ETNOPSİXOLOGİYA 62
Uzun müddət avtoritar şəraitdə yaşayan xalqlar düz söz deməkdə
çətinlik çəkirlər.
Şəxsiyyətin etnopsixologiyasının ana xəttini etnik-milli
xarakter problemi təşkil edir.Son zamanlar etnopsixologiyada və
başqa sahələrdə etnosun, millətin psixoloji xüsusiyyətlərini
mentalitet analyışı ilə izah edirlər. Ona görə də milli xarakter
anlayışı ciddi elmi ədəbiyyatın səhifələrindən tədricən az işlədilir.
J.Dübinin təfsirində mentallıq anlayışı belə verilir: “mentallıq
insanın dünya haqqında və özünün bu dünyada yeri, eləcə də
adamların hərəkət və davranışını müəyyən edən təsəvvürlərinin
əsasını təşkil edən obrazlar sistemidir”.
Fransız sözü olan mentalitet azərbaycan dilində işlənən
dünyagörüşü, dünyanı dərketmə sözlərinə uyğun gəlir. Mentaltet
daha çox kollektiv şüursuzluqdan qidalanır və təfəkkürdə, hiss və
hərəkətlərdə gerçəkləşir. Etnosu qrup kimi səciyyələndirdikdə
mentalitet xalqların sosial-mədəni xüsusiyyətlərini öyrənmək üçün
ən yaxşı kateqoriyadır.Əksər hallarada “siyasət”, ”sosial-iqtisadi
münasibətlər”, “qanun”, “ənənə” analyışları ilə izah edilməyən
fikri, hadisəni, hərəkəti və hissləri mentalitet anlayışının səlahiy-
yətinə aid etməklə izah etməyə çalışırlar. Bu anlayışdan istifadə
etməklə xalqın tarixində və mədəniyyətində özünü göstərən qəribə
və aydın olmayan sosial hadisələri aydınlaşdırmağa çalışırlar. Dərk
olunmayan psixi fəaliyyəti mentalitetin əlaməti hesab edirlər.
“Mentalitet” latın sözü olan “mens”, “mentis” ağıl, ruh, bilik
mənasını verir. Bu sözün özü isə sanskrit dilində olan “manas” ağıl,
ruh, bilik deməkdir. Etnosun mentaliteti uzun tarixi inkişaf
prosesində formalaşır. Mentalitet milli xarakteri və milli sosial
davranış modelini müəyyən edir. Mentalitet xalqın, millətin istər
bütövlükdə, istərsə də ayrılıqda, onun hər bir üzvünün dünya və
insan haqqında olan təsəvvürü və dəyərlər sistemidir. Biz hesab
edirik ki, mentalitetin psixi miqyası daha genişdir. Hər bir xalqın,
millətin milli xarakteri təşəkkül tapıb, formalaşdıqdan sonra
mentalitetə çevrilir. Mentalitet qrup psixologiyası ilə şərtlənir və
sosial məkanda daha qabarıq şəkildə özünü göstərir. Mentalitet