ETNOPSİXOLOGİYA 235
həm də kişi üçün fistulaedici fuksiyanı da yerinə yetirir.
Evlənməyə, ailə qurmağa belə bir münasibət həm də cəmiyyətin
sosial –psixoloji durumunun avtomatik olaraq tənzimlənməsinə
xidmət göstərən psixologiyadır.
C.Qilderın yazdığına görə subaylar evli adamlarla
müqayisədə ruhi xəstəliklərə 22 dəfə çox, yuxusuzluqdan isə 3 dəfə
çox əziyyət çəkirlər. Subaylar əhalinin 14 % -dən çoxunu təşkil
etdikdə törədilmiş ağır cinayətlərin 90 % onların payına düşür.
İudaizmin mahiyyətində dayanan dörd əsas şərtdən biri ailə
məslələri ilə bağlıdır. Bunlar aşağıdakılardır :
İşlərində haqqı , ədaləti gözləmisənmi ?
Tövratı öyrənməyə vaxt ayırmısanmı ?
Həyata uşaq gətirmisənmi ?
Dünyanın xilası üçün çalışmısanmı ?
Yəhudilikdə ailə qurmaq, uşaq böyütmək insan üzərində
Tanrı borcudur. Uşaqların sayı ilə bağlı xüsusi bir şərt olmasa da,
ailənin maddi durumunun çətin olduğu vaxtda uşaq dünyaya
gətirilməsi tövsiyyə olunmur.
Yəhudilərin kişi ilə qadın arasında olan ər -arvad
münasibətlərini rəsmiləşdirilməsinnin ən azı 1500 il tarixi var.
İudaizmdə nigaha xüsusi olaraq diqqətin yetirilməsi, ilk növbədə
yəhudilər üçün ailə həyatının müqəddəsliyi ilə bağlıdır. Xristian
Avropasında vətəndaş nigahı əsasında ailələrin qurulmasına
üstünlük verilməsinə baxmayaraq, müdrik Şərq dünyası, onun
islam və iudaizm mənəviyyatlı insanları ailə və nigahı yalnız iki
sevən gəncin şəxsi məsələsi hesb etmir. Bu məsələdə yaşlı nəslin
iştirak etməsi, yalnız və yalnız təməli qoyulacaq ailənin xoşbəxt və
uzunömürlü olmasını təmin etmək məqsədi güdülür.
İvrit dilində nigah “ ktuba “ adlanır. “Ktuba”da ailə
həyatının bütün tərəfləri, toy mərasimindən tutmuş, intim həyatın
ümumi prinsiplərinə qədər hər sahəyə dair məlumat verilir.
Evlənmək qərarına gələn şəxslər, öz istəklərini toya bir qalmış
bildirməlidirlər. Çoxəsrlik ənənəyə ğörə toy böyük xupanın altında
keçirilir. Gəlin yeddi dəfə bəyin başina dolandıqdan sonra, bu