Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə213/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
219 
ayrılır: 
 Modernistlər – ortodoks nəzəriyyəsinə əsaslanan və 
müasir təlimi qəbul edənlər; 
 Ənənəçilər – yerli dini liderlərin şərhçilərini və İslam 
internat məktəblərindəki (pesantren – internat məktəbləri) dini 
bilikləri öyrədən müəllimləri izləyənlər. 
İslam dini XII əsrdə İndoneziyada yayılmağa başlasa da hələ 
buddizm və induizm hakim dinlər kimi qalmaqda idi. Bu dinlər öz 
əhəmiyyətini XV əsrdə islam dinin təsiri ilə itirməyə başladı.İslam
qayda-qanunları İndoneziya dilində syariah adlanır. İndoneziyada
islam dini digər islam dövlətlərində olduğundan fərqlidir. İlk 
növbədə, burada islam modernist yönümlüdür. İndoneziyada
Məhəmməd peyğəmbər ilahiləşdirilmir. O, Allah tərəfindən 
seçilən Allahın kəlamı olan Quranı insanlara çatdıran və islam 
dinini yayan bir müqəddəs şəxs kimi qəbul edilir. Ölkənin yalnız
Açeh adlı hissəsində idarəçilik islam qayda-qanunlarına uyğun 
olaraq həyata keçirilir. Açehdə qumar, spirtli içki, ictimai yerlərdə 
islam dininə və əxlaq normalarına zidd hərəkətlər yoverilməzdir. 
Qadınların hicabdan istifadəsi məcburidir. Sumatranın Padanq 
şəhərində də hicabdan istifadə məcburi sayılır. 1985-ci ilin 
statistikasına əsasən əhalinin 143 milyonu (86.9%) islam dininə 
etiqad edirdi. 1992-ci ildə müsəlmanların sayı 190 milyon olaraq 
qeyd edilirdi. İndoneziyada bir neçə islam yönümlü partiyalar 
fəaliyyət göstərir. Onlar da ölkənin ictimai-siyasi həyatında mühüm 
rol oynayırlar. Bu ölkədə dini təşkilatlar da – Nahdatul Ulama və 
Muhammadiyah var. Bu təşkilatlar təxminən 30 milyon insanı öz 
ətrafında birləşdirir. 
Xristianlıq İndoneziyada yeni ərazilər ələ keçirməyə çalışan 
avropalıların təsiri altında yayılmağa başlamışdır. Avropalıların bu 
ölkənin təbii sərvətlərinə olan marağı onları İndoneziyaya gətirdi. 
İndoneziyada xristianlığın (katolik) yayılması ilk olaraq 
portuqalların adı ilə bağlıdır. . Hollandların müstəmləkəçiliyi 
dövründə xristianlıq daha geniş ərazidə yayılmışdır. İndoneziyada 
xristianlığın yayılmasında xristian missionerlərinin rolu böyük idi. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin