Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə221/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
227 
hissinə dəlalət edir. Ərəblər söhbət zamanı müəyyənlik və dəqiq 
cavablardan qaçırlar, konkret “Hə” və “Yox” cavablarını vermirlər. 
Ərəb milli psixologiyasının digər bir ziddiyyətli xüsusiyyəti 
isə onların heçnədən çox orijinal miflər yaratmaqdır. Sübutlarla 
deyilən sözlər, imzalanmış kağızlar ərəb üçün o qədər də 
əhəmiyyətli deyil, amma reallıqdan uzaq olan və özünün yaratmış 
bir ideyası ərəb üçün çox inandırıcıdır. Ümumiyyətlə, ərəb xalqın 
milli xarakterində ziddiyyətli xüsusiyyətlər çoxdur.
Ərəb müstəqilliyini çox sevir, bu onun yeganə sevincidir. 
Ərəblər heç bir hakimiyyəti sevmirlər. Onlar intiqama, qisas 
almağa meyillidirlər. Namus, şərəf ərəb üçün çox dəyərlidir. 
İstehza, təhqirə qarşı ərəblər çox həssasdırlar. Belə halları heç 
götürmürlər. Əgər avropalı biri tənqidə qulaq asıb bir nəticə 
çıxartmağa çalışacaqsa, ərəb dərhal sizdən inciyəcək. 
Ərəblər peşmançılıq hissindən uzaqdırlar. Keçmişdə baş 
verənlərə görə ərəb heç vaxt peşman olmur.
Evə kişi qonaq gələndə, qadın ona heç vaxt xidmət etmir. 
Çünki heç bir özünə hörmət edən ərəb, qadınının başqa kişiyə 
qulluq etməsinə icazə verə bilməz. Buna görə də qonaq gələn 
zaman, ər özü qonağa qulluq edir. Misirlilər çox dindar xalq olsalar 
da, Quranda haram buyurulan ərzaqları satışda görə bilərsiniz. 
Məsələn, spirtli içki, donuz əti, siqaret və s. Misirlilər çox inanclı 
millətdirlər. Onlar gözdəyməyə həddindən çox inanırlar. Burada hər 
yerdə müxtəlif gözmuncuqlarına rast gələ bilərsiniz. Bir misirli ilə 
söhbət əsnasında onu həddindən çox tərifləyib iltifat etməyin. 
Onlar nəzərdən qorxduqları üçün bunu heç sevməzlər. Uşaqlarını 
da nəzərdən aşırı dərəcədə qoruyurlar. Oğlan uşaqlarının 
qulaqlarıni deşirlər və üz gözünü hislə qaraldirlar ki, diqqət çəkib 
gözə gəlməsin. Gecəyə yaxın saç, dırnaq kəsmək olmaz. 
Ayaqqabılarını da heç vaxt xaçvari şəkildə üst üstə qoymurlar. 
Bunların pis əlamət olduğuna inanırlar. 
Əgər qadın təhsil almaq istəyirsə, bu, qadağan deyil. Bir çox 
qızlar hətta xaricə təhsil almağa gedir. Məsələn, İordaniyada 
qadınların yalnız 14 faizi savadsızdır. BƏƏ-də orta məktəbi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin