ETNOPSİXOLOGİYA 316
tapmışdır. Bu səbəbdən Belarusiya “Avropanın ağ ciyərləri”
adlandırılır.
Rəsmi məlumatlara görə Belarusiya xalqının 85,9%-i dini
inanca sahibdir. Onlardan təxminən 82%-i ortadoksal xristanlığa,
yerdə qalanları isə katolik, protestanlıq, islam və musəvilik dini
inanclarına sahibdirlər. Rusiyadan fərqli olaraq Belarusiyada
insanlar başqalarına qəsdən zərər vermək və ya oğurluq kimi
hallardan uzaqadırlar.
Belarusiya uzun müddət SSRİ-nin bir hissəsi olaraq, sovet
mədəniyyətindən təsirlənsə də, Belarusların milli xarakterində olan
əsas xüsusiyyətləri silə bilmədi. Avropanın mərkəzində yerləşən
Belarusiya orta əsrlərdə qonşu ölkələrin bir-biri ilə olan
mübarizəsində “Tranzit nöqtə”yə çevrildi. Belarusiya bu ölkələrlə
mübarizə aparmaq yerinə kiçik fədakarlıqlar edərək danışıqlar
aparır və sülhə nail olurdu. Əsrlər sonra bu vəziyyət belarusların
milli xarakterinə çevrildi. Hətta Belarusiyanın himninin sözləri belə
“biz, belaruslar sülh insanlarıyıq” sözləri ilə başlayır.
Həmçinin belaruslar sonsuz xeyirxahlıq və mehribanlıq
göstərən insanlar kimi tanınırlar. Əgər bir insanın pulu yoxdursa və
o acdırsa Belarus vətəndaşı həmin şəxsdən pul almadan ona yemək
verir. Əgər onun əynində olan son köynək belə kiməsə xeyirxahlıq
etmək üçün vacibdirsə, onlar heç düşünmədən öz köynəyin həmin
şəxsə verərlər. Belaruslar məsuliyyətli və işinə həssas yanaşan
xalqdır. Xalqın milli xarakterində tənbəllik arzu olunmayan
keyfiyyətdir. Bu həmçinin xalqın yaşadığı coğrafi və iqlim şəraiti
ilə də bağlı olaraq da yaranmışdır.
Ukrayna. Ukrayna adı köhnə slavyan dilində “sərhəd ölkəsi”
mənasını verir. Ukraynalıların etnik kökü ilə bağlı müxtəlif fikirlər
vardır. Belə ki, ruslar tərəfindən ukraynalılara edilən təzyiq
nəticəsində ruslar öz mədəniyyətini və dilini ukraynalılara
aşılamağa çalışmışdır. Hətta ukraynalıların ayrı, müstəqil bir xalq
olduğunu düşünmək və bu dildə danışmaq belə ölüm cəzası ilə
nəticələnirdi. Müstəqil olduqdan sonra ukraynalılar uzun müddət
ayrı bir xalq olduqlarını və öz dillərinin olduğunu başqa xalqlara