ETNOPSİXOLOGİYA 327
Küçədə rəqs edərək böyük dairələr təşkil edən bolqarları
görmək mümkündür. Bu əsrlik ənənə Bolqarıstanda və bir çox
Balkan dövlətlərində qorunub saxlanılmışdır və hələ də insanı
birliyə və sevincə çağırır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan
əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif
ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə
hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının
verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad
işıqları, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir.
Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr
paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay,
Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə
bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də
qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk,
canlanma və inkişafa səbəb olur.
Müqəddəs Valentin bayramı Avropada və xristian
dünyasında “Sevgililər günü” kimi tanınır. Başlanğıc tarixi qədim
Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianların
inancına görə bayram edilən tarixi gündür.Qədim Romada 14
fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə
Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul
edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.
15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu
bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun
səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii
nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu
bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular.
Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi
köhnə bir ənənə olan və Lupercalia Bayramının ərəfə günü atılan
bir püşk ilə müəyyən olurdu.
III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II
Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi
dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun