vermək, 
düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, 
başqa istiqamət almaq.  –  Qurzavoyları çox qoyma yollarını azma-
ğa, hər sappa vuranda bığının altından keçməmiş içəri buraxma  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 60). 
SARA  – xəstəlik. məc. mənada: dərd, qəm, yara.  –  Köhlənimə 
qəm xurcunu yüklənib; Fələk məni tora salıb, saram var  (F.Əli-
zi. Yaram var. Ulduz, 1991, №2, səh. 67). 
◊ SARFASI QARIŞMAQ  –  ürəyi bulanmaq.  –  İndi yeməyə 
bir şey yoxdu ki, sarfam qarışıb  (S.Səxavət. Sanatoriya. Azərb. 
jurnalı, 1989, №3, səh. 19). 
SARIMURQUZ  –  sarışın, sarıbəniz.  –  Bu göygöz, sarımur-
quz kişilərin bura qədəm basdıqları günə qara bir daş düşəydi  


 
 
203
(İ.Məlikzadə. Qırmızı şeytan. Azərb. jurnalı, 1992, № 9-10, səh. 
46).   
◊ SARI YAĞ TƏK YAYILMAQ –  xoşuna gəlmək, ürəyinə 
yayılmaq.  –  Bu sözlər Nağının canına sarı yağ tək yayıldı  (E. 
Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 125). 
SAROV  –  çirkab su. – Sarov suyunu eyvandan aşağı tökürdü  
(Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, 
səh. 34). 
SAROV – kiçik arx.  –  Sarovun qabağını kəsmək üçün çəkmə-
mim burnu ilə cuvar toplamağa başladım  (Ə.Babayeva. 
Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 34). 
SAVA –  gec.  –  Gözlənildiyi kimi inək o il sava doğdu  (Əlab-
bas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 129). 
◊ SAVILIB GETMƏK –  dağılıb getmək, sovrulub getmək. –  
Böyün-sabax savılıb gedəcək  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 13). 
SAYĞILI  –  hörmətlə, ehtiramla verilən.  –  Bəs o sayaq, kişi-
yana, sayğılı salamı almamaq, ödənsiz buraxmaq necə?  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 17). 
SAYĞILANMAMAQ  –  əhəmiyyət verməmək.  –  Qız xəfifcə 
gülümsünüb, sayğılanmadı da bundan  (Ş.Həsənoğlu. Günəş 
ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 83).   
SAYIL  –  xəstə.  –  Lap sayıl, dilənçi geyimində də Ələsgərin 
“sallana-sallana  gələn Salatın”ına dönəjəy  (İ.Qarayev. Bir 
kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 121). 
SAYILLIQ  –  xəstəlik.  –  Mən də qoydum özümü sayıllığa  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, № 8, səh. 5). 
SAYQI  –  hörmət, ehtiram. – Həmin şərtə onsuz da ilk görün-
dükləri anda əməl etmiş olsalar da, bu artıqlaması ilə Xəlil və 
onun heyətinin sayqısından ötrüydü  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 30). 
SAYQULU   –  ehtiyatlı, ayıq.  –  İndi onlar sayqulu gəzir  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 141). 


 
 
204
SAYRI –  xəstə, nasaz. –  Bir gün sağ olanda, beş gün sayrı olur  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 60). 
SAYTAL  – seçilmiş, seçmə. –  O gün, o səhər yaşı qırxı haqla-
mış Gər Xəlil qıpqırmızı saytal almaya oxşayırdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 44).  – Və 
çox keçmədən suyun axarında, kiçik qayığın burnuna ilişdirilən 
ciyənin ucunda  qəribə, saytal balıqlar çələkləndi  (N.Qənbər. 
Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 177).   –  Mənim ən 
saytal döyüşçülərim də bayatlarla vuruşda həlak olub  (A.Ab-
dulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 28).  –  İri-iri, say-
tal, seçmə soğanlar xoşuna gəlmişdi  (B.Bağırov. Uzaq günlərin 
damcıları. Azərb. jurnalı, 1989, №3, səh. 141). 
SELBƏLƏMƏK –  selbə ilə, ağacla göymək.  –  Kənd əhli də 
şənliyin bəxti gətirməmiş bu bədbəxt ovladının xətrinə dəymir, 
onu daşlayıb, selbələyib geri qaytarmaq fikrinə düşmürdü  (V. 
Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11, səh. 18). 
SELOV   – sel yuyan yer.  –  Sonra selova burulub, Yovşanlı 
təpəsinə tərəf dikləndi  (T.Hüseynov. Yanıq Abdullanın yuxu-
ları. Azərb. jurnalı, 1991, №4, səh. 39). 
SENMƏK  –  hirsi yatmaq, əsəbi sakitləşmək.  –  Tələsirdi ki, 
görsün nə sir-sifətdədir rəqibi, axşamkı köpü senib, ya senməyib  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 64). 
SEVƏLƏYƏ-SEVƏLƏYƏ –  sevə-sevə, oxşaya-oxşaya.  –  Müş-
günaz xala sevələyə-sevələyə saçlarıma sığal çəkdi  (Ə.Babayeva. 
Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 22). 
SEVƏR YER  –  xətərli, qorxulu, zəif yer.  –  Bəlkə elə gülləm 
nişan aldığım əlindən deyil, sevər yerindən dəyib?  (Ş.İdrisov. 
Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 123). 
SEYLAB – sel suyu. –  Sel-seylab hərdən daş yığınlarına da öc 
gəlir  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 44). 
SEYQƏLLİ  – sığal çəkilmiş, əzizlənmiş, naz-qəmzə ilə böyü-
müş.  –  Ana, seyqəlli çocuq; Həm sevilir, həm öyülür  (Balasa-
dıq. Narahat ruhlar. Azərb. jurnalı, 1991, №3, səh. 67). 


 
 
205
SEZIKMƏK –  cancmaq, sızlamaq, hiss etmək, sezmək.  –  
Ziyadın sümüyü sezikən kimi oldu  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 59). 
◊ SƏBBI ALINMAQ – fironluğu yatmaq.  –  Mərdanın arva-
dının səbbi alındı  (S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, 
№3, səh. 45). 
◊ SƏDƏMƏ TOXUNMAQ  – bəla üz vermək, zərər dəymək, 
zərbə dəymək.  –  Əgər arada direktor olmasa idi, hörmətli 
Səlimzadəyə bir sədəmə toxunmasa idi, istəyir burda iki ayağını 
bir başmağa geydirsə də, Nazlı müəllimə Nazxanımın səsini eşit-
məyəcək, əməl etməyəcəkdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 84). 
SƏFSƏFƏ – cəfəngiyat, boş şey.  –  Bircə hərf də tanımayan, 
nöqtəni vergüldən seçə bilməyən Əbil qəzetə baxa-baxa ağlı 
kəsəni, ağlına gələn səfsəfəni ciddi bir ahənglə, aram-aram, 
avazla oxuyurdu  (İ.Məmmədzadə. Qırmızı yağış. Azərb. jur-
nalı, 1987, №1, səh. 6). 
◊ SƏFSƏFƏ DANIŞMAQ  –  çərənləmək, boş-boş, yersiz, mə-
nasız, cəfəngiyat danışmaq. –  İndi icazə alınca o qədər səfsəfə 
danışacaq ki, gəl görəsən (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 
1987, №10, səh. 70). 
SƏFTƏRƏNGİ  – boş, mənasız bir şey, yalan.  – Xalx gejə-
gündüz əlləşir, üç-dörd ildən sonra bir yalan-yanlıc çıxardır, o 
da səftərəngi  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, №10, səh. 100). 
SƏHLƏB  –  tənəffüs yollarının müalicəsi üçün istifadə olunan 
dərman bitkisi.  –  Səhləbin, dağ çiçəyinin, sarı gülün və göy 
otun məstedici ətri bir-birinə qarışıb düz-dünyanı ağzına almışdı  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1982, №7-8,  səh.154). 
SƏHLƏMƏK –  kəsilmək, dayanmaq.  –  Yağiş ki, çoxdan 
səhləyib  (B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 
1989, №3, səh. 138). 


 
 
206
SƏHRAT –  sərhəd.  –  Evə girib xalamla mənə təpindi ki, 
durun düşün qabağıma, sərinkən “səhrata” çataq  (S.Nəzirova. 
Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 32). 
SƏKİL  –  boşqabda olan iri, yağlı, gözəgəlimli ət parçaları.  –  
Bir qabı təpələtdirif gətirtdilər səkil tikələrdən, döşədim  (İ. Qa-
rayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 106). 
◊ SƏLBƏRƏ QALMAQ – zəhrimara, sovxaya, andıra qalmaq.  
–  Səlvərə qalmış döyənək eləyib  (Şahmar. Qoyungöz. Ulduz, 
1988, №8, səh. 34). 
SƏLƏ   –  nehrənin və s. ağzını bağlamaq üçün nazik dəri.  –  
Ağzı sələli bərnidən dövrəsi qızılı haşiyəli boşqaba dovğa tökdü  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 77). 
SƏLƏFSİN  –  acgöz, görməmiş.  –  Day sənə sözüm yoxdur, ay 
sələfsin Sona  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh 22). 
SƏLLİMİ I –  sərbəst.  –  Bunu Xallı da başa düşdü, quyruğu 
ayaq altından çıxan kimi qoydu belinə, başladı otaqda səllimi 
gəzməyə  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 23). 
SƏLLİMİ II –  özbaşına, öz-özünə.  – Süslənir-sallanır səllimi 
qoşma!  (Ç. Əlioğlu. Qoşma. Azərb. jurnalı, 1989, №9, səh. 45). 
SƏLLİM-SƏRGƏRDAN  –  avara, sərgərdan.  –  İpə-sapa yat-
mayan o Satlay kimiləri indi tək-tükdü, onnar da səlim-sərgər-
dandılar  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 55). 
SƏMƏ II  –  avara, sahibsiz.  –  Temi obaşdan gözdə-qulaqda 
olub, səhər səmə itlər kimi bu kənddən vağzala gedənlərin arxa-
sına düşürdü  (V.Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11, səh. 
18).  –  Yox əşi, Becanoğlu haranın səmə itidi  (V.Nəsib. Hərlən-
baba. Azərb. jurnalı, 1990, №3, səh. 55). 
SƏMƏ-SƏMƏ –  avara-avara, boş-bekar.  –  Manaf müəllim 
səkinin üstündə xeyli səmə-səmə gəzmişdi  (B.Bağırov. Uzaq 
günlərin damcıları. Azərb. jurnalı, 1989, №3, səh. 143). 


 
 
207
SƏMİRİMƏK  –  kökəlib harınlamaq.  –  Onlar məni görəndə 
dağlarda yeyib səmirimiş xam atlar kimi şəkləndilər  (Q. 
Xəlilov. Yasaq olunmuş yerlər. Ulduz, 1990, №1, səh. 17). 
SƏNDƏRLƏMƏK –  müvazinəti itirmək, səntirləmək.  –  Hir-
si-hikkəsi nəfəs yolunu tutduğundan dal-dalı dartınıb səndər-
ləyir, kəndir sürtünüb qıpqırmızı əti görünən boğazını kəsəndə 
zingildəyib yerə sərilirdi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, 
№6, səh. 14). 
SƏNGİLƏMƏK  –  yatmaq.   –  İstilər səngiləmədi  (E. Əlləz-
oğlu. Ölü yay. Ulduz, 1988, №3, səh. 44). 
SƏNGİMƏK I –  bax: səngiləmək.  – Külək səngisə də narın 
yağış yağırdı  (A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, 
səh. 40).  –  Elədir, amma mənə elə gəlir ki, yağsa da tez sən-
giyər  (E.Əhədov. Qanlı dərə. Ulduz, 1988, №7, səh. 6).  
SƏNGİMƏK II  –  azalmaq.  –  Ümü arvad evin get-gəli səngi-
yəndə təndirxanada qab-qacağı suya çəkən bacısını yanladı  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 32). 
SƏNGİMƏK III  –  sakitləşmək.  –  Bir az səngiyib toxdamışdı  
(B.Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 1989, №3, 
səh. 141). 
SƏRDƏMƏ  – söz-söhbət.  –  Ona görə ki, təzə katib barəsində 
qəribə-qəribə sərdəmələr gəlib çatırdı  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 75).  –  O vəzifəni ki, bu ya-
xınlaracan sərdəməsi qulaqları dələrdi  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 77). 
SƏRƏNƏ –  yanğı, susuzluq.  –  Qrafinin dibindəki suyu stəka-
na boşaldıb birnəfəsə başına çəkdi, sərənəsi xeyli yatdı  (V. Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 95). 
SƏRGƏC  – açılıb-bükülən çarpayı.  –  Ərinin gəlişindən üç gün 
sonra Sədəf Şəhla ilə Sarıbəyin sərgəclərini qonaq otağına çıxartdı  
(R.Əliyev. Bütövlənməyən borc. Ulduz, 1991, №7, səh. 84). 
SƏRPMƏK –  büdrəmək, ayağı burxulmaq.  –  Gər Xəlilin ye-
nicə doğmuş ay işığında daşlı cığırda bir balaca sərpdiyini gö-
rən Mürşüd anlamışdı ki, ertəsi sabah, “Burcutma”da açıqlaya-


 
 
208
caqdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 21).  
SƏVƏRİ  – nazik çubuq və ya qarğıdan hörülmüş səbət.  –  Belə 
vaxtlarda ağaca çıxardı, həmən yetişmiş dənələri bir-bir dərib, 
balaca səvəriyə doldurar, Bəhriyyə üçün nübar düzəldərdi  
(H.İbrahimov. Qu quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 
1987, №10, səh. 130). 
SƏVƏRMƏK  –  sərilmək.  –  Fermanın itləri töhmənin döşün-
də səvərib, mürgü vururdular (N.Qənbər. Boğanaq. Azərb. jur-
nalı, 1991, №11-12, s. 106).  –  Kölgəm iri idi, özü də yerə sə-
vərmişdi (E.Əlləzoğlu. Gününüz kösöyə dönsun. Azərb. jurnalı, 
1990, №2, səh. 139). 
SƏYƏLLƏNƏ-SƏYƏLLƏNƏ –  gicəllənə-gicəllənə.  –  Ad-
dımlarımı yavaşıdıb bu küçədən az qala səyəllənə-səyəllənə ke-
çirdim  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 54). 
SƏYLƏMƏK –  ağlını itirmək, dəli olmaq.  –  Həm də qulağına 
çatmışdı ki, deyəsən Qədim bir az səyləyib də  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, səh. 24). 
SƏYRİMƏK  –  qorxudan titrəmək, əsmək.  –  Yetər cavanlıq 
elədiyin, günün günortası gülləyə səyridiyin  (A.Mustafazadə. 
Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 33). 
SIFQARILMAQ –  siyrilmək, siyrilib tökülmək, süzülmək.  –  
Bədənini bürümüş süstlük də, yorğunluq üşərtisi də bircə anda 
sıfqarılıb canından çıxdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 51).  –  Elə ki, yuxuya gedib, mükəmməl 
dincəldi, zehnindən əsəb süstlüyü, içki illəti sıfqarılıb çıxdı  (V. 
Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 68). 
SIĞAMAQ I – qapamaq, örtmək, yummaq. –  Əsəd dərindən 
ah çəkib, onun gözlərini sığadı  (A.Şəruri. Gecə əməliyyatı. Ul-
duz, 1987, №8, səh. 50).  –  Gözlərini sığadım  (N. Qənbər. Ba-
bamın son nağılı. Ulduz, 1988, №12, səh. 19). 
SIĞAMAQ II  –  sığallamaq. –  Anam da zahının alnını sığa-
yıb, “Yatma, bacı, yatma”, deyirdi  (Ə.Əzimzadə. Arandan gə-
lən adam. Ulduz, 1988, №3, səh. 20). 


 
 
209
SIĞIMAQ  –  bax: sığamaq II.  –  Qamçının yeri göynüyürsə, 
gətir sığıyım  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, № 
4, səh. 31). 
SIĞMACLAMAQ  –  sıxmaq.  –  Toppuş barmaqlarını əsəbi-
liklə sığmaclayırdı  (A.Əliyev. Səni məndən soruşsalar... Azərb. 
jurnalı, 1989, №1, səh. 87). 
SINIXMAQ   –  arıqlamaq, zəifləmək, ətini tökmək, üzülmək, 
ərimək.  –  Bu nədi, eşitdiyimə görə, tərəddüd keçirməkdən 
sınıxıbsan  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 41).            
SINIQ  – arıq, zəif, zərif, incə.  –  Axı, açıq rəngli paltar sınıq 
qızları ətli - canlı göstərir  (Ş.Süleymanov. Qisas. Ulduz, 1988, 
№4, səh. 10).  
SINIR  –  qılça.  –  Çantası sınırına enmiş, şalvarının qalifesi 
yellənən, daram sırıqlı geymiş, göy gözləri bicliklə dolu, gö-
dərək, bütün sümükləri dəbərişən oğlan  –  kənd sovetini katibi  
–  icazə-filan soruşmadan otağın ortasına addımladı  (B.Bayra-
mov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 38). 
SINIRMAQ  –  həzm etmək.  –  Qoyun-davarın bütün qış ərzin-
də, ildə nə yeyib, nə sınıracağını, nə kövşəyib, nə sağılacağını 
qramınacan sayğaca vurub, hər bir təsərrüfatın, hər bir birliyin 
illik yem cirəsini qoymuşdular ortaya  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 25). 
◊ SINQI DÜŞMƏK  –  tovdan düşmək, səsi batmaq. –  Dire-
ktorun rəngi-rufu tamam dəyişdi, sınqı düşdü  (T.Hüseynov. 
Qəriblik. Ulduz, 1988, №12, s. 33). 
SINQINLATMAQ   –  sındırmaq.  –  Müəllimənin məntiqi 
Mürvəti susmağa məcbur etdi, onu yenidən sınqınlatdı  (V.Ba-
banlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 83). 
SINQIN-SINQIN I  –  küskün, incik, pərişan halda.  –  Budaq-
larını sınqın-sınqın əyib fikirli, hüznlü durmuşdular  (V. Baban-
lı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 27). 
SINQIN-SINQIN II  –  ağır-ağır.  –  Döşəməyə yapışmış ayaq-
larını sınqın-sınqın qopardıb, bir-iki addım atmışdı ki, yenidən 


 
 
210
dayanmalı oldu  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 77). 
SIPA –  donuz balası.  –  Hər gün gəl yanıma, qara qoyunun sü-
dün sağım, bir cam iç, arana gedincən boynun sıpa boynu kimi 
olacaq  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 17).  – Sıpa irtməyi qopardandı e  (S.Səxavət. Sanatoriya. 
Azərb. jurnalı, 1989, №3, səh. 19). 
SIPIXMAQ I – qaçıb gizlənmək.  –  Quyunun dibindəsə toyuq 
sıpıxıb, elə bil istəmir onu görsünlər  (R.Tağıyev. Qocalığı gö-
rən. Ulduz, 1989, №2, səh. 6 ).  –  Çünki ondan ehtiyat eləyən, 
quyruğunu qısıb, sıpıxan cibi diplomlu, savadsız ziyalılarnan 
çox qarşılaşmışdılar  (Ə.Mustafayev. Novruzgülü açmamış. 
Azərb. jurnalı, 1987, №7, səh. 55). 
SIPIXMAQ II – büzüşmək, qısılmaq.  –  Pərtliyindən qızarmış 
cavan molla sıpıxıb oturmuşdu ki, Kamran kişi onu dümsüklədi  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 7). 
SIPIXMAQ III – gizlincə sivişib aradan çıxmaq.  –  Köməyinə 
bir ehtiyac duyulduğunu sezən kimi yavaşca sıpıxıb özünü 
Məhədgilə salırdı  (E.Əlləzoğlu. Şülləbaş Həmid. Azərb. jurnalı, 
1992, №11-12, səh. 128). 
SIPQARILMAQ  –  bax: sıfqarılmaq.  –  Elə sıpqarılır söz ürəyim-
dən  (X.Qayıblı. Yaza bilməyəndə. Ulduz, 1990, №12, səh. 15). 
SIRT  –  bel, kürək, arxa.  –  Ara-sıra düşən qoruq davalarında 
təklənmiş çobanların umu-küsüsündən, binə-binə dolaşan itlərin 
boğuşunda bir sürü caydaq maçqı arasında sırtını yerə qoyub, 
diş ağartmayan yekə, ağzı qara itin hikkəsindən qorunmaq üçün 
bəhanə axtaran adamlar dillərinə gələn ilk sözdən fərəhlənirdilər  
(A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 36). 
◊ SITQI SİYRİLMƏK  –  bezmək, zəhləsi getmək. –  Əzrayıl 
sıtqı siyrilmiş halda yönünü döndərdi  (İ.İsmayılov. Əzrayıl. Ul-
duz, 1989, №1, səh. 14). 
SIYILCIM  –  sısqa, arıq.  –  Get iynəni özünə vurdur, anqut, 
ayaq üstə güclə durursan, bəlkə düzələsən, sıyılcım  (M.Süley-
manlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 36). 


 
 
211
SIYILMAQ  –  aradan çıxmaq. –  Dilini sürüyürdüsə, deməli, 
sıyılmaq meyli vardı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 90). 
SIYILMAQ  –  sıyıq hala gəlmək. –  Qozdu dəryazçıları yaz 
yağışlarından sıyılıb kəltənləşmiş torpaq yolla bərəyə yönələndə 
zabit onları yenidən gözdən keçirdi  (S.Əhmədov Gülmalı kişi-
nin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 18). 
◊ SİDQİ SİVRİLMƏK  – bax: sıtqı siyrilmək.  –  Amma bu 
birlik-kollektiv təsərrüfat yarandığı bu yaxın günlərdən kişinin 
heyvanatdan sidqi sivrilmiş, qapıdakı sağarın verdiyi nemət elə 
bil dad-tamdan düşmüşdü  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 35). 
SİFAYİ –  qəşəng. – Arıq-çöpük, çəlimsiz, sifayi bir kişi idi  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 38). 
SİLƏBƏSİLƏ  –  ağzına qədər.  –  Həsən əmi özləri limonad iç-
diyi qədəhi siləbəsilə  doldurub, kürü yaxılmış bir parça çörəklə 
ona verdi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 24). 
SİLƏLƏMƏK  –  doldurmaq.  –  Oğul deyərdim iki ovcunu 
silələyib, birnəfəsə başına çəksin  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 12). 
SİLƏLƏNMƏK  – dolmaq.  –  Bunu sonra qandım, gecələr yu-
xudan səksəkəli sıçrayıb qışqıranda, yuxum kəsik qanlı başlarla 
silənənəndə  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 6).  –  Xəlifəlinin məlum işıqla silələnib parıldayan və 
elə bu parıltıya görə daha da qara görünən gözlərindən anladı 
ki, gümanında yanılmayıb  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. 
Azərb. jurnalı, 1989, №4, səh. 116 ). 
SİLƏMƏ-ŞIRAVAN –  leysan, güclü yağış, selləmə.  – Bir də 
gördün siləmə-şıravan tökdü  (Ə.Mustafayev. Novruzgülü aç-
mamış. Azərb. jurnalı, 1987, №7, səh. 56). 
SİLƏNC  –  siləcək, silmək üçün yararlı əsgi. –  Keçəl çəkməçi 
köşkünü açıb ayaqqabı silənclərini və cürbəcür rəngləri bayır-


 
 
212
dakı kətilin üstünə qoydu  (A.Dadaşov. Ceviz ağacı. Azərb. jur-
nalı, 1992, №5-6, səh. 130). 
SİLİNSİMƏK I –  daşlaşmaq, daslaşıb qalmaq.  –  Məhrəmliyi 
artıran bu yenilik gəncliyi ilə çoxdan vidalaşmış qadının sinəsi 
altda böyük həyat təcrübəsinin təsiri ilə silinsimiş ən zərif, ən tər 
duyğuları tərpətdi  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. 
jurnalı, 1989, №4, səh. 133 ). 
SİLİNSİMƏK II  –  qurumaq, quruyub qalmaq. –  Harda düşdü 
gərək yetişəni dərəsən, bar-bəhrəni götürəsən, qoymayasan, 
silinsiyə, vağanaya  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 27). 
SİMARİC  –  bax: ismarıc II.  – Bu barədə simarici kəndə 
atasına çatana, o da araba qoşdurub qızının külfətini şenliyə 
aparana kimi Hacı Rəsul tərəfə arvadın qarğışının ağzı 
açılmışdı   (V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, səh. 
11).  – Bu xeyirxah simaric arvada heç bir şey verməmiş, əksinə 
onu zəhərləndirmiş, gözünün neçə incisini əlindən alıb, torpağa 
hopdurmuşdu  (V.Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11, səh. 
10).  – Simaric göndərmişdi ki, adına axşamına kimi gəlməsən, 
aparıb Şəkərin qalasına qatacaq (V.Nəsib. Addan ada. Azərb. 
jurnalı, 1992, №11-12, səh. 21).  –  Müsəllim baban nə qədər tel 
vurur, simaric göndərirsə, bir tarixçi atını bəri sürmür  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 56). 
□ SİMARİC ELƏMƏK  – sifariş eləmək, xahiş eləmək, tapşır-
maq. –  Tağı da bu oğlandan Muradxan kişini tapıb, əhvalatı 
danışmağı simaric eləmişdi  (V.Nəsib. Köhnə hamam içində. 
Azərb. jurnalı, 1987, №6, səh. 22). 
SİMLƏMƏK –  tarıma çəkilmək, göynəmək, ağrımaq. – Bütün 
günü ayaq üstə durmaqdan adamın ayaqları simləyir  (İ.Məlik-
zadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 38). 
SİMSAR   – yaxın, qohum.  –  Məhkəmə mənə də simsar idi 
(Ş.Süleymanov. Qisas. Ulduz, 1988, №4, səh. 7).  –  Əlinin pe-
şəsi də var, simsarı da (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 61).  – Biz ona simsarıq, biz bilirik başı nələr 


 
 
213
çəkibdi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 16).  – Uşaqlar arasında tayfa, simsar davası 
düşəndə hərəmiz bir hündür yerə qalxıb, bu sözləri boğazımızı 
yırta-yırta ucadan deyirdik  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 2).  – Bir də hənir eşitdi: əvvəlkindən də 
simsar, döğma  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 
21).  –  Müəllimə yaşayan evin sahibəsi bir az bizə simsardı  (V. 
Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 74).  –  
Alt - üst mülkün bir otağında qısqılayıb, hər şeyi, bütün havadar 
və simsarların  adını dedirdincə, ola bilsin, Cəmşidin adı qara-
lana idi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 34).  
SİNCİLƏMƏK  – diqqət etmək, nəzər salmaq.  –  Canı qızdıq-
ca ətrafını sincilədi  (Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 
1990, №9, səh. 4). 
SİNDİRMƏK   –  bərkitmək, endirmək, oturtmaq.  –  Kimdisə 
sinəsinə sığmayan həsrəti, məhəbbəti quşa döndərib əsanın ucu-
na sindirmişdi  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, № 12, 
səh. 64). 
◊ SİNİRƏ BİLMƏK  –  bax: sınırmaq.  –  Arif Şeydayev yüz il 
də bundan sonra yaşasaydı onun məzmununu sinirə bilməzdi  
(Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4, 
səh. 137).  –  Kərəm alındı, beynini çaxnaşdıran bu sözləri sinirə 
bilmədi  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 18). 
SİNİRMƏK II – bax: sınırmaq.  –  Heyhat, yağlı bozbaşdan, 
pitidən sinirib, şilə-coşdan hortladıb toqqanın altını bərkitmiş 
insan söz-gapa meydan verib, Laldinməzin lapca dərinliyinə 
quylanmışdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 16).  – Bunu onlar heç cür sinirə bilmirlər  
(Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, №3, səh. 86). 
SİNMƏK   –  yatmaq, sakitləşmək.  –  Tələsirdi ki, görsün nə 
sir-sifətdədir rəqibi, axşamkı köpü sinib, sinməyib  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 64). 


 
 
214
SİNMƏK   – qısılmaq. – Uşaqlar analarına sindilər  (E.Əlləz-
oğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 111).  – Gözlə-
yirdi görsün haçan qonaqlardan biri, yaxud bir neçəsi belinə 
dırmaşacaq, sinəcək kürəyinə, bərk-bərk güvənindən yapışacaq  
(Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 4). 
SİNN  – yaş. – Təqsir bu sinnidə səni ora göndərəndədi  (V.Nə-
sib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 26).  – 
Komandir sənin sinninlə maraqlanır  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 47).  –  Bu sinnimdə 
yalan danışmaq harama yaraşır  (N.Rəsulzadə. Bəd xəbər. 
Ulduz, 1988, №2, səh. 22). 
◊ SİNO GETMƏK I –  əldən getmək, xoşlamaq, məc.mənada: 
ölmək.  – Tərifdən ötrü sino gedirsən  (Ş.Süleymanov. Qisas. 
Ulduz,1988, №4, səh. 21).  –  Çətin qayıtsınlar, onlar oynamaq 
üçün sino gedirlər  (Ə.Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. 
jurnalı, 1989, №4, səh. 114).  –  İndi dərzilər tülkü dərisi üçün 
sinov gedirlər  (M.Məmmədov. Bir gün. Ulduz, 1989, №5, səh. 
22).  – Gündə nə mod gözə dəyirsə, hamısına sinov gedirlər  
(A.Qəhrəmanov. Borc. Ulduz, 1991, №8, səh. 22). 
SİNSİMƏK  – zarıldamaq, inildəmək.  – Çırpınmaqdan heyi 
kəsilmiş tülkü onu görüb, sinsimişdi  (M.Məmmədov. Bir gün. 
Ulduz, 1989, №5, səh. 22). 
◊ SİNTARIB DAYANMAQ –  utanmaz-utanmaz, həyasızca, 
sırtıq-sırtıq dayanmaq, durmaq.  –  Bəziləri piştaxtanın qabağın-
dan aralanandan sonra yerlərin boşalacağını gözləyir, çörək ye-
yənlərin, araq içənlərin yanındaca sintarıb dayanır  (S. Elcanlı. 
Sükutun sonu. Ulduz, 1990, №4, səh. 21). 
SİRƏ  – sıra, növbə.  – Neçə min illər siz hər şeyə ağalıq elə-
diniz, indi bizim sirəmizdi  (M.Bəkirli. Şeytan küpəsi. Ulduz, 
1990, №3, səh. 8). 
SİRİM –  sim.  –  Odun şələsi, ot şələsi, jımıx, yamaq-yırtıq pal-
tar, sirimli çarıq vurub şıltaqlığımı canımdan çıxarmışdı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 6).  – 
Çünki o suvaqsız divara milləri his basmış tavana, torpaq döşə-


 
 
215
məyə, sirimli dəmir çarpayıya alışıb  (Ə.Əzimzadə. Cehiz. 
Ulduz, 1990, №5, səh. 21). 
SİRT  – təpə, zirvə.  –  Dağın sirti ilə Cunudun Qaynatma dərə-
sinə enməyi, haraya gedəcəyimiz haqqında sonra fikirləşməyi 
dedi  (Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 
134). 
SİRTOV  – pencək.  –  Adamların siyahısı sirtovun yan cibin-
dədir  (Q.Mehdi. Oyun. Azərb. jurnalı, 1991, №11-12,  səh. 32). 
SİTƏ-SİTƏ  –   əsə-əsə.  –  Uzaq şəhərdə bir qarın ac, bir qa-
rın tox qalıb soyuqdan yetim kimi sitə-sitə təhsil almaqla başa 
gəlmir  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 66). 
SİTİLDƏMƏK   – əsmək, titrəmək, büzüşmək.  –  Soyuqdan 
sitildəyirdilər  (R.İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2, səh. 
14).  –  Ayağı yalın, başı açıq sitildəyən uşaqları hey tələsdirirdi  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 21). 
SİTİLDƏYƏ-SİTİLDƏYƏ –  bax: sitə-sitə. –  Birdən dördə 
qədər bütün siniflərdən bircə uşaq sitildəyə-sitildəyə birtəhər 
özünü məktəbə çatdırmışdı  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 42).  –  Təkcə qapı-qapı gəzib sitil-
dəyə-sitildəyə qarnını otaran kolpanbaş qızın üzünə açılmışdı  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 4). 
SİTİZƏ –  həyasız, utanmaz, sırtıq, sürtük.  –  Bu artıq həmişəki 
maska gülüş –  mədəni təbəssüm deyil, ən alçaq və rəzil bir poz-
ğunun sitizə hırıltısı idi  (Anar. İztirabın vicdanı. Azərb. jurnalı, 
1989, №4, səh. 44). 
SİTMƏK  – bax: sitildəmək. – Soyuqdan sitən uşaqlara yazığı 
gəldi  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, s. 112). 
SİVÇİNMƏK  – oturduğu yerdə döşəkçəyə və ya başqa bir şe-
yə dayaq verməklə sürüşüb yerini dəyişmək.  –  Ərini dirsəyi ilə 
basırdı, bir az qabağa sivçinirdi  (İ.Qarayev. Bir kəndin uşaq-
ları. Azərb. jurnalı, 1990, №10, səh. 103). 


 
 
216
SİVƏ  – çərçivə. –  Qapını açmaq mümkün olmadı, elə sivə qa-
rışıq yerindən çıxartdılar  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 57). 
SİVİRMƏK –  siyirmək, silmək.  –  Əlinin qılıncı ilə alnının 
tərini-üzünün tərini sivirdi  (Ə.Əmirov. Tapanca. Ulduz. 1988, 
№8, səh. 9). 
SİVİRTDİRMƏK  – siyirmək, silmək.  –  Ölkəni qula dön-
dərib, diz çökdürən, dikbaşları dibindən sivirtdirən “xalqlar 
atası”?  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 24). 
◊ SİVRİLİB GETMƏK  –  aradan çıxmaq, çıxıb getmək. – Ək-
sinə, pozuq danışıqlarından dilxor olduğumu görüb, tezliklə siv-
rilib getdilər  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 
1991, №1, səh. 53). 
SİYAFIR  –  həyasız.  –  Əsgər o alçaq, siyafır üzə yağlı bir 
şillə ilişdirmək istədi  (S.Elcanlı. Sükutun sonu. Ulduz, 1990, № 
4, səh. 8). 
 SİYAFUR   –  bax: siyafır. – Bu siyafur bəy, cildini dəyişib, 
aralıqda yüz qaçaq-quldurun işini görür  (H.Zeynaloğlu. Tor-
pağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 35). 
SOĞMAQ  –  içmək, başına çəkmək.  –  Suyu bir nəfəsə soğdu  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 59). 
SOQQUR  –  əyrüş-üyrüş, biçimsiz.  –  Qara camaata bu soq-
qur həyəti də çox görürlər  (Ə.Babayeva. Rəngbərəng adamlar. 
Azərb. jurnalı, 1989, №1, səh. 16). 
SOLUĞ  – nəfəs.  –  Bibixatının ürəyi yerinə gəldi, soluğu ge-
nişləndi  (Q.Əlismayıllı. Yelqıran.Ulduz, 1990, №1, səh. 13). 
SOMULMAQ   – sormaq, əmmək, sümürmək. –  Tülküciyəz 
onların yaxınlaşdığını görcək başını qaldırıb, mırıltıya oxşar bir 
səs çıxardı və sonra yenidən çirkli əmcəkləri somuldu  (M.Məm-
mədov. Bir gün. Ulduz, 1989, №5, səh. 24). 
SONCUQLAYA-SONCUQLAYA  –  təpik, şıllaq ata-ata 
.  –  Vəfalı eşşəyi də soncuqlaya-soncuqlaya 
dallarınca gələrdi  (Yaşar. Canavar. Ulduz, 1987, №1, səh. 26). 


 
 
217
SONULAMAQ  – seçmək, hər şeyə irad tutmaq, hər şeydə nöq-
san axtarmaq.  –  Görək kişinin başı gora gedəndən sonra necə 
saxlayacaq o qapıdakıları, sonuluyacaqmı özününkünü, özgə-
ninkini?  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jur-
nalı, 1991, №4, səh. 56). 
SOVXA –  burada: zəhrimar, andır, miras.  –  Qaraqapağını ba-
sıb bu sovxanı söndürə bilmirsən?  (Y.Həsənbəy. Adi suyun 
şəfası. Ulduz, 1991, №9-10, səh. 72). 
SOVMAQ –  dağıtmaq. –  Partkom fikirləşdi ki, xarabı çıxma-
mış məclisi sovmaq lazımdır  (Ə.Əmirov. Axirətdən qabaq 
gəzinti. Azərb. jurnalı, 1989, №4, səh. 116 ). 
SOV-SAQQAT QALMAQ –  hörmətsiz olmaq.  –  Sən qalar-
san sov-saqqat  (Ə.Cəfərzadə. Qorxulu həqiqət. Azərb. jurnalı, 
1992, №7-8, səh. 90). 
SOZALAMAQ  – az qala qırılıb düşmək.  – Indi hiss elədi ki, 
bayaqdan sozalayan ürəyinin ağrı-acısını oğlunun tər təmi ve-
rən qoxusu kəsə bilərdi  (B.Bağırov. Uzaq günlərin damcıları. 
Azərb. jurnalı, 1989, №3, səh. 146). 
SOZALMAQ –  halsızlaşmaq, zəifləmək.  –  İki ildən bəriydi 
ki, canı çox sozalmışdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 47).  –  Xörək qoxusu sozalıb sovulmuşdu  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 17). 
SOZALANA-SOZALANA – halsız-halsız, zəifləmiş halda.  –  
O sozalana-sozalana fikirli halda “Ağlabatan şeydi”  –  dedi  
(Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 28). 
SOZARMAQ  – solmaq, qurumaq.  –  Bənövşə boynunu əyib, 
sozardı  (F.Əlizi. Şeir, Azərb. jurnalı, 1992, №1-2, səh. 108). 
SÖYÜNC  –  söyüş.  –  Ağızlarının qıfılını itirmiş sədərəklərin 
pərtoy danışıqları, latayır söyünclərini aşkarca, aydınca eşidirdi  
(Ə.Mustafayev. İxtira. Ulduz, 1989, №2, səh. 10). 
SÖZALMAQ –  bax: sozalmaq.  –  Ə, uşaq əmizdirib, görmür-
sən, sözalıb, dözə bilmir, sənə noolub?  (S.Azəri. Sonsuzluq. 
Azərb. jurnalı, 1990, №11, səh. 32).  –  Dədəm rəhmətlik o vədə 


 
 
218
danışardı ki,  bir kişinin aman-zaman oğlu, kəllədə bir gözü, 
gündən-günə iynəlirmiş, sozalırmış  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 109). 
SUAXAN  – keçmişdə Bakı evlərində çimmək üçün ayrılan yer. 
–  Köndələn evin küncündə çimmək üçün suaxan, bir də divar 
şkafları qoyulurdu  (R.Əliyev. Bütövlənməyən borc. Ulduz, 
1991, №7, səh. 68). 
SUCAĞ   – sulu yer.  –  Türk görəndə tülkü kimi qırpınıb; Ac 
olanda sucağımda qarpınıb  (M.Şükür Məchul. Düşübdü. 
Ulduz, 1991, №3, səh. 31). 
◊ SUCUXUB QALMAQ  –  duruxmaq.  –  Qələndər sucuxub 
qaldı  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 
1991, №4, səh. 51). 
SUÇUXMAQ  –  bax: sucuxub qalmaq.  –  Mən müəllimin adını 
çəkən kimi, Ələmdar suçuxdu  (E.Əlləzoğlu. Gününüz kösöyə 
dönsün. Azərb. jurnalı, 1990, №2, səh. 139).  –   Əşrəf suçuxdu  
(T.Hüseynov. Qartal mütəvvası. Azərb. jurnalı, 1990, №1, səh. 
86).  –  İbrahim suçuxdu  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 
1992, № 11-12, səh. 111). 
◊ SULXU DÜŞMƏK  – ürəyi düşmək, qorxmaq, qanı qaral-
maq.  –  Fəqət Ağqızı təpə başında görməyib, sulxu düşdü  
(Ş.Həsənoğlu. Günəş ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 87). 
SULUXLUQ  –  qoyunun ilk südündən hazırlanan yemək.  –  
Əzrayıl çathaçatda çoban ocağı çatıb suluxluq bişirməyə hazır-
laşırdı  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 21). 
SULUQ I –  bax: suluxluq.  –  Baharda  –  döl vədəsində 
Mürsələ suluq tutardı, dələmə kəsərdi, kətəməz bişirərdi  
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 166). 
SULUQ II  – mil.  –  Elə bil ki, suluq udmusunuz, ə, yazın da 
yalan deyil ha  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 12). 
SUMBATA KAĞIZI –  şüşə, taxta, metal kimi əşyaları 
sürtmək, cilalamaq üçün üzərinə xüsusi mineral səpilmiş kağız.  
–  Sumbata kağızı kimi cod diliylə əllərini yalayırdı  (Əlabbas. 
Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 138). 


 
 
219
SUMUTMAQ  –  güdmək, pusmaq.  –  Sumutmaq, marıtlamaq 
peşəsiydi  (Ə.Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, № 
12, səh. 28). 
SUNUR  – sərhəd.  –  Kimin həddiydi o birisinin sunuruna adla-
ya  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 
1991, №4, səh. 95). 
SUR-SUMBATLI  –  boy-buxunlu, qədd-qamətli.  –  Doğrudan 
da sur-sumbatlı, ağır oğlandı bu  (S. Əhmədov. Gülmalı kişinin 
axırı. Azərb. jurnalı, 1988, №3, səh. 55). 
◊ SURU YERİMƏMƏK  –  “Allah ağlını başından alsın” mə-
nasında.  –  Səni görüm surun yeriməsin  (T.Hüseynov. Yanıq 
Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 29). 
SUVAL  – mal-qaranı suvarmaq üçün düzəldilən yer.  –  Inək-
buzov çöldən, suvaldan gəlməyəndə, toyuq-cücə kürd düşüb, 
qonşu tövləsindəki yumurtalar üstə oturanda hirslənməyim, 
neyləyim?  (Y.Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-10, 
səh. 70). 
SUVANMAQ –  yapışmaq. – Bu dəfə qaçıb mənim sinəmə su-
vandı  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 25). 
SUVAŞDIRMAQ  –  bax: suvanmaq.  –  Bir bədheybət zəhmi 
var ki, baxışı adamı yerə suvaşdırır  (S.Nəzirova. Ümid ulduzu. 
Ulduz, 1990, №12, səh. 49). 
SUVAŞMAQ I  –  toxunmaq, dəymək.  –  Bir də gördün tayı 
dartdığın yerdə ayağına suvaşıb keçdi  (S.Nəzirova. Ümid uldu-
zu. Ulduz,1990, №12, səh. 60). 
SUVAŞMAQ II –  bax: suvanmaq.  –  Gülmalı kişi bu işin ye-
nilənmiş mənzərəsinə bir xeyli tamaşa eləyəndən sonra burnu-
nun dəlikləri suvaşdı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. 
jurnalı, 1988, №3, səh. 49). 
SUVAT –  bax: suval.  –  Bir dəfə günorta yenə onu suvata bu-
raxmadılar  (Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 
140).  –  Mal - qaranı axşam - səhər  suvata aparıb-gətirərdi 
(Ə.Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12, səh. 27). 


 
 
220
SUYRULMAQ  –  qopmaq.  –  Atam, bunlar səni yaman xurt-
dəkləyib, belə görürəm, boynundan çətin suyrulalar  (V.Nəsib. 
Bir atımlıq barıt. Ulduz, 1987, № 10, səh. 14).  
SUYULMAQ   –  ağzının suyu azmaq.  –  Əcnəbinin təklifinə 
suyuldum (A.Abdullayev. Geriyə qayıdan iz. Azərb. jurnalı, 
1987, №12, səh. 41).  – Bir də o mənə yox, jiqulimə tamah salır, 
sabah da ayrısının volqasına suyulacaq  (Z.Ağbabalı. Səbrlə 
başlanan gün. Ulduz, 1990, №9, səh. 8). 
SUYUM  –  abır, həya abır-həya.  –  Mən suyumundan yana de-
yirəm  (Ə.Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10, səh. 34). 
SUYUMSUZ  –  abırsız.  –  Bu muzdurun ləfzi, danışığı elə su-
yumsuzdu ki, söz də əyri çıxırdı ağzından  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, № 5, səh. 23).  
SÜDƏCƏR –  bir-birinin ardınca doğulan uşaqlar.  –  Südəcər 
körpəni əmizdirirmiş  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 53).  – Südəcər doğulmuş üç qayışbaldır 
oğlu və bir dilotu yemiş qızı vardı  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 26). 
SÜFAYİ  – bax: sifayi. – Bu qadın cavan və üzdən süfayi olma-
sına baxmayaraq, “uşaqları” yalnız bir cəhətdən  –  “psix”lik 
cəhətdən maraqlandırmışdı  (Anar. İztirabın vicdanı. Azərb. jur-
nalı, 1989, №4, səh. 38). 
SÜLƏK  –  sümsük.  –  Elə sülək uşaqdı  (S.Nəzirova. Ümid ul-
duzu. Ulduz, 1990, №12, səh. 48). 
SÜLƏNGI –  bax: sülək.  –  Bu qədər qonşunun içində bu sakit, 
üzüyola, hirsi, acığı çox vaxt yanamaqdan, söylənməkdən uzağa 
getməyən ailəni seçməyi, ona sığınıb o yiyəsiz süləngi itlərdən 
ayrılmağı da itin ağıllılığını göstərirdi  (Ə.Həsənov. Bağ evi. 
Ulduz, 1988, №6, səh. 11). 
SÜLƏNMƏK  – sümsünmək.  – Indi ki, sağsağan belə münəc-
cim quşdu  –  yerin altından da xəbərdardı, üstündən də, day on-
da yem üçün niyə onun-bunun qapısında sülənir?  (İ.Məlikzadə. 
Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 7).  –  Nədi ə, bu-


 
 
221
ralarda nə sülənirsən?  (V.Nəsib. Ceyrançöldə qara bayram. 
Azərb. jurnalı, 1988, №12, səh. 104). 
SÜMBƏ –  odlu silahların lüləsinin içini təmizləmək, yağlamaq, 
habelə bir şeyi bir yerə təpmək və ya çıxarmaq üçün uzun dəmir 
mil.  –  Nə tüfəngə çaxmaqdı, nə sümbəyə toxmaq  (Ə.Mustafa-
yev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 55). 
SÜMBƏ-SÜLÜK  – uşaq oyunu.  –  O qız-gəlinlərlə dünənəcən 
sünbə-sülük oynardı  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh.122). 
SÜMSÜK  –  sülənən, yemək dalınca hər qapıya gedən it>.  –  Sümsük Qurban da o atını, kor eşşəyini elə bil qəbirsan-
lığa yazdırıf  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 4). 
□ SÜNG ELƏMƏK  – müflis eləmək, dağıtmaq, iflasa uğrat-
maq, yeyib bitirmək.  –  Bilmirdin fermanı sənin o qurd yeznən 
süng eləyib?  (Z.Bayramlı. Qız Pərinin oğlu. Azərb. jurnalı, 
1992, №7-8, səh. 102).  – Lüməquyruq Mənzər buğdanı süng 
eləyib, yerinə torpaq töküb  (Ə.Əzimzadə. Arandan gələn adam. 
Ulduz, 1988, №3, səh. 5). 
SÜRBƏ  – sürü, dəstə.  –  Elə bilərdin ki, qarğa-quş sürbəsidir 
göyün üzündə  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. 
jurnalı, 1991, №4, səh. 29). 
SÜRÇÜTMƏK  –  sürüşdürmək.  –  Başını yastığın bəri kün-
cünə sürçüdüb, qılçalarını azacıq bükdü  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 25).  –  Mürvət stulunu dala 
sürçütdü  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 54). 
SÜRƏKÇİ  –  ovu qovub bərəyə gətirən . –  Qabilə 
görə yaxşı sürəkçi mahir ovçuya bərabərdi  (A.Kamal. Sürəkçi. 
Ulduz, 1989, №1, səh. 37). 
SÜRƏY –  axın.  –  Düşdüm qəmin sürəyinə  (İ.Tapdıq. Günü 
gözləyə-gözləyə. Azərb. jurnalı, 1989, №9, səh. 38). 
SÜRHAY  – ovu qovma, ovu qovub çıxarma.  –  Hərdənbir bizi 
də meşəyə qaban sürhayına aparardı  (B.Bayramov. Üzlü-as-
tarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 19). 


 
 
222
SÜRTÜK –  sürtülmüş.  –  Mürşüd kişi yerə əyildi, bir sürtük 
daş götürdü çınqıllıqdan  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 11). 
SÜRÜKMƏK  –  aradan çıxmaq, qaçıb getmək, qaçıb aradan 
çıxmaq. – Qoy vaxt ikən sürüküm burdan  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 65). 
SÜRÜNGƏL  –  sürünə-sürünə, ağır tərpənişlə, ağır-ağır.  –  
Əliheydər müəllim sürüngəl halda həyətə getdi  (C.Kəlayev. 
Dəhşət. Ulduz, 1990, №7, səh. 59). 
SÜSLƏNMƏK –  bəzənmək, zinətlənmək, bər-bəzək vurmaq.  
–  Süslənir-sallanır səllimi qoşma!...  (Ç.Əlioğlu. Qoşma. Azərb. 
jurnalı, 1989, №9, səh. 45). 
SÜYSÜN –  peysər, boyun, onurğa sütununun boyunla birləşdi-
yi yer.  –  Həmişə də dibdən ülgüclə qırxılmış, çıplaq süysünü 
qıpqırmızı alov saçırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 56). 
SÜYÜŞMƏK  –  sivişmək.  –  Kürd bu həmlədən məharətlə 
süyüşdü  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 9). 
SÜZƏLƏNMƏK  –  süzülmək, axmaq.  –  Gözlərindən yaş süzə-
ləndi  (İ.Məlikzadə.  Toy mövsümü. Ulduz, 1988, №5, səh. 31). 
 
 
 
 
 
  
 
 
 
 
 
 


 
 
223
–  Ş  –  
 
ŞADARA   – buğda, arpa və s. zibilini, torpağını təmizləmək 
üçün xəlbir.  –  Gəlinlər elə bil təkcə biri-biri ilə yox, bu axar-
coşarla, şadara novla, dənnik urva ilə, bütünlükdə dəyirmanla 
və Hatəmxanla “Laldinməz”ə girişmişdilər  (S.Əhmədov.Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 11). 
□ ŞADƏMƏRK OLMAQ  –  şad olmaq, kefi kökəlmək.  –  
Şadəmərk oldum, sevincək uşaqlarımı muştuluqladım  (Ə.Mus-
tafayev. İçindən asılan adam. Ulduz, 1989,  №2, səh. 16). 
ŞAHAD   –  üyüdülən dəndən dəyirmançıya verilən haqq.  –  
Un, dəyirman ardı, bir də hələ kimə düşdüyü aydınlaşmayan 
şahad  –  bu üçü Hatəmxanın gözünü qapamışdı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 11). 
□ ŞAHAD ALMAQ –  üyüdülıən dən üçün haqq almaq, dəyir-
man haqqı almaq. –  Nəvaxtdan qalmış taxta çanağı götürdü şa-
had aldı  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 10). 
ŞAXIMAQ I  – pörşələmək, yandırmaq.  –  Gün yaman şaxıyıb, 
həm də dincinizi alarsınız  (T.Hüseynov. Gecə məhkəməsinin 
hökmü. Azərb. jurnalı, 1988, №5, səh. 65).  –  Gün əməlli yağ-
lanmışdı, amma şaxımırdı  (Ə.Mustafayev. Novruzgülü açma-
mış. Azərb. jurnalı, 1987, №7, səh. 58). 
ŞAXIMAQ II  – parıldamaq, göz qamaşdırmaq. –  Qar təki şa-
xıyan dümağ furajkasını başından aldı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 57). 
◊ ŞAXSEY TƏFMƏK  – şaxsey getmək, şaxsey-vaxsey sal-
maq, yüksəkdən ağlayıb-oxşamaq.  –  Ay bihəyalar, niyə şaxsey 
təfmirsiniz?  (A.Abbas. Günəşə at çapan uşaq. Azərb. 1989, №2, 
səh. 78). 
ŞAQQARRAMA  –  günün ən isti vaxtı, günəşin başa döydüyü 
vaxt, cırhacır isti. –  Bu gölün dörd yanına sipər olmuş ucu şiş 
dağları, yayın şaqqarramasında da sinəsində qar saxlayan 


 
 
224
qüzeyləri görürdü  (M.Oruc. Anan ölsün, Əlqəmə. Ulduz, 1990, 
№12, səh. 32). 
ŞAQQAVƏTLI  –  qamətli, bədənli, boy-buxunlu .  –  
Maşallah şaqqavətlisən  (İ.Məlikzadə. Dolaşaların Novruz bay-
ramı. Azərb. jurnalı, 1988, №5, səh. 27). 
ŞAMAXI  –  kəlağayı.  –  O, şişib tuluqlanan bəbəklərini sildi, 
istahatdan çıxmış şamaxısını açıb, təzədən bağladı  (İ.İsmayı-
lov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 12).  – Başına qara şamaxı 
bağlamış bir qadın içəri girdi  (S.Səxavət. Qızıl teşt. Ulduz, 
1987, №7, səh. 6). 
ŞAPPAN  –  yekə, iri.  –  Bir az irəlidə yalquzağın şappan lə-
pirləri görünür  (Ə.Bağırov. Gözmuncuğu. Ulduz, 1988, №7, 
səh. 12). 
ŞATIR –  böyük adamların yanında gedib yol açan, qulluq gös-
tərən .  – Məhəllədə hamı ona “prokurorun şatırı” deyir  
(Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, 
səh. 9). 
ŞAVAĞAT  – mərhəmət.  –  Allahın şavağatından Cəlal Bilalo-
viç vəzifə başına keçəndən sonra institutun yarısı söz aparıb-gə-
tirən olmuşdu  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 11). 
ŞELLƏNMƏK I – sevinmək, fərəhlənmək. – Aynur babasının 
tərifindən şelləndi, nazlandı  (F.Qoca. Kələfin ucu. Azərb. jurna-
lı, 1987, №10, səh. 69). 
ŞELLƏNMƏK II –  kefə baxmaq.  – Heç palax otlardan yeyib, 
çəməndə şellənmək də istəmirdi  (Ə.Babayeva. Rəngbərəng 
adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 21).  – Feyzi ilə şellənmə-
yində idi  (S.Elcanlı. Sükutun sonu. Ulduz, 1990, №4, səh. 13). 
ŞENLİK I  –  kənd, oba, yaşayış məntəqəsi. – Yetim Ələsgərin 
həmin şenlikdə qohum-əqrəbası yox idi  (V.Nəsib. Bir yaz 
xəzanı. Ulduz, 1988, №11, səh. 10). 
ŞENLİK II  –  izdiham, qələbəlik, çoxlu adam olan yer. – Şikəs-
tə bu məktubları qoyaydı Yovşanlı kəndinin bir şenlik yerinə və 
bu vaxtacan təkcə Şikəstəyə məlum olan, təkcə Şikəstənin ürəyini 
isidən sözlər radiodan gələn səs təkin dalğalanıb yayılaydı kən-


 
 
225
də  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 
34). 
□ ŞEN OLMAQ  –  abadan olmaq, bol olmaq, var etmək. – Şen 
olsun, ajdığım yoxdu, elə indicə yeməyin üstündən gəlirəm 
(Q.Əlismayıllı. Yelqıran.  Ulduz, 1990, №1, səh. 10). 
ŞEŞƏLƏNMƏK  –  lovğalanmaq.  –  Şeşələndi, o bunları gö-
rür, bunlar onu güclə sezirdilər  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh. 14). 
ŞEŞƏLLƏNMƏK  –  xoruzlanmaq.  –  Qulu Mərdanın mat 
qaldığını görən kimi şeşəlləndi  (S.Səxavət. Sanatoriya. Azərb. 
jurnalı, 1989, №3, səh. 21). 
ŞEŞƏLMƏK   – dikəlmək.  –  Beş dənə iyirmibeşlik qırışığın-
dan, qatından açılıb, şeşəlib, elə bil göz gətirib, onlara baxırdı  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 12). 
ŞEŞMƏRLƏNMƏK –  qalxmaq, quyruğu üstə durmaq.  –  
Quyruğu azacıq basılanda ilan tək başını qaldırıb şeşmərlənirdi  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 69). 
ŞEVYOT – yüngül, yumşaq, incə xovlu yun və ya yarıyun par-
ça.  –  Təzə, qara lastikdən köynək, Gəncə şevyotundan pencək-
şalvar geymişdi  (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jur-
nalı, 1989, №11, səh. 12). 
ŞEYTANÇI  –  xəbərçi, satqın.  –  Qaçaq Kərəmin adamların-
dan birini tövləsində gərmə dalında gizlətdiyi şeytançı barmağı 
ilə lazımi yerlərə çatanda İsmayıl köməyinə gəlmişdi  (V. Nəsib. 
Addan ada. Azərb. jurnalı, 1992, №11-12, səh. 12) 
◊ ŞƏBƏDƏ QOŞMAQ  – söz qoşmaq, lağ eləmək, rişxənd elə-
mək.  –  Əslinə-nəslinə şəbədə qoşulanda dilin lal olsun  
(T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, səh. 18). 
ŞƏBBƏDƏNXEYİR   – birdən, qəflətən, lapdan, xəbərsiz. – 
Özümüz axşam şəbbədənxeyir gedərik onlara  (R.Tağızadə. Kü-
lək ağzında yarpaq. Azərb. jurnalı, 1991, №11-12, səh. 61). 
ŞƏKLƏNMƏK  –  şübhələnmək. – Onun saymazlığı gələnləri 
şəkləndirdi  (S.Əhmədov.Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 10).  –  Əşi, bayaq da komandir az qalmışdı sən-


 
 
226
dən şəklənsin  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jur-
nalı, 1988, №3, səh. 23). 
ŞƏL –  kiçik budaq, şax.  –  Təxmini bilirdi ki, cüyür hansı şəldə 
ola bilər  (A.Kamal. Sürəkçi. Ulduz, 1989, №1, səh. 39). 
ŞƏLPƏ  –  əski, köhnə parça. – Ayaqlarında çarıq patava, baş-
larında hər birinin bir elə şal, şəlpə vardı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 86). 
ŞƏLTƏ – tuman.  –  Başında bir qıyğac, qıçında şalvar əvəzinə 
yetim ağından şəltə vardı  (S.Əhmədov. Yasaq edilmiş oyun 
Azərb. jurnalı, 1987, №5, səh. 67). 
◊ ŞƏNTİRİ ÇIXMAQ –  əzilib suyu çıxmaq.  –  Şəntiri çıxmış 
qarpızın sıyrıntısı da bir tərəfdən  qolumuza-biləyimizə suvaşır   
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 12). 
ŞƏPBƏLİ  –  eybəcər.  –  Niyə bu şəbbəlini yanına salıb ocağın 
dör başına çıxarmısan?  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 61). 
ŞƏPİT  –  ev ayaqqabısı, başmaq. –  Əlinə keçən şəpit tayını arva-
da sarı tolazladı  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 3). 
ŞƏPPƏXEYİR –  bax: şəbbədənxeyir. –  Qorxurdu ki, qabağı-
na şəppəxeyir çıxan olar  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 24). 
ŞƏRƏŞÜR  – cəncəl, şər işlərlə məşğul olan, davakar, xətakar. 
–  Həftə səkkiz yuxarılara məktubu gedən bu şərəşür adamın 
qabağında ağlayıb-sıtqayıb, dərdini deyib, Muradxan kişini 
qələmin ucuna qoyub, topa-tüfəngə tutması üçün ilan dili çıxardı  
(V.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 
40).  –  Suğra xala da deyəsən şərəşür arvaddır  (Ə.Babayeva. 
Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, səh. 17). 
ŞƏRİD   – ip, qaytan. –  Bir uzun sicim şərid yavaş-yavaş çə-
kilib, sürülməyə başladı (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 50). 
ŞƏR-ŞAMARTI –  şər, böhtan. – Hərəsini bir kələklə, şər-şa-
martı ilə aradan götürdü  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 15). 


 
 
227
ŞƏVƏL  – kol-kos.  –  Dönüb, dolayı ötmək istəyəndə, gördülər 
xeyr, bağın hər ağacının altından bir səda çıxır, hər kol, hər şə-
vəl arxasında bir cığan uşaq-müəllim toplanıb  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı 1987, №5, səh. 9). 
ŞƏVGƏ –  əks.  –  Arıq çiyinlərinə, Dəmir barmaqlıqların, 
Qara şəvgəsi qonmuş  (V.Bəhmənli. Ata çiyni. Azərb. jurnalı, 
1991, №4, səh. 128). 
ŞIDIRĞI –  sürətlə, tez, cəld. –  Direktor sağ əlini gözünün 
üstünə qoyub, şıdırğı kabinetini tərk etdi  (V.Babanlı. Ömürlük 
cəza, Azərb. jurnalı, 1991, №2, səh. 39). 
ŞIĞANA-ŞIĞANA – böyük sürətlə enən, hücum çəkən, yara-
yara gələn.  –  Alaqaranlığı şığana-şığana gələn qorxunc səsin 
qabağınca qaçırdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 
1987, №4, səh. 31). 
ŞIĞANDIRMAQ  – üstünə tökmək, atmaq, şlanqla üstünə tut-
maq.  –  Abdulla ata suyu şığandırıb, onun üstünü aldı  (T.Hü-
seynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, 
səh. 64). 
ŞIĞITMA  –  qarğının və ya qamışın itilənmiş ucu.  –  Bəzən 
qarğının ucunu şığıtmaları ilə az qalırdılar Mazanın qarnına 
soxsunlar (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10, səh. 107). 
ŞILDIR   – çayın dayaz yeri.  –  Çərkəz çobanın nişan verdiyi 
səmtdən  – çayın şıldır yerindən dalbadal o taya keçdilər  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 48). 
□ ŞILDIR ETMƏK  –  yolub-yolmalamaq, alçaltmaq.  –  Yanı 
yepyekə arvadı keçəlləmək, şıldır etmək o qədərmi vacibdir?  
(V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 64). 
◊ ŞINQROY ÇALMAQ –  şəbədə qoşmaq, rişxənd etmək, söz 
qoşmaq. –  Dalınca şınqroy çalınan adamla bir damın altında 
niyə də yaşamalıydı ki?  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, 
səh. 9). 


 
 
228
ŞIPPIR  –  tamam, bütün, başdan ayağa.  –   Bir yandan soyuq, 
bir yandan şıppır tərin içindəydi  (S.Budaqlı. Fevral. Ulduz, 
1987, №4, səh. 6). 
ŞIRNAQ  –  nazik su axını, fəvvarə. –  Hər gözün quyruğunda 
gümüşü bir şırnaq peyda oldu  (N.Mirzəxanov. Təmiz hava. 
Azərb. jurnalı, 1987, №9, səh. 111). 
◊ ŞIRTIQ ÇALMAQ  –  çırtma, çırtıq çalmaq. – Bizi bizə yol-
durub, şırtığını çalanlar var  (A.Laçınlı. Qarabağda qalam var. 
Ulduz, 1990, №5, səh. 66). 
ŞIRVANMAQ I  –  o tərəf-bu tərəfinə keçmək.  –  Təsvir-zad 
eləmədi, elə ağzını açan kimi bildim ki, Xort Cabbarın dul 
qızıdı, keçən yaydan bəri kişiyə çox şırvanırdı  (S.Tağızadə. 
Təqib. Ulduz, 1989, №9, səh. 10). 
ŞIRVANMAQ II  –  yaltaqlanmaq, ətrafında hərlənmək. –  
Məktəbin dərs hissə müdirinin ona quyruq bulayıb, dövrəsində 
şırvandığını unutmamışdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 73). 
ŞIVIRT  – nazik çubuq.  –  Səhərlər qapı-qapı gəzib, işə gedən 
qızları səsləyir, əlindəki şıvırtla çəpərlərə vura-vura keçib ge-
dirdi  (E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 
1990, №2, səh. 139). 
ŞIVIRTMAL  –  qamətli.  –  Onda Bəbir çolaq deyildi, şıvırt-
mal cavan oğlan idi  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 34). 
ŞİKARI PAPAQ –  qıvrım tüklü buxara dərisindən tikilən hün-
dür papaq.  –  Bu istidə şikarı papaq geyinmiş, üz-gözündən 
acıq, hikkə yağan orta yaşlı kişi dodağınısuya vurub, tüpürdü  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 17). 
ŞİLƏ  –  düyü və ətdən hazırlanmış yemək. –  O bizə şilə bişirmiş-
di  (Ə.Babayeva. Anadil ağlayırdı. Ulduz, 1986, №4, səh. 67). 
ŞİLƏ-COŞ –  ətli düyü şorbası.  –  Heyhat, yağlı bozbaşdan, 
pitidən sinirib, şilə-coşdan hortladıb toqqanın altını bərkitmiş 
insan söz-gapa meydan verib, Laldinməzin lapca dərinliyinə 


 
 
229
quylanmışdı   (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 16). 
ŞİLİMLƏMƏK  –  cırıq-cırıq, parça-parça eləmək. –  Dağ ba-
şında gurlayan ildırımın alovlu qılıncı göyün qara köynəyini 
şilimləyəndə pəncərəmizin şüşələri çiliklənirmiş kimi cingildə-
yirdi   (Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, 
№1, səh. 35). 
ŞİLTİKLƏMƏK  –  parça-parça eləmək.  –  Bir-iki dəfə dəli-
qanlılar cummuşdu ki, onu şiltikləsin  (S.Tağızadə. Təqib. 1989, 
№9, səh. 12). 
ŞİNƏMƏK I –  xüsusi məqsədlə durub üzünə baxmaq. – Şinə-
mə, ə, üstümə  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, 
№4, səh. 16). 
ŞİNƏMƏK II  –  dikilib durmaq.  –  Əlində süpürgə istəyirsən 
qovasan, şinəyib durur  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, 
№12, səh. 60). 
ŞİNGİLƏ  – saqqız bitkisinin kökü.  –  Bəh-bəh- bəh, elə bil şin-
gilədi  (Q.Xəlilov. İsfahan halvası. Ulduz, 1990, №1, səh. 23). 
ŞİNİMƏK   –  bax: şinəmək. –  Amma deyəsən Rəqibin zəhmi 
onu yaman basmışdı, odur ki, şinimişdi  (F.Eyvazlı. Düyünlü 
günlər. Ulduz, 1989, №8, səh. 8).  –  Dünya da ana yükünü daşı-
yan arvadların qanıqara üzünə şiniyib təqsiri boynundan atırdı  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 27). 
ŞİNNİK  –  bax: şenlik.  –  Elə şinnikdi, səsdən qulaq tutulurdu  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 10). 
ŞİTƏNG – dəcəl, nadinc, enerjili .  –  Şitəng uşaqdı, 
maşallah, ayağı bir saat altına gəlmir  (H.İbrahimov. Qu quşları 
öləndə oxuyurlar. Azərb.jurnalı, 1987, №10, səh. 126). 
ŞİTƏNGİ  –  sırtıq, üzlü, şit, həyasız.  – Nəsibin fikrincə, yalnız 
arsız, şitəngi adamların gözləri belə süzgün,belə xumar ola 
bilərdi  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. 
jurnalı, 1988, №5, səh. 48). 


 
 
230
ŞİTƏNMƏMƏK I  –  acığı tutmamaq, fikir, əhəmiyyət vermə-
mək, əsəbiləşməmək, qəzəblənməmək. – Vəliyə sataşırdılar, o 
isə şitənmirdi  (S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 3). 
ŞİTƏNMƏK II  –  şitlik eləmək.  –  Bu səbəbdən də Cəlal Bila-
loviç balaca uşaqlar kimi şitəndi  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 3) 
ŞİTMIRIQ  – şit, dadsız-duzsuz. – Bu yad bucaqda, yad adam-
ların içində yeyə bilmədiyi şitmırıq xörəklərin üzünə baxa-baxa 
ölümünü arzulayırdı  (M.Niyarlı. Yola dikilən gözlər. Azərb. 
jurnalı, 1991, №2, səh. 103). 
ŞİŞƏ  –  2-4 yaşlarında qoyun. – Sağ əliylə sümüyündən yapış-
dığı boğazı muçuqlu, özü ağ, dizlərinin gözü, qaşqası qara, göz-
ləri diri şişə atanla sənin birtəhər baxmağınızdan mələyir  (Şah-
mar. Qoyungöz. Ulduz, 1988, №8, səh. 36). 
ŞİŞƏK –  bax: şişə.  –  Qoçəli onun saqqalsız üzünə, elə bu şişə-
yincə buynuzu təki qıpıx, sallaq bığına göz qoydu  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 63). 
ŞİŞMƏLƏK –  təxminən bir metr uzunluğda ucu iti ağacla oy-
nanılan oyun.  –  Lakin ertəsi gün günorta şişmələk oyunu oyna-
yan uşaqları tutun altından əl çəkmədilər  (İ.Qarayev. Bir kən-
din uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 101). 
ŞİVƏRƏK  –  düz qamətli, uzun, arıq .  –  Yaşılxan də-
də boy-buxunlu, şivərək, zirək bir kişi olub  (İ.Məlikzadə. Qır-
mızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 8). 
ŞORALANMAQ –  axmaq, axıb tökülmək.  –  Dəhnədən oraya 
su ayıranda görmüşdülər dəyirmanın boynu ayğır yalmanı təki 
yellənib, şoralanır  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 45).  – Yaxşı, tutaq ki, nə axan arxa, nə 
şoralanan nova, nə də bu coşan gözə hökm etmək olmazdı 
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 10). 
ŞOYTAQ –  axsaq, topal.  –  Axmağın qızı sənin o şoytaq nə-
nəndi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 6). 


 
 
231
ŞÖNGÜMƏK   –  çöməlib oturmaq. –  Sizi bilirsinizmi ömür 
körpüsünün ortalarında nə şöngüyüb, gözləyir?  (R.Ulusel. 
Arazboyu. Ulduz, 1989, №5, səh. 20).  – İt də iri, ala biləklərinə 
dirənib həyətin ortasında içinin hikkəsini ləhliyə-ləhiyə quyruğu 
üstə şöngüyüb, qısaca uladı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1987, №2, səh. 5).  – Şöngüyüb içi atlana-atlana kəndi burnuna 
tutdu, yatağını imsilədi və o dəqiqə bildi ki, naxırı yoxdur  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 26). 
ŞUĞUMAQ  –  şığımaq, hücum etmək.  – Kombal çəkib, Mura-
dın üstünə şuğuyanda zootexnik bərəyə qaçırdı  (E.Əlləzoğlu. 
Dana əhvalatı. Azərb. jurnalı, 1992, №11-12, səh. 124). 
ŞULUM  – fərasətsiz, fərsiz.  –  Doğrudan da Cəbinin şit, şulum 
maşın sürməsi elə ilk dəqiqədən Bəhrəmzadənin gözündən qaçmadı  
(N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 155). 
ŞUMAL –  üzərində yarpağı olan cavan tut və ya çəkil çubuğu.  
–  Qapı-bacada bircə şumal qalmadı  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 52). 
◊ ŞUNQURUQ QOŞDURMAQ  – unvanına xoşagəlməz soz-
sohbət yayılmaq, vedrə bağlatdırmaq, supurgə bağlatdırmaq, 
şər-şəbədə qoşdurmaq, soz qoşdurmaq. – İki çəkiyə gələn 
deyəndə ki, raykom, ispolkom-zad öz yerində, belə sınaqdan 
çıxıb, adına şunquruq qoşdurmayan iki kişidən biri demək 
istəyirdim  (B.Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı,  
1987, №6, səh. 22). 
ŞUPBUR  –  dulusçuluqda istifadə olunan xüsusi gilli palçıq.  –  
Qırıqlardan birinin arxasına his sürtüb, elədi güzgü, şupburdan 
dolça düzəltdi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, 
№3, səh. 17). 
ŞÜLLƏ  –  uzunsov. –  Bir ayıbı vardısa, o da başının şülləliyi 
idi   (E.Əlləzoğlu. Şülləbaş Həmid. Azərb. jurnalı, 1992, №11-
12, səh. 128). 
□ ŞÜLÜZMƏ  OLMAQ  –  günahkar olmaq, günaha batmaq.  
–  Vallah şülüzmə olduq  (A.Dadaşov. Ceviz ağacı. Azərb. jur-
nalı, 1992, №5-6, səh. 138). 


 
 
232
ŞÜŞ  – saf, təmiz.  –  O həmişə duyum –  ideyanın itisinə, şüşünə 
meyl eləyirdi  (R.Ulusel. Arazboyu, Ulduz, 1989, №5, səh. 3). 
ŞÜŞƏCAT –  müxtəlif formalı, müxtəlif cür şüşə qab və ya əş-
ya.  –  Evin lap yuxarı başında şüşəcatla bəzədilmiş kiçik stolun 
ən görkəmli yerinə qoyulmuş al qırmızı telefon aparatına sarı 
yeriyib, dəstəyi qaldırdı  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, 
səh. 11). 
◊ ŞÜY CƏKMƏK  –  ucalmaq, qalxmaq.  – Kəndin yaraşığı 
onun göylərə şüy çəkən dümsüz əbrişimlərindədir  (M.Mirzəyev. 
Quzunun ahı. Ulduz, 1991, № 4, səh. 7). 
 
 
 
 
 
 
 
 


 
 
233
- T  –  
 
TA –  daha. – Adama ta nə lazımdı?  (Ə.Mustafayev. Novruz-
gülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 28). 
TAXTABAŞ   – başıboş.  –  O taxtabaş hələ böyüyəcək, çünki 
Səftərquliyevlərdəndi  (İ.Məlikzadə. Neçə ilin qonşuları. Ulduz, 
1988, №5, səh. 19). 
◊ TAMAHINA TƏT DEMƏK  –  tamahını basmaq, tamahını, 
nəfsini öldürmək, nəfsini tutmaq.  –  Tamahına tət deyib, dözə-
sən, vəssalam  (B.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 25).  –  İqtisadi vəziyyətimizi nəzərə alıb nəfsimə “tət” 
dedim  (S.Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, №11, səh. 31). 
TAMARZI QALMAQ –  yeməli, içməli bir şeyin arzusunda, 
həsrətindəolmaq. – Bir stəkan üzlü südə tamarzı qalanda, qoyun 
ətinin izini tutub tamsınanda Əhəd əllərini dizlərinə çırpacaq  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 19). 
TAMSINMAQ I  –  dadmaq, dadına baxmaq istəmək, dadmaq 
arzusunda olmaq, yerikləmək.  –  Bir stəkan üzlü südə tamarzı 
qalanda, qoyun ətinin izini tutub tamsınanda Əhəd əllərini diz-
lərinə çırpacaq  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 
1987, №1, səh. 19). 
TAMSINMAMAQ II  – ağzına almamaq.  –  Qızmış kəl qabağın-
dakı bir bağ ota tamsınmadı, ürəyində dolandırdığı ağ camışın 
dalınca yollanmaq, onu axtarıb tapmaq duyğusu bütün istəkləri 
üstələdi, pəyənin ağzında teyləndi  (Ə.Mustafayev. Novruzgülü 
açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 18). 
TAP – dağlıq yerdə kiçik düzənlik.  –  Gəlsə idi qənşər taplardan 
bəri aşan sürünü Gülmalı kişi buradanca tanıyacaqdı (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 52). 
TAPAN –  dəstə, bənd.  –  Qeyri-ixtiyarı süpürgənin tapanını əlində 
sıxdı  (S.Aran. Təmizlik kağızı. Ulduz, 1991, №9-10, səh.87). 
TAPXIR  –  atın belində yəhərin dal tərəfə sürüşməməsi və yan-
lara əyilməməsi üçün döşünün altından keçirilən qayış.  –  Tap-


 
 
234
xırları bərk çəkildiyindən nəfəsləri elə bil gizildəyən dabanların-
dan çıxırdı  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 14). 
TAPQIR  –  bax: tapxır.  –  Elə bil at tapqırıydı  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 65) 
TANQAH I  –  var-dövlət, mal-dövlət.  –  Azərbaycanin iyirmi-
otuz şəhərində mülkü, ovqah-tanqahı, məscid-mədrəsəsi olmuş-
dur.  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 48). 
TANQAH II  – qüvvə, güc.  – Tanqahım yoxdur, neynim?  
(İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 92). 
TAPIL I  –  topa, dəstə.  – Küçənin o başından çıxan yekə bir it 
tapılı ona tərəf gəlməyə başladı  (H.İbrahimov. Qu quşları ölən-
də oxuyurlar. Azərb. jurnalı, 1987, №10, səh. 139). 
TAPIL II  –  kiçik ot topası.  –  Yolun qırağındakı ot tapıllarına 
baxdı  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 
1991, №4, səh. 36). 
TAPILLAMAQ   – biçilmiş otu bir az quruyandan sonra taya 
kimi yığmaq.  – Həyətdə sərir, qurudur, sonra da tapıllayırdı  
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 57). 
TAR   – toyuqların axşamlar üstündə yatdığı ağac.  –  Axşam 
düşdü, toyuqlar tara qalxdı  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. 
jurnalı, 1987, №1,  səh. 9).  –  Toyuq-cücətara qalxırdı yavaş-
yavaş   (Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, № 3, 
səh. 75). 
TASALANMAQ I – ürəyi sıxılmaq, kədərlənmək, qəmlənmək  
–  Darıxdı, tasalandı  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 71).  –  Uşaqlarından sabah üç-
dörd həftəliyə ayrılacağındanmı, ya nədənsə,hey tasalanmışdı  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 27). 
TASALANMAQ II  –  vəziyyətlə razılaşmaq, düşdüyü hal, və-
ziyyətlə barışmaq.  – Özü də qırxılmış heyvan çılpaqlıqdan 
hürkdü  – nədi, özücə Qozdu Gülmalıya bənd olubmuş təki tox-


 
 
235
daqca dayanıb tasalandı  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 65). 
TASMA –  çarığa keçirilən bağ.  –  Xurmayı daqqa papaq, 
məst, məstin üstündən tasmalı yarma çarıq geyinib, Cavadoğ-
luyla dağ-daşa yatan Cəvahirin qəlbində qadınlıq hissini oya-
dan bu yamyaşıl otlar, quşların çöl boyu yayılan cəh-cəhəsi idi  
(Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 129). 
TAVASAR  –  uzun qulplu tava.  –  Tavasarı ocaqdan götürüb 
yerə qoyanda əli yandımı, üzünü göyə tutub “Allah gözümü 
tökəydi məni bu xarabaya qismət eləyən yerdə” deyə əlini silkə-
ləyərdi  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, № 7, 
səh. 14). 
TAVƏT –  ta ki.  –  Qışın topu atılandan tavət payızın ortaları-
nacan əmənkömənci, cincilim, unnuca cığnamışıq  (İ.Qarayev. 
Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 105). 
TAY  –  bax: ta. –  Aya, Xəlil padşah, tay bəs eləyər  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 41). 
TAYTIMAQ  –  ayağını çəkmək, axsamaq. –  Uyma ötəri qay-
daya; Bel əyilə, qıç taytıya; Salma özünü haytaya; Gözün - kön-
lün aram olsun  (İ.Tapdıq. Olsun. Azərb. jurnalı, 1992, №11-12, 
səh. 76). 
TAYTAYA-TAYTAYA  –  axsaya-axsaya, ayağını çəkə-çəkə.  
–  Dərbənddə bir neçə dəfə perrona düşdüm, taytaya-taytaya 
vurnuxdum   (B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 
1989, №11, səh. 10). 
TAYTIYA-TAYTIYA –  bax: taytaya-taytaya.  –  Asfalt salın-
mış dar cığırla taytıya-taytıya gedəcəkdi  (B.İsgəndərov. Şaftalı. 
Ulduz, 1990, №9, səh. 44).  –  Rəğib bir qıçı havada, o biri yer-
də atıla-atıla, taytıya-taytıya gəlib keçdi  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 38). 
TAZIMAQ  –  sürətlə, bərk qaçmaq, qaça-qaça getmək.  –  
Odur, Xuduşun ayaqları yerə dəymir, tazıyır  (S.Əhmədov. Gül-
malı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 54). 


 
 
236
TAZIYA-TAZIYA  –  bax: dazıya-dazıya.  –  Yavər tazıya-ta-
zıya qayıtdı  (İ.Məlikzadə. Qırmızı şeytan. Azərb. jurnalı, 1992, 
№ 9-10, səh. 16). 
TECAN –  qatıq və süd saxlamaq üçün dəri, tuluq.  –  Dön bax,  
–  dedi, yan-yörəmizə, yaşamalı dünyadı, dağ mehi, səhər şehi, 
bulama, kətəməz, tecana yığılan kərə yağ, dağların min cür məl-
həmi ətirli otlar-dünya görmüş loğmanlar istəyir baş aça sirrin-
dən-sehrindən  (İ.İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 22). 
TEŞİ  – əldə ip əyirmək üçün xüsusi alət.  –  Bir də hiss eləyirdi 
ki, mili görmür, teşini fırlatmağa gücü çatmır  (M.Oruc. Namərd 
körpüsü. Azərb. jurnalı, 1991,  №6, səh. 26).  
TEYLƏNMƏK I –  hərlənmək, hərəkət etmək, qaçmaq.  – 
Arzum zaman üstə teylənən uşaq  (V.Vüqar. Açılmır tüfəngim, 
açılmır, Allah! Azərb. jurnalı, 1991, №11-12, səh. 39). 
TEYLƏNMƏK II  –  uçub gəlmək, qaçıb gəlmək.  –  Ərk elə-
yib qardaşından incisən; Qanadlanıb tez yanına teylənim  (İ.İs-
mayılzadə. Bacım Gülsəfaya Bakıdan məktub. Ulduz, 1991, 
№3, s. 49).  –  Qızmış kəl qabağındakı bir bağ ota tamsınmadı, 
ürəyində dolandırdığı ağ camışın dalınca yollanmaq, onu 
axtarıb tapmaq duyğusu bütün istəkləri üstələdi, pəyənin ağzına 
teyləndi  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 18). 
TEZCƏNƏK  –  tez, həmin dəqiqə. –  Axmaq bir haqanın cəza-
sı gərək tezcənək də yerinə yetiriləydi  (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 40). 
TƏFÇİMƏK  –  parçanı üz-üzə qoyaraq qırağını tikmək.  –  Tə-
zə bir yorğan salmışam, onu təfçiyirdim  (İ.Qarayev. Bir kəndin 
uşaqları. Azərb. jurnalı, 1990, №10, səh. 120). 
□ TƏFƏRİNC ELƏMƏK  – diqqət etmək.  –  Rəhman eləcə 
yerinə uzanmış Əşrəfə təfərinc eləyib, qımışdı  (T.Hüseynov. 
Qartal müqəvvası. Azərb. jurnalı, 1990, №1, səh.86). 
TƏFƏRİNCƏ   –  lazımınca, əməlli-başlı, yaxşıca, diqqətlə. – 
Kərəm Gülçöhrənin təhər-törünə, qılınc işlətməsinə təfərincə tama-
şa elədi (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8, səh. 9). 


 
 
237
TƏHƏNG  –  tənək.  –  Özü biçər, təhənglərin başını kəsərdi  
(Ə.Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, №1, 
səh. 23). 
TƏHNƏ –  xəmir yoğurmaq üçün işlədilən dərin tabaq.  –  Elə 
bil təhnənin qıraq-bucağını təmizlədiyi silgi, dəri parçalarından 
yamanıb tikilmişdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 71). 
TƏHNİZ  –  məzəmmət, töhmət.  –  Veysəlov bu üstüörtülü 
təhnizdən payını götürüb, üz-gözünü qırışdırdı  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 71). 
TƏHNİZLƏMƏK  –  məzəmmət, töhmət eləmək, danlamaq.  –  
Məndən xeyli gileyləndi, doğma el-obadan uzaq düşdüyümə gö-
rə məni o ki var təhnizlədi  (A.Abdullayev. Ocaq sönmür. Ul-
duz, 1988, №2, səh. 33). 
TƏKCƏNƏCƏ –  tək, təkcə, tək başına. –  İndi gəl bu leşi 
təkcənəcə çıxart dərənin dibindən görüm nətər çıxarırsan  
(Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 10). 
TƏLƏKƏ  – qarğıdan hörülmüş alaçıq divarı. –  Zalımı çıxmış 
bu tələkə ilə necə də qorxmur ey  (M.Məmmədov. Su cürdəkləri. 
Ulduz, 1989, №5, səh. 28). 
TƏLĞƏ –  ləqəb, ayama. –  Komissiyanın  ən“parıltılı” üzvü 
Şakir idi ki, ona Ləlvər təlğəsi uzunluğuna görə verilmişdi  
(S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 8). 
TƏLXİMİŞ – zəhrimarlıq tökülən, pis.  –  Gözlərini geniş açıb, 
Salamatovun təlximiş sifətinə baxdı  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh.103). 
TƏLİK –  yetim .  –  Təlik quzu kimi dünyanın 
yaşıdı saydığı babasının dalına düşmüşdü  (V.Nəsib. Ceyrançöl-
də qara bayram. Azərb. jurnalı, 1988, №12, səh. 100).  – Səni di-
zin-dizin süründürmək, təlik quzuya döndərib dalımca mələdə-
mələdə küçələri dolandırmaq bu lələşiyin boynuna  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 96). 
TƏLİS – torba.  –  Qaraşın bir arvad təlisdə tum satırdı  (Ə.Ba-
ğırov. Gözmuncuğu. Ulduz, 1988, №7, səh. 19).  – Nəsə olaca-


 
 
238
ğını duyubmuş kimi, o hiddətlə miyoldayır, dinclik bilmədən cırmaq-
layır, hətta dişləyirdi də, yalnız təlisə atılandan sonra sakitləşdi  
(T.Nüsrətoğlu. Başdaşı. Ulduz. jurnalı, 1991, №6, səh. 103). 
TƏMƏNİS – Binə kəndindən Saray bağlarının ətəyinədək uza-
nan düzəngah.  –  Bu həyətlə qəsəbə qurtarırdı, irəli təmənis idi  
(R.Əliyev Bütövlənməyən borc. Ulduz, 1991, №7, səh. 93). 
TƏMƏNNƏLƏŞMƏK I  –  sözləşmək.  –  Mənasız bir məsələ 
üstündə telefonda təmənnələşmişdik  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 53).   
TƏMƏNNƏŞMƏK II – hal-əhval tutmaq, əhvallaşmaq, görüş-
mək.  –  Bunlar bir-biriylə belə mehribancasına görüşüb, öpü-
şüb, təmənnəşdikdən sonra, mamam yenə qayıdıb qızın boynunu 
qucaqladı  (Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, 
№1, səh. 56). 
TƏNDİRƏSƏR   – təndirxana, təndirin yerləşdiyi üstüörtülü 
yer.  –  Bu xoş ətir təndirəsərdən axıb gəlirdi (T.Mahmud. 
Uzaqda dağlar görünür. Azərb. jurnalı, 1989, №12, səh. 33). 
TƏNGİLDƏMƏK   – səndələmək, müvazinətini itirmək.  –  
Ayağa qalxanda təngildədi  (T.Hüseynov. Qartal müqəvvası. 
Azərb. jurnalı, 1990, №1, səh.102). 
TƏNTİMƏK I  –  tələsmək, təngnəfəs olmaq, sıxılmaq.  –  
Cövdət təntimiş yaxasını açdı, elə bil havası çatmırdı  (A. 
Qəhrəmanov. Bulaq suyu. Ulduz, 1988, №5, səh. 6). 
TƏNTİMƏK II  –  tələsə-tələsə. – Yuxarı başda, dərənin yama-
cında arıq, çəlimsiz uşaq təntiyə-təntiyə kol-kos qırırdı  (İ.İsma-
yılov. Əzrayıl. Ulduz, 1989, №1, səh. 16). 
TƏNTİMƏK III  –  özünü itirmək, çaşmaq, nə edəcəyini bil-
məmək, dili-ağzı qurumaq. –  Təntimiş halda yaylığını çıxarıb 
tərini sildi  (Y.Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, №2, səh. 
34).  – Boyuna boz ip ölçüm, ayrı vaxt dilin basıb aləmi yeyir, 
gör nə təntiyib  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jur-
nalı, 1988, №3, səh. 19). 
TƏNTİTMƏK  –  nəfəsini kəsmək, təngnəfəs etmək.  – Yayın 
son nəfəsi hələ duyulurdu, isti onları təntidirdi  (T.Hüseynov 


 
 
239
Gecə məhkəməsinin hökmü. Azərb. jurnalı, 1988, №5, səh. 65).  
–  Ortalığa adamı təntidən bir sükut çökdü  (İ.Məlikzadə. Qırmı-
zı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 15). 
TƏPÇƏK –  bel.  –  Təpiklədim, təpçək sındı  (N.Saraclı. Dirən-
di. Ulduz, 1989, №2, səh. 27). 
TƏPƏR  –  güc, qüvvət.  –  Xalamın ürəyindəki təpər yüz kişiyə 
çatırdı  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, 
səh. 4). 
TƏPƏRLİ  –  hünərli, güclü, qüvvətli.  –  Belə təpərli, dözümlü, 
güclü olduğunu Şikəstə özü də bilmirdi  (İ.Məlikzadə. Qırmızı 
yağış. Azərb. jurnalı, 1987, №1, səh. 35). 
TƏPİLMƏK  –  hücum etmək, soxulmaq.  –   Müqavimət gös-
tərə bilməyib, geri çəkilən döyüşçülər Məhəmməd xanı siyirmə-
qılınc at belində görüb, yenidən düşmən qoşununa təpildilər  
(A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 11). 
TƏPİMƏK   – qurumaq, yapışmaq. –  Keçəlin dili-dodağı 
təpimişdi  (E.Əlləzoğlu. Keçəlin darğanın qızına olan məhəbbəti 
və başına gələn qeyri-adi macəralar. Ulduz, 1988, №3, səh. 37).  
– Yuyub, arıdıb sərmişdilər orada təpisin  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 50).  – Qız yaxınla-
şıb bir söz deyəndə, bir söz soruşanda dili-dodağı təpiyirdi  
(S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 8).  – İndi bu yerlərdə 
ilin o vaxtı idi ki, yer-yurd təzə-təzə təpiyirdi  (Əlabbas. Güdaz. 
Azərb. jurnalı, 1992, №7-8, səh. 130).  –  Bikə xanım dedi və dil-
dodağının təpidiyini hiss eləyib, çay tədarükü görmək üçün getdi  
(Ə.Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, №3, səh. 89). 
TƏPİNMƏK  – acıqlanmaq, danlamaq. –  Ürəyində Məmini sö-
yüb, istahatdan çıxartdı, sonra da qarşısında məlul-məhzun 
dayanmış qardaşına təpindi (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. 
jurnalı, 1987, №1, səh. 6).  –  Təpinirik, yenə içəri keçdikmi, çı-
xıb ağayana yatacaq eyvandakı divanda  (Ə.Həsənov. Bağ evi. 
Ulduz, 1988, №6, səh. 10). 
TƏPMƏK  –  belləmək.  –  Əlindən bağ təpmək, zəmi suvar-
maq, barama vaxtı yarpaq arıtlamaq, qurd basdırmaq gəlirdi  


 
 
240
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 52). 
TƏRƏ   –  göy-göyərti.  –  Tərənin iyi az qala bihuş edirdi 
(M.Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, №4, səh. 8). 
TƏS –  at peyini.  –  Mənim üzümdə şeytan tükü var, quyruğum 
olmasa at təsinin dalındaca gizlənərəm  (İ.İsmayılov. Ocaq daşı. 
Ulduz, 1991, №4, səh. 81). 
TƏŞƏR I –  davakar, döyüşkən.  –  Günah niyə o təşər xoruzda 
olmur, hıy?  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12, 
səh. 16). 
TƏŞƏR-TƏŞƏR II  –  biç-biç, üzlü-üzlü, sırtıq-sırtıq.  –  
Yaltaq Əlinin çuvalağız oğlu Bəhmən qapını kəsdirmişdi, təşər-
təşər bizə baxırdı  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1982, №3, səh. 24).  – Vəli əllərini cibinə salıb, köhnəmizin 
arxasında təşər-təşər durmuşdu  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 7). 
TƏŞƏRRƏNƏ-TƏŞƏRRƏNƏ  –  lovğalana-lovğalana.  –  Ba-
dara Abış təşərrənə-təşərrənə təsbehini çevirdi  (İ.İsmayılov. 
Ocaq daşı. Ulduz, 1991, №4, səh. 79). 
◊ TƏT DEMƏK  – doyunca yemək, bəs deyincə yemək. – Kü-
çüklər də zirzəminin dinc, rahat havasından udub, xörəklərin 
artıq-urtuğundan tət deyənəcən yeyib, dərisinə sığmaz olub, 
blokun qabağında ağızlarını yalayırdılar  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 61). 
TƏVƏRƏ I –  dairəvi, yumru şey.  –  Papaq deyil hər başdakı 
təvərə  (Ç.Əlioğlu. Karvan. Azərb. jurnalı, 1992, №1-2, səh. 4). 
TƏVƏRƏ II –  cəhrənin hərlənən dairəvi taxtası. – Cəhrə də öl-
dü, təvərəsini uşaqlar oyuncaq elədi  (Ə.Əzimzadə. Cehiz. Ul-
duz, 1990, №5, səh. 24). 
◊ TIĞ GƏTİRMƏK  – sıxılmaq, darıxmaq, vərəmləmək.  –  
Neyniyim, ürəyim tığ gətirib  (N.Qənbər. Boğanaq. Azərb. jur-
nalı, 1991, №11-12, səh. 96). 
TIĞLAMAQ  –  bir-birinin üstünə yığmaq, təpə şəklində bir 
yerə yığmaq.  –  K'olxozları, rayonları bir-birinin üstünə tığla-


 
 
241
yıb, onsuz da mürəkkəb olan idarəetmə mexanizmini bir az da 
pisləşdirən o harfa “Mujik!”  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, 
№5, səh. 25). 
TIĞLANMAQ –  üst-üstə yığılmaq, qalanmaq. –  Bir az bəridə 
neçə yerdə kömür dəstiri qapqara çaylaq qumu tığlanmışdı  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 43). 
TINCIXA-TINCIXA  – nəfəsi kəsilə-kəsilə. –  Dizəcən qarda 
nəfəsi tıncıxa-tıncıxa özünü xəstəxanaya yetirdi  (A.Şəruri. Gecə 
əməliyyatı. Ulduz, 1987, № 8, səh. 42). 
◊ TINCIXA-TINCIXA QALMAQ  –  boğulmaq, boğula-bo-
ğula, kəsilə-kəsilə qalmaq.  –  Nə bir cavab tapdım deməyə, nə 
də bir söz tapdım söyləməyə, tıncıxa-tıncıxa qaldım  (Ş.Həsən-
oğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 79). 
TINCIXDIRA-TINCIXDIRA  –  nəfəsini zorla ala-ala, təngə-
nəfəs halda.  –  Tahirə qəfil qapını açdı, yoğun gövdəsini yırğa-
laya-yırğalaya, nəfəsini tıncıxdıra-tıncıxdıra dedi  (Ə.Mustafa-
yev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, səh. 15). 
TINCIXDIRMAQ   –  təngnəfəs etmək.  –  Elə bil kimsə onu 
qovub nəfəsini tıncıxdırmışdı  (A.Şəruri. Gecə əməliyyatı. 
Ulduz, 1987, №8, səh. 42). 
TINCIXMAQ   – nəfəsi kəsilmək. – Cəmşid Rəğibin başından 
yapışıb qaldırdı, geri çevirdi ki, ağzı otluğa qapanmış kişinin 
nəfəsi tıncıxar, buradaca cəzasını çəkməmiş odünyalıq olardı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 41).  –  Nəfəsim tıncıxmışdı  (Ş.Həsənoğlu. Qapalı dünyalar. 
Azərb. jurnalı, 1991, №1, səh. 86).  – Fərid Tahirli üzünü qarsı-
yan bürkülü havadan tıncıxdı  (N.Qənbər. Boğanaq. Azərb. jur-
nalı, 1991, №11-12, səh. 75).  –  Hiss elədi ki, nəfəsi tıncıxır  
(A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 14). 
TİL  –  kənar, qıraq.  –  Onunçun da hamı gedib-gələn yola de-
yil, bir til çıxan narahat cığıra düşüb, şenliyə çıxmaq istədim  
(Ş.Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 


 
 
242
63).  –  Sonra da o til yenişlə xeyli müddət başıaşağı getdi  (Əl-
abbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 142). 
 
TİLFƏ-TİLFƏ –  açıq-aydın, əməlli-başlı, açıq-aşkar. –  Bun-
larsa onu tilfə-tilfə görürdülər  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, səh.11). 
TİLFƏ-TİLFƏ –  qram-qram.  –  Gedib dünyanın o başından 
tilfə-tilfə ot alıb, qanı qiymətinə yem əldə eləyirik  (S.Əhmədov. 
Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 54). 
TİLİŞKƏ   – xırda taxta parçası. – Samovarin yanında tilişkə 
vardı  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 25). 
TİRƏ  –  nəsil. – Könlü olsa, istəyəndə iki tirəni, iki tayı beləcə 
qovuşdurub birləşdirirdi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 11). 
◊ TİT VERMƏK  –  azacıq cücərmək, göyərmək.  –  Faraş so-
ğanın qol-qanadı çuvalın ağzından tit verib göyərirdi  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 54). 
TİYƏ   – nazik.  –  Əynində tiyə köynək vardı  (N.Ağasıyev. 
Dostumun xatirinə. Azərb. jurnalı, 1989, №12, səh. 136). 
TOXANDIRMAQ  – dayamaq, dayaq vermək. –  Şəkildə əsgər 
paltarında ucaboy bir oğlan sağ əlini üstünə külqabı qoyulmuş 
hündür taburetkanın yanına toxandırıb, mənə baxırdı  (Ü.Bün-
yadzadə. Qansızlar. Azərb. jurnalı, 1991, №11-12, səh. 71). 
TOXDAQCA –  sakitcə, arxayın-arxayın, təmkinlə.  –  Özü də 
qırxılmış heyvan çılpaqlıqdan hürkdü  – nədi, özücə Qozdu Gül-
malıya bənd olubmuş təki toxdaqca dayanıb, tasalandı  (S.Əh-
mədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 65). 
TOX QIRMIZI  – tünd qırmızı. –  Yüz cür bəzək-düzək vurul-
muş tox qırmızı  rəngli maşın yan-yörədəkilərin içini, əsəblərini 
qazıya-qazıya yaş asfaltda sürüşüb, dayandı  (M.Süleymanlı. 
Səs. Azərb. jurnalı, 1988, №2, səh. 24). 
TOXMACAR –  cavan ting əkilmiş sahə.  –  Arazbarın çay-
yatağı, toxmacar bağları, üzüm-kələsərliklər arasından düşmüş, 
birbaşa Bakıdan gəlib bu yan, Naxçıvan ellərinə ötən geniş yol-
da qovhaqovla maşının banında çalxandıqca düşünmüşdü ki, 


 
 
243
gəyəndə bu kişini necə qarşılayacaqalar  (S.Əhmədov. Gülmalı 
kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 47). 
TOXTAQLAYA-TOXTAQLAYA   –  ara verə-verə, dayana-
dayana.  –  Dana tək toxtaqlaya-toxtaqlaya xalamın ağ südünü 
əmirdi  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, 
səh. 34). 
TOXUMAQ I  – özünü harasa soxmaq. –  Özünü Bikənin yanı-
na toxuyurdu ki, Kamalın sözlərini eşitdi  (F.Qoca. Kələfin ucu. 
Azərb. jurnalı, 1987, №10, səh. 70);  
TOXUMAQ II  –  vurmaq, atmaq.  –  Ziyad özünü suya toxudu  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 20). 
TOXUMAQ III –  quraşdırmaq, düzəltmək, yalandan demək. –  
Bəhrəmzadə bilirdi ki, heç kəs deməyib bu sözü, Cəbi özündən 
toxuyur (N.Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6, s. 
159).  – Onda bunun heç bu evdə iyi-tozu yoxdu, özündən toxuyur  
(N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12, səh. 18). 
TOK'KAT  – qapı.  –  Naxışları Sultan Həmidin tok'katına bən-
zər nur çiləyən bir qol çəksin  (S.Nəzirova. Ümid ulduzu. Ulduz, 
1990, №12, səh. 64). 
TOQQAŞDAMAQ  – döyəcləmək. –  Eşşəyə gücü çatmırdı, 
palanı toqqaşdamaq istəyirdi  (S.Səxavət. Sanatoriya. Azərb. 
jurnalı, 1989, №3, səh. 40). 
TOLAMAZDI –  uzaq məsafədən bir şeyi və ya adamı vurmaq 
üçün istifadə olunan gödək ağac.  –  Mikayıl kişi qazdan da ayıq 
idi və çobanın hara tolamazdı atdığını gözəl bilirdi  (Ə.Əzimza-
də. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 17). 
TOLAZLAMAQ  – atmaq, tullamaq. –  Ələsgər onun arxasın-
ca özünü tullamaqdan utanıb, sözünü tolazladı  (V.Nəsib. Bir 
yaz xəzanı. Ulduz, 1988, №11, səh. 15).  – Bu sözləri eşidəndə 
çobanlar neçə il gəzdirdikləri çomaqlarını hara gəldi tolazladılar  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 10). 


 
 
244
TOPCAĞ  – gödək .  –  Qarabəniz, topcağ boylu, ya-
naqlarından qan  daman bir oğlan darvazanın qarşısında göründü  
(Q.Xəlilov. Yasaq olunmuş yerlər. Ulduz, 1990, №1, səh. 17). 
TOPUR   –  şabalıdı.  –  “Priyut qızı”nın əynindəki həməncə 
paltardı: qara don, ağ ipək qofta, başında topur torqsin örpəyi  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 37). 
TOS-TOSMALAQ – çox kök, şişman.  – Tos-tosmalaq, bada-
laya-badalaya küçəni keçincə mən tində itərəm  (S. Nəzirova. 
Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 58). 
◊ TOVDAN DÜŞMƏK –  zəifləmək, gücdən düşmək, qüvvə-
dən düşmək, işığını itirmək, görməsi azalmaq. –  Atası yazırdı 
ki, gözləri tovdan düşür  (M.Əliyev. Xatirə. Azərb. jurnalı, 
1987, №8, səh. 123). 
TOVLAYA-TOVLAYA  – silkələyə-silkələyə, tərpədə-tərpə-
də, hərəkət etdirə-etdirə.  –  Qara əlcəkli sol əlini bir az təşəx-
xüslə, bir az qürurla göz qabağında dəstovuz kimi tovlaya-
tovlaya ötkəm danışırdı  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 53). 
TOVUŞ  – işıq, nur.  –  Ağappaq ölü saçlarını təkcə tovuşu get-
məmiş gözləri dirildirdi  (R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, 
səh. 19). 
TOY  –  nağara.  –  Qarnını toy kimi şişirdib fısıltı ilə yanı-yanı 
gələn buğanı görən kimi kəlçələrin hərəsi bir səmtə üz tutdu  
(Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8, səh. 153). 
◊ TOYŞU GETMƏK –  bax: tovuş. –  Vallah, tükə baxmaqdan 
adamın gözlərinin toyşu gedir  (İ.Məlikzadə. Qırmızı yağış. 
Azərb. jurnalı, 1987, №1, səh. 38). 
TOZLAMA  –  toz qaldıraraq, tozanaq qopararaq. –  Bazarbaşı-
na çıxan atların tozlama gəlişindən soraqsızdılar  (S.Əhmədov. 
Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 33). 
TOZURQU   – ilğım.  –  Qızın baxışının tuşlandığı tərəflərdə 
meşə dənizinin bir tozurquya çevrlib, göylə qovuşduğu uzaqlar-


 
 
245
da bir həmayil də görünməkdəydi  (Ş.Həsənoğlu. Günəş ardınca. 
Azərb. jurnalı, 1991, №5, səh. 82).   
 
TÖHMƏ  – təpə.  –  Alaçiğin arxasında üzüaşağı uzanan töh-
mənin döşündə leş-leşə söykənmişdi  (N.Qənbər. Boğanaq. 
Azərb. jurnalı, 1991, №11-12, səh. 106). 
TÖKƏNC  –  əlaltı.  –  Bu qorxu onu rüşvət alanın həmkarına, 
əlinə su tökəncinə  (su yox, pul) döndərdi  (Ə.Hacızadə. Dünyanı 
tanı. Azərb. jurnalı, 1989, №3, səh. 93). 
TÖRƏ  –  qısaboylu, gödək.  –  Qabaqkı xısboyun, törə Gülbala 
deyildi  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12, 
səh.114).  – Törə boyuna baxmayaraq top kimi bir şeydi  (E.Qu-
liyev. Kölgəsiz adam. Ulduz, 1989, №6, səh. 20).  –  Bu kö-
tüklərdən xoşum gəlmir,  –  dedi,  –  çox törədilər, elə bil başla-
rından yerə basmısan  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, № 6, 
səh. 19). 
TÖRƏLİK  –  qısaboyluluk, gödəklik.  –  Nə biləydi ki, törəli-
yim çoxdan dərd olub, ürəyimi şişirdib  (Ə.Əzimzadə. Arandan 
gələn adam. Ulduz, 1988, №3, səh. 16) 
TÖRPÜ –  əziyyət, ağırlıq, zərbə.  –  Daş-qayaydı ki, bu törpüyə döz-
dü  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 62). 
TÖRPÜDƏYMƏZ  –  kobud, yontulmamış, qaba, qanacaqsız, 
mərifətsiz.  –  Törpüdəyməz isə heç nə olmamış kimi öz işində 
idi  (Əlabbas. Güdaz, Azərb. jurnalı, 1992, №7-8, səh. 130 ). 
TÖSMƏRƏK  –  kök, alçaqboylu .  –  Əlişov əlli-əlli 
beş yaşlarında kök, tösmərək bir kişi idi  (A.Şəruri. Gecə əmə-
liyyatı, Ulduz, 1987, №8, səh. 35). 
TÖVCÜ  –  köhnə vergi növü.  –  Yoxsul kəndçi, biyara-tövcüyə 
can qoyub, qabıqdan çıxmış rəncbər bəy-xan buğdasına, buğda 
çörəyinə heç tamah salmaz, gözünün ucuyla baxmazdı  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 48). 


 
 
246
TÖVŞÜY  –  tövşümə, təngnəfəslik.  –  Tövşüyü kəsəndən sonra 
başını qaldırdı  (İ.Məlikzadə. Toy mövsümü. Ulduz, 1988, №5, 
səh. 33). 
TÖYƏCİMƏK  –  büdrəmək, səntirləmək.  –  Anasıyla mamam 
sudan çıxıb, biz evə qayıdanda başı hərlənən də mən idim, töyə-
ciyib, az qala yıxılmaq istəyən də mən idim (Ş.Həsənoğlu. Qa-
palı dünyalar. Azərb. jurnalı, 1991, №1, səh. 62).   
TÖYŞƏMƏK  – soyumaq, yatmaq, dinmək.  –  Cəfərqulu bəyin 
hirsi töyşədi  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, № 
4, səh. 25). 
TÖYŞÜK  – bax: tövşüy.  –  Orda Movses Sergeyeviçin töyşük 
səsi, Yaponiya barədə, Karlsbad duzu haqqında uzun-uzadı söh-
bətləri də yox idi  (Y.Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, 
№2, səh. 28). 
TULAMAZLI  – bax: tolamazdı.  –  Biri götürüb, itə tulamazlı 
atdı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 48). 
TUNCU  –  cavan.  –  Bir onu eşitdilər ki, Sarıtaladakı ferma-
dan bir tuncu düyə yoxa çıxıb  (T.Hüseynov. Yanıq Abdullanın 
yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 44) . 
TUPUR-TUPUR  –  yumru, dolu, ətli.  – Kavdardan, Minba-
şılıdan, Daş Veysəllidən gələn, tupur-tupur, dərisi də gülüb-gü-
lümsəyən qovunun, ətirli sarı yemişin qənddən, yenicə-yenicə 
dükanlara gəlib satılan noğuldan-nabatdan şirinliyi nədəndi?  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 46) 
TURFƏNGİ – sarı çiçəkləri olan alaq otu, məc. mənada: zəhər-
li.  – O da sarı –  turfəngi bir gülüşlə Gülmalı kişini süzdü  
(S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, 
səh. 39). 
◊ TUŞ ATMAQ  –  düz atmaq, sərrast atmaq, hədəfə vurmaq.  –  
Daşı da onlardan tuş atardı  (N.Rəsulzadə. Ulduzlar altında. 
Azərb. jurnalı, 1990, №2, səh. 77). 


 
 
247
TUŞUTMAQ I –  nişan vermək. –  Kimdən soruşsan, Həmid ki-
şi harda olur, o saat tuşudacaqlar  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 
1990, №5, səh. 31).  – Bunu görcək Bəhmən həkim ürək hə-
kiminin tuşutduğu səmti əlinin dalıynan atdı  (S.Əhmədov. Gül-
malı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 33). 
TUŞUTMAQ II  – tuşlamaq. – Sorğu-sual etməyə ehtiyac qal-
madı, barmağı tuşudurdular, kifayət edirdi  (B.Bayramov. Üzlü-
astarlı günlər. Azərb. jurnalı, 1989,  №11, səh. 18). 
TUTALĞA  –  əsas, dəlil, sənəd. – Bu, Cəmşid lələnin əlində 
sonrakı bağışlanmaq, “mənim taxsırım olmayıb” deməkdən ötrü 
də bir tutalğa idi  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, № 5, səh. 41). 
TUTĞU  –  mövqe.  –  Qalanlar, bunların tutduğu tutğu bir az 
çətin olsa da, çəkilmədilər  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 27). 
TUTMAC  – xəmir, əvəlik və lobyadan bişirilən xörək.  –  Qoy 
bir dəfə də ağızlarını dəyişib, umac yesinlər, tutmac yesinlər, xə-
şil yesinlər, xəngəl yesinlər  (M.Mirzəyev. Quzunun ahı. Ulduz, 
1991, №4, səh. 9). 
TUYLAMAQ  – səyirtmək. – Daha yazıq atı niyə əldən salıb, o 
yan-bu yana tuylayıram?  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 
1990, №3, səh. 68). 
◊ TÜKÜ TƏRPƏNMƏMƏK –  vecinə gəlməmək, vecinə al-
mamaq, təsir etməmək, təəccüblənməmək. –  Amma Salmanın 
səsindəki bu dirilikdən Əmrah kişinin heç tükü də tərpənmədi  
(Yaşar. Yuxusuz qocalar. Azərb. jurnalı, 1987, №11, səh. 156). 
TÜLKÜDURMAZDAN  –  səhər tezdən, obaşdandan, hava 
işıqlanmamışdan. –  Tülküdurmazdan qalxıb, meşəni ələk-vələk 
eləmişəm (Q.Əlismayıllı. Yelqıran.  Ulduz, 1990, №1, səh. 10).  
– Çıxıb, Kərim əmi demişkən, “tülküdurmazdan” harasa getmişdi  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 4).  – 
Aşpaz İmaməlinin əlaltısı Səfərəli tülküdurmazdan bir neçə qa-


 
 
248
zanı arxın qırağına çıxarıb, başlamışdı çimlə, ot-ələflə sürtüb, 
içəridən-çöldən işıldadıb ağartmağa  (S.Əhmədov. Yasaq edil-
miş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 61). 
TÜLƏNGİ  –  hiyləgər, bic.  –  Ağzının ətrafı ağımtıl zolaqla 
əhatələnmiş, tüləngiliyindən xəbər verirdi  (Ə.Sahib. Ovçu Cəb-
rayılın tulaları. Ulduz, 1990, №12, səh. 28). 
TÜLÜNGÜ  –  sırtıq.  –  Ömrümdə belə bic, tülüngü adam gör-
məmişdim  (Şahmar. Qəndi-sinab. Ulduz, 1988, №8, səh. 39).  – 
İşləyə-işləyə öyrənəcək, ustalaşacaq, mənim kimi çaya aparıb 
susuz gətirəcək bir tülüngünü tapacaqlar da  (Ə.Mustafayev. 
İçindən asılmış adam.  Ulduz, 1989, №2, səh. 23). 
TÜNƏKƏ   – avam.  –  Özü də elə bilir ki, Şahnabat tünəkədi  
(M.Bəkirli. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10, səh. 105).  – 
İnzibatçı otağındakı bir-birinə oxşayan iki tünəkə arvad da 
yazıq oğlanın özünü itirdiyini tamam başqa səmtə yozurdu  
(V.Nəsib. Addan ada. Azərb. jurnalı, 1992, №11-12, səh. 7). 
TÜNNÜK   – basabas, izdihamlı. –  Dəyirman tünnük idi  
(M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, səh. 127). 
TÜPRÜKLÜ  –  tüpürcəkli.  –  Və onun iri tüprüklü barmaqları 
hər dəfə Səlcuqun ağ, fin kağızına yazdığı dissertasiyanın 
“qrankalarına” dəyəndə elə bil onun ürəyini çəkib yerindən 
çıxardılar  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 8). 
TÜRKƏSAYA  –  avam, sadəlövh, sadədil, biclik bilməyən.  –  
Anam da türkəsaya arvaddır, bir də gördün inandı  (İ.Əlfi. 
Qorxu. Ulduz, 1987, №1, səh. 12). 
TÜRKƏSAYAQ  –  bax: türkəsaya.   –  Nə olar bir az türkəsa-
yaq səslənəndə  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 22).  
TÜRPƏK  –  yabanı bitki adı.  –  Hər dəfə də türpəyini, qanqalını 
əlimizlə yolub düzəltdiyimiz futbol meydançasında yığılıb məni 
döyürdülər (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 84). 


 
 
249
TÜTYƏ  – müqəddəs sayılan şey. –  Üzünü vətənin tütyə torpağı-
na sürtdü  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, səh. 63). 
◊ TÜYÜNƏ-TÜYÜNƏ QALMAQ  – vurnuxa-vurnuxa qal-
maq.  –  Bayaq səmtini itirib, asfalt yolun ortasında tüyünə-
tüyünə qalmağı da ona görəydi  (M.Süleymanlı. Səs. Azərb. 
jurnalı, 1988, №2, səh. 48).  
TÜYÜNMƏK  –  vurnuxmaq.  –  Otağın içində ora-bura tüyün-
dü  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 
69).  –  Xörək qazanının yanında tüyünən arvadlara “Sizə bir 
sualım var” deyirdi  (E.Əlləzoğlu. Şülləbaş Həmid. Azərb. 
jurnalı, 1992, №11-12, səh. 134). 


 
 
250
 –  U  –  
 
UCULAMAQ –  uzunçuluq etmək, bir sözü, fikri dəfələrlə tək-
rar etmək.  –  Sübuta xeyli ehtiyacı olan həmin qohumluq da İs-
gəndərdə uculamağa hövsələ və vaxt olmadığından qəbul edil-
mişdi  (V.Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10, səh. 9). 
UÇUNCAQ  –  yelləncək. –  Rəğib bir bərk silkələndi, uçuncaq 
təki o yana gedib, bu yana qayıtdı  (S.Əhmədov. Yasaq edilmiş 
oyun. Azərb. jurnalı, 1987, №5, s. 42).  –  Dəcəllər yol qırağın-
dakı cır alçanın yoluşdurulmuş şah budağına ip atıb, uçuncaqda 
uçunurdular  (H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, 
№4, səh. 27). 
UÇUNMAQ I –  əsmək, titrəmək, tit-tir əsmək. –  Boy, ürəyim 
necə uçunur  (F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, 
səh. 46). 
UÇURLANMAQ I – sürətlə qaçmaq, yüyürmək, quş kimi uç-
maq. –  Nizəsini götürüb, təpə aşağı uçurlandı  (Ş.Həsənoğlu. 
Günəş ardınca. Azərb. jurnalı, 1991, №5, səh. 85). 
UÇURLANMAQ II –  aşağıya tərəf  sürətlə axmaq.  –  Dəhnə 
ağzından uçurlanan novdan şoruldayan suyun hamısını bağla-
mışdı bir arxa  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jur-
nalı, 1987, №5, səh. 10). 
UDUQMAMAQ  – hələ otlamağa başlamaqmaq.  –  Bayaqdan 
onu boğmaq istəyən, indi isə boyun-boğazından qan açılan bu 
əcaib adamın uduqmamış quzu gözü kimi məsum gözləri Manaf 
müəllimə tanış gəldi  (B.Bağırov. Uzaq günlərin damcıları. 
Azərb. jurnalı, 1989, №3, səh. 145). 
ULĞUN  –  quraqlığa və şoranlığa davamlı kol bitkisi.  –  Şam 
yeri, səhər-səhər çaybasarın xoş havası ulğun-kalış ətri, qar-qa-
mış yaşıllığı ovqat açır  (S.Əhmədov. Gülmalı kişinin axırı. 
Azərb. jurnalı, 1988, №3, səh. 20). 
ULU  –  böyük, uca.  –  Ulu Çələbinin gəlib bizim yerlərə çıx-
mağından maraqlı bir hekayət söylənir  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 52). 


 
 
251
UMAXŞIMAX // UMAXŞAMAQ –  bax: omaxşımax.  –  Qarı 
birdən qüssələndi, umaxşıdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. 
jurnalı, 1991, №2, səh. 71).  –  Kiridib, gəlirəm, buna nə var 
ki...; Küsüb, umaxşayan yurd həsrətimi  (T.Talıblı. Ölsün 
Ələsgər tək qulların..”. Ulduz, 1991, №7, səh. 31).  
UMAXŞIYA-UMAXŞIYA –  kövrələ-kövrələ.  –  Zöhrə qarı 
hələ də umaxşıya-umaxşıya, heysiz-heysiz dilləndi  (V.Babanlı. 
Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 80). 
UMSUNA-UMSUNA  –  iyləyə-iyləyə.  –  Cəmşidin qara pişik 
təki umsuna-umsuna içərini araşdırdığını anlayan Hatəmxan 
baxışıyla başa saldı ki, orada, nə də bu həndəvərdə kimsə yoxdu  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 72). 
UNAMAQ I – anlamaq, başa düşmək, bilmək, müəyyən etmək. 
–  Bir şey unamadı (B.Göyüş. Mum. Ulduz, 1991, №6, səh. 34).  
–  Onda da qar yağırdı, gün çıxırdı, di gəl o uşaq unamırdı qar 
yağdığına niyə sevinir, atası evə gec qayıdanda niyə darıxır  
(S.Budaqlı. Fevral. Ulduz, 1987, №4, səh. 7).  –  Və Ziyadın 
əllərini ona sarı uzanıqlı görüb təəccübləndisə də niyyətini una-
madı  (F.Eyvazlı. Düyünlü günlər. Ulduz, 1983, №8, s. 17).  –  
Mənim başıma xeyir, elə dunuğum ki, unamıram bu oğlan 
mənim sənədlərimdən niyə əl çəkmir  (N.Qənbər. Başsız meyit. 
Azərb. jurnalı, 1989, №6, səh. 179). 
UNAMAQ II  –  tanımaq. – Boy, sənin ağrın alım, unamadım, 
anışdırmadım  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 23) 
UNAMAYA-UNAMAYA –  bilmədən, anlamadan, fikir, əhə-
miyyət vermədən. –  Ancaq o heç baş-ayaq atmadı da, yəqin ki, 
özü də unamaya-unamaya bu fikrə öyrəşibmiş  (S.Budaqlı. Fev-
ral. Ulduz, 1987, №4, səh. 8). 
UNNUCA –  şoran torpaqlarda yayılmış ot və ya yarımkol bitki.  
–  Qışın topu atılandan tavət payızın ortalarınacan əmənkö-
mənci, cincilim, unnuca cığnamışıq  (İ.Qarayev Bir kəndin uşaq-
ları. Azərb jurnalı, 1990, №10, səh. 105). 


 
 
252
UR  – şiş.  –  Üçmərtəbəli qart bina birmərtəbəli evlər qatarının 
ortasında ur kimiydi  (R.Ulusel. Arazboyu. Ulduz, 1989, №5, 
səh. 5). 
URALANMAQ   –  bağda və ya bostanda qalan məhsulu tam 
yığmaq, toplamaq.  –  Ömrüm, günüm, qəm bostanım; Uralanıb, 
talan olub  (A.Kəmərli. Yurd yerində yazılmış şeirlər. Azərb. 
jurnalı, 1991, №4, səh. 153). 
URUFQA   – yubka, ətəklik.  –  Yumbalanıb, taxtdan düşdü, 
urufqa-qoftasını düzəltdi  (T.Hüseynov. Yanıq Abdullanın yu-
xuları. Azərb. jurnalı, 1991, №4, səh. 103). 
URUĞ   –  nəsil, tayfa, qohum. – Uruğumuzun adətiydi; gələn 
əvvəlcə nənəmgilə düşər, oradan da gediləsi yerə yollanardı  
(S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7, səh. 34). 
URULAMA  –  səliqə-sahman.  –  Mahal, qəsəbə və kəndlərdə 
təmizləmə, urulama aparılmış və axıra çatdırılmaqda idi  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 66). 
URVA –  un.  –  Tay-tay taxılın dənlikdən aramla enərək, zırı 
daşların arasında əzilib, un-urva hopmuş əsgi ağızlıqdan kirtik-
kirtik ələnməyini görən deməzdi, bu tərpənişlə çatdırmaq olar-
mış  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 9). 
URVALI  –  bərəkətli.  –  Ancaq Həsən kişi çörəyi urvalı olub  
(İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 81). 
URVALIX  – həya, abır, abır-həya.  –  Üzdə gərək urvalıx qalsın  
(V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, səh. 77). 
URVAT –  görkəm, şəkil. –  Cin urvatında yuxuma girib məni bo-
ğurdu  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 55). 
◊ URVATA MİNMƏK  –  hörmətə sahib olmaq, hörmət qazan-
maq, hörmət əldə etmək, hörmətə minmək. –  Svetanın yanında 
nə iləsə urvata minmək istəyirəm  (S.Nəzirova. Ümid ulduzu. 
Ulduz, 1990, №12, səh. 65). 
URVATLANMAQ  – yuyulub, kəfənə tutulmaq. – Rəhmətə ge-
dənlər burada urvatlanıb yola salınar  axirət dünyasına  (T.Hü-


 
 
253
seynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, 
səh. 73).   
URVATLI  –  abırlı, yaxşı, dəyərli. –  İsmayıl, bu gədiyə urvatlı 
əyin-baş tap  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, 
№4, səh. 31). 
□ URVATLI ELƏMƏK – hörmətə mindirmək, hörmət sahibi 
eləmək, hörmət qazandırmaq.  –  “Ata-ananın hürmətini saxla-
yan, onlara cah-cəlallı qəbir götürən, urvatlı eləyən övladlara 
Allah kömək olsun” deyən lotu mollalardı  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 30). 
URVATSIZ I  –  hörmətsiz.  –  İmran yaxşı kişiydi, halal ada-
mıydı, gərək o cür urvatsız ölməyəydi  (Ə.Hacızadə. Dünyanı 
tanı. Azərb. jurnalı, 1989, №3, səh. 93). 
URVATSIZ II  –  layiqincə görülməyən.  –  Urvatsız hər işin 
sonu kədərdir  (Ç.Əlioğlu. Millətin yalançı qəhrəmanları. Azərb. 
jurnalı, 1989, №9, səh. 42).  
URVATSIZLIQ  –  hörmətsizlik.  –  Lakin naxır-sürülərin kö-
nüllü, nə könülsüz tovlanıb, birliyə qatılmağıyla onların sağılıb, 
məhsul verməyinin arasında möhlət hansı urvatsızlıq ucundansa 
uzandıqca uzanmaqda idi  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 78).  
USDUB-USDUB  –  yavaş-yavaş.  –  Yuxu aparır onu, usdub-us-
dub xorna çəkir  (Şahmar. Qoyungöz. Ulduz, 1988, №8, səh. 35). 
USDUF  –  ehtiyatla, asta, yavaş. –  Elə usduf, kövrək tərpəndi 
ki...  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, № 
5, səh. 52).  – Ay öyü yıxılmış, usduf danış, belimi sındırdın  
(H.Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 21). 
USTUFCA  – sakitcə. –  Usdufca durub, mətbəxə keçdi  (Y.Əh-
mədov. Qara yelkənli qırmızı gəmilər. Ulduz, 1990, №3, səh. 
16).  – Məsələni elə ustufca həll edəcəyəm ki, Muradın heç cın-
qırı da çıxmayacaq  (Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 
1988, №4, səh. 28). 


 
 
254
USDUFCUL  –  ehtiyatlı.  –  Belə ehtiyatlı, ustufcul adamların 
bircə atımlıq barıtı olur  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 52). 
 
USDUF- USDUF  – bax: usdub-usdub. –  Kişi əlində zənbil, buz 
üstə yeriyirmiş kimi usduf-usduf gedirdi  (İ.Məlikzadə. Dolaşa-
ların Novruz bayramı. Azərb. jurnalı, 1988, №5, səh. 54).  –  
Onu usduf-usduf bir də sancdı  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 87). 
USDULUFCA  –  ehtiyatla, ehmalca.  –  Lap o kinolardakı kimi 
təmiz, səliqəli geyinikli bu oğlan uşağı da gör necə usdulufca 
gətirib, qoyur çayı süfrə üstünə  (Ş.Həsənoğlu. Qapalı dünyalar. 
Azərb. jurnalı, 1991, №1, səh. 68).   
USTUPLUCA  –  bax: usdulufca. –  Kəklik ovuna çıxanda elə 
ustupluca yeriyirdi, o cür sayıq quş üç-dörd addımlıqda onun 
ayaq səsini eşitmirdi  (Ə.Əzimzadə. Arandan gələn adam. Ul-
duz, 1988, №3, səh. 8). 
UVANMAQ  –  dağılmaq, sökülüb-tökülmək, parçalanmaq, 
parça-parça olmaq.  – Tengiz baba bu qəbilələrə ilişib, çox uva-
nıb yollarda  (Ş.Həsənoğlu. Günəş ardınca. Azərb. jurnalı, 1991, 
№5, səh. 87).   
 
UYUXMAQ –  başısoyuqluq, diqqətsizlik etmək. –  Bunlar da 
ki, bir gedər-gəlməz dünya kimi bir şeydi, uyuxan qayıdıb, geri 
dönə bilmir  (Ş.Həsənoğlu.Qapalı dünyalar. Azərb. jurnalı, 
1991, №1, səh. 66).   
UYUŞMAQ –  qonmaq, toplanmaq, yığışmaq. –  Mazan doq-
qaza girəndə uşaqları cin yığnağı kimi başına uyuşdular  (İ.Qa-
rayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, №10, səh.102). 
UYUŞUQ –  keyləşmə, keyimə.  –  Müslüm ayaqlarının uyuşu-
ğunu açmaq üçün otluqda gəzindi, əllərini belində çataqlayıb 
qovşuruldu  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jur-
nalı, 1987, №7, səh. 48). 
UYUTMAQ –  aldadıb yatırtmaq, yuxuya vermək. –  Gülüşlər, 
zarafatlarla uyutduğum iştaham oyandı  (İ.Ərnəfəs. Qaçış. 
Azərb. jurnalı, 1989, №1, səh. 103).  


 
 
255
UZUNHOQQAR  –  arıq, hündür .  –  
Uzunhoqqar, qırmızıpipik hinduşka yenə içəri girmək istədi  
(N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12, səh. 11).  –  
Gülmalı kişi odur ha, o uzunhoqqardı, gedir səllimi  (S.Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, №3, səh. 19).  – 
Heç bilmirəm sən də bu arıq, uzunhoqqarda nə görmüsən  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 59). 
UZUNŞÜLLƏ –  uzunsov. –  Uzandıqca elə bilirdim badımcan-
dır uzunşüllə  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 4). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
256
 
 –  Ü –  
 
ÜN –  səda. –  Sənin səsini, ününü tutub gəlmişəm bu dağlara  
(İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, səh. 19). 
ÜNÜY  –  nalə, səs.  –  Birdən Pəri arvad adamın ünüyünü 
göylərə dirək eliyən bir inilti eşitdi  (M.Bəkirli. Hal. Ulduz, 
1990, №3, səh. 12). 
□ ÜRCAH ELƏMƏK I  –  rast gətirmək, qarşısına çıxarmaq.  –  
Allah səni maa ürcah eliyən günə bir daş salaydı  (Ə.Əmirov. 
Tapanca. Ulduz, 1988, №8, s. 10).  –  Sonradan bu bürüşük 
kisəçiyə ürcah olmağına da bir qres  (krest) qoyuram  (V.Nəsib. 
Ceyrançöldə qara bayram. Azərb. jurnalı, 1988, № 12, səh. 101). 
□ ÜRCAH ETMƏK II –  evinin qapısını tanıtdırmaq, calamaq, 
yol eləmək, ayağını açmaq.  –  Bir neçə aydır azadlığa çıxmış 
dustaq yoldaşlarından İbrahim adlı birisini evinə ürcah edib  
(A.Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8, səh. 37). 
ÜRŞƏNMƏK  –  qorxmaq, çəkinmək.  –  Şübhəli adamlar kimi 
özüm-özümdən ürşənirdim  (N.Boyəhmədov. İnam varsa. Ulduz, 
1989, №6, səh. 34).   
ÜSGÜY   – yabanı bitki adı. – Üsgüylü, hacı qauflu düzlərin 
içində quzu kimi çöllərə səpələnən uzaqlardan bir az aralıda 
dayanıb baxdım  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4, səh. 
85). 
ÜŞƏLƏNMƏK  – dağılışmaq.  –  Sürü otlaya-otlaya  üşələnib, 
gedirdi  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jur-
nalı, 1991, №4, səh. 29). 
ÜŞƏRTİ –  hiss, duyğu.  –  Bədənini bürümüş süstlük və yor-
ğunluq üşərtisi bircə anda canından çıxdı  (V.Babanlı. Ömürlük 
cəza. Azərb. jurnalı, 1991, №2, səh. 51). 
ÜTƏLƏK  – zəhlətökən.  –  Bu ütələk də özünü söhbətə soxdu  
(E.Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 1990, 
№2, səh. 137). 


 
 
257
ÜTÜY-ÜTÜY   –  tez-tez, sürətlə, tələsə-tələsə. –  Ancaq nədən-
sə anam ütüy-ütüy yeriyirdi  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 
1991, №4, səh. 91). 
ÜYÜNMÜŞ – üyüdülmüş. –  Bircə Şaman bildi ki, ağanın ye-
məyinə bir neçə dəfə üyünmüş şüşə qarışdırılmışdı  (V.Nəsib. 
Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, səh. 67). 
ÜYÜŞMƏK  –  bax: uyuşmaq. –  Qıçları üyüşmüşdü  (Ə.Hacı-
zadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, №3, səh. 74). 
ÜZÜKMƏK  – hərlənmək, dolaşmaq. –  Pakizə də bunları yax-
şı bilirdi, bu tərəflərdə, demək olar ki, üzükmürdü  (N.Qənbər. 
Başsız meyit. Azərb. jurnalı, 1989, №6, səh. 162).  –  Qorxusun-
dan evə də üzükmür  (R.Əhmədov. Təndir başında. Ulduz, 1988, 
№4, səh. 40). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
258
 –  V  –  
 
VACEHİNƏ ÇATMAQ – əslinə, kökünə, istədiyinə çatmaq. –  
Vacehinə çatmayınca əl çəkən deyil  (N.Qənbər. Babamın son 
nağılı. Ulduz, 1988, №12, səh. 18). 
□ VADAR ETMƏK  –  məcbur eütmək.  –  Çubuq götürüb, 
holavar çəkir, cır səsimlə yorğun öküzləri dilə tutur, yerin 
bağrın sökən kotanı dartmağa vadar edirdim  (Ə.Əzimzadə. 
Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 18). 
VAĞAM   – yetişib yerə tökülmüş arpa, buğda.  –  Sünbüllər 
quruyub, vağam oldular  (Z.Qafarlı. Dünya bizi eşitmir. Ulduz, 
1990, №12, səh. 40). 
VAĞAMLAMAQ  –  yetişibötmək, biçilmə vaxtı keçmək xıla aiddir>.  –  Vağamlayıb gedəcək sümbül zəmisidi  (S.Nəzi-
rova. Ümid ulduzu, Ulduz, 1990, №12, səh. 66). 
VAĞANAMAQ –  bax: vağamlamaq.  –  Harda düşdü gərək 
yetişəni dərəsən, bar-bəhrəni götürəsən, qoymayasan, silinsiyə, 
vağanaya  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 27). 
VAĞANIMAĞ  –  bax: vağamlamaq.  –  Hüseynov da hirslən-
di, maşından düşüb avqustun istisində qupquru quruyub vağanı-
mış ota cibindən çıxardığı alışqanla od vuran kimi ulağın yükü benzin 
kimi alışdı  (S.Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7, səh. 21). 
VALAYLANA-VALAYLANA   – ləngər vura-vura, gicəllənə-
gicəllənə, səntirləyə-səntirləyə. –  Iki əli ilə sol böyrünü tutub, 
valaylana-valaylana bir neçə addım atdı  (A.Şəruri. Yüz ilin 
yolu. Ulduz, 1990, №9, səh. 19). 
◊ VARIB GETMƏK –  çıxıb getmək, yoluna davam etmək. –  
İlk əvvəl Boran kişi elə zənn elədi ki, qaraçı köçüdü, gözü qızmış 
cavanlardan eymənib çadırını el içində qurubdu ki,  dan yerinə 
səda düşər-düşməz varıb getsin  (Ə.Mustafayev. Novruzgülü aç-
mamış. Azərb. jurnalı, 1987, №7, səh. 54). 


 
 
259
VASVASI  – hər şeyə irad tutan .  – Onun bu vəziyyəti 
idarədə necə ciddi, vasvası olduğundan xəbər verirdi  (V.Nəsib. 
Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6, səh. 41). 
VAYIS  – səbəbkar. –  Vayısın öyü yıxılsın  (F.Eyvazlı. Bir kisə 
qızıl. Ulduz, 1991, №3, səh. 65). 
VAYISLIQ  –  səbəbkar, baiskar.  –  O biri gorbagordan qur-
tardıq, indi də sənin kimi küçüklərmi başlayıb vayıslığa?  (Z.Ağ-
babalı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 12). 
VAYQANLI // VAYGANNI  – bax: bayqannı.  –  Adım vay-
ganlıdı, dayna, ay lələ  (Ş.Bağırov. Görünməz qəza. Ulduz, 
1987, №2, səh. 17). 
VAYSINMAQ   –  heyifsilənmək, ah-vay eləmək, təəssüf et-
mək.  –  Gər Xəlil, Lələ Cəmşid, bir də için-için vaysınan  mü-
rüd Mürşüd hər kolun dibindən bir avaz gələn, hər ağac altın-
dan bir sinif boylanan məktəbdən aralı ötüb, uzaqlaşdılar 
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 85). 
◊ VAZ ATMAQ   – qaçışmaq, atılıb-düşmək. – Yanlarındakı 
qara, sarı, qumral quzular isə vaz ataraq körpə uşaq kimi dəcəl-
lik edir, ipə-sapa yatmırdılar  (Ə.Səmədli. Gecikmiş bahar. Ul-
duz, 1990, №10, s. 14). 
◊ VEC BİTİRMƏK – vecə almamaq. –  Ona nə zona müxbiri, 
nə də bu birilər vec bitirmədi  (S.Əhmədov. Gülmalı kişinin axı-
rı. Azərb. jurnalı, 1988, №3, səh. 41). 
VƏL –  taxılı döymək üçün istifadə olunan alət.  –  Üstünə yor-
ğan-döşək yığılmış sınıq vələ tərəf getdi  (Ə.Əzimzadə. Arandan 
gələn adam.Ulduz, 1988, №3, səh. 5) 
VƏL   –  böyük, yekə. –  Ayaqlarındakı vəl qaloşlar da qırov 
bağlamışdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 11). 
◊ VƏLƏDİ DÖNMƏK  – ağlı çaşmaq, məsuliyyət hissini itir-
mək. –  Son zamanlar yaman deyingən olmuşam, lap vələdim 
dönüb  (Ş.Səlimxanlı. Mehmanxanada keçən gecə. Azərb. jur-
nalı, 1992, №9-10, səh. 168). 


 
 
260
VƏLƏDÜZNA  –  çoxbilmiş, bic, hiyləgər, fırıldaqçı. –  Bu və-
lədüznalar bu fırıldaqlar, bu əliəyrilər hardan törəyib artdılar?  
(Ə.Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4, səh. 29). 
VƏR I –  cərgə, sıra.  –  Payızda da alatoranlıqdan Məşədi 
Müseyibin qırmızı evinin qabağında camaatdan alınan pambığı 
iri-iri kisələrə doldurub vərnən yığırdı talvarın altına  (İ.Məlik-
zadə. Qırmızı şeytan. Azərb. jurnalı, 1992, №9-10, səh. 7). 
VƏR II  – sıra.  –  Kəndimizin biçinçiləri vəri başa vurub, gü-
nortaya qayıdanda dəstərxanı belə açardılar  (Ə.Əzimzadə. 
Cehiz. Ulduz, 1990, №5, səh. 7). 
□ VƏRƏVURD ELƏMƏK – düşünmək, fikirləşmək, götür-
qoy eləmək. –  Müslüm həkim katibin otağından çıxıb onu sevin-
dirən işin öhdəsindən necə gələ biləcəyini vərəvurd eləyirdi  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 26). 
◊ VƏR GÖTÜRMƏK  – başlamaq, başlanğıc götürmək.  – Bu 
tap-tup yolun hansı başından vər götürmüşdü  (H.Zeynaloğlu. 
Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 17). 
VƏRLƏNMƏK  –  cərgəyə, sıraya düzülmək.  –  Kişilər, qa-
dınlar vərlənmişdilər  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 86). 
◊ VIZ ATMAQ  –  bax: vaz atmaq.  –  Tülkü işığın qabağına 
düşüb, vız ata-ata gah sağa, gah da sola yönəlir, canını xilas et-
mək üçün heç nə əsirgəmirdi  (M.Məmmədov. Bir gün. Ulduz, 
1989, №5, səh. 24). 
◊ VIZ ATMAMAQ  –  nəzər salmamaq, vecinə almamaq, adam 
yerinə qoymamaq. –  Ancaq mat qalmalı işdi: heç mənə vız da 
atmırdı  (R.Tağızadə. Köhnə həyət. Ulduz, 1991, №7, səh. 23). 
VIZILLIQ   – bax: fızıllıq.  –  Bəlkə çaydan keçiblər, bəlkə 
vızıllığa giriblər?  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. 
Azərb. jurnalı, 1991, №4, səh. 44). 
□ VİRD ELƏMƏK  – adət eləmək. – Vird eləyib dilində  
(E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, s. 112). 


 
 
261
□ VİRD ELƏMƏK – gəlmək, varid olmaq.  –  Qaraçəmənə in-
gilis, alman nümayəndə heyətləri vird eləyəndə tərcüməçiyə eh-
tiyac qalmırdı  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 15). 
VURİYİDİ  –  qanın qaynayan vaxtı, qolun qüvvətli vaxtı, vu-
rub-tutan vaxtı. – Pah, bunun da vuriyidi cavanlığı nə bilim filan 
elədim, bəsməkan elədim  (N.Qənbər. Babamın son nağılı. Ul-
duz, 1988, №12, səh. 13). 
VURUNMAQ  –  götür-qoy etmək, fikirləşmək.  –  Çoxları bu 
sözü ürəyində vurundu  (Z.Bayramlı. Qız Pərinin oğlu. Azərb. 
jurnalı, 1992, №7-8, səh. 104). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
262
 –  Y  –  
 
◊ YADDAŞINI DARAQLAMAQ  –  yaddaşını yoxlamaq, ya-
sına salmaq. –  Yaddaşını daraqlayıb o zəngulələri növlərə və 
ahənglərə böldü  (M.Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8, 
səh. 117). 
YADIRĞAMAQ  – unutmaq, yaddan çıxarmaq. – Xəbərim yox-
muş, ağlamağı yadırğayıbammış (N.Mirzəxanov. Təmiz hava. 
Azərb. jurnalı, 1987, №9, səh. 113). 
□ YAĞIR ELƏMƏK  –  su yoluna döndərmək, kandarını 
çıxartmaq
.
 – Evimin yolunu yağır eləyiblər  (A.Mustafazadə. 
Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 31). 
YAĞLAŞOV  – yağ qarışıq tər. –  İstidən daha da yağlaşov ol-
muş sir-sifəti gözünün qabağına gəldi  (M.Süleymanlı. Səs. 
Azərb. jurnalı, 1988, №2, səh. 34). 
YAĞMALAMAQ I – soymaq, qarət etmək, talamaq.  –  İstəyir 
birinin bir sürü qoyununu arxacdan çıxarıb aparsın, istəyir evin 
yağmalasın, qızını qaçırsın  (S.Əhmədov. Yasaq edilmiş oyun. 
Azərb. jurnalı, 1987, №5, səh. 86). 
YAĞMALAMAQ II  – acılamaq, ağzına gələni demək. –  Belə 
deyib, pis yağmaladı məni (Ə.Bağırov. Gözmuncuğu. Ulduz, 
1988, №7, səh. 21). 
YAXMAC  –  üstünə yağ, şor, qaymaq çəkilmiş çörək. –  Əlin-
də saxladığı dədə-baba yaxmacına baxıb, qoydu süfrənin qırağı-
na  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 12). 
YALAĞ  –  çuxur.  –  Gözləri yalağa düşmüş, arıq, orta boylu 
bir gəncin başı görünürdü  (S.Tağızadə. Təqib. Ulduz, 1989, 
№9, səh. 2). 
YALAQUZ  –  yaltaq, yalaq.  – Elə başdan bilirdi o, yalaquz adam-
dır  (E.Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12, səh. 117). 
YALAMA  –  kəsək, kiçik daş.  –  Arxalarınca bir arvad sözlə-
rini daş, yalama kimi yağdırırdı  (V.Nəsib. Köhnə hamam için-
də. Azərb. jurnalı, 1987, №6, səh. 39).  – Hara getdiyi, hardan 


 
 
263
gəldiyi bilinməyən addım səsləri yuxarıdan aşağı itin üstünə 
yalama kimi yağırdı  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, 
№2, səh. 5).  – Üstünə yalama yağan dərədən bir ara səs-səmir 
gəlmədi  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, 
səh. 36). 
YALXI  – quru yer. –  Cavanlığına vurub yalxı daşın üstə uzanma  
(Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990,  №9, səh. 2). 
YALMAN –  yal.  –  Dəhnədən oraya su ayıranda görmüşdülər 
dəyirman boynu ayğır yalmanı təki yellənib, şoralanır  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 45). 
YALMANMAQ I –  yaltaqlıq etmək.  –  Marqo əlini əsgərin 
çiynində gəzdirib yalmandı  (S.Elcanlı. Sükutun sonu, Ulduz, 
1990, №4, səh. 14). 
YALMANMAQ II  –  əyilmək. –  Yalmanır, çul-çuvalı, künc-
bucağı araşdırırdı  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, səh. 12). 
YAMĞA  – torpaq, qazıntı. –  Kartofdan gələn yamğa – qazma, 
daha doğrusu, torpaq, yer iyinə görə şəhərin üstünə çökmüş his, 
pas, paxır iyini hiss eləmirdilər   (M.Süleymanlı. Səs. Azərb. 
jurnalı, 1988, №2, səh. 36). 
YANA – ücün, görə.  – Arvadı bu yerdə qələmi saxlayıb dedi, 
bəlkə bu sözü yazmasın, nədən yanadı axı bu iyrənclik?  (Ə.Ba-
ğırov. Muştuluq. Azərb. jurnalı, 1987, №3, səh. 75).  –  Ancaq 
orası vardı ki, İmaməli bunu sonra, hansı günahınsa bağışlan-
mağından yana bir peşin sanar, ayağını bir az irəli qoya bilərdi  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 16). 
YANAMAQ  –  hədələmək, qorxutmaq, arxasınca alıb-vermək.  
–  Bu qədər qonşunun içində bu sakit, üzüyola, hirsi, acığı çox 
vaxt yanamaqdan, söylənməkdən uzağa getməyən ailəni seç-
məyi, ona sığınıb o yiyəsiz süləngi itlərdən ayrılmağı da itin 
ağıllılığını göstərirdi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, 
səh. 11).  – Hövsələdən çıxıb Aynura nələr demişdi, necə yana-
mışdı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 9).  –  Nə-


 
 
264
nəm hələ də kürlük edəndə məni onunla yanayırdı  (E.Əlləzoğlu. 
Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 1990, № 2, səh. 142). 
◊ YAN ÇIXMAQ –  tərəfini saxlamaq, tərəfini tutmaq, tərəfin-
də olmaq.  –  Deyəsən ona yan çıxırsan?  (S.Nəzirova. Tale 
damğası. Azərb. jurnalı, 1991, №7, səh. 16). 
YANI –   bax: yana II. –  Az, mən bura sənnən yanı gəlmişəm  
(Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3, səh. 6). 
YANIMAQ  –  bax: yanamaq. –  Bir yazıq çobanı yanıyırdı o  
(M.Hüseynzadə. Bir katib var idi. Ulduz, 1990, №1, səh. 32).  –  
Heç eybi yoxdur, Mürvət Mürşüdlü, borc olsun mənə!  –  deyib 
onu hündürdən yanıdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jur-
nalı, 1991, №2, səh. 96).  –  Cəlal Bilaloviç özündən çıxıb Dom-
rul müəllimin arxası ilə söyüş söyür, onu yanıyırdı  (S.Tağızadə 
Təqib. Ulduz, 1989, №9, səh. 7) 
YANIYA-YANIYA –  birinin arxasınca alıb-verə-verə, danışa-
danışa.  –  Axırda səbri-hövsələsi çatmayıb Fazilin qarasına de-
yinə-deyinə, yanıya-yanıya bu boyda yolu aşıb gəldiyini üzə 
vurmadı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 9). 
YANQIR-YANQIR   – acıqlı-acıqlı, hirsli-hirsli, tərs-tərs. –  
Mahmud kişi yenə oğlunu yanqır-yanqır süzdü  (E.Əlləzoğlu. 
Şülləbaş Həmid. Azərb.jurnalı, 1992, №11-12, səh. 127). 
YANSIMA-YANSIMA –  kədərli-kədərli, yanıqlı-yanıqlı, ya-
na-yana.  –  Dünyanın quruluşundan, gərdişindən yansıma-ya-
nsıma danışardı  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 15). 
YANŞAQ  – züy tutan, dəm tutan.  –  Amma yox, bir var tanın-
maz-bilinməz uşaq apara, bir də var padşah yanşağı Mürşüd  
kütlə qarşısında qoşa əlində göz qamaşdıran qızıl gilas keçə gedə  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 79). 
YAPBANMAQ I –  oturmaq. –  Nimdaş geyimli arvad metro-
nun girəcəyində yerə yapbanmışdı  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 
1990, №5, səh. 25).  – Bu da çöldə-bayırda gəzmək əvəzinə, 
yapbanıb bura  (Ə.Əzimzadə. Arandan gələn adam. Ulduz, 
1988, №3, s. 13).  –  Daş olub kötüyün üstünə yapbanmış qo-


 
 
265
naqsa yerindən qımzanmadı  (Ə.Əzimzadə. Arandan gələn 
adam. Ulduz, 1988, №3, səh. 5). 
YAPDIRMAQ   –  tikdirmək.  –  O boyda imarat yapdırmısan 
kəndin göbəyində  (Ə.Əmirov Tapanca. Ulduz, 1988, №8, səh. 5). 
YAPIXMAQ  –  yerə yatmaq, əzilmək yerə yapışmaq.  – Yerə 
yapıxmışdı  (A.Qəhrəmanov. Borc. Ulduz, 1991, №8, səh. 25).  
–  Yerə yapıxmış otların içində Gülənbəri, onun şəfqətli təbəssü-
münü gördü  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jur-
nalı, 1987, №7, səh. 58). 
YAPIQDIRMAQ  – əzmək.  –  Hiss edirdi ki, göydən başına 
bir əlləmə, bir bəla enir və bu yükün ağırlığı onu basıb yapıqdır-
mışdı  (N.Qənbər. Babamın son nağılı. Ulduz, 1988, № 12, səh. 
17). 
YAPIQMAQ  –  bax: yapıxmaq.  –  Yalquzağın neçə vaxtdı biz-biz 
olmuş tükləri indicə yapıqmışdı, sığallanıb işıq düşən yerə səvər-
mişdi (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 53). 
YAPMAQ  –  düzəltmək. –  Onu narahat edən bu idi ki, qoca-
nın yaxın adamları heykəl yapılması xəbərini eşidib bir-birinə 
dəyiblər   (A.Abdullayev. Ocaq sönmür. Ulduz, 1988, № 2, səh. 
37).  –  Bəs bunun taxsırı nədi ki, heykəl yapdırıb, biabır eləyib-
lər bunu?  (Ə.Əmirov. Tapanca. Ulduz, 1988, №8, səh. 30). 
YAPRIXMAQ   –  bax: yapıxmaq. –  Otlar, çiçəklər günəşə 
boylanmaq istəsələr də, susuzluqdan öləzimiş və yaprıxmışdı 
(A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 20). 
YARINA-YARINA –  yaltaqlana-yaltaqlana, özünü bəyəndir-
məyə çalışa-çalışa.  –  Gah da yarına-yarına quyruğunu bulayan 
ala itə baxdı  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 10). 
YARMA ÇARIQ –  quşburun çarıq.  –  Xurmayı daqqa papaq, 
məst, məstin üstündən tasmalı yarma çarıq geyinib, Cavadoğ-
luyla dağ-daşa yatan Cəvahirin qəlbində qadınlıq hissini oya-
dan bu yamyaşıl otlar, quşların çöl boyu yayılan cəh-cəhəsi idi  
(Ş.İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2, səh. 129). 
YASALAMAQ  – dilə tutmaq, yola gətirməyə çalışmaq. –  Ya-
saladım, çıxıb getdi (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 


 
 
266
№11-12, səh. 105).  – Tutulduğumu görüb sözünü yasaladı  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 49).  –  
Müəlliməni yasalayıb razı saldı  (V.Babanlı. Ömürlük cəza. 
Azərb. jurnalı, 1991, №2, səh. 72). 
YASALAMAQ – tumar çəkmək, tumarlamaq. –  Varam kənd 
adamlarının kövrək-ehmal adamın yaralı yerini 
yasalamaqlarına  (S.Nəzirova. Tale damğası. Azərb. jurnalı, 
1991, №7, səh. 35).  
YASALAYA-YASALAYA –  ört-basdır edə-edə, gizlədə-gizlə-
də, üstünü örtə-örtə.  –  Qara Məhəmmədin içindəki qurd ulartı-
sını yasalaya-yasalaya Məhərrəmi göstərdi  (A.Mustafazadə. 
Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 33). 
◊ YASALAYIB-PASALAMAQ –  öpt-basdır etmək.  –  “Mü-
haribə uşaqlarıdı, oyuncaqları yoxdu” deyib, hər şeyi yasalayıb-
pasalayacaqdı  (S.Nəzirova. Ümid ulduzu, Ulduz, 1990, №12, 
səh. 44). 
YASMALAQ  – alçaq, yastı, yastı-yapalaq. –  O günü Salama-
tov sığorta idarəsinin yerləşdiyi o yasmalaq, birmərtəbəli bina-
ya qayıtmamışdı  (N.Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, 
№11-12, səh. 90). 
YASSAR   –  fərasətsiz, küt, fərsiz, işə yaramaz.  –  Hanı bu 
yassar?  (Şahmar. Qəndi sinab. Ulduz, 1988, №8, səh. 39).  –  
Yassar şey idi  (V.Nəsib. Ceyrançöldə qara bayram. Azərb. 
jurnalı, 1988, №12, səh. 102). 
YASTAN  – düzənlik.  –  İndi əkin yerlərinə qədər uzanıb ge-
dən yastanda yenidən qovhaqov düşmüşdü  (Əlabbas. Güdaz. 
Azərb. jurnalı, 1992, №7-8, səh. 128 
YASTANA   –  dikdir, təpə.  – Orada, yastanada qarğı çəpəri 
görürsənmi?  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 
1987, №5, səh. 60). ).  –  Doyanda dərəyə enib, Sarıbulağın 
suyundan içir, yastanada yatışır  (T.Hüseynov. Yanıq 
Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 26). 
 


 
 
267
YAŞMANMAQ  –  bürünmək, örtünmək, üzünü gizlətmək.  –  
Heç bir ay keçmədi ki, qadınların çoxu bu rayon mərkəzində 
yaşmanmırdı, bəziləri lap başıaçıq gəzirdi  (F.Qoca. Kələfin 
ucu. Azərb. jurnalı, 1987, №10,  səh. 56). 
YATAB  – silahlı əsgərlərin müşayiəti ilə bir yerdən başqa yerə 
göndərilən dustaq.  –  Həm də tüfəng qabağına qatılmış olsalar 
da, yatab gedən dustaq ayaqla yeriməyindən asudələşib, yol bo-
yu doğma çöllərlə, yal-yamacla, bağ-bağatla, batan günəşlə bir 
him-cimləşərdi də  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. 
jurnalı, 1987, №5, s. 65).  –  Behbudu da Fərman Şuşa qəzəmə-
tindən atamızla yük maşınında yatab aparanda görmüşdü  
(B.Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, 
səh. 34). 
YATAR   –  var-dövlət. –  İstəyirsən xanımlıq edəsən, çıxart 
yatarından, qoy o canı yanmışın cibinə də  (M.Niyarlı. Yola 
dikilən gözlər. Azərb. jurnalı, 1991, №2, səh. 96). 
□ YAT-YUT OLMAQ –  sakitləşmək.  –  Ara yat-yut olub, iş 
ovdanına düşəndə qayıdıb gələrsən  (Ə.Bağırov. Köhnə kişi. 
Azərb. jurnalı, 1988, №4, səh. 29). 
YAVIQ  –  yaxın. –  Kişiyə lap yavıq dayandı  (Ə.Əmirov. Ta-
panca. Ulduz, 1988, №8, səh. 10). 
YAYĞIN –  yüngülxasiyyət .  –  Amma hüştülümdü, 
yayğındı  (S.Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 
1988, №3, səh. 52). 
YAYXANMAQ  – yayılıb oturmaq.  –  Yuxadan-halvadan dü-
şən qır-qırıntını şəhayət barmağına yapışdıra-yapışdıra qalıq-
quluğun hamısını yox eləyib, yayxandı (B.Bayramov. Üzlü-as-
tarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 45). 
YAYXINLANMAQ   –  bax: yayxanmaq.  –  Cəlal Bilaloviçdə 
dillənməyə hal qalmamışdı, müqəssir halda həmişə yayxınlandı-
ğı kreslonun bir küncünə qısılmışdı  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 19). 
YAYXINMAQ –  bax: yayxanmaq. – Nadirə xanım qapıdan 
çəkildi, üzbəüz divarın dibindəki köhnə kresloya yayxanmış Sa-


 
 
268
hibə yaxınlaşdı  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 10). 
YAVA  – pis, tərbiyəsiz, ədəbsiz, hərzə-hərzə danışan
–  Ələm Kamandardan insaflıdı, həm də Kamandar ağızdan 
yavadı  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1, 
səh. 13). 
YAZIXMAQ  – bələd olduğu yeri itirmək, yerini səhv salmaq.  
–  Bir də qara anaş toyuğum yazıxır  (T.Hüseynov. Yanıq Ab-
dullanın yuxuları. Azərb. jurnalı, 1991, №4, səh. 97). 
YAZÖYNÜ  –  yazın gəlişinə az qalmış, yaz gəlməmişdən əv-
vəl.  –  O gözlərini açan kimi yazöynündən qalmış palçıq-çamur 
qarışıq bir topa qarın dörd yanında qoyun-quzu dırnağından 
göz-göz olmuş qaraca, nəm torpaq gördü  (A. Mustafazadə. Qa-
raçuxa nağılı. Ulduz, 1987, №4, səh. 33). 
YEKLƏMƏK – davam etdirmək, bərabər getmək.  –  Əgər 
insanın cismi ana bətnində sudan tutmuş bu günədək canlıların 
keçdiyi yolu təkrar edərək yetişirsə, ruhu da yəqin bu yolu 
yekləyir  (S.Nəzirova. Ümid ulduzu, Ulduz, 1990, №12, səh. 
67). 
YELLƏMƏK  –  sürüb aparmaq, hərəkət etdirmək, sürmək.  –  
Arayatı ilə, yəni gündüz yatıb gecə apardıqları bir bölük 
heyvanı arxadan yelləyən Məhərrəm beşaçılanını təzədən 
yəhərdən asdı  (A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, 
№4, səh. 31).  –  Könülsüz-könülsüz naxırı yelləməyə başladı 
(T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 1991, 
№4, səh. 27). 
YELLƏMƏK  –  vermək. – Yellə bəri onluğu  (Ə.Əzimzadə. 
Cehiz. Ulduz, 1990, №5, səh. 29). 
YELLİ-YELLİ –  əsəbi, hirsli, hikkəli, acıqlı. – Yelli-yelli çıxmışdı 
küçəyə  (T.Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9, səh. 4). 
YELQIRAN  –  hündür, küləyin, yelin qarşısını alan.  –  Meşəyə 
çatan kimi hərəsi yelqıran ağacların birinin üstünə balta ilə adını 
yazdı  (Q.Əlismayıllı. Yelqıran. Ulduz, 1990, №1, səh. 10). 


 
 
269
YEL-YEPƏRƏK –  tələsik, yel kimi, uça-uça, tez-tələsik. –  
Fəxrəddin müəllim başını tərpədən kimi Bulud pilləkənləri yel-
yepərək düşüb getdi  (İ.Məlikzadə. Dolaşaların Novruz bayramı. 
Azərb. jurnalı, 1988, №5, səh. 38).  –  Bəbir artırmadan yel-ye-
pərək düşüb getdi ocaq çatmağa  (İ.Məlikzadə. Qırmızı yağış. 
Azərb. jurnalı, 1987, №1, səh. 33). 
YEMSİMƏK  –  axsamaq.  –  Yemsiməsinə baxmayaraq təpərli 
tərpənişinə, dözümlülüyünə söz ola bilməzdi  (Ə.Sahib. Ovçu 
Cəbrayılın tulaları. Ulduz, 1990, №12, səh. 26). 
YENDİRMƏK I –  endirmək. – Bayraqdar irəli yeriyib, bay-
rağı yendirdi  (A.Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1, səh. 
27). 
YENDİRMƏK II – nəzər salmaq, əhəmiyyət vermək. –  Ona 
heç un çuvalına tay qız da yendirib baxmazdı  (Ə.Bağırov. Göz-
muncuğu. Ulduz, 1988, №7, səh. 16). 
YENGƏ  –  qardaş, əmi, dayı arvadı.  –  Xoş bəxtin olsun, a 
yengə  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, № 3, səh. 63). 
YENİCƏK  –  yeni.  –  Qayıdıb, yenicəki yerində donub qalmış 
kimi duran Nəsif kişiyə verib, sonra tələsik uzaqlaşdı  (Z.Ağba-
balı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 7). 
YENMƏK  –  enmək, düşmək. – Təki sən deyən olsun!  –  de-
yəndən sonra o, Qara kişiyə işarə elədi ki, aşağı yensin  (Ə.Ba-
ğırov. Muştuluq. Azərb. jurnalı, 1987, №3, səh. 75). 
YERAMMASI –  kartofa oxşayan, yeməli kökü olan bitki.  –  
Komissiyanın digər üzvlərinin ləqəbləri onların hərəkətləri ilə 
bağlı, idi görkəmlərinə dəxli yox idi: yerəbaxan, göyəbaxan, sa-
manaltdansuyeridən, stukaç, burun, yeramması  (S.Tağızadə. 
Təqib. Ulduz, 1989, №9, səh. 8). 
YETAB  –  bax: yatab.  –  Behbudu da Şuşa qəzəmətindən ata-
mızla yük maşınında yetab aparanda görmüşdü  (B.Bayramov. 
Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, №11, səh. 34). 
YETİKLİKLƏ  –  maraqla.  –  Qədim hər şeyi unudub təəc-
cüblə baxdı oğluna və yetikliklə soruşdu  (Ə.Əmirov. Tapanca. 
Ulduz, 1988, №8, səh. 15). 


 
 
270
YETİMAĞI –  qalın bez parça.  – Başında bir qıyğac, qıçında 
şalvar əvəzinə yetimağından şəltə vardı  (S.Əhmədov. Yasaq 
edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 67). 
YETİMLƏMƏK –  boş qalmaq, kimsəsiz qalmaq. –  Bulaq üs-
tü tezliklə yetimlədi  (V.Babanlı Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 45). 
YEYİNƏRƏK  –  tez, cəld, sürətlə.  –  Müəllimə yeyinərək ba-
yıra çıxdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2, 
səh. 53). 
YEYKİNMƏK   – sürətini artıraraq, addımlarını yeyinlədərək 
ötüb-keçmək.  –  Qayınatası Umudun salamını alıb yeykindi  
(Z.Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, №9, səh. 6). 
YƏRLƏMƏK –  hərlətmək, fırlatmaq, döndərmək. –  Ta sənə 
sözüm yoxdu, Zülü, gör sən hardan yərləyib, harya gətirib 
çıxartdın  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 
1987, №7, səh. 53). 
YIĞAMAT  –  var, dövlət, pul. –  Mazanın hardadı o yığamatı 
ki, bir-bir xırdalayıb xərcliyə qoya  (İ.Qarayev. Bir kəndin uşaq-
ları. Azərb. jurnalı, 1990, №10, səh. 94). 
YIĞNAQ  – məclis, yığıncaq, tünlük yerlər. –  Onların arasını 
vurur, yığnaqlarda lətifəyə bənzər şeylər quraşdırıb danışır, xal-
qı güldürürdü (E.Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, 
№9, səh. 125). 
YIĞNALTMAQ   – yığmaq, toplamaq, qalamaq, bir yerəyığ-
maq. –  Sonra da süpürgəylə süpürüb, bir yerə yığnaldırdılar  
(M.Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2, səh. 34). 
YIĞVAL   –  bəxt, tale, yazı. – Bu da mənim yığvalımdır ki, 
mərd düşmənə rast gəlmişəm  (F.Eyvazlı. Düyünlü günlər. 
Ulduz, 1989, №8, s. 34).  –  Allah Ələkbərə rəhmət eləsin, yığ-
valı qara gəldi  (V.Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3, 
səh. 54). 
YIXŞIRMAQ  –  toplamaq. –  Yazıq nə edəydi, əynindən, boğa-
zından kəsib qəpik-qəpik yıxşırmışdı  (S.Tağızadə. Təqib. Ulduz, 
1989, №9, səh. 8). 


 
 
271
YIRIM-YIRIM  – möhkəmcə. –  Irəlidə yoğunluqdan enli qur-
şaq bağlamış obalar əskinas havasına yırım-yırım yırğalanırdı  
(A.Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4, səh. 37). 
YOLAĞA  –  çəpəri, hörgünü basmaqla açılan yol.  –  Orda-
burda tikanlı məftilləri əyilib, qırılıb yolağaya çevrilən bağları-
na tamaşa elədi  (Ə.Həsənov. Bağ evi. Ulduz, 1988, №6, səh. 13).  
– Yolağanı niyə açıq qoymusunuz?  (İ.İsmayılov. Ocaq daşı. Ulduz, 
1991, №4, səh. 85). 
◊ YOLLAŞA BİLMƏK  –  yola getmək, dolana bilmək, bir-
birini yola vermək.  –  Yollaşa bilirsinizmi?  (E.Əlləzoğlu. Ağ-
saqqal. Azərb. jurnalı, 1987, № 9, səh.126). 
YOLLAŞMAQ  –  bax: yollaşa bilmək. –  Buranın irəhbərliyiy-
nən yollaşmadılar (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 
1991, №2, səh. 62). 
YOLUXMAQ –  dalınca danışmaq, qeybət etmək. –  Xuduş 
onun ardınca yoluxdu: dünyanı qarmalayıb, alıb əlinə (S.Əhmə-
dov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988,  №3, səh. 36). 
YOLUN AYNASI  –  yolun içi.  –  Çalışırdıq yolun aynasına 
çıxıb aydın görünməyək  (B.Bayramov. Üzlü-astarlı günlər. 
Azərb. jurnalı, 1989, №11, səh. 7). 
YOLU YÖMRÜLMƏK  –  yolu bağlanmaq işlədilən söz>.  –  Harda qaldı Qafarın bu zibil tanışı, niyə yolu 
yömrüldü?  (Ə.Əzimzadə. Cehiz. Ulduz, 1990, №5, səh. 9). 
YOMURUQ  –  formasını dəyişib yumrulaşan.  –  Bürüşük qarı 
çalmalı başı və yomuruq alt çənəsi əsə-əsə, hıqqana-hıqqana ey-
vana qalxdı  (V.Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, 
№2, səh. 55). 
YORNUQ  – yorğun.  –  Arvadın səsi yornuq idi  (E.Əlləzoğlu. 
Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 127). 
YORTMAQ –  qaçmaq, tez-tələsik getmək.  –  Zöhrə onun hey-
kirtisini eşidib tez doqqaza yortdu  (İ.Qarayev. Bir kəndin uşaq-
ları. Azərb. jurnalı, 1990, №10, səh. 102). 


 
 
272
YÖNNÜ   –  yaxşı. –  Bir yönnü ev tuta bilmirsiz?  (F.Qoca. 
Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 107). 
◊ YÖN TUTMAQ  –  üz tutmaq, istiqamət götürmək, yol al-
maq.  –  Bazarbaşından birbaşa yön tutdu “padşah” hadağası-
na  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 32). 
◊ YUXU BİŞİRMƏK  –  mohkəm yatmaq, yuxuya getmək, 
yuxuya dalmaq. – Yuxu bişirir yoxsa? (A. Qəhrəmanov. Bulaq 
suyu. Ulduz, 1988, №5, səh. 8). – Hələ yuxu bişirirdi kənd 
adamları (Z. Ağbabalı. Səbrlə başlanan gun. Ulduz, 1990, №9, 
səh. 11).  –  O qədər adam cay icən, sohbət eləyən yerdə bir də 
görublər mən coxdan yuxu bişirirəm (S.Nəzirova. Umid ulduzu. 
Ulduz, 1990, №12, səh. 49).  
YUYQAT  – olü yuyulan yer, tənəşirxana.  –  Qadınlardan biri yuy-
qat yerindən gəlib, Bikəyə yaxınlaşdı  (F.Qoca. Kələfin ucu. Azərb. 
jurnalı, 1987, № 10, səh. 16). 
YÜNGÜLTARIQ –  yüngülxasiyyətli . –  Gözə girən yün-
gültarıq adamın istər kişi, istərsə qadın ağırlığını verə bilərdi  (S.Əh-
mədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 54). 
YÜRGƏK  –  beşik, nənni.  –  Cəlal Bilaloviçin öz oxu ətrafında 
fırlanan, onu yürgək kimi yürgələyən kreslosunda bu dəfə Moskva-
dan gələn nümayəndənin rəhbəri oturmuşdu  (S.Tağızadə. Təqib. 
Ulduz, 1989, №9, səh. 22). 
YÜRGƏLƏMƏK –  yırğalamaq.  –  Cəlal Bilaloviçin öz oxu  
fırlanan, onu yürgək kimi yürgələyən kreslosunda bu dəfə Moskva-
dan gələn nümayəndənin rəhbəri oturmuşdu  (S.Tağızadə. Təqib. 
Ulduz, 1989, №9, səh. 22). 
YÜYƏT  –  Novruz bayramı ərəfəsində edilən təmizlik günü. – Yup-
yumşaq, dinc bir yüyət günüydü  (M.Süleymanlı. Səs. Azərb. jurnalı, 
1988, №2, səh. 8). 
YÜYRƏK  – cəld, sürətli. –  Eh, ay bala, xəbərin ayağı yüyrək olur  
(F.Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10, səh. 64). 


 
 
273
YÜYRƏLƏMƏ  – yüyürə-yüyürə. – Badam xala pillələri yüyrələ-
mə düşüb, özünü do
q̇qaza çatdırdı  (M.Məmmədov. Su cürdəkləri. 
Ulduz, 1989, №5, səh. 25). 
YÜYRÜNMƏK  –  yellənmək. – Çəkildikcə, yüyründükcə almalar 
yavaş-yavaş yırğalanır, həndəvərə qırmızı çisək çilənirdi  (S.Əhmə-
dov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, səh. 50). 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
274
–  Z  –  
 
ZABİTƏLİ – nizam-intizam tələb edən, çox ciddi və tələbkar, 
nüfuz və təsir gücünə sahib .  –  Elə zabitəli kişinin qar-
daşını ələ salmaq olar?  (İ.Məlikzadə. Qırmızı yağış. Azərb. jur-
nalı, 1987, №1, səh. 6). 
ZAĞAR  –  zəif.  –  Döyəcəklər nağaranı; Çəkəcəklər bazara 
heyvanın zağarını  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jur-
nalı, 1990, №10, səh. 119). 
ZAĞAR-ZAĞAR   –  lovğa-lovğa, özündən razı halda.  – Elə 
zağar-zağar hərlənir ki, elə bil qırx eşşəyin sağınından gəlir  
(M.Bəkirli. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10, səh. 108). 
ZAHI –  yenicə doğmuş qadın.  –  Anam da zahının alnını sığa-
yıb: “Yatma, bacı, yatma” deyirdi   (Ə.Əzimzadə. Arandan gə-
lən adam. Ulduz, 1988, №3, səh. 20). 
ZAHMAN I –  iki əkin sahəsi arasında sərhədi müəyyənləşdir-
mək üçün saxlanılan əkilməmiş yer.  – Onlar düzün ortasında, 
zahmanın ətəyində qabaqlaşdılar  (Əlabbas. Güdaz. Azərb. jur-
nalı, 1992, №7-8, səh. 141). 
ZAHMAN II  – daxma, məc. mənada: əl içi boyda, bir ovuc.  –  
Zahman boyda yerlər olmasa adamın başına hava gələr  (Q. 
Xəlilov. Yasaq olunmuş yerlər. Ulduz, 1990, №1, s. 14). 
ZAMBIR ARISI  –  eşşək arısı.  –  Siçandan, zambır arısından-
zaddan eymənib qiyyə çəkəndə mütəəssir olub, həzz alırlar  
(S.Nəzirova. Ümid ulduzu. Ulduz, 1990, №12, səh. 61). 
ZAYFA   –  zəif, cansız.  –  Dar ayaqda zayfa gəlinə kömək 
eliyin  (M.Bəkirli. Hal. Ulduz, 1990, №3, səh. 12).  –  Bəxtə-
vərin qızı, görən bilirmi ki, hal aparan zayfa gəlini dardan 
qurtarmaq on iki xatıma bərabərdir?  (M.Bəkirli. Hal. Ulduz, 
1990, № 3, səh. 13). 
ZAYILLAMAQ  –  ağzından söz qaçırmaq, axmaqlamaq.  –  
Birdən zayıllayar gədələr ha. (İ.Qarayev. Bir kəndin uşaqları. 
Azərb. jurnalı, 1990, № 10, səh. 118). 


 
 
275
ZEH  –  göy üzünün açılması, dan yeri.  –  Dan atırdı, üfüqdə 
zeh ağarışdanırdı  (Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. 
jurnalı, 1987, №7, səh. 57). 
◊ ZEH YERƏ QOYMAQ – həddindən artıq əziyyət çəkmək, 
yorulub əldən düşmək.  – Səni tapıncan zeh yerə qoyduq tay  
(S.Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3, səh. 33). 
ZƏDƏN-ZƏDƏN –  parça-parça, tikə-tikə.  –  Dərd əkib, qəm 
şumlayıb; Bağrım zədən-zədəndi  (S.İsaqqızı. Zaman həmin za-
mandı. Ulduz, 1991, №3, səh. 3). 
ZƏVZƏK  –  çoxdanışan, boşboğaz, naqqal, lağlağı.  –  Bəlkə 
də bu zəvzək bilər-bilməzə ağzını Allah yoluna qoyubdu?  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 33). 
ZƏVZƏMƏK   – çərənləmək, naqqallıq, boşboğazlıq etmək. –  
Eh, birinci dəfə döyül ki, qoy zəvzəsin özüyçün  (E.Quliyev. Köl-
gəsiz adam. Ulduz, 1989, №6, səh. 2). 
ZIĞ-ZIMRIĞ –  çirk-palçıq. –  Maşın zığ-zımrıqdan təmizləndi  
(Ə.Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, №7, 
səh. 57). 
ZIQQAMAQ  –   zarımaq, inildəmək, sızıldamaq, zarıldamaq. 
–  Bəsdi zıqqadınız, gəlin maşını itələyin  (M.Məmmədov. Su 
cürdəkləri. Ulduz, 1989, №5, səh. 26). 
ZIQQI   – xəsis, tamahkar, acgöz. –  Kazımı zıqqı adlandırdı  
(N.Rəsulzadə. Bəd xəbər. Ulduz, 1988, №2, səh. 9). 
ZlLĞA-ZILĞA  –  yumurtadan yenicə çıxmış, hələ tüklənmə-
miş .  –  Biz təzəcə işıq üzü görən zılğa-zılğa quş 
balaları kimi ağzımızı açıb baxırdıq  (İ.İsmayılov. Ocaq daşı. 
Ulduz, 1991, №4, səh. 75). 
ZIPINDIRIQ  –  kobud.  –  Qaraca, zıpındırıq gövdəsi o biri 
tulalara çirkin, həqarətli görsənirdi  (Ə.Sahib. Ovçu Cəbrayılın 
tulaları. Ulduz, 1990, №12, səh. 27). 
ZIRI –  çox yekə.  –  Tay-tay taxılın dənlikdən aramla enərək, 
zırı daşların arasında əzilib, un-urva hopmuş əsgi ağızlıqdan 
kirtik-kirtik ələnməyini görən deməzdi, bu tərpənişlə çatdırmaq 


 
 
276
olarmış  (S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, 
№5, səh. 9). 
ZİLAN –  möhkəm.  –  Cəmşid qamçı təki zilan, caynaqlıydı  
(S.Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5, 
səh. 33). 
ZİLİ –  gəbə.  –  Naxçıvan, Xoy, Səlmaz şəhərləri öz zililəri, 
xalçaları və palazları ilə şöhrət qazanmışdır  (Ə.Əzimzadə. 
Cehiz. Ulduz, 1990, №5, səh. 5). 
ZİNRİK  – qaranlıq.  –  Yaralanmış biləyindən üzünə qan sıçra-
dı, qorxudan gözlərinə zinrik çökdü  (F.Eyvazlı. Düyünlü gün-
lər. Ulduz, 1989, №8, s. 9).  
ZİNRİK   – zəhlətökən. – Rayondan çıxdıqda çölün-düzün bö-
yük, zinrik qaranlığına girməmişdən ağlıma nə gəldisə qışqırdım  
(Şahmar. Qəndi sinab. Ulduz, 1988, №8, səh. 44). 
ZİNRİKLİK  –  qəmginlik, kədər.  –  Atam qaranlığa baxa-ba-
xa, səsində qaranlıq qədər sonsuzluq, zinriklik duyula-duyula 
danışır  (Şahmar. Qoyungöz. Ulduz, 1988, №8, səh. 37). 
ZİNZİLƏ  –  ah-fəqan, səs-küy, nalə.  –  Gülsüm arvadın zin-
ziləsi səhərin sakit, şehli içini oya-oya uzaqlara yayıldı  (H. 
Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4, səh. 33). 
□ ZİRCİKLİK ETMƏK  –  nadinclik, şuluqluq etmək, zəhlətö-
kənlik etmək.  –  Biz bir dəstə uşaq ondan əl çəkmir, zirciklik 
edir, donunun ətəyini dartırdıq  (E.Əlləzoğlu. Gününüz kösöyə 
dönsün. Azərb. jurnalı, 1990, №2, səh. 136). 
ZİYANƏVƏR  –  ziyanverən .  –  A qızım, niyə belə 
eləmisən, adam da belə ziyanəvər olar?  (İ.Mehdiyev. Akvarium 
da dənizdir. Ulduz, 1989, №4, səh. 41). 
◊ ZİYNİNDƏN ÇIXMAQ  –  özündən çıxmaq, yolunu azmaq, 
qudurmaq, əndazədən çıxmaq.  –  Sənə “ağa, ağa” dedikcə lap 
ziynindən çıxırsan  (F.Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3, 
səh. 67). 
ZODDU-ZODDU   –  təkəbbürlü.  –  Nəzər qızın zoddu-zoddu 
danışmağından heç xoşlanmadı  (Ə.Hacızadə. Dünyanı tanı. 
Azərb. jurnalı, 1989, №3, səh. 104). 


 
 
277
ZODDU // ZOTTU  –  bax: zoddu-zoddu.  –  Bu səs gur-gur 
guruldayan, zoddu Gümüş arvadın səsinə oxşamırdı  (E.Əlləz-
oğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9, səh. 127).  –  Qoy hə-
lə görüm kimdir bu “zottu gədə”, kimin adamıdır, haradan gəlib, 
kim göndərib?  (S.Tağızadə. Təqib. Ulduz, 1989, №9, səh. 3). 
ZODLU-ZODLU  –  bax: zoddu-zoddu.  –  Qeysərli nəfəsini 
dərib özünü zodlu-zodlu bir də təqdim etdi  (V.Babanlı. Ömür-
lük cəza. 1991, №2 səh. 96). 
ZOXMA   – yumruq.  –  Bir də səhər Rəhmanın zoxması ilə 
ayılırdı  (T.Hüseynov. Qartal müqəvvası. Azərb. jurnalı, 1990, 
№1, səh. 120). 
ZOXMALƏMƏK  –  yemək, zəhrimanlanmaq.  –  İki dönəm 
zoxmələmişəm  (İ.Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 
1990, № 10, səh. 118). 
ZOQQUR  –  çeşmə, yaş.  –  Əşi, bizim bu qarılara dabir mah-
na gərəkdir ki, gözlərinin zoqqurlarını töksünlər  (A.Dadaşov. 
Ceviz ağacı. Azərb. jurnalı, 1992, №5-6, səh. 140). 
ZÜLLƏ  –  buxara dərisindən tikilən çox hündür papaq.  –  Qa-
ra züllə papağının saçaqları altından bir gözü həmişə ətrafa ba-
xırdı  (T.Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 
1991, №4, səh. 47). 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
278
İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 
 
 
 
 
 
Azərbaycan jurnalı   
 
1. Aqil Abbas. Günəşə at çapan uşaq. Azərb. jurnalı, 1989, №2. 
2. Aqşin Babayev. Zəlzələ. Azərb. jurnalı, 1988, №1. 
3. Anar. İztirabın vicdanı. Azərb. jurnalı, 1989, №4. 
4. Anar. Ürəyim ağrıyır. Azərb. jurnalı, 1989, №4. 
5. Aslan Kəmərli. Yurd yerində yazılmış şeirlər. Azərb. jurnalı, 
1991, №4. 
6. Aydın Abdullayev. Geriyə qayıdan iz. Azərb. jurnalı, 1987, 
№12. 
7. Aydın Dadaşov. Ceviz ağacı. Azərb. jurnalı, 1992, №5-6. 
8. Asif  Əliyev. Səni məndən soruşsalar... Azərb. jurnalı, 1989, 
№1. 
9. Ağacəfər Həsənli. Tülkü. Azərb. jurnalı, 1990, №11. 
10. Bahar Bərdəli. Bürkü. Azərb. jurnalı, 1991, №5. 
11. Bahadur Fərman. Sevincim-əzabım. Azərb. jurnalı, 1991,  № 
11-12. 
12. Balasadıq. Narahat ruhlar. Azərb. jurnalı, 1991, №3.  
13. Bayram Bayramov. Üzlü-astarlı günlər. Azərb. jurnalı, 1989, 
№11. 
14. Bəxtiyar Vahabzadə. Nağıl-həyat. Azərb. jurnalı, 1990, №1. 
15. Böyükxan Bağırov. Uzaq günlərin damcıları. Azərb. jurnalı, 
1989, №3. 
16. Çingiz Əlioğlu. Millətin yalançı qəhrəmanları. Azərb. jurnalı, 
1989, №9.  
17. Çingiz Əlioğlu. Əlimə düşsəydi sevgi allahı. Azərb. jurnalı, 
1989, №9. 
18. Çingiz Əlioğlu. Qoşma. Azərb. jurnalı, 1989, №9. 
19. Çingiz Əlioğlu. Hələ ki. Azərb. jurnalı, 1989, №9. 
20. Çingiz Əlioğlu. Dünyanın. Azərb. jurnalı, 1989, №9. 
21. Çingiz Əlioğlu. Oğlum Ormana yazdığım ikinci şeir. Azərb. 
jurnalı, 1992, №1-2. 


 
 
279
22. Çingiz Əlioğlu. Karvan. Azərb. jurnalı, 1992, №1-2. 
23. Elçin. Ölüm hökmü. Azərb. jurnalı, 1989, №6. 
24. Eyvaz Əlləzoğlu. Ağsaqqal. Azərb. jurnalı, 1987, №9. 
25. Eyvaz Əlləzoğlu. Gününüz kösöyə dönsün. Azərb. jurnalı, 
1990, №2. 
26. Eyvaz Əlləzoğlu. Boru. Azərb. jurnalı, 1992, №11-12. 
27. Eyvaz Əlləzoğlu. Şülləbaş Həmid. Azərb. jurnalı, 1992, № 11-
12. 
28. Eyvaz Əlləzoğlu. Dana əhvalatı. Azərb. jurnalı, 1992, №11-12. 
29. Əkrəm Əylisli. Yəmən. Azərb. jurnalı, 1991, №9-10. 
30. Əlabbas. Güdaz. Azərb. jurnalı, 1992, №7-8. 
31. Əlabbas Bağırov. Muştuluq. Azərb. jurnalı, 1987, №3. 
32. Əlabbas Bağırov. Doğma ocaq. Azərb. jurnalı, 1987, №3.  
33. Əlabbas Bağırov. Köhnə kişi. Azərb. jurnalı, 1988, №4. 
34. Ələviyyə Babayeva. Anadil ağlayırdı. Azərb. jurnalı, 1986, 
№4. 
35. Ələviyyə Babayeva. Rəngbərəng adamlar. Azərb. jurnalı, 1989, 
№1. 
36. Əli Əmirli. Meydan. Azərb. jurnalı, 1992, №3-4. 
37. Əli Əmirov. Axirətdən qabaq gəzinti. Azərb. jurnalı, 1989, №4. 
38. Əlibala Hacızadə. Dünyanı tanı. Azərb. jurnalı, 1989, №3. 
39. Əmir Mustafayev. Novruzgülü açmamış. Azərb. jurnalı, 1987, 
№7. 
40. Əzizə Cəfərzadə. Qorxulu həqiqət. Azərb. jurnalı, 1992, № 7-8. 
41. Fəxrəddin Əlizi. Şeir, Azərb. jurnalı, 1992, №1-2. 
42. Fikrət Qoca. Kələfin ucu. Azərb. jurnalı, 1987, №10. 
43. Hüseyn Arif. Az qalıb. Azərb. jurnalı, 1992, №11-12. 
44. Hüseyn İbrahimov. Qu quşları öləndə oxuyurlar. Azərb. jurnalı, 
1987, №10. 
45. İlyas Əfəndiyev. Billur sarayda. Azərb. jurnalı, 1987, №8. 
46. İlyas Ərnəfəs. Qaçış. Azərb. jurnalı, 1989, №1. 
47. İlyas Tapdıq. Günü gözləyə-gözləyə. Azərb. jurnalı, 1989, №9. 
48. İlyas Tapdıq. Olsun. Azərb. jurnalı, 1992, №11-12. 
49. İsa Hüseynov. Əbədiyyət. Azərb. jurnalı, 1988, №10. 


 
 
280
50. İsi Məlikzadə. Qırmızı yağış. Azərb. jurnalı, 1987, №1. 
51. İsi Məlikzadə. Dolaşaların Novruz bayramı. Azərb. jurnalı, 
1988, №5. 
52. İsi Məlikzadə. Qırmızı şeytan. Azərb. jurnalı, 1992, №9-10. 
53. İsmayıl Qarayev. Bir kəndin uşaqları. Azərb. jurnalı, 1990, 
№10. 
54. Qabil. Ömür həbləri. Azərb. jurnalı, 1988, №11. 
55. Qərib Mehdi. Oyun. Azərbaycan jurnalı, 1991, №11-12. 
56. Qiyas Əcaib. Qar adlandı tez. Azərb. jurnalı, 1991, №4. 
57. Məmməd Oruc. Namərd körpüsü. Azərb. jurnalı, 1991,  №6. 
58. Məmmədhüseyn Əliyev. Xatirə. Azərb. jurnalı, 1987, №8. 
59. Mənzər Niyarlı. Yola dikilən gözlər. Azərb. jurnalı, 1991, №2. 
60. Mövlud Süleymanlı. Səs. Azərb. jurnalı, 1988, №2.  
61. Mətləb Misir. Şəhidlər. Azərb. jurnalı, 1991, №1. 
62. Miraslan Bəkirli. Qarğa. Azərb. jurnalı, 1991, №9-10. 
63. Miraslan Bəkirli. Çöpçü. Azərb. jurnalı, 1991, №9-10.  
64. Mübariz Cəfərli. Qəzəb. Azərb. jurnalı, 1992, №3-4. 
65. Nadir Ağasıyev. Dostumun xatirinə. Azərb. jurnalı, 1989, №12. 
66. Naməddin Mirzəxanlı. Axirət dünyası. Azərb. jurnalı, 1991, 
№9-10. 
67. Naməddin Mirzəxanov. Təmiz hava. Azərb. jurnalı, 1987, №9.   
68. Natiq Rəsulzadə. Ulduzlar altında. Azərb. jurnalı, 1990, №2. 
69. Nurəddin Qənbər. Boğanaq. Azərb. jurnalı, 1991, №11-12.  
70. Nurəddin Qənbər. Başsız meyit. Azərb. jurnalı, 1989, №6. 
71. Rafiq Səməndər. Ada. Azərb. jurnalı, 1989, №6. 
72. Rafiq Tağızadə. Sivilizasiya. Azərb. jurnalı, 1991, №11-12.  
73. Rafiq Tağızadə. Bacımın rəng duyğusu. Azərb. jurnalı, 1991, 
№11-12.  
74. Rafiq Tağızadə. Külək ağzında yarpaq. Azərb. jurnalı, 1991, 
№11-12. 
75. Ramiz Duyğun. Qovaq qardaş. Azərb. jurnalı, 1991, №1. 
76. Ramiz Mövsüm. Saxla öldürərik. Azərb. jurnalı, 1991, №11-
12. 
77. Sabir Azəri. Sonsuzluq. Azərb. jurnalı, 1990, №11. 


 
 
281
78. Sabir Əhmədov. Yasaq edilmiş oyun. Azərb. jurnalı, 1987, №5. 
79. Sabir Əhmədov. Gülmalı kişinin axırı. Azərb. jurnalı, 1988, 
№3. 
80. Sara Nəzirova. Tale damğası. Azərb. jurnalı, 1991, №7.  
81. Seyran Səxavət. Sanatoriya. Azərb. jurnalı, 1989, №3. 
82. Şahlar Həsənoğlu. Qapalı dünyalar. Azərb. jurnalı, 1991, №1. 
83. Şahlar Həsənoğlu. Günəş ardınca. Azərb. jurnalı, 1991, №5. 
84. Şərif İdrisov. Cavadoğlu. Azərb. jurnalı, 1992, №1-2. 
85. Şükufə Əliyeva. Yas yerində. Azərb. jurnalı, 1992, №9-10. 
86. Şükür Səlimxanlı. Mehmanxanada keçən gecə. Azərb. jurnalı, 
1992, №9-10.  
87. Tahir Hüseynov. Gecə məhkəməsinin hökmü. Azərb. jurnalı, 
1988, №5. 
88. Tahir Hüseynov. Qartal müqəvvası. Azərb. jurnalı, 1990, №1. 
89. Tahir Hüseynov. Yanıq Abdullanın yuxuları. Azərb. jurnalı, 
1991, №4. 
90. Tahir Talıblı. Dünyanın düz vaxtı. Azərb. jurnalı, 1991, №1. 
91. Tahir Talıblı. Yuxularda yurd. Azərb. jurnalı, 1991, №1.  
92. Telman Nəzərli. Qoca bağbanın xəstəliyi. Azərb. jurnalı, 1991, 
№5. 
93. Tofiq Mahmud. Uzaqda dağlar görünür. Azərb. jurnalı, 1989, 
№12. 
94. Ülvi Bünyadzadə. Qansızlar. Azərb. jurnalı, 1991, №11-12.  
95. Vaqif Bəhmənli. Ata çiyni. Azərb. jurnalı, 1991, №4. 
96. Vaqif  Nəsib. Köhnə hamam içində. Azərb. jurnalı, 1987, №6. 
97. Vaqif Nəsib. Ceyrançöldə qara bayram. Azərb. jurnalı, 1988, 
№12. 
98. Vaqif Nəsib. Hərlənbaba. Azərb. jurnalı, 1990, №3. 
99. Vaqif Nəsib. Addan ada. Azərb. jurnalı, 1992, №11-12. 
100. Vaqif Vüqar. Açılmır tüfəngim, açılmır, Allah! Azərb. jurnalı, 
1991, №11-12.  
101. Vidadi Babanlı. Ömürlük cəza. Azərb. jurnalı, 1991, №2. 
102. Yaşar. Yuxusuz qocalar. Azərb. jurnalı, 1987, №11. 
103. Zəki Bayramlı. Qız Pərinin oğlu. Azərb. jurnalı, 1992, №7-8. 


 
 
282
 
Ulduz jurnalı 
 
1. Abbas Abdulla. Batmanqılınc. Ulduz, 1988, №1. 
2. Abdulla Şəruri. Gecə əməliyyatı. Ulduz, 1987, №8. 
3. Abdulla Şəruri. Yüz ilin yolu. Ulduz, 1990, №9. 
4. Ağa Laçınlı. Yetəndə. Ulduz, 1990, №5. 
5. Ağa Laçınlı. Qarabağda qalam var. Ulduz, 1990, №5. 
6. Ağəddin Mənsurzadə. Verən əl kasad olmaz. Ulduz, 1990, 
№8. 
7. Alış Kamal. Sürəkçi. Ulduz, 1989, №1. 
8. Arif Mustafazadə. Qaraçuxa nağılı. Ulduz, 1987, №4. 
9. Arif Məmmədli. Bizim ellər yerindədi. Ulduz, 1991, №8. 
10. Aslan Qəhrəmanov. Bulaq suyu. Ulduz, 1988, №5. 
11. Aslan Qəhrəmanov. Borc. Ulduz, 1991, №8. 
12. Aydın Abdullayev. Ocaq sönmür. Ulduz, 1988, №2. 
13. Aydın Dadaşov. Bir vedrə şorba. Ulduz, 1990, №10. 
14. Aydın Murovdağlı. Qışqırır. Ulduz, 1990, №12. 
15. Aydın Murovdağlı. Canavar gözünün işığı. Ulduz, 1990, 
№12.  
16. Babək Göyüş. Mum. Ulduz, 1991, №6. 
17. Bayram İsgəndərov. Şaftalı. Ulduz, 1990, №9. 
18. Bəxtiyar Vahabzadə. Pambıq. Ulduz, 1991, №11-12. 
19. Cahandar Kəlayev. Dəhşət. Ulduz, 1990, №7. 
20. Çingiz Ələkbərzadə. Gecə quşları. Ulduz, 1989, №7. 
21.Çingiz Ələkbərzadə. Mənim birinci sevgim. Ulduz, 1991, 
№2. 
22. Eldəniz Quliyev. Kölgəsiz adam. Ulduz, 1989, №6. 
23. Eyvaz Əlləzoğlu. Balıq günü. Ulduz, 1988, №3. 
24. 26. Eyvaz Əlləzoğlu. Ölü yay. Ulduz, 1988, №3. 
25. Eyvaz Əlləzoğlu. İllərin ağırlığı. Ulduz, 1991, №11-12. 
26. Eyvaz Əlləzoğlu. Yeddi çinar. Ulduz, 1991, №11-12. 
27. Eyvaz Əlləzoğlu. Keçəlin darğanın qızına olan məhəbbəti və 
başına gələn qeyri-adi macəralar. Ulduz, 1988, №3. 


 
 
283
28. Etibar Əhədov. Qanlı dərə. Ulduz, 1988, №7. 
29. Əbülfəz İnfiloğlu. Qəribə taleli qız. Ulduz, 1991, №8. 
30. Əflatun Cəfərli. Bu payız. Ulduz, 1990, №4. 
31. Əlabbas Bağırov. Gözmuncuğu. Ulduz, 1988,  №7.  
32. Əlabbas Bağırov. Gəlin ayaqqabısı. Ulduz, 1987, №3. 
33. Ələddin. İncəli. Dünyanın. Ulduz, 1990, №5. 
34. Əli Həsənov. Bağ evi. Ulduz, 1988, №6. 
35. Əli Əmirov. Tapanca. Ulduz, 1988, №8. 
36. Əli Sahib. Ovçu Cəbrayılın tulaları. Ulduz, 1990, №12.  
37. Əli Səmədli. Gecikmiş bahar. Ulduz, 1990, №10. 
38. Əlixan Qara. Sonuncu təndir çörəyi. Ulduz, 1991, №4. 
39. Əmir Mustafayev. İxtira. Ulduz, 1989, №2. 
40. Əmir Müstafayev. İçindən asılmış adam. Ulduz, 1989, №2. 
41. Ərşad Əzimzadə. Arandan gələn adam. Ulduz, 1988, №3. 
42. Ərşad Əzimzadə. Cehiz. Ulduz, 1990, №5. 
43. Əsgər Rüstəmov. Qoca ovçu. Ulduz, 1988, №5. 
44. Fərman Eyvazlı. Düyünlü günlər. Ulduz, 1989, №8.  
45. Fərman Eyvazlı. Bir kisə qızıl. Ulduz, 1991, №3. 
46. Fəxrəddin Oruc Qəribsəs. Dərbənd. Ulduz, 1991, №3. 
47. Fəxrəddin Əlizi. Yaram var. Ulduz, 1991, №2.  
48. Heydər Qasımlı. Qara buğa. Ulduz, 1988, №1. 
49. Heydər Qasımlı. Gürzalı qohumunu axtarır. Ulduz, 1991, 
№7. 
50. Heydər Zeynaloğlu. Torpağı sanı yaşa. Ulduz, 1989, №4. 
51Nizami Saraclı. Dirəndi. Ulduz, 1989, №2. 
52. Nizami Saraclı. Ayaq-ayağa. Ulduz, 1991, №11-12. 
53. Xaqani Qayıblı. Yaza bilməyəndə. Ulduz, 1990, №12. 
54. Xaqani Qayıblı. Ömür. Ulduz, 1990, №12. 
55. Xaqani Qayıblı. Dustaq. Ulduz, 1990, №12. 
56. Xanoğlan Əlifoğlu. Şəkilli kitab. Ulduz, 1990, №11. 
57. İlqar Əlfi. Qorxu. Ulduz, 1987, №1. 
58. İmamverdi İsmayılov. Əzrayıl. Ulduz, 1989, №1. 
59. İmamverdi İsmayılov. Ocaq daşı. Ulduz, 1991, №4. 
60. İntiqam Mehdiyev. Akvarium da dənizdir. Ulduz, 1989, №4. 


 
 
284
61. İsa İsmayılzadə. Yurd yeri. Ulduz, 1989, №2. 
62. İsa İsmayılzadə. Bacım Gülsəfaya Bakıdan məktub. Ulduz, 
1991, №3. 
63. İsi Məlikzadə. Semiçka Cabbar. Ulduz, 1988, №5. 
64. İsi Məlikzadə. Toy mövsümü. Ulduz, 1988, №5. 
65. İsi Məlikzadə. Neçə ilin qonşuları. Ulduz, 1988, №5. 
66. İbrahim İbrahimzadə. Son yağış. Ulduz, 1992, №7-8. 
67. Qulu Xəlilov. İsfahan halvası. Ulduz, 1990, №1. 
68. Qulu Xəlilov. Yasaq olunmuş yerlər. Ulduz, 1990,  №1. 
69. Qurban Əlismayıllı. Yelqıran. Ulduz, 1990, №1. 
70. Kamil Məmmədov. Qan qoxusu. Ulduz, 1991, №3. 
71. Mahir Məmmədov. Bir gün. Ulduz, 1989, №5. 
72. Mahir Məmmədov. Su cürdəkləri. Ulduz, 1989, №5. 
73. Mahmud Vəli. Ölmüş Kəmərli torpaqlarına ağı. Ulduz, 
1991, №11-12. 
74. Məmməd. Oruc. Anan ölsün, Əlqəmə. Ulduz, 1990, №12. 
75. Mənzər Niyarlı. Qara örpək. Ulduz, 1990, №11. 
76. Məzahir Hüseynzadə. Bir katib var idi. Ulduz, 1990, №1. 
77. Məzahir Hüseynzadə. Qaldı. Ulduz, 1991, №5.  
78. Miraslan. Bəkirli. Hal. Ulduz, 1990, №3. 
79. Miraslan Bəkirli. Şeytan küpəsi. Ulduz, 1990, №3. 
80. Miraslan Bəkirli. Günah. Ulduz, 1990, №3. 
81. Musa Qocayev. Lotoreyama bəxt düşdü. Ulduz, 1990, №12. 
82. Muzəffər Şükür Məchul. Düşübdü. Ulduz, 1991, №3. 
83. Mətin Mirzəyev. Bir payız günü. Ulduz, 1991, №4. 
84. Mətin Mirzəyev. Quzunun ahı. Ulduz, 1991, №4. 
85. Nadir Hüseynzadə. Şəbinin Günabad sərgüzəşti. Ulduz, 
1990, №1. 
86. Natiq Rəsulzadə. Bəd xəbər. Ulduz, 1988, №2. 
87. Nəsib Boyəhmədov. İnam varsa. Ulduz, 1989, №6. 
 
88. Nurəddin Qənbər. Babamın son nağılı. Ulduz, 1988, №12. 
89. Rafiq İmanov. Bəyaz dünya. Ulduz, 1990, №2. 
90. Rafiq Tağıyev. Qocalığı görən. Ulduz, 1989, №2. 
91. Rafiq Tağızadə. Köhnə həyət. Ulduz, 1991, №7. 


 
 
285
92. Rafiq Tağızadə. Vahid Əsədovun ölümü. Ulduz, 1991, №7. 
93. Rafiq Səməndər. Əli kişinin dərdi. Ulduz, 1988, №6. 
94. Rahid. Ulusel. Arazboyu. Ulduz, 1989, №5. 
95. Rəhim Əhmədov. Təndir başında. Ulduz, 1988, №4. 
96. Rəhim Əliyev Bütövlənməyən borc. Ulduz, 1991, №7. 
97. Saday Budaqlı. Fevral. Ulduz, 1987, №4. 
98. Sadıq Elcanlı. Sükutun sonu. Ulduz, 1990, №4. 
99. Samir Tağızadə. Təqib. Ulduz, 1989, №9. 
100. Sara Nəzirova. Ümid ulduzu. Ulduz, 1990,  №12. 
101. Sevil İsaqqızı. Zaman həmin zamandı. Ulduz, 1991, №3.  
102. Seyran Səxavət. Qızıl teşt. Ulduz, 1987, №7. 
103. Səyyad Aran. Təmislik kağızı. Ulduz, 1991, №9-10. 
104. ZahidSarıtorpaq. Xəncər. Ulduz, 1989, №1. 
105. Şamil Bağırov. Görünməz qəza. Ulduz, 1987, №2. 
106. Şahmar. Qoyungöz. Ulduz, 1988, №8. 
107. Şahmar. Qəndi sinab. Ulduz, 1988, №8. 
108. Şamil Qarabulaq. Elçi. Ulduz, 1991, №11-12. 
109. Şamil Süleymanov. Qisas. Ulduz, 1988, №4. 
110. Tahir Hüseynov. Qəriblik. Ulduz, 1988, №12. 
111. Tahir Talıblı. Ölsün Ələsgərtək qulların... Ulduz, 1991, №7.  
112. Telman Nüsrətoğlu. Qantar. Ulduz, 1991, №6. 
113. Telman Nüsrətoğlu. Başdaşı. Ulduz, 1991, №6. 
114. Tofiq Hüseyn. Sarıqamış. Ulduz, 1988, №12. 
115. Tofiq. Qəhrəmanov. Qulbeçə. Ulduz, 1988, №9. 
116. Vaqif Nəsib. Bir atımlıq barıt. Ulduz, 1987, №10. 
117. Vaqif Nəsib. Yeddi leylək. Ulduz, 1988, №11. 
118. Vaqif Nəsib. Bir yaz xəzanı. Ulduz, 1988, №11. 
119. Vaqif Nəsib. Miriş, sağdiş, solduş. Ulduz, 1988, №11. 
120. Vaqif Sultanlı. Səhər dumanı. Ulduz, 1990, №4.  
121. Vaqif Cəfərli. Dəvə nifrəti. Ulduz, 1990, №4. 
122. Yasif Nəsirli. İki şüşə konyak. Ulduz, 1988, №6. 
123. Yavər. Yol kənarında. Ulduz, 1989, №9.  
124. Yaşar. Canavar. Ulduz, 1987, №1. 
125. Yusif Əhmədov. Ömürdən bir gün. Ulduz, 1989, №6.  


 
 
286
126. Yusif  Əhmədov. Qara yelkənli qırmızı gəmilər. Ulduz, 
1990, №3. 
127. Yusif Həsənbəy. Adi suyun şəfası. Ulduz, 1991, №9-10. 
128. Yusif Səmədoğlu. Bayatı Şiraz. Ulduz, 1987, №2. 
129. Zaməddin Ağbabalı. Səbrlə başlanan gün. Ulduz, 1990, 
№9. 
130. Zirəddin Qafarlı. Dünya bizi eşitmir. Ulduz, 1990, №12. 
 
 
 
 
 
 


 
 
287
MÜNDƏRİCAT 
Ön söz...........................................................................................3 
Dilimizi, ədəbiyyatımızı yaşadan kitab ........................................6 
Lüğətin quruluşu və tərtib üsulu...................................................9 
Azərbaycan əlifbası ......................................................................11 
Aa .................................................................................................12 
Bb .................................................................................................23 
Cc.................................................................................................. 38 
Çç..................................................................................................46 
Dd .................................................................................................59 
Ee..................................................................................................78 
Əə .................................................................................................81 
Ff ..................................................................................................88 
Gg .................................................................................................90 
Hh .................................................................................................99 
Xx .................................................................................................110 
İi....................................................................................................117 
Kk .................................................................................................126 
Qq .................................................................................................141 
Ll ..................................................................................................160 
Mm ...............................................................................................166 
Nn .................................................................................................179 
Oo .................................................................................................184 
Öö .................................................................................................188 
Pp..................................................................................................190 
Rr ..................................................................................................199 
Ss ..................................................................................................200 
Şş ..................................................................................................223 
Tt ..................................................................................................233 
Uu .................................................................................................249 
Üü .................................................................................................255 
Vv .................................................................................................257 
Yy .................................................................................................261 
Zz..................................................................................................272 
İstifadə olunmuş ədəbiyyat...........................................................276 
 
 
 


 
 
288
 
 
 
 
 
 
KÜBRA QULİYEVA 
 
BƏDİİ ƏDƏBİYYATDA 
DİALEKTİZMLƏR 
 
 
 
«Elm vÿ òÿùñèë» няшриййатынын  äèðåêòîðó: 
ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ 
 
Äèçàéí:  
 
Zahid Məmmədov 
Òåõíèêè ðåäàêòîð:   Ðþâøàíÿ Íèçàìèãûçû 
 
×àïà èìçàëàíìûø 06.02.2019 
Øÿðòè ÷àï âÿðÿãè 18. Ñèôàðèø ¹ 44 
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500 
 
Êèòàá «Elm vÿ òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà ìöÿññèñÿñèíäÿ 
ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð. 
E-mail: elm.ve.tehsil@mail.ru 
Òåë: 497-16-32; 050-311-41-89 
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4. 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin