Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə232/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
238 
formalaşmasında , milli xarakterin möhkəmlənməsində müstəsina 
əhəmiyyət kəsb edir. Hər bir xalqa məxsus olan etnik-psixoloji 
xüsusiyyətlər məhz bayramlar, adət -ənənələr vasitəsilə nəsildən –
nəsilə ötürülərək yaşadılır və qorunub saxlanılır. 
Bayram sözü –ivrit dilində “xaq“ mənasını ifadə 
edir.Yəhudiliyin əsas kitabı olan Tövratda xaq adı ilə yalnız 
Pesaxın , Şavoutun və Xanukanın adı çəkilir.Hər üç bayram öz 
məzmununa görə , bit tərəfdən yəhudilərin tarixini , dinini digər 
tərəfdən isə onların təbiətə ,əməyə münasibətini ifadə edən 
bayramlardır.Xalqın öz tarixində baş verən hadisələrdən nəyi 
əbədiləşdirməsi , yadda saxlaması və gələcək nəslə ötürməsi həmin 
xalqın psixologiyasından xəbər verir.Belə demək olar ki . hər bir 
xalqın öz bayramlarını yaşatması və qeyd etməsi , eləcədə onların 
gələcək nəslə ötürülməsi həmin xalqın özünüdərki üçün ən yaxşı 
vasitədir. Gənc nəsil üçün isə bu həm də etnik identifikasiya və 
inkulturasiya prosesidir.İmperialist təmayüllü dövlətlərin bəzi 
ölkələrə və xalqlara qarşı apardığı etnosid siyasət əksər hallarda 
milli və dini bayramların gerilik, cəhalət halları kimi təqdim 
olunması ilə müşayət olunur.Bayramlar sosial mahiyyət kəsb edən 
psixoloji hadisədir. Belə ki qrup psixologiyası üçün səciyyəvi olan 
sosial-psixoloji hadisələr bayramlarda özünü göstərir.Yəhudi 
bayramlarında ailənin bütün üzvləri yaşlılardan tutmuş uşaqlara 
qədər hamı yaxından iştirak edirlər.Bayram ərəfəsində hər bir kəsin 
təmiz və yaraşıqlı paltarlar geyinməsi , uşaqlara pul və başqa 
hədiyyələrin verilməsi , qonaq qəbulu və qonaq getmək, xüsusi 
olaraq bayram süfrələrinin bəzədilməsi əslində qan yaddaşının 
möhkəmləndirilməsinə və tarixin nəsildən-nəsilə ötürülməinə 
xidmət edən vasitədir. 
Şabbat- sözü “ hər cür fiziki fəaliyyətin dayandırılması “ 
mənasını ifadə edir. İş həftəsinin sonunda hər bir yəhudidən icra 
olunması tələb olunan dini ritualdır.Şabbatı yəhudilər özlərinin 
həftəlik bayramı hesab edir və onu il ərzində 53 ( 54 ) dəfə qeyd 
edirlər. Yəhudi təqvimi ilə sutka günəş batdıüdan sonra başlayır. 
Ona görə də Şabbata cümə günü günortadan sonra hazırlıq görülür 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin