Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə195/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
201 
həmçinin incəsənətin gözəl nümunələri hindlilərin xoşuna gəlir. 
Hindlilərin gözəlliyə olan meylini zərif və qəşəng görünən ənənəvi 
hind qadın geyimi sari, bayram günlərində insanların bədənlərinin 
rəsmlərlə bəzədilməsi, hind məbədlərinin arxitekturası sübut edir. 
Bollivud filmləri Hollivud filmləri kimi xüsusi effektlərlə zəngin 
deyil. Amma onların dekorasiyaları öz gözəlliyi ilə adamı 
ovsunlayır. 
Hindlilərin nəzərə çarpan xarakterik xüsusiyyətlərindən biri 
də həddən artıq dindar olmaqlarıdır. Demək olar ki, bütün tanrılara 
dua və ibadət edirlər və günlərini dua etməklə başlayırlar. Hansı 
dinə mənsub olmaqlarından asılı olmayaraq bütün dini 
ziyarətgahlara hörmət edirlər. Hindistanda dinə inanmayan insan 
demək olar ki, yoxdur. Baxmayaraq ki, burada müxtəlif dinlərin 
tərəfdarları yaşayırlar, dini zəmində heç bir münaqişə yoxdur. 
Demək olar ki, hər bir hindlinin evində ibadət otaqları var. Hətta 
müasir ofislərdə iş stoluna Allahların heykəllərini qoymağa, 
qoroskopa baxmağa və ya vacib işə başlamazdan əvvəl mantra 
(dua) oxumağa normal baxılır.
Hind cəmiyyəti kifayət qədər mühafizəkardır. Dövlətin 
Konstitusiyası ümumi bərabərliyi elan etməsinə baxmayaraq, kasta 
sistemi Hindistanda bu günə kimi mövcuddur və yuxarı kastaya 
keçmək çox çətindir. Həmçinin hindlilər öz din, xalq və ailə 
ənənələrini müqəddəs tuturlar və başqa xalqların maraqlarına və 
Allahlarına hörmətlə yanaşırlar. 
Hindistanda salamlaşmaq üçün bir-birinin əlini sıxmırlar. 
Bunun əvəzində əllərini sinələrinin qarşısında birləşdirərək 
“namaste” deyirlər. Ümumiyyətlə, Hindistanda fiziki əlaqələr – 
çiyinə vurma, qucaqlaşma və mühafizəkar hindlilərin gözləri 
qabağında ictimai yerdə əl-ələ gəzmək əxlaqsız hərəkət kimi qəbul 
edilir. 
Hind cəmiyyəti mühafizəkar olduğuna görə burada patriarxal 
ənənələri güclüdür və gənclər adətən sevgi əsasında deyil, ailələrin 
razılığı əsasında ailə qururlar. Təsadüfi deyildir ki, Hindistanda 
"Məhəbbət sonra gəlir" ifadəsi işlənir. Hindlilər gələcək kürəkən 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin