Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə290/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
296 
Samba, Choro, Maracatu, Carimbo, Lambada və Latın rəqsləri kimi 
ritmləri öyrədirlər. 
Televiziya və filmlərdə Latın Amerika xalqı haqqında 
stereotiplər adətən mənfi şəkildə təqdim olunmuş və bütövlükdə 
etnik qrupun əxlaqına, iş etikasına, ağlına və ləyaqətinə hücum 
formasında təzahür etmişdir. Hətta sənədli filmlərdə, mətbuatda, 
Latın amerikalılar haqqında naliyyətlərdən daha çox sui-qəsd, 
immiqrasiya və ya narkotiklə əlaqəli hekayələrın köməyi ilə 
məlumat verilir. Bu stereotiplər kişilər və qadınlar barəsində olub-
olmamasından asılı olaraq fərqli ola bilər. Latın amerikalı kişilər, 
ağılsız, gülməli, aqressiv və qeyri- peşəkar kimi stereotipləşdirilmiş 
və təlxəklər, cinayətkarlar kimi adlar qazanmışlar. Bu hal tez-tez bu 
şəxslərin daha az hörmətli işlərdə işləmələri, narkotiklərlə əlaqəli 
cinayətlərə cəlb olunmaları və ya təhsilsiz immiqrantlar kimi 
xarakterizə olunmaları ilə nəticələnmişdir. Latın amerikalılar digər 
bəyaz dərililərdən fərqli olaraq daha aşağı statuslu xarakterləri 
canlandırmışdır. Məsələn, narkotiklərlə əlaqəli cinayətkarlar. İspan 
və Latina qadınları, eyni şəkildə, adətən tənbəl və iş etikası 
olmayan kimi təsvir olunurlar. Bu stereotiplər yüksək və aqressiv 
səsinə istehza edilən və zəngin bir adamla evlənən immiqrant 
qadın kimi təsvir olunan Sofiya Vergara adlı xarakterdə öz əksini 
tapmışdır. 
 
5.2.5. Skandinaviya xalqlarının etnopsixoloji 
xüsusiyyətləri 
Hər bir insan ölkə xalqlarının mədəniyyətinə bələd olduqda 
onlarla sıx ünsiyyət saxlaya bilir, təmsil etdiyin ölkəsinin 
mədəniyyətini, siyasətini həmin xalq üçün daha anlaşıqlı, məqbul 
formada çatdırmaq imkanına malik olur. Araşdırmalar müəyyən 
etmişdir ki, Skandinaviya xalqlarının elm və mədəniyyət tarixi, 
şifahi xalq yaradıcılığı nümunələri, ədəbi qaynaqları psixoloji fikir 
və ideyalarla zəngindir. Onları sistemli şəkildə öyrənmək, psixoloji 
təhlil etmək və cəmiyyətə çatdırmaq məqsədəuyğundur. 
Skandinaviya regionuna daxil olan ölkələr arasında 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin