ETNOPSİXOLOGİYA 309
5.2.6. Şərqi Avropa və slavyandilli xalqların etnopsixoloji xüsusiyyətləri Slavyanlar tarixən Mərkəzi və Şərqi Avropada yaşayırdılar.
VI əsrdən başlayaraq isə Slavyanlar bir çox ərazilərdə
məkunlaşmışlar. Bu səbəbdən Slavyanlar 3 qrupa bölünürlər:
1. Qərbi slavyanlar: çexlər, polyaklar, slovaklar;
2. Cənubi slavyanlar: bolqarlar, serblər və keçmişdə
Yuqoslaviya parçalandıqdan sonra yaranan və hal-hazırda Avropa
İttifaqına daxil olduqlarına görə formal olaraq cənub slavyanlar
hesab edilməyən xorvatlar, boşnaklar, makedoniyalılar, çernoqori-
yalılar, slovenlərdir. Onlar Balkan yarımadasında məskunlaşdıqları
üçün həmçinin balkan slavyanları da deyilir.
3. Şərqi slavyanlar: ruslar, ukraynalılar və belaruslar.
Slavyanların fərqli millətlərə məxsus olmasına və dillərinin
fərqli olmasına baxmayaraq onlar bir-birlərini qarşılıqlı olaraq
anlaya bilmə bacarığına sahibdirlər. Lakin, bu xalqların tək oxşar
xüsusiyyəti də elə budur. Slavyan dilli xalqların çox olmasına
baxmayaraq onların əksəriyyəti zamanla məhv olmuşdur.
Polyaklar. Polyaklar Hind-Avropa dil ailəsinin slavyan
qrupunun lexit budağının polyak dilində danışan xalqdır. Dünyada
yaşayan 60 milyondan çox polyakdan 36 milyondan çoxu Polşada
yaşayır. Polşa tək millətli xalq olub əhalisinin 98%-ni polyaklar
təşkil edir.
Polşada milli identikliyin və etnik mənşəyin formalaşması X
əsrə təsadüf edir. Siyasi cəhətdən birləşən bu etnik azlıqlar,
Mazovilər, Silezyanlar, Kaşubilər, Qorallar və s. Polşanın milli
xarakterinin formalaşmasına öz təsirini göstərmişdir. Müasir
Polşada bu etnik qruplardan ibarət azlıqları tez-ez görmək
mümkündür.
Polyaklar mədəniyyətə və incəsənətə olduqca yüksək qiymət
verirlər. Hətta 1490-cı ildə Leonardo da Vinçi tərəfindən çəkilən
“Ermine ilə bir qadın” adlı rəsm Polşanın mədəni irsini əks
etdirərək, polyaklar üçün qiymətli xəzinə hesab edilir. Tənqidçilər