ETNOPSİXOLOGİYA 205
həyatını müəyyənləşdirdiyinə inanılır. Yəni bu həyatda yaxşı olsan
bir sonrakı həyatında daha yaxşı olacaqsan.
Hindistandа canlılara inam kultu vardır. Belə ki, ilan,
meymun, fil kultu və s. totemist mənşəyə malikdir. Hindistanda bir
sıra heyvanlar, məsələn, inək müqəddəs hesab olunur.
Hinduizmdə hər yеrdə ibadət еtmək olar və ibadət fərdi
şəkildə edilməlidir. Onların inancına görə, harda ibadət еdirsənsə
еt, tanrı səni görür. Hinduizm dininə mənsub olan şəxslər tanrıların
bütlərinə sitayiş еdir, onların önündə fikrə dalırlar.
Hinduizm dinində ziyarət еdilən 7 müqəddəs yеr vardır.
Həmin ziyarət məskənlərinin ən məşhuru Bеnarеsdir. Benaris Qanq
çayının yaxınlığında yerləşir. Hindlilər ölülərini yandırıb küllərini
Qanq çayına tökürlər. Ümumiyyətlə, su kultu Hindistanda inkişaf
etmiş, Qanq çayı insanı mənəvi olaraq bütün çirkablardan
təmizləyən məkan kimi qəbul edilmişdir. Hindlilər Qanq çayının
sahilində ölməyi özləri üçün ən böyük xoşbəxtlik hesab edirlər.
Hindistanda mövcud olan dinlərdən biri islam dinidir.
Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. İslam Hindistanda
ən geniş yayılmış 2-ci din kimi davam edir. Hindistandakı məşhur
Tac Mahal müsəlman bir İmperator - Şah Cahan tikdirib.
Hindistanda yaşayan müsəlmanlar arasında Hind-İslam
mədəniyyəti qarşılıqlı inkişaf etmişdir. Hindular Müsəlmanların
məqbərələrini ziyarət edə və ya Müsəlmanlar da hindlilərin təşkil
etdiyi festivallarda iştirak edə bilərlər.
Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin
3 %-i). Hal-hazırda Hindistan xristianlarının yarıdan çoxu ölkənin
cənubunda məskunlaşıb.
Hinduizmdən aralanmış sikhizm indiki zamanda Hindistanda
müstəqil din kimi tanınır. Sikhizm ölkə əhalisinin 2 faizini təşkil
edir. Əsasən Pəncab əyalətində yaşayırlar. Sikhizm islam və
hinduizm dinlərinin prinsiplərinin birəşdirilmiş sintezidir.
Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Buddizmin
mahiyyəti belədir: şəxsi arzularına son verməyən insan əziyyət
çəkməyə məhkumdur. Yəni özünə hakim olacaqsan, əlindəki ilə