Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə308/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
314 
digər kəndlərində də bu nümunələrə az da olsa rast gəlmək 
mümkündür. Bu evlər 1993-cü ildə YUNESKO-nun Dünya İrs 
Siyahısına daxil edilmişdir. 
Slovaklar 1993-cü ildə öz müstəqilliklərini elan etdikləri 
üçün öz tarixləri ilə qürur duyurlar, bu səbəbdən onlar bu mövzuda 
edilmiş söhbətlərə qarşı olduqca həssasdırlar.  
Bolqarıstan. Bolqarlar milli etnik kökünə və adət-ənənəsinə 
sadiq millət kimi tanınırlar. Cəsarət mövzusunun geniş yayıldığı 
bölgədir.
Bolqarıstan əhalisinin 90%-ni xristianlar, ikinci böyük dini 
qrupu isə müsəlmanlar təşkil edir. Lakin orta məktəblərdə 
müsəlmanların baş örtüyü ilə məktəbə gəlməsinə ciddi narazılıq 
vardır. VII əsrdən başlayaraq Bolqarıstana olan hərbi təcavüzlərin 
sayı durmadan artmaqda olduğu üçün cəmiyyət daxilində etnik və 
mədəni cəhətdən fərqlilik yarandı. Nəticədə isə etnik identikliyin 
formalaşması prosesində fərqlilik müşahidə edildi. Xüsusilə 
Osmanlıların bolqarların milli identikliyinə güclü təsiri olmuşdur. 
Lakin, xarici təsirlərə baxmayaraq etnik və mədəni cəhətdən fərqli 
insanlar Bolqarıstanın ümumi dini, dili və əlifbası altında birləşərək 
milli şüuru formalaşdırdı.
Bolqarıstanda valideynlər uşaqları liberal üsulla böyütdükləri 
üçün uşaqlar ictimai yerlərdə çox sərbəst davranırlar. Tədqiqatlar 
zamanı məlum olmuşdur ki, Bolqarıstanlı valideynlər Almaniyaya 
gedərkən öz uşaqlarını burada əməl etməli olduqları qaydalar 
barədə məlumatlandırırlar. Valideynlərin çoxu uşaqlara qarşı 
zorakılıq aktını qınayır, uşağın üzərinə qışqırmaq, onu vurmaq
cəzalandırmaq kimi halların uşağın şəxsiyyətini və ləyaqətini 
alçaldacağını bildirirlər. 
Bolqarıstanda “Bəli” və “Yox” cavablarını bildirən jestlər 
Avropada qəbul olunan variantın tam tərsidir. Belə ki, başın sağa-
sola sallanması “Bəli”, aşağı-yuxarı sallanması isə “Xeyr” kimi 
bilinir. Bolqarlar öz qonaqpərvərlikləri və qonşuluqları ilə qürur 
duyurlar. Dəvətsiz qonaq giriş qapısında ya əllə, ya da sözlü olaraq 
salamlanır, daha sonra səbəbə əsasən içəriyə dəvət edilir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin