ETNOPSİXOLOGİYA 208
mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və
müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir.
Kollektivçilik hind rəqslərində də özünü göstərmişdir. Ailə
həyatı ilə bağlı olan rəqslər sərbəstliyi ilə seçilir. Tayfa rəqsləri isə
sosial əhəmiyyətinə, formalarına görə fərqlənir, müxtəlif dini
inanclar, rituallar və emosiyalarla müşayiət olunur.
Hindistanda müxtəlif bаyrаmlаr, mərasimlər böyük təntənə
ilə qeyd olunur. Burada əksər bayramlar din motivli, dini
mahiyyətlidir. Müxtəlif xalqların, irqlərin, dinlərin, dini inancların
cəmləşdiyi Hindistanda bayramların çoxluğu da elə bu
müxtəlifliklə bağlıdır. Rəqslər, musiqilər, şən əhval-ruhiyyə
bаyrаmlаrın əsas əlamətləridir.
Hindlilərin məşhur bayramlarından biri Rakhi Purnima
bayramıdır. Bu bayram hindu şravan təqviminin bədirlənmiş ay
zamanı, yəni iyul-avqust ayında qeyd olunur. Bu bayramda əsas
tanrı kimi sular tanrısı-Varuna çıxış edir. Dəniz, çay sahillərində
yarmarkalar təşkil olunur, əhali bura axışır. Varuna tanrısına ibadət
olunur, qurbanlar verilir, rituallar icra olunur. Bu bayramda əsas
diqqəti çəkən məsələlərdən biri budur ki, Varuna tanrısına ibadət
məqsədi ilə suya çoxlu kokos meyvəsi atılır. Rakhi Purnima
bayramı Narali Purnima (Bədirlənmiş kokos ayı) adlanır, yaxud
xalq arasında “Kokos günü” kimi tanınır.
Dussehra (Dasera) bayramı hindus bayramları içində ən
məşhurudur və 10 gün davam edir. Onuncu gün Navaratha (
doqquz gecə) bayramının kulminasiyası sayılır. Navaratra aşvin
ayının (sentyabr-oktyabr) ayının birinci gecəsində başlayır və
doqquz gün davam edir.
Divali (Dipavali) bayramı hindusların keçirdiyi təntənəli
gündür. “Divali” sözü “dipavali” sözünün təhrif olunmuş
formasıdır, “od xətti” deməkdir. Divаli bаyrаmı məhsul bаyrаmı da
sаyılır. Bayram oktyabr-noyabr aylarında başlayır. Beş gün davam
edən bu bayramın birinci günü yeni iş ilinin başlanğıcıdır. İkinci
gün Krişnаyа, üçüncü gün Şivaya, dördüncü gün isə yoldaş kimi
görünən, lakin şeytanı bir güc olan Baliyə həsr оlunmuşdur.