ETNOPSİXOLOGİYA 312
dəyərlərinə də olduqca yüksək qiymət verilir. Nəsli davam
etdirmək, hələ də ailənin əsas funksiyası hesab edilir. Ənənəvi ailə
tipi ilə yanaşı, nuklear və natamam ailələr də geniş yayılmışdır.
Evli cütlüklərin 8%-i övladsızdır, lakin normalda ailədə uşaqların
sayı artmaqdadır. Çexiyada ailə dəyərlərinin qorunmasına dair
bütün haqların 70%-i qadınlara aiddir. Lakin, boşanma haqlarının
qanuniləşdirilməsi boşanma sayının iki dəfə artmasına səbəb
olmuşdur. Çex ailələrinin ən böyük narahatlığı ailədə əmək
bölgüsü, sosial stereotiplərin qadın və kişilərin rollarının
bölüşdürülməsidir. Lakin, hələ də ailədə məsuliyyətin ağırlığı qadın
üzərində qalmaqdadır.
Slovakiya. Slovakların milli-identikliyi onların dini və dili ilə
formalaşmışdır. Böyük şəhərlərdən kənarda yerləşən Slovakiya
olduqca ənənəvi katolik cəmiyyətdir, dini inancları Çexiyada
yayılan ateistliyə nisbətən daha çox və Polşaya nisbətən isə daha
azdır. Lakin Slovakiya yeganə ölkədir ki, burada roman katolik,
rum katolik, protestan, evanjelist, kalvenist və s. kimi qarışıq dini
inanca sahib insanlar bir yerdə yaşayırlar. Hətta onlar arasında
müsəlmanlar və yəhudilər də vardır. Slovakiyanın dini mahnıları
daha çox çobanlara, təbiətə, mədəniyyətə həsr olunmuşdur. Bunun
əsas səbəbi isə slovakların dini inancları ilə bağlıdır.
Slovaklar eyni dilə sahib olsalar da, regionlarda dialektlə
bağlı problemlər vardır. Belə ki, Slovakiyanın qərbində yaşayan
biri ilə, şərqində yaşayan biri dialektləri fərqli olduğu üçün bir-
birlərini anlamaqda çətinlik çəkirlər.
Slovakiyanın coğrafi şəraitinə baxdıqda millətin etnopsixoloji
xüsusiyyətləri haqda da geniş məlumat vermək mümkündür.
Onların əksəriyyəti çox istiqanlı, onlardan kömək istəyən hər kəsə
köməklik edən, üzlərindən təbəssüm əksik olmayan və yadlara
qarşı yaxın münasibət göstərəndirlər. Slovak insanlarından yadlara
qarşı nadir hallarda hansısa xələl gələ bilər. Eyni zamanda Slovak
xalqı əziyyətdən və zəhmətdən qorxub qaçmayan, əksinə əziyyətin
sonunda tanrının onları mükafatlandıracaqlarına inanan şüuraltı
düşüncəyə sahibdirlər.