ETNOPSİXOLOGİYA 66
münasibət bəsləməkdən çəkinməyimiz və bunu etməyi
münasibətlərin pozulması kimi qavramağımızdır. Belə hesab etmək
olar ki, xalqın hal-hazırkı durumu onun psixoloji keçmişindən
xəbər verir. Psixoloji keçmiş və gələcək milli xarakterlə bağlıdır.
Heç də hər bir hərəkət, davranış və hiss millətə, xalq aid olan
xarakter əlaməti hesab oluna bilməz. Milli, etnik xarakter o halda
götürülür ki, həmin əlamət xalqın həm şifahi, həm yazılı
mədəniyyətində öz yerini yusun və əks olunsun. Məsələn, qonağa
olan hörmət əksər dünya xalqalarının məişətində yer tutur.
Ruslarda da evin otaqlarının birinə “qonaq” otağı adı vermişlər.
Amma, Azərbaycan folklorunda qonağı tərənnüm edən, onunla
bağlı çoxlu sayda bayatı, lətifə, tapmaca, dualara, atalar sözü,
sınamalara digər xalqların folklorunda rast gəlinmir. Hətta,
azərbaycanlı evində qonaq üçün xüsusi olaraq nəzərdə tutlan qab-
qacaq və yatacaq dəstinin olması fikrimizi sübut edir. Azərbaycanlı
adətinə görə qonağın el-obada toxunulmamazlıq statusu olur və
hamının onu gözləməsi vacibdir. Hətta qonaq gedəcəyi evin adını
deməsi bəs edir ki, o, elə yolda ikən müəyyən imtiyaz əldə etmiş
olsun.
İlk etnik birliyə nəsili misal göstərmək olar. Nəsil ailələrdən
əmələ gəlir və qan qohumluğuna əsaslananır.Bir neçə nəsl birliyi
əsasında əmələ gələn böyük insan qrupu tayfa adlanır. Ailələr
nəsildə birləşən kimi , iki və daha çox nəsil də tayfanı əmələ
gətitrir. Bir kökdən olan, lakin sonralar ayrılmış nəsillər birliyi
tayfa adlanır. Nisbətən daha böyük sosial birlik xalqdır. Bu birlik,
artıq, qan qohumluğuna deyil, eyni sosial əraziyə, qonşuluq
əlaqələrinə əsaslanır, ona görə də, xalqı sırf etnik birlik kimi
səciyyələndirmək olmaz. Buraya etnik cəhətdən bir olmayan başqa
adamlar da daxil olduğundan, o, sosial-etnik birlik adlandırıl-
malıdır. Xalq insanların tarixən yaranmış və dil, ərazi, müəyyən
mədəniyyət birliyinə əsaslanan insan birliyidir. Bu birliyin
möhkəmlənməsi və dərinlşməsi nəticəsində xalq özünün yeni
inkişaf mərhələsinə keçir və yeni birlik olan millətin yaranması baş
verir. Millət üçün xarakterik olan əlamətlər bunlardır: insanların