ETNOPSİXOLOGİYA 220
Lakin xristianlıq bu ölkədə geniş miqyasda kök sala bilmədi.
Şimali Sumatrada Batak etnosu xristinalığa sitayiş edir. Onların
çoxu protestantdır. Qərbi, Mərkəzi və Şərqi Kalimantan ərazisində
isə Dayak etnosunun böyük bir hissəsi xristianlığa etiqad edir.
İndoneziyada dünyəvi dinlərlə yanaşı yerli dinlərə də az da olsa
inam qalmaqdadır. Bunu insanların gündəlik həyat-tərzində görmək
mümkündür. Kəndlərdə, xüsusilə təcrid edilmiş ərazilərdə bu
inancların elementləri ilə qarşılaşmaq olar. İndoneziyada qədim
zamanlardan bəri müxtəlif səma cisimlərinə, ruhlara və əcdadlara
inananlar var.
5.1.7. Ərəblərin etnopsixoloji xüsusiyyətləri Ərəb ölkələrində şəriət qanunların bir çox sahələrə təsirini
nəzərə alaraq, xüsusi olaraq qeyd etmək olar ki, uşaqların
tərbiyəsində də islam dinin rolu böyükdür. Ərəb ölkələrində
müsəlman ailələrin xüsusiyyətindən biri çoxuşaqlıqdır. Ailədə
uşağın anadan olması böyük bir bayrama və xoşbəxt bir hadisəyə
çevrilir. Uşaqların doğulması bir sıra rituallarla müşayət olunur.
Uşağın saq qulağına əzan oxunulur, uşaqlara xoş adlar qoymaq
lazımdır ki, onun taleyi də gözəl olsun. Oğlan uşaqlarını sünnət
etmək də lazımi adətlərdən biridir.
Uşaqların tərbiyəsilə təbii ki analar daha çox məşğul olur.
Lakin həm ana, həm də ata uşaqlar üçün şəxsi nümunə olmalıdırlar.
İlk tərbiyəni ana verir çünki o daha çox vaxtı evdə keçirir və ona
qulluq edir. Ana uşağın sağlamlığına, qidalanmasına fikir
verməlidirlər. Valideynlər uşaqların dostların seçiminə də diqqətlə
yanaşmalıdırlar və dostların pis təsirindən qorumalıdırlar. Uşaqları
çox erkən yaşdan təmizkarlığa öyrədirlər. Təbii ki, erkən yaşdan da
şəriət qanunları izah edilir. Valideynlər uşaqlar arasında
ayrıseçkilik qoymamalıdırlar.
Bir çox ərəb ölkələrində martın 21 analar günü qeyd olunur.
1956-cı ildə Misirdə Mustafa Amin adlı bir jurnalistin təşəbbüsu ilə
analar gününü qeyd etməyi təklif etmişdir. Sonra digər ərəb ölkələri
də bu ənənəyə qoşuldular. Mustafa Aminin həbsindən sonra bu