Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə217/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
223 
Qız bəyənmədə əvvəlcə qızın ailəsinin nəsli, nəcabəti 
öyrənilir. Qızın hansı qəbiləyə mənsub olması, atasının nəsildə 
tutduğu mövqe, hörməti oğlan evində əsas meyar kimi 
dəyərləndirilir. Oğlanın atası və anası qızın özü, valideynləri, eləcə 
də yaxın qohum-qardaşı barədə ətraflı məlumat toplayırlar. Bu 
proses uğurlu başa çatarsa, yəni qızın özü və ailəsi arzulanan 
"meyarlara" uyğun gələrsə, oğlan evindən olan xanımlar qızın 
anasına və ya nənəsinə niyyətləri barədə xəbər göndərirlər. 
Suriyalılar adət və ənənələrə çox sadiqdirlər və bu özünü 
qəhvənin hazırlanmasından tutmuş toy adətlərinə qədər hər bir 
şeydə göstərir. Toy adətləri bütün ərəb ölkələrində oxşardır. Toy 
ayrıca bəy və gəlinin evində keçirilir. Çox təmtaraqlı, qonaqlı-
qaralı olur. Toy günü güllər və balaca suvenirlər hədiyyə olaraq 
gətirirlər. Əsas hədiyyələr isə toydan sonra 5-ci gün verilir. 
Nigaha çox ciddi yanaşırlar, cəmiyyət uğursuz ailələrin 
yaranmaması üçün kompleks addımlar fikirləşib: 1) evlənmək 
istəyi fikri bütün qohumlar tərəfindən müzakirə edilməlidir, 2) 
qızın da fikri nəzərə alınmalıdır, 3) oğlan evlənmək fikrini maddi 
tərəfdən də təsdiqləməlidir. Ev, qızıl almağa pulu olmalıdır, ailəni 
saxlamaq üçün iş sahibi olmalıdır. Çox vaxt oğlanlar 25-30 yaşdan 
sonra evlənmək haqqında düşünürlər, qızları isə erkən ərə verirlər. 
Cavanlar dərk edirlər ki, nigah onların xarakterlərinin yoxlanılması 
deyil, gələcək həyatlarını müəyyənləşdirən hadisədir. Boşanma 
nadir hallarda baş verir. Rəsmi boşanma sadə bir prosesdir, ər 3 
dəfə “talak” deyəndən sonra arvad ənənəyə uyğun olaraq həmin 
gün evi tərk etməlidir. Qanuna görə o, əynində nə varsa onunla 
çıxmalıdır. Buna görə ərəb qadınları bütün qızıllarını həmişə 
taxırlar.
Yas mərasimləri də oxşardır. Cənazəni çox saxlamaq olmaz, 
həmin gün və ya səhər basdırırlar. Ailədə çox təmkinlə mərasimi 
keçirirlər, çox ağlamaq, qışqırmaq olmaz. Başsağlığını üç gün 
ərzində saat altıdan səkkizə qədər qəbul edirlər. 
İslam rəsmi din hesab olunur və hər bir müsəlmanın həyatı, 
hərəkəti, davranışı, fikirləri şəriət qanunları ilə tənzimlənir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin