Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə218/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   214   215   216   217   218   219   220   221   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
224 
Ərəblərlə tanışlıq prosesində bir sıra rituallara əməl etmək lazımdır. 
Öz yaşından və statusundan asılı olmayaraq kişi birinci özünü 
digərlərinə təqdim etməlidir. Yaşda kiçik olanlar böyüklərə özlərini 
təqdim etməlidirlər. Əgər insanlar eyni status və vəziyyətdədirlərsə, 
bu zaman evlənməmiş kişi evli kişiyə özünü təqdim edir, subay 
qadın isə ərli qadına özünü təqdim edir. Mütləq sağ əllə görüşmək 
lazımdır, çünki qədimdə kişilər xəncəri sağ əldə tuturdular və öz 
xoş niyyətlərini göstərirdilər. Görüş zamanı ərəblər bir-birinin 
üzünə toxunaraq, əllərini çiyinlərinə qoyurdular.
Ərəb etiketi və zaman. Ərəblər avropalılardan fərqli olaraq 
zamana çox təmkinlə yanaşırlar, görüşə həmişə gecikirlər, 
ləngiyirlər və bunu normal sayırlar. Ərəblər üçün ünsiyyət çox 
vacibdir, məsələn, mağazada ərəb üçün alverin nəticəsindən də 
daha vacib və xoş olan alıcı ilə söhbət etməkdir. Ərəblər həmişə 
otağa, evə, ofisə qonaqdan əvvəl daxil olurlar. Bunun da qədim 
açıqlaması var. Qədimdə bədəvi öz çadırına qonağı dəvət edərkən 
birinci daxil olurdu ki, qonaqda təhlükəsizlik hissini nümayiş 
etdirsin. Ərəblərin çox danışmaları bəzən avropalıları bezdirir. 
Onların boş söhbətlərini anlaya bilmirlər, ərəblər ailə, ev, uşaq, 
sağlamlıq, hava hər bir şey haqqında və hər yerdə söhbət edə 
bilərlər. Ərəb ölkələrində sol əlin çirkli olması fikri var, ona görə 
pul, hədiyyə, vizitka sağ əllə vermək lazımdır, hətta plovu da sağ 
əllə yemək lazımdır. Son zamanlar bir çox ərəb ölkələri qərb 
mədəniyyətin təsirinə məruz qalıblar, cavanlar arasında xüsusilə 
avropalaşma gedir.
Ərəblər çox diqqətçil insanlardır. Müasir ərəblər səhranı çox 
sevirlər və istirahət günlərində ora şahin ovlamağa üz tuturlar və ya 
cip ralli yarışları təşkil edirlər. Ərəblər dəvə yürüşlərini seyr etməyi 
xoşlayırlar. Onlar poeziyanı çox sevirlər. 
Ərəblərlə ünsiyyət zamanı ayağı ayaq üstə aşırmaq olmaz. Bu 
hörmətsizlik kimi qavranıla bilər. Uyğun və rahat poza seçilməlidir. 
Ayaqlarınızı aşırtsaz onlar yerə baxmalıdırlar, amma bu, qəbul 
edilməzdir. Ərəblər sizin üzünüzə güləcəklər amma siz gedəndən 
sonra bu hərəkətinizi müzakirə edəcəklər. Ərəblərin mimika və 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin