ETNOPSİXOLOGİYA 323
Orada kül üstündə oturmaq ev yiyəsindən kömək istəmək
demək idi.
Homer dövründə ticarətlə əsasən, finikiyalılar məşğul
olurdular. Yunan zadəganları bu peşəyə həqarətlə baxırdılar.
Qədim yunanların əqidəsincə ölən adamı üç kərə çağırdıqda
onun ruhu vətənə qayıdır.
Qədim yunanlar qurban kəsiləcək heyvanın üzərinə arpa
səpərlərmiş. Arpa olmadıqda heyvanın üzərinə müqəddəs hesab
etdikləri palıdın yarpağını səpələyirmişlər.
Qədim yunanlılar quşun sağ tərəfdən keçməsini uğurlu fal
hesab edirdilər, sol tərəfdən uçmasını uğursuzluq sayırdılar.
Asqırmaq qədim yunanlarda yaxşı əlamət hesab olunurdu;
niyyətin yerinə yetəcəyinin müjdəçisi kimi qiymətləndirlirdi.
Mehraba sığınan adam toxunulmaz hesab olunurdu.
O zamanın adətinə görə cavanlar matəm əlaməti olaraq
saçlarını kəsib cənazənin üzərinə qoyurdular.
Yunanlar da digər xalqlar kimi qədim dövrdən bu günə qədər
öz sevinclərini, kədərlərini musiqi və rəqslərdə yaşada bilmişdir.
Hələ Homerin əsərlərində biz yunan musiqisinin və rəqsirinin
təsvirinə rast gəlirik.
Kollektivizm elementləri ilə diqqəti cəlb edən Qadın və
kişilərin birlikdə oynadıqları qrup rəqsləri daha çox məşhurdur.
Onlar bir birilərinin əllərindən və ya çiyinlərindən tutaraq saat
əqrəbinin əksinə doğru hərəkət edirlər. Sirtos adlanan bu rəqs növü
çətin dönmə və tullanma elementləri ilə məşhurdur. Kalamatianos
da demək olar ki bununla eyni formada oynanılır.
Yalnız təbiətin gözəlliyi və görkəmli memarlıq Xorvatiyada
istirahət etmək üçün turistləri cəlb edir. Hər il böyük şəhərlərdə
əyləncə və mədəni-maarifləndirici tədbirlər də keçirilir.
Xorvatiyanın ənənələri əyləncəli bayramlar, çay, duz və
şərabdır. Cinayət səviyyəsinə görə Xorvatiya, Avropanın ən
mülayim ölkələrindən biri sayılır və bu ölkənin sakinlərinin yaxşı
xarakterindən xəbər verir. Qapıları kilidləmək adət deyil və
küçələrdə tez-tez açıq pəncərələrə malik boş avtomobilləri tapa