Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə302/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   298   299   300   301   302   303   304   305   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
308 
İsveçdə Pasxa zamanı daha aydın və canlı rənglərdən istifadə 
olunur, sanki rənglərin partlayışı zamanı hesab edilir. Ənənəvi 
olaraq belə güman edilirdi ki, ağcaqayın budaqları yazın gəlişini 
tezləşdirir. Buna görə Pasxadan əvvəlki həftələrdə isveçlilər bu 
budaqları vazalarda yerləşdirərək onlara rəngarəng lələklər 
bağlayırlar. Bunlar Pasxa budaqları və ya paskris adlanır və İsveçin 
mağazalarında çoxsaylı alıcılar tərəfindən satın alınır. Ənənəvi 
olaraq belə inanırlar ki, Pasxa cadugərlərin uçaraq mavi dağda 
şeytanla görüşdüyü bir müddətdir. Müasir dövrdə isə bu inanc kiçik 
qızların yanaqlarını çəhrayı rənglə boyayıb qara rəngli nöqtələr 
qoyaraq qonşulardan öz kofe qablarını şirniyyatlarla doldurul-
masını istəmələru ilə əvəz edilmişdir.
Danimarkalıların həyatında ən çox sevdikləri üç şey vardır: 
pivə, doğma şəhər Kopenhagen və Şahzadələri. Onlar hər il 
Şahzadənin doğum gününü milli bayram səviyyəsində qeyd edir. 
Danimarkada vintergakker adlı çiçək bitəndə insanlar ailə üzvləri 
və dostlarına gaekkebrever göndərirlər. Gaekkebrev üzərində kiçik 
bir şeir yazılmış təbrik kartıdır. Bu məktublar onu göndərən şəxs 
tərəfindən imzalanmır sadəcə üzərinə iynəni batırmaqla yazan 
şəxsin adı qoyulur. Bu məktubu alan ailə üzvü və ya dost müəyyən 
olunmuş vaxt ərzində adı tapmalıdır. Əgər tapa bilsə ona şokolad 
və pasxa yumurtası hədiyyə olunur. 
Skandinaviyaşünaslıqda Norveç, İsveç və Danimarkanı 
müəyyən coğrafi, tarixi, sosial-iqtisadi və mədəni amillərin təsiri 
altında formalaşan vahid bir birlik kimi qəbul edirlər. Skandinaviya 
regionuna daxil olan ölkələr arasında etnopsixoloji baxımından bir 
sıra oxşarlıqlar olsa da, onları hər biri güclü və müstəqil milli 
“mənliyə” sahibdirlər. 
Skandinaviya xalqlarının milli xarakterlərinin etnopsixoloji 
təhlili göstərir ki, ümumi mədəni inkişafa, dillərin, əxlaqi-mənəvi 
dəyərlərin oxşarlığına baxmayaraq bu xalqlar etnopsixoloji 
xüsusiyyətlərə görə fərqlənirlər. Ən çox fərqlər norveç və isveç 
milli xarakterlərində müşahidə olunur.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin