ETNOPSİXOLOGİYA 207
mədəniyyətinə də dinin təsiri böyükdür. Bundan əlavə Hindistana
gələn digər xalqların qida mədəniyyəti də hind mətbəxinə müəyyən
qədər təsir göstərmiş, dəyişilmiş və daha mükəmməl bir sintez
formalaşmışdır. Yeməklərin bölgələrə görə fərqlənməsində iqlim,
fərqli dinlər, fərqli etnosların mətbəx mədəniyyəti əsaslı rol
oynayır. Məsələn, hindlilər inək əti, müsəlmanlar donuz əti,
buddistlər isə heç bir ət yеməyi yеmir, bu da onların yemək
mədəniyyətini müəyyənləşdirir.
Sağlam qida prinsipi hind mətbəxinin bünövrəsidir. Hindlilər
yemək hazırlayarkən və yemək mərasimi zamanı sakit və şən
atmosferin olmasına çalışırlar. Hind mətbəxini digər mətbəxlərdən
fərqləndirən əsas cəhətlərdən biri də yeməklərin həddən artıq çox
acı və ədviyyatlı olmasıdır. Ədviyyat hind mətbəxinin canı və
sehridir. İsti iqlim və spesifik sanitar şərait hindliləri məcbur edir
ki, yeməyin tərkibinə çoxlu miqdarda istiot əlavə olunsun. Bu
zaman orqanizm dezinfeksiya olunur və hər hansı infeksiyanın
yaranmasının qarşısı alınmış olur. Qeyd etdiyimiz kimi hindlilər
təzadlarla doludur. Bu xüsusiyyət hind mətbəxində də özünü
göstərir. Belə ki, hind mətbəxində turş, duzlu, şirin, acı, tünd
qiadalar bir arada istifadə olunur və onlar bir-birinə uyğunlaşır.
Hind aşpazlarının ustalığı müxtəlif ədviyyatların incə şəkildə
qarışdırılaraq gözəl dadlar əldə etməkdə görünür.
Hind musiqisi dünyanın ən qədim musiqilərindən biridir.
Fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin Hindistanda
məskən salması, mədəniyyət və incəsənətin bütün sahələrində
olduğu kimi, musiqi və rəqslərdə də əksini tapmışdır. Dini inanclar
bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind
musiqisinin, rəqslərinin yaranmasına, inkişafına da əsaslı təsir
göstərmişdir. Qədimdə olduğu kimi, müasir dövrdə də hind
musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və
əyləncələrlə vəhdət təşkil edir.
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət
ənənələri ilə sıх bаğlıdır. Hind rəqsləri bədən hərəkətlərinin
dinamikliyi ilə seçilir. Cəmiyyətin mahiyyətində duran