Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə322/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
328 
hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün 
orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan 
etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır. 
O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun 
Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə 
qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü 
də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. 
(Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin 
xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu 
hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək 
öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn 
edilir.14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd 
edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya 
təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma 
bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib 
Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, 
xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına 
xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla 
əylənmələrindən narahat olduqlarından gənclərin heç olmasa 
xristianlığa bağlı adı olan bir şənlikdə - “Müqəddəs Valentin 
günü”ndə əylənmələrini təmin etmələri idi. Bununla da həmin bu 
“Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma 
bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi bayramlarını Papa 
Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə - 14 fevrala 
rəsmiləşdirdi. İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, 
aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. 
Bununla pararel olaraq "Müqəddəs Valentin" də xristianlar arasında 
bütün sevənlərin qoruyucu əzizi halına gəlib, belə xatırlanmağa 
başlandı. Sevgililər Günü, 1800-cü illərdən sonra Amerikada Ester 
Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana 
indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə 
halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti 
çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və 
ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin