Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə219/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
225 
jestləri məhduddur, kasaddır, əllə çox danışmayın, onların jestləri 
çox incə və zərifdir, gözəyatımlıdır.
Ərəblərin özgələrinə münasibətləri sevgi və nifrət hissləri 
əsasında formalaşan münasibətlərdir. Ərəblər üçün ABŞ və Böyük 
Britaniya iki nəhəng imperiyadır. Müasir ərəb dünyasının 
formalaşmasına təsir edən ölkələrdir. Qərbin təsirini bəziləri çox 
dəstəkləyir, televiziya, səyahət vasitəsilə qərb yaşam tərzi ilə tanış 
olurlar və qəbul edirlər. Digərlərini bu proses qorxudur, çünki milli 
identikliyin itirilməsi təhlükəsi var. 
Ərəb evi iki hissəyə ayrılır: kişi və qadın hissəsi. Faktiki 
olaraq isə bu belə deyil, əslində ev şəxsi və ictimai hissələrə ayrılır. 
Şəxsi zona ev yiyəsi öz ailəsi ilə oturur, ictimai zonada isə 
qonaqları qəbul edirlər, buna məclis deyilir. Statusdan asılı olaraq 
bu məclislərin quruluşu da dəyişir. Qadın məclisləri 1001 gecə 
nağıllarını xatırladır.
Ərəblərin milli xarakteri. Ərəblərin milli xarakteri bir sıra 
amillərin təsiri altında formalaşmışdır. Bura təbii ki, islam dini, 
təbiəti, ərəb dili və s. aid etmək olar. Şərqdə ərəblər adı altında 
birləşən etnik qrupların nümayəndələrində oxşar milli xüsusiyyətlər 
mövcuddur.
Bunlardan biri əməksevərlikdir. Yalnız ərəblərdə özünü 
göstərən əməksevərlik qərb dünyasındakı əməksevərlik anlayışın-
dan çox fərqlidir. Ərəblər çox ağır şəraitdə, müxtəlif havada 
işləməyə məcbur idilər. Buna görə də onlar heç vaxt işdən zövq 
almırdılar. Ərəblərin şüurunda əməksevərlik xüsusi məna daşıyır və 
ciddi intizamlılıq, təfərrüatlara diqqət, məsuliyyət kimi keyfiy-
yətlərlə heç də uzlaşmır.
Lakin ağır həyat şəraiti, iqlimin xüsusiyyətləri ərəblərdə 
səbrlilik, təmkinlilik, müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmaq 
kimi keyfiyyətləri formalaşdırır. Ərəblər şən, pozitiv, nikbin, həyatı 
sevən, gümrah, ünsiyyətçil, qonaqpərvər insanlardır. Gözəl yumor 
hissinə malikdirlər. 
Ərəb dilinə məxsus leksik və sintaktik təkrarlar, metaforalar, 
nitqin ritmik və intonasiya xüsusiyyətləri ərəblərin ətrafda olanların 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin