Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə326/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   322   323   324   325   326   327   328   329   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
332 
yaxşı davranış, şəxsi ləyaqət, milli heysiyyati hissi digərlərindən 
fərqləndirir. Onlar həddən artıq enerjili, ciddi, təmkinli zəncidən 
fərqlənirlər. Fulbe ilə iş görmək asandır, çünki, onlar müraciətdə 
məlahətlidirlər, başadüşəndirlər. Öz hisslərini qorumaqda və 
səbrlilikdə avropalıdan fərqlənmirlər. Bununla yanaşı fulbe ədavəti, 
kini çox güclü hiss edir və onu yumşalda bilir. Zəncidən fərqli olaraq 
bu əlamətlər onlarda dini fanatizmin inkişafına səbəb olur. Ərəb və 
bərbərlərin əksinə olaraq onlar çox namuslu və təmizdirlər. Çətin 
həyat onları çox dözümlü, güclü və cəsarətli edib. Bütün köçərilər 
kimi, onlar da köhnə ənənələrə sadiqdirlər.
Seneqallar, sererlər, tukuler, mandinqo, bambara, pomorlar, 
bijaroslar, solimaslar, tempelər, krular, uasillar, aşantilər (çanada), 
eve (Toro), beninin zənciləri biri digərindən xarakteri ilə seçilirlər.
Məsələn, Nigeriyanın cənub-qərbində yaşayan yorublar 
xeyirxah, verdikləri sözə sadiq, sadəlövh və saf, əməksevər, 
birləşməyə, biliyə, yeniliyə meyilli, qonaqpərvər, xaraktercə şən və 
ünsiyyətlidirlər. Dilləri zənginliyi ilə digər zəncilərdən fərqlənir. 
Seneqallar əməksevər və dostcanlıdır, melanxolikdirlər. Sererlər 
yaxşı əkinçidirlər və qohumluq ana xətti ilə hesablanır. Əksəriyyəti 
islam dininə sitayiş etsə də, yuxarı təbəqə katolikdir.
Tukulerlər müsəlman fanatizmi ilə fərqlənir, ağıllı və 
enerjilidirlər. Bambara tayfası dinc, qonaqpərvər, ürəyiaçıq, 
zarafatcıl, canlı mimikaya malik və ünsiyyətlidirlər. Bijaqoslar 
cəsur və qorxmazdırlar, hər hansı fiziki ağrının öhdəsindən 
gəlməyə adət ediblər. Biafadalar (Qviniya Bixen) dinc və sülhsevər 
xalqdırlar. Solimaslar – susu Qərbi Afrikanın ən sivil xalqlarından 
biridir, hörmət kodeksinə hamı tərəfindən ciddi əməl edilir. 
Tempelər (Syerra-Leone) zəhmətsevər əkinçidirlər, güclüdürlər, 
bacarıqlıdırlar. Seyera-Leonenin zəncilərinin əksəriyyəti qorxaqdır-
lar. Liberiyada yaşayan krular əməksevər, xeyirxah, məğrur, cəsur 
və intelligentdirlər, idmançı bədən quruluşuna malikdirlər, 
azadlıqsevəndirlər. Əla dənizçidirlər, əməksevərdirlər, çoxarvad-
lılığa meyillidirlər. Qohumluq əlaqələri güclüdür. Hər bir kru 
vətənində özünə çox rahat hiss edir.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin