ETNOPSİXOLOGİYA 63
emosional cəhətdən müəyyən tona malik olan sosial təsəvvürdür.
Mentalitet sosial qrup üzvlərinin sosial dünya haqqında sosial
təsəvvürüdür. Biz hesab edirik ki, polietnik ölkə vətəndaşlarının
hamısı üçün səciyyəvi olan psixoloji xüsusiyyətlərini mentalitet
anlayışı ilə, monoetnik ölkə vətəndaşlarının xüsusiyyətlərini isə
milli xarakter anlayışı ilə ifadə etmək olar. Məsələn, ABŞ polietnik
ölkə olduğu üçün amerikan mentaliteti, Ermənistan isə daha çox
monoetnik ölkə olduğu üçün erməni milli xarakteri işlətmək daha
düzgün olar. Ümumiyyətlə, bizim fikrimizə görə milli xarakter
anlayışı müasir dövrdə uğurlu istilah deyildir və ölkə, dövlət
ərazisində onun işlədilməsi diskonyuktiv hisslərin oyanmasına,
etnik dirçəlişə rəvac verir. Milli xarakter və yaxud etnik identifi-
kasiyanın güclənməsi fərdin sosial mühitə adaptasiya qabiliyyətini
zəiflədir. Bu da onun inkişafına mənfi təsir göstəırir (J.Piaje).
Etnopsixologiyanın ilk yaradıcıları müxtəlif anlayış və
terminalogiyalardan istifadə etsələr də əslində onlar xalqların
mentalitetini öyrənirdilər.
Azərbaycan psixoloqu Ə.Bayramov milli xarakteri insanın
makromühiti ilə əlaqələndirir və milli psixologiya, sosial
münasibətlər, iqtisadi birlik, məkan vahidliyi, dil birliyi, dini inam
və əqidə yaxınlığı, təbiətə münasibət, tarixi birlik forması kimi
xalqda müəyyən dövr ərzində formalaşmış milli əxlaqi ənənə
keyfiyyəti almış cəhətlər, həyata, insana, vətənə, yaxın adamlara,
qohum-əqrabaya münasibətdəki eyniyyət milli xarakterin əsas
təyinedici amillərini təşkil ediyini qeyd edir. Daha sonra göstərir ki,
həmin amillərin təsiri ilə etnik və milli ümumilik əsasında
adamlarda elə psixoloji xüsusiyyətlər formalaşır ki, onlar etnik və
milli xarakterin nüvəsini təşkil edir. O, belə hesab edir ki, qrup,
etnos və xalq üçün ümumi olan cəhətlərin olması milli xarakterin
mövcudluğu ilə bağlıdır. Milli xarakter heç də fərdi xarakterlərin
məcmusu kimi götrülə bilməz. Milli xarakter milli psixologiyanın
ən əsas struktur komponenti, etnik simanı müəyyən edən başlıca
əlamətdir. Prof.Ə.S.Bayramov etnik xarakterə belə tərif vermişdir:
“Etnik xarakter dedikdə ayrıca bir fərddən asılı olmayan,