Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə331/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
337 
iqtisadiyyatı təsir edir.
Əlcəzairlilər xeyirxahdırlar, ürəyiaçıqdırlar, qonaqpərvər-
dirlər, qayğıkeşlik onların qanındadır. Digər ərəb xalqları kimi 
başqasının ağrısını üzərlərinə götürürlər, tanış adama kömək etmək 
istəyirlər. Ehtiyacı olana sonuncu tikəsini verməyə hazırdırlar. 
Ünsiyyətcildirlər və başqaları üçün açıq davranış nümayiş 
etdirirlər. Dostcanlıdırlar, hər hansı insanla “ümumi dil” tapır və 
tez dost qazanırlar. Dostluq Əlcəzairdə çox yüksək qiymətləndirilir.
Əlcəzair ərəbləri zirəkdirlər, həyatsevərdirlər digər ərəblər 
kimi pul qazanmaq bacarığına malikdirlər. Əlcəzairli əla tacirdir və 
ticari işlərdə çox bacarıqlıdırlar. Əlcəzairlilərin sahibkarlıqla və 
ticarətdə bacarıqları onlara imkan verir ki, ölkəni inkişaf etdirsinlər. 
İsti və günəşli, tropik iqlim melanxolikliyə və qəmginliyə şərait 
yaratmır. Əlcəzairlilər müsəlman – sünnidirlər. Ramazan onlarda 
ən böyük bayramdır. Ali təhsil almaq şərəfli işdir, sosial cəhətdən 
təmin olunmuş ailələr öz uşaqlarını Avropaya, Amerikaya, 
Rusiyaya oxumağa göndərir. 
Afrikanın ərəb ölkələri – Misir, Sudan, Liviya, Tunis, 
Əlcəzair, Mərakeş, Qərbi Saxaradır.
Misir ərəbləri də digər ərəblər kimi həyatsevərdirlər
sülhpərvərdirlər. Onlar çox yüksək səviyyədə siyasi karikaturalar 
tərtib etməyi bacarırlar. Siyasi yumor cəmiyyətdə yüksək nüfuzla 
qarşılanır.
Misirlilər digər ərəblər kimi coşğun xalq olub, davra-
nışlarında reaktiv, impulsivdirlər, hiss və emosiyalarını aydın ifadə 
edirlər. Ərəblərdə jestlərlə davranış danışığın aktiv köməkçisidir. 
Eyni jest avropalı və ərəb tərəfindən müxtəlif cür qarşılanır.
Ərəblər şəxsi şərəf hissini çox üstün tuturlar, Şərəfə and 
içmək ərəbin ən güclü vədidir. Şəxsi ləyaqət və şərəfinin qayğısına 
qalan ərəb cəmiyyətdə və kollektivdə müəyyən standartları yaradıb. 
İşi yerinə yetirən ərəb üçün ictimai rəy nəticədən çox üstündür. 
Sahibkarlıq, şəxsi mülkiyyətə hörmət ərəblərin stereotip 
davranışlarına daxildir. Ticarət müharibənin ən qızğın vaxtında 
belə ərəb üçün xobbidir. Ərəblər təmizkardırlar, qadınlar xüsusi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin