ETNOPSİXOLOGİYA 320
adlandırılmasıdır. Bu isə keçmiş dövrdə çox içdiyi üçün meşədə
ölən və həmin yerdə basdırılan kimsəsiz şəxsləri bildirir. Digər bir
etnostereotip isə rus xalqının milli xarakterində olan soyuqluqdur.
Lakin, əksəriyyəti ilə təhsil və ya siyasət barədə söhbət etdikdə
məlum olur ki, onlar mehribandırlar.
Rus xalqının əksəriyyəti idman və musiqi ilə məşğul olur,
kitab oxumağa və təhsilə meyilli olurlar. Ev heyvanlarına xüsusi
qayğı göstərir, evlərində it və ya pişik saxlamağı sevirlər. Pul
yığmağı əsla sevmirlər. Əllərində olan pulu gələcəkdəki maddi
qayğılara deyil, gəzmək və əylənmək üçün sərf edirlər. Bəzi
məlumatlara görə yeni dünyaya gələn uşaqlara “gümüş qaşıq”
hədiyyə edirlər. Bu isə yoxluq görməsin, ac qalmasın mənası
daşıyır.
Valideynlərin uşaqları liberal üslubda tərbiyə etdikləri düşü-
nülsə də, əslində valideynlərin nəzarəti daim uşaqlar üzərindədir.
Bu nəzarət valideynlərin uşaqların fikir və düşüncələrinə müdaxilə
etmədən həyata keçirildiyi üçün uşaqların daha özünəinamlı
şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Avropadan fərqli
olaraq ruslar öz uşaqlarının nizam-intizama əməl etməsinə daha
çox diqqət yetirirlər. Məsələn: əgər uşaq başladığı məktəbə getmək
istəmirsə valideynlər uşaqlarına bu məktəbdən çıxmaq üçün icazə
vermirlər. Çünki, son nəticədə bu hadisənin uşaqların iradə və
xarakterində formalaşacaq bir xüsusiyyət olacağına inanırlar.
Qadınlar kişilərin hansısa öhdəliyi həyata keçirtməsini gözləmirlər,
əgər kişilər buna təşəbbüs edərsə onlar xoşbəxt olarlar. Eyni ilə
kişilər qadınlara təlimat vermirlər. Lakin, bunlara baxmayaraq
atalar öz uşaqları ilə vaxt keçirir və onların tərbiyəsi ilə məşğul
olurlar.
5.2.7. Balkan xalqlarının etnopsixoloji xüsusiyyətləri Sloveniya. Sloveniyanın bir çox qonşu olkələri vardır.
Nəticədə bir çox sterepoitlərə tabedir. Balkan ölkəsi hesab olunur.
Sloveniyalılıar bir çox Avropa xalqının qarışığıdır. Amma