Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə323/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   319   320   321   322   323   324   325   326   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
329 
sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə 
sadə, amma bir o qədər mənalı çiçəklər gəlir. Sevginizi şokolad və 
ya göndərəcəyiniz bir kart ilə də izah etməyiniz mümkündür. Bu 
xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və 
sevginizin qarşılığının olduğunu bilmək hər halda çox əhəmiy-
yətlidir. 
5.3. Afrika ölkələri 
Dənizin ağ qartalı aparır məni
Yad fransız “bu günündən” 
Doğma Afrika sonsuzluğuna.
L.S.Senfor 
Hal-hazırda Afrikada 500-dən 8500-ə qədər etnik qrup və 
2000 dil vardır. Bu dillər 29 dil ailəsinə bölünürlər.
Mədəni-etnoqrafik və etnopsixoloji xüsusiyyətlərinə görə 
Afrika 2 əyalətdən: Şimali Afrika (Misir, Liviya, Tunis, Əlcəzair, 
Mərakeş, Qərbi Saxara, Mavritaniya, Sudan Respublikas, Mali və 
Nigeriya) ərəb və bərbərlərdən; Tropik Afrika əyalətləri isə 
zəncioid irqindən ibarətdir. Əhalisinin 30%-i müsəlman sünni və 
25%-i xristianlar Qərbi Afrika, Qərbi Sudan, Ekvatorial, Cənibi 
Afrika, Şərqi Afrika, Madaqaskar adalarında məskunlaşmışdır.
Afrikalılar qloballaşmanın təsirinə məruz qalsalar da, məkana 
identifikasiyalarını qoruyub saxlayırlar. Afrikalının zaman və 
məkan qavrayışı Avropalıdan çox fərqlənir. Afrikalı üçün zaman-
indi, məkan isə buradır. Qavrayış proseslərinin etnik mədəniyyəti 
zamana rasional həyat rəngləri verir, saatı lazımsız ağır yük və 
zamanı dəyişməyən öz kölgəsi bilir.
Afrikada mövcud olan etnik qruplar ailə və nizamsız 
birləşmiş insan qruplarından ibarətdir. Bu ailələr içərisində ən 
böyüyü Bantu xalqının ailəsidir. Bantu xalqı dil yaxınlığı, 
mədəniyyət eyniliyi və özünüdərkə görə fərqlənir. Bantu xalqları 
Tropik və Mərkəzi Afrikada – Gana, Benin, Gabon, Togo, Keniya, 
Uganda, Kamevun, Zair, Kongo, Seneqal və başqa yerlərdə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin