ETNOPSİXOLOGİYA 307
Ümumiyyətlə skandinavlar avtobusda, metroda hər
tanımadığı adamla ciddi-cəhdlə söhbət edən deyildir. Onlar çox
vaxt tanımadıqları adama gülmürlər, hal-əhval tutmurlar, bu
baxımdan onlar amerikalılardan və italiyanlardan bəlkə də çox
fərqlənirlər. Bu onlardan daha nəzakətsiz olması anlamına gəlirmi?
Xeyr, bu belə deyil. Sadəcə insanları narahat etmir, onları hüzur
içində buraxırlar. Bunun özü elə Norveç nəzakət nümunəsidir:
adamları narahat etməmək. Norveçlilər həqiqətən də köməyə
ehtiyacları olmadığı halda heç zaman kimdənsə kömək də
istəməzlər. Məsələn, çoxları üçün eyni süfrədə əyləşən Norveçlinin
“mənə duzu, yaxud istiotu ötürə bilərsinizmi?” deməməsi
danışmamağa meyllik, quruluq kimi qiymətləndirilsə də əslində bu
belə deyil. Norveçlilər məhz belə tərbiyə alıblar. İnsanları
bacardıqları qədər az narahat edirlər. Tanımadığı insanlarla
ünsiyyət qurmaq da onlar üçün bir çox hallarda narahat etmək
nümunəsi kimi sayılır. Təbii ki, dünyada nəzakətin yaxud davra-
nışın konkret standartı yoxdur, amma yaxınlaşıb tanımadığınla hal-
əhval tutmaq, tanışlığa ilk addımı atmaq, bu yolla sosiallaşma
skandinaviya standartlarından kənarda qalır. Bir çox oxşar
situasiyalarda sadə, quru tərzdə “Ha det”(qısa sağollaşma etiketi)
deyərək ayrılacaqlar. Kiməsə hədiyyə verərkən norveçlilər hədiyyə
alan zaman yenə də lakonik Takk ( təşəkkür edirəm) kəlməsi ilə
kifayətlənəcək. Təbii ki, nümunələri uzatmaq da olar, ancaq
yuxarıdakı nümunələr də Skandinaviya xalqlarının etnopsixolo-
giyasındakı bəzi özünəməxsus cəhətləri aşkar etməyə yetər. Onlar
quru, soyuq, ünsiyyətə az meylli ola bilərlər, amma heç bir halda
kobud, qaba və nəzakətsiz deyildir.
İlin böyük bir hissəsini təbii işıqdan məhrum qalan
skandinaviyalılar üçün günəş olduqca vacibdir. Qədim zamanlarda
Allahların günəşi geri qaytarmaq gücü olduğuna və lazımınca dua
edilməzsə günəşin qayıtmayacağına inanılırdı. Belə insanlardan
üçün bir çox Skandinaviya bayramları günəş və işiğın qeyd edil-
məsi ilə bağlıdır. Buna Midsummer, Santa Lusiya, Pasxa kimi
bayramlar nümunədir.