ETNOPSİXOLOGİYA 330
yaşayırlar. Bantu dilində Afrika əhalisinin ¼-i danışır (Afrika
əhalisi – 1.3 milyarddır).
Bantu ailəsinə Namibiyanın etnik qrupları, xüsusilə vambo
qrupu daxildir. Mədəniyyətin və etnik özünüdərkin təhlili göstərir
ki, bu mədəniyyətlərdə meşə, savanna və ya səhra və çöllərdə
yaşayan, ovçuluq və heyvandarlıqla, əkinçiliklə məşğul olan etnik
qruplar biri digərindən fərqlənir. Onların dünyadərki, dünyanı
qavraması tayfalarda, ailələrdə, hətta müxtəlif yaş qruplarında
fərqlənir. Etnik özünüdərk həyat şəraitindən, tayfa içərisində
mövqeyindən, hər hansı kastaya aid olmasından, peşəsindən,
dinindən, özünün dəyərlər sistemindən və xarakterindən asılıdır.
Dünyadərki dünyanın mifik mənzərəsi əsasında fərqli olaraq
mövcud olur. Etnik şüur müxtəlif xarakterli sosial reallığı: mifi,
illuziyanı, təsəvvürləri, ənənəni, ideyaları, qrupun ənənəvi
biliklərini, dəyərlərini, normanı, qadağaları, ümumi simvolu və
ritualları ehtiva edir.
Etnik şüur emosional
formada ifadə olunur, yəni gerçəklik
emosional olaraq inikas olunur. Tayfanın kollektiv şüuruna qarşı
tənqidi mövqe tutmaq qəbuledilməzdir.
Zəncilər (Livingston) əməksevərdirlər, lakin onlar ruhi həyat
yüksəkliyinə çox nadir hallarda qalxa bilirlər. Bu zaman
mədəniyyət mahiyyətcə stabil olaraq qalır.
Zənci evdə əla dəmirçi, dəri aşılayan, oymaçıdır. Şəraitin
təsiri altında fiziki qabiliyyətlərin inkişafı ona dərk etməyə imkan
verir ki, tərbiyənin təsiri ilə nəyə nail olmaq olar. Amerikada aşkar
görünən odur ki, zəncilər daimi, ardıcıl işlərə az qabiliyyətlidirlər,
lakin onlar sürət, güc, dözümlülüklə ağ dərililəri üstələyirlər.
Zənci başqalarına həvəslə işləmir, özünə isə lazım olan qədər
çalışır. Onlara qarşı ədalətli və yaxşı münasibət zənciləri insanlara
daha çox yaxınlaşmağa və mümkün olan hər şeyi etməyə sövq edir.
Zənci olduqca realistdir, insani münasibətlərdə diplomatdırlar.
Zənci hər şeylə maraqlanır. Onlar öyrənməyə, oxumağa,
xarici dilləri mənimsəməyə qabildirlər. Zənci atalar sözləri,
məsəlləri, mahnıları çox dərin həyat təcrübəsi, incə müşahidələr və