ETNOPSİXOLOGİYA 233
özündə deyil , yəhudi qonşunun , rəqibinin guya ki , əlahiddə
hiyləgərliyində , yaxud hansısa ümümdünya qəsdinin iştirakçısı
olmasında, sionizmdə axtarırsansa, deməli antisemitizm bundan
qaynaqlanır,qidalanır və tədricən daha da güclənir.
Antisemitizm yəhudilər və iudaizm durduqca yaşayacaqdır.
Antisemitizmin qalmasında və yaşamasında yəhudilərin özləri
bəlkədə maraqlıdır. Əks təqdirdə bu yalnız tarixin səhifələrində acı
xatirə və tarixi hadisə kimi həkk olub qalardı. Antisemitizmin
yəhudilər üçün pozitiv funksiyası onunla bağlıdır ki, yəhudilər
daima bu gerçək və uydurulmuş qorxu ideyası ətrafında birləşir,
özlərini birləşdirməyə nail olurlar.
Antisemitizm konyuktiv hisslərin yaranmasına və tədricən
daha da təşəkkül tapmasına rəvac veriri. Etnopsixologiya
mütəxəssisləri konyuktiv hiss dedikdə bir etnos daxilində insanların
daima birləşməsini, yaxınlaşmasını təmin edən birləşdirici hisslər
başa düşülür. Dizyunktiv hisslər isə psixoloji virus kimi
parçalanmaya, ayrılmaya səbəb olan və milli özünüdərk və milli
birlik hissini zəiflədən, yerliçilik və qrupbazlıq kimi xırda
hisslərdir. Antisemitist idealogiyanın varlığı müasir yəhudiləri
daima öz üzərində çalışmağa, daha da savadlı olmağa , yeni elmi
kəşflər etməyə özünü başqalarında fərqli hiss etməyə
istiqamətləndirir.
Yəhudilik ata xətti ilə deyil, ana xətti ilə müəyyən olunur.
Ananın yəhudi olması yetərlidir ki, dünyaya gələcək körpə yəhudi
hesab olunsun və sünnət edilsin.Uşaqlar yəhudi ailəsinin affektiv
mərkəzi hasab olunur.Formasından asılı olaraq, dünyəvi yəhudi
ailəsində uşaqların sayı az olur. Amma ortodoksal yəhudi
ailələrində uşaqların sayı 4-5 nəfərə çatır. Yəhudi psixologiyasında
uşağı sünnət etdirmək , ona Tövratın irəli sürdüyü Toranı öyrətmək
, hər hansı peşə və ya sənət vermək, evləndirmək valideynin
müqəddəs borcu hesab olunur. Müsəlman aləmindən fərqli olaraq
yəhudilər oğlan uşaqlarını səkkiz günlüyündə sünnət edirlər. Bu
ritual yəhudiliyin əsas şərtlərindən hesab olunduğu üçün, onu qəbul
edən şəxslər sünnət edildikdən sonra yəhudi sayıla bilər.