Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə292/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
298 
çünki norveçlilər digər xalqlar tərəfindən şimal xalq kimi 
qavranılırdı və bu cür qavrayışda ölkənin coğrafi vəziyyəti əsas rol 
oynamışdır. XVIII əsrdə Avropada Şimal ölkələrinə maraq 
güclənmişdir. Fransız maarifçilərinin əsərlərində norveçlilərə 
xüsusi keyfiyyətlərə mənsub olan millət kimi çox böyük yer 
ayrılmışdır. Məs., Ş.Monteskye öz əsərində yazırdı: “...norveçlilər 
çox güclü sinir sisteminə malikdirlər, ağrıya qarşı çox 
dözümlüdürlər. Onların xarakterinin gücü iqlimin təsiri altında, 
xüsusilə sərt qışın təsiri altında formalaşıb”. Qədim dövrlərdə 
Şimal ölkələri sivil Avropada zülmət və soyuq ölkələri, vəhşilərlə, 
cadugərlərlə və qeyri-adi heyvanlarla məskun edilmiş dünyanın 
qurtaracağı kimi qavranılırdı. Hələ XVIII əsrin ikinci yarısında 
italyanlar norveçliləri eybəcər insanlar hesab edirdilər. Lakin 
maarifçilik dövründə qədim skandinaviya mətnlərinin tərcüməsi 
nəticəsində norveçliləri hündürboylu, sağlam, cəsarətli və qürürlu 
insanlar kimi tanımağa başladılar. Ş.Monteskye xüsusilə Norveç 
qadınlarını və onların cəmiyyətdə azad olmalarını və bir çox 
hüquqlara malik olmalarını vurğulamışdır. Bu zamandan artıq 
şimal sakinlərinin obrazları qərbi Avropa mədəniyyətində pozitiv, 
müsbət ideal məna əldə edir. XVIII əsrin Norveç mədəniyyətinin
görkəmli xadimi Gerxard Şyoninq Norveç milli mədəniyyətinin 
əsas elementi kimi “şimal” elementini göstərmişdir. Norveçlilər öz 
skandinaviya qardaşlarından fərqli mənşəli olduqlarını 
vurğulayırlar. Əgər isveçlilər və danimarkalılar cənubdan 
gəliblərsə, norveçlilər şimaldan gəliblər (nordmenn). Norveç
identikliyinin və milli mədəniyyətinin vacib tərkib hissəsi kimi qış 
idman oyunları adət-ənənələrdə qeyd edilmişdir.
Norveç milli özünüdərketməsinin əsasını təşkil edən şimal 
elementi XIX əsrin sonu-XX əsrin əvvəllərində xüsusi əhəmiyyət 
daşımağa başladı. Bu, Norveç xalqının etnopsixoloji 
xüsusiyyətlərinin formalaşması dövrü idi. Şimal və sərt qış 
obrazları patriotik təbliğatlarda geniş istifadə olunmağa başladı. 
Norveç milli özünüdərketməsinin vacib tərkib hissələrindən biri 
xizək idman növü olmuşdur. Qədim dövrdən xizəklər Norveç



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin