Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə203/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
209 
Holi hindu bayramları içində ən coşğulu olanıdır. Bu bayram 
qışın qurtarması və yazın gəlişi münasibətilə qeyd olunur. Əsasən 
aşağı kastaların bayramı sayılan Holi məhsuldarlıq bayramıdır, 
phalqun (fevral-mart) ayında keçirilir. Holi günlərində küçələr rəqs 
edən, müxtəlif mahnılar oxuyan izdihamla dolub daşır. Bayram 
iştirakçıları paltarlarını göyqurşağı kimi rəngləyir. Holi bayramında 
qocalar əylənirlər, uşaq və qadınların su hücumlarına itaətkarlıqla 
tab gətirirlər. Həmin gün müxtəlif oyunlar oynanılır. 
Hindistаnda müxtəlif dinlərin nümayəndələri olduğundan 
onların da bayramları Hindistanda təntənəli qeyd olunur. Ramazan 
bayramı, Qurban bayramı Hindistanda rəsmi bayramdır. 
Hindistan zəngin ədəbi, bədii irsi ilə də fərqlənir. 
Araşdırmalar göstərir ki, Hindistan qədər zəngin və qədim folklora 
malik başqa bir ölkə tapmaq bəlkə də mümkün deyil. Hindistanın 
türk əsilli məşhur şairi Əmir Xosrov Dəhləvi çox zəngin bir irs 
yaratmışdır. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də 
onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıdır. O, 
həm də böyük musiqiçi olmuşdur.
Hindistanın digər böyük ədibi Rabindranat Taqor olmuşdur. 
Onun ədəbi və ictimai fəaliyyəti olduqca geniş və hərtərəflidir. 
R.Taqorun ictimai-pedaqoji, elmi, fəlsəfi, dini və publisistik 
sahələrdə mükəmməl əsərlər yaratmışdır. R.Taqor sülh, dostluq və 
xalqlar arasında qarşılıqlı ünsiyyətin mahir və mübariz 
tərənnümçüsü olmuşdur. R.Taqor yaradıcılığı bütünlükdə hind 
ədəbiyyatının inkişafında çox mühüm rol oynamışdır. 
Hindistanın ən böyük epik ədəbi əsərləri “Mahabharata” və 
“Ramayana” dastanlarıdır. 
 
5.1.6. İndoneziya xalqlarının etnopsixoloji xüsusiyyətləri 
İndoneziya Şərqi Asiyada ən böyük dövlətdir. Rəsmi adı 
İndoneziya Respublikası. Dünyada sahəsinə görə 16-cı yerdədir. 
Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. Əhali 
sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika 
Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin