ETNOPSİXOLOGİYA 317
çatdırmaq ilə bağlı bir sıra problemlərlə üzləşmişlər. Hal-hazırda
ölkədəki rəsmi dil Ukrayna dilidir, lakin ictimaiyyətin bütün
sferalarında rus-dilindən istifadə edilir və Kırım əhalisinin 12%-i
kırım-tatar dilində danışır. Nəticədə isə bütün bu uzun müddətli
problemlər ukraynalıların milli identikliyinin formalaşmasına
mənfi təsir göstərdi.
Hal-hazırda ukraynada etnik nüfuzun 77,8%-ni ukraynalılar,
yerdə qalan hissəsini isə ruslar, belaruslar, maldovalılar, kırım-
tatarları, ermənilər, azərbaycanlılar və s. bir çox etnik millətlər
təşkil edir.
Ukrayna mədəniyyəti və fokloruna qonşu ölkələrin təsiri çox
olduğundan yalnız, ukraynalıların milli xüsusiyyətlərini müəyyən
etmək çətindir. Paltarların üzərində olan rəng seçimi də qədim
köklərə və psixoloji mənaya malikdir. Ukrayna qızlarının başlarına
qoyduqları gül çələngləri milli geyimlərin ayrılmaz hissəsidir.
Ukrayna xalqı bu güllərin psixoloji mənasını qadınların sahib
olduğu gözəllik rəmzi ilə əlaqələndirirlər.
Ukrayna xalqının milli xarakterində mehribanlıq və istiqan-
lılıq xüsusiyyətləri vardır. Eyni zamanda yüksək qonaqpərvərlik
keyfiyyətlərinə sahibdirlər. Qonaq üçün əllərindən gələn köməyi
əsirgəməz və qonağın məmnun qalması üçün çalışarlar. Həmçinin
çox sadə və mənəviyyata dəyər verən xalq olduqlarını insanların
davranışından tutmuş yaşayış tərzinə kimi görmək mümkündür.
Qonaq gedilən evdə ev sahibinin qonaq üçün hazırladığı
yeməklərdən yeməmək hörmətsizlik kimi qəbul olunur.
Ukraynada salamlaşmaq qeyri-adi səbəblərlə izah olunur.
Belə ki, iki insan salamlaşarkən heç vaxt qapıda dayanıb
salamlaşmaz. Bu uğursuzluq əlaməti hesab olunur. Bu səbəbdən
hər iki şəxsin də eyni tərəfdə olmasına diqqət edirlər. Eyni
zamanda hava şəraitinin çox soyuq olduğu bilindiyi bu ölkədə, əldə
əlcək olmasına bamayaraq əlcək ilə salamlaşmaq hörmətsizlik
əlaməti kimi qəbul edilir. Asiya mədəniyyətində geniş yayılan
üzdən görüşərkən iki yanaqdan da öpmək adəti həm ruslarda, həm
də ukraynalılarda yoxdur.