ETNOPSİXOLOGİYA 315
Qonaqpərvərliyin qəbul edilməməsi və qonaq gedilən evə əldə gül
və ya şirniyyat aparmamaq hörmətsizlik kimi qəbul edilir.
Serbiya. Serbiya əhalisinin çoxu xristiandır, lakin onların
arasında müsəlmanlar, hətta ateistlər və aqnostiklər də vardır.
Serbiya azadlığı uğrunda 1 milyondan çox insanı qurban vermişdir.
Elə bu səbəbdəndir ki, xalq öz tarixinə yüksək qiymət verir.
Türklərin təsirindən asılı olaraq serbiya xalqında mübarizlik,
cəsarətlik, mərdlik kimi milli xarakter keyfiyyətləri formalaşmışdır.
Serbiyada hər bir ailənin özünün müqəddəsləri vardır və
həmin şəxslərin doğum günlərini, onlar xüsusi dini ayinlərlə
bayram günü kimi qeyd edirlər. Bu müqəddəslərin meydana
çıxmasının səbəbi Savvanın adı ilə bağlıdır. Savva ilk müstəqil serb
kilsəsinin yaradılmasına nail olmuşdur və eyni zamanda həm ölkə
daxilində, həm də ölkə xaricində bir sıra siyasi məsələləri dini
yollarla həll etməyə müvəffəq olmuşdur. .
Serb xalqı itləri çox sevir və heyvanların qayğısına qalırlar.
Lakin pişiklərin uğursuzluq gətirə biləcəyini düşündükləri üçün
pişik saxlamırlar.
Serbiyada nigah adətləri yüksək psixoloji əhəmiyyət daşıyır.
Belə ki, gəlin ilk dəfə ailə qurduğu evə girərkən qapıda dayanır və
bir körpə uşağı götürərək üç dəfə qaldırır. Bu cütlüyün uşaq sahib
olmasının arzu edilməsinə dair adətdir. Nigah zamanı qadınlar eyni
bərabər hüquq qazandıqları üçün boşanmaların sayı daha da
artmışdır. Serbiyada bir neçə ailə eyni dam altında yaşamağa
öyrəşmişdir. Hətta əmilər, bibilər, yaxın qohumlar və ailənin digər
üzvləri bir evdə yaşamasalar belə onlar bir-birinə yaxın ərazilərdə
yaşayırlar.
Serbiyada görüşərkən üç dəfə öpüşmək adətdir. Serb xalqı
olduqca qonaqpərvərdir.
Belarusiya. Belarusiya etnopsixoloji səbəblərdən rusiyadan
təsirlənsə də xalq öz milli-identikliyini formalaşdırmaq üçün
həddən artıq səy göstərir. Göllər, çaylar, meşələr (40%) Belaru-
siyanın ərazisinin ən geniş sahələrini əhatə edir. Hətta bu göstərici
Belarusiyanın bayrağının yaşıl rəng olmasında da öz əksini