ETNOPSİXOLOGİYA 299
mədəniyyətin bir hissəsi idi. Xizəklər sırf Norveç xalqının icadı
deyil, amma müasir Norveç xizək idmanının vətəni oldu.
Norveçlilər özləri haqqında çox yüksək fikirdədirlər. Onlar
vikinqlərin nəslindən olduqları üçün ən güclü və ağıllı,
mülahizələrində isə demokratik və müstəqildirlər. Norveçlilər öz
şəxsi firavanlıqlarına çox böyük diqqət yetirirlər. Şimal dənizində
neft tapıldıqdan sonra ölkə çox varlandı və Norveçdə digər
ölkələrdən fərqli olaraq 1990-cı ildə gələcək nəsillərin inkişafı üçün
xüsusi fondun təşkil edilməsi barədə qərar qəbul olundu.
Norveçlilər öz mədəniyyətləri ilə çox fəxr edirlər. Hesab edirlər ki,
hər kəs onların məşhur İbsenini, Qamsununu, Qriqini tanımalıdır.
Onlar başqalarını mühakimə edə bilərlər, onları isə heç kim
mühakimə edə bilməz.
Heç bir ölkədə Norveç kimi öz dövlət atributlarına bu qədər
həssas yanaşmırlar. Norveçlilər hər bir yerdə öz bayraqlarını fəxrlə
asırlar. Hər evin həyətində bayraq üçün xüsusi bir yer var və hər
səhər sakinlər bayrağı qaldırırlar, axşamlar isə endirirlər.
Sərt iqlim və heybətli təbiət əhatəsində yaşayış norveçlilərin
xarakterində bir çox keyfiyyətlər formalaşıbdırıb: təmkinlilik,
müxtəsərlik, qətiyyətlilik, dözümlülük, lənglik, soyuqqanlılıq və s.
Norveç xarakterinin vacib xüsusiyyətlərindən biri sülhsevərlikdir.
Digər bir xüsusiyyət isə biganəlikdir. Lakin norveçlilərin biganəliyi
neqativ çalarlar daşımır. Onların biganəliyində neqativ heç bir şey
yoxdur, çünki norveçlilər hər kəsin istədiyi kimi hərəkət etmək
hüququnu başa düşürlər. Norveçlilər düzgünlüyü sevirlər. Onlar
həmsöhbətlərinə müəyyən vaxt ərzində gözləri ilə süzürlər, öz
emosional reaksiyalarını dərhal bildirmirlər və ilk baxışdan insana
qiymət vermirlər. Eyni zamanda onlarda çox gözəl yumor hissi və
reaksiyaların cəldliyi insanları təəccübləndirir.
Norveçlilərin xarakterində səliqəlilik də əsas xüsusiy-
yətlərdən biridir. Onların qayda-qanunlara riayət etməsi hətta
almanların pedantikliyini üstələyir. Norveçlilərin fleqmatikliyi və
təmkinliliyi məhz qayda-qanuna sevgilərinin nəticəsidir. Onlar
ekstravaqantlığı (qeyri-adiliyi), çərənçiliyi, lovğalığı sevmirlər.