ETNOPSİXOLOGİYA 232
məlumatlar verilir.Qurani kərimdə və öz dini kitabları olan
Tövratda onların inadkar olduqları yazılmışdır.
Yəhudilər diğər millətlər tərəfindən təqiblərə məzuz
qalmışdırlar.Bu antisemitizim yüz illər boyu davam etmiş və ikinci
dünya muharibəsindən sonra daha da artmışdır.Hal-hazırda
yəhudilərlə bağlı yayılmış acgöz, xəsis ,tez-tez pul sayan, pulgir,
almaz yığankimi yayılmış bir çox stereotipler ayrı-ayrı
karikaturalarda,cizgi filmlərində,elanlarda təsvir olunmuşdur.
1747-ci ildə Amerikalılar tərəfindən anket hazırlanmışdır.Bu
anketə görə əhalinin 12%-i yəhudilərin digər iş adamları qədər
dürüst olmadığını demişdilər.Onların həmçinin suala-sualla cavab
vermələri də özünəməxsus xüsusiyyətləri kimi göstərilmişdi.
Holokost yəhudi psixologiyasında dərin iz qoyan etnopsixoloji
hadisədir. XX əsrdə xristian Avropasının həyata keçirdiyi qırğın
statistik formada 6 milyon yəhudinin həyatına son qoymuşdur. Bu
hadisə dünya tarixində yeganə haldır ki, dövlət yaşından, cinsindən,
peşəsindən, fiziki və psixi durumundan, yaşadığı ərazidən,
etiqadından asılı olmayaraq bir xalqı məhv etməkdən ötrü
çalışmlşdır. Yeganə hadisədir ki, yəhudi genosidi heç bir siyasi və
ərazi məqsədi güdülmədən gerçəkləşdirilmişdir. Xolokostun
miqyasının rəqəmlə ifadə olunması əslində bu faciənin dərəcəsinin
sırf riyazi ifadəsidir. Antisemitizmin sosial-siyasi və dərin psixoloji
səbəbləri var. Bu səbəbləri təhlil etsək onları iki qrupda birləşdirə
bilərik. Birincisi, şüurla bağlı olan yəni , dərk olunan, ikincisi isə
dərk olunmayan , şüuraltı qatla bağlı olan səbəblər.
Antisemitizm adlı psixi xəstəliyə tutulmuş insanlar və insan
qrupları üçün səciyyəvi cəhət odur ki, onlar zəif olduqları üçün
sağlam rəqabətdən , qorxur , çəkinir və ehtiyat edirlər. Bu xəstəliyə
həm də antintellektualizm adı da vermək olar. Çünki , əksər
hallarda ağıllı adamlar müvafiq keyfiyyətlərdən məhrum olmuş
adamları qıcıqlandırırlar. Əgər hər hansı bir sahədə yəhudi
millətinə mənsub olan adam ağlı, çevik təfəkkürü , praktik
dərrakəsi , inadcıllğı , səbri , zəhmətkeşliyi və mehribanlığı ilə
səndən üstün mövqe qazana bilirsə və sən uğursuzluğunun səbəbini