ETNOPSİXOLOGİYA 334
yalnız fiziki deyil, həm də xarakterini də möhkəmlətmişdir. Onlar
ağıllı, bacarıqlı, hiyləgər olurlar. Öz eqoizmini təmin etmək üçün
aldatmaqdan, oğurluq etməkdən və öldürməkdən çəkinmirlər.
Arıq və zəif inkişaf etmiş əzələlərinə baxmayaraq tubu öz
gücünə, dözümlülüyü və hərəkətliliyinə görə digərlərindən
fərqlənir. Üz cizgiləri aydındır, hətta qəşəngdirlər. Aclığın hakim
olduğu səhrada tubu birlik hissini, başqalarına və qohumlarına
qayğılıq hissini itirmişdir. Hər kəs özü üçün yaşayır, ictimai işdə və
ictimai əyləncələrdə iştirak etmirlər. Onlar ancaq qorxu və hücum
qarşısında birləşir, lakin təhlükə sovuşduqdan sonra bu ittifaq
dağılır. Tubu heç kimə inanmadığı üçün silahlı gəzir. Onlar yaltaq,
hiyləgər, vicdan əzabı çəkməyən minnətdarlıq hissi olmayan
insanlardır. Qadınları daha çox müstəqildirlər, xaraktercə
qətiyyətli, seçim azadlığına malikdirlər.
Maba (Çad Respublikası) kasıb, kobud, lakin əla idarə edilən
tayfalardır. Maba (Vadailər) dalaşqanlığa, qəddarlığa meyillidirlər.
Pivədən (alkoqollu içkilərdən) cuşa gələn vadailər sevgi
münaqişələrinə sürüklənərək hər gün ölüm hadisəsi törədirlər. Bu
isə ticarətin kəsilməsinə səbəb olur. Vadaidə kimsə borcu ödəməsə,
kimsə – kimisə aldatsa, cəza olaraq ölüm hökmü verilir. Çünki
digər cəzalar onları qorxutmur.
Musqular (Kamerun, Çad) mədəniyyətə meyillidirlər, siyasi
cəhətdən güclüdürlər, əkinçilikdlə məşğul olurlar. Onlar əkin
sahələrini çəpərləyib, kölgə verən ağaclar əkib, torpaqları
gübrələyiblər, kəndin ortasında qazılmış bulaqlar var. Batta, margi,
baya, tikar, falli tayfaları musqulara oxşayırlar.
Sarlar (Çad – bagirmi qrupuna aiddir) qonaqpərvər,
əməksevər və fəaldırlar. Musiqini, rəqsi, əylənməyi, dostluğu və
dalaşmağı xoşlayırlar. Sarlar sənətkarlığa meyillidirlər, onlarda
şifahi xalq yaradıcılığı inkişaf edib. Bu xalq çoxlu miflərin
daşıyıcısıdır və bu miflər nəsildən-nəsilə ötürülür.
Fanlar (Komerun, Gabon, Ekvatorial Gvineya) gözəl xarici
görkəmə malikdirlər və müxtəlif incəsənət növlərinə qabildirlər.
İnsan əti yemək onlar arasında az rast gəlinir, əgər varsa o gizli