ETNOPSİXOLOGİYA 303
altında norveç dili bu dillərə bənzəməyə başladı. Daha müasir
təsnifata uyğun olaraq norveç dili danimarka və isveçrə dilləri ilə
birlikdə skandinaviya dilləri qrupuna daxildir. Norveç dilində
təxminən 4 mln insan danışır. Norveç dili iki müxtəlif dialektlərdən
ibarətdir: bukmol və nyunorsk. Hər iki dialekt rəsmi dialekt hesab
olunur. Bukmol (ədəbi, kitab dilidir) daha çox şəhərlərdə,
qəzetlərdə, radio və televiziyada istifadə olunur. Bu dialekt
danimarka dilinə çox bənzəyir.
Norveç dialektləri 5 əsas qrupa bölünür: nurnoşk (şimali
norveç), tryondyoşk (mərkəzi norveç), vestlannsk (qərbi norveç),
estlannsk (şərqi norveç). Beşinci qrup isə innlandsmel adlanır. Bura
norveçin ucqar kəndlərində geniş yayılmış dialektləri daxildir.
Müasir Norveçdə ədəbi dilin iki forması mövcuddur. Birinci
forma Danimarka ədəbi dilinin və Oslo şəhərində yayılmış ləhcənin
qarışığından yaranmışdır. XIX əsrdə bu forma Danimarka-Norveç
dili adlanırdı. 1890-cı ildə məşhur norveç yazıçısı Byornstyerne
Byornsonun təklifi ilə bu forma riksmol adı aldı. 1929-cu ildə isə
rəsmi adı bukmola çevrildi. Ədəbi dilin ikinci forması isə yerli
dialektlərin süni sintezinin nəticəsidir. Bu formanın yaradıcısı isə
norveç dilçisi İvar Osendır. Bu formanın rəsmi adı nyunorskdur.
Öz mürəkkəbliyinə görə norveç dili orta mürəkkəb dil hesab
olunur. Bu dilin xarakterik xüsusiyyəti onun ahəngdarlığıdır. Bir
sıra hecaların və ayrı-ayrı hərflərin tələffüzündə özünəməxsus
spesifiklik vardır. Bu dili hər bir xarici vətəndaş asanlıqla öyrənə
bilməz, çünki bu səslərin tələffüzü dil və qırtlağın xüsusi
quruluşunu tələb edir. Norveç dilinin feillər sistemi çox asandır.
Norveç dilinin qrammatikası o qədər də mürəkkəb deyil. Rus
dilində olduğu kimi isimlərin üç cinsi var: kişi, qadın və orta
cinslər. İsimlərin çoxu həm kişi, həm də qadın cinsində işlənə bilər.
Sifətlər güclü və zəif sifətlərə bölünür, eynilə feillər də. Məs, skitt
(atmaq) güclü feildir, viste (göstərmək) isə zəif feilldir.
İsveç və Danimarka xalqlarının etnopsixoloji xüsusiyyətləri.
İsveç milli xarakterinin formalaşmasına bir sıra amillər təsir edir.
Onlardan biri də beynəlmiləlləşmədir. İsveç əhalisinin 10%-nı